Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1949/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta haqqının ödənilməsi, sığorta hadisəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-964/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə 16 may 2023-cü il tarixdə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən, Gədəbəy rayonu, Arıqdam kəndində 0,39 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 177 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsudur.
2. İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixdə RAA********** saylı sığorta müqaviləsi bağlanmış və Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evi sığorta olunaraq, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta təminatı almışdır.
3. Gədəbəy rayon İcra Hakimiyyəti baş çısının Arıqdam kənd İƏD Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda göstərilir ki, Gədəbəy rayonun Arıqdam kəndində İddiaçı məxsus olan fərdi yaşayış evinin, həmin evə bitişik çardaq və tövlənin dam örtüyü xx.xx.2021-ci il tarixdə güclü dolu yağması nəticəsində yararsız hala düşmüşdür.
4. İddiaçı bununla bağlı sığorta ödənilməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. Sığorta şirkəti İddiaçıya sığorta ödəməkdən imtina etmiş və xx.xx.2022-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Arıqdam kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 519 saylı arayışda sığortalanmış yaşayış evinə xx.xx.2021-ci il tarixdə güclü dolu yığması nəticəsində ziyan dəyməsi qeyd olunub. Lakin A zərbaycan Respublikası ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 20/87 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə Gədəbəy hidrometeoroloji stansiyasında yağıntı qeydə alınmamışdır. İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş zərər Azərbaycan Respublikası ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən təqdim olunan sənədə əsasən hər hansı yağıntı nəticəsində olmadığından “İcbari sığortalar haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir. Baş vermiş hadisə icbari sığorta qanunlarına əsasən təminat verilmiş sığorta risklərinə daxil olmadığından sığora hadisəsi hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş verm iş hadisə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.
5. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2021-ci il tarixdə Gədəbəy hidrometeoroloji stansiyasında qeyd alınan hava şəraiti haqqında məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixdə hava tutqun buludlu (10/8), görünüş 10 km., havanın orta temperaturu 150 C, minimal 12,50 C, Şərq istiqamətli küləyin maksimal sürəti 8 m/saat olmuşdu. Yağıntı qeydə alınmamışdır.
6. Arıqdam kənd sakinləri A.Z.İsmayılov, E.O.Qurbanov, A.Ə.Qarayev, E.Q.Quliyev, Ş.Q.Mahmudov, E.N.Abdullayev, R.M.Cabbar ov, S.H.İskəndərova, X.H.Məmmədov, E.H.Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda göstərilir ki, 11-12 sentyabr 2021-ci il tarixdə Arıqdam kəndində güclü dolu yağmışdır və dolu yağışı nəticəsində kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinin dam örtüyü yararsız hala düşmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən sığortalanmış iddiaçıya məxsus Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evinin təmir-bərpa xərci kimi 26.000 manat və iddianın qaldırılması üçün ödənilmiş 200 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən alınıb iddiaçıya ödənilməsinə dair qət namə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə olan Gədəbəy rayonu Arıqdam kəndində yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın icbari sığortası haqqında müqavilə bağlayaraq əmlakını sığorta etdirmişdir. xx.xx.2021-ci il tarixdə güclü dolu yağması nəticəsində qeyd olunan fərdi yaşayış evinə ziyan dəymişdir və bununla bağlı cavabdehə məlumat vermişdir. Bundan sonra 2 dəfə sığorta şirkətinin əməkdaşları tərəfindən fərdi yaşayış evinə baxış keçirilmiş və dəymiş zərərin məbləği 2.200 manat məbləğində müəyyən edilmişdir. Sonra iddiaçı cavabdehə dəymiş ziyanın məbləği ilə razı olmadığını, dəymiş zərərin 26.000 manat olduğunu bildirdikdən sonra, xx.xx.2022-ci il tarixdə cavabdehin bildirişi ilə sığorta ödənişinin verilməsin dən imtina olunmuş və əsas kimi göstərilmişdir ki, ona məxsus fərdi yaşayış evinə dəymiş zərər ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən təqdim olunan sənədə əsasən hər hansı bir yağıntı nəticəsində olmadığından sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir. Halbuki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş bildirişdə qeyd edilir ki, Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Arıqdam kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, sığortalanmış yaşayış evinə xx.xx.2021-ci il tarixdə güclü dolu yağması nəticəsində ziyan dəymişdir. Bundan başqa, bu faktı təsdiq edən fotoşəkilləri və videogörüntünü əks etdirən diski məhkəməyə təqdim edəcək. Belə ki, cavabdeh tərəfindən əsassız olaraq iddiaçıya dəymiş ziyan ödən ilməsindən imtina edilmişdir.
9. Cavabdeh iddiaya qarşı etiraz edərək göstərmişdir ki, iddiaçının sığorta ödənilməsi barədə ərizəsinə baxılmış, hadisə tam araşdırılmış və sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Arıqdam kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 519 saylı arayışdan görünür ki, sığortalanmış yaşayış evinə xx.xx.2021-ci il tarixdə güclü dolu yığması nəticəsində ziyan dəymişdir. Lakin Azərbaycan Respublikası ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 20/87 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə Gədəbəy hidrometeoroloji stansiyasında yağıntı qeydə alınmamışdır. İddiaçıya məxsus fərdi yaşayış evinə dəymiş zərər ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən təqdim olunan sənədə əsasən hər hansı yağıntı nəticəsində olmadığından “İcbari sığortalar haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Belə olan halda isə baş vermiş hadisə icbari sığorta qanunlarına əsasən təminat verilmiş sığorta risklərinə daxil olmadığından sığorta hadisəsi hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcə lləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Bununla da, yuxarıda göstərilənlər nəzərə alınaraq hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunur.
10. Məhkəmənin qərardadı əsasında verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5613 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilib ki, Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən İddiaçı məxsus 177 kv.m-dən ibarət olan fərdi yaşayış evinin, həmin evə bitişik çardaq və tövlənin dam örtüyündə çox saylı dəliklər olmaqla zədələr mövcuddur. Lakin yaranmış qüsurların əmələ gəlməsi hansı tarixə təsadüf edilməsinin müəy yən olunmasına dair metodika olmadığından, zədələrin təqribən hansı tarix(lər) aralığında yaranması və ya inkişaf etməsini müəyyən etmək mümkün olmadı. Eyni zamanda yaşayış evinin, həmin evə bitişik çardaq və tövlənin dam örtüyündə olan qüsurları, həmçinin Azərbaycan Respublikası Gədəbəy rayon icra Hakimiyyəti başçısının Arıqdam Kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 519 saylı arayışı nəzərə alınaraq, İddiaçı məxsus olan Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 177 kv.m-dən ibarət olan fərdi yaşayış evindəki, evə bitişik çardaqda və tövlənin dam örtüyündə olan qüsurlar baş vermiş güclü dolu, leysan yağması nəticəsində əmələ gəlməsinə xarakterikdir. Yaşayış evindəki, həmin evə bitişik çardaq və tövlənin dam örtüyündə yaranmış zədələrin aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 18.420 manat məbləğində müəyyən olunur. Yaşayış evi DƏDRX Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX0959071 saylı, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən qeydiyyata alındığını nəzərə alaraq, həmin yaşayış evi tikinti normalarına uyğun inşa olunmuşdur. Eyni zamanda fərdi yaşayış evinin, evə bitişik çardaq və tövlənin dam örtüyündə olan qüsurlar, dolu və ya leysan yağışları nəticəsində yaranmasına xarakterikdir. Tədqiq olunan tikilinin təmirinə sərf edilə biləcək pul vəsaitinin (xidmət haqqı və tikinti materialları nəzərə alınmaqla) məbləği, tikilinin faktiki vəziyyəti, təmirlik dərəcəsi, aparılmalı təmir işləri nəzərə alınmaqla, hazırda tikilinin 1,0 kv.m.-nin tikintisinə çəkilə biləcək xərcin orta bazar qiymətləri ilə dəyəri təqribən 100 manat təşkil edir. Belə olan halda tədqiq olunan yaşayış evinin ikinci mərtəbəsində yerləşən otaqların ümumi sahəsi 95 kv.m. təşkil etdiyini nəzərə alaraq, həmin tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri 9500 (95 kv.m. x 100 manat) manat məbləğində müəyyən olunur.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 20 oktyabr 2022-ci il tarixli, 2(006)-3044/2022 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə sığorta ödənişi kimi 9350 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 113,50 manat, cəmi 9.463,50 manat məbləğində pulun tutul ması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
12. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus daşınmaz əmlakın zədələnməsi güclü dolu, leysan yağması nəticəsində olmuşdur. Bu hal isə sığorta şəhadətnaməsinə əsasən sığorta hadisəsi hesab olunur. Bu səbəbdən məhkəmə, cavabdehin nümayəndəsinin iddiaçıya məxsus fərdi yaşayış evinə dəymiş zərərin Azərbaycan Respublikası ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən təqdim olunan sənədə əsasən hər hansı yağıntı nəticəsində olmaması və bu halın isə sığorta hadisəsi hesab edilə bilməməsi barədə dəlillərini əsaslı hesab etməmişdir.
13. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus evin 1-ci mərtəbəsinə ziyan dəyməmiş, evin 2-ci mərtəbəsinin tavanı dağılmışdır.
14. Məhkəmə «İcbari sığortalar haqqında» Qanun unun 35.4-cü maddəsinə istinadən qanunvericilikdə dam örtüyünə dəyən zərərlərə təminatın verilməsi nəzərdə tutulmadığını, qeyd olunan qanunun maddəsinin mülahizə əsasında genişləndirilməsinin mümkün olmamasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi dam örtüyü olan hissədə təmin oluna bilməz.
15. Məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə həmçinin müəyyən edilmişdir ki, iddiaçıya məxsus yaşayış evinin ikinci mərtəbəsində yerləşən otaqların ümumi sahəsi 95,0 kv.m. təşkil etdiyini nəzərə alaraq, həmin tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri 9500 (95 kv.m. x 100 manat) manat məbləğində müəyyən olunmuşdur.
16. Məhkəmə baş vermiş halın sığorta hadisəsi hesab olunmasını nəzərə alaraq qeyd etmişdir ki, bu halda cavabdeh təşkilat vurulmuş ziyanın əvəzini kompensasiya ilə, yəni sığorta ödənişi ilə əvəz etməlidir.
17. Məhkəmə hesab etmişdir ki, qanun üzrə azadolma məbləği 150 manat həddində müəyyən edildiyindən, həmin məbləğ ümumi ziyan məbləğindən çıxılmaqla, yerdə qalan 9350 (9500-150=9350 manat) manat məbləği həddində tələb təmin olunmalıdır.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922.1, 926.1, 935.1.8-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4, 39.3.3-cü, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.21-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin t əmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddiaçıya sığorta ödəməkdən imtina olunması barədə xx.xx.2022-ci il tarixli məktubda göstərilmiş dəlillərə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə səlahiyyətli dövlət orqanı olan Azərbaycan Respublikası ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 20/87 saylı məktubu əsaslı dəlil kimi qəbul etməyərək, tikinti-texniki ekzpertizanın vermiş olduğu rəyə əsasən qətnamə qəbul etmişdir. Lakin məhkəmə burada əsas məsələni unutmuşdur ki, ekspert rəyində hadisənin dolu nəticəsində olubolmamasını Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının Arıqdamkənd İƏD üzrə Nümayəndəliyinin 16 dekabr 2021-ci il tarixli 519 saylı arayışına əsa sən müəyyən etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-964/23 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), F.Abdıyev, F.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə apellyatorun ekspertin, hadisənin dolu nəticəsində olub-olmamasını Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının Arıqdam kənd İƏD üzrə Nümayəndəliyinin 16 dekabr 2021-ci il tarixli 519 saylı arayışına əsasən müəyyən etməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, xüsusi biliyə malik olan ekspert tərəfindən yaşayış evinə, həmin evə bitişik çardaq və tövlənin dam örtüyündə olan qüsurlara baxış keç irilmiş, həmin qüsurlar, həmçinin Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının Arıqdam kənd İƏD üzrə Nümayəndəliyinin 16 dekabr 2021-ci il tarixli 519 saylı arayışı nəzərə alınmaqla, dam örtüyündə olan qüsurların baş vermiş güclü dolu, leysan yağması nəticəsində əmələ gəlməsinə xarakterik olması qənaətinə gəlinmişdir.
23. Ekspert rəyində qeyd olunmuşdur ki, baxış zamanı yaşayış evinin və digər tikililərin dam örtüyünün şiferlərinin üzəri çox hissələrdə deşildiyi, ikinci mərtəbədə divarın tavanında su sızma ləkələrinin olması müşahidə olunmuşdur.
24. Kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşıs ında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
25. Buna görə də məhkəmə hesab etmişdir ki, apellyatorun dəllili əsassız olmaqla iş üzrə keçirilmiş ekspertiza rəyini şübhə altına ala bilməz.
26. Digər tərəfdən iddiaçının evinə dolu nəticəsində zərər dəyməsi işdə olan fotoşəkilər və video görüntülərlə bir daha təsdiq olunur.
27. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh yalnız ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən "xxxx"ASC-yə təqdim ed ilmiş xx.xx.2022-ci il tarixli, 20/87 saylı məktuba istinad edərək, Gədəbəy hidrometeoroloji stansiyasında yağıntı qeydə alınmamasını əsas gətirərək sığorta ödənişi etməkdən imtina etmişdir.
28. Məhkəmə kollegiyası Gədəbəy rayonunun ərazi cəhətdən heç də kiçik bir inzibati ərazi vahidi olmamasını, dolu növündə yağıntının gözlənilməz təbiət hadisəsi olmasını nəzərə alaraq hesab edir ki, cavabdehin işdə fotoşəkillər, video görüntülər, ekspert rəyi, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının Arıqdam kənd İƏD üzrə Nümayəndəliyinin arayışı olduğu halda, ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 20/87 saylı məktuba əsasən sığorta ödənişi etməkdən imtina etməsi əsassız olmuşdur.
29. Beləliklə, kollegiya toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir.
30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 922.1, 926.1, 935.1.8-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4, 39.3.3-cü, MPM-nin 14.2, 77.1, 217.4, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus fərdi yaşayış evinə dəymiş zərər ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən təqdim olunan sənədə əsasən hər hansı yağıntı nəticəsində olmamışdır. Beləliklə, dəymiş zərər “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən siğorta müqaviləsi üzrə təminat verilmiş siğorta risklərinə daxil deyildir.
33. Kassator şikayətini “İcbari sığortalar haqqında” Qanunun 36.1, MPM-nin 394.1ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi göndərərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 922.1. Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqavilə sinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
36. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
37. Maddə 935.1.8. Baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, sığorta ödənişinin verilməsindən imtina əsaslarından biridir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu
38. Maddə 1.1.21. Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən ma liyyə kompensasiyasıdır.
39. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.
40. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
41. Maddə 35.4. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüş ələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.
42. Maddə 36.1.8. Daşınmaz əmlakın təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi halları nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.
43. Maddə 39.3.3. Digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tə rəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
53. Maddə 418.3. Prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiy a şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiy ası həmin əsaslandırılma ilə razılaşır.
58. Belə ki, cavabdehin sığorta hadisəsi baş vermədiyi, Arıqdamkənd İƏD üzrə Nümayəndəliyi hava şəraiti ilə bağlı məlumat vermək səlahiyyətinə malik olmadığı və ekspert rəyində hadisənin dolu nəticəsində olub-olmamasını Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının Arıqdamkənd İƏD üzrə Nümayəndəliyinin 16 dekabr 2021-ci il tarixli 519 saylı arayışına əsasən müəyyən etməsi barədə dəlilləri apelyasiya instansiyası məhkəməsini araşdırma predmeti olmuş, hər bir dəlil təhlil edilməklə əsassız sayılmışdır (bu qərarın 22-24, 26 və 28-ci paraqrafları). Kassatorun dəlilləri fərqli nəticəyə gəlmək üçün əsas vermir.
59. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki pro sessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
60. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
61. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-964/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.