Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1955/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, X8, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11 və İddiaçı12 Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə sahiblik və istifadə hüququnun tanınması, kassasiya instansiyası məhkəməsini göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, X8, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11 və İddiaçı12 Cavabdehnə qarşı “yaşayış və qeyri- yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması, sahiblik və istifadəyə verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)235/2025 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, X8 və İddiaçı3 kassasiya şikayətlərinə 01 iyul2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 19 dekabr 2016-cı il tarixli, 16 saylı “sifarişçi” İddiaçı4 ilə “podratçı” Cavabdeh MMC-nin adından direktoru X9 arasında imzalanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin, 1-ci giriş, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 230,4 kv.metr izolə olunmuş, 4 otaqlı, 16 saylı mənzilin tikintisi “podratçı” Cavabdeh MMC-yə həvalə edilmişdir, “sifarişçi” İddiaçı4 sifariş verdiyi 4 otaqlı, eyvanla birlikdə sahəsi 230,4 kv.metr olan mənzilin hər kv.metri üçün 1500 manat olmaqla 345.600 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. 2. 19 dekabr 2016-cı il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 16 mərtəbəli yaşayış evinin, 1-ci giriş, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 230,4 kv.metr olan 16 saylı mənzilin dəyəri İddiaçı4 tərəfindən "xxxx" MMC-nə ödənilmişdir və borcu yoxdur. 3. 21 dekabr 2016-cı il tarixli, 21 saylı “sifarişçi” İddiaçı4 və “podratçı” Cavabdeh MMC-nin adından direktoru X9 arasında imzalanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin, 1-ci giriş, 6-cı mə rtəbəsində yerləşən, ümumi sahəsi 230,4 kv.metr izolə olunmuş 4 otaqlı, 13 saylı mənzilin tikintisi “podratçı” "xxxx" MMC-yə həvalə edilmişdir, “sifarişçi” İddiaçı4 sifariş verdiyi 4 otaqlı, eyvanla birlikdə sahəsi 230,4 kv.metr olan mənzilin hər kv.metri üçün 1.500 manat olmaqla, cəmi 345.600 manat ödəməyi öhdəsinə götürmüşdür; 21 dekabr 2016-cı il tarixli maliyyə arayışına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 16 mərtəbəli yaşayış evinin, 1-ci giriş, 6-cı mərtəbədə yerləşən, 4 otaqlı, ümumi sahəsi 230,4 kv.metr olan 13 saylı mənzilin dəyəri “sifarişçi” İddiaçı4 tərəfindən Cavabdeh MMC-nə ödənilmişdir və borcu yoxdur. 4. 16 yanvar 2018-ci il tarixli, 14 saylı “sifarişçi” İddiaçı5 ilə “podratçı” Cavabdeh MMC-nin direktoru X9 arasında imzalanmış müqaviləyə əs asən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 14 mərtəbəli yaşayış evinin D girişi, yaşayışın 12-ci mərtəbəsində ümumi sahəsi 212 kv. metr izolə olunmuş 4 otaqlı 228 saylı mənzilin tikintisi “podratçı” Cavabdeh MMCnə həvalə edilmişdir, “sifarişçi” İddiaçı5 sifariş verdiyi 4 otaqlı, eyvanla birlikdə sahəsi 212 kv.metr olan mənzilin hər kv.metri üçün 800 manat olmaqla, cəmi 169.600 manat ödəməyi öhdəsinə götürmüşdür. 5. 16 yanvar 2018-ci il tarixli, 12 saylı “sifarişçi” İddiaçı5 ilə “podratçı” Cavabdeh MMC-nin direktoru X9 arasında imzalanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 14 mərtəbəli yaşayış evinin “C” girişi, yaşayışın 9-cu mərtəbəsində ümumi sahəsi 139,3 kv.metr izolə olunmuş 3 otaqdan ibarət 162 saylı mənzilin tikintisi “podratçı” Cavabdeh MMC-yə həvalə edilmişdir”, “sifarişçi” İddiaçı5 sifariş verdiyi 3 otaqlı, eyvanla birlikdə sahəsi 139,3 kv.metr olan mənzilin hər kv.metri üçün 800 manat olmaqla, cəmi 111.440 manat ödəməyi öhdəsinə götürmüşdür. 6. 16 yanvar 2018-ci il tarixli, 11 saylı “sifarişçi” İddiaçı5 ilə “podratçı” Cavabdeh MMC-nin adından direktoru X9 arasında imzalanmış müqaviləyə əsasən Bakı şəhəri Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 14 mərtəbəli yaşayış evinin “C” girişi, yaşayışın 11-ci mərtəbəsində ümumi sahəsi 162 kv.metr olan izolə olunmuş, 3 otaqlı 168 saylı mənzilin tikintisi “podratçı” Cavabdeh MMC-yə həvalə edilmişdir, “sifarişçi” İddiaçı5 sifariş verdiyi 3 otaqlı, eyvanla birlikdə sahəsi 162 kv.metr olan mənzilin hər hər kv.metri üçün 800 manat olmaqla, cəmi 129.600 manat ödəməyi öhdəsinə götürmüşdür, 16 yanvar 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış evinin giriş “C”, yaşayışın 10-cu mərtəbəsi, ümumi sahəsi 162 kv.metr olan 168 saylı mənzilin dəyəri İddiaçı5 tərəfindən “podratçı” Cavabdeh MMC-yə ödənilmişdir və borcu yoxdur. 7. 16 yanvar 2018-ci il tarixli maliyyə arayışına əsasən Bak şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış evinin giriş “C”, yaşayışın 10-cu mərtəbəsi, ümumi sahəsi 139,3 kv.me tr olan 162 saylı mənzilin dəyəri “sifarişçi” İddiaçı5 tərəfindən "xxxx" MMC-nə ödənilmiş və borcu borcu yoxdur, 16 yanvar 2018-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış evinin giriş “C”, yaşayışın 10-cu mərtəbəsi, ümumi sahəsi 212 kv.metr olan 228 saylı mənzilin dəyəri “sifarişçi” İddiaçı5 tərəfindən "xxxx" MMC-yə ödənilmişdir və borcu yoxdur. 8. 24 yanvar 2019-cu il tarixli, 141 “A” saylı “sifarişçi” İddiaçı12 ilə “podratçı” Cavabdeh MMC-nin adından direktoru X9 arasında imzalanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin “B” girişi, yaşayışın 14-cü mərtəbəsində ümumi sahəsi 161,7 kv.metr izolə olunmuş 3 otaqlı, 126 saylı mənzilin tikintisi “podratçı” Cavabdeh MMC-yə həvalə edilmişdir, “sifarişçi” İddiaçı12 sifariş verdiyi 3 otaqlı, eyvanla birlikdə sahəsi 161,7 kv.metr olan mənzilin hər kv.metri üçün 900 manat olmaqla, cəmi 145.530 manat ödəməyi öhdəsinə götürmüşdür. 9. 24 yanvar 2019-cu il tarixli, 142 “A” saylı “sifarişçi” İddiaçı12 ilə “podratçı” Cavabdeh MMC-nin adından direktoru X9 arasında imzalanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin “C” girişi, yaşayışın 14-cü mərtəbəsində ümumi sahəsi 106 kv.metr izolə olunmuş 2 otaqlı, 179 saylı mənzilin tikintisi “podratçı” Cavabdeh MMC-yə həvalə edilmişdir, “sifarişçi” İddiaçı12 sifariş verdiyi 2 otaqlı, eyvanla birlikdə sahəsi 106 kv.metr olan mənzilin hər kv.metri üçün 900 manat olmaqla, cəmi 95.400 manat ödəməyi öhdəsinə götürmüşdür. 10. 24 yanvar 2019-cu il tarixli, 144 “A” saylı “sifarişçi” İddiaçı11 ilə “podratçı” Cavabdeh MMC-nin adından direktoru X9 arasında imzalanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin “D” girişi, yaşayışın 15-ci mərtəbəsi, 2 otaqlı, ümumi sahəsi 93,75 kv.metr izolə olunmuş 239 saylı mənzilin tikintisi “podratçı” Cavabdeh MMC-yə həvalə edilmişdir, “sifarişçi” İddiaçı11 sifariş verdiyi 2 otaqlı, eyvanla birlikdə, sahəsi 93,75 kv.metr olan mənzili hər kv.metri üçün 900 manat olmaqla, cəmi 84.375 manat ödəməyi öhdəsinə götürmüşdür. 11. 24 yanvar 2019-cu il tarixli, 143 “A” saylı “sifarişçi” İddiaçı11 ilə “podratçı” Cavabdeh MMC-nin di rektoru X9 arasında imzalanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin, “C” girişi, yaşayışın 14-cü mərtəbəsi, 3 otaqlı, ümumi sahəsi 162 kv.metr izolə olunmuş 180 saylı mənzilin tikintisi “podratçı” "xxxx" MMC-nə həvalə edilmişdir, “sifarişçi” İddiaçı11 sifariş verdiyi 3 otaqlı, eyvanla birlikdə sahəsi 162 kv.metr olan mənzilin hər kv.metri üçün 900 manat olmaqla, cəmi 145.800 manat ödəməyi öhdəsinə götürmüşdür, 24 yanvar 2019-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 16 mərtəbəli yaşayış evinin giriş “C”, yaşayışın 14-cü mərtəbəsi, 3 otaqlı, ümumi sahəsi 162 kv.metr olan 180 saylı mənzilin dəyəri İddiaçı11 tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir və borcu y oxdur. 12. 24 yanvar 2019-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 16 mərtəbəli yaşayış evinin giriş D, yaşayışın 15-ci mərtəbəsi, 2 otaqlı, ümumi sahəsi 93,75 kv.metr olan 239 saylı mənzilin dəyəri İddiaçı11 tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir və borcu yoxdur. 13. 24 yanvar 2019-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış evinin giriş “C”, yaşayışın 14-cü mərtəbəsi, 2 otaqlı, ümumi sahəsi 106 kv.metr olan 179 saylı mənzilin dəyəri İddiaçı12 tərəfindən “podratçı” Cavabdeh MMC-yə ödənilmişdir və borcu yoxdur; 24 yanvar 2019-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış evinin giriş “B”, yaşayışın 14-cü mərtəbəsi, 2 otaqlı, ümumi sahəsi 161,7 kv.metr olan 126 saylı mənzilin dəyəri İddiaçı12 tərəfindən “podratçı” Cavabdeh MMC-yə ödənilmişdir və borcu yoxdur. 14. 26 yanvar 2019-cu il tarixli, 147 “A” saylı “sifarişçi” X8 və “podratçı” Cavabdeh MMC-nin adından direktoru X9 arasında imzalanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin, giriş “C”, yaşayışın 4-cü mərtəbəsi, 3 otaqlı, ümumi sahəsi 162 kv.metr izolə olunmuş 140 saylı mənzilin tikintisi “podratçı” Cavabdeh MMC-yə həvalə edilmişdir, “sifarişçi” X2 verdiyi 3 otaqlı, eyvanla birlikdə sahəsi 162 kv.metr olan mənzilin hər kv.metri üçün 1300 manat olmaqla, c əmi 210.600 manat pulu ödəməyi öhdəsinə götürmüşdür; 26 yanvar 2019-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış evinin giriş “C”, yaşayışın 4-cü mərtəbəsi, 3 otaqlı, ümumi sahəsi 162 kv.metr izolə olunmuş 140 saylı mənzilin dəyəri sifarişçi X8 tərəfindən “podratçı” Cavabdeh MMC-yə ödənilmişdir və borcu yoxdur. 15. 28 yanvar 2019-cu il tarixli, 150 “A” saylı “sifarişçi” X8 və “podratçı” Cavabdeh MMC-nin adından direktoru X9 arasında imzalanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş “C”, yaşayışın 2-ci mərtəbəsi, 2 otaqlı, ümumi sahəsi 106 kv.metr izolə olunmuş 131 saylı mənzilin tikintisi “po dratçı” Cavabdeh MMC-yə həvalə edilmişdir, “sifarişçi” X2 verdiyi 2 otaqlı, eyvanla birlikdə sahəsi 106 kv.metr olan mənzilin hər kv.metri üçün 1.300 manat olmaqla, cəmi 137.800 manat pulu ödəməyi öhdəsinə götürmüşdür; 28 yanvar 2019-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış evinin giriş “C”, yaşayışın 2-ci mərtəbəsi, 2 otaqlı, ümumi sahəsi 106 kv.metr izolə olunmuş 131 saylı mənzilin dəyəri X8 tərəfindən “podratçı” Cavabdeh MMC-yə ödənilmişdir və borcu yoxdur. 16. 28 mart 2017-ci il tarixli, 70 saylı “sifarişçi” İddiaçı7 və “podratçı” Cavabdeh MMC-nin direktoru X9 arasında imzalanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişl i, 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 3-cü mərtəbəsi, 4-otaqlı, ümumi sahəsi 230,4 kv.metr izolə olunmuş 7 saylı mənzilin tikintisi “Podratçı”ya həvalə edilmişdir, “sifarişçi” İddiaçı7 sifariş verdiyi 4 otaqlı, eyvanla birlikdə sahəsi 230,4 kv.metr olan mənzilin hər kv.m üçün 1.500 manat olmaqla, cəmi 345.600 manat ödəməyi öhdəsinə götürmüşdür; 28 mart 2017-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 3-cü mərtəbəsi, 4 otaqlı, ümumi sahəsi 230,4 kv.metr olan mənzilin dəyəri İddiaçı7 tərəfindən “podratçı” Cavabdeh MMC-yə ödənilmişdir və borcu yoxdur. 17. 1 fevral 2018-ci il tarixli, 33 saylı “sifarişçi İddiaçı6 ilə “podratçı” Cavabdeh MMCnin adından direktoru X9 arasında imzala nmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin B girişi, yaşayışın 2-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 161,7 kv.metr izolə olunmuş 78 saylı mənzilin tikintisi “podratçı” Cavabdeh MMC-yə həvalə edilmişdir, “sifarişçi” İddiaçı6 sifariş verdiyi 3 otaqlı, eyvanla birlikdə sahəsi 161,7 kv.metr olan mənzilin hər kv.metri üçün 1.300 manat olmaqla, cəmi 210.210 manat ödəməyi öhdəsinə götürmüşdür; 1 fevral 2018-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin “B” girişi, yaşayışın 2-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 161,7 kv.metr izolə olunmuş 78 saylı mənzilin dəyəri İddiaçı6 tərəfindən “podratçı” "xxxx" MMC-yə ödənilmişdir və borcu yoxdur. 18. 1 fevral 2018-ci il tarixli, 24 saylı “sifarişçi” İddiaçı8 ilə “podratçı” Cavabdeh MMCnin adından direktoru X9 arasında imzalanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 15 mərtəbəli yaşayış evinin “E” girişi, yaşayışın 6-cı mərtəbəsi, 3 otaqlı, ümumi sahəsi 161,7 kv.metr izolə olunmuş 263 saylı mənzilin tikintisi “podratçı” Cavabdeh MMCyə həvalə edilmişdir, “sifarişçi” İddiaçı8 sifariş verdiyi 3 otaqlı eyvanla birlikdə sahəsi 161,7 kv.metr olan mənzilin hər kv.m üçün 1300 manat olmaqla, cəmi 210.210 manat ödəməyi öhdəsinə götürmüşdür; 1 fevral 2018-ci il tarixli maliyyə arayışına əsasən Bakı ş əhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 15 mərtəbəli yaşayış evinin giriş “E”, yaşayışın 15-ci mərtəbəsi, 2 otaqlı, ümumi sahəsi 161,7 kv.metr olan 263 saylı mənzilin tikintisinin dəyəri “sifarişçi” İddiaçı8 tərəfindən “podratçı” "xxxx" MMC-yə ödənilmişdir və borcu yoxdur. 19. 8 fevral 2019-cu il tarixli, 160 “A” saylı “sifarişçi” İddiaçı1 ilə “podratçı” Cavabdeh MMC-nin adından direktoru X9 arasında imzalanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş “A”, yaşayış evinin 1- ci və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi sahəsi 100 kv.metr olmaqla, toplam 200 kv.metr olan qeyri-yaşayış sahəsinin tikintisi “podratçı” Cavabdeh MMC-yə həvalə edilmişdir, “sifar işçi” İddiaçı1 sifariş verdiyi 1-ci və 2-ci mərtəbələrdə, toplam sahəsi 200 kv.metr olan qeyriyaşayış sahəsinin hər kv.metri üçün 2.100 manat olmaqla, cəmi 420.000 manat ödəməyi öhdəsinə götürmüşdür. 20. 8 fevral 2019-cu il tarixli, 161 “A” saylı “sifarişçi” İddiaçı1 ilə “podratçı” Cavabdeh MMC-nin adından direktoru X9 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş “A”, yaşayış evinin 1-ci və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 100 kv.metr olmaqla, toplam 200 kv.metr olan qeyriyaşayış sahəsinin tikintisi “podratçı” Cavabdeh MMC-yə həvalə edilmişdir, “sifarişçi” İddiaçı1 sifariş verdiyi 1-ci və 2-ci mərtəbələrdə, toplam sahəsi 200 kv.metr olan qeyriyaşa yış sahəsinin hər kv.metri üçün 2.100 manat olmaqla, cəmi 420.000 manat ödəməyi öhdəsinə götürmüşdür; 8 fevral 2019-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində Cavabdeh MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının “A” girişi, qeyri-yaşayışın 1-ci və 2-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı1 tərəfindən “podratçı” "xxxx" MMC-yə ödənilmişdir və borcu yoxdur; 8 fevral 2019-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində “podratçı” "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının “A” girişi, qeyri-yaşayışın 1-ci və 2-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyəri “sifarişçi” İddiaçı1 tərəfindən “podratçı” "xx xx" MMC-yə ödənilmişdir və borcu yoxdur. 21. 8 avqust 2018-ci il tarixli, 162 “A” saylı “sifarişçi” İddiaçı3 ilə “podratçı” Cavabdeh MMC-nin adından direktoru X10 arasında imzalanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin “A” girişi, 1-ci və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi 103,4 kv.metr olmaqla, toplam 206,8 kv.metr olan qeyri-yaşayış sahəsinin tikintisi “podratçı” Cavabdeh MMC-yə həvalə edilmişdir, “sifarişçi” İddiaçı3 sifariş verdiyi 1-ci və 2- ci mərtəbələrdə, toplam sahəsi 206,8 kv.metr olan qeyri-yaşayış sahəsinin hər kv.metri üçün 2.055 manat olmaqla, cəmi 424.974 manat ödəməyi öhdəsinə götürmüşdür. 22. 8 avqust 2018-ci il tarixli, 163 “A” saylı “sifarişçi” İ ddiaçı3 ilə “podratçı” Cavabdeh MMC-nin adından direktoru X10 arasında imzalanmış müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin “A” girişi, 1-ci və 2- ci mərtəbəsində, hər mərtəbədə ümumi 103,4 kv.metr olmaqla, toplam 206,8 kv.metr olan qeyri-yaşayış sahəsinin tikintisi “podratçı” "xxxx" MMC-yə həvalə edilmişdir;” “sifarişçi” İddiaçı3 sifariş verdiyi 1-ci və 2-ci mərtəbələrdə, toplam sahəsi 206,8 kv.metr olan qeyri-yaşayış sahəsinin hər kv.metri üçün 2.055 manat olmaqla, cəmi 424. 974 manat ödəməyi öhdəsinə götürmüşdür; 8 avqust 2019-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində “podratçı” Cavabdeh MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının “A” girişi, qeyri-yaşayışın 1-ci və 2-ci mərtəbəsində, ümumi sahəsi 206,8 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı3 tərəfindən “podratçı” "xxxx" MMC-yə ödənilmişdir və borcu yoxdur; 8 avqust 2019-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində “podratçı” "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının “A” girişi, qeyri-yaşayışın 1-ci və 2-ci mərtəbəsində, ümumi sahəsi 206,8 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyəri “sifarişçi” İddiaçı3 tərəfindən “podratçı” "xxxx" MMC-yə ödənilmişdir və borcu yoxdur. 23. 28 fevral 2018-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 16 mərtəbəli yaşayış evinin 1-ci girişi, yaşayışın 5-ci mərtəbəsi, ümumi sahəsi 313 k v.metr olan 15 saylı beş otaqlı mənzilin tam dəyəri üzrə “sifarişçi” İddiaçı9 “podratçı” "xxxx" MMC-yə borcu yoxdur.
24. X9 28 oktyabr 2019-cu il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
25. İddiaçılar İddiaçı1, X8, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin A girişi, 1-ci və 2-ci mərtəbəsində, hər mərtəbədə 100 kv.metr olmaqla, toplum 200 kv.metr olan qeyri-yaşayış sahələrinə İddiaçı1; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 gi rişli, 16 mərtəbəli yaşayış evinin C girişi, yaşayışın 2-ci mərtəbəsi, ümumi sahəsi 106 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət 131 nömrəli mənzilə, həmin evin C girişi, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 162 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət 140 nömrəli mənzilə X3; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin A girişi 1-ci və 2-ci mərtəbəsi, hər mərtəbədə 103,4 kv.metr olmaqla, toplam 206,8 kv.m olan qeyri-yaşayış sahələrinə İddiaçı3; Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan, 5 girişli, 16 mərtəbəli yaşayış evinin 1-ci girişi, yaşayışın 5- ci mərtəbəsi, ümumu sahəsi 230,4 kv.metr olan izolə olunmuş, 4 otaqdan ibarət 13 nömrəli mənzilə, həmin evin 1-ci giri şi, 6-cı mərtəbəsi, ümumi sahəsi 230,4 kv.metr olan, izolə olunmuş 4 otaqlı 16 nömrəli mənzillərə İddiaçı4; Bakı şəhəri, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan, 6 girişli 16 mərtəbəli yaşayış evinin D girişi, yaşayışın 10-cu mərtəbəsi, ümumi sahəsi 212 kv.m olan, izolə olunmuş 4 otaqlı, 228 saylı mənzilə, həmin evin C girişi, yaşayışın 10-cu mərtəbəsi, ümumi sahəsi 139 kv.metr olan, izolə olunmuş 3 otaqdan ibarət 162 nömrəli mənzilə, həmin evin C girişi, yaşayışın 10-cu mərtəbəsi, izolə olunmuş, ümumi sahəsi 162 kv.metr olan, 3 otaqlı 168 nömrəli mənzilə İddiaçı5; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan, 6 girişli, 16 mərtəbəli yaşayış evinin B girişi, yaşayışın 2-ci mərtəbəsi, ümumi sahəsi 161,7 kv.metr olan, izolə olunmuş, 3 otaqdan ibarət 78 nömrəli mənzilə İddiaçı6; Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan, 5 girişli, 16 mərtəbəli yaşayış evinin 1- ci girişi, yaşayışın 3-cü mərtəbəsi, ümumu sahəsi 230,4 kv.metr olan, izolə olunmuş 4 otaqlı, 7 nömrəli mənzilə İddiaçı7; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan, 6 girişli, 15 mərtəbəli yaşayış binasının E girişi, yaşayışın 6-cı mərtəbəsində, ümumi sahəsi 161,7 kv.metr olan, 3 otaqlı, 263 nömrəli mənzilə İddiaçı8; Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa edilən 16 mərtəbəli yaşayış binasının 1-ci girişi, yaşayışın 5-ci mərtəbəsində, ümumi sahəsi 313 kv.metr olan, 5 otaqlı, 15 nömrəli mənzilə İddiaçı9; Bakı şəhəri, Nərimanov rayonu, Təbri z, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilən 6 girişli, 16 mərtəbəli yaşayış binasının E girişi, yaşayışın 10-cu mərtəbəsi, ümumi sahəsi 87,6 kv.metr, 2 otaqlı, 257 nömrəli, həmin binanın E girişi, yaşayışın 10-cu mərtəbəsi, ümumi sahəsi 87,6.kv.metr, 2 otaqlı, 293 nömrəli mənzillərə İddiaçı10; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan, 16 mərtəbəli yaşayış binasının D girişi, yaşayışın 15-ci mərtəbəsi, ümumi sahəsi 93,75 kv.metr olan, 2 otaqlı, 239 nömrəli, həmin binanın C girişi, yaşayışın 14-cü mərtəbəsində, ümumu sahəsi 162 kv.metr olan, üç otaqlı, 180 nömrəli mənzillərə İddiaçı11 və Bakı şəhəri, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilən, 16 mərtəbəli yaşayış binasının C girişi, yaşayışın 14-cü mərtəbəsi, ümumi sahəs i 106 kv.metr olan, 2 otaqlı, 179 nömrəli, həmin binanın B girişi, yaşayışın 14-cü mərtəbəsi, ümumi sahəsi 161,7 kv.metr olan, 3 otaqlı, 126 nömrəli mənzillərə İddiaçı12 istifadə və sahiblik hüquqlarının tanınması, mənzil və qeyri-yaşayış sahələrinin sahiblik və istifadələrinə verilməsinin Cavabdehnə (bundan sonra “cavabdeh” və ya “MMC”) həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
26. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri, Nəriınanov rayonu, M.Sənani küçəsində və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində cavabdeh tərəfindən inşa edilən yaşayış evində mənzil və qeyri-yaşayış sahələrinin tam dəyəri ödənilməklə mənzil və qeyri-yaşayış sahələrini almışlar. Əmlakların dəyərləri tam olaraq ö dənilmişdir. Cavabdeh tərəfindən əmlakların dəyərinin ödənilməsi barədə maliyyə arayışları verilmişdir. Müqavilələrdə göstərilən mənzil və qeyri-yaşayış sahələrinin təmir edilməsi, dəyəri tam ödənilmiş yaşayış və qeyri-yaşayış sahələri barəsində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi cavabdeh tərəfindən məhdudlaşdırılır. Cavabdehə yaşayış və qeyri-yaşayış sahələri barəsində sahiblik və istifadə hüquqlarına yaradılan maneələrin aradan qaldırılması barədə pretenziya verilmiş, lakin münasibət bildirilməmişdir. Cavabdehin rəhbərliyi tərəfindən qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada alğı-satqı etmələrinə etiraz etməməklə sahiblik hüquqlarının həyata keçirilməsinə razılıq verilsə də, həmin hüququn realla şmasına imkan verilməmişdir. Qeyd olunan hal iddiaçıların hüquqlarını pozduğundan məhkəmə müdafiəsindən istifadə elmək məcburiyyətində qalmışlar. Onlar cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəyəri tam ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə öz istədikləri kimi sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmirlər.
27. İddiaçı10 22 fevral 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə mübahisənin həll olunmasını, iddia tələbindən imtina edərək, ona münasibətdə mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş, Nərimanov Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(005)- 1446/2021 saylı qərardadı ilə ona münasibətdə işin icraatına xitam verilməsi qərara alınmışdır.
28. Cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, bağlanmış müqavilələr s axta olmuş, tərəflərindən imza olunmamış və möhür vurulmamış, onlara pul ödənilməmişdir
29. Birinci instansiya məhkəməsi 17 iyun 2021-ci i tarixli qərardadla ilə texniki və məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir.
30. Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2021-ci il tarixli, 5/721 saylı ekspertiza rəyinə əsasən İddiaçı4 məxsus xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli müqavilələrin, xx.xx.2016-cı il və xx.xx.2016-cı il maliyyə arayışlarının; İddiaçı5 məxsus 16 yanvar 2018ci il tarixli 3 ədəd müqavilənin və 3 ədəd maliyyə arayışlarının; İddiaçı12 məxsus xx.xx.2019-cu il tarixli 2 ədəd müqavilənin və 2 ədəd maliyyə arayışlarının; X4 məxsus xx.xx.2019-cu il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının; İddiaçı11 məxsus xx.xx.2019-cu il tarixli 2 ədəd müqavilənin və eyni t arixli maliyyə arayışlarının; İddiaçı7 məxsus xx.xx.2017-ci il tarixli müqavilənin və maliyyə arayışının; İddiaçı6 məxsus xx.xx.2018-ci il tarixli müqavilənin və maliyyə arayışının; İddiaçı8 məxsus xx.xx.2018- ci il tarixli müqavilənin və maliyyə arayışının; İddiaçı9 məxsus xx.xx.2018-ci il tarixli maliyyə arayışının üzərlərində olan “Yeqanova A.R. yazısının qarşısındakı imzalar faksimile klişe vasitəsilə əks olunmuşdurlar; Tədqiqata təqdim edilmiş X4 məxsus xx.xx.2019-cu il tarixli müqavilənin, eyni tarixli maliyyə arayışın; İddiaçı1 məxsus xx.xx.2018-ci il tarixli 2 ədəd müqavilənin və 2 ədəd xx.xx.2019-cu il tarixli maliyyə arayışın; İddiaçı3 məxsus xx.xx.2018-ci il tarixli 2 ədəd müqavilənin və 2 ədəd xx.xx.2019-cu il tarixli maliyyə arayışının üzərlərində olan “Yeqanova A.R.” yazısını n qarşısındaki imzalar birbaşa icra olunmamış, axınlı printerdə çap edilmişdirlər. Məhkəmənin müvafiq qərardadı ilə “Əgər faksimile icra olunmuşsa imzalanmışsa, müqavilələrdəki və arayışlardakı imzalar nümunəsi təqdim olunmuş Yeqanova A.R.-ə məxsus olan imzanın faksimilesidirmi?” sualına imza nümunələri təqdim edilmədiyindən cavab verilməmişdir.
31. Birinci instansiya məhkəməsi xx.xx.2021-ci i tarixli Qərardadla sənədlərin texniki və məhkəmə-xətşünaslıq ekspertizasını təyin etmişdir.
32. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 5/1137-4/1423 saylı ekspertiza rəyinə görə İddiaçı4 məxsus xx.xx.2016- cı il və xx.xx.2016-cı il tarixli müqavilələrin, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli maliyyə arayışlarının; -“İddiaçı5 məxsus 16 yanvar 2018-ci il tarixli 3 ədəd müqavil ələrin və 3 ədəd maliyyə arayışların; “İddiaçı12 məxsus xx.xx.2019-cu il tarixli 2 ədəd müqavilələrin və 2 ədəd maliyyə arayışların; “X12ma məxsus xx.xx.2019-cu il tarixli müqavilənin və eyni tarixli maliyyə arayişının; “İddiaçı11 məxsus xx.xx.2019-cu il tarixli 2 ədəd müqavilələrin və 2 ədəd maliyyə arayışların; “X5 məxsus xx.xx.2017-ci il tarixli müqavilənin və maliyyə arayışın; “İddiaçı6 məxsus xx.xx.2018-ci il tarixli müqavilənin; “İddiaçı8 məxsus xx.xx.2018-ci il tarixli müqavilənin və maliyyə arayışın; “İddiaçı9 məxsus xx.xx.2018-ci il tarixli maliyyə arayışın üzərlərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh məzmunlu möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş X4 məxsus xx.xx.2019-cu il tarixli müqa vilənin, eyni tarixli maliyyə arayışının; X7 məxsus xx.xx.2019-cu il tarixli 2 ədəd müqavilənin, 2 ədəd maliyyə arayışının; İddiaçı3 məxsus xx.xx.2018-ci il tarixli 2 ədəd müqavilənin və 2 ədəd xx.xx.2019-cu il tarixli maliyyə arayışının üzərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh məzmunlu möhür əksləri hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə birbaşa axınlı printerdə çap edilmişdir. Rəyin qeydində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş İddiaçı6 məxsus xx.xx.2018-ci il tarixli maliyyə arayışının üzərində möhür əksi olmadığı üçün ekspert qarşısında qoyulmuş “İddiaçı6 məxsus xx.xx.2018-ci il tarixli maliyyə arayışının üzərində olan möhür birbaşa vurulubmu?” su alı üzrə tədqiqat aparılmadı.
33. Məhkəmə Ekspertizası Mərkəzi 11 oktyabr 2021-ci il tarixdə əlavə materialin təmin olunması barədə vəsatət verilmiş, ekspertin vəsatəti təmin edilmədiyindən, “Məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinə əsasən həmin ekspertizanın təyin edilməsi barədə xx.xx.2021 il tarixli qərardadın məhkəmə-xətşünaslıq ekspertizasına dair hissəsi icrasız saxlanılaraq aparılmasından imtina edilmişdir
34. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, xx.xx.2016-cı il tarixli 16 saylı müqaviləyə əsasən Bakı şəhəri Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 6- cı mərtəbəsi, ümumi sahəsi 230,4 kv.metr izo lə olunmuş 4 otaqdan ibarət 16 saylı mənzilinə və xx.xx.2016-cı il tarixli 21 saylı müqaviləyə əsasən Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 6- cı mərtəbəsi, ümumi sahəsi 230,4 kv.metr izolə olunmuş 4 otaqdan ibarət 13 saylı mənzilinə İddiaçı4; xx.xx.2018-ci il tarixli 14 saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 14 mərtəbəli yaşayış evinin D girişi, yaşayışın 12-ci mərtəbəsində ümumi sahəsi 212 kv.metr izolə olunmuş 4 otaqdan ibarət 228 saylı mənzilinə, xx.xx.2018-ci il tarixli 12 saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 14 mərtəbəli yaşayış evinin C girişi, y aşayışın 9-cu mərtəbəsində ümumi sahəsi 139,3 kv.metr izolə olunmuş 3 otaqdan ibarət 162 saylı mənzilinə və xx.xx.2018-ci il tarixli 11 saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 14 mərtəbəli yaşayış evinin C girişi, yaşayışın 11-ci mərtəbəsində ümumi sahəsi 162 kv.metr izolə olunmuş 3 otaqdan ibarət 168 saylı mənzilinə İddiaçı5; xx.xx.2019-cu il tarixli 141 “A” saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin “B” girişi, yaşayışın 14-cü mərtəbəsində ümumi sahəsi 161,7 kv.metr izolə olunmuş 3 otaqdan ibarət 126 saylı mənzilinə və xx.xx.2019-cu il tarixli 142 “A” saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərt əbəli yaşayış evinin C girişi, yaşayışın 14-cü mərtəbəsində ümumi sahəsi 106 kv.metr izolə olunmuş 2 otaqdan ibarət 179 saylı mənzilinə İddiaçı12; xx.xx.2019-cu il tarixli 147 “A” saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş C, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 162 kv.metr izolə olunmuş 3 otaqdan ibarət 140 saylı mənzilinə X3; xx.xx.2019-cu il tarixli 144 “A” saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin D girişi, yaşayışın 15-ci mərtəbəsi, ümumi sahəsi 93,75 kv.metr izolə olunmuş 2 otaqdan ibarət 239 saylı mənzilinə və xx.xx.2019-cu il tarixli 143 “A” saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli ya şayış evinin “C” girişi, yaşayışın 14-cü mərtəbəsi, ümumi sahəsi 162 kv.metr izolə olunmuş 3 otaqdan ibarət 180 saylı mənzilinə İddiaçı11; xx.xx.2017-ci il tarixli 70 saylı müqaviləyə əsasən Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 1, yaşayışın 3-cü mərtəbəsi, ümumi sahəsi 230,4 kv.metr izolə olunmuş 4 otaqdan ibarət 7 saylı mənzilinə İddiaçı7; xx.xx.2018-ci il tarixli 24 saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 15 mərtəbəli yaşayış evinin E girişi, yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 161,7 kv.metr izolə olunmuş 3 otaqdan ibarət 263 saylı mənzilinə İddiaçı8 sahiblik və istifadə hüquqları tanınmış və əmlakların təhvil verilməsi Cavabdeh MMC-yə həvalə edi lmiş, qalan hissədə iddia təmin olunmamışdır. (hakim Gültəkin Əsədova)
35. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar İddiaçı4 məxsus xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli müqavilələrin, xx.xx.2016-cı il və xx.xx.2016-cı il maliyyə arayışlarının; İddiaçı5 məxsus 16 yanvar 2018-ci il tarixli 3 ədəd müqavilənin və 3 ədəd maliyyə arayışlarının; İddiaçı12 məxsus xx.xx.2019-cu il tarixli 2 ədəd müqavilənin və 2 ədəd maliyyə arayışlarının; X4 məxsus xx.xx.2019-cu il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının; İddiaçı11 məxsus xx.xx.2019-cu il tarixli 2 ədəd müqavilənin və eyni tarixli 2 ədəd maliyyə arayışlarının; İddiaçı7 məxsus xx.xx.2017-ci il tarixli müqavilənin və maliyyə arayışının; İddiaçı8 məxsus xx.xx.2018-ci il tarixli müqavilənin və maliyyə arayışının “Yeqanova A.R.” yazısının qarşısındakı imzalar faksimile klişe vasitəsilə əks olunmuş və həmin müqavilələrə möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdur. Bununla da müqavilələrin və maliyyə arayışlarının həqiqiliyi sübuta yetirilmiş hesab edilir. Beləliklə, qeyd olunan müqavilələr üzrə əmlaklara iddiaçıların sahiblik və istifadə hüquqları tanınmaqla, əmlaklar onların istifadə və sahibliyinə verilməlidir.
36. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, iddiaçılar X4 məxsus xx.xx.2019-cu il tarixli müqavilənin, eyni tarixli maliyyə arayışının; İddiaçı1 məxsus xx.xx.2018-ci il tarixli 2 ədəd müqavilənin və 2 ədəd xx.xx.2019-cu il tarixli maliyyə arayışının; İddiaçı3 məxsus xx.xx.2018-ci il tarixli 2 ədəd müqavilənin və 2 ədəd xx.xx.2019-cu il tarixli maliyyə arayışının üzərlərində olan “Yeqanova A.R.” yazısının qarşısındakı imzalar birbaşa icra olunmamış, axıntılı printerdə çap edilmişdir. X4 məxsus xx.xx.2019-cu il il tarixli müqavilənin, eyni tarixli maliyyə arayışının; İddiaçı1 məxsus xx.xx.2019-cu il tarixli 2 ədəd müqavilənin, 2 ədəd maliyyə arayışının; İddiaçı3 məxsus xx.xx.2018-ci il tarixli 2 ədəd müqavilənin və 2 ədəd xx.xx.2019-cu il tarixli maliyyə arayışının üzərlərində olan Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh məzmunlu möhür əksləri hər hansı bir texniki qurğu (skaner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmuş və qrafik proqram təminatından istifadə etməklə birbaşa axıntılı printerdə çap edilmişdir. İddiaçı6 məxsus xx.xx.2018-ci il tarixli maliyyə arayışının üzərində möhür əksi yoxdur. On unla cavabdeh arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlansa da, həmin müqavilədəki imza faksmile klişe vasitəsilə icra olunmuş, xx.xx.2012ci il tarixli maliyyə arayışına isə möhür vurulmamışdır.
37. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında müqavilənin olması həmin müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi kimi qəbul edilə bilməz. Müqavilə öhdəliyinin yerinə yetirilmiş hesab edilməsi üçün maliyyə arayışı olmaqla həmin arayışda möhür əksi olmalıdır. Lakin hazırda İddiaçı6 müqavilə üzrə öhdəliyinin yerinə yetirməsi (əmlakın dəyərinin ödənilməsi və s.) sübut olunmur. Belə olan halda İddiaçı6 münasibətdə iddia rədd olunmalıdır.
38. Bundan başqa, İddiaçı9 məxsus iş materiallarında yalnız xx.xx.2018-ci il tarixli maliyyə arayışı mövcuddur. Ekspert rəyinə görə isə “ İddiaçı9 məxsus xx.xx.2018-ci il tarixli maliyyə arayışın üzərində olan Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh məzmunlu möhür əksi relyef klişedən sənədin üzərilərinə birbaşa vurulmuşdur. Lakin buna baxmayaraq, İddiaçı9 ilə cavabdeh arasında müqavilə bağlanmamış və müqavilə öhdəliyi yaranmamışdır. Maliyyə arayışının mövcud olması onun hər hansı əmlaka sahiblik və istifadə hüququnun olması kimi qiymətləndirilə bilməz. Buna görə ona münasibətdə də iddia rədd edilməlidir.
39. Eyni zamanda birinci instansiya məhkəməsinin mövqeyinə görə digər iddiaçı X4 məxsus xx.xx.2019-cu il tarixli müqavilənin, eyni tarixli maliyyə arayışının; İddiaçı1 məxsus xx.xx.2018-ci il tarixli 2 ədəd müqavilənin və 2 ədəd xx.xx.2019-cu il tarixli maliyyə arayışının; İddiaçı3 məxsus xx.xx.2018 -ci il tarixli 2 ədəd müqavilənin və 2 ədəd xx.xx.2019-cu il tarixli maliyyə arayışının üzərlərində olan “Yeqanova A.R.” yazısının qarşısındaki imzaların birbaşa icra olunmaması və axıntılı printerdə çap edilməsi, üzərlərində olan Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti “Evrostroy-S.S.” məzmunlu möhür əkslərinin hər hansı bir texniki qurğu (skaner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülməsi və qrafik proqram təminatından istifadə etməklə birbaşa axıntılı printerdə çap edilməsi səbəbindən onlara məxsus sənədlər mötəbər olmadıgından (saxta) həmin müqavilələrə münasibətdə iddia tələbləri rədd edilməlidir.
40. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2,337.3, 337.4, 337.5, 337.6, 752.1, 339 və 340.2-ci maddələrinə istinadla əsaslandırmışdı r. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
41. İddiaçılar İddiaçı1, X8, İddiaçı3, İddiaçı9 və İddiaçı6 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
42. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində və Bakı şəhəri Nərimanov rayonu M.Sənani küçəsində cavabdeh tərəfindən inşa edilən yaşayış evində mənzil və qeyri-yaşayış sahələrini tam dəyəri ödənilməklə almışlar. Əmlakların dəyəri tam ödənildiyindən, cavabdeh tərəfindən əmlakların dəyərinin ödənilməsi barədə maliyyə arayışları verilmişdir. Müqavilələrdə göstərilən m ənzil və qeyri-yaşayış sahələrinin təmir edilməsi, dəyəri tam ödənilmiş yaşayış və qeyri-yaşayış sahələri barəsində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi cavabdeh tərəfindən məhdudlaşdırılmışdır. Günü bu gün də cavabdehin qanunsuz hərəkətləri davam etməkdədir. MMC-nin rəhbərliyi, təsisçiləri tərəfindən qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada alqı-satqı etmələrinə etiraz etməməklə sahiblik hüquqlarının həyata keçirilməsinə razılıq verilmişdir. Lakin yuxarıda qeyd edilmiş hala məhkəmə qiymət verməmişdir. İddiaçılar ilə müqavilələr bağlanarkən cavabdehin rəhbərliyinin kimlərdən ibarət olması da məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Həmçinin məhkəmə tərəfindən sözügedən əmlakların hazırkı hüquqi və ziyyəti barədə cavabdehdən hər hansı bir sənəd tələb edilməmişdir. Məhkəmə X4 məxsus xx.xx.2019-cu il tarixli müqavilənin, eyni tarixli maliyyə arayışının, İddiaçı1 məxsus xx.xx.2018-ci il tarixli 2 ədəd müqavilənin və 2 ədəd xx.xx.2019-cu il tarixli maliyyə arayışının, İddiaçı3 məxsus xx.xx.2018-ci il tarixli 2 ədəd müqavilənin və 2 ədəd xx.xx.2019-cu il tarixli maliyyə arayışlarının üzərində olan “Yeqanova A.R.” yazısının qarşısındakı imzaların birbaşa icra olunmaması və axınlı printerdə çap edilməsi barədə ekspert rəyinə əsaslanaraq iddianı təmin etməmişdir. Cavabdehlə bağlanmış müqavilə MMC-nin direktoru tərəfindən imzalanmış, möhürlə təsdiq olunmuş, maliyyə arayışı isə imzalansa da, möhür vurulmamışdır. Belə bir maliyyə arayışı mövcuddursa, müqavilənin də mövcud olduğu məntiqi bir fak tdır. Digər tərəfdən maliyyə arayışında hansı əmlakın dəyərinin MMC-yə tam ödənildiyi göstərilmişdir. Bundan əlavə, İddiaçı9 ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli müqavilə mövcuddur və hazırkı apellyasiya şikayətinə əsli əlavə edilmişdir. Bu da öz növbəsində göstərir ki, məhkəmə tərəfindən iş üzrə həqiqi hallara düzgün hüquqi qiymət verilməmiş, işə ötəri yanaşılmışdır. Yuxarıda qeyd edilən hallar məhkəmə tərəfindən araşdırılmalı olduğu halda araşdırılmamışdır. İddiaçılar cavabdeh ilə müqavilələr bağlamışlar, nəticədə tərəflərin mülki hüquq və vəzifələri əmələ gəlmişdir. İddiaçı öz öhdəliklərinə əməl etsə də, cavabdeh tərəfindən vəzifələrə əməl edilməmişdir. Həmçinin iddiaçılar cavabdehin onlara təqdim etdiyi bəzi müqavilə və maliyyə arayışlarının axınlı printerdən çıxarıldığını bilə bilməzdilər.
43. Cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv, iddia tələblərinin həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
44. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə bağlanan tarixdə iddiaçıların Bakıda olub-olmaması barədə sorğuların verilməsini xahiş etsələr də, rayon məhkəməsi həmin şəxslərə məxsus telefon nömrələrinin anten dairələrinin müəyyən edilməsinə dair sorğu verilməsi barədə vəsatətləri təmin etməmişdir. Həmçinin ekspertiza nəticəsində imzalar tədqiq edilməmişdir. Belə ki, müqavilə bağlanan dövrdə direktor xərçəng xəstəliyindən əziyyət çəkdiyindən Türkiyədə müalicədə olmuşdur. İşlərin çoxluğu ilə əlaqədar imzaların tez olması üçün imza relyef klişe ilə vu rulurdu. İddiaçılar isə imzaların direktor və ya onun etibar etdiyi şəxs tərəfindən imzalandığını sübut edə bilməmişdir. Bundan əlavə qeyd edilən müqavilələr üzrə ödənişlərin edilməsinə dair bir dənə də olsun kassa sənədləri yoxdur. Düzdür məhkəmə qeyd edəcək ki, axı maliyyə arayışı var. Lakin müqavilələri və maliyyə arayışını saxtalaşdıran şəxs klişe imzanı və möhürü saxtalaşdıra bilib və buna görə müqavilə və maliyyə arayışlarını əldə edə bilib. Lakin kassa sənədlərini almaq üçün mütləq kassir və xəzinədarın imzası olmalı idi, həmin kassa sənədlərini saxtalaşdıra bilmədikləri üçün ortada kassa qəbzləri yoxdur.
45. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 17 oktyabr 2023-cü il tarixli, 2(103)-5676/2023 nömrəli qətnaməsi ilə iddiaç ılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin həmin hissədə də təmin edilməsi, “sifarişçi” İddiaçı1 ilə “podratçı”Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 160 “A” saylı müqavilə üzrə Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş A, yaşayış evinin 1-ci və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi sahəsi 100 kv.metr olmaqla, toplam 200 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı1, “sifarişçi” İddiaçı3 ilə “podratçı” Cavabdeh MMC ar asında bağlanmış xx.xx.2018-ci il tarixli 162 “A” saylı müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin A girişi, 1-ci və 2-ci mərtəbəsində, hər mərtəbədə ümumi sahəsi 103,4 kv.metr olmaqla, toplam 206,8 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı3, xx.xx.2019-cu il tarixli, 150 “A” saylı “sifarişçi” X8 və “podratçı” Cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş C, yaşayışının 2-ci mərtəbəsi, ümumi sahəsi 106 kv.metr izolə olunmuş 2 otaqdan ibarət 131 saylı mənzil üzərində X8, xx.xx.2018-ci il tarixli, 33 saylı “sifarişçi İddiaçı6 ilə “podratçı” Cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsas ən Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin B girişi, yaşayışın 2-ci mərtəbəsində ümumi sahəsi 161,7 kv.metr izolə olunmuş 3 otaqdan ibarət 78 saylı mənzil üzərində İddiaçı6 sahiblik və istifadə hüquqlarının tanınması və həmin əmlakların təhvil verilməsinin Cavabdeh MMC-yə həvalə edilməsi, cavabdehin apellyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Elşən Kazımov)
46. Apellyasiya instansiyası məhkəməsibirinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, tərəflər arasında müqavilələr xx.xx.2018-ci il, xx.xx.2018ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə bağlansa da, məhkəmə qeyd edilən maddi hüqu q normasını deyil, xx.xx.2017-ci il tarixədək qüvvədə olan eyni nömrəli maddi hüquq normasını mülki işə tətbiq etmişdir. Tərəflər arasında müqavilələr bağlanmış, əmlakların dəyəri iddiaçılar tərəfindən tam ödənilmişdir. Cavabdeh əmlakları iddiaçılara təhvil verməməklə qeyd edilən maddi normalarının tələblərini pozmuşdur.
47. İddiaçılar Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində və Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində cavabdeh tərəfindən inşa edilən yaşayış evində mənzil və qeyri-yaşayış sahələrinin tam dəyəri ödənilməklə mənzil və qeyri-yaşayış sahələri almışlar. Müqavilələrdə göstərilən mənzil və qeyri-yaşayış sahələrinin təmir edilməsi, dəyəri tam ödənilmiş yaşayış və qeyri-yaşayış sahələri barəsində sahiblik və istifadə hüququn un həyata keçirilməsi MMC tərəfindən məhdudlaşdırılmışdır. MMC tərəfindən həmin əmlaklar iddiaçılara təhvil verilməmişdir. Məhkəmə tərəfindən qeyd edilən maddi normanın tələbləri pozulmuşdur.
48. Mülki Məcəlləsinin 139-1.1.6-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab olunur
49. Apellyasiya instansiyası məhkəməsi, qeyd etmişdir ki, hazırkı mülki işə qeyd edilən maddi hüquq normalarını tətbiq etməklə məhkəmə səhvə yol vermişdir. Belə ki qeyd edilən maddi normaları mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinə görə pay haqqını tam ödəmiş üzvlərinin daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatı ilə bağlı hüquq münasibətlərini tənzimləyir. İddiaçı ilə müqavilə bağlamış cavabdeh MTK deyil, MMC-dir. Belə olan halda qeyd edilən maddi normalarının hazırkı mülki işə tətbiq edilməsi yanlışdır. Bununla da birinci instansiya məhkəməsi işə düzgün olmayan maddi normanı tətbiq etməkdə səhvə yol vermişdir.
50. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Mülki Məcəllənin 331.3-cü maddəsinin mənasından görünür ki, surətçıxarma vasitələrindən istifadə oluna bilər. Qeyd olunan müqavilələrdə MMC-nin direkorunun imzasının faksimelisindən istifadə edilərək axıntılı printerdən istifadə olunmuşdur ki, bu da qanunve riciliyin tələblərinə uyğundur. Birinci instansiya məhkəməsi qeyd olunan normanı tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi məhkəmə bu hallara yanlış olaraq qiymət verib mülki işə əqdlərin etibarsızlığı ilə bağlı maddi normaları tətbiq etmişdir. Yəni Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.5-ci maddələrini məhkəmə hazırki mülki işə düzgün tətbiq etməmişdir. Bu maddi normalarını hazırkı mülki işə birinci instansiya məhkəməsi ona görə tətbiq etmişdir ki, bəzi müqavilə və arayışlar axınlı printer vasitəsi ilə çap edilmişdir. Baxmayaraq ki, mexaniki vasitələrlə müqavilələrin tərtib edilməsi qanunvericilik baxımından yol veriləndir.
51. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 6.2, 14.2, 152.1, 152.5, 178. 8, 182.1, 331.1, 331.3, 360.2, 385.1, 386.1, 404.1, 404.2, 442, 445 və 448.1-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci incraat
52. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələblərinin rədd edilməsini xahiş etmişdir.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-918/2024 nömrəli 16 aprel 2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(103)5676/2023 saylı qətnaməsi qismən - 8 fevral 2019-cu il tarixli, 160 “A” saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunun 6-girişli, 16 mərtəbəli yaşa yış evinin “A” girişinin 1-ci və 2-ci mərtəbəsində yerləşən, hər mərtəbədə ümumi sahəsi 100 kv.metr olmaqla, cəmi 200 kv.metr qeyri-yaşayış sahəsinə İddiaçı1; 8 avqust 2018-ci il tarixli, 162 “A” saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunun 6- girişli, 16 mərtəbəli yaşayış evinin “A” girişinin 1-ci və 2-ci mərtəbəsində yerləşən, hər mərtəbədə ümumi sahəsi 103,4 kv.metr olmaqla, cəmi 206,8 kv.metr qeyri-yaşayış sahəsinə İddiaçı3; 28 yanvar 2019-cu il tarixli, 150 “A” saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunun 6-girişli, 16 mərtəbəli yaşayış evinin “C” girişinin 2ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 106 kv.metr olan 131 sayl ı mənzilə X1, istifadə hüquqlarının tanınması və həmin əmlakların təhvil verilməsinin cavabdehə həvalə edilməsi hissələrində ləğv edilmiş, mülki iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qalan mübahisələndərilən hissələrdə qətnamə cavabdehin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
54. Ali Məhkəmənin mövqeyi belə olmuşduir: - mübahisələndirilən əmlaklara dair İddiaçı1 ilə bağlanmış 8 fevral 2019-cu il tarixli, 160 “A” saylı müqavilənin; İddiaçı3 ilə bağlanmış 8 avqust 2018-ci il tarixli, 162 “A” saylı müqavilənin; habelə X8 ilə bağlanmış 28 yanvar 2019-cu il tarixli, 150 “A” saylı müqavilənin cavabdehin iradəsinə uyğun olaraq bağlanması, həmin müqavilələrin bilavasitə cavabdehin iradəsini ifadə etməsi və ya cavabdehin sonradan hər hansı hərəkətləri ilə həmin müqavilələri bəyənməsi mülki iş materialları ilə istisna olunur; - əksinə, işə əlavə edilmiş 15 iyul 2021-ci il tarixli ekspert rəyinə görə X8 ilə bağlanmış 28 yanvar 2019-cu il tarixli, 150 “A” saylı müqavilənin, eyni tarixli maliyyə arayışının; İddiaçı1 ilə bağlanmış 8 fevral 2019-cu il tarixli, 160 “A” saylı müqavilənin, eyni tarixli maliyyə arayışının; İddiaçı3 ilə bağlanmış 8 avqust 2018-ci il tarixli, 162 “A” saylı müqavilənin, 8 avqust 2019- cu il tarixli maliyyə arayışının üzərində olan “X9” yazısının qarşısındaki imzalar birbaşa icra olunmayıb, axınlı printerdə çap edilib; - habelə işə əlavə edilmiş 2 dekabr 2021-ci il tarixli digər ekspert rəyinə əsasən X8 ilə bağlanmış 28 yanvar 2019-cu il tarixli, 150 “A” saylı müqavilənin, eyni tarixli maliyyə arayı şının; İddiaçı1 ilə bağlanmış 08 fevral 2019- cu il tarixli, 160 “A” saylı müqavilənin, eyni tarixli maliyyə arayışının; İddiaçı3 ilə bağlanmış 08 avqust 2018-ci il tarixli, 162 “A” saylı müqavilənin, 8 avqust 2019-cu il tarixli maliyyə arayışının üzərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti Evrostroy-S.S” məzmunlu möhür əksləri hər hansı bir texniki qurğu (skayner, fotoaparat və sair) vasitəsilə kompüterə köçürülüb və qrafik proqram təminatından istifadə etməklə birbaşa axınlı printerdə çap edilib; - göründüyü kimi, sözügedən hər üç müqavilədə və maliyyə arayışlarında olan imzalar cavabdehin qanuni təmsilçisi X11 tərəfindən birbaşa icra olunmayıb, həmin sənədlər axınlı printerdə çap edilməklə icra olunub, cavabdehin dairəvi möhürü isə skaner və ya fotoaparat vasitə silə kompüterə köçürülüb və qrafik proqram təminatından istifadə etməklə birbaşa axınlı printerdə çap olunub; - apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 331.3-cü maddəsinin tələblərinə istinad edərək sözügedən müqavilələrin etibarlı olduğu və həmin müqavilələr üzrə öhdəliklərin bilavasitə cavabdeh tərəfindən pozulduğu qənaətinə gəlsə də, gəldiyi nəticəni sözügedən normanın, habelə Mülki Prosessual Məcəllənin 81, 88, 89, 101, 103, 106-cı maddələrinin tələblərinə cavab verən sübutlarla əsaslandırmayıb; - əvvəla, Mülki Məcəllənin 331.3-cü maddəsinin mənasına görə əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir; - “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli qərarında göstərilir ki, yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər; - Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxs lər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin; - hazırkı halda cavabdeh, ümumiyyətlə, qeyd olunan iddiaçılarla sözügedən əmlaklara dair yuxarıda göstərilən məzmunda müqavilələr bağladığını, həmin müqavilələrin bağlanması zamanı hər hansı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən istifadə etdiyini inkar edir. Bu fakt ekspertlərin rəyləri ilə də təsdiq olunur; - göründüyü kimi, sözügedən müqavilələrin yazı lı formada sənəd tərtib etmək yolu ilə bağlandığı iddia olunsa da, həmin müqavilələr cavabdehin qanuni təmsilçisi tərəfindən birbaşa imzalanmayıb, müqavilələr cavabdehin dairəvi möhürü ilə birbaşa təsdiq olunmayıb və ümumiyyətlə tərəflər arasında bu barədə hər hansı sənəd mübadiləsi baş verməyib. Başqa sözlə, iddiaçılar tərəfindən təqdim olunmuş skaner, fotoaparat və sair texniki qurğular vasitəsi ilə çap edilib çoxaldılmış müqavilələrin, maliyyə arayışlarının, müqavilə iştirakçısı olan cavabdehdən gəlməsini dürüst müəyyənləşdirməyə açıq-aşkar imkan vermir; - apellyasiya instansiyası məhkəməsi, qeyd olunan hallara lazımi diqqət yetirmədən, sözügedən müqavilələlərin etibarlılığı, habelə həmin müqavilələri cavabdehin sonradan bəyənib-bəyənmədiyi ilə bağlı kifayət qədər araşdırma aparmadan, h əmin müqavilələlərin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıbbağlanmadığını tam, hərtərəfli və obyektiv yoxlamadan, yalnız iddiaçıların iradəsini ifadə edən sözügedən müqavilələrə əsaslanaraq iddianı mübahisələndirilən hissədə də təmin etmişdir; - yaddan çıxarmaq olmaz ki, Mülki Məcəllənin 358-ci maddəsinin mənasına görə, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur; - hazırkı işdə sözügedən müqavilələrin cavabdehin qanuni təmsilçisi tərəfindən imzalanması, həmin müqavilələrin cavabdehin dairəvi möhürü ilə təsdiq edilməsi, başqa sözlə cavabdehin mübahisəl i əmlakları məhz qeyd olunan iddiaçılara satması barədə sonradan müqavilələri bəyənməsinə dair heç bir mötəbər yazılı sübut yoxdur. Halbuki, sözügedən normanın mənasına görə, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əqd bağlaması o, halda etibarlı sayıla bilər ki, həmin əqdin bağlanması bilavasitə səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verdiyi razılığı) ilə həyata keçirilmiş olsun və ya səlahiyyətli şəxs sonradan həmin əqdi bəyənsin; - mülki hüququn bəyənmə –sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə görə, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir; - səlahiyyət verilməyən şəxsin bağlad ığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir; - hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir; - Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcbur i forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın müəyyən hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və sair) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir; - nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə görə, əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər; - mülki qanunvericilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi b ağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir); - bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur; - əqdin etibarsızlığı dedikdə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutul muş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır; - bu baxımdan cavabdehin kassasiya şikayətinin dəlillər ilə qismən əsaslıdır və hesab sözügedən müqavilələrinin etibarlılığı üçün onun Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanması tələb olunur. Lakin hazırki halda həmin müqavilələrin bağlanması zamanı Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulub və cavabdehin sonradan həmin müqavilələri bəyənməsinə dair isə işdə heç bir sübut yoxdur; - buna görə də işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə qeyd olunan nöqsanlar aradan qaldırılmaqla yanaşı, sözügedən müqavilələrin etibarlılığı bir daha yoxlanılmalı, cavabdehin sonradan həmin müqavilələri bəyənib-bəyənməməsinə dair hərəkətləri b ir daha araşdırılmalı və yalnız bundan sonra iddia tələbinin qeyd olunan əmlaklara aid hissədə əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir; - iddiaçıların məhkəməyə təqdim etdikləri cavabdehin səlahiyyətli şəxsləri və təsisçiləri X13, Şahid2 və Şahid1 tərəfindən yazılmış, imzalanmış və möhür vurulmuş 2019-cu il tarixli ərizəyə gəlincə isə əvvəla, sözügedən şəxslərin həqiqətən cavabdehin qanuni təmsilçiləri və təsisçiləri olmaları mülki iş materialları ilə təsdiq olunmur; - digər tərəfdən, işdən görünür ki, iddiaçıların iddia etdikləri dövrdə cavabdehin qanuni təmsilçisi qeyd olunan şəxslər deyil, X9 olmuşdur və sözügedən ərizədə X13, Şahid2 və Şahid1 mübahisəli əmlakları iddiaçılara satdıqlarını deyil, cavabdehin nəzdində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada alqı-satqı etmələrinə etiraz etmədiklərini bildirmişlər; - işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir; ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
55. Təkrara apellyasiya baxışında apellyasiya instansiyası məhkəməsi Dövlət Vergi Xidmətinə sorğu verərək Şahid1, X13 və Şahid2 cavabdeh MMC-yə aidiyyəti olmalarına dair məlumatları istəmişdir.
56. Dövlət vergi Xidmətinin sorğuya cavabında göstərilib ki, Şahid2 cavabdeh MMC-nin dövlət qeydiyyatına alındığı xx.xx.2016-cı ildən hazıradək təsisçisidir. Həmçinin Şahid2 cavabdeh MMC-nin xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək rəhbəri olmuşdur. Şahid1 cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixdən hazıradək təsisçisidir. Qurumun qeydiyyat qovluğunda X6 cavabdeh MMC-nin təsisçisi və ya rəhbəri olması barədə məlumat müəyyən edilməyib.
57. Apellyasiya instansiyası məhkəməsi 01.10.204-cü il tarixli qərardadla əlvamə məhkəmə-texniki ekspertizası təyin etmişdir.
58. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/25/1307/2024 saylı ekspert rəyində fərqli nəticəyə gəlinməmişdir.
59. Apellyasiya baxışında sonuncu rəyi vermiş ek spert rəylə bağlı dindirilmişdir.
60. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-235/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, X8 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1446/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə - “8 fevral 2019-cu il tarixli, 160 “A” saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunun 6-girişli, 16 mərtəbəli yaşayış evinin “A” girişinin 1-ci və 2-ci mərtəbəsində yerləşən, hər mərtəbədə ümumi sahəsi 100 kv.metr olmaqla, cəmi 200 kv.metr qeyri-yaşayış sahəsinə İddiaçı1; 8 avqust 2018-ci il tarixli, 162 “A” saylı müqavil ə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunun 6-girişli, 16 mərtəbəli yaşayış evinin “A” girişinin 1-ci və 2-ci mərtəbəsində yerləşən, hər mərtəbədə ümumi sahəsi 103,4 kv.metr olmaqla, cəmi 206,8 kv.metr qeyri-yaşayış sahəsinə İddiaçı3; 28 yanvar 2019-cu il tarixli, 150 “A” saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunun 6-girişli, 16 mərtəbəli yaşayış evinin “C” girişinin 2ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 106 kv.metr olan 131 saylı mənzilə X1, istifadə hüquqlarının tanınması və həmin əmlakların təhvil verilməsinin Cavabdehnə həvalə edilməsi” hissələrində dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəf indən ödənilmiş dövlət rüsumunun onların özünə aid edilməsi qət edilmişdir. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev, Fuad Abdıyev)
61. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onuna əsaslandırmışdır ki, iddiaçılar razılaşdırılmış məbləğdə pulu (qiymət) ödəmələrinə baxmayaraq, cavabdehin, aralarında bağlanmış müqavilələrə əsasən yaşayış və qeyri-yaşayış sahələrini təhvil verməkdən imtina etdiyinə istinad edirlər, cavabdeh isə müqavilələrin bağlanmasını, mübahisəli sahələrə dair iddiaçılar ilə hər hansı razılaşmanın olmasını inkar edir. Belə olan halda hazırda araşdırılmalı olan məsələlər - iddia edilən müqavilələrin mülki qanunvericiliyə uyğun şəkildə bağlanması, bununla da tərəflər arasında müqavilə münasibətlərinin yaranması, nəticəsində cavabdehin üzərin ə götürdüyü öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi faktı təşkil edir.
62. Müqavilə münasibətlərinin yarandığını təsdiq edən sübut olaraq İddiaçı1 - Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6-girişli, 16 mərtəbəli yaşayış evinin “A” girişinin 1-ci və 2-ci mərtəbəsində yerləşən, hər mərtəbədə ümumi sahəsi 100 kv.metr olmaqla, cəmi 200 kv.metr qeyri-yaşayış sahəsinə dair 8 fevral 2019-cu il tarixli, 160 “A” saylı müqavilə; İddiaçı3 - Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunun 6-girişli, 16 mərtəbəli yaşayış evinin “A” girişinin 1ci və 2-ci mərtəbəsində yerləşən, hər mərtəbədə ümumi sahəsi 103,4 kv.metr olmaqla, cəmi 206,8 kv.metr qeyri-yaşayış sahəsinə 8 avqust 201 8-ci il tarixli, 162 “A” saylı müqavilə; X8 - Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunun 6 girişli, 16 mərtəbəli yaşayış evinin “C” girişinin 2ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 106 kv.metr olan 131 saylı mənzilə dair 28 yanvar 2019-cu il tarixli, 150 “A” saylı müqavilə təqdim etmişdir.
63. Onlar sözügedən müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etdiklərini təsdiq etmək məqsədilə müxtəlif tarixli maliyyə arayışlarını da iş materiallarına əlavə etmişlər.
64. Müvafiq araşdırmanı aparan birinci instansiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 5/721 saylı ekspert rəyinə əsasən, X4 məxsus xx.xx.2019-cu il tarixli müqavilənin, eyni tarixli maliyyə arayışın; İddiaçı1 məxsus xx. xx.2019-cu il tarixli 2 ədəd müqavilənin və 2 ədəd xx.xx.2019-cu il tarixli maliyyə arayışının; İddiaçı3 məxsus xx.xx.2018- ci il tarixli 2 ədəd müqavilənin və 2 ədəd xx.xx.2019-cu il tarixli maliyyə arayışının üzərlərində olan “Yeqanova A.R.” yazısının qarşısındakı imzaların birbaşa icra olunmadığını, axıntılı printerdə çap edildiyini müəyyən etmişdir.
65. Habelə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 5/1137-4/1423 saylı ekspert rəyinə əsasən məhkəmə, X4 məxsus xx.xx.2019-cu il tarixli müqavilənin, eyni tarixli maliyyə arayışının; İddiaçı1 məxsus xx.xx.2019-cu il tarixli 2 ədəd müqavilənin və 2 ədəd maliyyə arayışının; İddiaçı3 məxsus xx.xx.2018-ci il tarixli 2 ədəd müqavilənin və 2 ədəd xx.xx.2019-cu il tarixli maliyyə arayışının üzərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti “Evrostroy-S.S.” məzmunlu möhür əkslərinin hər hansı bir texniki qurğu (skaner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürüldüyünü və qrafik proqram təminatından istifadə edilməklə birbaşa axıntılı printerdə çap edildiyini müəyyən etmişdir.
66. Bu səbəbdən birinci instansiya məhkəməsi həmin müqavilələrə istinad edən iddiaçılara münasibətdə iddia tələblərinin rədd edilməsi qənaətinə gəlmişdir.
67. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-3828/2024 saylı qərardadına əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi, tədqiqatı müqayisəli şəkildə apararkən xx.xx.2024-cü il tarixli, 3-16-16/25/1307/2024 saylı ekspert rəyində fərqli nəticəyə gəlməmişdir.
68. X8 (xx.xx.2019-cu il tarixli), İddiaçı1 və İddiaçı3 adına tərtib edilmiş müqavilələrdə və maliyyə arayışlarında olan imzaların cavabdehin qanuni təmsilçisi X9 tərəfindən birbaşa icra olunmadığı, şırnaqlı (axıntılı) printerdə çap edilməklə icra olunduğu, cavabdehin dairəvi möhürünün isə skaner və ya fotoaparat vasitəsilə kompüterə köçürüldüyü və qrafik proqram təminatından istifadə edilməklə birbaşa şırnaqlı (axıntılı) printerdə çap olunduğu, X8, İddiaçı1 və İddiaçı3 adına tərtib edilmiş müqavilələrdə və maliyyə arayışlarında möhür əksi və “Yeqanova A.R.” yazısının qarşısındakı imzanın digər iddiaçıların tərəf olduqları müqavilələr və maliyyə arayışlarındakı möhür əksi və “Yeqanova A.R.” yazısının qarşısındakı imza ilə müqayisədə fərqli üsulla icra olunduğu müəyyən edilmişdir.
69. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatları ilə X8, İddiaçı1 və İddiaçı3 ilə cavabdeh arasında etibarlı müqavilə münasibətlərinin yarandığını təsdiq edən sübut olaraq nəzərə alına bilməz.
70. Bundan başqa, müvafiq texniki qurğu vasitəsilə çap edilib çoxaldılmış müqavilələrin, maliyyə arayışlarının, müqavilə iştirakçısı olan cavabdehin iradə ifadəsinə uyğun olmasını dürüst şəkildə müəyyənləşdirməyə imkan verən (sözügedən müqavilələlərin etibarlılığı, habelə həmin müqavilələri cavabdehin sonradan bəyəndiyi, müqavilələlərin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmadığını təsdiq edən) başqa sübutların təqdim edilməsi iddiaçılara təklif edilsə də, onlar sözügedən müqavilələrin cavabdehin qanuni təmsilçisi tərəfindən imzalanması, həmin müqavilələrin cavabdehin dairəvi möhürü i lə təsdiq edilməsi, başqa sözlə cavabdehin mübahisəli əmlakları məhz qeyd olunan iddiaçılara satması və yaxud da fərqli üsulla tərtib olunmuş müqavilələrin sonradan hüquqi şəxsin səlahiyyətli şəxsləri tərəfindən bəyənilməsinə dair heç bir mötəbər sübutu təqdim etməmişlər.
71. İddiaçılar tərəfindən istinad edilən - X13, Şahid2 və Şahid1 tərəfindən tərtib edilmiş, imzalanmış və möhürlənmiş 2019-cu il tarixli ərizəyə, Cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərara (istintaq zamanı Şahid2 verdiyi izahata) və Şahid2 səs yazısına gəlincə isə apellyasiya instansiyası mhkəməsi aşağıdakıları qeyd etməyi zəruri saymışdır.
72. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanın da Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi kollegiyanın verdiyi sorğuya xx.xx.2024-cü il tarixli cavab olaraq bildirmişdir ki, Dövlət Reyestri məlumatlarına əsasən, Şahid2 MMC-nin (VÖEN **********) dövlət qeydiyyatına alındığı xx.xx.2016-cı il tarixdən hazıradək təsisçisidir. Şahid2 MMC-nin xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək rəhbəri olmuşdur. Şahid1 MMC-nin xx.xx.2017-ci il tarixdən hazıradək təsisçisidir. Qurumun qeydiyyat qovluğunda X6 MMC-nin təsisçisi və ya rəhbəri olması barədə məlumat müəyyən edilməmişdir.
73. Göründüyü kimi istinad olunan şəxslər - Şahid2 və Şahid1 MMC-nin təsisçiləri olsa da, hüquqi şəxsin qanuni təmsilçisi deyillər, MMC-nin yaradılmasında iştirak edənlərdir (iştirakçılardır). Onların MMC-nin a dından çıxış etmək, o cümlədən adından hərəkət etmək, hüquqi münasibətlərdə onu təmsil etmək səlahiyyətlərinin olmasını təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. X6 MMC-nin təsisçisi və ya rəhbəri olaraq MMC-yə aidiyyəti ümumiyyətlə müəyyən edilməmişdir. İşdən də görünür ki, iddiaçılara aid müqavilələr bağlandığı dövrdə cavabdehin qanuni təmsilçisi qeyd olunan şəxslər deyil, X11 olmuşdur.
74. Bundan başqa, iddiaçılar tərəfindən istinad olunan cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan, Şahid2 aid səs yazısından və apellyatorların vəsatətlərinə əsasən dindirilmiş şahid ifadələrindən tərəflərin müqavilə münasibətlərində olmasını, qanunvericil iyə uyğun şəkildə bağlanmamış müqavilələlərin daha sonra etibarlı hala gəlməsini, yəni cavabdehin səlahiyyətli şəxsləri tərəfindən sonradan bəyənilməsini və həmin müqaviləyə əsasən MMCnin icra edilməmiş öhdəliklərinin mövcud olmasını müəyyən etmək mümkün olmamışdır.
75. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığı, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Lakin hazırkı halda mübahisəli müqavilələrin bağlanması, həmin müqavilələrin bağlanmasına cavabdeh MMC-nin razılaşdırılmış iradə ifadəsinin mövcudluğu, yaxud da daha sonra tərəfindən bəyənilməsini, göstərilən əmlaklara dair müqavilələrin cavabdehin iradəsinə uyğunlaşdırılmasını təsdiq edən hə r hansı sübut iş materiallarında əlavə edilməmişdir.
76. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 14.2, 324.1, 331.1-331.3, 337.1,-337.4, 351.1-351.5, 355.1, 355.2 357, 358.1, 358.2 385.1, Mülki prosessual Məcllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
77. İddiaçılar İddiaçı1 (Vəkil5), İddiaçı3 (Vəkil6) və (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında iddianın təmin edilməyən hissəsində təmin edilməsini xahiş etmişlər.
78. Kassasiya şikayətləri apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır. b) Ka ssasiya şikayətinə qarşı etiraz
79. Kassasiya şikayətinə cavabdeh tərəfindən etiraz daxil olmuşdur. Etirazda apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi göstərilmiş, bu səbəbdən şikayətin təmin edilmməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulanəsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq ların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinəvə ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və yaşəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərə flərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Maddə 331.2. Qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Maddə 331.3. Əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surət çıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. Maddə 337.1. Bu Məc əllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onunhərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz iki tərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsi nə malikdir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 385.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdətutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli qərarı Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etm əkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin. Azərbaycan Respublikasının Mülki Pro sessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəm əsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən a pellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
80. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
81. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və iddian ın təmin edilməyən hissəsində olub. Bu baxımdan qətnamənin tam yoxlanması dedikdə, apellyasiya baxışını prdemti olan hissə başa düşülür.
82. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
84. Apellya siya instansiyası məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iddia tələbləri və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
85. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 6176-cı bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.
86. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iddia tələbləri üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələblər üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları, o cümlədən ekspert rəylərini MPM-in 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, əlavə ekspertiza təyin etmiş, cavabdeh MMCnin təsisçi və qanuni təmsilçiləri ilə bağlı məlumatları əldə etmiş, əqdin sonradan bəyənilməsi halını müəyyən etməmiş, nəticədə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
87. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
88. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər əsasən iddia tələbinin və apellyasiya şikayətinin də dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərə də təkrar baxış zamanı apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, onları qəbul etməyib. Üstəlik, bu dəlillər kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə əvvəlki qərarında göstərilənlər baxımından da əsaslı sayıla bilməz.
89. Məhkəmə koll egiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
90. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: iddiaçılar İddiaçı1, X8 və İddiaçı3 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-235/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.