Məhkəmə qərarları › İş №2(102)-1949/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1949/2021

21.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1949/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzillə təmin olunma tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Vəkil İlqar oğlunun, Cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “xxxx” QSC-nin 4 nömrəli Bakı Yol Sahəsinin rəhbərliyi ilə HİK-in 04.03.1990-cı il tarixli birgə iclasının 04 nömrəli protokolu ilə sahənin keçmiş işçisi, təqaüdçü İddiaçı, mənzil şəraitinin yaxşılaşdırılması qismində iş yerində 4 nəfər ailə üzvləri ilə uçota götürülmüşdür. Həmin birgə qərar Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən 30.03.1990-cı il tarixli qərarla təsdiq edilmişdir. İddiaçı ailə vəziyyəti və tutduğu vəzifə nəzərə alınaraq 12.02.1992-ci il tarixli xüsusi orderlə keçmiş Zaqulba qəsəbəsi (indiki Buzovna qəsəbəsi R.İmanov küçəsi ev 28 mənzil 48) ünvan 1 ünvanda ümumi sahəsi 63,48 kv.metr, yaşayış sahəsi 46 kv.metr olan 3 otaqlı xidməti mənzil ayrılmışdır. 2016-cı ildə həmin mənzil iddiaçının arvadı xnın adına özəlləşdirmiş və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən 29.12.2016-cı il tarixli mülkiyyət hüququna dair çıxarış verilmişdir. “xxxx” QSC-nin 4 nömrəli Bakı Yol Sahəsinin rəhbərliyi ilə sahə HİK-in 19.10.2018-ci il tarixli 9A nömrəli protokoluna əsasən İddiaçı iş yerində mənzil uçotundan çıxarılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh «xxxx» QSC-yə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun birinci növbədə mənzillə təmin olunması vəzifəsinin cavabdeh «xxxx» QSC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 2018-ci ildə ev verilməsi ilə bağlı «xxxx» QSC-yə çağırılmış dır. Daha sonra isə müəmmalı şəkildə siyahıdan çıxarılması barədə məlumat verilmişdir. Bununla bağlı rəsmi cavab almağa çalışsa da, rəsmi cavab verməkdən yayınırlar. Bu isə öz növbəsində yuxarıda qeyd etdiyi müvafiq qərarlara zidd olmaqla, onun hüquqlarını kobud şəkildə pozur. Belə ki, yuxarıda qeyd etdiyi kimi, həmin qərarda və qərardan çıxarışda ev növbəsindən çıxarılmaması barədə xüsusi qeyd mövcuddur. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, 2018-ci ilin oktyabr ayında məlum olmuşdur ki, İddiaçı ona verilmiş xidməti mənzili başqa ünvanda (ünvan 2 olan həyat yoldaşı X1 adına özəlləşdirmiş və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən 29. 12.2016-cı il tarixdə RX seriyalı ******* seriyalı çıxarış verilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 14.10.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları»nın 5ci bəndində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların siyahısı müəyyən edilmişdir. İddiaçı tərəfindən ona verilmiş xidməti mənzil artıq özəlləşdirildiyi üçün o, mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan sayılmır. Ona görə də, «xxxx» QSC-nin 4 nömrəli Bakı Yol Sahəsinin rəhbərliyi ilə sahə HİK-in 19.10.2018-ci il tarixli 9A nömrəli protokoluna əsasən İddiaçı iş yerində mənzil uçotundan çıxarılması qərara alınmışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.Cəfərov) 24 iyul 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı yoxdur. İddiaçı mənzil uçotundan çıxarılarkən qanunvericiliyin tələblərinə riayət edilmiş, iddiaçının hər hansı hüququ pozulmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) 28 noyabr 2019-cu il tarixli, 2(103)-13597/19 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı mənzil tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh “xxxx” QSC-nin üzərinə İddiaçı mənzil uçotunun saxlanılması və növbəlilik qaydasında mənzillə təmin olunması vəzifəsinin qoyulması qət edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Nəsimi rayon İcra Hakimiyyəti Baçşısının birinci müavininin 04 fevral 1992-ci il tarixli sərəncamı ilə iddiaçı xidməti yaşayış sahəsi ilə təmin olunsa da, onun mənzil uçotu saxlanılmışdır. Həmin xidməti sahə ilə təmin olunmasına baxmayaraq hesab edilmişdir ki, iddiaçı mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxsdir və o, mənzil uçotundan çıxarıla bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və İ.Xəlilov) 2(102)-17 77/2020 nömrəli iş üzrə 09 iyun 2020-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

10. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, vətəndaşların mənzil uçotuna götürülməsinin əsas məqsədi onların mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Məhz buna görə də iddiaçının mənzilə ehtiyacının olmasını nəzərə alaraq ona xidməti mənzil verilmiş, eyni zamanda xidməti mənzil mənzil şəraitinin müvəqqəti yaxşılaşdırılmasını nəzərdə tutduğundan daimi mənzillə təmin olunması uçun o mənzil uçotunda saxlanılmışdır. Lakin 2016-cı ildə həmin mənzil iddiaçının arvadı xanın adına özəlləşdirilməklə sonuncunun xüsusi mülkiyyətinə keçmişdir. Göstəril ən hal isə onu təstib edir ki, iddiaçı ailə üzvləri ilə birlikdə artıq müvəqqəti deyil daimi əsaslarla mənzillə təmin edilmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən 1982-ci il mənzil məcəlləsinin vətəndaşların mənzil uçotuna götürülməsi ilə bağlı yuxarıda qeyd olunan müddəalarına istinad etsə də, mübahisəyə iddiaçının artıq mənzil şəraitinin yaşxılaşması və uçotda qalmaq uçun əsaslar olmaması baxımından hüquqi qiymət verməmişdir. 1982-ci il tarixli Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda vətəndaşlar uçotdan çıxarılırlar. Bundan başqa, iddiaçı məhkəməyə müraciət edərək onun birinci növbə məzillə təmin olunması vəzifəsini cavabdehə həvalə edilməsini xahiş etmiş və iddia ərizəsində mənzil uçotunun saxlanılması ilə bağlı tələb nəzərdə tutulmamışdır. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən iddiaçının mənzil uçotunun saxlanılması vəzifəsini də cavabdehin üzərinə qoymuşdur. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və Ü.Mayılov) 16 sentyabr 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin x saylı iş üzrə 24 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, eyni məqsədlə İddiaçı mənzilə ehtiyacının olması nəzərə alınaraq xidməti mənzil verilmiş, o cümlədən xi dməti mənzil, mənzil şəraitinin müvəqqəti yaxşılaşdırılmasını nəzərdə tutduğundan daimi mənzillə təmin olunması üçün mənzil uçotunda saxlanılmışdır. Lakin 29.12.2016-cı il tarixdə həmin mənzil iddiaçının arvadı xnın adına özəlləşdirilməklə sonuncunun xüsusi mülkiyyətinə keçmişdir. Bu hal isə ona dəlalət edir ki, iddiaçı ailə üzvləri ilə birlikdə artıq müvəqqəti deyil, daimi əsaslarla mənzillə təmin edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 2018-ci ildə ev verilməsi ilə bağlı xxxx QSC-yə çağırılmışdır. Daha sonra isə müəmmalı şəkildə siya hıdan çıxarılması barədə məlumat verilmişdir. İddiaçının növbədən çıxarılmağı öz növbəsində yuxarıda qeyd edilən müvafiq qərarlara zidd olmaqla, iddiaçıların hüquqlarını kobud şəkildə pozur. Belə ki, həmin qərarda və qərardan çıxarışda ev növbəsindən çıxarılmaması barədə xüsusi qeyd mövcuddur. İddiaçının mənzil uçotundan çıxarılmağı barədə qeyd olunan nüanslar isə tamamilə qanunsuzdur. Mənzil şəraitinin qəsdən pisləşdirilməsini qeyd edən cavabdeh bunun hansı əsaslarla aparılmasına dair heç bir sübut təqdim etməmişdir. Həmin evlərin cavabdehin balansında olmadığından, eyni zamanda sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı aparılan tədbirlər planı çərçivəsində həmin mənzil X2 adına rəsmiləşdirilmişdir. Bu o demək deyil ki, hazırkı vəziyyətdə xidməti ev verilərkən xüsusi olaraq mənzil uç otundan çıxarılma barədə qeyd olmasına baxmayaraq iddiaçı siyahıdan heç bir hüquqa söykənilmədən çıxarılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

17. Cavabdehin nümayəndəsi məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

18. Maddə

28. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar qanunda nəzərdə tutulmuş qaydada dövlət və ya ict imai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsini almaq hüququna malikdirlər.

19. Maddə

29. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların dairəsi müəyyən olunmuşdur.

20. Maddə 30 və

31. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar uçota götürülür. İdarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər.

21. Maddə

35. Mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda vətəndaşlar uçotdan çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

416. Kassasiya instansiyası m əhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki h alları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. 28. “xxxx” QSC-nin 4 nömrəli Bakı Yol Sahəsinin rəhbərliyi ilə HİK-in 04.03.1990-cı il tarixli birgə iclasının 04 nömrəli protokolu ilə sahənin keçmiş işçisi, təqaüd çü İddiaçı, mənzil şəraitinin yaxşılaşdırılması qismində iş yerində 4 nəfər ailə üzvləri ilə uçota götürülmüşdür. Həmin birgə qərar Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən 30.03.1990-cı il tarixli qərarla təsdiq edilmişdir. İddiaçı ailə vəziyyəti və tutduğu vəzifə nəzərə alınaraq 12.02.1992-ci il tarixli xüsusi orderlə keçmiş Zaqulba qəsəbəsi (indiki Buzovna qəsəbəsi R.İmanov küçəsi ev 28 mənzil 48) ünvan 1 ünvanda ümumi sahəsi 63,48 kv.metr, yaşayış sahəsi 46 kv.metr olan 3 otaqlı xidməti mənzil ayrılmışdır. İddiaçı təqaüdə çıxmasına baxmayaraq, iş yerində mənzil uçotunda saxlanılmışdır. 2016-cı ildə həmin mənzil iddiaçının arvadı xnın adına özəlləşdirmiş və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən 29.12.2016-cı il tarixli mülkiyyət hüququna dair çıxarış verilmiş dir. İddiaçı verilmiş xidməti mənzil xa tərəfindən özəlləşdirildiyi üçün “xxxx” QSC-nin 4 nömrəli Bakı Yol Sahəsinin rəhbərliyi ilə sahə HİK-in 19.10.2018-ci il tarixli 9A nömrəli protokoluna əsasən onun iş yerində mənzil uçotundan çıxarılması qərara alınmışdır.

29. Hazırda, iddiaçı, mənzil uçotundan qanunsuz çıxarıldığını bildirərək, cavabdeh tərəfindən birinci növbədə mənzillə təmin olunması tələb edir.

30. Cavabdeh isə bildirir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 14.10.1983-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 5ci bəndində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların siyahısı müəyyən edilmişdir. İddiaçı t ərəfindən ona verilmiş xidməti mənzil artıq özəlləşdirildiyi üçün o, mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan sayılmır. Ona görə də, “xxxx” QSC-nin 4 nömrəli Bakı Yol Sahəsinin rəhbərliyi ilə sahə HİK-in 19.10.2018-ci il tarixli protokoluna əsasən İddiaçı iş yerində mənzil uçotundan çıxarılması qərara alınmışdır.

31. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında mənzillə bağlı hüquq münasibəti 1990-cı ildə yarandığından, mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir (§18-21).

32. Qanun normalarından göründüyü kimi, vətəndaşların mənzil uçotuna götürülməsinin əsas məqsədi onların mənzil şəraitinin yaxşılaşdırılmasıdır.

33. Baxılan işdə eyni məqsədlə İddiaçı mənzilə ehtiyacının olması nəzərə alınaraq xidməti mənz il verilmiş, o cümlədən xidməti mənzil, mənzil şəraitinin müvəqqəti yaxşılaşdırılmasını nəzərdə tutduğundan daimi mənzillə təmin olunması üçün mənzil uçotunda saxlanılmışdır. Lakin 29.12.2016-cı il tarixdə həmin mənzil iddiaçının arvadı xnın adına özəlləşdirilməklə sonuncunun xüsusi mülkiyyətinə keçmişdir. Bu hal isə ona dəlalət edir ki, iddiaçı ailə üzvləri ilə birlikdə artıq müvəqqəti deyil, daimi əsaslarla mənzillə təmin edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq, hesab etmişdir ki, iddiaçının mənzil şəraitinin yaxşılaşması və uçotda qalması üçün əsaslar aradan qalxmışdır.

35. Kollegiya, apellyasiya instansiyası məhkəməsinin iddiaçının dəlillərinə dair verdiyi hüquqi qiymət və iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayəti qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar