Məhkəmə qərarları › İş №2(102)-1952/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1952/2022

18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1952/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1952/22 (Açar sözlər: podrat müqaviləsinin ləğv edilməsi, pul tutulması, podrat müqaviləsinin icra edilməməsi nəticəsində maddi, mənəvi ziyanın ödənilməsi) Bakı şəhəri, 18 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “podrat müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “podrat müqaviləsinin icra edilməməsi nəticəsində maddi, mənəvi ziyanın tutulması” barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1927/2021 nömrəli, 23 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 18 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) ilə 27.11.2019-cu il tarixdə notarial qaydada “Podrat müqaviləsi” bağlayıblar.

2. Müqaviləyə əsasən iddiaçı cavabdehə məxsus mənzilin (giriş qapısı istisna olmaqla) tam təmirini həyata keçirməlidir. Tikinti materialları da daxil olmaqla cavabdeh iddiaçıya müqavilə üzrə 16000 manat məbləğində pul ödənilməsini öhdəsinə götürüb.

3. Müb ahisə həmin müqavilə üzrə öhdəliklərin qarşılıqlı icrası ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə bağladığı 27.11.2019-cu il tarixli podrat müqaviləsinin ləğv edilməsi, 700 manat yaranmış borcun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı ilə 27.11.2019-cu il tarixdə Bakı şəhəri 23 saylı Notariat Kontorunda “Podrat müqaviləsi" bağlayıblar. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 3-cü bloku, 13-cü mərtəbəsində yerləşən, sahəsi 90,39 kv.m, 3 otaqlı 154 saylı mənzilin giriş qapısı istisna olmaqla tam tə mirini iddiaçıya sifariş vermişdir. Tikinti materiallarına görə cavabdeh iddiaçıya 16000 manat məbləğində pul ödənilməsini üzərinə götürmüşdür. Cavabdeh işin ümumi dəyərinin ilkin olaraq 6000 manatını əvvəlcədən notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəmişdir. İddiaçı təmir işlərinə başlamaq üçün həmin 6000 manata lazım olacaq material və avadanlıqlar alaraq təmirə başlamışdır.

6. Müqavilə üzrə razılaşdırılmamış vaxt ərzində nəzərdə tutulmuş təmir işlərini başa çatdırmaq mümkün olmamışdır. Buna səbəb hava şəraitinin pis olması və görülən işlərin tam qurumaması olmuşdur. Sifarişçi sənəd üzrə cavabdeh olsa da, cavabdehin əri Samir Abbasov işlərə nəzarət etmişdir.

7. Müqavilə üzrə razılaşdırılmış pulu cavabdeh iddiaçıya “Günay Bank” vasitəsi ilə ödəmişdir. 17.06.2020-ci il tari xdə cavabdehin əri qapıları bağlayaraq iddiaçını hədələyib evdən qovmuşdur. Ustalar məcbur qalaraq işi yarımçıq qoyub evdən çıxmışlar.

8. Cavabdeh bu günə qədər iddiaçıya 700 manat borclu qalmışdır. Belə ki, cavabdeh podrat müqaviləsi üzrə iddiaçıya 15 300 manat pul ödəmiş, iddiaçı isə 16 000 manat müqabilində sifarişi yerinə yetirərək təmir işlərini görüb təhvil vermişdir.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəlləsinin 21, 385.1, 442, 445.1, 445.2.1, 448.1, 752.1, 753.1, 753.3., 756.1, 759.1, 760.2., 770, 776.2, 1091 və 1096-cı maddələrinə istinad etmişdir.

10. Cavabdeh də qarşılıqlı iddia (sonradan tələbi artırmaqla) verərək, 15.500 manat maddi ziyanın, 10.000 manat mənəvi ziyanın və 4480 manat zərərin iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişd ir.

11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində podrat müqaviləsini təhrif edərək göstərmişdir ki, mənzilin giriş qapısı istisna olmaqla tikinti materiallarına görə Sifarişçi tərəfindən Podratçıya 16.000 manat məbləğində pul ödəniləcək. Halbuki, müqavilədə göstərilib ki, mənzilin tam təmirinə görə və giriş qapısı istisna olmaqla podratçıya 16.000 manat məbləğində pul ödəniləcək. İddiaçı müqaviləni bu formada təhrif etməklə guya mənzilin tam təmirini öhdəsinə götürmədiyini qeyd etmək istəyir.

12. İddiaçı ilə 27 noyabr 2019-cu ildə podrat müqaviləsi bağlandıqdan sonra cavabdeh ayrı-ayrı vaxtlarda ümumilikdə 15500 manat Pulu Bank vasitəsi ilə iddiaçıya göndərmişdir. Lakin iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, aldığı pulun müqabil ində iş görməmişdir. İddiaçı dəfələrlə cavabdehi aldadıb, mənzildə işləyən ustaların xidmət haqqını verməmiş, keyfiyyətsiz tikinti materialları almış, mənzildə keyfiyyətsiz işlər görmüşdür.

13. İddiaçı mənzilin təmirini 15 fevral 2020-ci ilə qədər başa çatdırmağı öhdəsinə götürsə də, indiyə qədər mənzil təmir edilməmiş, müxtəlif bəhanələr gətirib vaxtı uzatmışdır. İddiaçı iki mobil operator istifadəçisi kimi işlətdiyi 070 521 20 Narmobile və 055 *** ** ** Bakcell npmrələrə çıxış imkanını məhdudlaşdıraraq Bakı şəhərini tərk edib, Gəncə şəhərinə getmişdir. Belə ki, iddiaçı sonuncu mobil nömrənin istifadəsini 2020-ci ilin may ayının sonlarında dayandırmış və bunu texniki problemlərlə əlaqələndirmişdir. Digər mobil operator istifadəçisi kimi isə qeyd edilən nömrəni digər nömrəyə (qohumuna) y önləndirmişdir. Nəticədə cavabdeh iddiaçını tapa bilməmişdir.

14. Cavabdeh müqavilə öhdəliklərinı yerinə yetirdiyi halda, iddiaçı öhdəliklərini icra etməkdən boyun qaçırıb, cavabdehin etibarından sui-istifadə edərək pul vəsaitlərini mənimsəmişdir.

15. Cavabdeh bununla bağlı aidiyyəti hüquq mühafizə orqanlarına şikayət vermiş, iddiaçı bunun qarşılığında heç bir iş görməmişdir. Hətta görülən işlər belə keyfiyyətsiz olub, nəticədə cavabdeh mənzili yenidən təmir etdirmək məcburiyyətində qalmışdır.

16. İddiaçının öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində cavabdeh həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. Mənzildə keyfiyyətsiz təmir işləri aparıldığına və cavabdeh iddiaçıya 15.500 manat pul verdiyinə görə, həmin məbləğ maddi zərərin əvəzi olaraq geri cavabdehə qaytarılmalıdır.

17. Müqavilənin şərtlərinə görə, mənzil 15 fevral 2020-ci ildə tam təmir edilib başa çatdırılmalı idi. Lakin iddiaçı bu müddətdə demək olar ki heç bir iş görməmiş, cavabdehi aldatmışdır. Cavabdeh mənzilinə artıq fevral ayında köçmək istəmiş, lakin iddiaçının keyfiyyətsiz və səriştəsiz işlərinə, səhlənkarlığına, məsuliyyətsizliyinə görə güclü mənəvi sarsıntı keçirmişdir.

18. Bundan başqa, mənzildə təmir işləri gedərkən cavabdeh kirayədə yaşamış, hər ay kirayə pulu ödəmişdir. 1 il 2 ay müddətində hər ay 320 manat olmaqla, cavabdeh cəmi 4480 manat kirayə pulu ödəmişdir.

19. Cavabdeh qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 442, 752.1, 759.2, 762.1 və 765-ci maddələrinə istinad edilib.

20. Birinci instansiya məhkəməsi iddiaçını vəsatəti üzrə təmirə çəkilən xərcin, təmiri n keyfiyyətinin müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin etmiş, ekspertiza qarşısında müvafiq suallar qoymuşdur.

21. Məhkəmə Ekspertizası Mərkəzinin 10/4049 saylı, 11.03.2021-ci il tarixli rəyinə əsasən cavabdehə məxsus mənzildə iddiaçı tərəfindən aparılmış tikinti-təmir işlərinin hazırki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 7738,0 manat məbləğindədir. Tədqiq olunan mənzildə elektrik naqilləri müəyyən yerlərdə (divar daxili, döşəmə ilə divarın birləşən hissədə) keyfiyyətsiz çəkilmişdir. Lakin digər aparılmış tikinti işləri (şpaklyovka çəkilməsi, alcipanın vurulması və s...) tam başa çatmadığı üçün, həmin tikinti işlərinin keyfiyyətli olub-olmamasını müəyyən etmək mümkün olmadığı üçün, həmin sual üzrə tədqiqat aparılmadı. Qeyd edilən mənzildə iddiaçı tərəfindən aparıl mış söküntü işlərinin həcmi 20 m2 və ümumi dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 60,0 manat məbləğindədir. İddiaçının nümayəndəsi tərəfindən verilmiş vəsatətdə görülmüş işlərlərin ümumi dəyəri 11880 manat göstərilsə də, aparılmış hesablamalar nəticəsində həmin görülmüş tikinti işlərinin ümumi dəyəri 7783,0 manat təşkil edir.

22. Göyçay Rayon Məhkəməsinin 2(046)-115/2021 nömrəli, 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, İddiaçı podrat müqaviləsinin icra edilmədiyi üçün 7762 manat, mənəvi ziyana görə 3258 manat və 4480 manat maddi ziyan olmaqla cəmi 15.500 manatın və 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh verilməsi, ekspertiza xərcinin İddiaçı alınması qət edilmişdir. (hakim İbrahim Fəttahov)

23. Birinci inst ansiya məhkəməsi işdəki sübutlara qiymət verərək, ilk iddia üzrə qeyd edib ki, iddiaçı cavabdehə məxsus mənzili tam və keyfiyyətli təmir etdiyinə və cavabdehin ona 700 manat borclu qaldığına dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə tikinti-texniki ekspertizasının 11.03.2021-ci il tarixli 10/4049 saylı rəyi də qeyd edilən halın yəni, iddiaçı tərəfindən keyfiyyətsiz tikinti işlərinin aparıldığını təsdiq edir. Həmin mənzildə cəmi 7738 manat məbləğində təmir işləri aparılmışdır. Buna görə də ilkin iddia əsassızdır.

24. Qarşılıqlı iddia ilə bağlı birinci instansiya ödəniş qəbzlərinə və məhkəmə tikintitexniki ekspertizasının 11.03.2021-ci il tarixli 10/4049 saylı rəyinə əsasən müəyyən edib ki, cavabdeh iddiaçıya 15551 manat pul ödəmiş, mənzildə aparılmış təmir-t ikinti işlərinin dəyəri 7783 manat təşkil etmiş, təmir keyfiyyətsiz aparılmışdır. Bununla da iddiaçı ilə cavabdeh arasında bağlanmış 27.11.2019-cu il tarixli Podrat Müqaviləsinin şərtləri iddiaçı tərəfindən pozulmuşdur. Bundan başqa iddiaçının qanunsuz hərəkətləri nəticəsində cavabdehin mənəvi iztirablar keçirməsi təbii aldır. Həmçinin iddiaçı tərəfindən cavabdehə məxsus mənzildə təmir-tikinti işləri aparıldığı müddətdə və həmin mənzildə təmir-tikinti işləri müqavilədə qeyd edilən müddətdə başa çatdırılmadığından cavabdeh 1 il 2 ay kirayədə yaşamış, hər ay 320 manat kirayə haqqı ödəmişdir.

25. Birinci instansiya məhkəməsi qeyd edilən halı cavabdehə iddiaçının müqavilə öhdəliklərinə əməl etməməsi nəticəsində dəymiş real ziyan kimi qiymətləndirərək, məhkəmə hesab edib ki, qarşılıqlı iddia əs aslıdır.

26. İşin faktiki hallarına istinad edən birinci instansiya məhkəməsi cavabdehə məxsus mənzildə iddiaçı tərəfindən aparılmış təmir-tikinti işlərinin 7738 manat olması barədə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib və belə nəticəyə gəlib ki, cavabdeh tərəfindən podrat müqaviləsi üzrə iddiaçının hesabına bank vasitəsi ilə ödənilmiş 15500 manat puldan 7738 manat pulun çıxılmalı (15.500-7738=7762), qalan 7762 manat məbləğində pul iddiaçıdan alınaraq cavabdehə verilməlidir.

27. Birinci instansiya məhkəməsi iddiaçının hərəkətləri nəticəsində cavabdehə 10000 manat dəyərində mənəvi ziyan dəyməsi ilə bağlı cavabdehin göstərdiklərini ağlabatan qəbul etməyərək, həmin məbləğin 3258 manat həddində tutulmasını ağlabatan hesab etmişdir.

28. Həmçinin məhkəmə hesab edib ki, podrat müqavilə sində nəzərdə tutulan müddət ərzində iddiaçı tərəfindən mənzildə təmir-tikinti işləri başa çatdırılmadığına görə cavabdeh 1 il 2 ay kirayədə yaşamaq məcburiyyətində qaldığından, hər ay 320 manat kirayə haqqı ödəmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş kommunal ödənişləri təsdiq edən qəbzlərə əsasən cavabdeh Bakı şəhəri, C.Mustafayev küçəsi, bina 60, mənzil 4-də kirayə yaşayır və həmin mənzilə dair işıqdan, qazdan, sudan və internet xidmətlərindən istifadəyə etdiyi üçün komunal xərcləri ödəmişdir. Buna görə də cavabdeh 4480 manat ona dəymiş ziyanı iddiaçıdan tələb etməkdə haqlıdır.

29. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21, 442, 752.1, 753.1, 762.1-762.3, 765-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri və “Mənəvi zərərin ödənilməsi barədə qanunverici liyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi““haqqında”“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

30. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində dəyişidirilərək, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir.

31. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçı Mülki Məcəllənin 752.1-ci maddəsinin tələblərini pozub, yəni müqavilədə nəzərdə tutulan işi icra etməmiş və nəticədə sifarişçi tərəf olaraq cavabdehə küllü miqdarda maddi və mənəvi zərər vurmuşdur; - iddiaçı tərəfindən mənzildə keyfiyyətsiz və başa çatdırılmamış təmir işlərinin (buna təmir işləri demək mümkündürsə) hansı səviyyədə olduğu açıq-aşka r ortada olduğu halda, Məhkəmə Eksperiza Mərkəzinin 11 mart 2021-ci il tarixli ekspert rəyində ciddi keyfiyyət pozuntuları, mənzilin istismarında baş verə biləcək təhlükələr (elektrik naqilləri, santexnik qovşağı, isti döşəmə, kombi sistemi və s. sahələrdə) bir sıra məqamlar ümumiyyətlə əks etdirilməmiş, bəziləri səthi formada vurğulanmış, bəzi qisimləri isə tam və sistemli şəkildə qiymətləndirilməmişdir. Bütün bu vurğulanan ciddi keyfiyyət pozuntuları və bunlara qarşılıq ciddi maliyyə (pul vəsaiti) itkiləri yekun hesabatda öz əksini tapmamışdır; - mənzilin təmirində iddiaçının yaratdığı bütün pozuntular, uyğunsuzluqlar keyfiyyətsiz təmirin təsbiti üçün əsaslı faktlardır və ekspert rəyində bu məqamlara yer verməməklə mənzilin smeta dəyərinin şişirdilməsinə rəvac vermişdir ki, bu da öz nö vbəsində birinci instansiya məhkəməsinin qətnaməsində əks olunmuş cavabdeh tərəfə ödənilməsi gərəkən 29.980 manat pul vəsaitinin ciddi şəkildə azalmasına, yəni 15.500 manat həcmində təşəkkül tapmasına səbəb olmuşdur; - iddiaçı tərəfindən həyata keçirilən keyfiyyətsiz və yarımçıq təmir işləri yenidən təmirə başlatmaq məcburiyyəti yaratmışdır. Aparılmış və miqyasına görə təsnif edilən kiçik həcmli keyfiyyətsiz təmir işlərinə yenidən əlavə vəsaitin əldə edilməsinə ehtiyac duyulur; - eyni zamanda görülmüş keyfiyyətsiz işlərin yenidən tam bərpası üçün vəsait, sıfırdan başlanacaq işlərə xərclənəcək vəsaitdən az olmayacaq. Çünki yenidən bərpa prosesində əlavə iki fəaliyyət – söküntü və daşıma fəaliyyətləri gündəmə gələcəkdir. Keyfiyyət, faydalılıq, təhlükəsizlik, sabit yasam tərzi və s. kimi meya rlar mənzilin yenidən təmirini şərtləndirən əsas mövzulardan bir neçəsidir; - mənzildən bu formada istifadə nəinki əlavə maliyyə itkiləri ilə müşayət olunacaq, hətta yaxın qonşularla və eyni zamanda da çoxmərtəbəli yaşayış binasının idarəçiliyini həyata keçirən Narm MMC-nin rəhbərliyi ilə də yeni münaqişə yarada bilər.

32. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1927/2021 nömrəli, 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(046)-115/2021 nömrəli qətnaməsi Cavabdeh (onun nümayəndəsinin) apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Elçin Hüseynov)

33. Apellyasiya instansiyası məhkəməsi birinci inst ansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, apellyasiya şikayətinə münasibətdə qeyd edib ki, bu dəlillər əsassız olduğundan, birinci instansiya məhkəməsinin təmin olunmayan hissəsinin ləğv edilməsi üçün əsas ola bilməz. Birincisi ona görə ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. “Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İkincisi, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən“ sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Üçüncüsü, ekspertiza tədqiqatının qeyri-obyektivliyi ilə bağlı dəlilə gəldikdə işin müəyyən edilmiş hallarına əsasən birinci instansiya məhkəməsi tərəfindən mübahisənin həlli ilə bağlı müvafiq ekspertiza təyin edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, eksp ert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Apellyator ekspertiza tədqiqatının nəticəsi ilə razılaşmadığını bildirsə də, yenidən ekspertizanın keçirilməsinin zəruriliyinə, eləcə də ekspertin dindirilməsinə dair ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq əlavə və ya təkrar ekspertizanın keçirilməsi də təmin oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, qarşılıqlı iddiasının təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti apellyasiya şikayətini məzmununa uyğu əsaslandırlıb və əlavə olaraq aşağıdakılar göstərilib: - apellyasiya məhkəməsi də iddiaçını və ekspertin məhkəmədə iştirakının təmin olunması zəruriliyini nəzərə almamaqla MPM-in 63.2, 69.1, 77.1 və 101.6-cı maddələrinin tələblərini pozub; - mənəvi ziyanın az tutulmasına qiymət verilməyib. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

37. Kassasiya şikayətinə iddiaçının etirazı daxil olmayıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdı rılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi mü qaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə

765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilə n hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını“qismən ləğv edə və ya“tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyas iya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilməyən hissəsində mübahisələndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.

