Məhkəmə qərarları › İş №2(102)-1945/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1945/2025

31.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1945/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: mənzil mübahisələri, mənzildən çıxarılma. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 mart 2025-ci il tarixli, 2(106)-57/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 ilə Cavabdeh1 ataları ögey qardaşlar olub.

2. İddiaçı1 və Cavabdeh1 nənələri X8 1989-cu ildə vəfat edib və Cavabdeh1 atası X17 müraciəti əsasında Neftçala rayon Dövlət notariat kontorunun verdiyi xx.xx.1990-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ilə X2 miras qalan, Neftçala şəhəri Qələbə küçəsində 600 kv.m sahədə yerləşən ümumi sahəsi 44,8 kv.m evdən X17 payı 2/5 hissədə müəyyən edilmiş, miras qalan 3/5 hissəsə açıq saxlanılmışdır.

3. Neftçala Rayon Məhkəməsinin 2-49/1992 il tarixli qətnaməsi ilə iddiaçılar X13, X14 və X4 cavabdeh Neftçala rayon Notariat Kontoruna, X15 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, miras əmlakın bölünməsi tələbinə dair iddiası təmin edilmiş və Neftçala rayon Dövlət notariat kontorunun xx.xx.1990-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilərək, X7 və X3 birgə nikah dövründə tikmiş olduqları Neftçala şəhəri, Qələbə küçəsində yerləşən ümumi sahəsi 44,8 kv.m. olan iki otaqlı şəxsi mənzil onların vərəsələri arasında bölünərək, evin ümumi sahəsinin 54/70 hissəsinə (34,56 kv.m. sahəsi) X5, 16/70 hissəsinə (10,24 kv.m. sahəsi) X17 payları müəyyən edilmişdir.

4. Neftçala şəhəri, X30 küçəsi 98 ünvanında yerləşən 0,0420 ha torpaq sahəsi üzərində X9 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci ildə qeydiyyata alınmışdır.

5. X16 xx.xx.2022-ci ildə vəfat etdikdən sonra həmin torpaq sahəsi vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən o nun vərəsələrinə - arvadı İddiaçı2 və övladı X1 və Neftçala şəhəri, X30 küçəsi 98 ünvanında yerləşən 0,0420 ha torpaq sahəsinin ¼ hissəsinə İddiaçı1, ¾ hissəsinə İddiaçı2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

6. Cavabdeh1 ilə Məlikova X12 şəhəri, Ü.Hacıbəyov küçəsi, ev1B, mənzil 30 ünvanında qeydiyyatdadırlar.

7. Tərəflərin (cavabdehlərin) birgə nikahından xx.xx.2009-cu il tarixdə X22 və xx.xx.2019-cu il tarixdə X18 adlı uşaqlar doğulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onların uşaqları - xx.xx.2009-cu il təvəllüdlü X22 və xx.xx.2019cu il təvəllüdlü X11 xüsusi mülkiyyətində olan Neftçala şəhəri, X30 küçəsi 98 ünvanında yerləşən 0,0420 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaları və onlara məxsus olan əmlakın çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı1 iddia tələbinin işin yuxarıda qeyd olunan hallarına istinad etməklə belə əsaslandırmışdır ki, onun və anası İddiaçı2 birgə mülkiyyətində olan Neftçala şəhəri, X30 küçəsi 98 ünvanında yerləşən torpaq sahəsini və fərdi yaşayış evini cavabdehlər özbaşına olaraq zəbt etmişdir, hal-hazırda da həmin ünvanda yaşayırlar. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq evdən çıxmaq istəmirlər. Cavabdehin yaşamağa evi var və başqa ünvanda qeydiyyatdadır, bilər əkdən onların xüsusi mülkiyyət hüququnu pozurlar. Yaşayış evinin altında yerləşən torpaq sahəsi dövlət tərəfindən mərhum atasına fərdi yaşayış evi tikmək üçün verilmiş, 1985-1986-cı illərdə həmin ev tikilib inşa edilmişdir. Cavabdehlər elə fikirləşirlər ki, həmin torpaq sahəsi onlara atasının anasından, Sübhanın isə nənəsindən miras qalmışdır. İlk əvvəllər həmin ərazidə yerləşən evdə babası və atası yaşamış, sonradan babasına məxsus ev plana düşmüşdür. Ev plana düşdüyündən onun atasına dövlət tərəfindən fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmış və atası hazırkı mübahisəli evi inşa etdikdən sonra cavabdehlər oranı zəbt etmişlər. Ev onun mərhum atasına məxsus olmuş, atası isə evi inşa edəndən sonra yaşamamışdır. Özlərinin əlavə evləri olmuş, lakin orada yaşamışlar. Hazırda anası və özü ünvan 2 ünvanda qeydiyyatdadırlar. Mübahisəli evdə atası və babası yaşamışdır. Hazırda mülkiyyətlərində olan evə getməyə cavabdehlər onlara imkan vermir.

10. Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli evdə on beş ildir ki, ailəsi ilə birlikdə yaşayır. Evin təmirə ehtiyacı olan vaxtlarda evi təmir etmişlər. Həmin evdə yaşadığı müddət ərzində iddiaçıları görməmişdir. Bildiyinə görə ev qayınata və qayınanasına məxsus olub. Onlar ondan əvvəl otuz il həmin evdə yaşamışlar. Ev plana düşəndə əri Sübhanın nənəsi orada yaşamışdır. İddiaçılarla aralarında hələki razılaşma yoxdur. Göstərilənləri, o cümlədən başqa yaşayış yerinin olmadığını nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

11. Cavabdeh1 nümayəndəsi Nümayəndə1 da iddianı qəbul etməyərək bildir mişdir ki, Cavabdeh1 onun oğludur. Oğlu 30 ildir ki, həmin evdə yaşayır, iddiaçıların evini zəbt etməmişdir. Yarımtikilini onlar təmir edib ev halına salmışlar. Bu səbəbdən mübahisəli fərdi yaşayış evi cavabdehlərə məxsusdur. İddiaçılar həmin torpaq sahəsini öz adlarına sənədləşdirməklə onları evdən çıxarmaq istəyirlər. Onlar da mübahisəli evdə qalmaq istəmirlər. Lakin evin təmir və tikintisinə 40.000 manat pul xərcləyiblər. Çəkilmiş xərc ödənildiyi təqdirdə evdən çıxmağa razıdırlar. Tikilinin altındakı torpaq sahəsi iddiaçının mülkiyyətində olduğuna baxmayaraq, həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Ona görə də o, özbaşına tikinti hesab olunmalıdır.

12. Neftçala Rayon Məhkəməsinin 2(053)-400/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Quliyev ) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 Adil oğlu və Cavabdeh2 uşaqları ilə birlikdə Neftçala şəhəri, X30 küçəsi 98 ünvanında yerləşən və mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan 0,0420 hektar torpaq sahəsindən və həmin sahədə inşa olunmuş fərdi yaşayış evindən çıxarılması və yaşayış evinin boşaldılaraq iddiaçılara təhvil verilməsi qət edilmişdir.

13. Məhkəmə nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına baxmayaraq, iddiaçı həmin tikilinin mülkiyyət hüququ ilə öz adına rəsmiləşdirilməsi ilə bağlı əsaslı və qanuni gözləntiyə malikdir. Bu səbəbdən də o, mübahisələndirdiyi fərdi yaşayış evinə münasibətdə “perspektiv mülkiyyətçi” sayılmalıdır.

14. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 Adil oğlu və Ca vabdeh2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində göstərilən ailə üzvləri sırasına və Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən şəxslərə daxil olmadıqlarından, onların iddiaçılarla birlikdə mübahisəli evdə yaşamaq hüquqları mövcud deyil.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün şəxslə mülkiyyətçi arasında bağlanmış və notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmalı, həmçinin onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin iddiaçılarla cavabdehlər arasında yazılı razılaşma mövcud olmamış, həmçinin cavabdehlərin mübahisəli mənzilə münasibətdə hər-hansısa hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Beləliklə, cavabdehlərin qanun i istifadə hüququnun yaranmamışdır. Məhkəmə bu əsaslarla cavabdehlərin və onların ailə üzvlərinin mübahisəli evdən və torpaq sahəsindən çıxarılmasına qərar vermişdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci, Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 228.1, 228.2 və 228.5-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 213, 216-220, 217.4, 227-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

17. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin boşaldılaraq iddiaçılara təhvil verilməsini qət etdiyi yaşayış evi onların mülkiyyətində olan 0.0420 ha torpaq sahəsində (Rəsulzadə küç., 98 ünvanında) yerləşmir. Sahəsi 79 kv.m. olan həmin ev ünvan 3 ünvanında yerləşən, X27, Cavabdeh1, X19 və Nümayəndə2 ümumi birgə mülkiyyətində olan 0.093521 ha torpaq sahəsindədir və evin 2/5 hissəsi X17 xüsusi mülkiyyətindədir. Adları çəkilən şəxslərin ünvan 3 ünvanındakı 0.093521 ha torpaq sahəsinə və onun üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb və bu barədə onlara çıxarış verilib. Evin 2/5 hissəsinin mülkiyyətçisi olan X27 cavabdehlər Cavabdeh1 atası, Cavabdeh2 isə qayınatasıdır. X27 xx.xx.2014-cü ildə vəfat edib və həmin vaxt və ondan əvvəl də ona məxsus evdə ailəsi ilə birgə yaşayan Cavabdeh1 atasının qanun üzrə İ növbə vər əsəsi kimi mirası faktiki (evə sahiblik etməklə və onu idarə etməklə) qəbul etmişdir. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almamış, cavabdeh Sübhan Kərimovun miras kimi qəbul etdiyi evin 2/5 hissəsinə vərəsəlik hüququna əsaslanan mülkiyyət hüququnu, həmçinin sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnə bilən qətnamə çıxarmışdır. Sübhan Kərimovun ailəsi ilə birlikdə yaşadığı ev ünvan 4 ünvanında yerləşən, iddiaçılara məxsus 0.0420 ha torpaq sahəsinə aidiyyəti yoxdur.

19. Apelyasiya şikayətinə Neftçala şəhəri, X30 küçəsi 98A ünvanda yerləşən 79 kv.m sahəsi olan evin 2/5 hissəsi üzərində X17, 0,0935 ha torpaq sahəsinin üzərində isə X27, Cavabdeh1, X19 və Nümayəndə2 birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü ildə qeydiyyata alınması barədə çıxarış əlavə edilmişdir.

20. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında həmçinin bildirmişdir ki, iddiaçı tərəfin mülkiyyətində 0.0420 torpaq sahəsi var. Qonşuluqda onların da mülkiyyətində 0.093521 ha torpaq sahəsi mövcuddur. Qeyd etmişdir ki, hazırda yaşadığı mübahisəli ev özlərinə məxsus torpaq sahəsində yerləşir. Həmin ev əvvəllər yarımtikili olmuş, oranı təmir edib yaşanılası vəziyyətə gətirmişlər. Onun yaşadığı evin iddiaçının torpaq sahəsinə aidiyyəti yoxdur. Həmin evdə özü, arvadı və 2 uşağı ilə birlikdə yaşayır. Kollegiya tərəfindən onlara barışmaq və ərazi mübadiləsi məqsədilə müəyyən vaxt verilsə də onlar arasında hər hansı razılaşma olmamışdır.

21. İddiaçı1 apellyasiya şikayətini əsassız hesab etdərək bildirmişdir ki, cavabdehlərin yaşadığı yaşayış evi onlara məxsus 0. 0420 ha torpaq sahəsi üzərində yerləşir. Müəyyən razılığa gəlmələri üçün vaxt verilsə də hər hansı razılığa gəlməmişlər.

22. Məhkəmə kollegiyasının qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 10 dekabr 2024-cü il tarixli, 3-16-16/210/1668 saylı mühəndis-texniki ekspertizası rəyində qeyd olunub ki, Neftçala şəhəri, X30 küçəsi 98 ünvanda yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan (xx.xx.2022ci il tarixli, reyestr nömrəsi **********76) 0,0420 ha torpaq sahəsinin koordinatları yerində müəyyən edilmişsir. Həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onlarla yaşayan azyaşlı uşaqlarının yaşadığı fərdi yaşayış evinin 70,7 kv.m hissəsi iddiaçıların paylı mülkiyyətində olan 0,0420 ha torpaq sahəsi üzərində yerləşdiyi müəyyən e dilmişdir.

23. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-57/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər C.İmanov (sədrlik edən və məruzəçi), Q.Əliyev və T.Kərimov) apellyasiya şikayəti qismən təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(053)-400/2023 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilərək, cavabdehlər Cavabdeh1 Adil oğlu və Cavabdeh2 uşaqları ilə birlikdə Neftçala şəhəri, X30 küçəsi 98 ünvanında yerləşən və mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan 0,0420 hektar torpaq sahəsindən və orada inşa olunmuş fərdi yaşayış evinin 70.7 kv.m hissəsindən çıxarılmaları, fərdi yaşayış evinin həmin hissədə boşaldılaraq iddiaçılara təhvil verilməsi qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmi şdir ki, apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdehlərin yaşadıqları fərdi yaşayış evi mübahisəli torpaq sahəsinin üzərində yerləşmir. Bununla bağlı apellyasiya baxışı zamanı məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və azyaşlı uşaqlarının yaşadığı fərdi yaşayış evinin 70.7 kv.m hissəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətində olan 0,0420 ha torpaq sahəsi üzərində yerləşir. Məhkəmə kollegiyası ekspert rəyini sübut kimi qəbul edir və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi- iddianın təmin edilmiş hissəsində dəyişdirilməlidir.

25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Neftçala Rayon Məhkəməsinin 249/1992 il tarixli qanuni qüvvəsini almış qətnaməsi olsa da, həmin q ətnamə nəzərə və icra olunmadan hər iki tərəf öz valideynlərinə münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında onlara düşən payı qəbul edərək iddiaçı 0,0420 ha, cavabdeh tərəf isə 0,093521 ha torpağa dair çıxarış almış və həmin çıxarışlar heç bir tərəfdən mübahisələndirilməmiş və hazırda çıxarışların həqiqiliyi və tamlığı prezumpsiyası mövcuddur.

26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəllənin 30.1 və 30.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 372.1, 372.6, 372.7, 384.0.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоsessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiy a baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh1 (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin apellyasiya qaydasında yenidən baxılması üçün göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Neftçala rayon Notariat Ofisində xx.xx.2022-ci ildə verilmiş 2V-177 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, iddiaçılar xx.xx.2022-ci ildə vəfat etmiş X6 miras olaraq yalnız 0,0420 ha torpaq sahəsini qəbul ediblər. Neftçala Rayon Məhkəməsinin xx.xx.1992-ci i l tarixli qətnaməsi ilə X9 evə dair miras payı müəyyən olunmayıb. İddiaçıların onların mülkiyyətində və ya qanuni istifadəsində olmayan evdən cavabdehlərin çıxarılmasına dair iddia qaldırmağa subyektiv hüququ olmadığı üçün iddianın qismən də olsa təmin olunmasına dair məhkəmənin gəldiyi nəticə qanunsuzdur.

29. Apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən təyin etdiyi ekspertizanın nəticəsi olaraq evin başqasının mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini müəyyən edərkən, Mülki Məcəllənin 243-cü maddəsini tətbiq etməli olduğu halda tətbiq etməyib ki, bu da maddi hüquq normasının pozulmasıdır. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində hazırda qüvvədə olan qeydə əsasən həmin evin 2/5 hissəsinin mülkiyyətçisi X23r, qalan 3/5 hissə isə açıq saxlanılıb. 2/5 hissədə mər hum Sakit Məlikova, onun mirasını faktiki qəbul etmiş və vərəsəlik hüququna əsaslanan (gözlənilən) mülkiyyət hüququna sahib olan Cavabdeh1 məxsus evin 70.7 kv.m hissəsi iddiaçıların mülkiyyətində olan torpaq sahəsində yerləşir. Bu isə iddiaçıların iddialarının təmin olunması üçün əsas ola bilməz. Belə ki, birincisi, evin 2/5 hissəsi mərhum S. Məlikovun mülkiyyətindədir və onun mirasını faktiki qəbul etmiş vərəsə kimi Cavabdeh1 həmin evdən təyinatı üzrə istifadə edə, yəni orada yaşaya bilər. İkincisi, başqasının mülkiyyətində olan evin müəyyən hissəsi iddiaçıların mülkiyyətində olan torpaq sahəsində yerləşdiyinə görə mübahisənin həlli üçün Azərbaycan Respublikası MM-in 243-cü maddəsi tətbiq olunmalıdır. Cavabdeh1 da vərəsə (mülkiyyətçi) kimi yaşadığı evin başqasına - iddiaçılara məxsus to rpaq sahəsində yerləşən hissəsindən istifadə və ona sahiblik edə bilər (MM-in 243.3-cü maddəsi).

30. Məhkəmə kollegiyası evin 70.7 kv.m. hissəsini iddiaçılara verməklə onların əsassız varlanmasına şərait yaradıb. Belə ki, həmin ev ümumi sahəsi 44,8 kv.m, iki otaqdan ibarət olmaqla 1985-ci ildə tikilib, uzun müddət yaşayış olmadığı üçün baxımsızlıqdan dağılaraq yarımtikili vəziyyətinə düşüb, cavabdehin valideynlərinin, həmçinin də özünün vəsaiti hesabına əsaslı təmir olunaraq əlavə otaq inşa edilməklə sahəsi 79 kv.m. qədər artırılıb və bu ölçüdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. İddiaçıların evə və ya onun bir hissəsinə mülkiyyət hüququ olmadığı halda evin 70.7 kv.m. hissəsinin məhkəmə qətnaməsi ilə onlara verilməsi onların qanuni əsas və ya müqavilə əsası olmadan 2/5 hissəs i başqasına məxsus evi əldə etməsinə gətirib çıxarır ki, bu da həm cavabdehin vərəsəlik hüququna əsaslanan mülkiyyət hüququnun pozulması, həm də iddiaçıların əsassız varlanmasıdır. Nəzərə almaq lazımdır ki, evin 70.7 kv.m. hissəsinin onların mülkiyyətində olan torpaq sahəsində yerləşməsi evin bu hissəsinə iddiaçıların mülkiyyət hüququnun yaranmasına səbəb olmur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı İddiaçı1 tərəfindən etiraz ərizəsi məhkəmənin elektron kabinetinə daxil olmuşdur.

32. Ərizənin dəlilləri əsasən iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etmiş və sonda kassasiay şikayətinin təmin olunmaması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

33. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri nə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

34. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 5.3. Mülki hüquq münasi bətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

36. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.

37. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

38. Maddə 157.2. Mülkiyyətçi ö zgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

39. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya n əticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərb aycana qarşı” işi üzrə).

52. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

53. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

54. İddiaçıların qeyd etdiyi evdən cavabdehlərin çıxarılması tələbini irəli sürmək üçün iddiaçıların subyektiv hüququnun olmadığı barədə kassatorun dəlilləri əsassızdır. Belə ki, işin müəyyən olunan hallarına görə cavabdehlərin çıxarılmalı olan tikilinin hissəsi iddiaçıların mülkiyyətində olan torpaq sahəsində yerləşir (qərarın 22 və 24-cü paraqrafları). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu 13.7-ci maddəsinə görə, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.

55. Kassator həmçinin cavabdehlərin çıxarılması qət edilən evin onların nənəsindən miras qaldığını, həmin evin 2/5 hissəsinin mərhum atası Sakit Məlikovun mülkiyyətində olduğunu, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edildiyi halda onların mübahisəli evdən çıxarılmasının qanunsuz olması barədə dəlili də qətnamənin ləğvinə əsas vermir.

56. Çünki, ilk növbədə qeyd olunmalıdır ki, X2 miras qalan, Neftçala şəhəri Qələbə küçəsində 600 kv.m sahədə yerləşən ümumi sahəsi 44,8 kv.m evdən Neftçala rayon Dövlət notariat kontorunun verdiyi xx.xx.1990-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə X17 payı 2/5 hissədə müəyyən edilmiş, miras qalan 3/5 hissəsə açıq saxlanılmışdır. Cavabdeh də kassasiya şikayətində bu şəhadətnaməyə istinad edir. Lakin həmin “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə Neftçala Rayon Məhkəməsinin 2-49/1992 il tarixli qətnaməsi ilə ləğv edilərək, sahəsi 44,8 kv.m. olan iki otaqlı mənzil vərəsələr arasında bölünərək, evin ümumi sahəsinin 54/70 hissəsinə (34,56 kv.m. sahəsi) X5, 16/70 hissəsinə (10,24 kv.m. sahəsi) X17 payları müəyyən edilmişdir.

57. Mülki hüquq və vəzifələrin yaranma əsaslarından biri - mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktlarıdır.

58. Bundan başqa, tərəflərin təqdim etdiyi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ünvanı Neftçala şəhəri, X30 küçəsi 98 ünvan, cavabdehin ailə üzvləri ilə birgə mülkiyyətində olan torpaq sahəsinin və atası Sakit Məlikovun mülkiyyətində olan evin yerləşdiyi ünvan isə Neftçala şəhəri, X30 küçəsi 98A qeyd olunmuşdur.

59. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu 13.7ci maddəsinə görə, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.

60. Həmin Qanunun 7.2-ci maddəsində deyilir ki, daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəllə sinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.

61. Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə başqa sənədlərlə yanaşı torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır (Qanunun 10.2.2-ci maddəsi). 62. "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"na görə, daşınmaz əmlak obyektinə ünvan digər hallarla yanaşı aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müva fiq qaydada istismara qəbul edildikdə; 3.2.4. daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda.

63. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyun 2015-ci il tarixli 553 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri” qaydalarına əsasən, plan və ölçüdə başqa məlumatlarla yanaşı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, torpaq sahəsinin qonşu sərhədləri, torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı əksini tapmalıdır (4.14, 4.17 və 4.18-ci bəndləri).

64. Göründüyü kimi üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə başqa sənədlərlə yanaşı torpaq sahəsinin planı və ölçüsü əlavə edilir və qeydiyyata alınan torpaq sahəsinin koordinatları məhz həmin plan ölçü sənədində əksini tapmış koordinatlar əsasında müəyyən edilir.

65. Cavabdeh1 apelyasiya şikayətində onların çıxarılması tələb olunan evin iddiaçıların mülkiyyətində olan, Neftçala şəhəri, X30 küçəsi 98 ünvanda yerləşən torpaq sahəsində deyil, özlərinin mülkiyyətində olan, Neftçala şəhəri, X30 küçəsi 98A ünvanda yerləşdiyini bildirdiyinə görə apelyasiya instansiyası məhkəməsi ekspertiza təyin etmiş və ekspert rəyi ilə müəyyən edilmiş dir ki, cavabdehlərin yaşadığı fərdi yaşayış evinin 70,7 kv.m hissəsi iddiaçıların paylı mülkiyyətində olan 0,0420 ha torpaq sahəsi üzərində yerləşir.

66. Göründüyü kimi mübahisəli evin bir hissəsinin iddiaçıların mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşməsi müəyyən olunub. Həmçinin ekspert rəyinə əlavə olunmuş sxemdən görünür ki, evin qalan hissəsi Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində yerləşir. Cavabdeh həmin hissənin (onların çıxarılmadığı hissənin) onun atası X26 Rayon Məhkəməsinin 2-49/1992 il tarixli qətnaməsi ilə payı müəyyən olunan 10,24 kv.metrdən və ya özünün istinad etdiyi xx.xx.1990-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında verilmiş qeydiyyat şəhadətnaməsində müəyyən olunan 44,8 kv.metr sahənin 2/5 hissisndən az olduğuna dair sübut təqdim etməyib.

67. Ümumiyyətlə nəzərə alınmalıdır ki, Neftçala şəhəri, X30 küçəsi 98 ünvanında yerləşən 0,0420 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeydiyyat və ya qeydiyyata aid plan ölçü sənədinin düzgünlüyü mübahisələndirilməyib. Bu halda iddiaçılara münasibətdə həmin qeydiyyatın düzgünlüyü prezumpsiyasından irəli gələn hüquqi nəticələr tətbiq olunmalıdır. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

68. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

69. Kassasiya şikayətinin, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillər işin faktiki halları ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı də lillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

71. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 mart 2025-ci il tarixli, 2(106)57/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar