Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-195/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X6 Departamentinin X1rşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X6 Departamentinin X1rşı “əmrin ləğv olunması, işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 avqust 2024-cü il tarixli, 2(103)-2681/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı müəssisədə 17-ci dərəcəli şöbə müdiri - baş iqtisadçı vəzifəsinə işə qəbul edilmişdir.
2. Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin 48 №-li 01 aprel 2022-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) 01 aprel 2022-ci il tarixdən xit am verilmişdir. Əmrin verilməsinə əsas kimi İddiaçı ərizəsi göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X6 Departamentinin X1rşı iddia ərizəsi və sonradan iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01 aprel 2022-ci il tarixli 48 nömrəli əmrin ləğv edilməsi, əvvəlki BŞİH-nin X3 maliyyə və büdcə proqnozlaşdırılması şöbəsinin müdiri-baş iqtisadçı vəzifəsinə bərpa olunması və işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının ödənilməsi və dəymiş mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində təzminatın və 70 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onu nla əsaslandırılmışdır ki, 2020-ci ilin 02 noyabr tarixində BŞİH-nin X3 maliyyə və büdcə proqnozlaşdırılması şöbəsinin müdiri-baş iqtisadçı vəzifəsinə qəbul edilmişdir və onunla bağlanmış əmək müqaviləsi müddətsiz olmuşdur. 2022-ci ilin 01 aprel tarixində bütün günü işdə olmuşdur. 2-3 aprel tarixləri istirahət günləri olub. Səhhətində olan problemlə əlaqədar 04 aprel 2022-ci il tarixində xəstəxanada müayinələrdən keçib, 05 aprel tarixdə təxirəsalınmadan əməliyyat olunmuşdur. Səhhətindəki problemlə əlaqədar və əməliyyatı ilə bağlı baş direktor Həsrət Əmrahova və kadrlar şöbəsinin müdiri Kamil Talıbova məlumat vermişdir. Ona 21 aprel 2022-ci il tarixə qədər əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xəstəlik vərəqəsi verilmişdir. Xəstəlik tarixinin vaxtı bitdikdən sonra işə qayıtmalı ol duğu üçün 19 aprel tarixində iş yeri ilə əlaqə saxlamış və bu zaman ona artıq işdən azad olunduğunu demişlər. Xəstəliyi ilə əlaqədar evdə olduğu vaxtı işdən azad olunmağının səbəblərini soruşanda, ona bildirmişlər ki, 01 aprel 2022-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə onu işdən azad ediblər. Əmrin surətini istəsə də iş yerindən əmrin surəti verilməmiş və işə gəlməməyini bildirmişlər. İşdən azad olunmağı barədə xəbərdarlıq edilməyib, əmrin surəti ona təqdim olunmayıb, əmək kitabçası verilməyib və əmrin surətini istəsə də, ona təqdim olunmayıb. Ona ödənilməli olan son haqq-hesab aprel ayının son günü ödənilmişdir. Bu günə qədər işdən azad olunmağı haqqında əmr ona rəsmi olaraq təqdim olunmamışdır. Əmək Məcəlləsi işəgötürən və işçi tərəfindən müqav iləni ləğv etmək üçün əsasları ciddi şəkildə tənzimləyir. İşəgötürən tərəfindən xitam prosedurlarına və tələblərinə əməl edilməmişdir.
5. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı müəssisənin baş direktoruna ünvanladığı 01 aprel 2022-ci il tarixli ərizəsi əsasında tutduğu vəzifəsindən azad olunmuşdur. Daha əvvəl Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatının 02 oktyabr 2021-ci il tarixli “İnzibati tənbehin verilməsi haqqında” 12 saylı əmrə əsasən Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci il 09 sentyabr tarixli kollegiya iclasında “X5 və tabeliyindəki hüquqi şəxslər üzrə dövlət vəsaitinin idarə olunmasının qanunvericiliyə uyğunluğunun müəyyənləşdirilməsi üzrə uyğunluq auditinin nəticələrinə dair audit hesabatı və AHO/4- 3. 2-2021-78” saylı 09 oktyabr 2021-ci il tarixli qərara əsasən yol verilmiş səhlənkarlıq və nöqsanlara görə iddiaçıya “xəbərdarlıq” intizam tənbehi elan edilmişdir. İddiaçının guya işdən azad olma barədə ərizəsini özü tərəfindən imzalanmaması işin faktiki halları ilə təkzib edilir və məntiqsizdir. Belə ki, rəhbərliyin onun işindən narazı olması iddiaçıya bəlli idi və onun öz ərizəsi əsasında işdən çıxacağı barədə fikirləri, sözləri barədə idarə rəhbərliyinin məlumatı var idi. İş materiallarında olan iddiaçının müraciət etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin cavab məktubundan da görünür ki, İddiaçı şikayəti öz təsdiqini tapmamışdır. Daha sonra, məhkəmə hazırlığı dövründə iddia tələbi üzrə iddiaçı tərəfin vəsatətləri əsasında dörd xəttşünasl ıq ekspertizası keçirilmişdir. İş üzrə birinci iki ekspert rəyində iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsindəki imzanın iddiaçı tərəfindən imza edilməsi müəyyən edilmişdir. Yalnız üçüncü ekspert rəyində əmək müqaviləsinə xitam verilməsi barədə ərizədəki imzanın iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilməsi müəyyən edilmişdir. Göründüyü kimi keçirilmiş ekspertizaların nəticələri bir-biri ilə ziddiyət təşkil edir. İkinci və üçüncü ekspertizalarda tədqiqat aparmaq üçün götürülmüş nümunələrdən beşi eyni sənəddir, digər iki sənəd fərqlidirlər. Tədqiq olunmuş beş eyni sənəd üzrə birinci iki ekspert rəyində bildirilir ki, imza iddaçıya məxsusdur, üçüncü ekspert rəyində isə imzanın İddiaçı məxsus olmaması müəyyən edilib. Bu rəylərdə təqdim olunan imzalar, şəxsiyyə t vəsiqəsindəki imzadan başqa, iddia ərizəsi məhkəməyə təqdim ediləndən sonra götürülmüş nümunələrdir. Bu isə iddiaçı tərəfindən imzanın məhkəmə proseslərində fərqli imzalanması ilə əlaqədar əsaslı şübhələr yaratmışdır. İddiaçı yol verdiyi nöqsanlara görə edilən şifahi xəbərdarlıqların nəticəsi olaraq vəzifə uyğunsuzluğu maddəsi ilə işdən azad olunacağı ehtimalını bilə-bilə öz xahişi ilə işdən çıxmışdır. Bu hallar onun məhkəmənin gedişatında bilərəkdən öz imzasını dəyişmək ehtimalını yaradır. Bu səbəblərdən göstərilən əsaslarla yeni ekspertizanın keçirilməsi üçün məhkəməyə İddiaçı davamiyyət kitabında və icraatında olan sənədlərin təhvil-təslim jurnalında olan gündəlik çəkdiyi (50-dən çox imza nümunəsi) məhkəməyə ekspertiza keçirilməsi üçün təqdim edilmişdir. Cavabdeh tərəfindən verilən və satət iki ekspert rəyində imzaların B.Paşayerə malik olmasının təsdiqi, bir ekspert rəyində isə imzaların İddiaçı malik olmaması rəyləri arasındakı uyğunsuzluğu aradan qaldırmağa yönəlmişdir. Məhkəmə qarşısında birinci iki ekspert rəyi ilə üçüncü ekspert rəyindəki fərqləri aydınlaşdırmaq üçün iş üzrə təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldırılmışdır. Əsaslandırılmış vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Kserosurətlərdəki imzaların kimin tərəfindən imza edilib-edilməməsi iş üçün əhəmiyyət kəsb etmir. İşdən azad olunma ərizəsinin əslinin tədqiqi yalnız iş üzrə əhəmiyyət kəsb edir. Sənədlərin əsillərinin ekspertizası zamanı iki ekspert rəyi imzaların İddiaçı olması nəticəsinə gəlmişdir. Yalnız bir rəydə imzaların İddiaçı olmaması göstərilmişdir. Məhkəmə araşdırması zamanı İ ddiaçı iddiasının əsassız olduğu öz təsdiqini tapmışdır. İddiaçı iddia ərizəsində göstərilənləri sübut edə bilməmişdir.
6. İddiaçının işdən azad edilməsi barədə yazdığı ərizədə olan imzanın onun tərəfindən icra edilməsini müəyyən etmək üçün birinci instansiya məhkəməsi tərəfindən bir neçə dəfə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2022-ci il tarixli 4/1198 №-li ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanan İddiaçı adından yazılmış xx.xx.2022-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi" ərizəsində olan “İddiaçı" yazısının qarşısındaki imza, X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanan İddiaçı adından yazılmış xx.xx.2020-ci il tarixli "baş iqtisadçı v əzifəsinə qəbul" ərizəsində olan “İddiaçı" yazısının qarşısındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanan İddiaçı adından yazılmış xx.xx.2022-ci il tarixli "əmək müqaviləsinə xitam verilməsi" ərizəsində olan yazılar, X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanan İddiaçı adından yazılmış xx.xx.2020-ci il tarixli "baş iqtisadçı vəzifəsinə qəbul" ərizəsində olan yazılar - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16 yanvar 2023-cü il tarixli 4/1838 №-li ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 89-90-cı vərəqələrində olan xx.xx.2020-ci il tarixli “işə qəbul edilməsi”, xx.xx.2022-ci il tarixli isə "işdən azad olunması” məzmunlu ərizələrin əsillərində “İddiaçı" yazıları önündəki imzalar, i/v 33-də olan xx.xx.2020-ci il tarixli “işə qəbul edilməsi”, i/v 36-da olan xx.xx.2022-ci il tarixli isə “işdən azad olunması" məzmunlu ərizələrin kserosurətlərində (məhkəməyə təqdim olunmuş) “İddiaçı” yazıları önündə əks olunan imzalar – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 89-90-cı vərəqələrində olan xx.xx.2020-ci il tarixli “işə qəbul edilməsi” xx.xx.2022-ci il tarixli isə “işdən azad olunması” məzmunlu ərizələrin əslilərində olan dərkənarlar ilə i/v 33də olan xx.xx.2020-ci il tarixli “işə qəbul edilməsi", i/v 36-da olan xx.xx.2022-ci il tarixli isə “işdən azad olunması” məzmunlu ərizələrin kserosurətlərində əks olunan dərkənarlar – eyni şəxs ər əfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 89-90-cı vərəqələrində olan xx.xx.2020-ci il tarixli “işə qəbul edilməsi”, 01 04.2022-ci il tarixli isə "işdən azad olunması” məzmunlu ərizələrin əsillərində olan yazılar ilə i/v 33-də olan xx.xx.2020-ci il tarixli "işə qəbul edilməsi, i/v 36-da olan xx.xx.2022-ci il tarixli isə "işdən azad olunması" məzmunlu ərizələrin kserosurətlərində əks olunan yazılar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.
8. Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2023-cü il tarixli 4/360-5/322-5/331 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan xx.xx.2020-ci il tarixli "işə qəbul edilməsi" (i.v.89), xx.xx.2022-ci il tarixli "işdən azad olunması" (i.v.90) məzmunlu ərizələrin məzmununda olan əlyazmaların icra olunmasında istifadə olunan mürəkk əblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında eynidirlər; həmin ərizələrdəki "İddiaçı" yazılarından əvvəlki imzaların icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında eynidirlər; həmin ərizələrdəki yuxarı sol küncündəki dərkənarların (yazı, imza və tarix göstəricisi) icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında eynidirlər. Beləliklə, tədqiqata təqdim olunmuş xx.xx.2020-ci il tarixli "işə qəbul edilməsi" (i.v.89), xx.xx.2022-ci il tarixli "işdən azad olunması" (i.v.90) məzmunlu ərizələrin məzmununda olan əlyazmaların, həmin ərizələrdəki "İddiaçı" yazılarından əvvəlki imzaların və yuxarı sol küncündəki dərkənarların (yazı, imza va tarix göstəricisi) icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında eynidirlər.
9. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2023-cü il tarixli 4/1047 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 33-cü vərəqində olan İddiaçı adından Birliyin Maliyyə büdcə proqnozlaşdırılması şöbəsinə şöbə müdiri - baş iqtisadçı vəzifəsinə qəbul edilməsi barədə X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin kserosurətində əks olunmuş əlyazmalar və “İddiaçı” soyadından əvvəl əks olunmuş imza – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 36-cı vərəqində olan İddiaçı adından işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə X2 Baş Direktoru Həsrət Əmrahova ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin kserosurətində əks olunmuş əlyazmalar və “İddiaçı” soyadından əvvəl əks olunmuş imza – İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-42/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X6 Departamentinin X2 İddiaçı barəsində 1 aprel 2022-ci il tarixli 48 nömrəli əmrinin ləğv edilməsi; İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin A badlaşdırma və X6 Departamentinin X2 maliyyə və büdcə proqnozlaşdırılması şöbəsinin müdiri - baş iqtisadçı vəzifəsinə bərpa olunması; 1 aprel 2022-ci il tarixli 48 nömrəli əmr verildiyi tarixdən işə bərpa olunduğu tarixədək İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi; cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdırma və X6 Departamentinin X5ndən vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 7 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarını aparan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin vəzifəsini, təhsili və ekspertiza sahəsində iş təcrübələrini - F.Əliyevin x ətt və imzaların tədqiqi ixtisası üzrə 2011-ci ildən iş stajı olmaqla ali hüquq təhsilli əlyazmalar və səslərin ekspertizaları şöbəsinin aparıcı eksperti olmasını, M.Muradovanın isə 1997-ci ildən iş stajına malik olmaqla əlyazmalar və səslərin ekspertizaları şöbəsinin baş eksperti, yüksək dərəcəli ekspert, ali hüquq və ali filologiya təhsilli olmasını nəzərə alaraq hesab etmişdir ki, iş üzrə verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (ekspert M.Muradova) 13 mart 2023-cü il tarixli 4/360-5/322-5/331 və 26 iyul 2023-cü il tarixli 4/1047 saylı rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir.
12. Bundan başqa məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən İddiaçı işə qəbul və işdən çıxma barədə ərizələrinin əsilləri, həmçinin işəgötürən tərəfindən Azə rbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə təqdim edilmiş işə qəbul və işdən çıxma ərizələrinin surətləri iş materiallarına əlavə olunmuşdur. Qeyd olunan ərizələrə baxış keçirilərkən işəgötürən tərəfindən məhkəməyə və Əmək Müfəttişliyi Xidmətinə təqdim edilmiş işə qəbul və işdən çıxma ərizələrinin açıq-aşkar bir-birindən fərqli olduğu müəyyən edilmişdir.
13. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının qanunsuz və əsassız şəkildə vəzifəsindən azad edilməsi, işsiz qalması, hüquqlarının bərpa edilməsi üçün müvafiq orqanlara, habelə məhkəməyə müraciət etmək məcburiyyətində qalması faktları özüözlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir.
14. Eyni zamanda məhkəmə qey d etmişdir ki, iddia müddəti cavabdehin ərizəsində əsaslandırdığı kimi 48 №-li əmrin çıxarıldığı 1 aprel 2022-ci il tarixindən deyil, həmin əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin işəgötürən tərəfindən işçiyə rəsmi qaydada təqdim edildiyi vaxtdan hesablanmalıdır. Belə ki, məhz əmrdə iddiaçının hansı əsasla işdən çıxarıldığı barədə məlumat öz əksini tapır. Cavabdehin nümayəndəsi iddia müddətinin keçməsini sübut edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı əmrin surətinin və əmək kitabçasının ona təqdim edilmədiyini bildirmiş, işəgötürən həmin halların əksini (qeyd olunan sənədlərin işçiyə təhvil verilməsi, ünvanına göndərilməsi və s.) təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 19, 68, 29 6.2, 296.3, 196.7-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2; 379.1 və 379.1.6-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2(005)-42/2024 say lı qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən ekspert rəyləri arasında ziddiyyət yaranması qeyd edilsə də, məhkəmə sonuncu ekspert rəylərinə üstünlük vermişdir. Halbuki, birinci iki ekspert rəyində imzaların İddiaçı malik olması təsdiqini tapmışdır və bu rəylərin hər hansı bir etibarsızlığı barədə sual yaranmamışdır. Məsələ tədqiq edilməsi tapşırılan imzalara, yazı xətlərinə bu sahə üzrə ixtisaslaşmış ekspertlər tərəfindən münasibət bildirilməsindən ibarətdir. İş materiallarından göründüyü kimi, yalnız sonuncu iki ekspert rəyi imzaların İddiaçı malik olmaması nəticəsinə gəlmişlər. Göstərilənləri nəzərə alaraq, məhkəmə hazırlıq iclasında yeni əsaslarla ekspe rtizanın keçirilməsi üçün məhkəməyə İddiaçı davamiyyət kitabında və icraatında olan sənədlərin təhvil-təslim jurnalında olan gündəlik çəkdiyi (50-dən çox imza nümunəsi) məhkəməyə ekspertiza keçirilməsi üçün təqdim edilmişdir. Tərəfindən verilən vəsatət iki ekspert rəyində imzaların İddiaçı malik olmasının təsdiqi, digər iki ekspert rəyində isə imzaların İddiaçı malik olmaması rəyləri arasındakı uyğunsuzluğu aradan qaldırmağa yönəldilmişdir. Vəsatət həmçinin onunla əsaslandırmışdır ki, məhkəmə prosesi gedişində ekspertə təqdim olunan İddiaçı tərəfindən çəkilən imzalarda onun öz xəttini xitam ərizəsindəki imzaya münasibətdə dəyişdirilmə ehtimalı yüksəkdir. Məhkəməyə təqdim olunan davamiyyət kitabında və sənədlərin təhvil-təslim kitabında olan imzalar isə məhkəmə çəkişməsi başlayan dövrə qədə r İddiaçı tərəfindən edilən imzalardır və bu imzalarda tədqiq edilməklə ekspertizanın aparılması ekspert rəylərindəki işə xitam ərizəsindəki imzanın İddiaçı tərəfindən imzalanmasının təsdiq olunması üçün kifayət etməlidir. Bu imzalar İddiaçı gündəlik işə gələrkən davamiyyət kitabına və iş prosesində sənədləri təhvil-təslim edərkən iddiaçının çəkdiyi imzalardır. Bu imzaların qəsdən dəyişdirilmə ehtimalı demək olar ki, yoxdur. Bu səbəblərdən və iki ekspert rəyində imzaların İddiaçı malik olması, digər iki ekspert rəyində isə imzaların İddiaçı malik olmaması arasındakı ziddiyyəti məhkəmə təkrar ekspertizasının keçirilməsi nəticəsində imzalarla bağlı qeyri-müəyyənlik aradan qaldıracaqdır. Lakin iş materiallarından bəlli olduğu kimi, məhkəmə haqlı vəsatəti təmin etməmişdir. Bakı şəhər İcra Haki miyyəti X5 inzibati orqanlara aiddir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X4 Birliyinin nizamnaməsinin 1-ci bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin X5 (bundan sonra Birlik adlandırlacaq)... hüquqi şəxs statusu ilə fəaliyyət göstərən dövlət orqanıdır. Göründüyü kimi “İnzibati icraat haqqında” qanunun istinad olunan maddələrinin tətbiq edilməməsi səbəbindən məhkəmə tərəfindən aidiyyət pozulmuşdur. İddiaçı tərəfindən cavabdeh Bakı şəhər İcra Hakimiyyəti X1rşı əmrin ləğv edilməsi ilə bağlı mübahisə üzrə iş ümumi məhkəmədə - Nərimanov Rayon Məhkəməsində qaldırılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasın a və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2681/2024 nömrəli 20 avqust 2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-42/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizanın tədqiqat dəyəri olan 138 manat cavabdehdən tutulması qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi 3 iyun 2024-cü il tarixli 4/811 saylı ekspert rəyini iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərək rəyin mötəbərsizliyini təsdiq edən hər hansı sübutun olmaması qənaətinə gəlmişdir.
20. Məhkəmə kollegiyası daha son ra qeyd etmişdir ki, işdə olan və apellyasiya baxışı zamanı əldə olunmuş ekspert rəylərindən görünür ki, iddiaçının adından tərtib edilmiş işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə ərizədə yazılanlar onun iradə ifadəsinin nəticəsi deyildir, ərizədə ifadə edilən iradə bəyanı qüsurludur. İradənin qüsurlu olduğu ərizələrdə ya tərəfin həmin ərizənin yazılmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır, belə ərizələr əsasında hər hansı formada hüquqi nəticənin yaranması istisna olunur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, araşdırma predmeti olan ərizə əsasında iddiaçının işdən azad edilməsi barədə cavabdehin verdiyi əmr də qanuni sayıla bilməz. Bu səbəbdən də iddia və həmin iddianın təmin edilməsi barədə bi rinci instansiya məhkəməsinin qənaəti əsaslıdır.
21. Hazırkı işin inzibati məhkəmədə baxılmalı olması barədə apelyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, işə bərpa ilə bağlı mübahisələrə inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılmasını şərtləndirən əsas amillərdən biri də tərəflərin inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu olmasıdır. İddiaçı dövlət qulluqçusu statusunda deyil, cavabdehin bununla bağlı istinad etdiyi halları işdə olan sənədlərə əsasən müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlar ona dəlalət edir ki, tərəflərin hüquqi vəziyyəti, iddianın xarakteri, inzibati prosessual qanunvericilik və Ali Məhkəmənin Plenumunun istinad olunan qərarı nəzərə alınmaqla hazırkı iddiaya inzibati mühakimə icraatında deyil, mülki m əhkəmə icraatında baxılmalıdır.
22. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 324, 377-ci, Əmək Məcəlləsinin 12, 68, 69, 71, 74, 76, 83, 300.1-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə, “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2024-cü il tarixli, 2(103)-2681/2024 nömrəli qətnaməsinin tam ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə MPM-in 9.1-ci, 9.3-cü maddəsinin tələblərinin pozulması, sübutlar məcmusuna qiymət verilməsində ciddi pozuntularla qətnamə qəbul etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz və hərtərəfli qiymət verməmiş, MPM-in 9, 88-ci maddələrinin tələblərinə riayət olunmamışdır. Göstərilən xüsusatlar Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 387-ci maddələrinə əsasən məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayəti ilə bağlı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
26. Maddə 2, 3-cü bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
27. Maddə 12, 1-ci bənd. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:... c) əmək müqavilələr ini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;...
28. Maddə 68, 1-cu bənd. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
29. Maddə 68, 2-ci bənd. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;...
30. Maddə 69, 1-ci bənd. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
31. Maddə 74, 2-ci bənd: Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) d ərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.
32. Maddə
300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddias ı üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu b axımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
43. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdır ılmışdır. Kassasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətlərinin əsaslandırmasının əsasını təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
44. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
45. İddia tələbinin hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edi lməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsi müəyyən edilmişdir.
46. Bu normada qeyd olunmuş Əmək Məcəlləsinin 68 və 19-cü maddələri, işçinin öz təşəbbüsü (yazılı şəkildə ifadə olunmuş iradəsi) əsasında əmək müqaviləsinə xitam verilməsinin mümkülüyünü nəzərdə tutur. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən, iddiaçının öz təşəbbüsü ilə işdən azad edilməsi barədə yazdığı ərizəyə istinad edilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinin “a” bənd i rəhbər tutylmuşdur. Lakin cavabdehin istinad etdiyi ərizəni iddiaçı imzalamamışdır. İşin bu halı ekspertiza rəyi ilə müəyyən olunmuşdur.
47. İşin bu halı iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə təşəbbüsünün olmadığını, mübahisəli əmrin Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinin əsasları pozulmaqla verildiyini təsdiq edir. Bu da öz növbəsində Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əmrin lşğv olunması kimi hüquqi nəticəyə səbəb olur.
48. Əmrin Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən ləğv olunması, eyni zamanda iddiaçının işə bərpa olunması, məcburi iş buraxma maddəti üçün əmək haqqının ödənilməsi və mənəvi zərərin ödənilməsi üşün qanuni əsaslar yaradır.
49. Buna görə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir.
50. Kassatorun təkrar xətş ünaslıq ekspertizasının təyin olunması haqqında vəsatətinin təmin olunmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən istinad etdiyi ərizədə olan imzanın iddiaçı tərəfindən icra edilib edilməməsinin müəyyən olunması üzrə məhkəmələrin araşdırması MPM-in 14.1-ci maddəsində müəyyən olunan həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması tələbinə uyğun olmuş, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün məhkəmələr kifayət qədər fəallıq göstərmişdir.
51. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdır ılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 20 avqust 2024-cü il tarixli, 2(103)-2681/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.