40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya inst ansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Qarşılıqlı iddia tələbi podrat müqaviləsi üzrə ödənilmiş pulun qaytarılması, dəymiş zərərin ödənilməsi barədədir. Cavabdeh qarşılıqlı iddianın əsası kimi iddiaçıya ödənilmiş 15500 manat pulun müqabilində təmir işlərinin görülməməsi, görülmüş təmir işlərinin keyfiyyə tsiz olması, işlərin vaxtında görülməməsi səbəbindən artıq müddətdə kirayədə yaşaması və mənəvi sarsıntı keçirməsi ilə əsaslandırmışdır.

43. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kirayə pulu ilə bağlı qarşılıqlı iddia tam təmin edildiyindən və bu hissə istər iddiaçı, istərsə də cavabdeh tərəfindən mübahisələndirlmədiyindən, həmin hissədə kassasiya baxışının predmeti deyil.

44. Qarşılıqlı iddia üzrə işin məhkəmələr tərəfindən müəyyən edilən halına görə cavabdeh podrat müqaviləsi üzrə təmir işləri üçün iddiaçıya 15551 manat pul ödəmiş, mənzildə aparılmış təmir-tikinti işlərinin dəyəri 7738 manat təşkil etmiş, təmir keyfiyyətsiz aparılmışdır. Qarşılıqlı iddiada tələb edilən 15500 manatdan faktiki görülmüş işlərin dəyəri çıxılması nəzərə alınarsa, podrat müqaviləsi üzrə 7762 manat məbləğind ə pul iddiaçıdan alınaraq cavabdehə verilməli olması barədə gəlinən nəticə əsaslı olmuşdur.

45. Qarşılıqlı iddianın bu hissəsi ilə bağlı ekspert rəyinə düzgün qiymət verilməməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, kollegiya qeyd edir ki, əvvəla, ekspert rəyi apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 88 və 103.1-ci maddələrinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Cavabdehin yenidən ekspertizanın keçirilməsi barədə dəlilini də apellyasiya məhkəməsi o əsasla qəbul etməyib ki, cavabdeh yeni ekspertizanın zəruriliyinə, eləcə də ekspertin dindirilməsinə dair ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq əlavə və ya təkrar ekspertizanın keçirilməsi də təmin oluna bilməz.

46. Məhkəmə kollegiyası da öz növbəsində bununla bağlı q eyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.

47. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Hazırki işdə isə cavabdeh ekspert rəyi il razı olmamasını ümumi sözlərlə ifadə etmiş, bu səbəbdən apellyasiya məhkəməsi cavabdeh tərəfindən onun bu arqumentinin yoxlanılmasına əsas verəcək əlavə heç bir sübut təqdim edilməməsinə istinad edərək, göstərib ki, təkrar ekspertiza keçirilməsini zəruri edən hal yoxdur.

48. Qarşılıqlı iddianın mənəvi zərərin cavabdeh tərəfindən mübahisələndirilən hissəsində gəlinən nəticə də əsaslı olub. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının hərəkətləri nəticəsində cavabdehə 10000 manat dəyərində mənəvi ziyan dəyməsi ilə bağlı cavabdehin göstərdiklərini ağlabatan qəbul etməyərək, “Mənəvi zə rərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi““haqqında”“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı Qərarına istinadən həmin məbləğin 3258 manat həddində tutulmasını ağlabatan hesab etmiş, apellyasiya məhkəməsi də bununla razılaşaraq, mənəvi zərərin daha çox olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini qəbul etməmişdir.

49. Nəzərə alınsa ki, cavabdehin mənəvi ziyan tələbi podrat müqaviləsi üzrə dəymiş maddi ziyanla bağlı törəmə tələbdir. Belə olan halda, mənəvi ziyan məbləğinin daha da çox tutulması barədə cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır, çünki Ali Məhkəmənin qeyd edilən Plenum Qərarına görə zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

50. Məhkəmə kollegiyası qeyd olunanlara ə sasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1927/2021 nömrəli, 23 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar