Məhkəmə qərarları › İş №2(102)-1944/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1944/2024

27.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1944/2024 27.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Biləsuvar rayon Zəhmətabad kənd Uşaq Bağçasına qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Biləsuvar rayon Zəhmətabad kənd Uşaq Bağçasına qarşı “əmək müqaviləsinə dəyişiklik edilməsi və pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1857/2024 nömrəl i, 04 aprel 2024cü il tarixli qərardadından İddiaçı (Vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 27 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Biləsuvar rayon Zəhmətabad kənd Uşaq Bağçasına (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, onunla Biləsuvar rayonu Zəhmətabad uşaq bağçasının müdiri vəzifəsini müvəqqəti icra edən X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin və bu barədə verilmiş əmrin dəyişdirilməsi və onunla müddətsiz əmək müqaviləsinin bağlanması və bu barədə əmrin verilməsinə cavabdehin borclu olması və bu barədə onun üzərinə öhdəlik qoyulması, mediasiya xərcinə görə ödədiyi 55 manat, dövlət rüsumuna görə ödədiyi 51 manat, hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 400 manat, işsiz qalmasına görə 600 manat, mənəvi zərərə görə 2.000 manat, cəmi 3.106 manatın cavabdeh təşkilatdan alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Biləsuvar Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(022)-966/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qətnaməsi ilə (X4) iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

3. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1857/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Qətnamədən iddiaçı (vəkili Vəkil) 04 mart 2024-cü il tarixdə kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir

6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1857/2023 nömrəli, 12 mart 2024-cü il tarixli qərardadı ilə, apellyasiya instansiya məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmşdır.

7. Daha sonra, iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən 31 mart 2024-cü il tarixdə apellyasiya instansiya məhkəməsinin 12 mart 2024-cü il tarixli qərardadından kassasiya şikayəti verilmiş, şikayətdə qərardadın ləğv edilməsi və kassasiya şikayətinin icraata qəbul edilməsi xahiş olunmuşdur.

8. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1857/2023 nömrəli, 04 aprel 2024-cü il tarixli qərardadı ilə, apellyasiya instansiya məhkəməsinin 12 mart 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmşdır.

9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsasla ndırılmışdır ki, kassasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, apellyasiya instansiya məhkəməsinin 12 mart 2023-cü il tarixli qərardadı xx.xx.2024-cü il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil məxsus şəxsi elektron kabinetinə yerləşdirilmiş və bununla da qərardaddan kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı başlamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadından isə iddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini 31 mart 2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə vermişdir. Beləliklə, kassasiya şikayəti müddət ötürülməklə verilmiş, buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir.

10. Apell yasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.3, 135.2, 135.3, 135.5, 400, 405.0.1, 408.1.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

11. Qərardaddan iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 04 aprel 2024-cü il tarixli qərardadının ləğv edilməsini və kassasiya şikayətinin icraata qəbul edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirdiyi qətnaməsini xx.xx.2024-cü il tarixdə almış və qanunun müvafiq tələbinə uyğun olaraq həmin qətnamədən xx.xx.2024-cü il tarixdə elektron qaydada, yəni müdd ətin bitməsinə bir gün qalmış kassasiya şikayəti verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kassasiya şikayəti vermə müddətini ötürmüş və müddətin bərpası barədə ərizə təqdim etməmişdir. Bu səbəbdən də xx.xx.2024-cü il tarixli qərardadla kasasasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan verdiyi kassasiya şikayəti yenidən xx.xx.2024-cü il tarixli qərardadla eyni əsaslarla geri qaytarılmışdır. Lakin nəzərə alınmalıdır ki, qanuniliyi tərəfindən mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin nəticə hissəsində göstərilmişdir ki, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Əgər qətnamədən onun elektron kabinetə yerləşdirildiyi vaxtdan kassasiya şikayəti vermə müddətinın axımının başlandığı hesab edilirsə, mütləq bu barədə qətnamədə göstərilməli idi. Göründüyü kimi, qətnamədə bu barədə heç bir qeyd yoxdur. Qanunun tələbi baxımından tərəfimizdən kassasiya şikayəti vaxtında verilmişdir və kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət ötürülməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

13. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

14. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

15. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.

16. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

17. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir.

18. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

19. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

21. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

22. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir.

23. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

24. Maddə 135.5. Bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

25. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən ş əxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

27. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

28. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

29. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayət i verilə bilər.

30. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instans iyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunu.

35. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.

36. Maddə 5.2. Sənədlə rin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya baxışının hədləri:

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlük də yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. İddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən və qərardadından kassasiya şikayətini müddət bitmədən verməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır.

41. Apellyasiya instansiya məhkəməsinin də qərardadında qeyd etdiyi kimi, iş materiallarından olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, apellyasiya instansiya məhkəməsinin 12 mart 2023-cü il tarixli qərardadı xx.xx.2024-cü il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil məxsus şəxsi elektron k abinetinə yerləşdirilmiş və bununla da qərardaddan kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı başlamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadından isə iddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini 31 mart 2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə vermişdir. Beləliklə, kassasiya şikayəti müddət ötürülməklə verilmiş, buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir.

42. Məhkəmə kollegiyası eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin - qanuniliyi tərəfindən mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin nəticə hissəsində qətnamənin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilməsinin göstərilməs i, qətnamədən onun elektron kabinetə yerləşdirildiyi vaxtdan kassasiya şikayəti vermə müddətinın axımının başlandığı hesab edilirsə, mütləq bu barədə qətnamədə göstərilməli olması barədə dəlillərinə münasibət bildirərək həmin dəlilləri əsassız hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən həmin Məcəllənin 135.6-cı maddəsində nəzərdə tutulmuş halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsində isə qeyd olunmuşdur ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

43. Qeyd olunan normaların məzmunundan aydın görünür ki, apellyasiya instansiya məhkəməsinin qətnamə və qərardadı “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil məxsus şəxsi elektron kabinetə yerləşdirildiyi tarixdən, həmin qətnamə və qərardad ona rəsmi qaydada verilmiş hesab edilir.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan kassasiya şikayətinin müddət ötürülməklə verildiyini qeyd etməklə əsaslı olaraq şikayətin geri qaytarılması barədə qənaətə gəlmişdir.

45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.

46. Həmçinin Avropa Məhkəməsi “Akif Həsənov Azərbaycana qarşı” qərarında göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir”. 47. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməs i imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddət ərzində, qərardadından isə 10 gün müddət ərzində kassasiya şikayətinin verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Be lə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə və qərardad qanuni qüvvəyə minir, qətnamə icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

49. Buraxılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidm əti ezamiyyət və s.). İddiaçının nümayəndəsi və vəkili Vəkil isə qərardadın ona məxsus şəxsi elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilməsinə və bununla da ona rəsmi qaydada verilməsinə baxmayaraq, rəsmi qaydada təqdim edilməsindən 9 gün müddət keçdikdən sonra 31 mart 2024-cü il tarixdə qərardaddan kassasiya şikayətini elektron sistemə yükləmiş, bu halda buraxılmış müddətin bərpası haqqında ərizə verməyə belə lüzum görməmişdir.

50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1857/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar