Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1954/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlunun məruzəsi ilə, Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, iddiaçı X2 Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5852/2022 nömrəli, 07 mart 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşa ğıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 5, 14 saylı mənzil AN-1 ******* nömrəli 15 may 2012-ci il tarixli Hüquqların dövlət qeyldiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə İddiaçı mülkiyyətindəir.
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 5, 14 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) (X3) 2(004)2622/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsi iddia təmin edilmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
4. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5852/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Rəfael Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən kassasiya şikayəti vermişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5852/2022 saylı, 10 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Rəfael Eyvazov və Şərafət Məmmədova) kassasiya şikayəti geri qaytarılmışdır.
8. Cavabdeh yenidə n kassasiya şikayəti vermişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5852/2022 saylı, 14 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Cəmilə Musayeva) kassasiya şikayəti geri qaytarılmışdır.
10. Cavabdeh kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizə vermişdir.
11. Ərizəsini onunla əsaslandırmışdır ki, onun tərəfindən kassasiya şikayəti müddət ötürülmədən elektron sistemdə verilmiş, lakin dəfələrlə cəhd göstərməyinə baxmayaraq, status qrafasında natamam imzalanmış kimi göstərilmişdir. Sonradan isə ona aydın olmuşdur ki, kassasiya şikayətina vəkil orderi də əlavə edildiyindən, şikayət həmçinin vəkilin də elektron sistemi vasitəsi ilə təsdiq edilməlidir. Onun v əkili yoxdur. Hüquqlarını özü müdafiə edir. Hazırki kassasiya şikayəti isə vəkil tərəfindən tərtib edilmiş, vəkil orderi əlavə edilmişdir. Yəni vəkil ilə arasında məhkəmədə hüquqların müdafiə edilməsinə görə müqavilə bağlanmamışdır. Bu hal ona aydın olmazdan əvvəl hətta 01 dekabr 2022-ci il tarixdə elektron məhkəmə sistemində yerləşdirilmiş texniki xidmətlə bağlı müraciət bölməsində də müraciət etmişdir. Yuxarıda qeyd etdiyi kimi sonradan məlum olmuşdur ki, göndardiyi şikayət vəkil tərəfindən öz elektron kabinetində təsdiq edilmədiyindən günlərlə natamam status vəziyyətində qalmışdır. Qeyd etdiklərindən də görünür ki, şikayət vermə müddətini ötürülməsində onun heç bir təqsiri yoxdur, yəni müddət üzrsüz səbəbdən ötürülməmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-58 52/2022 saylı, 07 mart 2023-cü il tarixli qərardadı ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Rəfael Eyvazov və Günay Axundova) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5852/2022 saylı iş üzrə, 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair cavabdehin ərizəsi təmin olunmamış və kassasiya şikayəti geri qaytarılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2022ci il tarixli qətnaməsi cavabdehin elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Cavabdeh tərəfindən isə kassasiya şikayəti elektron formada xx.xx.2022-ci il tarixdə, yəni kassasiya şikayəti vermə müddəti keçdikdən sonra verilmişdir. Digər tərəfdən, işdə ola n vəkil orderindən göründüyü kimi Cavabdehlə vəkil arasında müqavilə artıq kassasiya şikayəti vermə müddəti keçdikdən sonra bağlanmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri A)Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv olunmasını, müddətin ötürülməsini üzürlü hesab edərək, işə kassasiya qaydasında baxılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş, həmçinin cavabdeh göstərmişdir ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 19.1.3-cü maddəsinin tələbini pozmuşdur. X3 birinci instansiya məhkəməsində işə baxmış və əleyhinə qərar çıxarmasına baxmayaraq, müddətin ötürülməsi ilə bağlı ərizəyə apellyasiy a qaydasında baxılması zamanı qeyd olunan prosesual normanın tələblərini heçə sayaraq iclasda iştirak etmişdir. Əleyhinə qərar çıxarmış hakimin yenidən apellyasiya məhkəməsində eyni iş üzrə məhkəmə iclasında iştirak etməsi qanunla qadağandar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 mart 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
18. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
19. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır. Kassasiya baxışının hədləri
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (v ə ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırda apellyasiya instansiya məhkəməsinin qərardadından cavabdeh kassasiya şikayəti vermiş və qərardadının tam ləğv olunmasını xahiş etmişdir, ona görə də qərardad tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası q eyd edir ki, iddiaçının kassasiya şikayətində qeyd etdiyi hallar apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Cavabdeh müddətin üzrlü səbəblərdən ötürülməsini təsdiq edən hər hansı bir inandırıcı dəlil göstərə bilməmişdir.
23. Belə ki, məhkəmə müdafiəsi hüququndan istifadə etmənin prosessual qanunvericilikdə müəyyən edilmiş müddət çərçivəsində həyata keçirmək prosess iştirakçılarının vəzifəsidir.
24. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfində n verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(103)5852/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.