Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1949/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətnin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)-2117/2021 saylı qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə 19 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC-nin Ağcabədi filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış 06 iyun 2013-cü il tarixli 4356 saylı baş kredit müqaviləsinə əsasən illik 6 faiz dərəcəsi olmaqla 48 ay güzəşt müddəti ilə cəmi 84 ay müddətinə ******* manat məbləğində cavabdehə kredit verilmişdir.
2. Eyni zamanda verilmiş kreditin təminatı olaraq: Cavabdeh1 MMC-yə məxsus Ağcabədi şəhəri, Zə rdab yolunun sol tərəfində, Səməd Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsi 06 iyun 2013-cü il tarixli RB/AB/İP 266 saylı ipoteka müqaviləsi ilə; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, X3 prospektində yerləşən, 41 saylı evin, 3 otaqlı 121 saylı mənzili 06 iyun 2013-cü il tarixli RB/AB/İP 267 saylı ipoteka müqaviləsi ilə; tam mülkiyyət hüququ ilə cavabdeh X1 məxsus Bakı şəhəri, X3 prospektində yerləşən, 41 saylı evin, 2 otaqlı 122 saylı mənzili 06 iyun 2013-cü il tarixli RB/AB/İP 269 saylı ipoteka müqaviləsi ilə; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Daşkəsən rayonun Zağalı kəndində yerləşən, 169,1 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,0607 ha torpaq sahəsi 20 avqust 2013-cü il tarixli RB/AB/İP 293 saylı ipoteka müqa viləsi ilə; tam mülkiyyət hüququ ilə Cavabdeh5 Zayni qızına məxsus Ağcabədi şəhəri, Heydər Əliyev küçəsində yerləşən 122 saylı evin, 3 otaqlı 8 saylı mənzili 06 iyun 2013-cü il tarixli RB/AB/İP 276 saylı ipoteka müqaviləsi ilə; tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Ağcabədi şəhəri, Üzeyir Hacıbəyov küçəsində (yeni məhəllə) yerləşən, 377,8 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,24 ha torpaq sahəsi 13 may 2014-cü il tarixli RB/AB/İP 366 saylı ipoteka müqaviləsi ilə; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus “Mercedes BENZ E220 CDİ” minik markalı, 2000-ci il buraxılışlı, WBD2102061B101009-ban nömrəli, gümüşü metal rəngli, ** FE *** dövlət nömrə nişanlı avtomaşın 22 noyabr 2013-cü il tarixli RB/AB-325 ip saylı ipoteka müqaviləsi ilə; tam mülkiyyət h üququ ilə Cavabdeh1 MMC-yə məxsus HUNDAY SONATA minik markalı, 2010-cu il buraxılışlı, KMHEC41CBBA135340-ban nömrəli, qara rəngli, ** AA *** dövlət nömrə nişanlı avtomaşın 22 noyabr 2013-cü il tarixli RB/AB-324 ip saylı ipoteka müqaviləsi ilə; tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Mercedes BENZ SPRİNTER-yük markalı, 2001-ci il buraxılışlı WBD9046121R286735-ban nömrəli, ağ rəngli, ** EE *** dövlət nömrə nişanlı avtomaşın 22 noyabr 2013-cü il tarixli RB/AB-323 saylı; tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Mercedes BENZ 815-yük markalı, 1999-cu il buraxılışlı, WBD9700151K430606- ban nömrəli, ağ rəngli, ** VA *** dövlət nömrə nişanlı avtomaşın 22 noyabr 2013-cü il tarixli RB/AB-328 ip saylı ipoteka müqaviləsi ilə; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Mercedes BENZ-yük markalı, 1998 -ci il buraxılışlı, WBD9700551K352381-ban nömrəli, tünd-yaşıl rəngli, ** BO *** dövlət nömrə nişanlı avtomaşın 22 noyabr 2013-cü il tarixli RB/AB-322 ip saylı ipoteka müqaviləsi ilə; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus FORD TRANSİT-yük markalı, 2007-ci il buraxılışlı, WFOFXXTTFF7L75803-ban nömrəli, ağ rəngli, ** FD *** dövlət nömrə nişanlı avtomaşın ASC qarşısında 22 noyabr 2013-cü il tarixli RB/AB-329 ip saylı ipoteka müqaviləsi ilə ipoteka ilə yüklü edilmişdir.
3. İpoteka müqavilələri ipoteka qoyanların ailə üzvlərinin razılığı ilə notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək, Cavabdeh1 MMC-dən İddiaçı ASC-nin xeyrinə 06 iyun 2013-cü il tarixli, 4356 saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 983570,81 manat əsas borc, faiz borcuna görə 41317,25 manat, dəbbə borcuna görə 240000 manat olmaqla, cəmi 1264888,06 manat məbləğində vəsaitin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarələrində bildirişlərin qeydə alınması üçün ödənilmiş 192 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumuun tutulması, tələblərin ipoteka ilə yüklü edilmiş: tam mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, Səməd Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinə; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, X3 prospektində yerləşən, 41 saylı evin 3 otaqlı 121 saylı mənzilinə; tam mülkiy yət hüququ ilə cavabdeh X1 məxsus Bakı şəhəri, X3 prospektində yerləşən, 41 saylı evin 2 otaqlı 122 saylı mənzilinə; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Daşkəsən rayonu, Zağalı kəndində yerləşən, 169,1 kv.m. ümumi sahəsi olan 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,0607 ha torpaq sahəsinə; tam mülkiyyət hüququ ilə Cavabdeh5 Zayni qızına məxsus Ağcabədi şəhəri, Heydər Əliyev küçəsində yerləşən, 122 saylı evin, 3 otaqlı 8 saylı mənzilinə; tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Ağcabədi şəhəri, Üzeyir Hacıbəyov küçəsində (yeni məhəllə) yerləşən, 377,8 kv.m. ümumi sahəsi olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,24 ha torpaq sahəsinə; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus “Mercedes BENZ E220 CDİ” minik markalı, 2000-ci il buraxılışlı, WBD2102061 B101009-ban nömrəli, gümüşü metal rəngli, ** FE *** dövlət nömrə nişanlı avtomaşına; tam mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus HUNDAY SONATA minik markalı, 2010-cu il buraxılışlı, KMHEC41CBBA135340-ban nömrəli, qara rəngli, ** AA *** dövlət nömrə nişanlı avtomaşına; tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Mercedes BENZ SPRİNTERyük markalı, 2001-ci il buraxılışlı WBD9046121R286735-ban nömrəli, ağ rəngli, 99 E 224 dövlət nömrə nişanlı avtomaşına; tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Mercedes BENZ 815-yük markalı, 1999-cu il buraxılışlı, WBD9700151K430606- ban nömrəli, ağ rəngli, ** VA *** dövlət nömrə nişanlı avtomaşına; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Mercedes BENZ-yük markalı, 1998-ci il buraxılışlı, WBD9700551K352381-ban nömrəli, tünd-yaşıl rəngli, ** BO *** dövlət nömrə nişanlı avtomaşına; tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus FORD TRANSİT-yük markalı, 2007-ci il buraxılışlı, WFOFXXTTFF7L75803-ban nömrəli, ağ rəngli, ** FD *** dövlət nömrə nişanlı avtomaşına yönəldilməsi, ipoteka predmetləri olan daşınmaz əmlakların ilkin satış qiymətlərinin məhkəmədə müəyyən edilməsi, bütün ipoteka predmetlərinin açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 MMC-nin 06 iyun 2013cü il tarixli, 4356 saylı Baş kredit müqaviləsi üzrə cəmi 1264888,06 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 222 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmetləri olan daşınmaz əmlaklara tutma yönəldildikdə və onlar satıldıqdan ən geci 1 ay sonra boşaldılması, mülkiyyətçilər və onların ailə üzvlərinin ipoteka predmetlər indən çıxarılması və onların istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 iyun 2013-cü il tarixli 4356 saylı baş kredit müqaviləsinin şərtlərinə görə cavabdeh MMC kredit üzrə hesablanmış dəbbə pulunu faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbədar edilmələrinə baxmayaraq Cavabdeh1 MMC öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. 13 iyun 2018-ci il tarixinə olan maliyyə arayışına əsasən cavabdehin 06 iyun 2013-cü il tarixli 4356 saylı baş kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 983570,81 manat, f aiz borcuna görə 41317,25 manat, dəbbə borcuna görə 240000 manat, borcun cəmi məbləği 1264888,06 manat təşkil edir.
6. İddiaçı Cavabdeh1 MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “06 aprel 2013-cü il tarixli 4356 saylı baş kredit müqaviləsinin 1.12; 1.14; 1.14.3; 1.17; 1.18; 1.19; 1.20; 2.2; 2.12; 2.24; 2.26; 2.27; 3.1.13; 3.1.11; 3.2.2; 3.6; 3.8; 3.9; 3.11; 3.12; 4.3; 4.6; 4.11; 4.25; 5.2; 5.3; 5.5; 5.11-ci bəndləri etibarsız hesab edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçının nümayəndəsi iddia tələbinin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, 16 iyun 2020-ci il tarixinə RB/AB4356 saylı 06 iyun 2013-cü il tarixli baş kredit müqaviləsi üzrə əsas borcun 983570,81 manat, faiz borcunun 194115,02 manat, dəbbə borcunun 240000 manat, borcun cə mi məbləğinin 1417685,83 manat təşkil etdiyini bildirmiş, iddia tələbinin artırılmasına dair ərizənin qəbul edilərək iddia tələbinin artırılan və digər hissələrdə tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Məhkəmənin mühasibatlıq ekspertizası təyin olunması barədə rəyinə əsasən Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 17 fevral 2020-ci il tarixli 31321 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə 13 avqust 2018-ci il tarixə (iddia ərizəsində tələb olunan tarixə) banka ödənilməli olan borcu ümumilikdə 1025495,12 manat məbləğindədir. O cümlədən: əsas borc üzrə 984750,22 manat; faiz borcu üzrə 40744,90 manat təşkil edir.
9. Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(006)-116/2020 saylı qətnam əsi ilə (hakim N.Tağıyeva) ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən İddiaçı ASC-nin xeyrinə 06 iyun 2013-cü il tarixli, 4356 saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 983570,81 manat əsas borc, faiz borcuna görə 194115,02 manat, dəbbə borcuna görə 12000 manat olmaqla, cəmi 1.189.685,83 manat məbləğində vəsaitin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarələrində bildirişlərin qeydə alınması üçün ödənilmiş 192 manat rüsum və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 222 manat məbləğində pul vəsaitinin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş: Cavabdeh1 MMC-yə məxsus olan ilkin satış qiyməti 290.000 manat təşkil edən Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, Səməd Vurğun küçəsinin sonunda yerləşən 6,0 ha torpaq sahəsinə; Cavabdeh2 məxsus ilkin satış qiyməti 110.000 manat təşkil edən Bakı şəhəri, X3 prospektində yerləşən, 41 saylı evin, 3 otaqlı 121 saylı mənzilinə; X1 məxsus ilkin satış qiyməti 83.000 manat təşkil edən Bakı şəhəri, X3 prospektində yerləşən, 41 saylı evin, 2 otaqlı 122 saylı mənzilinə; Cavabdeh2 məxsus ilkin satış qiyməti 90.000 manat təşkil edən Daşkəsən rayonu, Zağalı kəndində yerləşən, 169,1 kv.m. ümumi sahəsi olan, 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,0607 ha torpaq sahəsinə; Cavabdeh5 məxsus ilkin satış qiyməti 36.000 manat təşkil edən Ağcabədi şəhəri, Heydər Əliyev küçəsində yerləşən, 122 saylı evin, 3 otaqlı 8 saylı mənzilinə; Cavabdeh4 məxsus ilkin satış qiyməti 126.000 manat təşkil edən Ağcabədi şəhəri, Üzeyir Hacıbəyov küçəsində (yeni məhəllə) yerləşən, 377,8 kv.m. ümumi sahəsi olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0,24 ha torpaq sahəsinə; Cavabdeh2 məxsus Mercedes BENZ E220 CDİ-minik markalı, 2000-ci il buraxılışlı, WBD2102061B101009-ban nömrəli, gümüşü metal rəngli, ** FE *** dövlət nömrə nişanlı avtomaşına; Cavabdeh1 MMC-yə məxsus HUNDAY SONATA-minik markalı, 2010-cu il buraxılışlı, KMHEC41CBBA135340-ban nömrəli, qara rəngli, ** AA *** dövlət nömrə nişanlı avtomaşına; Cavabdeh4 məxsus Mercedes BENZ SPRİNTER-yük markalı, 2001-ci il buraxılışlı WBD9046121R286735-ban nömrəli, ağ rəngli, 99 E 224 dövlət nömrə nişanlı avtomaşına; Cavabdeh4 məxsus Mercedes BENZ 815-yük markalı, 1999-cu il buraxılışlı, WBD9700151K430606- ban nömrəli, ağ rəngli, ** VA *** dövlət nömrə nişanlı avtomaşına; Cavabdeh2 məxsus Mercedes BENZ-yük markalı, 1998-ci il bur axılışlı, WBD9700551K352381-ban nömrəli, tünd-yaşıl rəngli, ** BO *** dövlət nömrə nişanlı avtomaşına; Cavabdeh2 məxsus FORD TRANSİT-yük markalı, 2007-ci il buraxılışlı, WFOFXXTTFF7L75803-ban nömrəli, ağ rəngli, ** FD *** dövlət nömrə nişanlı avtomaşına yönəldilməsi, ipoteka predmetləri olan daşınmaz və daşınar əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 MMC-nin 06 iyun 2013-cü il tarixli, 4356 saylı Baş kredit müqaviləsi üzrə cəmi 1.189.685,83 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 222 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, iş üzrə qiymətləndirmə ekspertiza xərcləri olan İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə ödənilən 1800 manat və 350 manat məbləğində vəsaitin Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi, iş üzrə keçirilən məhkəmə mühasibatlıq ekspertizası xərci olan 145 manat məbləğində vəsaitin Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetləri olan daşınmaz əmlaklara tutma yönəldildikdə və onlar satıldıqdan ən geci 1 ay sonra cavabdehlərin ailə üzvləri ilə birlikdə mənzillərdən çıxarılmaları və həmin mənzillərin boşaldılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC cavabdehin qarşısında müqavilədə nəzərdə tutulmuş öhdəliklərini tam icra etməmişdir. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 240000 man at məbləğində cərimə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğundan həmin cərimənin məbləği azaldılmalıdır.
11. Cavabdeh1 MMC-nin qarşılıqlı iddiasına gəldikdə isə məhkəmə hesab etmişdir ki, Cavabdeh1 MMC müqaviləni imzalayarkən, müqavilənin şərtləri ilə tanış olmuş və razılaşmışdır. Hər bir halda Cavabdeh1 MMC müqavilənin sonunda imza etdikdə anket məlumatlarının qarşısında «borclu» yazıldığını görməyə bilməzdi.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 337, 443.1, 445.2, 445.2, 448, 467, 739.1 və “İpoteka haqqında” Qanunun 33, 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətna mənin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(103)-2117/2021 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
15. Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyul 2021-ci il tarixli 9/1820 saylı rəyinə əsasən, “Borcalan” Cavabdeh2 tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə 16.06.2020-ci il tarixə banka ödənilməli olan borcu ümumilikdə 1.44.157,52 manat məbləğində, o cümlədən: əsas borc üzrə 984.750,22 manat, faiz borcu üzrə 159.407,30 manat məbləğində müəyyən edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2020-ci il tarixli, 2(103)-2117/2021 saylı qətnaməsi ilə (hakimlə r Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Talışınski və R.Eyvazov) ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(006)-116/2020 nömrəli qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilmiş, faiz borcu 194.115,02 manat əvəzinə 159.407,30 (bir yüz əlli doqquz min dörd yüz yeddi manat otuz qəpik) manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin faiz borcu hissəsinə razılaşmayaraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəməmühasibatlıq ekspert izası ilə bağlı 05 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 05 iyul 2021-ci il tarixli 9/1820 saylı ekspertiza rəyinə əsasən faiz borcu 159.407,30 manat məbləğində müəyyən edilməlidir.
18. Apellyasiya instamsiyası məhkəməsi qarşılıqlı iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə də razılaşmışdır.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 385, 442, 443, 449, 465, 467, 470, 472-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiy asına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apelyasiya şikayətinin əsas dəlillərindən biri ipoteka predmeti olan əmlakların qiymətinin düzgün müəyyən edilməməsi barədə olduğu halda, apelyasiya instansiyası məhkəməsi bu dəlillərə hüquqi qiymət verməmiş, onların təkrar ekspertiza təyin olunması barədə tələbləri nəzərə alınmamışdır. Cavabdehin borcu qaytara bilməməsi yalnız cavabdehin təqsirindən deyil, həm də iddiaçı tərəfin hərəkətlərindən baş vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçının nümayəndəsi kassasiya şikayətinə qarşı yazılı etirazında şikayətin əsassız olduğunu bilrdirərək təmin olunmamasını xahiş etmişdir. Prosessual məsələlər
23. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildi yindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
24. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə
337. Əqdləri n etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 26. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyalar ın və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
27. Azərbaycan Respublikasının Mü lki Prosessual Məcəlləsi Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik etmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
29. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiy ası aşağıdakılara əsasən hesab edir ki, işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti ilə bağlı tam araşdırma aparılmamış, prosessual hüququ normalarının tələbləri pozulmuşdur. Buna görə də kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətinin müəyyən olunmasına aid hissədə ləğv edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanmalı və iş ləğv edilmiş hissədə yenidən baxılması üçün göndərilməlidir.
33. Belə ki, borcun tutulması, cərimənin ödənilməsi və tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsi barədə tələbin maddi-hüquqi əsaslarını Mülki Məcəlləsinin 317, 462 və 739-cu maddələri, “İpoteka haqqında” Qanunun 59.3.2-ci maddəsi təşkil edir.
34. İşə baxmış apellyasiya instansiyası məhkəməsi də işin hallarını bu normaların dispozisiya şərtləri əsasında yoxlamış və iddia tələbini həmin hissədə təmin etmişdir.
35. Qarşılıqlı iddianın əsasını isə Mülki Məcəllənin 337-ci maddəsi təşkil edir və məhkəmələr qarşılıqlı iddianın dəlillərini həmin normaya əsasın yoxlayaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu hissələr üzrə gəldiyi nəticə ilə razılaşır. Qarşılıqlı iddianın təmin olunmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ümumiyyətlə formal xarakter daşıyır.
36. Lakin ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti ilə bağlı apellyasiya instansiyası məhkəməsi cavabdehin etiraz dəlillərini araşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsində "xxxx " MMC-nin 0022/19/RB saylı 30 yanvar 2019-cu il tarixli hesabatı ilə Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 41 saylı evin 121 saylı mənzilin real bazar qiyməti 110000 manat; "xxxx" MMC-nin 00024/19/RB saylı 30 yanvar 2019-cu il tarixli hesabatı ilə Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 2 mərtəbəli, 6 otaqlı evin 0.0607 ha torpaq sahəsi ilə birlikdə real bazar qiyməti 80000 manat; "xxxx" MMC-nin 0025/19/RB saylı 30 yanvar 2019-cu il tarixli hesabatı ilə Ağcabədi şəhəri, Heydər Əliyev küçəsindəki 122 saylı evin 8 saylı mənzilin bazar qiyməti 40000 manat; "xxxx" MMC-nin 0026/19/RB saylı 30 yanvar 2019-cu il tarixli hesabatı ilə Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, təzə məhəllədə 2 mərtəbəli, 5 otaqlı evin 0.24 ha torpaq sahəsi ilə birlikdə real bazar qiyməti 14000 0 manat; "xxxx" MMC-nin 0021/19/RB saylı 30 yanvar 2019-cu il tarixli hesabatı ilə Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, Səməd Vurğun küçəsinin sonunda yerləşən, Cavabdeh1 MMC-nin mülkiyyətində olan, **********15 reyestr nömrəli, 6.0 ha torpaq sahəsinin real bazar qiyməti 320000 manat; "xxxx" MMC-nin 0023/19/RB saylı 30 yanvar 2019-cu il tarixli hesabatı ilə Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 41 saylı evin 122 saylı mənzilin real bazar qiyməti 90000 manat müəyyən edilmişdir.
37. Cavabdeh həmin rəylərlə müəyyən olunmuş qiymətlərlə razılaşmayaraq 16.05.2019-cu il tarixdə təkrar ekspertiza təyin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi 15.05.2019-cu il tarixli qərardadla təkrar ekspertiza təyin etmiş, lakin cəmi üç əmlakın qiymətləndirilməsini zə ruri hesab etmiş və qiymətləndirmə aparılmasını yenə də "xxxx" MMC-yə həvalə etmişdir.
38. Həmin qərardad əsasında "xxxx" MMC-nin 0458/19/RB saylı 06 avqust 2019-cu il tarixli qiymətləndirmə hesabatı ilə Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, Səməd Vurğun küçəsinin sonunda yerləşən, Cavabdeh1 MMC-nin mülkiyyətində olan, **********15 reyestr nömrəli, 6.0 ha torpaq sahəsinin real bazar qiyməti 320000 manat; "xxxx" MMC-nin 0459/19/RB saylı 06 avqust 2019-cu il tarixli hesabatı ilə Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, təzə məhəllədə 0.24 ha torpaq sahəsi ilə birlikdə 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin real bazar qiyməti 140000 manat; "xxxx" MMC-nin 0484/19/RB saylı 26 avqust 2019-cu il hesabatı ilə Daşkəsən rayonu, Zağalı kəndində, Cavabdeh2 mülkiyyətində olan 0.0607 ha torpaq sahəsindəki 2 mərtəbəli, 6 otaqlı evin torpaq sahəsi ilə birlikdə real bazar qiyməti 100000 manat müəyyən edilmişdir.
39. Cavabdeh həmin rəylərlə də razı olmadığnı bildirərək yazılı vəsatətlə çıxış etməklə təkrar ekspertiza təyin olunmasını xahiş etmiş, lakin onun vəsatəti təmin olunmamışdır.
40. Birinci instansiya məhkəməsi qiymətləndirmə aparılması barədə qərardadlarında əmlakların likvid qiymətinin müəyyən olunması barədə sual qoymamış, buna görə də sonradan "xxxx" MMC-nə məktub göndərərək, bu əmlakların likvid qiymətinin müəyyən edilməsini və məhkəməyə yazılı məlumat verilməsini xahiş etmişdir. "xxxx" MMC 05 oktyabr 2020-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, Ağcabədi şəhəri, Zərdan yolunun sol tərəfində, S.Vurğun küçəsinin sonunda yerləşən 6.0 ha torpaq sahəsini n likvid dəyəri 290000 manat; Bakı şəhəri, X3 prospekti, ev 41, 121 saylı mənzilin likvid dəyəri 110000 manat; Bakı şəhəri, X3 prospekti, ev 41, 122 saylı mənzilin likvid dəyəri 83000 manat; Daşkəsən rayonu, Zağalı kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 90000 manat; Ağcabədi şəhəri, H.Əliyev küçəsi ev 122, 08 saylı mənzilin likvid dəyəri 36000 manat; Ağcabədi şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 126000 manat təşkil edir.
41. Birinci instansiya məhkəməsi həmin məktubda qeyd olunan qiymətləri əsas tutmaqla, ipoteka predmeti olan əmlakların ilkin satış (likvid) qiymətini müəyyən etmişdir.
42. Halbuki, bu əmlakların bəzilərinin bazar və likvid qiymətləri ipoteka müqaviləsində daha çox müəyyən edilmişdi. Məsələn, Ağcabədi şəhəri, Heydər Əliyev küçəsindəki 122 saylı evin 8 saylı mənzilin bazar qiyməti 55000 manat, likvid qiyməti 48000 manat; Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, təzə məhəllədə 2 mərtəbəli, 5 otaqlı evin 0.24 ha torpaq sahəsi ilə birlikdə bazar qiyməti 200000 manat, likvid qiyməti 170000 manat, Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, Səməd Vurğun küçəsinin sonunda yerləşən, Cavabdeh1 MMC-nin mülkiyyətində olan 6.0 ha torpaq sahəsinin bazar qiyməti 430000 manat, likvid qiyməti 340000 manat; Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 41 saylı evin 122 saylı mənzilin bazar qiyməti 105000 manat, likvid qiyməti 97000 manat müəyyən edilmişdi.
43. Cavabdeh əmlakların qiymətlərini apelyasiya şikayətində də mübahisələndirmiş, qiymətlərin düzgün müəyyən olunması üçün ekspertiza təyin olunmasını xa hiş etmiş, lakin məhkəmə kollegiyası 11.03.2021-ci il tarixdə mühasibatlıq ekspertizası təyin edib iş üzrə icraatı dayandırmasına baxmayaraq, cavabdehin qiymətləndirmə ilə bağlı vəsatətinə heç bir münasibət bildirməmişdir. Bundan sonra cavabdeh öz təşəbbüsü ilə aparılmış qiymətləndirmə rəylərini məhkəməyə təqdim etmiş və vəsatətinin təmin olunmasını xahiş etmişdir.
44. Həmin rəylərlə ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X3 prospektində yerləşən 41 saylı evin 121 və 122 saylı mənzillərin bazar qiyməti 305000 manat; Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 2 mərtəbəli, 6 otaqlı evin 0.0607 ha torpaq sahəsi ilə birlikdə bazar qiyməti 200000 manat; Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, təzə məhəllədə 2 mərtəbəli, 5 otaqlı evin 0.24 ha torpaq sahəsi ilə birlikdə bazar qiyməti 170000 manat; Ağcabədi şəhəri, Zərdab yolunun sol tərəfində, Səməd Vurğun küçəsinin sonunda yerləşən, Cavabdeh1 MMC-nin mülkiyyətində olan 6.0 ha torpaq sahəsinin bazar qiyməti 690000 manat müəyyən edilmişdir.
45. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakların qiyməti ilə bağlı araşdırma yarımçıq aparılmış, apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymətlərlə bağlı qətnamə çıxarılarkən kifayət qədər ziddiyyətli məlumatlar olmuş, lakin apelyasiya instansiyası məhkəməsi bununla bağlı tam və obyektiv araşdırmanı təmin etməmişdir.
46. Çünki birinci instansiya məhkəməsinin ipotekada olan əmlakların qiymətinin müəyyən edərkən istinad etdiyi hesabatlar mübahisəli idi və cavabdeh tərəf bununla bağlı öz sifarişi əsasında həyata keçirilən qiymətlə ndirmənin nəticələrini təqdim etmişdi. Ekspert rəyi (hazırki halda qiymətləndiricinin hesabatı) sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstün qüvvəyə malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olmaqla həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın.
47. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
48. Azərbaycan Respublikası A li Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.
49. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan bir i isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilməsidir (MPMnin 77.3, 102.1, 102.2-ci maddələri).
51. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu cür araşdırma aprılmamış, MPM-nin 14-cü maddəsinin tələblərinə əməl olunmamışdır.
52. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonr a hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
53. Ədalətli məhkəmə araşdırması prinsipi, məhkəmə üçün öz qərarına aid olubolmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı 19 aprel 1993-cü il tarixli qərarı).
54. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv t ədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar).
55. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)2117/2021 saylı qətnaməsi ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətinin (likvid qiymətin) müəyyən olunmasına aid hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanısın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.