Məhkəmə qərarları › İş №2(102)-1951/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1951/2022

27.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1951/2022 27.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Misir zadə Vüqar Aydın oğlunun Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilə öhdəliklərinin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9531/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşa ğıdakı qərarı qəbul etdi, İşin halları: Bakı şəhər İcra Hakimiyyəti başçısının 15 mart 2003-cü il tarixli sərəncamına əsasən Cavabdeh MTK-ya Bakı şəhəri Xətai prospekti, 38 ünvanında 18 mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmiş və bununla əlaqədar MTK ilə Misir zadə Vüqar Aydın oğlu arasında həmin binaların “c” blokunun 15-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 139 kv.metr təşkil edən mənzilə dair müqavilə bağlanmışdır. Həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın alınması üçün tələb olunan sənədlərin MTK tərəfindən İddiaçı verilməsindən imtina edildiyi üçün onların arasında mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin noyabr ayında Misir zadə Vüqar Aydın oğlu iddi a ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 12 sentyabr 2006-cı il tarixli müqaviləyə əsasən aldığı mənzilin xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin, o cümlədən binanın istismara qəbulu aktının, mənzilin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının, mənzilə dair pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışının Cavabdeh MTK tərəfindən ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3136/2021 saylı, 03 may 2021- ci il tarixli qətnaməsi ilə (hakim C.C.Musayeva) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh MTK apellyasiya şikayəti verər ək iddiaçının mənzildən istifadə etməməsini, ona sahiblik etməməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9531 /2021 saylı, 19 oktyabr 2021 -ci il tarixli qətnaməsi ilə (hakimlər: Q.A.Əsgərov, A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)3136/2021 saylı, 03 may 2021 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh kassasiya şikayəti verərək iddiaçının mənzilin ona təhvil verilməsi ilə bağlı MTK-ya müraciət etməməsini və onun mənzil üzərində mülkiyyət hüququna malik olmamasını, onun kommunal xidmət haqqını və əlavə pay haqqını ödəməməslni, lakin məhkəmənin işin həmin hallarını nəzərə almadan, sübutlara düzgün qiymət vermədən nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə dair yazılı etirazla məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 10.8-1 -ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazı mınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərar dadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamə qətnamənin qanuniliyini tam yoxlayır. bütövlükdə mübahisələndirildiyindən kollegiya Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş üzrə cavabdeh mənzilə dair Dövlət Reyestrindən Çıxarışın alınması üçün tələb etdiyi sənədləri iddiaçıya verməkdən imtina edərkən iddiaçının uzun müddət ərzində mənzildən istifadə etməməklə ona sahiblik etməməsini, eləcə də, kommunal xidmət haqqını və əlavə pay haqqını ödəməməsini əsas göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin dəlilləri ilə razılaşmayaraq tələb olunan sənədlərin iddiaçıya verilməsindən imtinanı əsassız saymış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik və müqavilə münasibətlərini tənzimləyən 385, 442, 390.1, 399.1, 430.1-ci maddələrinə və eləcə də mülkiyyət hüququnun əldə edilməsinin əsaslarını müəyyən edən 178.8-ci maddəsinin müddəalarına əsaslanaraq iddianın təmin olunmasını qanuni və əsaslı hesab etmişdir. İddiaçı mənzilə görə pay haqqını ödəməklə mənzilə sahib və istifadə hüququnu əldə etdiyindən, həmin mənzilə mülkiyyət hüququnu rəsmiləşdirmək üçün zəruri olan sənədləri MTK-dan tələb etməklə bağlı hərəkəti qanuni olmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM- in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9531/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar