Məhkəmə qərarları › İş №2(102)-196/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-196/2022

07.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-196/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçılar Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı iş üzrə QƏRAR DADİ iş № 2(102)-196/22 (Açar sözlər: yaşayış sahəsinə köçürülmə, kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, barışıq sazişinin təsdiqi, işə üzrə icraata xitam ) Bakı şəhəri, 07 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Cavabdeh1 və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair ilk, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1918/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 kassasiya şikayətinə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, azyaşlı uşaqları – 04.11.2006-cı il təvəllüdlü Həsənov Vahid Səlim oğlu, 10.07.2008-ci il təvəllüdlü X4 və 22.07.2013-cü il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şə həri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və X1 da qarşılqılı iddia ərizəsi verərək, İddiaçı 3000 manat kompensasiya verilməklə sonucunun Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-223/2021 nömrəli, 12 mart 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzilinə köçürülməsi qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. (hakim Emin Abdullayev) Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1918/2021 nömrəli, 30 iyun 2021-c i il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-223/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddia təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzilinə köçürülməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin ediləməsi qət edilmişdir. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun vəkili Vəkil2 göstərdi ki, iddiaçı ilə cavabdeh arasında razılıq əldə olunub, barışıq sazişi bağlanıb. Sazişə görə Cavabdeh1 İddiaçı aliment tələb etməməyi öz öhdəsinə götürür. İddiaçı da qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilə dair məhkəmə tərəfindən qərar verilən yaşa yış hüququndan imtina edir və 20 gün ərzində həmin ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür. Bu səbəbdən barışıq sazişinin şərtlərini təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 da vəkili ilə eyni məzmunda izahat verdi. Məhkəmə kollegiyasına təqdim olunmuş tərəflər arasında bağlanmış (notarial qaydada təsdiq edilmiş) 10 oktyabr 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: 1.1. Cavabdeh1 İddiaçı aliment tələb etməməyi öz öhdəsinə götürür. 1.2. İddiaçı qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mənzilə dair məhkəmə tərəfindən qərar verilən yaşayış hüququndan imtina edir və 20 (iyirmi) gün ərzində həmin ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür. Mə hkəmə kollegiyasına İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, iddia üzrə tələblərinin tam təmin edilməsi səbəbi ilə işə xitam verilməsini xahiş edir. Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barı şıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərə findən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 417.1.5-ci maddəsinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası iş materiallarını, barışıq sazişinin şərtlərini araşdırıb, barışıq sazişinin şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə tərəflərin mövqeyini nəzərə alıb, yuxarıda qey d olunan prosessual hüquq normalarına istinadən, hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, barışıq sazişinin şərtləri təsdiq olunmalı, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1918/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə, məhkəmə kollegiyası tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Yuxarıda göstərilənləri əsasən və MPM-in 417.1.5-ci maddəsini rəhbər tutaraq, məh kəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X2 ilə Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.1. Cavabdeh1 İddiaçı aliment tələb etməməyi öz öhdəsinə götürür. 1.2. İddiaçı qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mənzilə dair məhkəmə tərəfindən qərar verilən yaşayış hüququndan imtina edir və 20 (iyirmi) gün ərzində həmin ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2021-ci il tarixli barışıq sazişi təsdiq edildiyindən iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1918/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və hazırki mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhk əmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar