Məhkəmə qərarları › İş №2(102)-1942/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1942/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1942/2024 29.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (kassasiya baxışından çıxarılma (kassasiya şikayəti qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul olunduqda, MPM-nin 403.1-ci maddəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab olunması və mənzilin təhvil verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5740/2023 nömrəli iş üzrə 28 noyabr 2023-cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə 29 iyul 2024-cü il tarixdə, Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 23 aprel 2007-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Yeni Yasamal MTK-nın tikilməkdə olan binasında, 2-ci girişdə, 12-ci mərtəbədə yerləşən, sahəsi 167 kv metr olan 4 otaqlı 202 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqı olan 68000 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

2. Cava bdeh1 MTK-nın 23 aprel 2007-cü il tarixli maliyyə arayışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK-ya məxsus binanın 2-ci girişinin 12 mərtəbəsində ümumi sahəsi 167 kv metr olan 4 otaqlı 202 saylı mənzilin pay dəyəri 68000 manat alıcı İddiaçı tərəfindən ödənilmişdir.

3. Cavabdeh1 MTK ilə Maraqlı şəxs arasında bağlanmış 12 iyun 2007-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən MTK-nın tikməkdə olan binasında, 2-ci girişdə, 12-ci mərtəbədə yerləşən sahəsi 167 kv metr olan 4 otaqlı 202 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqı olan 91850 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

4. Cavabdeh1 MTK-nın 12 iyun 2007-ci il tarixli mal iyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən MTK-ya məxsus binanın 2-ci girişinin 12 mərtəbəsində ümumi sahəsi 167 kv metr olan 4 otaqlı 202 saylı mənzilin pay dəyəri 91850 manat alıcı Maraqlı şəxs tərəfindən ödənilmişdir.

5. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 21 iyul 2008-ci il tarixli müqavilə ilə Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK-nın tikməkdə olan binasında, 2-ci girişdə, 12-ci mərtəbədə yerləşən sahəsi 167 kv metr olan 4 otaqlı 202 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqı olan 105210 manatı vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

6. Cavabdeh1 MTK-nın 21 iyul 2008-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal ra yonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK-ya məxsus binanın 2-ci girişinin 12 mərtəbəsində ümumi sahəsi 167 kv metr olan 4 otaqlı 202 saylı mənzilin pay dəyəri 105210 manat alıcı Cavabdeh2 tərəfindən ödənilmişdir.

7. İddiaçı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində ********* saylı cinayət işi üzrə şahid qismində verdiyi ifadəsində göstərilmişdir ki, 2006-cı ildə tikinti işləri ilə məşğul olan şəxs kimi tanıdığı Cahangir Alışov ona və işlədiyi müəssisənin rəhbəri Əliheybət Şirinova müraciət edərək rəhbərlik etdiyi MTK-nın M.Xiyabani küçəsi 5 saylı ünvanda çoxmərtəbəli binanın tikintisinə başlaması haqda məlumat vermiş və binanın betonla təmin edilməsində köməklik edilməsini xahiş etmişdir. Onunla şifahi razılığa əsasən tikinti betonla təmin edilməsi nəticəsində materialın dəyərinin 30 faizinin nağd şəkildə, qalan 70 faizi isə barter şəklində, yəni tikilən binadan mənzillərlə ödəniləcəkdir. Aralarında yazılı müqavilə bağlanmamışdır. Dana sonra o, binanın tikintisi ilə məşğul olan podratçı Məsud adlı şəxslə tanış olmuş, əksər hallarda Məsud ona pulu nağd şəkildə vermişdir. Binanın 7-8-ci mərtəbəsi tikilənədək, 2008-ci ilin mart ayınadək o, tikintini betonla təmin etmiş, betonu tanıdıqları müxtəlif özəl şirkətlərdən almış, hər dəfə malı binaya aparanda qaimə tərtib etmiş, qaiməni o, və tikintidə malı qəbul edən şəxs imzalamışdır. Əksər hallarda mal təhvil verilən kimi onlara pul verilməmiş, Cahangir Alışov, yaxud Məsud zəng edərək gəlib pulu götürməklərini bildirmişdir. Hər dəfə o, Məsuddan 10000-15000 manat arasında pul a laraq kitabı imzalamışdır. Ona nağd şəkildə cəmi 250000 manat pul verilmiş, bu pulu o, betonun hazırlanması üçün materialın alınmasına xərcləmiş, materialın hazırlanmasına daha çox xərcləri çıxmışdır. Həmin illərdə onların adlarına binadan bir neçə ədəd mənzil sənədləşdirilmiş, həmin mənzillərin içində 3 ədəd bir otaqlı, 1 ədəd üç otaqlı və 1 ədəd dörd otaqlı mənzillər olmuşdur.

8. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 1(101)-61/2021 nömrəli hökmündən məlum olur ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, “... bundan başqa, 2007-ci ilin əvvəlində X10 Şirinov adlı şəxsin işlətdiyi beton zavod ilə anlaşdığını bildirərək, tikinti üçün veriləcək betonun dəyərinin 30%-nin nağd ödənməsinə, yerdə qalan 70%-nin isə mənzillərlə barter edilməsinə raz ılaşmışlar. Bu səbəbdən binanın tikintisi zamanı istifadə edilmiş betonun dəyəri olan 826077 ABŞ dollarından 318534 ABŞ dolları nağd, binanın tikintisi zamanı istifadə olunmuş betonun dəyəri 826077 ABŞ dollarından, 318534 ABŞ dolları nağd şəkildə Əlinin işçisi Yuris adlı şəxsə ödənilmiş, yerdə qalan 507543 ABŞ dollarının dəyəri isə Cahangirlə razılaşdıqları kimi, tikinti xərclərinin əvəzi olaraq verilməsi nəzərdə tutulmuş mənzillərin 1000 kv metr hesabına Cahangir Alışovun özü tərəfindən Əliyə verilmişdir. Çəkilmiş xərclər olan ******* ABŞ dollarından barter edilmiş mənzillərin dəyəri olan 797909 ABŞ dollarını çıxanda, onunla Fuadın nağd şəkildə ödədikləri məbləğ ******* ABŞ dollarıdır. Cahangir Alışov tərəfindən isə onlara ümumilikdə ******* ABŞ dolları nağd şəkildə pul verilmiş, həmin pu lları onunla işlərində köməklik göstərən dostu Kəmaləddin Qədimov kooperativin əməkdaşı olan Ehtibar Bağırovdan xüsusi qeydiyyat kitabını imzalayaraq almışlar. Tikintiyə nağd şəkildə sərf etdikləri ******* ABŞ dollarından Cahangirin verdiyi ******* ABŞ dollarını çıxdıqda və bu məbləğin üzərinə binanın təməl hazırlıq işlərinə çəkdiyi 118320 ABŞ dollarını və Cahangirin əvəzinə ödədikləri 66880 ABŞ dolları borcu da gəldikdə, Cahangir Alışovun Cavabdeh1 MTK-dan binanın tikintisi ilə əlaqədar onlara ümumi borcu 968305 ABŞ dolları, yaxud bir kvadrat metri təxminən 520 ABŞ dollarından hesablandıqda 1871 kv metr mənzil sahəsi təşkil edir”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK ilə onun arasında ba ğlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 kv metr sahəsi olan 202 saylı mənzilinin istismara tam hazır vəziyyətdə ona təhvil vermək vəzifəsinin MTK-ya həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliyi bu günə qədər icra etməmişdir və icra etmək niyyətində deyil. Mənzilin yerləşdiyi bina bir neçə il bundan öncə inşa edilərək sakinlərin istifadəsinə verilmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh iddiaçıya verilməli mənzili bu günədək təhvil verməmişdir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442-ci maddələrinə istinad etmişdir.

11. Daha sonra iddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsinə əlavə verərək, MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə, xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 kv metr sahəsi olan 202 saylı mənzilin istismara tam hazır vəziyyətdə ona təhvil vermək vəzifəsinin MTK-ya həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh1 MTK qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək MTK ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12- ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 kv metr sahəsi olan 202 saylı mənzilə dair bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(001)166/2021 nömrəli qərardadına əsasən, iddiaçı MTK-nın cavabdeh İddiaçı qarşı mənzilə dair xx.xx.2007-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi, MTK-nın ərizəsinə əsasən geri qaytarılmaqla baxılmamış saxlanmışdır.

14. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə 2(001)-166/2021 nömrəli mülki iş üzrə məhkəmə tikinti-texniki, məhkəmə xəttşünaslıq və sənədlərin texniki ekspertizaları təyin edilmişdir.

15. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 5/4295/435 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilən MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının üzərlərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilən MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin, eyni tarixli maliyyə arayışının üzərlərində olan möhür əksi və MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin, eyni tarixli maliyyə arayışının surətlərinin üzərlərində olan möhür əksinin təsvirləri öz aralarında eynilik təşkil edirlər. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsi ilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, kağızların istehsal tarixini, diyircəkli qələmlə icra olunmuş yazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədəki, Cavabdeh1 MTK tərəfindən verilən xx.xx.2007-ci il tarixlə maliyyə arayışındakı, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədəki, Cavabdeh1 MTK tərəfindən verilən xx.xx.2008-ci il tarixli maliyyə arayışının tərtib edildiyi kağızların istehsal olunduğu müddət müəyyən edilsin” sualı üzrə tədqiqat aparılmadı.

16. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 4/818 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilən xx.xx.2007-ci il tarixli müqavilənin MTK- nın yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin aşağı hissəsində “Sədri” qrafasında C.H.Alışov yazılarının qarşısında olan imza, xx.xx.2007-ci il tarixli “Maliyyə arayışı”nın aşağı hissəsində “Sədri” qrafasında C.H.Alışov yazılarının qarşısındakı olan imza öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur.

17. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1172 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən sahəsi 167 kv metr olan 4 otaqlı 202 saylı mənzildə aparılmış tikinti təmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2884 manat məbləğində müəyyən edilir. 18. 5 avqust 2021-ci il tarixli məhkəmə iclasında şa hid Şahmarov Əli-Heydər Əli oğlu ifadəsində göstərmişdir ki, o, MTK-nın təsisçilərindən biridir və 2010-cu ilə qədər MTK-nın inşa etdiyi binada mənzillərin satılmasında iştirak etmişdir. MTK-nın inşa etdiyi binadan satılan mənzillərə dair müqavilələr MTK-nın sədri X1 tərəfindən bağlanmış, mənzillərin pulu C.Alışova ödənilmişdir. Cavabdeh2 o, qonşu kəndin sakini kimi tanımışdır. Cavabdeh2 mənzil almaq istəməsini ona demiş, o da bu barədə C.H.Alışova demişdir. Daha sonra layihədə mənzil seçilmişdir. C.Alışovun otağında Cavabdeh2 mənzilin pulunun böyük hissəsini onun iştirakı ilə C.Alışova vermiş, qalan 10000-11000 manatı isə Cavabdeh2 ona göndərmiş, o da, həmin vəsaiti C.Alışova vermişdir. C.Alışov Cavabdeh2 adına müqavilə və maliyyə arayışı tərtib edərək vermişdir. MTK-da kassa olsa da, mən zillərin pulu kassaya deyil, C.Alışova ödənilirdi, ödənişə görə maliyyə arayışı verilirdi.

19. Cavabdeh2 28 oktyabr 2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

20. Bakı şəhəri Bİnəqədi Rayon Məhkəməsinin (hakim S.Səlimova) 28 oktyabr 2021ci il tarixli, 2(001)-166/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

21. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin yalan əqd olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış, müqavilə bağlamaqda tərəflərin niyyəti mənzil alqı-satqısı deyil, tikintiyə verilmiş betonun dəyərinin ödənilməsini təmin etmək olmuşdur, ona görə də ilk iddia tələbləri rədd olunmalıdır.

22. Məhkəmə Cavabdeh2 tər əfindən iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə isə göstərmişdir ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından, mövcud olmayan, yaranmayan hüquqa iddia müddətinin tətbiqi də istisna edilir.

23. Məhkəmə mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 337 və 340.2-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat

24. İddiaçı X4 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Qətnamədən həmçinin maraqlarına toxunan şəxs Maraqlı şəxs da apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin onun hüquqlarına toxunduğu üçün ləğv edilməsi və iddia tələblərinin iş üzrə müəyyən olunmuş digər əsaslarla rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Şikayət belə əsaslandırılmışdır ki, onunla MTK arasında bağlanmış "xxxx" xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzili ona verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq, o, mənzilin dəyəri olan 91850 manat pulu MTK-ya ödəmiş və ona bu barədə maliyyə arayışı verilmişdir. Lakin Cavabdeh1 MTK müqavilə üzrə öhdəliyini icra etməkdən yayınmışdır. Hazırkı iş üzrə İddiaçı ilə MTK arasında bağlanmış müqavilə yalan əqd olmaqla etibarsız olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə tamamilə razıdır. mənzilin Cavabdeh2 satılması barədə xx.xx.2008-ci il tarixli müqavilə əsaslı olması, mənzilin həmin müqavilə əsasında Cavabdeh2 verilməsində heç bir qanun pozuntusuna yol verilməməsi barədə məhkəmənin qənaətini düzgün hesab etmir. Hazırkı vəziyyətdə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə qalarsa, bu qətnamə ilə müəyyən olunmuş halların başqa işə baxan məhkəmə üçün məcburiliyi prinsipi əsas götürülərək, mənzilin Cavabdeh2 alınaraq ona verilməsində ciddi çətinliklər yaşanacaqdır.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4124/2022 nömrəli xx.xx.2022-сi il tarixli qərardadı ilə mülki iş üzrə kompleks, məhkəmə-xə tşünaslıq və sənədlərin-texniki ekspertizası təyin edilmişdir.

28. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1286-5/1022- 5/1028 saylı ekspert rəyinə görə ekspertizaya təqdim edilmiş, 2(103)-4124/2022 saylı mülki işin 1ci cildinin 8-ci vərəqində olan 23 aprel 2007-ci il tarixli “Yeni Yasamal MTK”- nın yaşayış binasında mənzil tikintisi haqqında “Müqavilə”nin aşağı hissəsində “Sədri” qrafasında “C.H.Alışov” yazılarının qarşısında olan imza; mülki işin 9-cu vərəqində olan 23 aprel 2007-ci il tarixli “Maliyyə arayışı”nın aşağı hissəsində “Sədri:” qrafasında “C.H.Alışov” yazılarının qarşısında olan imza, 12 iyun 2007-ci il tarixli “Yeni Yasamal MTK”-nın yaşayış binasında mənzil tikintisi haqqında “Müqavilə”nin aşağı hissəsində “Sədri” qrafasında “C.H.Aİışov” yazılarının qarşı sında olan imza; 12 iyun 2007-ci il tarixli “Maliyyə arayışı”nın aşağı hissəsində “Sədri:” qrafasında “C.H.Alışov” yazılarının qarşısında olan imza öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur.

29. Tədqiqata təqdim edilmiş 23 aprel 2007-ci il tarixli Cavabdeh1 MTK-nın sədri X1 ilə İddiaçı arasında bağlanmış eyni tarixli müqavilənin, maliyyə arayışının və 12 iyun 2007ci il tarixli Cavabdeh1 MTK-nın sədri X1 ilə Maraqlı şəxs arasında bağlanmış eyni tarixli müqavilənin, maliyyə arayışının üzərlərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdur.

30. Tədqiqata təqdim edilmiş 23 aprel 2007-ci il tarixli Cavabdeh1 MTK-nın sədri X1 ilə İddiaçı arasında bağlanmış eyni tarixli müqavilə, maliyyə arayışının və 12 iyun 2007-ci il tarixli Cavabdeh1 MTK-nın sədri X1 il ə Maraqlı şəxs arasında bağlanmış eyni tarixli müqavilə, maliyyə arayışının üzərlərində olan möhür əksi ilə öz aralarında eynilik təşkil edir.

31. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsi ilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, kağızların istehsal tarixini, diyircəkli qələmlə icra olunmuş yazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədəki, Cavabdeh1 MTK tərəfindən verilən xx.xx.2007-ci il tarixlə maliyyə arayışındakı, Cavabdeh1 MTK ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədəki, Cavabdeh1 MTK tərəfindən verilən xx.xx.2007-ci il tarixli maliyyə arayışınının tərtib edild iyi kağızların istehsal olunduğu müddət müəyyən edilsin” sualları üzrə tədqiqat aparılmadı.

32. Bakı Apellyasiya Məhkəməsinin Müki kollegiyasının (sədrlik edən İ.Şirinov, hakimlər A.Tanrıverdiyev və C.Yusifov) 2(103)-4124/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin, Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-166/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə etibarsız hesab edilməsi, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanımış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən ya şayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 kv metr sahəsi olan 202 saylı mənzilinin istismara tam hazır vəziyyətdə İddiaçı təhvil vermək vəzifəsi Cavabdeh1 MTK-ya həvalə edilməsi, Cavabdeh1 MTK-dan 105210 manat alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mülki iş üzrə aparılmış araşdırmalarla müəyyən olunmuşdur ki, cavabdeh MTK ilə İddiaçı, digər Cavabdeh2, eləcə də qətnamə ilə hüquqlarına (maraqlarına) toxunulan şəxs Maraqlı şəxs arasında eyni mənzilə dair ayrı-ayrılıqda üç müqavilə bağlanmışdır. Həmin müqavilələrin hər üçünün əsli məhkəmə tərəfindən tədqiq olunmuş, onların hər üçünə dair müvafiq ekspertizalar keçirilmiş və onların həqiqiliyi (bağlanması tarixi, imzalar və istifadə olunmuş möhürlərin e yniliyi baxımından) təsdiq olunmuşdur. Eyni hal, yəni sənədin həqiqiliyi həmin müqavilələrə dair verilmiş maliyyə arayışlarına münasibətdə də təsdiq olunmuşdur. Araşdırmalar zamanı tədqiq olunmuş həmin üç müqavilənin MTK ilə bağlanmasının zaman (vaxt) baxımından ardıcıllığının aşağıdakı kimi olduğu müəyyən olunmuşdur: MTK ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə: MTK ilə Maraqlı şəxs arasında xx.xx.2007-ci il tarixdə: MTK ilə Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixdə.

34. MTK ilə həmin müqavilələrin xronoloji ardıcıllığının yuxarıda qeyd olunduğu tarixlərə aid olması, eləcə də hər üç müqaviləni eyni, yəni Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən sahəsi 167 kv metr olan 4 otaqlı 202 saylı mənzilə aid ol ması hazırkı işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur.

35. İddiaçıla həmin mənzilə dair müqavilə bağlandığından və iddiaçı tərəfindən mənzilin (əvəzi) dəyəri MTK-ya ödənildiyindən, Mülki Məcəllənin istinad olunan 178.8-ci maddəsinin tələbləri baxımından xx.xx.2007-ci il tarixindən İddiaçı həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir. Demək ki, həmin tarixdən sonra həmin mənzilə dair MTK hər hansı sərəncam verə bilməzdi, o cümlədən də başqa şəxslərlə həmin mənzilə dair alğı-satqı müqaviləsi bağlaya bilməzdi. Hazırkı işdə müəyyən olunduğu kimi, iddiaçı tələbində ona məxsus mənzilin MTK tərəfindən təhvil verilməsi ilə yanaşı həm də MTK ilə Cavabdeh2 arasında özünə məxsus mənzilə dair sonradan bağlanmış müqavilənin etibarsızlığını irəli sürmüşdür. Baxılan mülki işin müəyyən olunmuş faktik i halları və Mülki Məcəllənin müvafiq maddələrinin tələbləri baxımından bəlli olur ki, iddiaçının hər iki tələbi əsaslıdır və təmin edilməlidir. Eyni zamanda, Cavabdeh2 münasibətdə Mülki Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilməlidir.

36. Məhkəmə MTK ilə Maraqlı şəxs ilə bağlanmış müqaviləyə münasibətdə isə qeyd etməyi zəruri hesab etmişdir ki, birincisi, iddiaçı hazırkı icraatda həmin müqaviləni mübahisələndirməmişdir, ikincisi isə Maraqlı şəxs apellyasiya icraatı zamanı təqdim etdiyi sənədlərdən bəlli olur ki, Maraqlı şəxs özü Binəqədi Rayon Məhkəməsinə həmin müqaviləyə əsasən cavabdehlər MTK və İddiaçı qarşı “müqavilənin etibarsız hesab olunması” barədə iddia vermişdir. Bu səbəbdən həmin müqaviləyə hazırkı icraatda münasibət bildirilməsi prosessual qanunvericiliyin tələbl əri baxımından yolverilməzdir.

37. Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd olunmuşdur ki, iddiaçının tələbinin əsaslı, yəni MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin etibarlı müqavilə olması, eləcə də həmin mənzilin ilkin olaraq İddiaçı satıldığı müəyyən olunduğundan, Maraqlı şəxs şikayətinin – iddiaçı ilə MTK arasında bağlanmış müqavilənin yalan əqd olması və həmin mənzilin ona məxsus olması barədəki dəliləri əsaslı deyildir. Bununla belə o, şikayətində qətnamənin ləğvini istədiyindən, rayon məhkəməsinin qətnaməsi isə digər əsaslara görə ləğv edilməli olduğundan, onun şikayəti qismən təmin olunmalıdır.

38. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli № 02/2022 sayli Qərardadına təsbit olmuş hüquqi mövqelərə, Mülki Məcəllənin 178.8-ci maddəsinin 2018-ci il iyulun 1-dək qüvvədə olan mətninə, 452.1, 178.8, 157.2, 337.1, 337.3, 337.5 339.2, 340.1, 340.2, 452.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.3, 14.1, 14.2, 77.1, 76.1,77.3, 220.4, 372.1, 372.2, 372.4, 372.6, 372.7 və 385.1ci maddələrinə istinad etmişdir. c )Kassasiya instansiyası məhkəməsində birinci icraat

39. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

40. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (məruzəçi S.Hacıyev, hakimlər Ə.Əliyev və M.Əhmədova) 2(102)-1908/2023 nömrəli iş üzrə 25 iyun 2023-cü il tarixli qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməklə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 4124/2022 nömrəli mülki iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

41. İşi təkrar məhkəmə baxışına göndərən kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, bi rinci instansiya məhkəməsindəki icraatda cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi isə iddia müddətinin tətbiqi barədə ərizəni rədd edərək mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından, mövcud olmayan, yaranmayan hüquqa iddia müddətinin tətbiqi də mümkün deyildir. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin yalan əqd olması əsası ilə iddia tələbini rədd etmişdir.

42. Birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq iddia tələbini tam təmin edən apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçıla həmin mənzilə dair müqavilə bağlandığından və iddiaçı tərəfindən mənzilin (əvəzi) dəyəri MTK-ya ödənildiyindən, Mülki Məcəllənin istinad olunan 178.8-ci maddəsinin tələbləri baxımından xx.xx.2007-ci il tarixindən İddiaçı həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir. Apellyasiya məhkəməsi İddiaçıla MTK arasında bağlanmış əqdin əhəmiyyətsiz əqd olmadığı qənaətinə gələrək bu əsasla iddia tələbini təmin edərkən, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verməmiş, bu hal üzrə ümumiyyətlə araşdırma aparmamışdır. Nəticədə mülki qanunvericiliyin iddia müddətinin tətbiqi ilə bağlı müvafiq normalarının tələbləri pozulmuşdur. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi üzrə müvafiq araşdırma aparılmadan və həmin ərizəyə mülki qanunvericiliyin iddia müddətinə dair normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilmədən, hazırkı mübahisənin qanuni və ədalətli həlli təmin oluna bilməz.

43. Mülki prosessual qanunvericiliyin qətnamənin qanuniliyi və əsaslılığı ilə bağlı imperativ tələblərinə (MPM-nin 217-ci maddəsi), eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərinə görə məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 14 fevral tarixli Qərarları).

44. İşin yeni apellyasiya baxışı zamanı qeyd edilən nöqsan lar aradan qaldırılmalı, mülki qanunvericiliyin iddia müddətinə dair normalarının tələblərinə uyğun olaraq hazırkı mübahisənin qanuni və əsaslı həlli təmin edilməlidir. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

45. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(103)-5740/2023 nömrəli qətnaməsi ilə (hakim F.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Abdıyev və X.Sarıyevdən ibarət tərkibdə) İddiaçı və maraqlarına toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(001)-166/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı Cavabdeh1 Mənzil – Tikinti Kooperativinə və Cavabdeh2 qarşı müqavilənin etiba rsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddiası rədd edilmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmaması və onunla bağlanmış əqdin etibarsızlığı barədə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşmır.

47. Belə ki, işdən müəyyən olunur ki, hazırkı tələblə mürəciət edərkən iddiaçı MTK ilə aralarında bağlanmış 23 aprel 2007-ci il tarixli müqaviləyə istinad etmişdir. Sözügedən müqavilə etibarsız olsa idi belə, müqavilə tərəfi kimi iddiaçının müqaviləyə istinadən məhkəməyə müraciət etmək hüququ mövcuddur ki, bu hüququnun məhdudlaşdırılması hüquqa ziddir. Göründüyü kimi, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Bu da öz növbəsində cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə qiymət verilməsini zəruri edir.

48. İddia müddətinin tətbiqi ilə bağlı apellyasiya məhkəməsi göstərmişdir ki, Cavabdeh2 tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə Mülki Məcəllənin 373cü maddəsi ilə əsaslandırılmışdır. Həmin normanın məzmununa əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə iddia müddəti 6 ildir.

49. İddia müddətinin tətbiqi barədə ərizə hər 2 tələb (müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi) üzrə verilmişdir. 1-ci tələb müqavilənin etibarsızlığı ilə bağlı olduğundan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi nə dair” 2 aprel 2021-ci il tarixli və “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən bu tələb üzrə iddia müddəti deyil, kəsici müddət tətbiq olunmalıdır. Həmin qərarda qeyd olunur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. 2-ci tələb isə müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, yəni, mənzilin təhvil verilməsi ilə bağlı olduğundan bu hissə üzrə məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi qənaətinə gəlir. Belə ki, müddətin axımının başlanğıcı şəxsin öz hüquqlarının pozulmasının bildiyi və ya bilməli olduğu andan başlanır. Hazırkı situasiyada iddiaçı ilə müqavilə 2007-ci ildə bağlansa da, onun tərəfindən məhkəməyə 2019-cu ildə - 12 il sonra müraciət olunmuşdur. Halbuki, bu müddət ərzində mənzil digər şəxsin sahibliyinə və istifadəsinə verilmiş, bu mənzillə bağlı digər mübahisələr mövcud olmuşdur. Müqavilədə mənzilin təhvil verilmə anı qeyd olunmasa da, iddiaçı ilə MTK işgüzar münasibətlərdə olmuşdur və İddiaçı mənzilin yerləşdiyi binanın tikintisinin başa çatdırılması barədə məlumatının olmaması mümkünsüzdür. Bundan başqa İddiaçı yuxarıda qeyd olunan cinayət işi üzrə şahid qismində dindirilərək ifadə vermişdir və cinayət işində olan epizodlar məhz mənzillərin bir neçə şəxsə satılması ilə bağlı olmuşdur. Buna görə də İddiaçı tərəfindən tələbin bu hissəsinə münasibətdə iddia müddəti ötürülmüşdür.

50. İddiaya mahiyyəti üzrə baxarkən isə məlum olur ki, MTK ilə İddiaçı arasında 23 aprel 2007-ci il tari xdə, Maraqlı şəxs arasında 12 iyun 2007-ci il tarixdə, MTK ilə Cavabdeh2 arasında 21 iyun 2008-ci il tarixdə müqavilələrin bağlanması, müqavilələrin Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən sahəsi 167 kv metr olan 4 otaqlı 202 saylı mənzilə aid olması və həmin mənzilin faktiki olaraq Cavabdeh2 sahibliyinə və istifadəsinə verilməsi işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. Hər 3 müqavilənin predmeti eyni olsa da, bü muqavilələr mövcuddur və müqavilələr əsasında tərəflərə maliyyə arayışı verilmişdir.

51. Belə olduğu halda isə hazırkı mübahisəyə Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbləri baxımından qiy mət verilməlidir. Həmin normanın tələbləri baxımından iddianın təmin olunması, yəni, əmlakın iddiaçıya verilməsi bu halda mümkündür ki, əmlak üçüncü şəxsə verilməsin. Əks təqdirdə, yəni, əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda bu hüquq aradan qalxır.

52. Mübahisə predmeti olan mənzillə bağlı Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində iddiaçı mübahisəli mənzilin sahibliyində olmamasına baxmayaraq zərərçəkmiş kimi tanınmağa cəhd etməmiş və ümumiyyətlə ona iddia etdiyi kimi barter üsulu ilə verilən mənzillər barəsində ümumi məlumatlar verməklə kifayətlənmişdir. İddiaçı və Maraqlı şəxs aid müqavilələrin hər ikisi 2007-ci ilə aid olsa da, mənzil ümumiyyətlə onların sahibliyində və istifadəsində olmamışdır.

53. Mənzilin Cavabdeh2 sahibliyinə və istifadəsinə verilməsi Bakı Ağır Cinayətlər Məhkəməisinin X1 və digərləri barəsində olan hökmünün məzmunu ilə də təsdiq olunur. Həmçinin, hökmün məzmunundan görünür ki, hazırkı mübahisə predmeti olan mənzil Cavabdeh2 sahibliyinə və istifadəsinə verilməsinə baxmayaraq bu mənzilə dair X3 ilə də müqavilə bağlanılmış, sonuncu həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır.

54. İş materiallarının 119-cu vərəqəsində olan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 11 iyun 2020-ci il tarixli məktubundan görünür ki, cinayət işində 202 saylı mənzillə üzrə zərərçəkmiş şəxs kimi tanınmış X3 cinayət nəticəsində vurulmuş zərər məbləğində "xxxx" MTK tərəfindən mənzillə təmin edilmişdir.

55. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, mənzil Cavabdeh2 sahibliyinə və istifadəsinə verildiyindən İd diaçı iddiasının təmin olunması üçün hüquqi əsaslar mövcud deyildir.

56. Məhkəmə kollegiyası maraqlarına toxunan şəxs qismində şikayət vermiş Maraqlı şəxs şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, sonuncunun şikayətinin dəlilləri də məhkəmə kollegiyasının əvvəlki bəndlərdə qeyd edilən əsaslandırması ilə təkzib olunur.

57. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8, 337.1, 337.3, 337.4, 340.1, 340.2, 354.1, 354.2 və 452.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

58. Maraqlarına toxunulan şəxs Maraqlı şəxs kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv və işi n yeni apelyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

59. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi İddiaçıla bağlı irəli sürdüyü arqumentləri olduğu kimi ona da aid etmişdir. Halbuki, məhkəmə iddia müddətinin ötürülməsi məsələsinə fərdi yanaşmalı idi. Çünki, əvvəla, onun tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsi barədə ərizə mövcud deyil. İkincisi isə, onun hüquqlarının pozulduğunu bildiyi anla İddiaçı hüquqlarının pozulduğunu bildiyi an eyni hadisələr nəticəsində və eyni vaxta təsadüf etməsi mümkün deyil.

60. Göründüyü kimi, onun öz hüquqlarının pozulduğunu bildiyi an hazırki mübahisənin Binəqədi Rayon Məhkəməsində olduğlu an olmuşdur ki, bunuda bildikdən ən qısa müddət ərzində məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsini ə ldə edərək, pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə ərizə ilə müraciət etmişdir. Belə olan halda, onun tərəfindən iddia müddətinin ötürülmədiyi aşkardır. O da nəzərə alınmalıdır ki, MTK ilə onun arasında bağlanmış müqavilədə mənzilin təhvil verilməli olduğu müddət qeyd edilmədiyindən, MTK-nın “yaxın zamanda verəcəyik” vədlərinə inanması istisna edilmir. Eyni zamanda, müqavilə müddətinin göstərilməməsi, onun hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın başlanğıcını da dəqiq müəyyən etmək mümkün deyil.

61. Məhkəmə kollegiyası Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad etsə də, nəzərə almamışdır ki, mübahisə predmeti olan mənzil faktiki olaraq Cavabdeh2 verilsə də, mülkiyyət hüququ əsasında üçüncü şəxs, ümumiyyətlə heç kəsə verilməyib. Cavabdeh MTK isə ona həmin ş əxsin ən qısa müddətdə mənzildən çıxarılacağı və mənzilin ona təhvil veriləcəyi barədə ona vədlər vermişdir ki, onun bu vədlərə inanması da ağlabatan olmuşdur. Çünki, o, mənzilin heç kəsin mülkiyyətinə verilmədiyini nəzərə alaraq, həmin şəxsdən alınaraq ona veriləcəyinə ümid etməkdə haqlı olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

62. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araş dırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Hazırki kasassiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

65. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamə lərindən kassasiya şikayəti verilə bilər.

66. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

67. Maddə 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını nəzərdən keçi rərək hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 30 aprel 2024-cü il tarixli qərardadı ləğv edilməli, mülki iş kasasiya baxışından çıxarılmalıdır.

69. Belə ki, hazırki iş üzrə müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 kv metr sahəsi olan 202 saylı mənzilə dair MTK ilə Cavabdeh2 arasında bağlanmış 21 iyul 2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, MTK ilə onun arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən həmin mənzilin istismara tam hazır vəziyyətdə ona təhvil vermək vəzifəsinin MTK-ya həvalə olunması barədə qət namə çıxarılmasını xahiş etmişdir.

70. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunandan sonra X2 işə qoşulmuş, məhkəmənin iddianın rədd olunmasına dair qətnaməsindən apellyasiya şikayəti vermişdir.

71. Ali Məhkəmənin qərarına əsasən işə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsinin iddianın rədd olunması barədə qətnaməsindən kassasiya şikayəti verən Ramin Abdullayev hesab etmişdir ki, İddiaçı iddiasının rədd olunması barədə məhkəmənin qənaəti və əsaslandığı hallar, yəni iddia müddətinin və kəsici müddətin tətbiqi, mənzilin Cavabdeh2 sahibliyinə və istifadəsinə verilməsinin mübahisəsiz hal olması və bu sonuncu halın həmin mənzilə digər şəxslərin iddiasını istisna etməsinə dair apellyasiya məhkəməsinin mövqeyi onun mənafeyinə ziddir, ona görə də iddianın göstərilən əsaslarla deyil, digər əsaslarla rədd olunması ilə razılaşır.

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Ramin Abdullafyevin maraqlarına toxunan şəxs kimi verdiyi kassasiya şikayəti verməsi üçün prosessual əsaslar olmamışdır, kassasiya məhkəməsi həmin şikayəti səhvən icraata qəbul etmişdir.

73. İşdən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddia qaldırmış, həmin iddia tələbləri də rədd edilmişdir. Ramin Abdullafyevə qarşı hər hansı iddia tələbi olmamış, onunla Cavabdeh1 MTK arasında hazırkı iş üzrə mübahisənin predmeti olan mənzilə dair bağlanmış 12 iyun 2007-ci il tarixli müqavilə və MTK-ya 91850 manat pul ödəməsi barədə maliyyə arayışı mübahisələndirilməmiş, həmin hüquqmüəyyənedici sənədlər məhkəmə mübahisəsinin obyekti olmamışdır.

74. Həmçinin iş materiallarından görünür ki, apellyasiya məhkəməsinin qətnaməsi ilə Ramin Alahverdiyevin tələblərinin təmin olunmadığı halı da müəyyən edilmir. İşə apellyasiya məhkəməsində birinci dəfə baxılan zaman məhkəmə onun apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, qeyd etmişdir ki, Maraqlı şəxs şikayətinin iddiaçı ilə MTK arasında bağlanmış müqavilənin yalan əqd olması və həmin mənzilin ona məxsus olması barədəki dəlilləri əsaslı deyildir. Bununla belə o, şikayətində qətnamənin ləğvini istədiyindən, rayon məhkəməsinin qətnaməsi isə digər əsaslara görə ləğv edilməli olduğundan onun da şikayəti qismən təmin olunmuşdur. Maraqlı şəxs həmin qətnamədən kassasiya şikayəti verməmiş, apellyasiya məhkəməsinin həmin qətnaməsi Cavabdeh2 kassasiya şikayətinə əsasən l əğv edilmişdir.

75. Göründüyü kimi İddiaçı iddiası üzrə Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 21 iyul 2008-ci il tarixli "xxxx" müqavilənin etibarsız hesab edilməsinə, MTK ilə İddiaçı arasında bağlanmış 23 aprel 2007-ci il tarixli "xxxx" müqaviləyə əsasən MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 kv metr sahəsi olan 202 nömrəli mənzilin İddiaçı təhvil verilməsinə dair tələblərinin rədd olunması barədə qətnamə ilə Maraqlı şəxs oğunun hər hansı tələblərinin təmin olunmaması, qətnamənin onun maraqlarına toxunması, qəbul edilmiş qətnamə ilə onun hüquq və vəzifələrinin pozulması, yaxud hər hansı maraq və ya mənafelərinə toxunması müəyyən edilmir.

76. Odur ki, məhkəmə kol legiyası hesab edir ki, şərh olunan hallar nəzərə alınmadan Ali Məhkəmənin Mülki kollegiyasının 30 aprel 2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5740/2023 nömrəli iş üzrə 28 noyabr 2023-cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs vermiş olduğu kassasiya şikayəti prosessual əsas olmadan icraata qəbul edilmişdir. Ona görə də, MPMnin 403.1-ci maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası qətnaməsindən cavabdeh Maraqlı şəxsanın verdiyi kassasiya şikayətinə baxılması istisna edilir, mülki iş kasasiya baxışından çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 404-1, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5740/2023 nömrəli iş üzrə 28 noyabr 2023-cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 30 aprel 2024-cü il tarixli qərardadı ləğv edilsin. 2(103)-5740/2023 nömrəli mülki iş kasasiya baxışından çıxarılaraq mülki iş kassasiya şikayətinin geri qaytarılması məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar