Məhkəmə qərarları › İş №2(102)-1943/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1943/2022

12.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1943/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 Bahadur oğluna, X2 və 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən və tikildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-322/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 və maraqlarına toxunan 3-c ü şəxs Maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 Bahadur qızına və X4 (cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə) qarşı “torpaq sahəsindən və üzərindəki tikilidən çıxarılma” tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 Bahadur qızı və X3 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən və onun üzərindəki tikilidən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisə edilən ünvan 2 ünvanında yerləşən sahəsi 1378.3 m2 olan tikili və onun altındakı 0.4215 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin əmlak onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış və bu barədə ona RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 29 mart 2019-cu il tarixli Çıxarış verilmişdir. Lakin qeyd olunan əmlakın mülkiyyətçisi olmağına baxmayaraq, hazırda həmin əmlakından maneəsiz istifadə ed ə bilmir. Belə ki, cavabdehlər-Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 Bahadur qızı və X6 onun mülkiyyətində olan tikilini və torpaq sahəsini qanunsuz zəbt edərək istifadə etməkdə davam edirlər. Cavabdehlərdən Cavabdeh1 vaxtilə məcburi köçkün kimi onun mülkiyyətində olan tikilinin ikinci mərtəbəsindəki bir otağa müvəqqəti yerləşdirilmiş, sonradan isə Cavabdeh1 öz qohum və yaxınlarını da qanunsuz olaraq ətrafına toplayaraq otaqları tutmuş, həmçinin torpaq sahəsi üzərində özlərinə ev, mağaza və başqa obyektlər tikərək zəbt etmişlər. Hətta Cavabdeh2 torpaq sahəsində tikdiyi evi ayrı-ayrı şəxslərə kirayə verib pul qazanmaqla əsassız gəlir əldə edir. O, dəfələrlə cavabdehlərdən mülkiyyətində olan tikilini və torpaq sahəsini boşaldaraq çıxmalarını tələb etsə də, cavabdehlər onun tə ləbinə əhəmiyyət verməmişlər. Bununla da cavabdehlər onun mülkiyyət hüquqlarını ən kobud formada pozmuş və pozmaqda davam edirlər. Cavabdehlərin məcburi köçkün statusunda olmaları, onların yaşayış sahəsi ilə təmin edilmə ehtiyacları indiki halda onun hüquqlarının pozulması hesabına təmin edilə bilməz. Buna görə də hazırkı mərhələdə onun pozulmuş hüququnun bərpasının yeganə üsulu kimi məhkəməyə müraciət edilməsi zəruriyyəti yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 sentyabr 2019-cu il tarixli, 2(001)-5712/2019 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 Bahadur qızı və X3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25 C saylı əmlakdan çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdehlərin iddiaçıya məxsus yaşayış sahəsindən çıxarılması onların dövlət tərəfindən mənzillə təmin olunubolunmamasından asılı vəziyyətə qoyula bilməz. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 2 saylı əmlak kompleksi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı № ******* saylı Çıxarış əsasında İddiaçı məxsusdur. İddiaçı əmlakının kənar şəxslər – məcburi köçkün düşmüş cavabdehlər tərəfindən onun iradəsinə zidd zəbt edildiyi faktını aşkar etmiş, cavabdehlərdən əmlakı tərk etməyi tələb etsə də, hal-hazıradək cavabdehlər mübahisəli əmlakda yaşamaqdadırlar. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təl əbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 33-cü, Azərbaycan Respulikası Mülki Məcəlləsinin 152, 157.2-ci, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələri, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Həsənov Azərbaycana qarşı” 22 aprel 2010-cu il tarixli qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası»nın 4-cü bəndi ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh7 Bahadur qızı birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin onun ünvan 2 saylı əmlakdan çıxarılması hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Maraqlı şəxs apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 ünvan 2 saylı əmlakdan çıxarılması hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəmə sində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Rəşad Həsənov) 08 iyun 2020-ci il tarixli, 2(103)3562/2020 saylı qərardadı ilə iddiaçılar Cavabdeh4 Lənkərtan oğlunun və Cavabdeh7 Bahadur qızının cavabdeh AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs İddiaçı qarşı “çıxarışın ləğv edilməsi” barədə iddia tələbi üzrə yekun qərar qəbul edilənədək hazırki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Rəşad Həsənov) 18 fevral 2021-ci il tarixli, 2(103)322/2021 saylı qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kolleg iyasının (hakimlər – Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Rəşad Həsənov) 14 aprel 2021-ci il tarixli, 2(103)322/2021 saylı qərardadı ilə iddiaçılar Cavabdeh3, Cavabdeh4 Lənkərtan oğlunun və Cavabdeh7 Bahadur qızının cavabdeh AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs İddiaçı qarşı “çıxarışın ləğv edilməsi” barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək hazırki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Vahid Sadıqov, Məmməd Məmmədov) 20 avqust 2021-ci il tarixli, 2(103)-322/2021 saylı qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Vəfaddin İbayev, Rəşad Həsənov) 03 noyabr 2021-ci il tarixli, 2(103)-322/2021 saylı qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(001)-5712/2019 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7 Bahadur qızı tərəfindən birgə verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehlər öz vəsaitləri hesabına ev tikilməsini, eləcə də iddiaçının qanunsuz özəlləşdirmə etməsini göstərsələr də bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmiş, hətta özbaşına tikililər mövcud olsa idi belə bu hal cavabdehlərin iddiaçıya məxsus əmalkdan çıxarılmaması üçün əsas deyildir. Digər tərəfdən qeyd edilməlidir ki, ünvan 2 ünvanda yerləşən əmlak kompleksi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 22 nömrəli reyestr kitabının 2142 nömrəli vərəqində 29 mart 2019-cu il tarixdə qeydə alınmışdır ki, hazırda bu barədə verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı № ******* saylı Çıxarış qüvvədə olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-d əqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası Cavabdeh2, habelə qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs apellyasiya şikayətlərinə münasibətdə isə qeyd edir ki, iş materiallarında Cavabdeh2 ünvan 3 ünvanında yaşaması barədə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin Cavabdeh2 iddiaçıya məxsus əmlakda müəyyən müddət ərzində yaşamaması halında belə iddia tələbinin ona münasibətdə rədd edilməsi üçün əsas deyil, belə ki, həmin halın mövcud olması belə qətnamənin icra mərhələsinə aiddir. Digər tərəfdən qeyd olunanlara əsasən - hazırki qətnamə ilə Cavabdeh2 iddiaçıya məxsus əmlakdan çıxarılması barədə qətnamənin mövcudluğu Maraqlı şəxs mülkiyyət hüquqlarının pozulmasına əsas yaratmır. Beləliklə də, apelyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə və işin hallarına uyğundur. Apelyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin onun ünvan 2 saylı əmlakdan çıxarılması hissəsində ləğv edilməsini və həmi n hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Mülki Məcəlləsinin 157.2-ci maddənin tələbinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi ilə onun mübahisəli əmlakdan çıxarılması qət edilib. Halbuki, o, həmin əmlakda deyil, onun qonşuluğundakı əmlakda yaşayır. Bu halda məhkəmə kollegiyasının ona münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlaması və Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinadı əsassızdır. Apelyasiya şikayətinin təmin etməməsi üzrə apelyasiya instansiyası məhkəməsi, Cavabdeh2 ünvan 3 ün vanında yaşaması barədə hər hansı sübut təqdim edilməməsini göstərmişdir. Məhkəmənin bu əsaslandırması yanlışdır. Belə ki, Maraqlı şəxs yaxın qohumu olan o, Laçın rayonundan məcburi köçkün düşəndən sonuncu və onun ailəsi şəraitsiz vəziyyətdə yaşayırdı. Maraqlı şəxs onların qohum kimi qeyd olunan evində müvəqqəti yaşamalarına icazə verib. Buna dair müvafiq orqanlara təqdim etdiyi rəsmi ərizəsi də iş materiallarında vardır. Eyni zamanda, qeyd olunan evin Maraqlı şəxs sahibliyində olmasına dair müvafiq sübutlar məhkəməyə təqdim edilib. Məhkəmənin bütün bunlara əhəmiyyət verməyərək onun qeyd olunan evdə yaşamasına dair sübut təqdim edilməməsi barədə göstərdikləri sadəcə anlaşılan deyil. Apelyasiya instansiyası məhkəməsi iş üzrə heç bir araşdırma aparmamışdır. Belə ki, apelyasiya şikayətinə əla və olunmuş sübutlar tədqiq edilməmişdir. Qeyd olunanlar məhkəmə tərəfindən araşdırıldığı halda əsl həqiqət, yəni onun iddia olunan mübahisəli əmlakda yaşamadığı müəyyən edilərdi. Məhkəmə işdə olan sübutlara, xüsusən də maraqlarına toxunan şəxs Sevin Pənahəliyevanın sahibliyində olan əmlaka, habelə onun həmin əmlakda yaşamasına dair təqdim edilmiş sənədlərə düzgün hüquqi qiymət verməmiş, bununla da kobud pozuntuya yol vermişdir. Nə birinci instansiya, nə də apelyasiya instansiya məhkəməsi mübahisəli əmlaka, habelə maraqlarına toxunan şəxs Maraqlı şəxs saibliyində olan əmlaka yerli baxış keçirməmişdir. Bununla da zəruri prosessual hərəkəti həyata keçirməyən məhkəmə prosessual pozuntuya yol vermişdir. Maraqlarına toxunan 3-cü şəxs Maraqlı şəxs (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelya siya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh2 ünvan 2 saylı əmlakdan çıxarılması hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti Cavabdeh2 eyni dəlilləri ilə əsaslandırılmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı vəkili Vəkil2 məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq ərizəsində göstərmişdir ki, kasasiya şikayətində formal olaraq maddi və prosessual hüquq normalarının pozulması qeyd olunsa da, kassator tərəfindən konkret olaraq hansı maddi və hansı prosessual normanın pozulduğu və bu pozuntunun nədə özünü ifadə etdiyini əsaslandırılmamışdir. Şikayətdə yalnız qanunvericiliyin nomaları sadalanmış və həmin normalara münasibətdə subyektiv müla hizələrlə yanaşılmışdır. Kasasiya şikayətində maddi kassatorun mülkiyyət hüququnun pozulması ilə bağlı MM-nin 157-ci maddəsinə istinad olunmuş və qeyd olunmuşdur ki, Cavabdeh2 iddia ərizəsində göstərilən mübahisəli torpaq sahəsində deyil, onun qonşuluğunda yerləşən və qohumu qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs mülkiyyətində olan evdə yaşayır, bu isə onların mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır. Ona görə də məhkəmə düzgün nəticəyə gəlməmiş və gələcəkdə qətnamənin icrası da çətinliklər yaradacaqdır. Bununla bağlı, məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, qeyd olunan hal həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər ətraflı araşdırılmış və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində buna hüquqi qiymət də verilmişdir. Bund an əlavə, iddia ərizəsində Maraqlı şəxs qarşı hər hansı tələb irəli sürülməmişdir. Onun istifadəsində olan fərdi yaşayış evi mübahisə predmeti olmadığından, onun mülkiyyət hüququ da hər hansı hissədə pozulmamışdır. Ona görə də qətnamə ilə mənafelərinə toxunulan Maraqlı şəxs kasasiya şikayətində MM-nin 157-ci maddəsinə istinad etməklə mülkiyyət hüquqlarının pozulması barədə qeyd olunanlar əsassızdır. Cavabdeh2 isə iddia ərizəsində qeyd olunan və Cavabdeh2 istifadəsində olan fərdi evdə deyil, qohumu Maraqlı şəxs evində yaşaması isə ona qarşı irəli sürülən tələbin əsassız olmasına dəlalət etmir. Belə ki, cavabdeh və qətnamə ilə maraqlarına toxunulan şəxs tərəfindən verilmiş kasasiya şikayətlərində Cavabdeh2 həqiqətən İddiaçı mülkiyyətində olan torpaq sahəsində fərdi ev tikdiyi inkar olunmam ış, lakin hazırda həmin evdə deyil, qohumu Maraqlı şəxs evində yaşadığı əsas gətirilərək, ona aid hissədə qətnamənin ləğv edilməsi xahiş olunmuşdur. Bundan başqa, kasasiya şikayətində qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuş və məhkəmə kollegiyası cavabdeh və qətnamə ilə maraqlarına toxunulan şəxsin təqdim etdikləri sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kasasiya şikayətində isə sübut kimi istinad olunan halın Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərindəki tikilidə deyil, məhz Maraqlı şəxs evində yaşamasından ibarət olmuşdur. Qətnamədə isə düzgün olaraq həmin halın qətnamənin qanuni qüvvəsini aldıqdan sonra icra mərhələsinə aid olan hal oluduğu qeyd olunmuşdur. Digər tərəfdən ca vabdehlər tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair Çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan sənədlərin mübahisələndirilməsi ilə bağlı onlara şərait yaradılmışdır. Cavabdehlər İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş Çıxarışın qanuniliyi ilə bağlı əvvəlcə Binəqədi Rayon Məhkəməsinə, sonra Nərimanov Rayon Məhkəməsinə, daha sonra isə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər və nəticədə onların iddiaları təmin olunmamışdır. Hesab edir ki, kasasiya şikayəti ümumən prosessual qanunvericiliyin tələblərinə cavab verməsə də (maddi və prosessual qanunvericiliyinin hansı normasının tələbinin pozulması göstərilmədiyindən), şikayətdə istinad olunan hallar, yəni sübutlarla bağlı qeyd olunan dəlillər birinci və apelyasiya instansiyas ı məhkəmələri tərəfindən kifayət qədər tam, hərtərəfli və obyektiv araşdırılaraq, onlara obyektiv hüquqi qiymət verilmişdir. Eyni zamanda mülki işin materiallarından və məhkəmə iclas protokollarından görünür ki, istər birinci, istərsə də apelyasiya instansiyası məhkəmələri tərəfindən tərəflərə hüquqlarını müdafiə etməyə bərabər şərait yaradılmış, sübutlarını təqdim etməyə kifayət qədər vaxt verilmiş, verilmiş vəsatətlər müzakirə edilərək müvafiq hüquqi qiymət verilmişdir. Belə olan halda cavabdeh tərəfin prosessual normanın tələblərinin apelyasiya instansiyası məhkəməsi tərəfindən pozulduğunu iddia etməsi əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin mübahisə edilən 03 noyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutlar əsasında işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və gəldiyi nəticəni həm maddi, həm də prosessual hüquq normalarının, eyni zamanda Beynəlxalq Konvensiyanın tələblərinə uyğun əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə cavabdeh tərəfi qane etmədiyindən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməsi cavabdeh tərəfin subyektiv fikri ola bilər. Lakin mülki iş materiallarından, həmçinin işdəki sübutların araşdırılmasından görünür ki, apelyasiya instansiyası məhkəməsinin mübahisə edilən qətnaməsinin maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması baxımından obyektivliyini, qanuniliyini və əsaslılığını şübhə altına ala bilən hal mövcud deyildir. c ) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiym ətləndirilməməlidir. Hazırkı kasasiya şikayətlərində qətnamə Cavabdeh2 iddiaçıya məxsus əmlakdan çıxarılması hissəsində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sa hib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərə f öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.

1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətlərinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətləri formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, hər iki kasasiya şikayətinin dəlilləri onlar tərəfindən verilmiş apelyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil etmiş, kassatorlar Cavabdeh2 iddiaçıya məxsus əmlakda yaşamadığına istinad edərək, iddia tələbinin ona aid hissədə təmin edilməməli olduğunu göstərmişlər. Kassatorların apelyasiya şikayətləri ilə eynilik təşkil edən bu dəlili üzrə apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, Cavabdeh2 iddiaçıya məxsus əmlakda yaşamamasının müəyyən edilməsi və buna müvafiq icra tədbirinin (akt tərtib edilməsi və s.) həyata keçirilməsi ilə bağlı qətnamənin icra mərhələsinə aiddir. Yəni hazırki qətnamə qanuni qüvvəsini alıb icra mərhələsində icra eidlərkən əgər kassatorların qeyd etdiyi kimi, Cavabdeh2 iddiaçıya məxsus əmlakda yaşamadığı müəyyən edilərsə, icra məmuru bu barədə qətnamənin icrasının təmini ilə əlaqədar tərtib edəcəyi aktda müvafiq qeydlər aparacaq və bu barədə iddiaçıya da imza etdirməklə məhkəmə qətnaməsini icra edəcəkdir ki, bu xüsusat da Cavabdeh2 iddiaçıya məxsus əmlakda yaşamadığı (hər hansı formada zəbt etmədiyi) halda hər hansı mane törətməyəcəkdir. Odur ki, hazırda qətnamənin Cavabdeh2 aid hissədə ləğv edilməsi, tələbin ona aid hissədə təmin edilməməsi üçün əsas yoxdur. Digər tərəfdən, Cavabdeh2 iddiaçıya məxsus əmlakdan çıxarılması barədə qətnamənin mövcudluğu da Maraqlı şəxs mülkiyyət hüquqlarının pozulmasına əsas yaratmır. Odur ki, eynilik təşkil edən kassasiya şikayətlərinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edil ə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 və maraqlarına toxunan 3-cü şəxs Maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-322/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar