Məhkəmə qərarları › İş №2(102)-1950/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1950/2025

24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1950/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirk ətinin Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-892/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2000-ci ildən SOCAR-ın Cavabdehndə işləyən İddiaçı xx.xx.2014-cü il tarixdə “Neft Daşları”nda ona həvalə edilən işi icra edərkən ayağı sürüşdüyündən metal döşəməyə yıxılmış, ona ilkin tibbi yardım göstərildikdə n sonra helikopter ilə sahilə çıxarılaraq “Aristokrat” tibb mərkəzinə aparılmış və orada metaloostesintez əməliyyatı olunmuşdur.

2. İddiaçı “SOCAR-ın Cavabdehndə işlədiyi 04 iyun 2014-cü il tarixdə iş vaxtı xəsarət alması barədə müxtəlif dövlət qurumlarına ünvanladığı şikayət xarakterli müraciətlərinə aidiyyəti üzrə X4 Xidmətində baxılmış, həmin xidmətin xx.xx.2020-ci il tarixli əmri ilə yaradılmış komissiya tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək onun (iddiaçının) xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmış və hadisə xx.xx.2020-ci il tarixdə İZ formalı aktla rəsmiləşdirilərək SOCAR-ın Cavabdehndə uçota alınmışdır.

3. Təhqiqat aktında və İZ formalı aktda göstərilmişdir ki, Cavabdeh “Neft Daşları” istehsalat bölümünün 2585 saylı özülünün işç iləri 2014-cü ilin 2 iyun tarixində helikopterlə özülə növbəyə (vaxtaya) işə gəlmişdilər. 04 iyun 2014-cü il tarixdə səhər tezdən işə başlamamışdan qabaq növbə rəisi (usta) Səbuhi Kərimov briqada üzvlərinə özüldə qurğunun ayaqlarının (balkaları) yuyulması işini tapşırmışdır. Təxminən saat 1200 radələrində qazmaçı köməkçisi İddiaçı nahar fasiləsinə getmiş və 30 dəqiqə sonra yenidən iş yerinə qayıdaraq qurğunun ayaqlarının alt hissələrində yuyulma işlərini davam etdirmişdir. İddiaçı balkaların üzərinə çıxaraq yuyulma işlərini davam etdirmək istəyərkən ayağı sürüşdüyündən metal döşəməyə yıxılmış və ayaqlarının daban hissəsindən ciddi zədə aldığından ayağa qalxa bilməmişdir. İddiaçı hadisədən bir neçə dəqiqə sonra yuxarı baxanda qazmaçı köməkçisi Orxan Panəliyevi görmüş və onu köməyə çağırmışd ır. O.Panəliyev iş yoldaşları ilə birlikdə İddiaçı yıxıldığı yerə gəlmişlər və yataq örtüyündən istifadə edərək onu özül rəisi Anar Nuruyevin otağına aparmışlar. İddiaçı orada ilkin tibbi yardım göstərildikdən sonra Anar Nuruyev bölüm rəisi X2 hadisə barədə məlumat vermiş, o isə öz növbəsində İddiaçı xəstəxanaya aparmaq üçün özülə helikopter sifariş etmişdir. Helikopter özülə gəldikdən sonra Mirsədir Musayevin tapşırığı ilə ƏM və TT mühəndisi X1 və takelajçı X3 İddiaçı helikopterlə sahilə çıxardıqdan sonra “Aristokrat" tibb mərkəzinə aparmışlar. Həmin günü İddiaçı tibb mərkəzində müayinə olunduqdan sonra 05 iyun 2014cü il tarixdə həmin klinikada ayaqlarından cərrahi əməliyyat olunmuş və bir neçə ay müalicə aldıqdan sonra sağalaraq öz işinə davam etmişdir. “Aristokrat” tibb mərkəzinin təqdi m etdiyi arayışda İddiaçı 04 iyun 2014-cü il tarixində “Hər iki baldır sümüklərinin distal metafizinin sümüklərinin oynaq daxili çoxqəlpəli sınıqları” diaqnozu ilə klinikaya daxil olduğu və 05 iyun 2014-cü il tarixində metaloostesintez əməliyyatının aparıldığı bildirilmişdir. Hal-hazırda İddiaçı “Beyincikdə keçirilmiş hemoraqik insultun qalıqları. (xx.xx.2016) Sol tərəfli hemiporez. Nitqin pozulması. Hipertoniya xəstəliyi İİİ mərhələ” diaqnozu ilə İİ dərəcəli ümumi səbəbdən əlildir. Həmin təhqiqat aktında əlavə olaraq qeyd edilmişdir ki, Komissiya təhqiqat aktının 4-cü bölməsinə əsasən bədbəxt hadisənin baş verməsində əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxsləri müəyyən etməmişdir. İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə is tehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 saylı qərarı ilə təsdiq edilmiş istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarına əsasən istehsalatda baş vermiş bədbəxt hadisə kimi İZ formalı aktla rəsmiləşdirilməli və SOCAR-ın Cavabdehndə uçota alınmalıdır, İZ formalı aktın bir nüsxəsinin zərərçəkənə verilməsi SOCAR-ın Cavabdeh rəhbərliyi tərəfindən təmin edilməlidir.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində xx.xx.2021-ci il tarixdə müayinə edilən iddiaçıya “sol baldır sümüklərinin distal diafizinin qeyri-düzgün bitişmiş sınığı diaqnozu qoyulmaqla bu barədə xx.xx.2021-ci il tarixli müayinə aktında n çıxarış tərtib edilmiş və həmin aktda əlillik dərəcəsinin İİ, əlillik səbəbinin – ümumi, müddətinin – müddətsiz, əmək qabiliyyətinin itirilmə faizinin 15 faiz və ağır fiziki işlərin əks göstəriş olduğu qeyd edilmişdir. İş materiallarından həmçinin aydın olur ki, iddiaçı Cavabdehndə işlədiyi müddətdə işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından "xxxx" ASC-də icbari sığorta olunduğundan onun hesabına xx.xx.2021-ci il tarixdə 14856,50 manat birdəfəlik sığorta ödənişi köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh DNŞ-nin Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən illərlə hüquqlarının tapdalanmasına, yəni istehsalatda bədbəxt hadisənin gizlədilməsinə və ona maddi və mənəvi ziyan vurulmasına görə, 4000 manat əməliyyat və müalicələrə çəkilən xərcin, 50000 manat mənəvi ziyanın və 55494 manat işəgötürən tərəfindən sığorta hadisəsinin gizlədilməsi ilə vurulan ziyanın (sığorta ödənişi), ümumilikdə 109494 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, xx.xx.2000-ci ildə bağlanmış əmək müqaviləsinə əsasən “SOKAR”-da “Neft daşlarında” çalışmışdır. xx.xx.2014-cü ildə onun başına istehsalatda bədbəxt hadisə gəlmişdir. Xidməti vəzifəsini yerinə yetirərkən yıxılıb və hər iki ayağı sınmışdır. İş yoldaşlarının köməyi ilə hel ikopterlə sahilə çıxarılıb. Əsas qanun pozuntuları burada başlanılmışdır. Bir qayda olaraq onu Dövlət Neft Şirkətinin xəstəxanası olan “Mərkəzi Neftçilər” xəstəxanasına aparmalı idilər. Lakin faktı gizlətmək üçün onu “Aristokrat” adlı özəl klinikaya aparıblar və orada əməliyyat edilib. Xəstəxanaya ayağında çox qəlpəli açıq sınıqlarla (“Hər iki baldır sümüklərinin distal metafizinin sümüklərinin oynaq daxili çox qəlpəli sınıqları” diaqnozu ilə) huşu üstündə olmadan qəbul edilmiş və burda elə səhərisi gün əməliyyat edilib. İlk əməliyyatın ödənişi müəssisə tərəfindən edilsə də, ikinci əməliyyat üçün heç bir ödəniş edilmədi. 1000 manat ödənişi öz vəsaiti ilə etməli olub. Bu diaqnozla ilk əməliyyatda ayağa dəmir millər taxılır və 6 aydan sonra ikinci əməliyyat ilə həmin millər çıxarılır. Diaqno z həm İZ formalı aktda, həm də “Aristokrat” tibb müəssisəsindən verilmiş epikrizdə öz əksini tapmışdır. Yüngül işə keçiriləcəyinə dair rəhbərlik tərəfindən ona sözlər verilmiş, vədlər edilmişdir. 8 ay bu diaqnoz ilə yataq rejimində yaşamağa məcbur qalmışdır. Bu müddət ərzində isə heç bir maddi dəstək almamışdır. Nəticədə heç bir güzəştli iş şəraiti yaradılmadan işə davam etməli olduğu bildirilmişdir. Belə ki, ya eyni şərtlərlə işə davam etməli idi, ya da işdən çıxarılacaqdı. 8 ay ərzində maddi vəziyyətinin kəskin pisləşməsi səbəbilə, bir neçə ay da keçdikdən sonra yenidən gəmiylə “Neft daşlarına” getməyə məcbur qalıb. Qanunvericilikdə qeyd edilmiş konkret tələblərə və sağlamlığına dəymiş ağır zərərə baxmayaraq, işəgötürən tərəfindən hadisənin araşdırılması üçün heç bir addım atılmamışdır. Qəza keçirdiyi gündən və ondan sonra uzun bir müddət vəziyyətinin və keçirdiyi əməliyyatın ağırlığına görə güclü ağrı kəsicilərin təsiri altında qaldığından özü məsələ ilə bağlı heç bir addım ata bilməyib. Hadisənin araşdırılması üçün ailəsi tərəfindən təkidlər olsa da, yerinə yetirilməmişdir. Daha sonra bir neçə dəfə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə” müraciət etsə də, heç bir cavab ala bilməyib. Nəhayət Prezident tərəfindən keçirilən islahatlar nəticəsində yeni nazir Sahil Babayev təyin olunduqdan sonra müraciətlərinə cavab ala bilib. xx.xx.2020-ci il tarixində təhqiqat komissiyası yaradıldı. X4 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən xəsarət almağı ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmış və hadisə İZ formalı aktla rəsmiləşdirilərək Socar-ı n Cavabdehndə uçota alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən **********2 nömrəli, xx.xx.2021-ci il tarixli, müayinə aktına əsasən 15 faiz əmək qabiliyyətinin itirilməsi dərəcəsi müddətsiz şəkildə təyin olunmuşdur. Elmi-tədqiqat travmatologiya və ortopediya institutundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə verilmiş arayışda qeyd edilir ki, onu müayinə etdikdə sümüklərin düzgün bitişmədiyi və həmin qəzanın fəsadlarının hələ də ortadan qalxmadığı aşkar edilmişdir. Təyin olunmuş əmək qabiliyyətinin itirilmə faizi və sığorta hadisəsini təsdiq edən digər sənədlər lə “Paşa Həyat” sığortaya müraciət etmiş və 15 dekabr 2021-ci ildə, 14738,59 manat birdəfəlik sığorta ödənişi əldə edib. Bu ödənişin məbləği Nazirlər Kabinetinin 192 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” qərarına əsasən hesablanır. Qəzadan illər keçdikdən sonra yalnız onun müraciətlərinin araşdırıldığını və keçən illərə görə əmək qabiliyyətinin itirilmə faizi azdır. İşəgötürən qəzanın qeydə alınması üçün heç bir addım atmayaraq onun TSEK-də müayinə olmasını da gecikdirmişdir. Əgər vaxtında yəni 2014-cü ildə TSEK-də müayinədən keçsə idi, qeyd olunmuş diaqnoz ilə azı 60 faiz əmək qab iliyyətinin itirilmə faizi təyin olunardı. Qeyd olunan faiz və NK-nın qərarındakı yaş əmsalına uyğun olaraq ən azı 70232 manat birdəfəlik sığorta ödənişi təyin oluna bilərdi. Qanunun tələblərini pozub, baş vermiş sığorta hadisəsini gizlədərək, TSEK-də müayinəsini gecikdirib, ona ən azı 55494 manat ziyan vurublar. Araşdırma vaxtında aparılmadığı üçün yaşa uyğun hesablama əmsalı da düzgün olmayıb. İşəgötürən öz vəzifə borcunu yerinə yetirib faktı gizlətməsəydi, yaşa uyğun hesablama əmsalı 9.1894 yox, 10.8382 olacaqdı. Əmək qabiliyyətini itirməsinin nəticəsində gəlirinin xeyli azalması və müalicəsinə çəkilən xərclər maddi olaraq ailəsini çox pis vəziyyətə salmışdır. Bunun üstünə, işəgötürən tərəfindən faktın gizlədilməsi ilə, dəymiş ziyan xeyli böyümüşdür. Həyat yoldaşı 2-ci qrup əlildir, oğl u isə bu illər ərzində yetkinlik yaşına çatmamışdı. Yəni ki, maddi vəziyyətlərinin bu dərəcədə pisləşməsi həm onu, həm də ailəsini dərindən sarsıdıb. Hazırda həm də “Beyincikdə keçirilmiş hemoqrafik insultun qalıqları. (xx.xx.2016) Sol tərəfli hemiporez. Nitqin pozulması. Hipertoniya xəstəliyi İİİ mərhələ” diaqnozu ilə İİ dərəcəli ümumi səbəbdən əlildir. Bu xəstəlik illər boyu haqlarının tapdalanmasının üzə çıxan fəsadıdır. İldən ilə maddi vəziyyətinin getdikcə pisləşməsi səbəbi ilə diaqnozuna uyğun olaraq daimi qəbul etməli olduğu müalicəsini qarşılaya bilmir. Uzun müddətdir ki, dərmanlarını ala bilmir. İşəgötürən hadisənin ağırlığından asılı olmayaraq araşdırılması üçün müvafiq addımlar atmağa məcburdur. Lakin, təqdim etdiyi sənədlərdən də göründüyü kimi, müəssisə tərəfindən illər ərzind ə heç bir addım atılmamış, yalnız onun 2019-cu ildə etdiyi müraciətdən sonra hadisə araşdırılmışdır.

7. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddiaçının tələblərinə münasibətdə iddia müddətinin tətbiq edilməsini xahiş etmiş və ərizəsini belə əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçının əsaslandığı faktiki hallar 2014-cü ildə yaranmış münasibətlərə aiddir. Müvafiq tələblər üzrə iddia müddəti ötürülmüşdür. Çünki Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-426/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən vurduğu maddi ziyanın əvəzi kimi 7710,52 manat, mənəvi ziyana görə 2000 manat, cəmi 9710,52 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pulun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sığorta ödənişi hesablanarkən hansı yaş əmsalının əsas götürülməli olması qanunvericilikdə birbaşa nəzərdə tutulmasa da, nəzərə alınmalıdır ki, normayaratma fəaliyyətinin əsas prinsiplərindən biri insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət prinsipidir. Konkret ictimai münasibətləri tənzimləyən norma mövcud olmadığı halda hüququn analogiyasından və qanunun analogiyasından istifadə olunarkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır (“Normativ hüquqi aktlar haqqında” Qanunun 13.4cü maddəsi). Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, sığorta ödənişinin məbləği hesablanarkən müvafiq məsələ istehlakçının xeyrinə həll edilməli, şəxsin əlilliyi aldığı dövrdə olan deyil, hadisə baş verən dövrdə olan yaşı nəzərə alınmalıdır. Şərh edilənlərlə yanaşı məhkəmə həmçinin belə qənaətə gəlir ki, cavabdeh iddiaçının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə barədə dövlət nəzarətini həyata keçirən orqana məlumat verməyərək həmin faktı gizlətmiş, bununla əmək qanunvericiliyi ilə işəgötürənin üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmiş, nəticədə iddiaçının vaxtında sığorta ödənişi almasının qarşısını kəsmişdir. Buna görə də, iddiaçı 2014-cü ildə almalı olduğu sığorta ödənişini, yalnız 2021-ci ilin sonunda qismən əldə edə bilmişdir. İddiaçının nümayəndəsinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən əldə etdiyi xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2021-ci ildən 2014-cü ilə nisbətən 151.9 faiz təşkil etmişdir. Bu o deməkdir ki, iddiaçının 2021-ci ildə əldə etdiyi 14856,50 manat sığorta ödənişi məbləğinin alıcılıq qüvvəsi 2014-ci il ilə m üqayisədə 151.9 faiz daha az olmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya vurulan maddi zərərin əvəzi kimi həmin məbləğ üzrə müvafiq indeksasiya aparılmalı, əldə edilən məbləğlə iddiaçıya verilən sığorta ödənişi arasındakı fərq ((14856,50 x 151,9 faiz) 14856,50 = 7710,52 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, 71-ci maddələrinə, Əmək Məcəlləsinin 9-cu, 215-ci, 217-ci, 225-ci, 239-cu maddələri, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16.3cü, 17.4-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması” qaydasının 2.1.1-ci bəndinə və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 n ömrəli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "X5" Trestindən, vurduğu maddi ziyanın əvəzi kimi 22567 manat, mənəvi ziyana görə isə 50000 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, mənəvi zərər qismində nəzərdə tutulmuş 2000 manat iddiaçıya dəymiş zərərin əvəzi kimi ağlabatan məbləğ deyildir. İddiaçının üzləşdiyi haqsızlıqların, başına gəlmiş bədbəxt hadisənin ağırlığına və onu n yaratdığı fiziki və mənəvi sarsıntılara baxmayaraq 7 il ərzində gizlədilməsi və bu dövr ərzində tələb olunan müalicələri ala bilməməsi iddiaçıda dərin mənəvi, psixoloji sarsıntılar aratmışdır. Məhkəmə qeyd olunan illər ərzində məbləğin alıcılıq qüvvəsinin 151,9 faiz olduğunu qeyd etsə də, hesablamadan belə görünür ki, 14856,5 manat məbləği, 151,9 faizə vurduqdan sonra alınan məbləğdən 14856,5 manatını yenidən çıxmış və faktiki olaraq 51,9 faiz hesablanmışdır. Başqa sözlə, yekunda təmin edilən məbləğ sığorta ödənişinin 151,9 faizini deyil 51,9 faizini təşkil etmişdir. Halbuki, sığorta məbləğinin 151,9 faizi, 22567 ( iyirmi iki min beş yüz altmış yeddi) manat təşkil edir. Beləliklə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, məh kəmə özü sığorta məbləğinin alıcılıq qüvvəsinin 151,9 faiz azaldığını təsdiq etsə də, hesablama zamanı 51,9 faizini təmin etmişdir. Məhkəmənin hesablama üsulu ilə yanaşdıqda belə nəticəyə gəlmək olar ki, əgər inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 151,9 faiz deyil, məsələn 60 faiz olmuş olsaydı, bu halda ((14856,50 x 60 faiz) - 14856,50= - 5942,9)) cavabdeh iddiaçıya deyil, əksinə iddiaçı cavabdehə borclu qalmış olacaqdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, məhkəmə tərəfindən mənəvi zərərin hesablanmasının hansı meyarlara əsaslandığı, mənəvi zərərin nədən ibarət old uğu əsaslandırılmamışdır. Sığorta ödənişinin qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini təmin etmək sığortaçının ("xxxx" ASC-nin) vəzifəsi olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərin ölçülməsi meyarları nəzərə alınmamış və cavabdehin üzərinə onun vəzifə daşımadığı hallarla bağlı öhdəlik qoyulmuşdur.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-892/2025 nömrəli mülki iş üzrə 19 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və V.N.Sadıqov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi maddi ziyanın tutulması hissəsində də yişdirilmiş, cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdehndən dəymiş ziyanın əvəzi olaraq 22567,02 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət özünə rüsumunun aid olunması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması” qaydasına əlavə edilmiş 3 nömrəli cədvəldən görünür ki, əlilliyi müddətsiz tə yin edilən 53-56 yaş qrupu şəxslər üçün hesablama əmsalı 10,8382, 61-64 yaş qrupu şəxslər üçün hesablama əmsalı isə 9,1894 nəzərdə tutulmuşdur. İş materiallarından aydın olmuşdur ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. Bu o deməkdir ki, iddiaçının xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi xx.xx.2014-cü il tarixdə onun 53 yaşı olmuşdur. Həmin əmsala görə aparılan hesablama zamanı birdəfəlik sığorta ödənişinin məbləği 17557,88 manat müəyyən olunur. Halbuki, iddiaçıya xx.xx.2021-ci il tarixdə "xxxx" ASC tərəfindən daha aşağı məbləğdə - 14856,50 manat sığorta ödənişi verilmişdir.

17. Birinci instansiya məhkəməsi vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə düzgün qənaətə gəlsə də, məhkəmə ödənilməli olan sığorta məbləğini düzgün hesabla mamışdır. Belə ki, cavabdeh iddiaçının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə barədə dövlət nəzarətini həyata keçirən orqana məlumat verməyərək həmin faktı gizlətmiş, bununla əmək qanunvericiliyi ilə işəgötürənin üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmiş, nəticədə iddiaçının vaxtında sığorta ödənişi almasının qarşısını kəsmişdir. Buna görə də, iddiaçı 2014-cü ildə almalı olduğu sığorta ödənişini, yalnız 2021-ci ilin sonunda qismən əldə edə bilmişdir. İddiaçının nümayəndəsinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən əldə etdiyi xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2021-ci ildən 2014-cü ilə nisbətən 151,9 faiz təşkil etmişdir. Bu o deməkdir ki, iddiaçının 2021-ci ildə əldə etdiy i 14856,50 manat sığorta ödənişi məbləğinin alıcılıq qüvvəsi 2014-ci il ilə müqayisədə 151,9 faiz daha az olmuşdur. Odur ki, məhkəmə hesab etmişdir ki, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya vurulan maddi zərərin əvəzi kimi həmin məbləğ üzrə müvafiq indeksasiya aparılmalı, əldə edilən məbləğlə iddiaçıya verilən sığorta ödənişi (14856,50 x 151,9 faiz) = 22567,02 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla bağlı qeyd edilməlidir ki, inflasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2021-ci ildən 2014-cü ilə nisbətən 151,9 faiz təşkil etdiyindən ödənilmiş məbləğ hesablanmalı məbləğdən çıxılmamalıdır. Nəzərə alınmalıdır ki, ödənilən məbləğin alıcılıq qüvvəsi məhz keçən illər ərzində bu qədər 22567,02 manat itirilmiş hesab edilir. Belə olan hal da həmin məbləğdən yenidən ödənilmiş məbləğin çıxılması halında inflasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinin 2021-ci ildən 2014-cü ilə nisbətən 151,9 faiz daha az olması nəzərə alınmamış olur.

18. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına görə məhz cavabdeh DNŞ-nin Cavabdeh baş vermiş bədbəxt hadisə faktını gizlətməsi səbəbindən, iddiaçı əldə etməli olduğu sığorta ödənişini vaxtında ala bilməmiş, aldığı xəsarətlərə görə əməliyyat keçirtmiş, öz hesabına müalicələr almış (sığorta ödənişini almadan), o cümlədən hüquqlarının bərpası üçün çoxsaylı dövlət qurumlarına və sonda məhkəməyə müraciət etməli olmuş, uzun çəkən məhkəmə çək işməsinin tərəfi olmağa məcbur qalmaqla yanaşı, məhkəmə tibbi müayinələrə də məruz qoyulmuşdur. Eyni zamanda məhkəmə hesab edir ki, mənəvi zərərin 2000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir.

19. Apellyasiya məhkəməsi məhkəməsi qeyd etmişdir ki, cavabdeh DNŞ-nin Cavabdehndən vurulmuş maddi ziyanın əvəzi kimi 22567,02 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

20. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 9, 215, 217, 225, 239-cu maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarlarına, MPM-in 14.2, 77.1, 119.1, 217 və 384.0.3cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti Mülki Məcəllənin 21-ci, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il Qərarına, MPM-nin 9.3, 88, 101.7, 102.2, 103.1 və 217-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, sığorta ödənişinin qanunla müəyyən edi lmiş qaydada və müddətdə verilməsini təmin etmək sığortaçının ("xxxx" ASC-nin) vəzifəsi olmuşdur. Buna baxmayaraq bu öhdəliyi məhkəmə cavabdehin üzərinə qoymuşdur. Beləliklə, iddiaçının təqdim etdiyi sənədlər, onun səhhətinin istehsalatda əmək şəraiti ilə əlaqədar pozulması qənaətinə gəlməyə əsas vermir. Belə ki, iddiaçının səhhətinin pozulması halının istehsalatla əlaqəli olmasını müəyyən edən tibbi rəy mövcud deyildir. Bundan başqa, istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması məsələlərini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən, istehsalatda baş verən bədbəxt hadisə barədə Aktın (İZ Aktının) müəyyən tədbirlər görüldükdən və müvafiq prosedurlar həyata keçirildikdən sonra verilməsi nəzərdə tutulmuşdur (aidiyyəti quruma bu barədə məlumat verilir, Təhqiqat Komissiyası yaradılır, xəsarətin ağırlıq dərəcəsinin müəyyən edilməsi üçün müvafiq rəylər alınır, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilir və uçota alınır). Lakin, göründüyü kimi iddiaçı tərəfindən baş verməsi iddia edilən hadisə ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq hər hansı tədbirin görülməsi müəyyən edilməmişdir. Bu da öz növbəsində hadisənin hüquqi baxımdan baş verməsini istisna edir. Məhkəmələr iş materiallarında olan ekspert rəylərinə heç bir hüquqi qiymət verməmiş, ekspert rəyləri ilə razılaşmamasının əsaslarını qeyd etməmişdir. Bundan əlavə, hazırkı iş üzrə m addi və mənəvi zərərin əvəzi olaraq cavabdehdən tutulması qanuni və əsaslı deyildir. Belə ki, mövcud məhkəmə təcrübəsindən də görünmüşdür ki, digər işlər üzrə mənəvi zərərin məbləği hazırkı iş üzrə tutulmuş məbləğdən qat-qat aşağı olmuşdur. Məhkəmələr tərəfindən maddi və prossesual hüquq normalarının pozuntularına yol verilməsi ilə işə obyektiv baxılmamış və düzgün olmayan qətnamə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçının nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin şikayətinin dəlilləri işin faktiki hallarının müəyyən edilməsi ilə bağlıdır, bu hala isə, kassasiya şikayə tində yol verilməməlidir. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Cavabdeh tərəfinin irəli sürdüyü şikayəti tam əsassızdır, Mülki Prosessual Məcəlləyə ziddir. Həmçinin, şikayətin maddi və уа prosessual normaların pozulması barədə dəlillərinin hər biri əsassızdır və qətnamənin ləğvi və уа dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

24. Maddə

215. Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasit ə cavabdehdirlər və əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; iş çilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsi kimi tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.

25. Maddə

217. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dö vlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.

26. Maddə

225. İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir.

27. Maddə

239. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclər in eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu

28. Maddə 16.3. Birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir.

29. Maddə 16.3.1. Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə birdəfəlik sığorta ödənişi verilir.

30. Maddə 17.4. Bu qanunun 17.7-ci maddəsində müəyyən edilmiş hal istisna olmaqla, birdəfəlik sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı (həmin qanunun tətbiq e dilməsi barədə Azərbaycan Respublikası prezidentinin 2 iyul 2010-cu il tarixli, 289 saylı fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən olunmuş qaydada hesablanır.

31. Maddə 18.3. Birdəfəlik sığorta ödənişi icbari sığorta müqaviləsi və ya annuitet müqaviləsi üzrə faydalanan şəxslə sığortaçı arasında razılaşmaya əsasən bu Qanunun 17.4-cü maddəsinə uyğun olaraq verilir. “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı

32. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vaci b halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarı

33. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictima i həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsi ni tələb etmək hüququnu istisna etmir. Qərarın 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkəts izliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi z ərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hall arı sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki ha llarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, mənəvi zərərin təmin olunması hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tət biq olunmuşdur. Bu hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə düzgün qənaətə gəlsə də, ödənilməli olan sığorta məbləğinin indeksasiya olunmaqla hesablanmasında səhvə yol vermişdir.

47. Apellyasiya məhkəməsinin qənaətinə görə iddiaçı 2014-cü ildə almalı olduğu 14856,5 manat sığorta ödənişini, yalnız 2021-ci ilin sonunda qismən əldə edə bilmiş, lakin istehlak qiymətləri indeksi 2021-ci ildə 2014-cü ilə nisbətən 151,9 faiz təşkil etmişdir. Belə olan halda həmin məbləğ üzrə müvafiq indeksasiya aparıldıqda iddiaçıya verilən sığorta ödənişi (14856,5 x 151,9 faiz) = 22567,02 manat təşkil etməlidir. Bu zaman ödənilmiş 14856,5 manat məbləğ hesablanmalı olan məbləğdən çıxılmamalıdır.

48. Apellyasiya instansiyası məhkəməsi indeksasiya olunmaqla hesablanmış sığorta məbləğindən artıq ödənilmiş 14856,5 manat məbləğin hansı əsaslarla çıxılmalı olmamasını əsaslandırmış, nəzərə almamışdır ki, istehlak qiymətləri indeksinin 2021-ci ildə 2014-cü ilə nisbətən 151,9 faiz təşkil etməsi və 22567,02 manat olması məhz artıq ödənilmiş 14856,5 manata əsasən müəyyən edilmişdir, həmin məbləğin təkrarən ödənilməsi isə yolverilməzdir.

49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hes ab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi maddi ziyanın tutulması hissəsində ləğv edilməli, cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdehndən dəymiş ziyanın əvəzi olaraq 7710,52 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə yeni qərar qəbul olunmalı, qətnamə qalan hissədə dəyişdrilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-892/2025 nömrəli iş üzrə 19 fevral 2025-ci il tarixli qətnaməsi qismən, yəni cavabdeh Azərbaycan Respublikası DNŞnin Cavabdehndən dəymiş ziyanın əvəzi olaraq 22567,02 manat məbləğ ində pulun alınaraq İddiaçı ödənilməsi hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə çıxarılsın. Cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdehndən dəymiş ziyanın əvəzi olaraq 7710,52 (yeddi min yeddi yüz on manat əlli iki qəpik) manat tutulub İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar