Məhkəmə qərarları › İş №2(102)-195/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-195/2021

23.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-195/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh2 iddia tələbi: azyaşlı uşağı ilə birgə evə köçürülmə Açar sözlər: evə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh1 vəkili İsmayılov İslam Abduləziz oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-979/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şika yətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı Cavabdeh2 ilə xx xxxxxx 2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Toy mərasimi olduqdan sonra, iddiaçı Cavabdeh2 mərhum atası Lətif İsgəndərovun xüsusi mülkiyyətində olan, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı ilə Cavabdeh2 birgə nikahından xx xxxxxxx 2013-cü il tarixdə X1 anadan olmuşdur. İddiaçı gəlin köçdüyü fərdi yaşayış evində qeydiyyatdadır.Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Xəyalə Ələkbərova ilə Cavabdeh2 arasında olan nikah pozulmuş, azyaşlı Şəhanə İsgəndərli iddiaçının himayəsində saxlanmışdır. X2 miras q almış fərdi yaşayış evini miras əmlak kimi faktiki olaraq Cavabdeh1 və Cavabdeh2 qəbul etmişlər. Sözügedən miras əmlakın cavabdehlər tərəfindən faktiki qəbul edilməsi, həmin əmlaka dair kommunal, eləcə də digər ödənişlərin ödənilməsi ilə təsdiq olunur. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı onun uşağı ilə birlikdə Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən cavabdehlərə məxsus olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-74/2020 saylı qətnaməsi ilə (hakim Z.A.Quliyev) iddia təmin edilərək, İddiaçı uşağı xx.xx.2012-ci il təvəllüdlü X1 ilə birlikdə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mə xsus olan fərdi yaşayış evinə köçürülməsi və iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-979/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-74/2020 saylı qətnaməsinin ləğv edilməsi,yeni qətnamənin qəbul edilməsi və İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı azyaşlı uşaqla evə köçürülmə tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri, on a etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsaslanaraq əsassız qətnamə qəbul etmiş, İddiaçı məhkəmə iclasında iştirak etdiyi halda, iştirak etmədiyini qeyd etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz v ə əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh1 vəkili İsmayılov İslam Abduləziz oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul e tdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -30.2-ci maddəsinə gör ə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. -30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, y aşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməs i müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi İddianın təmin edilməli olmamasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır: “... Belə ki, mübаhisəli ev xx xxxx 1981-ci ildə mülkiyyət hüququ əsаsındа cavabdehin atası X3 оğlunun аdınа mülkiyyət hüququ ilə qeydə аlınmışdır. Daha sonra Lətif İsgəndərov vəfat etmiş, həmin miras əmlakı cavabdehlər faktiki olaraq qəbul etmişdir. Sözügedən miras əmlakın cavabdehlər tərəfindən faktiki qəbul edilməsi, həmin əmlaka dair kommunal, eləcə də digər ödənişləri ödəməsi ilə təsdiq olunur. Аilə Məcəlləsinin 15-ci fəslinin müddəаlаrınа əsаsən iddiаçı mübаhisəli evin sаhibi cavabdehlərin ailə üzvləri sırаsınа dаxil deyildir. İddiаçı Cavabdeh1 оğlunun аrvаdı olmuşdur. Cavabdehlər iddiаçının оnunlа bir evdə yаşаmаsınа rаzı deyildir. İddiаçı mübаhisəli evin mülkiyyətçisinin аilə üzvü оlmаdığınа görə о, mülkiyyətçinin rаzılığı оlmаdаn həmin evə köçürülə bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-74/2020 saylıqətnaməsi ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir...”. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən 30.4-cü maddəsinin tələblərini tam nəzərə almamışdır. Həmin maddəyə görə: “ Əgər yaşay ış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər ”. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi iddiaçının fərdi yaşayış evinə müəyyən m üddətə istifadə hüququnun saxlanılmalı olmasını göstərməklə iddia tələbinə düzgün hüquqi qiymət verməli idi. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. G östərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-979/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar