Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1955/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)12190/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.R.Səlimova, iş № 2(001)-825/2019) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilərək İddiaçı azyaşlı uşağı ilə birlikdə N saylı evə köçürülməsi və onun həmin evdə yaşamasına yaratdığı maneələrin aradan qaldırılmasının Cavabde h həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: İddiaçı xx xxxx 2015-ci il tarixdə Cavabdeh oğlu X2 ilə rəsmi nikaha daxil olmuş və həmin vaxtdan ərinin yaşadığı ünvan 1 ünvanında yerləşən evə köçmüş və orada yaşayanlarla ümumi təsərrüfat aparmışdır. Birgə nikahdan Vüsalə və İrşad Məmmədovların xx.xx.2015-ci tarixdə bir uşaqları olmuşdur. xx xxxx 2018-ci il tarixdə İrşad Məmmədov bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Tərəflərin birgə yaşadıqları ev müvafiq icazələr alınmadan inşa edilməklə özbaşına tikili olmuş, onun yerləşdiyi 400 kv.metrdən ibarət torpaq sahəsi isə Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxxxxx 2005-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh mülkiyyətinə verilmişdir. Bununla əlaqədar onunla Bələdiyyə arasında torpaqların alqı-satqısına dair müqavilə bağlanmışdır. 2018-ci ilin sentyabr ayında İddiaçı mərhum ərinin anası Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərinin vəfatından sonra qaynanası Cavabdeh onu evdən qovmasını, azyaşlı uşağı ilə birlikdə daimi yaşayış yerlərinin olmamasını əsas göstərməklə uşağı ilə birlikdə həmin evə köçürülməsi və onun evdə yaşamasına törədilən maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxx xxx 2018-ci il tarixdə Cavabdeh göstərilən evə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək mübahisəli evin özbaşına tikili olmaqla mərhum ərinin istifadəsində olmasını, işə birinci instansiya məhkəməsində baxılarkən evin cavabdehin mülkiyyətində olmasına dair məhkəməyə heç bir sübutun təqdim olunmamasını və belə vəziyyətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən bunun səbəbinin aydınlaşdırılmadan evə dair Dövlət Reyestrindən Çıxarışın sübut kimi qəbul olunmasını, qətnamənin qanunun qüvvəsinin düzgün tətbiq edilmədən, maddi və prosessual hüquq normalarının tələblərinin pozulmaqla çıxarılmasını və s. əsas göstərməklə ləğv ed ilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassa siya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən mübahisəli evin və ya onun yerləşdiyi torpaq sahəsinin iddiaçının da vəsaiti hesabına əldə edilməsi və yaxud onun vəsaiti hesabına evdə təmir-tikinti işlərinin aparılmasının müəyyən olunmamasını və belə halda evin onun yaşayış yeri kimi qəbul edilməsi üçün əsasların olmamasını və evin cavabdehin mülkiyyətində olmasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsində qətnamənin apellyasiya qaydasında ləğv edilməsinin əsasları müəyy ən olunmuşdur. Həmin normaya görə məhkəmənin qətnaməsi o zaman ləğv edilə bilər ki, orada müəyyən olunmuş əsaslardan biri və ya bir-neçəsi mövcud olsun. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməsində birinci instansiya məhkəməsinin qətnaməsini MPM-nin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə ləğv edərkən gəldiyi nəticəni ümumiyyətlə əsaslandırmamış, həmin pozuntuların nədə ifadə olunmasını göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsindən istifadə hüququ ilə bağlı tərəflər arasında münasibət 2015- ci ildə, yəni iddiaçının cavabdehin oğlu ilə nikaha daxil olub evə köçdüyü vaxtdan yaranmışdır. İddiaçı mübahisəli evə köçərkən ev özbaşına tikili olduğu üçün birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Həmin evin cavabdehin mülkiyyətində olması barədə onun tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Lakin işə apellyasiya qaydasında baxılarkən cavabdeh evin onun mülkiyyətində olmasına dair məhkəmə kollegiyasına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış təqdim etmiş və məhkəmə kollegiyası başlıca sübut kimi həmin Reyestrdən Çıxarışa əsaslanaraq iddianın əsassız olması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Halbuki göstərilən vəziyyətdə həmin sübutun birinci instansiya məhkəməsinə təqdim olunmamasının səbəbləri araşdırılmalı və evə dair Reyestrdən Çıxarışın sübut kimi qəbul edilməsinin mümkünlüyünə qiymət verilməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi MPM-nin 371-ci maddəsinin tələbini pozmaqla mübahisə predmeti olan evin cavabdehin mülkiyyətində olmasına əsaslanaraq iddianı rədd etmişdir. Evdən istifadəyə dair mübahisəli hüquq münasibətinin yarandığı dövrdə, məhkəmə kollegiyası tərəfindən müəyyən olunduğu kimi, ev özbaşına tikili olduğundan və belə tikililərdən istifadə ilə bağlı hüquq münasibətləri qüvvədə olan mülki qanunvericiliklə birbaşa tənzimlən mədiyindən, kollegiya hesab edir ki, qanunun analogiyasından istifadə olunmaqla mübahisənin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinin müddəalarına uyğun həlli imkanı müzakirə olunmalı idi. İddiaçı tərəfindən evin əldə edilməsinə və yaxud təmir-tikinti işlərinin aparılmasına vəsait qoyulmaması tələbin rədd edilməsi üçün əsas vermədiyindən kollegiya apellyasiya instansiyası məhkəməsinin bu barədə olan nəticəsini əsassız sayır. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edi lir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Belə olduqda, mübahisə iddiaçının 68.1-ci maddədə müəyyən olunmuş qaydada cavabdehin ailə üzvü hüququnu əldə edib-etməməsi baxımından həll oluna bilərdi. Bu zaman ailə üzvünün iddia etdiyi evə vəsait qoyub-qoymaması mübahisənin həlli üçün heç bir əhəmiyyət kəsb etmir. Kollegiya qətnaməni ləğv edərkən həmçinin nəzərə alır ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh adına ayrılmasına dair Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxxxxx 2005-ci il tarixli sərəncamı İddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və həmin iş üzrə 1 s aylı Bakı İnzibat-İqtisadi Məhkəməsi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə sərəncam qəbul edilmişdir. (i/v 233-234) Göstərilənlərlə əlaqədar kollegiya kassasiya şikayətini qismən əsaslı sayır və hesab edir ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1955/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1955/2020
19.03.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver