Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1954/2025 09.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ iş № 2(102)-1954/2025 Açar sözlər: maddi ziyan və əldən çıxmış fayda tələbi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi ziyan” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-217/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2011-ci ildə Salyan RİH başçısının sərəncamı ilə, Cavabdeh2 Salyan rayonu Ərazisində Babazənən asudə dövlət fondu torpağından heyvandarlığın inkişafı məqsədilə 60 ha, balıqçılığın inkişafı məqsədilə isə 40 ha olmaqla, cəmi 100 ha torpaq sahəsi uzunmüddətli icarəyə verilmişdir.
2. İddiaçı ilə Cavabdeh1 ilə arasındakı şifahi razılaşmaya əsasən qeyd edilən torpaq sahəsində Cavabdeh1 və digər şərikinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması məqsədi ilə 2016-cı ildə balıq gölü və təsərrüfatı yaradılmış, təsərrüfatın idarə olunması iddiaçı tərəfindən həyata keçirilmişdir.
3. İddiaçının həmin təsərrüfata 25 faizlə şərik olması və pul və ya digər formada sərmayə qoyması cavabdeh tərəfindən qəbul edilməmiş və mübahisələn dirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərdən dəymiş maddi ziyana görə 177600 manat pul vəsaitinin, əldən çıxmış 240.000 manat faydanın, həmçinin iddia ərizəsinin verilməsinə görə 468 manat dövlət rüsumunun, cəmi 418068 manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Salyan rayonu ərazisində balıq yetişdirməklə sahibkarlıq fəaliyyəti göstərmişdir. Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 78-S saylı sərəncamına əsasən Salyan rayonu, Babazənən asudə dövlət fondu torpağında yerləşən balıqçılığın inkişafı məqsədilə 40 ha və heyvandarlığın inkişafı məqsədilə 60 ha olmaqla, cəmi 100 ha torpaq sahəsi C avabdeh2 ayrılmışdır. Cavabdeh1 isə həmin torpaq sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün etibarnamə ilə həmin torpaq sahəsini Cavabdeh2 almışdır. 2016-cı ildə tanışı Zahir onunla görüşərək tanışı Elvinin süni balıq gölü olduğunu və birlikdə işləmək istədiklərini təklif etmişdir. O da, Zahirlə razılaşmışdır. Sonradan Elvinlə görüşmüş, aralarında olan razılaşmaya əsasən balıq gölünün qazancının 50 faizini özünə, 25 faizinin Zahirə, 25 faizinin isə ona veriləcəyi şərti ilə razılaşmışlar. 2018-ci ildə ziyana getdikləri üçün X5 bu barədə ona və Elvinə bildirərək bu işdən uzaqlaşmışdır. Bundan sonra o, həmin balıqçılıq təsərrüfatını təkbaşına inkişaf etdirməyə başlamış və mütəmadi olaraq satdığı məhsulun pulunu Elvinə müxtəlif vaxtlarda, ümumilikdə şəxsən qeydiyyat aparmaqla 9600 0 manat pul vermişdir. Daha sonra Cavabdeh1 xx.xx.2021-ci il tarixdə Salyan RPŞ-nə ərizə ilə müraciət edərək, 2016-cı ildən 2018-ci il tarixinə kimi həmin ərazidə yerləşən süni balıq gölünün işlədilməsi üçün ona 250000 manat pul və balıq yemi verdiyini, lakin onun tərəfindən ona dələduzluq edildiyini bildirmişdir. 28 dekabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra cavabdeh Salyan Rayon Məhkəməsinə “pul tələbi” barədə iddia ərizəsi və həmçinin, müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək göllərdən balıqların ovlanmasına, onların satılmasına qadağa qoyulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən isə həmin ərizə təmin edilmişdir. Halbuki, cavabdeh həmin torpaq sahəsini etibarnamə ilə idarə edir və onun mülkiyyətind ə olmayan torpaq sahəsidir. Əgər cavabdehin tələbi pul tələbidirsə, bu zaman “onun mülkiyyətində olmayan sahədən və ətraf göllərdən” balıqların ovlanmasına və satılmasına qadağa qoyulması ilə bağlı məhkəməyə müraciət etməsi halı ziddiyyət doğurur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən ibarət gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı maddəsinə əssən, mülki hüquqlar hüquqauyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. Bundan əlavə, Cavab deh2 tərəfindən ona qarşı “torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi və müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun və aidiyyatı olmayan digər şəxslərin girişi və həmin torpaq sahələri və göllərdən istifadəsinə qadağa qoyulmuşdur. Həmin ərazidə fəaliyyət göstərdiyi zaman, tərəfindən xeyli miqdarda balıq alaraq suya buraxılmışdır. Hazırda həmin sahəyə girişi qadağa olunsa da, süni balıq gölündə olan balıqlar üçün xeyli miqdarda xərc çəkmişdir. Belə olan zaman, balıqların ovlanması, satılmasına qadağa qoyulması ilə onun hüquq və mənafeləri pozulmuşdur. Çünki iş materiallarına əlavə edilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi, Cavabdeh1 tələbi yalnızca puldan ibarət o lmaqla, balıqlarla bağlı deyildir. Həmçinin istər iddia ərizəsində, istərsə də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi, həmin süni göldə balıqların onlar tərəfindən alındığını təsdiq edən hər hansı bir hal mövcud deyildir. Çünki, süni balıq gölünə balıq yetişdirilməsi üçün balıqların haradan, necə və nə vaxt gətirildiyi əsaslandırılmamışdır. Bildirir ki, 2021-ci il mart ayında çəkisi 200-250 qr olan 40000 (qırx min) ədəd balıq alaraq, 29 hektarlıq gölə buraxmışdır. Bunlardan 25000 ədədi çəki balığı, 10000 ədədi tolstolob balığı, 5000 ədədi belamor balığı olmuşdur. Daha sonra 900 kg təxminən 80 ədədi 1 kg olan qarışıq leçinka balığı alaraq suya buraxmışdır ki, bu da 7 ton məhsul vermişdir. 2021-ci ilin oktyabr ayında isə həmin balıqları daşıyaraq anbar a köçürmüşdür. Həmçinin, həmin anbara 2021-ci il oktyabr ayında Neftçala rayonunda 5 ton, çəkisi 200-250 gr olan körpə balıq alaraq buraxmışdır. 2021-ci ilin oktyabr ayında 5 ton, çəkisi 1.6-1.7 kq olan iri çəki balığı alıb, digər gölə buraxmışdır. 2021-ci ilin mart ayından 2022-ci ilin yanvar ayına kimi balıqların yemlənməsi üçün 150 ton yem alaraq, yemlənmədə istifadə olunmuşdur. 40.000 ədəd (200-250 qr) malyuk balığı üçün 37000 manat pul vermişdir. Bu da təqribən 35000 ton məhsul verməli idi və 210 000 manat pul vəsaiti əldə etməli idi. Əlavə olaraq, başqa şəxsdən 1,6-1,7 kg olan 5 ton iri sazan balığı almışdır. Əgər, satış baş tutsa idi, 30 000 manat pul əldə etməli idi. 2021-ci ilin mart ayında 900 kq leçinka almışdır. (900 kqx6-5400 manat). Həmçinin yemləməklə, qulluq etməklə 7 ton m əhsul əldə edə bilərdi. Onun bazar dəyəri isə 35000 manat idi. 2021-ci ilin oktyabr ayında 5 ton (200-250 gr) malyuk almışdır. Həmin balıqlara görə 20000 manat pul vəsaiti xərcləmişdir. Daha sonra 150 ton buğda və arpa almışdır ki, ona da 67500 manat pul vermişdir. Bunlardan əlavə, həmin vaxt ərzində əlavə xərcləri çıxmışdır. İşlərin yerinə yetirilməsi məqsədilə 2 işçiyə ehtiyac olmuşdur ki, həmin işçilərə 10200 manat haqq olaraq əmək haqqı vermişdir. İşçilərdən Namiqin əmək haqqı ayda 500 manat, Səbuhininki isə hər ay üçün 500 manat təşkil etmişdir. Eyni zamanda su pulu olaraq, 3000 manat məbləğində pul vermişdir. Əlavə xərcləri isə 12000 manata yaxın olmuşdur. Ümumilikdə, bütün bu vaxt ərzində göstərdiyi fəaliyyət zamanı ona 177600 manat məbləğində maddi ziyan dəymişdir. Həmin vəsaitləri onu öz və yaxınlarının adına banklardan götürdüyü kredit və şəxsi evinin satışından əldə etdiyi vəsait hesabına ödəmişdir. Bir hissəsini isə bu gün də müxtəlif şəxslərə borcludur. 2022-ci ilin fevral ayının 4-də məhkəmənin qərardadına əsasən onun həmin əraziyə giriş-çıxışı qadağan edildiyi gündən bu günə kimi Cavabdeh1 tərəfindən həmin balıqların oradan qanunsuz olaraq çıxarılaraq satışı davam edir. Halbuki, o, 177600 manat miqdarında xərc çəkmişdir. Cavabdeh qanunsuz olaraq orada balığı satmaqla onu çəkdiyi xərclərin ödənilməsindən və gələcəkdə əldə edəcəyi qazancdan məhrum etmişdir. Bu gün də ona ziyan vurulmaqda davam edir. Hazırki vəziyyətdə nəinki gəlir əldə bilir, çəkdiyi xərcin çıxarılması belə qeyri-mümkündür. Cavabdeh1 tək qurbanı özü deyildir. Onun barəsində Nərimanov RPİ-də d əfələrlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanmış və o dəfələrlə məhkum edilmişdir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi ziyana görə 177600 (yüz yetmiş yeddi min altı yüz) manat pul vəsaitinin, həmçinin iddia ərizəsinin verilməsinə görə 468 (dörd yüz altmış səkkiz) manat dövlət rüsumunun, cəmi 178068 (yüz yetmiş səkkiz min altmış səkkiz) manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Salyan Rayon Məhkəməsinin 2(057)-522/2023 nömrəli, 30 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 dəymiş maddi ziyana görə 177 600 manat pul vəsaitinin, əldən çıxmış faydaya görə 107100 manat, cəmi 285.168 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, məhkəmə xərcləri bölüşdürülmüşdür (hakim: Ənnağı Məmmədli).
7. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyində göldəki balıqların və onlarının yeminin orta bazar qiyməti müəyyən edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında hər hansı yazılı və ya şifahi razılaşma olmadığı iddia ərizəsi, tərəflərin və şahidlərin izahatları və iş materialları ilə sübuta yetirilir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh2la süni balıq gölləri ilə bağlı hər hansı bir söhbəti olmamış və onu heç vaxt görməmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh2 sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir. Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 78-S saylı sərəncamına əsasən Salyan rayonu, Babazənən asudə dövlət fondu torpağında balıqçılığın inkişafı məqsədilə 40 hektar, heyvandarlığın inkişafı məqsədilə 60 hektar olmaqla, cəmi 100 hektar torpaq sahəsi Cavabdeh2 ayrılmışdır. Daha sonra, Salyan rayon İcra Hakimiyyəti başçısı ilə Cavabdeh2 arasında həmin torpaq sahələri uzunmüddətli Cavabdeh2 icarəyə verilmişdir.
9. İzahatlardan və təqdim olunmuş sənədlərdən müəyyən edilmişdir ki, Cavabdeh2 istifadəsində olan torpaq sahəsini, Cavabdeh1 həmin torpaq sahəsini sahibkarlıq fəaliyyəti həyata keçirmək üçün Cavabdeh2 verdiyi etibarnamə əsasında istifadə etmişdir. Odur ki, Cavabdeh2 vurulmuş ziyan və ya digər əsaslarla İddiaçı qarşısında məsuliyyət daşıya bilməz.
10. İddia ərizəsindən, tərəflərin izahatlarından və iş materiallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 arasında şifa hi razılaşma olsa da müqavilə (yaxud hər hansı yazılı razılaşma) olmamışdır.
11. Məhkəmə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/6389 saylı ekspert rəyini müzakirə edərək həmin rəyi iddiaçının süni balıq gölünə tökdüyü balıqların və yemin (arpanın) orta bazar qiymətinin məbləğini müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul etmişdir.
12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 78-S saylı sərəncamına əsasən Salyan rayonu, Babazənən asudə dövlət fondu torpağında balıqçılığın inkişafı məqsədilə 40 hektar, heyvandarlığın inkişafı məqsədilə 60 hektar olmaqla, cəmi 100 hektar torpaq sahəsi Cavabdeh2 ay rılmışdır. Cavabdeh1 həmin torpaq sahəsini sahibkarlıq fəaliyyəti həyata keçirmək üçün Cavabdeh2 verdiyi etibarnamə əsasında istifadə etmişdır. İddiaçı 2016-cı ildə tanışı X2 təklifi ilə Cavabdeh1 istifadə etdiyi süni balıq göllərinin qazancının 50 faizi Elvinə, 25 faizi Zahirə, 25 faizi isə Elçinə olmaq şərti ilə razılaşmışlar. 2016 və 2017-ci illər üçün balıq göllərindən əldə edilmiş qazancdan 96.000 manat pul (iddiaçının bildirdiyinə görə) Cavabdeh1 payına düşmüşdür. 2018-ci ildə balıq gölləri gəlir verməmiş, zərər etdikləri üçün X5 işdən uzaqlaşmışdır. 2018-ci ildə digər şərik X5 işdən uzaqlaşdıqdan sonra yeni razılaşma olmuş, həmin razılaşmaya görə qazancının 50 faizi Cavabdeh1, 50 faizi İddiaçı qalır. İddiaçı 2021-ci il mart ayında çəkisi 200-250 qr olan 40000 ədəd balıq alaraq, 29 h ektar gölə buraxmışdır. Bunlardan 25000 ədədi çəki balığı, 10000 ədədi talstrof balığı, 5000 ədədi belanvor balığı olmuşdur. Daha sonra 900 kg təxminən 80 ədədi 1 kg olan qarışıq leçinka balığı alaraq suya buraxmışdır ki, bu da 7 ton məhsul vermişdir. 2021-ci ilin oktyabr ayında isə həmin balıqları daşıyaraq anbara köçürmüşdür. Həmçinin, həmin anbara 2021-ci il oktyabr ayında Neftçala rayonundan 5 ton, çəkisi 200-250 gr olan körpə balıq alaraq buraxmışdır. 13. 2021-ci ilin oktyabr ayında 5 ton, çəkisi 1.6-1.7 kq olan iri çəki balığı alıb, digər anbara buraxmışdır. 2021-ci ilin mart ayından 2022-ci ilin yanvar ayına kimi balıqların yemlənməsi üçün 150 ton yem alaraq balıqların yemlənməsində istifadə etmişdir. 40.000 (qırx min) ədəd (200-250 qr) malyuk balığı üçün 37000 (otuz yeddi min) ma nat pul xərcləmişdir. Hesablamaya görə həmin malyuk 35000 (otuz beş) ton məhsul verməli idi və 210000 (iki yüz on min) manat pul vəsaiti əldə etməli idi. Əlavə olaraq, başqa şəxsdən 1,61,7 kg olan 5 ton iri sazan balığı almışdır. İddiaçı həmin balıqların satışından 30000 (otuz min) manat pul əldə etməli idi. Ümumilikdə, bütün bu vaxt ərzində göstərdiyi fəaliyyət zamanı ona 177600 manat məbləğində maddi ziyan dəymişdir. Həmin vəsaitləri onu öz və yaxınlarının adına banklardan götürdüyü kredit və şəxsi evinin satışından əldə etdiyi vəsait hesabına ödəmişdir. Cavabdeh1 heç bir prosesdə iştirak etməsə də, 2021-ci ilin dekabr ayında Cavabdeh1 İddiaçı qarşı pul və dəymiş ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-2195/2021 saylı, 07 yanvar 20 22-ci il və 8-1(057)-03/2022 saylı, 04 fevral 2022-ci il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadları ilə işə mahiyyəti üzrə baxılıb qurtarana kimi süni balıq göllərinə İddiaçı girişi və istifadəsinə qadağa qoyulduğu üçün süni balıq göllərində olan bütün balıqlar Cavabdeh1 tərəfindən götürülməklə satılmışdır.
14. O da müəyyən edilmişdir ki, Cavabdeh1 2018-2021-ci illərdə süni balıq göllərinə gəlməmiş, hər hansı balığın və yemin alışında iştirak etməmişdir.
15. Məhkəmə hesab etmişdir ki, hazırkı halda iddiaçının tələbinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinin dispozitiv şərtləri müəyyən edilir, Cavabdeh1 əsassız varlanan şəxsdir.
16. İddia ərizəsindən görünür ki, iddiaçı, Cavabdeh1 təqsiri üzündən əmlakından məhrum olması nəticəsində adi mülki dövriyyə şəraitində əldə edəcəyi 240000 manat gəlirdən (əldən çıxmış faydadan) məhrum olduğunu iddia etmişdir.
17. Hazırki işdə, iddiaçı istifadəsində olan süni balıq göllərində 2018-ci ildən olan balıqların Cavabdeh1 tərəfindən götürməklə aralarında olan razılaşmanı pozmuşdur. Bu hal mülki iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-2195/2021 saylı, 07 yanvar 2022-ci il və 8-1(057)-03/2022 saylı, 04 fevral 2022-ci il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadları ilə də açıq-aşkar təsdiq olunur.
18. Salyan Rayon Məhkəməsinin 2(057)-2195/2021 saylı, 07 yanvar 2022-ci il və 81(057)-03/2022 saylı, 04 fevral 2022-ci il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadlarının məzmunundan görünür ki, İddiaçı işə mahiyyəti üzrə baxılıb qurtarana kimi süni balıq göl lərinə girişinə və istifadəsinə qadağa qoyulduğu üçün süni balıq göllərində olan balıqlar Cavabdeh1 tərəfindən götürülməklə satılmışdır.
19. İşdən görünür ki, əldən çıxmış faydanın ödənilməsi tələbini irəli sürmüş iddiaçı, cavabdehin törətdiyi pozuntu (balıqları satması) ilə ziyan arasında səbəbli əlaqənin olduğunu sübut etsə də, əldən çıxmış faydanın məbləğinin məhz 240000 (iki yüz qırx min) manat olması mülki iş materialları ilə təsdiq olunmur.
20. Cavabdehin razılaşma üzrə öhdəliyini pozması nəticəsində İddiaçı, adi mülki dövriyyə şəraitində 2022-ci ilin yanvar və fevral aylarında əldə edəcəyi gəlirlərdən (əldən çıxmış faydadan) məhrum olmuşdur. Ona görə də, iddiaçının həmin müddət üçün əldə edilməmiş gəlirlərinin məbləği, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi g əlirlərin real (həqiqi) məbləği ilə müəyyən edilməlidir.
21. İşə əlavə edilmiş çoxsaylı sübutlardan, habelə mütəxəssis və ekspert rəylərindən görünür ki, iddiaçı süni balıq göllərində balıqların yetişdirilməsinə 284700 (iki yüz səksən dörd min yeddi yüz) manat pul xərclənmişdir. Ona görə də cavabdehdən əldən çıxmış faydaya görə iddiaçının xeyrinə tutulacaq məbləğ 107100 manat müəyyən edilməlidir. b) apellyasiya instansiyası məhkəməsində icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv olunmasını, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edil məsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. İddiaçı kollegiyanın iclasında izahatında, həmçinin ona ünvanlanan suallara cavabında əlavə olaraq göstərmişdir ki, qeyd edilən göldə işləməyə onu Zahir 2016-cı ildə dəvət etmişdir. Sonra Elvinlə görüşərək onunla da danışaraq razılaşmışlar. Razılaşmalarına əsasən o göllərə baxmaqla iş icraçısı olmalı idi. Ona hər hansı əmək haqqı ayrılmamışdır. Onun qazancı balıqlardan gələn gəlirdən verilməli idi. Ora gələndə ərazidə 3-4 göl olmuşdur. İlk vaxtlarda göllərin vəziyyəti yaxşı deyildi. Belə ki, gölü qamış basaraq örtmüşdü. O, balıqçılıq təsərrüfatına maya qoymalı deyildi. Mayanı ilkin olaraq Elvin qoymuşdu. Belə ki, Elvin təsərrüfata ilk dəfə 80 000 manat vəsait qoymuşdu. Elvin ona demişdir ki, işləri yaxşı getsə ilə 500 000 manat qazanc ə ldə edə bilərlər. Sonradan Elvin gölə daha 25000 manat maya qoymuşdur. Bir dəfə də Zahir Elvindən 111080 manat pul alaraq ona vermişdir. Elvin və Zahirlə birlikdə təsərrüfatı 2 il yəni, 2016-2018-ci illərdə işlətmişlər. 2018-ci ildən sonra Elvin təsərrüfata gəlməmişdir. Həmçinin həmin dövrdə təsərrüfat ziyanla işlədiyindən Zahir də oradan ayrılmış və başqa işlə məşğul olmuşdur. 2018-ci ildən 2021-ci ilədək balıqçılıq təsərrüfatını o özü tək işlətmişdir. Elvin təsərrüfata vəsait qoymadığından, məcburiyyət qarşısında qalaraq özünə məxsus mağazadan pul götürüb gölə maya qoymuşdur. Yəni, gölə balıq alıb buraxmış, yem almış, həmçinin təsərrüfatda bəzi tikililər tikdirmişdir. 2 il müddətində gölə 125 000 manat vəsait yatırmışdır. Mağazadan gələn gəlirlə 4 obyekt almışdır. Banklardan kredit götür üb balıqlar üçün yem almışdır. Qeyd etdiyi kimi ilkin vaxtlarda ərazidə 3-4 göl olmuşdur. Sonradan gölləri genişləndirməklə yanaşı, həmçinin göllərdən balıqların satışını da həyata keçirmişdir ki, əldə etdiyi gəlirlə orada işləyən işçilərin əmək haqlarını vermişdir. Balıqları həm mağazasında həm topdan satışını təşkil etmişdir. Balıqların satışından əldə edilən gəlirdən Elvinə heç bir vəsait verməmişdir. 200-250 qramlıq balıqlar satış vəziyyətinə 7-8 aydan sonra gəlir. Elə olurdu balıqları 3 ildən sonra satışa çıxarırdılar. Təsərrüfat 20182021-ci illərdə ziyanla işləyib. 2018-ci ildən sonra təsərrüfatda balıqların kütləvi ölümü (qırğını) olmayıb. 2018-ci ildən sonra Elvinlə Zahir təsərrüfatda olmadıqlarından əldə edilən bütün gəlirin hamısı 100% ona çatmalı idi. Həmçinin göstərmişdir ki, t əsərrüfatla bağlı heç vaxt Elvinə hesabat verməmişdir. Təsərrüfatda özü tərəfindən görülən işlərlə bağlı – yəni, tikinti, balıqların alınması, yemin alınması və sairə ilə bağlı Elvinlə aralarında heç vaxt hər hansı “üzləşmə aktı” tərtib edilməmişdir. Həmçinin Elvinin ona borclu olması ilə bağlı onda hər hansı “səs” və ya “whatsApp” yazışması mövcud deyil. Bundan başqa göllərdə yetişdirilən balıqlarla bağlı heç bir sənədləşdirmə və hesabatlar aparılmayıb, belə bir sənədlər yoxdur və məhkəməyə təqdim etməyib. Həmçinin heç bir işçisi ilə rəsmi əmək müqaviləsi bağlanmayıb və təsərrüfatla bağlı heç bir Vergi hesabatı və ya bəyannaməsi mövcud olmayıb və verilməyibdir.
25. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-217/2025 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş,iddia tələbi rədd edilmişdir ( hakimlər: Cahid İmanov – sədrlik edən və məruzəçi, Tale Kərimov, Qasım Əliyev).
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı heç bir halda Cavabdeh1la mübahisəli təsərrüfatda şərik olmamışdır. Həmin təsərrüfatda iddiaçının guya 25% payının olmasına dair cavabdehlərlə aralarında hər hansı şifahi və ya yazılı razılaşma olmamışdır. İddiaçı həmin təsərrüfatda yalnız onun özünün də ifadə etdiyi kimi iş icraçısı olmuşdur. Yəni, razılaşma belə olmuşdur ki, təsərrüfatdan əldə olunacaq qazancdan iddiaçıya qazanc verilməli idi.
27. İşin halları ilə müə yyən edilmişdir ki, iddiaçı qeyd edilən mübahisəli təsərrüfatda 25% paya məxsus olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə iddiaçı məhkəmə iclasında bildirmişdir ki, “qeyd edilən göldə işləməyə onu Zahir 2016-cı ildə dəvət etmişdir. Sonra Elvinlə görüşərək onunla da danışaraq razılaşmışlar. Razılaşmalarına əsasən o göllərə baxmaqla iş icraçısı olmalı idi. Ona hər hansı əmək haqqı ayrılmamışdır. Onun qazancı balıqlardan gələn gəlirdən verilməli idi.”
28. Göründüyü kimi iddiaçının həmin təsərrüfatda 25% paya məxsus olması ilə bağlı sübut yoxdur və iddiaçı özü də etiraf edir ki, o həmin təsərrüfatda icraçı olmaqla oranı idarə etməli idi. Onun qazancı isə balıqların satışından gələn gəlirdən ibarət olmalı idi.
29. İkincisi, iddiaçının 2018-ci ildən sonra həmin təsərrü fatda tək işləməsi, ərazidə olan gölləri öz vəsaiti ilə almış olduğu müxtəlif çeşidli körpə balıqlarla doldurması da hər hansı mötəbər sübutla təsdiq olunmur.
30. İşdə olan Salyan rayon polis Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarında iddiaçı tərəfindən verilmiş izahatdan görünür ki, o, Cavabdeh1 tərəfindən ona 170 000 manat pul və 80000 manat dəyərində balıq təhvil verildiyini etiraf etmişdir. Həmçinin iddiaçı kollegiyanın iclası zamanı izahatında bildirmişdir ki, “O, balıqçılıq təsərrüfatına maya qoymalı deyildi. Mayanı ilkin olaraq Elvin qoymuşdu. Belə ki, Elvin təsərrüfata ilk dəfə 80 000 manat vəsait qoymuşdu. Elvin ona demişdir ki, işləri yaxşı getsə ilə 500 000 manat qazanc əldə edə bilərlər. Sonradan Elvin gölə daha 25000 mana t maya qoymuşdur. Bir dəfə də Zahir Elvindən 111080 manat pul alaraq ona vermişdir, o həmin pulları təsərrüfata xərcləmişdir.”
31. İddiaçının Cavabdeh1 təsərrüfata ayrı-ayrı vaxtlarda 80000 manat, 25000 manat və 111080 manat vəsait qoymaqla pul xərcləməsini etiraf etməsi onu deməyə əsas verir ki, təsərrüfat əsasən Cavabdeh1 tərəfindən maliyyələşdirilmişdir.
32. Üçüncüsü, birinci instansiya məhkəməsi iddianı təmin edərkən istinad etdiyi sübutlardan biri iddiaçının təqdim etdiyi işin İ cild 196-cı səhifəsində yerləşən "xxxx" MMCnin direktoru Niyazi Heybətov tərəfindən verilmiş “rəy”- arayışa və həmin arayış əsasında təyin edilmiş ekspert rəyinə əsaslanmışdır. Lakin həmin arayışa nəzər saldıqda müəyyən edilmişdir ki, həmin arayışda göstərilənlər hər hansı mötəbər sübuta söykənmir. Yəni həmin arayış iddiaçının vəkilinə verilmiş yazılı kağızdan ibarətdir və orada qeyd edilən müxtəlif çeşidli balıqların alınması heç bir sübuta (alqı-satqı müqaviləsinə, qaiməyə, qəbzə və.sairəyə) əsaslanmır. Belə olduğu halda da həmin əsası olmayan arayışda sadalanan rəqəmlər əsasında ekspertizanın keçirilərək müvafiq rəy verilməsi mötəbər hesab edilərək sübut növlərindən biri kimi qəbul edilməsi yolverilməzdir.
33. Kollegiya hesab etmişdir ki, iddiaçı həmin arayışda göstərilən sayda, çəkidə və çeşiddə balıqları alaraq mübahisəli ərazidə yerləşən göllərə buraxmasını, onları orada yetişdirərək böyütməsini, satış vaxt çatan ərəfədə onun özünün müvəqqəti təminat tədbiri barədə qərardad əsasında həmin əraziyə buraxılmamasını və həmin ana qədər göldə iddia tələbində göstərdiyi dəyərdə balıqların mövcud luğunu sübuta yetirə bilməmişdir.
34. Dördüncüsü, iddiaçının istinad etdiyi sübutlardan biri də “İş materiallarında olan X14, İddiaçı, X6 və X3 iştirakları ilə tərtib olunmuş işin İ cild 184-cü səhifəsində olan 01 iyun 2023-cü il tarixli aktdır. Həmin aktda qeyd edilmişdir ki, 2021-ci ilin oktyabr ayında fiziki şəxs kimi fəaliyyət göstərən Mahir Əhədov tərəfindən Salyan rayonu ərazisində yerləşən Babazənən asudə dövlət fondu torpağında balıq məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxs İddiaçı 23500 manat məbləğində 5 ton (bir ədədinin çəkisi 1,6-1,7 olmaqla) çəki balığı satılmışdır”. Lakin iddiaçı qeyd edilənlərlə bağlı alqı-satqını təsdiq edən sənədləri, məsələn qəbz (çek), kassa mədaxil orderi, qaiməni akta əlavə etməmişdir. Belə olan halda həmin akt mötəbər sənəd kimi qəbul edil ə bilməz. Həmçinin akta nəzər saldıqda müəyyən edilir ki, akt 01 iyun 2023- cü ildə tərtib edilmişdir ki, həmin tarixdə alqısatqının reallaşdırıldığı vaxtdan 2 il əvvələ təsadüf edir. Belə ki, aktda həmin balıqların satışının guya 2021-ci ilin oktyabr ayında baş verməsi qeyd olunub. Kollegiya qeyd edilən akta da tənqidi yanaşır və onu təzibedilməz sübut kimi qəbul etmir.
35. Beşincisi, iddiaçı işdə olan 21 yanvar 2022-ci il tarixli, 022A********** saylı kredit müqaviləsini, 21 yanvar 2022-ci il tarixli, 022C**********01 saylı girov müqaviləsini, 23 may 2023-cü il tarixli, 30-MCR-1-504-23/1 saylı kredit müqaviləsini məhkəməyə təqdim edib sübut etməyə çalışmışdır ki, müqavilələrdə göstərilən məbləğdə kredit götürüb göllərə sərmayə yatırmışdır. Birincisi müəyyən edilir iddiaçının qeyd edilə n kredit müqavilələrində kreditin balıqçılıq təsərrüfatının inkişafı məqsədilə götürməsi müəyyən edilmir. İkincisi 2021-ci ildə artıq iddiaçı və cavabdeh münaqişəli vəziyyətdə olmuşlar. Belə olan halda iddiaçı nəyə görə kredit götürüb vəsaiti göllərə qoymalı idi. Üçüncüsü, iddiaçının göllərə hər hansı vəsait qoyması barədə belə vəzifəsi olmamışdır. Yəni həmin kreditlər İddiaçı ərazidən və göldən məhkəmə qərardadına əsasən kənarlaşdırıldıqdan sonra götürülmüşdür ki, bu da kreditin göllərə sərf edildiyini birmənalı olaraq istisna edir.
36. Altıncısı, kollegiyanın iclasında iddiaçı özü izahatında qeyd etmişdir ki, “Təsərrüfatla bağlı heç vaxt Elvinə hesabat verməmişdir. Təsərrüfatda özü tərəfindən görülən işlərlə bağlı – yəni, tikinti, balıqların alınması, yemin alınması və sairə ilə bağlı El vinlə aralarında heç vaxt hər hansı “üzləşmə aktı” tərtib edilməmişdir. Həmçinin Elvinin ona borclu olması ilə bağlı onda hər hansı “səs” və ya “whatsApp” yazışması mövcud deyil. Bundan başqa göllərdə yetişdirilən balıqlarla bağlı heç bir sənədləşdirmə və hesabatlar aparılmayıb, belə bir sənədlər yoxdur və məhkəməyə təqdim etməyib. Həmçinin heç bir işçisi ilə rəsmi əmək müqaviləsi bağlanmayıb və təsərrüfatla bağlı heç bir vergi hesabatı və ya bəyannaməsi mövcud olmayıb və verilməyibdir.
37. Göründüyü kimi iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona 177600 (yüz yetmiş yeddi min altı yüz) manat ziyan vurmasını, həmçinin 240 000 (iki yüz qırx min) manat faydadan məhrum edilməsi ilə bağlı birinci instansiya məhkəməsinə hər hansı mötəbər və təkzibolunmaz sübutlar təqdim etməmiş, təsərrüfatda özü tərəfindən görülən işlərlə bağlı – yəni, tikinti, balıqların alınması, yemin alınması və sairə ilə bağlı Elvinlə aralarında heç vaxt hər hansı “üzləşmə aktı” tərtib edilməməsini, Elvinin ona borclu olması ilə bağlı onda hər hansı “səs” və ya “whatsApp” yazışmasının mövcud olmamasını, göllərdə yetişdirilən balıqlarla bağlı heç bir sənədləşdirmə və hesabatlar aparılmamasını, belə bir sənədlər olmamasını, heç bir işçisi ilə rəsmi əmək müqaviləsi bağlanmamasını, əmək haqqının eləcə işçiyə özünün verilməsini, təsərrüfatla bağlı heç bir Vergi hesabatı aparılmamasını bildirməklə dolayısı ilə iddiasını sübuta yetirə bilməməsini etiraf etmişdir.
38. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 5.3, 21.2, 385.1, 386.1, 1091.1, 1091.2, 1096.1, 1097.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsin in 14.2, 76.1, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayətinin dəlillərindən birinə görə, xx.xx.2021-ci il tarixli və xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarlara əsasən X1 RPŞ-də verdiyi izahatını hazırkı iddia ərizəsinə uyğun verməklə bildirmişdir ki, süni balıq gölündən əldə edilən qazancın 50 faizi Cavabdeh1, 25 faizi İddiaçı, 25 faizi isə Zahir İbrahimova bölüşdürülməli idi. Lakin işə baxan apellyasiya məhkəməsi sözügedən izahata sübut kimi Mülki Prosessual Məcəllənin 77.1 və 88-ci maddələrinin tələbi baxımından düzgün hüquqi qiymət verməmişlər. Halbuki bu izahat tərəflər arasındakı şəriklik münasibətinin mövcudluğunu təsdiq edir. Bu hal onu da göstərir ki, tərəflər arasında işəgötürən işçi münasibəti mövcud olmamışdır. Əks halda, iddiaçıya işçi kimi əmək haqqı ödənilməli idi ki, buna dair isə hər hansı sübut cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir.
41. Kassator onu da əlavə etmişdir ki, iş materiallarında mövcud olan xx.xx.2023-cü il tarixli aktın sübut kimi qiymətləndirilməməsinə baxmayaraq, işə baxan apellyasiya instansiyası məhkəməsi əsassız olaraq qarşı tərəfin təqdim etdiyi, kserosurət olan və iddiaçının iştirakı olmadan tərtib edilən xx.xx.2022-ci il tarixli akta sübut kimi qiymət vermişdir. Şahid i fadələri onun lehinə olsa da, işə baxan apellyasiya məhkəməsi həmin ifadələrə sübut kimi düzgün qiymət verməmişdir. Ekspert rəyi ilə razılaşmayan məhkəmə kollegiyası təkrar və ya əlavə ekspertiza keçirtməli olduğu halda bunu etməmişdir.
42. Kassasiya şikayətində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü, 14.2.7-ci, 1091.1-ci, 1092.1-ci, 1096.1-ci, 1097.1-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 76-cı, 77.1-ci, 88-ci və 175.1-ci maddələrinin pozuntusuna istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Cavabdeh1 vəkili kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin əsassız olduğu üçün təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahi ş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
44. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
45. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
46. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş dig ər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
47. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
48. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
49. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin norm alarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
50. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaların a müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu ba xımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının tələblərinə tam və hərtərəfli hüquqi qiymət verilmiş, məhkəmə öz mövqeyini kifayət qədər ətraflı əsaslandırmışdır.
60. Kollegiyası həmin əsaslandırılma ilə razılaşır və əlavə olaraq qeyd edir ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 61. “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında həmin Avropa İnsan Hüquqları Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətl əndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı iş üzrə” 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutlar qiymətləndirilərkən, məhkəmə tərəfindən bir qayda olaraq “Əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
62. Şahid ifadələrinin düzgün qiymətləndirilmədiyi barədə dəlillə bağlı kollegiya qeyd edir ki, MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nət icə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Sübutları qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı halda iddiaçının dəlillərinin əsaslı olduğu mötəbər sübutlarla təsdiq edilmədiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmamışdır.
63. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə təkrar ekspertiza təyin edilməli olduğuna dair kassasiya şikayətinin dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə ekspertiza təyin edə bilər. Tə qdim edilmiş sübutların mötəbərliyinin qiymətləndirilməsi ekspertin deyil, məhkəmənin səlahiyyətinə aid olduğundan apellyasiya mərhələsində ekspertiza təyin edilməsi şikayətin dəlillərinə hüquqi qiymət verilməsi üçün zəruri olmamışdır.
64. Məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan hər hansı pozuntuya yol verilmədiyindən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-217/2025 nömrəli, 14 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.