Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1959/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1959/2023 (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X22 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 601/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 01 may 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Oktyabr Rayon Xalq Deputatları Sovetinin 79/14 №-li, 11 aprel 1987-ci il tarixli qərarına əsasən iddiaçının atası X18 vəfat etdiyindən, Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 ünvanında yerləşən evə dair icarə müqaviləsi onun həyat yoldaşı, iddiaçının anası X4 ilə bağlanmışdır.
2. X4 xx.xx.2001-ci ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra mənzil iddiaçının, onun qardaşı və cavabdehin əri X9 istifadəsində olmuşdur.
3. İddiaçının qardaşı Sərvər Ağayev xx.xx.2004-cü il tarixdə Cavabdeh ilə nikaha daxil olmuş, həmin vaxt Cavabdeh mübahisəsi gedən evə köçmüş, həm başqa ünvanda, həm də sözügedən evdə yaşamışlar. Sərvər Ağa yev 04 aprel 2016-cı il tarixdə ölmüşdür.
4. Bakı şəhəri Yasamal RPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci ildə Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatdadır. 5. ünvan 2 aprel 2016-cı il tarixli qətnaməsi ilə, Cavabdeh ünvan 3 ünvanında yerləşən evə yaşayış və istifadə hüququnun tanınması qət edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8748/2016 saylı, 13 dekabr 2016-ci il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, ünvan 2 aprel 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddianın təmin edilməsi, iddiaçı Cavabdeh ünvan 4 ünvanında yerləşən evə (yaşayış sahəsinə) istifadə hüquq unun tanınması qət edilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2607/2017 saylı, 05 iyun 2017-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8748/2016 saylı, 13 dekabr 2016-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 8. ünvan 83 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə, ilkin və qarşılıqlı iddia ərizələrinin qismən təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı evə köçürülməsi, cavabdehlər X19, X2, X6, X5 və X3 Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı “maddi zərərin tutul ması tələbi”nə dair qarşılıqlı iddiasının təmin olunmaması qət edilmişdir.
9. Bakı şəhəri Mənzil – Kommunal Təsərrüfat Birliyinin 111 saylı mənzil – kommunal istismar sahəsinin 22 yanvar 2018-ci il tarixli, 04 saylı sorğuya cavab məktubuna əsasən, Cavabdeh xx.xx.1988-ci il tarixdən xx.xx.2016-cı il tarixə kimi ünvan 5 ünvanında qeydiyyatda olmuş, 2004-cü ildə X20 ilə nikaha girmiş və bu ünvanda həyat yoldaşının yanında qeydiyyatsız, bərabər yaşamışlar. Cavabdeh hal-hazıradək həmin ünvanda qeydiyyatsız olaraq yaşayır.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2016/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur.
11. Bakı Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5266/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna kompensasiya verilməklə xitam verılməsi” tələbinə dair iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e2(009)-2016/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsinin dəyışdirilmədən saxlanılması qət edilmişdir.
12. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı evə köçürülməli və X19, X2, X6, X5 və X3 Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı evə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. İcra sənədinin icrasının təmini məqsədilə sözügedən evə baxış keçirilmiş, evin cəmi bir otaqdan ibarət olduğu, hazırda həmin evdə X13, X7, X14 və X10 yaşadığı məlum olmuş, eləcə də əlavə şəxslərin köçürülməsinin mümkünsüzlüyü, həmçinin qeyd olunan icra sənədinin xx.xx.2021-ci il tarixdə icraata daxil olmasına baxmayaraq, tələbkar təyin olunmuş vaxtlarda icra yerinə gəlməmiş və gəlməməsi ilə bağlı üzürlü səbəb bildirməmişdir. Bu səbəbdən hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-303/2017 saylı, 28 dekabr 2017-ci il tarixli icra sənədi üzrə “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 7 ünvanına tanınan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, onun yaşayış sahəsinə qeydiyyata alındığı və faktiki olaraq yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 ünvanındakı mənzilə cavabdehin, ünvan 83 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə köçürülməsi qət edilsə də, cavabdeh bu günə kimi qətnamənin icrasında maraqlı olmamış, özünün daha əvvəllər yaşadığı, ünvan 9 ünvanında yaşamağa davam etmişdir və bu ünvan cavabdehin faktiki yaşadığı ünvanıdır. Cavabdehin məhkəmə tərəfindən mənzilə tanınan istifadə hüququnun, yəni cavabdehin mənzilə köçürülməsi barədə məhkəmə qətnaməsi icrası mümkün olmayan icra sənədi olaraq Bakı şəhəri Yasamal rayonu icra şöbəsinin 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə geri qaytarılmışdır.
15. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 2004-2016-cı illər ərzində orda əri ilə birlikdə yaşamışdır. Həmin vaxta kimi iddiaçını tanımamış, əri vəfat etdikdən sonra həmin evə gələrək onu evdən qovmuşdur. Yekun məhkəmə qərarları vardır, onun həmin evə istifadə hüquqları tanınmış və evə köçürülməsi qərara alınmışdır. İcranın geri qaytarılması barədə qərardan xəbəri yoxdur. Onu heç kim çağırmamışdır. Həmin evə köçmək istəyir, başqa evi yoxdur, məcburiyyətdən q ardaşı ilə yaşayır.
16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4397/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddiа rədd edilmişdir.
17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı yaşadığı mənzil üzərində mülkiyyət hüququna malik olmadığına görə, onunla eyni hüquqa malik olan cavadehin həmin mənzildən istifadə hüququna xitam verilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Odur ki, iddia rədd edilməlidir.
18. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin sözügedən mənzilə istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmışdır.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 15.2, 77.1, 82.3, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
20. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili X11 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirdiyi məsələyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 60, və 87-ci maddələri tətbiq edilməklə baxılmalı idi. Belə ki, cavabdeh müvafiq qanunvericilik normalarına əsasən hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmuşdur. Digər tərəfdən, birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutları, o cümlədən məhkəmə qərarları ilə müəyyən olunanları, icra şöbəsi nin qətnamənin icrasının mümkünsüzlüyü barədə qərarını (tələbkarın icra sənədinin icrası üçün icra şöbəsinə gəlməməsi səbəbindən) əhəmiyyətli hesab edilməmiş və demək olar ki, heç bir araşdırma aparılmamışdır. Nəticə etibarı ilə də işin həqiqi halları ilə uzlaşmayan, işin tərəflərinin qarşlıqlı münasibətlərinə uyğun olmayan qətnamə qəbul edilmişdir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-601/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Günay Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin olunmaması qət edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsasland ırmışdır ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olmaması barədə düzgün nəticəyə gəlməmişdir.
24. Bundan başqa, məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırki iş üzrə cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı mənzilə istifadə hüququ tanınmışdır. Qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Lakin hazırki işdə belə hallar mövcud deyildir.
25. Həmçinin, apellyasiya instansiyası məhkəməsi bild irmişdir ki, cavabdehin mənzildən istifadə ehtiyacının aradan qalxmış olduğu da işin halları ilə müəyyən olunmur. Digər tərəfdən, cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatında da bu hal təsbit olunmamışdır.
26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci, 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53.1, 53.3, 54, 60, 68.1, 68.2, 85.1, 87-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 217.2, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
27. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi eləcə də, iddia tələblərinin detalları üzrə düzgün araşdırma aparmamış və nəticə etibarı ilə də hüququn tətbiqində səhvə yol verərək düzgün olmayan qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini haqlı olaraq ləğv etsə də, iddianın təmin edilməməsi barədə nəticəsi qanuni və əsaslı sayıla bilməz. Belə ki, məhkəmə hesab etmişdir ki, əgər cavabdehin mənzilə istifadə hüququ məhkəmə tərəfindən tanınmışdırsa və həmin məhkəmə aktı qanuni qüvvə almışdırsa, cavabdehin mənzilə istifadə hüququna xitam verilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin qə tnaməsində qeyd etdiyi əsaslardan ikincisi də bu olmuşdur ki, cavabdehin müvəqqəti başqa yerə getməsi mənzilə istifadə hüququna xitam üçün əsas ola bilməz.
29. Tərəflərin qarşılıqlı münasibətləri və eləcə də həqiqi hallar isə bunun əksini deyir. Belə ki, əvvəla cavabdeh istifadə hüququ tanınmış mənzili hələ ərinin sağlığında, əri ilə birlikdə tərk edib gedib və gedişdə də məqasəd müvəqqəti deyil daimi xarakterli olub. Cavabdeh 10 ildən artıqdır ki, bu evdə yaşamır və əvvəllər yaşadığı, özünə məxsus ünvan 10 ünvanında yaşayır. Bu barədə də rəsmi sənəd məhkəmə yə təqdim edilib. (111 saylı MKİS-nin məktubu, istifadə hüququnu tanıyan məhkəmə qətnaməsinin icrası üçün icra şöbəsinin çağırışına gəlməməsi, qətnamənin icrasından imtina etməsi və buna görə də icra şöbəsinin məhkəmə aktını (icra və rəqəsini) icrası mümkün olmayan sənəd olaraq məhkəməsinə geri qaytarması) Tətbiq edilən hüquq 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi.
30. Maddə
53. Kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Kirayəçinin ailə üzvləri kirayədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifə lərinə onlar da malik olurlar.
31. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
32. Maddə
60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış s ahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
33. Maddə
85. İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə huququ vardır.
34. Maddə
87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Qüvvədə olan Azərbaycan Respublikası Mənz il Məcəlləsi.
35. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
36. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi f əaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
39. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə ic lasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillər indən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxla maq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırki kassasiya şikayətində iddiaçı tərəfindən qətnamənin qismən ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
54. Məhkəmələrin müəyyən etdiyi işin hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsindəki 73 saylı fərdi yaşayış evi əvvəllər X1 adlı şəxsin mülkiyyətində olmuş, lakin xx.xx.1931-ci il tarixdə Dövlət mənzil fonduna keçirilmiş və sonradan İddiaçı atası X12 ayrılmış, onun ölümündən sonra isə Bakı şəhəri Oktyabr Rayon Xalq Deputatları Sovetinin 79/14 saylı xx.xx.1987-ci il tarixli qərarına əsasən evə dair icarə müqaviləsi mərhumun arvadı, iddiaçının anası X4 ilə bağlanılmışdır. Minəxanım Ağayeva xx.xx.2001ci il tarixdə vəfat etmiş, həmin vaxtda n sonra evə onun övladları X20 (Cavabdeh əri, İddiaçı isə qardaşı) və İddiaçı sahiblik etmişlər. Sərvər Ağayev xx.xx.2004-cü il tarixdə Cavabdeh ilə nikaha daxil olmuş, sonuncu, mübahisəsi gedən evə köçmüşdür. Cavabdeh və İddiaçı həm sözügedən evdə, həm də digər yerlərdə yaşamışlar. Sərvər Ağayev 04 aprel 2016-cı il tarixdə ölmüşdür. Sonradan iddiaçı ilə cavabdehin arasında evlə bağlı mübahisə yaranmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh evə (yaşayış sahəsinə) istifadə hüququ tanınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə isə Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı evə köçürülməsi, cavabdehlər X19, X2, X6, X5 və X3 Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı evə o lan istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Mənzil – Kommunal Təsərrüfat Birliyinin 111 saylı mənzil – kommunal istismar sahəsinin 22 yanvar 2018-ci il tarixli, 04 saylı sorğuya cavab məktubuna əsasən, Cavabdeh xx.xx.1988-ci il tarixdən xx.xx.2016-cı il tarixə kimi ünvan 5 ünvanında qeydiyyatda olmuş, 2004-cü ildə X20 ilə nikaha girmiş və bu ünvanda həyat yoldaşının yanında qeydiyyatsız, bərabər yaşamışlar. Cavabdeh hal-hazıradək həmin ünvanda qeydiyyatsız olaraq yaşayır.
55. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı evə köçürülməsi və X19, X2, X6, X5 və X3 Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı evə olan istifadə hüquqları itirilmiş hesab edilməsi barədə icra sənədinin icrasının təmini məqsədilə sözügedən evə baxış keçirilmiş, evin cəmi bir otaqdan ibarət olduğu, hazırda həmin evdə X13, X7, X14 və X10 yaşadığı məlum olmuş, eləcə də əlavə şəxslərin köçürülməsinin mümkünsüzlüyü, həmçinin qeyd olunan icra sənədinin xx.xx.2021-ci il tarixdə icraata daxil olmasına baxmayaraq, tələbkar təyin olunmuş vaxtlarda icra yerinə gəlməmiş və gəlməməsi ilə bağlı üzürlü səbəb bildirməmişdir. Bu səbəbdən də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)303/2017 saylı, 28 dekabr 2017-ci il tarixli icra sənədi üzrə “icrası mümkün olmayan icra sən ədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərar qəbul edilmişdir.
56. Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı tətbiq etdiyi hüquqi əsaslandırması ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olmaması barədə düzgün nəticəyə gəlməmişdir. Bundan başqa, məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırki iş üzrə cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı mənzilə istifadə hüququ tanınmışdır. Qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüquq unun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Lakin hazırki işdə belə hallar mövcud deyildir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdehin mənzildən istifadə ehtiyacının aradan qalxmış olduğu da işin halları ilə müəyyən olunmur. Digər tərəfdən, cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatında da bu hal təsbit olunmamışdır.
57. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən tərəflərin təqdim etdikləri sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxmamış, sübutların qiymətləndirilməsində səhvə yol vermiş, iddiaçının təqdim etdiyi və işin nəticəsinə əhəmiyyətli dərəcədə təsir edən sübutlara nəz ərə almamış və qiymət verməmişdir.
58. Belə ki, işdən görünür ki, Cavabdeh xx.xx.2004-cü il tarixdə iddiaçının qardaşı Sərvər Ağayevlə nikaha daxil olaraq mübahisəli evə köçmüş, əri Sərvər Ağayevin öldüyü 04 aprel 2016-cı il tarixə kimi başqa ünvanlarda, eyni zamanda dövlət mülkiyyətində olan mübahisəli yaşayış evində yaşamış, evə pasport qeydiyyatına alınmış, 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən onun həmin evdə yaşayış sahəsindən istifadə huququ əmələ gəlmişdir.
59. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh mübahisəli evə (yaşayış sahəsinə) istifadə hüququnun tanınmasına, həmin Məhkəmənin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə isə evə köçürülməsi təmin edilməsinə baxmayaraq onun e və köçürülməsi təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən 28 dekabr 2017-ci il tarixli icra sənədi üzrə “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərar qəbul edilmiş, tələbkar təyin olunmuş vaxtlarda icra yerinə gəlməmiş və gəlməməsi ilə bağlı üzürlü səbəb bildirməmiş, mübahisəli evə köçürülməsi üçün hər hansı maraq nümayış etdirməmişdir.
60. İşə baxan birinci və apellyasiya instansiyası məhkəmələri cavabdehin 2016-cı ildən mübahisənin predmeti olan evdə yaşamamasına, köçüb getməsinə, xx.xx.2016-cı il tarixə kimi qeydiyyatda olduğu ünvan 5 ünvanında qeydiyyatsız yaşam asına, mübahisəli yaşayış evində yaşayış sahəsindən istifadəyə ehtiyacının qalmaması barədə iddia tələbinin əsası kimi istinad olunan hallara dair sübutlara qiymət verməmiş, qeyd olunan halları nəzərə almamış, cavabdehin yaşayış sahəsinə ehtiyacının aradan qalxıbqalxmadığını müəyyən etməmişdir.
61. İddiaçının təqdim etdiyi sübutlardan görünür ki, iddiaçının yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində cavabdeh qeydiyyatda olsa da yaşamayıb və halhazırda da yaşamır. İşə baxan məhkəmələr cavabdehin yaşayış evindən istifadə etdiyi halda elektrik enerjisinin, qaz və su sərfiyyatının olub-olmamasını, orada hər hansı əşyasının olub-olmamasını müəyyən etməmişlər.
62. Bundan başqa Cavabdeh mübahisənin predmeti olan yaşayış evində yaşayış sahəsinə ehtiyacının aradan qalxıb-qalxmaması, h əmin ev ilə bağlılığının aradan qalıbqalmaması, digər daimi yaşayış sahəsinə könüllü surətdə köçüb-köçməməsi, digər ev və ya yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə edib-etməməsi kimi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar məhkəmə tərəfindən müəyyən olunmamış, Mülki Prosessual Məcəllənin 14.1 və 77.3-cü maddələrinin tələblərinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif etməmişdir.
63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə iddianın rədd olunması barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
64. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
65. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə almalı, tam və hərtərəfli araşdırmaqla müzakirə etməli, işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleg iyasının 2(103)-601/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.