Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1955/2024 01.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ilkin; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: podratın nəticəsinin qüsurlardan azad olması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Məmmədov Vidadi Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-805/2024 nömrəli iş üzrə 06 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019- cu il tarixdə bağlanmış podrat müqaviləsinə görə Əliyeva X2 rayonu, X3 ərazisində 0,03 ha torpaq sahəsində ümumi sahəsi 66 kv.m müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin tam təmirli tikintisini İddiaçı sifariş etmişdir; 3. 16.10.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən “Podratçı” İddiaçı ilə “Sifarişçi” Cavabdeh2 arasında bağlanan müqavilə ilə əlaqədar Cavabdeh2 öz zamini kimi Cavabdeh3 təqdim etmişdir, “Zamin” “Podratçı” və “Sifarişçi”nin arasında müəyyən edilmiş tarixdə tikiliyə dair bağladığı müqavilən in öhdəliklərni yerinə yetirmədikdə, “Podratçı”ya dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün “Sifarişçi” ilə eyni həcmdə məsuliyyət daşıyır; 4. xx.xx.2021-ci il tarixli podrat müqaviləsində görülən işlərə əlavəyə əsasən Cavabdeh2 və İddiaçı arasında xx.xx.2019-cu il tarixində bağlanan Podrat müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixində görülən işlərə əlavə olunan işlər aşağıdakılardır: Dam örtüyünün sökülməsi və ikinci mərtəbənin hörgüsü. Ümumi dəyəri 6920 (altı min doqquz yüz iyirmi) azn təşkil edir. xx.xx.2021-ci il tarixində ümumi məbləğdən 1200 (min iki yüz) azn ödədi. Yerdə qalan 5.720 (beş min yeddi yüz iyirmi) azn məbləği xx.xx.2021-ci il tarixinə qədər tam ödəyəcəyini öz öhdəsinə götürür; 5. xx.xx.2021-ci il tarixli zaminlik m üqaviləsinə görə «Podratçı» İddiaçı ilə “Sifarişçi” Cavabdeh2 arasında 3 sot 66 kv.m. təmir tikinti üçün müqavilə bağlanmış, bağlanan müqavilə ilə əlaqədar Cavabdeh2 öz zamini kimi Cavabdeh1 təqdim etmişdir, “Zamin” “Podratçı” və “Sifarişçi”nin arasında müəyyən edilmiş tarixdə tikiliyə dair bağladığı müqavilənin öhdəliklərni yerinə yetirmədikdə, “Podratçı”ya dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün “Sifarişçi” ilə eyni həcmdə məsuliyyət daşıyır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İlkin iddia üzrə İddiaçı cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 oktyabr 2019-cu il tarixli Podrat Müqaviləsi üzrə ödənilməyən 27020 manat və dövlət r üsumu qismində ödənilmiş 171 manat, ümumilikdə isə 27191 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İlkin iddia belə əsaslandırılmışdır ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, X3 ərazisində Cavabdeh2 məxsus 0,03 ha torpaq sahəsi üzərində 66 kv.m sahəsi olan 1 mərtəbəli fərdi yaşayış evinin tam tikintisi ilə əlaqədar onunla Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli Podrat Müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən cavadeh Cavabdeh2 40 ay müddətinə 42500 manat məbləğində pul vəsaitini ona ödəməli, həmin ödənişin 50-70% ödənildikdə o tikilini başa çatdırıb cavabdehə təhvil verməli idi. O həmin yaşayış evinin tikintisini başa çatdırıb qurtardığı ərəfədə Cavabdeh2 podrat müqaviləsi üzrə əlavə işlərin g örülməsini, o cümlədən ikinci mərtəbənin yan divarlarının inşa edilməsini və dəmir-beton kəmər atılmasını sifariş etmiş, bununla əlaqədar aralarında tərtib edilmiş ödəniş cədvəlinə dəyişiklik edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə edilən dəyişikliklərə görə aralarında yeni Ödəniş cədvəli tərtib edilmiş, həmin cədvələ əsasən tikinti işlərinin dəyəri 49420 manat, həmin tarixdən isə kreditin müddəti 21 ay müəyyən edilmişdir. Həmin tarixədək Cavabdeh2 tərəfindən ödənilən 22400 manat məlbəğində pul vəsaiti ödəniş cədvəlində ilkin ödəniş kimi göstərilmiş, cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 1000 manatdan aşağı olmamaq şərti ilə 21 ay müddətinə qalan 27.020 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Onunla Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli Pod rat Müqaviləsi bağlanan zaman Cavabdeh3, Cavabdeh2 onun qarşısında götürdüyü öhdəliklərə görə zamin durmuş, bununla əlaqədar onunla Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 Podrat müqaviləsi üzrə əlavə sifarişlər verdiyi zaman isə öz öhdəliyinin təminatı kimi əlavə olaraq Cavabdeh1 zamin kimi təqdim etmiş, bununla əlaqədar onunla Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 ilə arasında xx.xx.2019-cu il tarixli Podrat Müqaviləsinə xx.xx.2021-ci il tarixdə dəyişilik ediləndən sonra o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, hər dəfə müxtəlif bəhanələr gətirərək, həmin müqavilə üzrə ödəməli olduğu pul vəsaitlərini ödəməmişdir. Bundan sonra isə Cavabdeh2 müqavilə öhdəliklərini yerinə yetirmədiyini görüb tikintini dayandırmış, pulun ödənilməsi ilə əlaqədar onunla danışıqlar aparmağa çalışmışdır. Lakin cavabdeh hər dəfə müxtəlif vədlər vermiş, sonradan isə ofisə gələrək onu təhdid etməyə başlamış, pulu ödəyə bilmədiyini görüdükdə isə ona verdiyi ödənişi geri tələb etmişdir. Cavabdeh3 və Cavabdeh1 sifarişçi Ş,Əliyevanın evin tikintisi üçün ödəməli olduğu məbləği ona ödənilməsinə zaminliyi öz öhdəsinə götürdüyündən Cavabdeh2 isə öz öhdəliyini yerinə yetirmədiyindən bu barədə cavabdehlərə bildiriş göndərib, onlara qarşı məhkəmədə iddia qaldıracağını bildirmişdir. Buna baxmayaraq cavabdehlər müqavilə üzrə heç bir məbləğdə pul ödəməmişlər, yəni tərəfindən həmin müqavilənin şərtləri tam yerinə yetirilərək, evin tikintisi müqavilənin şərtlərinə uyğun aparılmış, buna baxmayaraq xx.xx.2021-ci ildən cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, cavabdehin ona 27020 manat məbləğində borcu qalmışdır.
8. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi, daha sonra qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Əsgər oğlu ilə aralarında Abşeron rayonu, X3 ərazisində 0,03 ha torpaq sahəsində Cavabdeh2 üçün 66 kv.m fərdi yaşayış evi inşa edilməsi ilə əlaqədar bağlanmış xx.xx.2019-cu il tarixli Podrat müqaviləsinin ləğv edilməsi (müqaviləyə xitam verilməsi) və həmin müqavilə üzrə tərəfindən ödənilmiş 22.400 manat pul vəsaitinin (muzdun) İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, İddiaçı ilə arasında Abşeron rayonu, X3 ərazisində 0,03 ha torpaq sahəsində 66 kv.m ərazis ində fərdi yaşayış evi tikmək üçün xx.xx.2019-ci il tarixdə “Podrat müqaviləsi” bağlanmışdır. Müqavilə əsasında həmin evin tikintisi və torpaq sahəsi ücün 42500 (qırx iki min beş yüz) manat məbləğində pulun ödənilməsi barədə razılığa gəlinmişdir. Bağlanan müqaviləyə əsasən İddiaçı torpağın onun adına sənədləşdirilməsi ücün 6.000 (altı min) manat pul ödənildikdən sonra həll edəcəyini vəd vermişdir. Müqavilənin şərtlərinə görə o ilkin ödəniş kimi xx.xx.2019-ci il tarixdə İddiaçı 3000 (üc min) manat, xx.xx.2019-cu il tarixdə yenidən 3000 (üc min) manat olmaqla, cəmi 6000 (altı min) manat məbləğində pul ödəmişdir. Qalan 39500 (otuz doqquz min beş yüz) manat pulu isə ödəniş cədvəlində qeyd olunan ödənişlərlə 40 ay müddətinə qrafiklə ödənilməsi barədə razılaşma əldə etmiş, tikintinin başlanmasın a razılaşmışlar. Beləliklə, razılşamaya uyğun olaraq İddiaçı 22400 manat məbləğində pul ödənilmişdir. Lakin, İddiaçı onu aldadaraq torpaq sahəsini Cavabdeh2 adına keçirməmişdir. Bundan başqa, İddiaçı evin başlanmış tikintisini də yubatmağa başlamış, həmçinin, müəyyən olunmuşdur ki, tikinti keyfiyyətsiz aparılır. Ona görə də İddiaçı ilə cavabdehlər onun ofisində görüşmüşlər. Torpağın sənədlərinin və evin tikintisinin nə üçün yubanması ilə maraqlanmış, lakin, əvəzində İddiaçı Cavabdeh2 nalayiq sözlərlə təhqir etməyə və döyməyə başlamışdır. İddiaçı ona fiziki təzyiq, zorakılıq tətbiq edərək xəsarət yeririb ərazidən çıxartmış, əraziyə buraxmamışdır. Fiziki zorakılıqla bağlı Suraxanı RPİ- nin 30-cu PB-də araşdırma aparılmışdır. Həmin gündən sonra tərəflərin münasibəti pozulmuş, İddiaçı tikint ini saxlamış, nə öhdəliyini yerinə yetirməmiş, nə də ödədiyi 22400 manat pulu qaytarmamışdır. Sonradan məlum olmuşdur ki, "xxxx" MMC-nin direktoru İddiaçı ona guya 0,03 ha torpaq sahəsi ayrılması, həmin sahənin ona satılması barədə yalan vəd vermiş, orada guya onun üçün ev inşa edəcəyi barədə müqavilələrə imza etdirib 22.400 manat pulunu hissə-hissə alıb, keyfiyyətsiz tikili inşa edib, nəticədə onu həmin evdən və torpaq sahəsindən məhrum edərək pul vəsaitini ələ keçirmişdir.
10. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/1576 saylı rəyindən görünür ki, mülki iş materiallarında olan müqavilədə görüləcək işlərlə bağlı hər hansı məlumat olmadığından görülən işlərin müqavilə ilə müəyyən olunmuş siyahıda göstərilən işlərə uyğun olub-olmadığını müəyyən etmək mümkün olma mışdır. Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsində inşası yarımçıq saxlanılmış yarımtikili üzrə yerinə yetirilmiş tikinti işlərinin ümumi dəyəri təqribən 10935,0 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X3 ərazisində yerləşən 0,03 ha torpaq sahəsində inşası yarımçıq saxlanılmış yarımtikilidə yerinə yetirilmiş işlərdə qüsurlar olduğunu nəzərə alaraq, tikili üzrə aparılmış təmir-tikinti işlərinin tikinti-texniki baxımdan tikinti-texnologiyalarına uyğun yerinə yetirilmədiyi müəyyən olunmuşdur.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 2(010)290/2023 nömrəli qətnaməsi ilə (hakim Rübabə Qafarova) ilk iddia rədd edilmiş, qarşılıqlı iddi a təmin edilmiş, İddiaçı Əsgər oğlu ilə Cavabdeh2 arasında Abşeron rayonu, X3 ərazisində 0,03 ha torpaq sahəsində Cavabdeh2 üçün 66 kv.m fərdi yaşayış evi inşa edilməsi ilə əlaqədar bağlanmış xx.xx.2019-cu il tarixli Podrat müqaviləsinin ləğv edilməsi, İddiaçı Əsgər oğlu ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh2 tərəfindən ödənilmiş 22400 (iyirmi iki min dörd yüz) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 166 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı tutularaq Cavabdeh2 ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət ed ilmişdir.
12. Məhkəmə göstərmişdir ki, tərəflər arasında tikinti işlərinin aparılması ilə bağlı podrat müqaviləsinin bağlanması və cavabdeh tərəfindən 22400 manat məbləğində ödəniş edilməsi işin mübahisəsiz halıdır. İddiaçı podrat müqaviləsi üzrə 27020 manat məbləğində tikinti işləri apardığını iddia edir, lakin məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində aparılan tikinti işlərinin dəyərinin 10935.0 manat olduğu müəyyən edilmiş, eyni zamanda həmin torpaq sahəsində inşası yarımçıq saxlanılmış yarımtikilidə yerinə yetirilmiş işlərdə qüsurlar olduğunu nəzərə alaraq, tikili üzrə aparılmış təmir-tikinti işlərinin tikintitexniki baxımdan tikinti-texnologiyalarına uyğun yerinə yetirilmədiyi müəyyən olunmuşdur.
13. Göründüyü kimi ilkin iddia üzrə iddiaçı podrat müqaviləsi əsasında üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, 22400 manat məbləğində ödəniş edildiyi halda 10935 manat dəyərində tikinti işləri aparmışdır. Eyi zamanda apardığı tikinti işləri texniki norma və göstəricilərə uyğun aparılmadığından müqavilə üzrə qalıq borcun tutulması tələbinə dair ilkin iddia ərizəsi təmin edilə bilməz.
14. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, hazırda isə sifarişçi məmulatın lazımi keyfiyyətdə və qaydada hazırlanmaması, podratçının ona olan münasibəti nəticəsində podrata olan marağını itirmişdir və bu səbəbdən tərəflər arasında yaranmış podrat münasibətlərinə xitam verilməlidir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən qarşılıqlı iddia üzrə cavabdeh Firutan Məmməmdov tərəfindən tikinti işlərinin tam və texniki normalara uy ğun aparılması razılaşdırılmışdır. Lakin ekspert rəyi ilə müəyyən edilmişdir ki, aparılmış tikinti işləri texniki normalara uyğun aparılmamışdır.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 389.1, 442, 443.1, 472.1, 472.2, 752.1, 759.1, 762.1, 762.2, 763.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.3 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apelyasiya şikayətinin dəlilləri ilkin iddia ərizəsinin əsasları ilə eynilik təşkil edərək qeyd edilmişdir ki, tərəflər arasında yaranmış podrat münasibətlərinə düzgün qiymət verilməmişdir.
18. Bakı Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-805/2024 nömrəli iş üzrə 06 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov - sədrlik edən və məruzəçi, M.Rüstəmli və A.İsgəndərov) ilkin iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Cavabdeh tərəfindən podratçıya 22400 manat məbləğində ödəniş edilmişdir. Podratçı 27020 manat məbləğində tikinti işləri apardığını iddia etsə də, keçirilmiş ekspertiza nəticəsində aparılan tikinti işlərinin dəyərinin 10935.0 manat olduğu müəyyən edilmişdir. Həmçinin həmin torpaq sahəsində inşası yarımçıq sa xlanılmış yarımtikilidə yerinə yetirilmiş işlərdə qüsurlar olduğunu nəzərə alaraq, tikili üzrə aparılmış təmir-tikinti işlərinin tikinti-texniki baxımdan tikinti-texnologiyalarına uyğun yerinə yetirilmədiyi müəyyən olunmuşdur. Tikilidə beton kəmərdən istifadə edilməmiş, aparılmış hörgü işlərində əyriliklər var, ovulan mişar daşlarından istifadə olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən podratçı podratı qüsurlardan azad şəkildə icra etməli və sifarişçiyə təhvil verməlidir.
20. Göründüyü kimi podratçı podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazimınca yerinə yetirməmiş, müqavilə üzrə podratın nəticəsi şərtləşdirilmiş qaydalara uyğun olmamışdır.
21. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkə tlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
22. Görülən işlər qüsurlu olduğundan, aparılmış təmir-tikinti işləri texniki norma və göstəricilərə uyğun olmadığından, podratçının hərəkətləri nəticəsində və sifarçinin podrata olan marağını itirməsindən tərəflər arasında yaranmış podrat münasibətlərinə xitam verilmişdir.
23. Belə olan halda sifarişçinin podrat müqaviləsi üzrə ödənilməyən məbləği tələb etməsi əsassızdır. Qeyd olunanlara əsasən eyni zamanda qarşılıqlı iddia tələbi əsaslı olduğundan məhkəmə iddianı təmin etməkdə qanuni və əsaslı nəticəyə gəlmişdir
24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 752.1, 759.1, 759.2, 762.1, 762.2, 763.1, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İlk iddia üzrə İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, sifarişçi heç bir zaman podratçının işlərindən narazılıq bildirməmiş, əksinə tikinti işlərinin gedişatında ona əlavə işlər sifariş vermiş, lakin verdiyi sifarişin dəyərini müqaviləyə əlavədə nəzərdə tutulan qrafik üzrə ödəyə bilmədiyinə görə podratçı da öz işini dayandırmışdır. Sifarişçi müqavilədən birtərəfli qaydada imtina etdiyinə görə podratçı ona d əymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olmuşdur. Sifarişçi podratçıdan müqavilənin dayandırılmasını xahiş etmiş, bununla da müqavilədən imtina etməyini ifadə etmişdir. Belə olduqda isə podratçının Sifarişçidən yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. Sifarişçi tikintinin yararsız olmasının nədə ifadə olunmasını əsaslandırmalı, qüsurların aradan qaldırılmasının mümkün olubolmamasını müəyyən edən sübutlar təqdim etməli, məhkəmə də bu sübutlara qiymət verməklə yekun qərar qəbul etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər və şikayətin həddi ilə bağlıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
33. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutu lan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
34. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
35. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
36. Maddə 762.2.Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda q üsurlardan azad sayılır.
37. Maddə
765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qab aqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdu r. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, İddiaçı podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazimınca yerinə yetirməmiş, müqavilə üzrə podratın nəticəsi şərtləşdirilmiş qaydalara uyğun olmamışdır. Belə ki, inşası yarımçıq saxlanılmış yarımtikilidə yerinə yetirilmiş işlərdə qüsurlar olduğunu nəzərə alaraq, tikili üzrə aparılmış təmir-tikinti işlərinin tikintitexniki baxımdan tikinti-texnologiyalarına uyğun yerinə yetirilmədiyi müəyyən olunmuşdur. Görülən iş lər qüsurlu olduğundan, aparılmış təmir-tikinti işləri texniki norma və göstəricilərə uyğun olmadığından, podratçının hərəkətləri nəticəsində və sifarçinin podrata olan marağını itirməsindən tərəflər arasında yaranmış podrat münasibətlərinə xitam verilmişdir (§ 19-22).
45. Belə olan halda Cavabdeh2 iddiasının təmin, İddiaçı iddiasının rədd edilməsi yuxarıda göstərilən maddi hüquq normalarına uyğun olmuşdur.
46. Qanuna əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan azad olsun. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur (§ 34-35, 37).
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və ilkin iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki hal ları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-805/2024 nömrəli iş üzrə 06 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.