Məhkəmə qərarları › İş №2(102)-1956/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1956/2024

13.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1956/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19, Astara rayon Siyaku bələdiyyəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Mülki mübahisənin kateqoriyası: Torpaq münasibətlərindən irəli gələn mübahisələr; Torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamaye v Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikili və qurğuların cavabdehlərin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək sahibliyə qaytarılması, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması tələbinə dair” iddia üzrə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “31” yanvar 2024-cü il tarixli 2(106)-86/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İJN-0763, KOD 80108018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsaəsən Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə Astara rayonu, Siyaku kəndində cizgidə göstərilən sərhəd daxilində yerləşən 0,47 ha torpaq sahəsi X20 və onun ailə üzvləri X3, X8, İddiaçı, X4 və X1 mülkiyyətinə verilmişdir.

2. JN-0764, KOD 80108018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə Astara rayonu, Siyaku kəndində cizgidə göstərilən sərhəd daxilində yerləşən 0,28 ha torpaq sahəsi Cavabdeh1 və onun ailə üzvləri X12, X13, X5 və X14 mülkiyyətinə verilmişdir.

3. JN-0765, KOD 80108018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə Astara rayonu, Siyaku kəndində cizgidə göstərilən sərhəd daxi lində yerləşən 0,43 ha torpaq sahəsi X15 və onun ailə üzvləri X9, X2, X16, X6, Cavabdeh2 və X10 mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri tələbi, qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvülərinin mülkiyyətində olan 0,47 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikililərin və qurğuların cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilərək onları sahibliyinə qaytarılması və cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi on unla əsaslandırmışdır ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə onun və ailə üzvülərinin mülkiyyətnə Astara rayon Siyəkü kəndi ərazisində 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağın mülkiyyət hüququna dair” JN-0765 saylı, 80108018 kodlu Dövlət Aktı da tərtib edilmişdir. Həmin 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların mülkiyyətində olmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş, orada tikililərin və qurğular inşa edilmişdir. Belə olan halda onun və ailə üzvülərinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulmuşdur. Dəfələrlə cavabdehlərdən torpaq sahəsinin azad edilməsini tələb etsə də, bir nəticə əldə edə bilməmişdir. Ona görə də, o, idd ianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh1 izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə onun və ailə üzvülərinin mülkiyyətnə Astara rayon Siyəkü kəndi ərazisində 0,28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağın mülkiyyət hüququna dair” JN-0764 saylı, 80108018 kodlu Dövlət Aktı da tərtib edilmişdir. O, İddiaçı Sadiq oğlunun mülkiyyətində olan torpaq sahəsini tutmamışdır. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 17 mart 2023-cü il ta rixli, 10/1163 saylı rəyindən məlum olub ki, “Torpağın mülkiyyət hüququna dair” JN-0765 saylı, 80108018 kodlu Dövlət Aktın qeyd edilən İddiaçı Sadiq oğlunun və ailə üzvülərinin mülkiyyətlərində olan 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və “Torpağın mülkiyyət hüququna dair” JN-0764 saylı, 80108018 kodlu Dövlət Aktında qeyd edilən iddiaçı Cavabdeh1 və ailə üzvülərinin mülkiyyətlərində olan 0,28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edildi. “Torpağın mülkiyyət hüququna dair” JN-0765 saylı, 80108018 kodlu Dövlət Aktın qeyd edilən İddiaçı Sadiq oğlunun və ailə üzvülərinin mülkiyyətlərində olan 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 hektar hissəsinin Cavabdeh1 tərəfindən istifadə edilməsi, həmin 0,47 hektar kənd təsərrüfa tı təyinatlı torpaq sahəsinin Cavabdeh1 tərəfindən istifadə edilən 0,21 hektar hissəsində tikilinin (fərdi yaşayış evinin) olması müşahidə edilmişdir. Həmçinin Cavabdeh2“Torpağın mülkiyyət hüququna dair” JN-0765 saylı, 80108018 kodlu Dövlət Aktın qeyd edilən İddiaçı Sadiq oğlunun və ailə üzvülərinin mülkiyyətlərində olan 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 hektar hissəsinin Cavabdeh2 tərəfindən istifadə edilməməsi müəyyən edilmişdir.

8. Astara Rayon Məhkəməsinin 2(018)-19/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, (hakim M.İ. Məmmədov), iddia qismən təmin olunmuş, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə İddiaçı Sadiq oğlunun və ailə üzvülərinin mülkiyyətnə verilmiş, Astara rayon Siyəkü kəndi ərazisində yerlə şən və “Torpağın mülkiyyət hüququna dair” JN-0765 saylı, 80108018 kodlu Dövlət Aktında qeyd edilən 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 hektar hissəsinin Cavabdeh1 qanunsuz sahibliyindən azad edilməsi və İddiaçı Sadiq oğluna qaytarılması, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə İddiaçı Sadiq oğlunun və ailə üzvülərinin mülkiyyətnə verilmiş, Astara rayon Siyəkü kəndi ərazisində yerləşən və “Torpağın mülkiyyət hüququna dair” JN-0765 saylı, 80108018 kodlu Dövlət Aktında qeyd edilən 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 hektar hissəsində Cavabdeh1 tərəfindən tikilmiş tikilinin (fərdi yaşayış evi) onun öz hesabına sökülməsi, Cavabdeh1 ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat, ödənilmiş mütəxəss is rəyinin rüsumuna görə 40 (qırx) manat pul alınıb, İddiaçı Sadiq oğluna verilməsi, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pula görə İddiaçı Sadiq oğlunun və Cavabdeh1 hər birindən 25 (iyirmi beş) manat pul alınaraq dövlət büdcəsinə müvafiq hesaba ödənilməsi, iddia tələbinin Cavabdeh2 ilə bağlı hissədə və 0,26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz zəbtindən azad edilməsi hissəsində təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının və onun ailə üzvülərinin mülkiyyətində olan 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 hektar hissəsinin Cavabdeh1 tərəfindən zəbt edilməsi və orada tikilinin (fərdi yaşayış evinin) tikilm əsi müəyyən edilmişdir. Cavabdeh2 tərəfindən isə iddiaçının və onun ailə üzvülərinin mülkiyyətində olan 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edilməməsi müəyyən edilmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 17 mart 2023-cü il tarixli, 10/1354 saylı rəyinə əsasən də təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə, 111-ci maddəsinə, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 80, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat:

11. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(018)19/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilməsini, iddia rədd edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən tikili qətnamədə qeyd edildiyi kimi onun tərəfindən deyil, dövlət tərəfindən şəhid ailəsinə tikilmişdir (onun əmisinə). Həmin ev Cavabdeh1 tərəfindən inşa edilmədiyindən və ona məxsus olmadığından onun vəsaiti hesabına başqasına məxsus fərdi yaşayış evinin sökülməsi ağlabatan fikir deyil. Göstərilənlərə əsasən belə bir nəticəyə gəlmək olar ki, işin faktiki halları yetərincə araşdırılmamışd ır. Bununla bağlı xahiş edir ki, lazım olarsa, aidiyyəti üzrə ekspertiza təyin edilsin.

13. Apellyasiya məhkəməsində aparılan icraat zamanı X19, Astara rayon Siyaku bələdiyyəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi hazırkı mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

14. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən Cavabdeh1 çıxış edərək bildirmişdir ki, o, heç kimə məxsus torpaq sahəsini zəbt etməmişdir. Mübahisə predmeti olan ev Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid atası olan əmisi X19 üçün tikilmişdir. Hesab edir ki, onun tərəfindən və yaxud da onun üçün inşa edilməmiş evin sökülməsinin onun hesabına həyata keçirilməsi ilə bağlı məh kəmənin gəldiyi mövqe düzgün olmamışdır. Həmçinin bildirdi ki, o, heç kəsin torpaq sahəsini zəbt etmədiyinə görə cavabdeh kimi də tanınmamalı idi. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən üçüncü şəxs X19 çıxış edərək bildirmişdir ki, mübahisəli ərazidə yerləşən ev şəhid atası olduğuna görə ona Astara Rayon İcra Hakimiyyətinin tapşırığı əsasında Astara rayon Siyaku bələdiyyəsi tərəfindən göstərilmiş ərazidə Sosial Xidmətlər Agentliyi tərəfindən inşa edilmişdir. Halhazırda həmin evdə onun özü və qardaşı oğlu olan Cavabdeh1 övladı yaşayır.

16. Apellyasiya məhkəməsində üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə1 çıxış edərək bildirmişdir ki, Agentlik tərəfindən şəhid atası olan və Astara RİH-də yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış X11 Astara rayon Siyaku bələdiyyəsi tərəfindən göstərilmiş ərazidə ev inşa edilmişdir. Agentliyə evin inşa edilməsi ilə bağlı 2021-ci ildə müraciət olunmuş, 2023-cü ildə ev tikilərək Osmanağa Rüstəmova akt tərtib edilməklə təhvil verilmişdir. Agentlikdə həmin evin tikildiyi torpaq sahəsi ilə bağlı hər hansı sənəd mövcud deyil. Evin tikilməli olduğu torpaq sahəsi təmsil etdiyi quruma Astara rayon Siyaku bələdiyyəsi tərəfindən təqdim edilmiş, lakin bununla bağlı heç bir sənədləşmə aparılmamışdır.

17. Apellyasiya məhkəməsində üçüncü şəxs Astara rayon Siyaku bələdiyyəsinin nümayəndəsi (sədri) Nümayəndə2 çıxış edərək bildirmişdir ki, həqiqətən də şəhid atası o lan X11 Sosial Xidmətlər Agentliyi tərəfindən Astara rayonu, Siyaku kəndində ev inşa edilmişdir. Həmin evin inşa edilməsi üçün Astara Rayon İcra Hakimiyyətinin şifahi tapşırığı əsasında kənd ərazisində yer müəyyən edilmişdir. Evin inşa edildiyi yer isə Cavabdeh1 faktiki istifadəsində olmuş, onun faktiki istifadəsində olan torpaq sahəsinin 0,06 hektar hissəsində Osmanağa Rüstəmova ev tikilməsinə dair etiraz etmədikləri barədə bələdiyyə tərəfindən arayış verilmişdir. Bələdiyyədə olan məlumata görə, mübahisəli evin tikildiyi ərazi bələdiyyə mülkiyyətindədir, lakin hazırda bələdiyyədə bununla bağlı hər hansı xəritə məlumatı və ya digər sənəd mövcud deyil.

18. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri V üqar Behbudov tərəfindən imzalanmış və Agentliyin möhürü ilə möhürlənmiş sənədin surətinə əsasən Astara RİH-də yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış imtiyazlı şəxsə - X11 (imtiyazı: şəhid ailəsi; növbəyə dayandığı tarix: xx.xx.2007) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamına əsasən Astara rayonu, Siyaku küçəsindən 2 otaqlı, sahəsi 63,6 kv.m olan fərdi ev verilmişdir.

19. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşası başa çatdırılmış Astara rayonu, Siyaku kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinin imtiyazlı şəxs X11 təhvil verilməsi barədə 16 yanvar 2023-cü il tarixində akt tərtib edilmişdir. 20. 12 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/7453 nömrəli ekspert rəyinə əsasən aparılmış tədqiqatla Astara rayonunun Siyaku kəndində mübahisəli ərazidə yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən inşa edilərək X11 təhvil verilmiş baxış zamanı təqdim olunan tikilinin (fərdi yaşayış evinin) ümumi sahəsinin 75,6 kv.m, həmin tikilinin tikintialtı sahəsinin 97,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Astara rayonunun Siyaku kəndi ərazisində mübahisəli ərazidə yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən inşa edilərək X11 təhvil verilmiş tikili (fərdi yaşayış evi) üçün nəzərdə tutulmuş həyətyanı sahənin planı, koordinatları sxemi iş materiallarına əlavə edilmədiyindən və baxış zamanı təqdim olunmadığından həmin torpaq sahəsinin faktiki ölçüsünü müəyyən etmək mümkün olmamışdır. Aparılmış ölçü işləri nəticəsində müəyyən olunmuşdur ki, faktiki istifadə olunan mübahisəli torpaq sahəsi 0,21 ha təşkil edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 321-3-43/2-43/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Astara rayonunun Siyaku kəndi ərazisində mübahisəli ərazidə yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən inşa edilərək X17 təhvil verilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi JN-763 nömrəli Döv lət aktı ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş pay torpaq sahəsidir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.

21. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-86/2024 saylı, 31 yanvar 2024 il tarixli qətnaməsi ilə (hakimlər – S.İ Mayılov (sədrlik edən və məruzəçi), T.X.Heydərov, P.T.Əhmədov) apellyasiya şikayəti təmin edilmiş və birinci instansiya məhkəməsinin 2(018)-19/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikili və qurğuların cavabdehlərin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək sahibliyə qaytarılması, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Astara rayonunun Siyaku kəndi ərazisində yerləşən onun və ailə üzvlərinin mülkiyyətində olan 0,47 hektar torpaq sahəsinin koordinatları daxilində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin və qurğuların cavabdehlərin öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək sahibliyinə (ailə üzvlərinə) qaytarılması, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması, habelə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını tələb etmiş, tələbini cavabdehlərin həmin torpaq sahəsini zəbt etmələri, zəbt etdikləri torpaq üzərində qanunsuz olaraq tikililər və qurğular tikməl əri, beləliklə, onun və ailəsinin mülkiyyət hüquqlarını pozmaları ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi tərəfindən isə işin halları hərtərəfli araşdırılmadan natamam materiallar əsasında ekspertiza təyin edilərək mübahisəli 0,47 ha torpaq sahəsinin 0,21 ha hissəsinin Cavabdeh1 tərəfindən istifadə edilməsi və həmin hissədə tikilmiş evin müşahidə edilməsi müəyyən olunmuşdur.

23. Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri əsasında araşdırma aparılarkən müəyyən olunmuşdur ki, əslində mübahisəli fərdi yaşayış evi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə şəhid ailəsi kimi X19 üçün inşa edilmişdir. Həmin evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya məxsus olub-olmaması məsələsinin araşdırılması üçün isə apellyasiya məhkəməsi tərəfindən əlavə məhkəmə ekspertizası keçirilərək 12 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/7453 nömrəli ekspert rəyi əldə olunmuşdur. Həmin rəylə isə müəyyən olunmuşdur ki, Astara rayonunun Siyaku kəndində mübahisəli ərazidə yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən inşa edilərək X11 təhvil verilmiş baxış zamanı təqdim olunan ümumi sahəsi 75,6 kv.m, tikintialtı sahəsi 97,5 kv.m olan həmin tikilinin (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi JN-763 nömrəli Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş pay torpaq sahəsidir və faktiki istifadə olunan mübahisəli torpaq sahəsi 0,21 ha təşkil edir. Apellyasiya məhkəməsinin iclasında da X19 qeyd etmişdir ki, hal-hazırda həmin evdə onun özü və qardaşı o ğlu olan Cavabdeh1 övladı yaşayır.

24. Qeyd edilənlərdən də göründüyü kimi, Astara rayonunun Siyaku kəndi ərazisində yerləşən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan JN-0763, KOD 80108018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd edilmiş 0,47 hektar torpaq sahəsinin koordinatları daxilində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər hansı tikili və ya qurğu inşa edilməmiş, həmin torpaq sahəsindəki fərdi yaşayış evi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən X19 üçün inşa edilmiş və hazırda da sonuncunun istifadəsindədir. Lakin hazırkı iş üzrə iddia tələbi X11 qarşı deyil, Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırılmışdır. 25. 17 mart 2023-cü il tarixli, 10/1163 saylı ekspert rəyində Torpaqla rın elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-763 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X23 (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,21 ha hissəsinin bütövlükdə Cavabdeh1 tərəfindən istifadə edilməsi qeyd olunsa da, məhkəmə kollegiyası ekspert rəyinin həmin hissəsinin işin müəyyən edilmiş hallarına uyğun olmadığını hesab edir və ekspert rəyinin həmin hissəsinin qiymətləndirilməsi zamanı onun iş üzrə əldə olunmuş digər sübutlarla təkzib olunması qənaətinə gəlir.

26. Bundan əlavə, iddiaçı da özünün və ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən pay torpaq sahəsinin hər hansı hissəsinin məhz ca vabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə olunması barədə sübut təqdim etməmişdir.

27. İş üzrə sübutlarla da cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsindən istifadə etməsi halı təsdiq olunmamışdır.

28. İddiaçıya və ailə üzvlərinə məxsus JN-0763, KOD 80108018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd edilmiş 0,47 hektar torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər tərəfindən istifadə edilməsi və həmin torpaq sahəsində cavabdehlər tərəfindən hər hansı tikili və ya qurğunun inşa edilməsi halı iş materialları ilə öz təsdiqini tapmadığından, həmin torpaq sahəsində cavabdehlər tərəfindən hər hansı özbaşınalıq hərəkətlərinin edilməsi müəyyən edilmədiyindən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.

29. Bunu nla yanaşı, iş materiallarının 106-cı vərəqində surəti olan Astara rayon Siyaku bələdiyyəsi tərəfindən Cavabdeh1 verilmiş 97 nömrəli arayışdan görünür ki, əmisi X7 yaşadığı yerdə torpaq sahəsi olmadığı üçün Cavabdeh1 istifadəsində olan torpaq sahəsinə bitişik zəbt olunmuş torpaq sahəsindən 0,06 ha əmisi X21 verilməsinə Siyaku bələdiyyəsi etiraz etmir. Lakin həmin arayışda da torpaq sahəsinin kim tərəfindən zəbt olunması konkret göstərilməmiş, zəbt olunmuş torpaq sahəsinin Cavabdeh1 istifadəsində olan torpaq sahəsinə bitişik olan torpaq sahəsi olduğu qeyd edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası bildirir ki, bələdiyyə tərəfindən əlyazma şəkildə sadə formada tərtib edilmiş bu cür arayışla torpaq sahəsinin kim tərəfindən zəbt olunması halının müəyyən edilməsi də mümkün deyil və torpaq sa həsinin zəbt olunub-olunmaması məsələsi xüsusi texniki cihazların vasitəsilə xəritə və koordinatlara əsaslanaraq araşdırılmalıdır.

30. Beləliklə, yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

31. MPM-in 107-ci, 115-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirmişdir ki, iddia tələbi təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 09 yanva r 2023-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 96,80 manat məbləğində xidmət haqqı iddiaçının özünə aid edilməli, 17 mart 2023-cü il tarixli, 10/1163 nömrəli və 12 dekabr 2023-cü il tarixli, 3-16-16/210/7453 nömrəli ekspert rəylərinin verilməsi üçün aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 100 manat məbləğində ekspertiza xərci iddiaçıdan tutulmalıdır.

32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, həmin maddənin İV hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə, 84-cü maddəsinin 3-cü hissəsinə, 111-ci maddəsinə, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88 -ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a)Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-86/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın yenidən araşdırılması üçün təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinin zəbt edilib-edilməməsini müəyyən etmək üçün həm birinci instansiya məhkəməsi, həm də Şirvan Apellyasiya Məhkəməsində tikinti-texniki ekspertizasının keçirilməsi barədə qərardad qəbul etmişdir. Astara rayon Məhkəməsinin qərardadı ilə təyin edilmiş xx.xx.2023- cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, “...Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-763 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə İddiaçı (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 hektar pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,21 hektar hissəsinin bütövlüklə Cavabdeh1 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur.” “Astara İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı əsasında JN-763 (Kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X23 (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Siyakü kəndi ərazisində yerləşən 0,47 hektar torpaq sahəsinin mübahisəli ərazidə olan Cavabdeh1 tərəfindən istifadə edilən 0,21 hektar hissəsində tikilinin (fərdi ya şayış evinin) olması müşahidə edilmişdir.” Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə təyin edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, “Astara rayonun Siyəkü kəndi ərazisində münahisəli ərazidə yerləşən Azərbaycan RespublikasıƏmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən inşa edilərək X11 təhvil verilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi LN-763 nömrli Dövlət aktı ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş pay torpaq sahəsidir.”

35. Lakin məhkəmə işin həqiqi halını əks etdirməsinə baxmayaraq bu halın mötəbərliyinə əhəmiyyət verməmişdir. Bununla da məhkəmə MPM-nin 218-ci maddəsinin və 88-ci maddəsinin məhkəmənin üzərinə qoyduğu vəzifəsini tam icra etməmişdir.

36. İddiaçı kassasiya şikayətinin əsası kimi Azə rbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.2, 157.4-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası MPM-nin 76.1-ci,76.2, 88, 102.3, 217.2, 218-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

38. Maddə

13. I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

39. Maddə

29. I.Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

40. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

41. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını ge ri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

42. Maddə 84.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

43. Maddə 111.

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüq uqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 45. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

49. Maddə 217.4 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddia nın təmin olunub-olunmadığını müəyyən edir.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün ape llyasiya instansiyası məhkəməsinə göndərə bilər;

54. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikili və qurğuların cavabdehlərin öz vəsaiti hesabına sökülməsi hissəsinin rədd edilməsi hissəsində apellyasiya insta nsiyası məhkəməsi tərəfindən müvafiq hüquq hüquq normaları düzgün tətbiq olunmuşdur.Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Astara rayonunun Siyaku kəndi ərazisində yerləşən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan JN-0763, KOD 80108018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd edilmiş 0,47 hektar torpaq sahəsinin koordinatları daxilində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər hansı tikili və ya qurğu inşa edilməmiş, həmin torpaq sahəsindəki f ərdi yaşayış evi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən X19 üçün inşa edilmiş və hazırda da sonuncunun istifadəsindədir. Lakin hazırkı iş üzrə iddia tələbi X11 qarşı deyil, Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırılmışdır

60. Kollegiya bildirir ki, həmin hissədə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

61. Lakin kassasiya kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2024-cü il tarixli 2(106)-86/2024 nömrəli qətnaməsinin iddia tələbinin torpaq sahəsinin sahibliyə qaytarılması, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması hissəsinin təmin edilməməsi hissəsi ilə razılaşmır.

62. Belə ki, iş birinci instansiya məhkəməsinin icraatında olarkən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 17 mart 2023-cü il tarixli, 10/1163 saylı rəyindən məlum olub ki, “Torpağın mülkiyyət hüququna dair” JN-0765 saylı, 80108018 kodlu Dövlət Aktın qeyd edilən İddiaçı Sadiq oğlunun və ailə üzvülərinin mülkiyyətlərində olan 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və “Torpağın mülkiyyət hüququna dair” JN-0764 saylı, 8 0108018 kodlu Dövlət Aktında qeyd edilən iddiaçı Cavabdeh1 və ailə üzvülərinin mülkiyyətlərində olan 0,28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. “Torpağın mülkiyyət hüququna dair” JN-0765 saylı, 80108018 kodlu Dövlət Aktın qeyd edilən İddiaçı Sadiq oğlunun və ailə üzvülərinin mülkiyyətlərində olan 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 hektar hissəsinin Cavabdeh1 tərəfindən istifadə edilməsi müəyyən olunmuş, həmin 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 tərəfindən istifadə edilən 0,21 hektar hissəsində tikilinin (fərdi yaşayış evinin) olması müşahidə edilmişdir. Həmçinin Cavabdeh2“Torpağın mülkiyyət hüququna dair” JN-0765 saylı, 80108018 kodlu Dövlət Aktın qeyd edilən İddiaçı Sadiq oğlunun və ailə üz vülərinin mülkiyyətlərində olan 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 hektar hissəsinin Cavabdeh2 tərəfindən istifadə edilməməsi müəyyən edilmişdir.Birinci instansiya məhkəməsi tərəfindən həmin rəy nəzərə alınmaqla iddiaçının və onun ailə üzvülərinin mülkiyyətində olan 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 hektar hissəsinin Cavabdeh1 tərəfindən zəbt edilməsi və orada tikilinin (fərdi yaşayış evinin) tikilməsi müəyyən edilmiş, müəyyən edilənlər nəzərə alınmaqla müvafiq qətnamə qəbul edilmişdir.

63. Cavabdeh1 apellyasiya şikayəti verərək qeyd etmişdir ki, mübahisələndirilən tikili qətnamədə qeyd edildiyi kimi onun tərəfindən deyil, dövlət tərəfindən şəhid ailəsinə tikilmişdir (onun əmisinə). Həmin ev Cavabdeh1 tərəfindən inşa edilmədiyindən və on a məxsus olmadığından onun vəsaiti hesabına başqasına məxsus fərdi yaşayış evinin sökülməsi ağlabatan fikir deyil. Göstərilənlərə əsasən belə bir nəticəyə gəlmək olar ki, işin faktiki halları yetərincə araşdırılmamışdır. Bununla bağlı xahiş edir ki, lazım olarsa, aidiyyəti üzrə ekspertiza təyin edilsin.

64. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətindən görünür ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin Astara rayon Siyəkü kəndi ərazisində yerləşən və “Torpağın mülkiyyət hüququna dair” JN-0765 saylı, 80108018 kodlu Dövlət Aktında qeyd edilən 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,21 hektar hissəsinin Cavabdeh1 qanunsuz sahibliyindən azad edilməsi və İddiaçı Sadiq oğluna qaytarılması hissəsini mübahisələndirməmişdir.

65. Astara rayon Siyaku b ələdiyyəsi tərəfindən Cavabdeh1 verilmiş 97 nömrəli arayışdan görünür ki, əmisi X7 yaşadığı yerdə torpaq sahəsi olmadığı üçün Cavabdeh1 istifadəsində olan torpaq sahəsinə bitişik zəbt olunmuş torpaq sahəsindən 0,06 ha əmisi X21 verilməsinə Siyaku bələdiyyəsi etiraz etmir.

66. Apellyasiya instansiyası məhkəməsi tərəfindən əlavə məhkəmə ekspertizası keçirilərək 12 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/7453 nömrəli ekspert rəyi əldə olunmuşdur. Həmin rəylə müəyyən olunmuşdur ki, Astara rayonunun Siyaku kəndində mübahisəli ərazidə yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən inşa edilərək X11 təhvil verilmiş baxış zamanı təqdim olunan ümumi sahəsi 75,6 kv.m, tikintialtı sahəsi 97,5 kv.m olan həmin tikilinin (fə rdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi JN-763 nömrəli Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş pay torpaq sahəsidir və faktiki istifadə olunan mübahisəli torpaq sahəsi 0,21 ha təşkil edir.

67. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 17 mart 2023-cü il tarixli, 10/1163 saylı ekspert rəyində Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-763 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X23 (Məli) oğlu və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən 0,47 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,21 ha hissəsinin bütövlükdə Cavabdeh1 tərəfindən istifadə edilməsi qeyd olunsa da, məhkəmə kollegiyası ekspert rəyinin həmin hissəsinin işin müəyyən edilmiş halla rına uyğun olmadığını hesab edir və ekspert rəyinin həmin hissəsinin qiymətləndirilməsi zamanı onun iş üzrə əldə olunmuş digər sübutlarla təkzib olunması qənaətinə gəlir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı da özünün və ailə üzvlərinin mülkiyyətində olan Astara rayonu, Siyaku kəndi ərazisində yerləşən pay torpaq sahəsinin hər hansı hissəsinin məhz cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə olunması barədə sübut təqdim etməmişdir. İş üzrə sübutlarla da cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsindən istifadə etməsi halı təsdiq olunmamışdır.

68. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşmır.Çünki əvvəla Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissəsini ape llyasiya şikayətinin dəlilləri ilə mübahisələndirməmişdir. Eyni zamanda digər işdə iştirak edən şəxslər də apellyasiya şikayəti verməmişlər.İkincisi eyni təşkilat– Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2 rəydən (17 mart 2023-cü il və 12 dekabr 2023-cü il tarixli rəylər) 17 mart 2023-cü il tarixli rəydə müəyyən edilən halın işin müəyyən edilən hallarına uyğun olmamasını kifayət qədər əsaslandıra bilməmişdir. 17 mart 2023-cü il tarixli rəydə 0,47 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 0,21 ha hissəsinin bütövlükdə konkret olaraq Cavabdeh1 tərəfindən istifadə edilməsi qeyd olunsa da 12 dekabr 2023-cü il tarixli rəydə isə qeyd edilmişdir ki, Astara rayonunun Siyaku kəndində mübahisəli ərazidə yerləşən Azərbaycan Respublikası Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən inşa edilərək X11 təhvil verilmiş baxış zamanı təqdim olunan ümumi sahəsi 75,6 kv.m, tikintialtı sahəsi 97,5 kv.m olan həmin tikilinin (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi JN-763 nömrəli Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş pay torpaq sahəsidir və faktiki istifadə olunan mübahisəli torpaq sahəsi 0,21 ha təşkil edir.

69. Məhkəmə kollegiyası qeyd edir ki, əgər apellyasiya instansiyası məhkəməsi torpaq sahəsinin faktiki kimin tərəfindən istifadə edilməsi ilə əlaqədar ekspert rəyləri arasında ziddiyyət görürdüsə həmin ziddiyətin aradan qaldırılması üçün prosessual imkanlardan da istifadə edə bilərdi.Lakin apellyasiya instansiyası məhkəməsi belə istiqamətli kifayət qədər araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır.

70. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin torpaq sahəsinin sahibliyə qaytarılması, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması hissəsinin təmin edilməməsi hissəsi üzrə araşdırması və sübutlara qiymət verməsi prosessual hüquq normalarının tələblərinə cavab vermir.

71. Həmin hissə üzrə prosessual hüquq normalarının pozulması maddi hüquq normalarının düzgün tətbiq edildiyi qənaətinə gəlməyə imkan vermir.

72. Yuxarıda qeyd edilənlərə görə məhkəmə kollegiyası belə qənaətə gəlir ki,İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2024-cü il tarixli 2(106)-86/2024 nömrəli qətna məsi iddia tələbinin torpaq sahəsinin sahibliyə qaytarılması, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması hissəsinin təmin edilməməsi hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2024-cü il tarixli 2(106)-86/2024 nömrəli qətnaməsi iddia tələbinin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikili və qurğuların cavabdehlərin öz vəsaiti hesabına sökülməsi hissəsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

73. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin torpaq sahəsinin sahibliyə qaytarılması, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması hissəsində işə yenidən baxılarkən yuxarıda şərh olunan nöqsanları aradan qaldırmaqla, sübutlara prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verilməklə maddi və prosessual hüquq normalarının tələbinə uyğun qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2024-cü il tarixli 2(106)-86/2024 nömrəli qətnaməsi iddia tələbinin torpaq sahəsinin sahibliyə qaytarılması, cavabdehlərin özbaşınalıq hərəkətlərinə son qoyulması hissəsinin təmin edilməməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Şirva n Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2024-cü il tarixli 2(106)-86/2024 nömrəli qətnaməsi iddia tələbinin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikili və qurğuların cavabdehlərin öz vəsaiti hesabına sökülməsi hissəsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar