Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1942/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1 İddia tələbi: hasarın sökülməsi (Açar sözlər: qonşuluq hüququ, hasarın sökülməsi, ara məsafəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9923/2019 nömrəli iş üzrə 01 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 iyun 2020-ci il tarixdə Ali Məhkəm ənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, 24 saylı evin 6 saylı mənzili İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 5-ci döngə ünvanında yerləşən 24 A nömrəli fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətində olmuş, sonuncu 19.01.2016-cı il tarixli vəsiyyətnaməyə əsasən evi Cavabdeh1 (bundan sonra – cavabdeh) vəsiyyət etmişdir. Cavabdeh2 04.12.2017-ci il tarixdə vəfat etmişdir. Fərdi yaşayış evi üzərində cavabdehin mülkiyyət hüququ 02.07.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reystrində qeydə alınmışdır. Fərdi yaşayış evinin ümumi sahəsi 68,7 kv. metr, yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,01 hektardır, torpaq sahəsinin kateqoriyası “yaşayış mənt əqələrinin torpaqları”na aiddir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ara məsafəsi ilə bağlı qüvvədə olan norma və qaydaların pozulması ilə inşa edilmiş evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını xahiş etmişdir. Cavabdeh2 04.12.2017-ci il tarixdə öldüyündən, Cavabdeh1 onun prosessual hüquq varisi kimi tanınaraq cavabdeh qismində işə cəlb olunmuşdur. Məhkəmə baxışı zamanı iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsində qanunsuz və şəhərsalma normalarına uyğun olmadan inşa edilmiş, mənzildən istifadəyə maneə yaradan hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdı r ki, iddiaçının yaşadığı binanın arxasında cavabdeh tərəfindən inşa edilmiş hasar binanın yaxın ətrafında hərəkət etməyə, binanın arxa tərəfinə keçməyə maneçilik yaradır. İddiaçının yaşadığı mənzilin üç pəncərəsi, habelə binanın kommunikasiya xətləri cavabdeh tərəfindən hasara alınmış ərazidə yerləşdiyindən, binanın arxasına keçib təmir işləri aparmaqda çətinlik yaranır. Bundan əlavə, binada yanğın və ya sair fövqəladə hadisə baş verdiyi təqdirdə zəruri maşın və texnikanın binanın arxa tərəfinə keçməsinə maneçilik yarana bilər. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 01.04.2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi 24 saylı binanın arxa hissəsində Cavabdeh2 tərəfindən inşa edilmiş tikili ilə həmin bina arasında olan məs afə (hal-hazırda 2.96 m) AZDTN 2.6-1 “Dövlət şəhərsalma Norma Qaydaları” nın 4.13-cü bəndində və qeyddə göstərilən məişət aralığından az olduğu üçün iddiaçıya məxsus mənzilə mövcud olan hər hansı bir maneə (rütubət, nəmişlik, günəş işığının qarşısının alınması və s.) yarada bilər. ünvan 2 mənzil 6 ünvanında mənzilin arxa hissəsində Cavabdeh2 məxsus evin giriş hissəsi 3.3 m uzunluğunda taxta ilə və üç tərəfdən təqribən 61.3 m uzunluğunda mişar daşı ilə hörülərək bağlanmışdır. İddiaçı məxsus evin giriş hissəsinin binanın ön tərəfindən olduğunu, Cavabdeh2 məxsus olmuş tikili binanın arxa hissəsində yerləşdiyi üçün həmin inşa olunmuş tikilinin iddiaçının öz mənzilindən sərbəst istifadəsinə maneə yaratmadığı müəyyən olunur. Lakin binanın arxa hissəsi Cavabdeh2 tərəfindən hasara alındığı üçün İd diaçı tərəfindən özünə məxsus mənzilin fasadında hər hansı bir təmir-tikinti işlərinin aparılmasına maneə yaradır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı binanın arxasında cavabdeh tərəfindən hasarın hörülməsi nəticəsində iddiaçı özünə məxsus mənzilin arxa hissəsinə keçməkdən, fasadında təmir-tikinti işlərini aparmaqdan məhrum olmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-124/2019 nömrəli, 16 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, 24 saylı evin 6 saylı mənzilinin yerləşdiyi binanın arxa hissəsində, ünvan 3 A ünvanında yerləşən fərdi yaşayış evinin isə giriş hi ssəsində (yol tərəfdə olan hissədə) taxta hasarın və mişar daşı ilə hörülmüş hasarın (maneə yaranan hissədə, yəni iddiaçıya məxsus olan mənzilin yerləşdiyi bina ilə cavabdehə məxsus fərdi yaşayış evinin arasında olan məsafədə) sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-9923/2019 nömrəli, 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), X.Cəmilova və V.Sadıqov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçı və cavabdehin apelyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.4, 170, 1 75.1, 226, 227.1, 240-cı, Tikinti və Şəhərsalma Məcəlləsinin 70-73-cü, Torpaq Məcəlləsinin 18ci maddələrini işin müəyyən edilən hallarına tətbiq etməklə belə qənaətə gəlmişlər ki, hasarın iddiaçıya maneə yaradan hissəsi ona məxsus mənzilin yerləşdiyi bina ilə cavabdehə məxsus olan fərdi yaşayış evi arasında olan məsafədədir. Buna görə də iddia tələbi həmin hissədə əsaslıdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: Cavabdeh kassasiya şikayəti və ona əlavə verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki məhkəmə instansiyası işə baxarkən və qətnamə qəbul edərkən maddi və prosessual hüquq n ormalarının tələblərini pozmuşlar və bu pozuntu sonda düzgün olmayan qətnamələrin qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, işin mübahisə edilməyən hallarından görünür ki, hər iki yaşayış sahəsi keçən əsrin əvvəllərində və ortalarına yaxın vaxtlarda inşa olunmuşdur. Məhkəmə isə öz qətnaməsini maddi hüquq normalarının tətbiqi baxımından Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin ara məsafəsi qaydalarını tənzimləyən normaları ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 01.01.2013-cü il tarixində qüvvəyə minmişdir. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanunun 87.1-ci maddəsinə istinad edilməklə göstərilmişdir ki, məhkəmələrin keçən əsrin əvvəllərindən yaranmış münasibətlərə 2013-cü ildə qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsinin və hazırda qüvvədə olan Mülki Məcəllənin müddəalarını tətbiq etmələri Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda göstərilən tələblərinə tam zidd olmuşdur. Bununla yanaşı, iddia tələbinin irəli sürülməsinə səbəb iddiaçının mənzilinin nəmişliyi və rütubətli olması olmuşdur. İddiaçı mənzilin nəmişliliyini və rütubətliliyini cavabdehin mənzili ilə əlaqələndirmişdir. O səbəbdən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyinə görə, nəmişliyin və rütubətin mövcudluğu cavabdehin mənzilinin hasarı ilə bağlı ola bilər. Nəmişliliyin, rütubətin cavadehin mənzili ilə (hasarı ilə) bağlılığı başqa bir sübut növü ilə təsdiq olunmasa da, məhk əmə həmin rəyə əsaslanaraq, iddianın qismən təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə ekspert rəyinə düzgün və obyektiv qiymət verməmişdir. Belə ki, ehtimala əsaslanmışdır. Məhkəmələr tərəfindən yol verilmiş hüquq normalarının pozuntusu öz növbəsində cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat altına alınmış məhkəmə müdafiəsi və Konvensiyanın 6-cı maddəsinə əsasən ədalətli məhkəmə araşdırması hüquqlarının pozulmasına gətirib çıxarmış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217-ci maddəsinin tələblərinə zidd olan qətnamənin qəbuluna səbəb olmuşdur. İddiaçı Məhkəmə kollegiyasına yazılı ərizələr göndərək, kassasiya şikayətinə etiraz etmiş və iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. İş üzrə iddiaçı, onu n nümayəndəsi Nümayəndə Tarı oğlu və cavabdeh MPM-nin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək Məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldikləri üçün işin kassasiya baxışında iştirak etməmişlər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin g əldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə g örə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etsə də apelyasiya instansiyası məhkəməsinin aktından iddiaçı kassasiya şikayəti vermədiyindən həmin məhkəmə aktı cavabdehin kassasiya şikayəti həddində, yə ni iddianın təmin edilmiş hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 170.1 və 170.2. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya dig ər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Maddə 70.1. Tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və ti kintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir. Maddə 71.1. Ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilmiş hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımda n apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Mübahisəli hasarın hansı tarixdə inşa edilməsi hazırkı məhkəmə baxışının predmeti olmamış, tərəflər bununla bağlı məhkəməyə hər hansı sübut və dəlillər təqdim etməmişlər. Baxılan iş üzrə iddianın obyekti iddiaçının mənzili ilə cavabdehin evi arasındakı hasar olmuşdur. İddiaçı öz tələbini, həmçinin cavabdeh tərəfindən inşa edilmiş hasarın binanın yaxın ətrafında hərəkət etməyə, binanın arxa tərəfinə keçməyə maneçilik yaratması, binanın arxasına keçib təmir işləri aparmaqda çətinlik yaratması ilə əsaslandırmış, məhkəmələr sübutların yerində müayinəsi və ekspert rəyi əsasında hasarın bir hissəsinin istinad olunan maneələrə səbəb olmaqla, iddiaçının hüquqlarını pozduğu qənaətinə gəlmişlər. Bu zaman məhkəmələrin mülki və torpaq qanunvericiliyi ilə yanaşı, həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin xarici divarların önündə ara məsafəsini tənzimləyən müddəalarına istinad etmələri maddi hüquq normalarının pozuntusu, o cümlədən həmin normativ hüquqi aktın qəbul edildiyi dövrdən əvvəl yaranmış hüquq münasibətlərinə tətbiqi kimi qiymətləndirilə bilməz. Beləliklə, iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edildiyi və qəbul edilmiş məhkəmə aktları MPM-in 217-ci maddəsinin tələblərinə uyğun olduğu üçün məhkəmə icraatı nəticəsində cavabdehin Azərbaycan Respublikası Konstitusiya sının 60-cı maddəsi ilə təminat altına alınmış məhkəmə müdafiəsi, İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması baş verməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən həmin dəlillərə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9923/2019 nömrəli iş üzrə 01 oktyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1942/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1942/2020
08.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver