Məhkəmə qərarları › İş №2(102)-196/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-196/2024

10.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-196/2024 10.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ziyan tələbi, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2(107)882/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Ağdaş şəhəri, Karvan Yolu küçəsi, 28A ünvanında yerləşən 0,05 hektar torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olmuş və sonuncunun adından etibarnamə ilə Şahid1 tərəfindən həmin torpaq sahəsi 28 iyul 2017-ci il tarixli müqavilə ilə İddiaçı satılmışdır.

2. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddiaları təmin edilərək, 28 iyul 2017-ci il tarixli, AN-İ № ******* nömrəli ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 500 kv.m olan (0,05 ha) torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ƏMDX yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsində İddiaçı adına qeydə alınmı ş reyestr qeydiyyatının və həmin müqavilə əsasında İddiaçı adına verilmiş bütün sənədlərin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m olan (0,05 ha) torpaq sahəsinin iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qaytarılması qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinın Mülki kollegiyasının 11 may 2022-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçıya satılmış, lakin sonradan hüquq müəyyənedici sənədləri ləğv edi lmiş, 2 il sahibliyində, istifadəsində və səlahiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m olan (0,05 ha) torpaq sahəsində apardığı tikilinin məhkəmə qərarı olmadan dağıdılması nəticəsində ona dəymiş 12595 manat məbləğində maddi ziyanın əvəzinin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, 2017-ci ildən iddiaçının mülkiyyətində, sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m olan (0,05 ha) torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 qaytarılmışdır. Lakin, iddiaçı 2017-ci ildə Cavabdeh1 sözügedən torpaq sahəsi üçün 8000 pul vermiş və 2 il həmin torpaq sahəsi sahibliyində olarkən, orada 20 metr uzunluğunda divar tikdirməyə başlamış, dəmir qapı qoydurmuşdur. Bun ların hamısı Cavabdeh1 iştirakı ilə olmuşdur. Divarın tikilməsi üçün 1 həftə usta işlətmiş, iddiaçı ustaların bazarlığı, yeməsi, içməsi kimi xərcləri qarşılamışdır. Divarın tikilməsi üçün bünövrə qazdırılmış, 800 ədəd kubik, 70 kisə sement, 1 Kamaz maşını qum alınmışdır. Torpaq mübahisəsi olmadan niyyəti 25 metr uzunluğunda barı çəkmək olmuş, lakin məhkəmə mübahisələri ilə Cavabdeh1 divarın çəkilib tamamlanmasına izin verməmişdir. Cavabdeh1 iddiaçının qoyduğu qapının kilidini dəyişdirmiş, tikdirdiyi divarını yıxmış və ona 12595 manat ziyan vurmuşdur. Qeyd edilənləri Cavabdeh1 əmisi X4, divarı tikən ustalar Şahid3, Şahid2, Şahid4, X3 da təsdiqləyə bilərlər. Belə ki, Şahid3 və Şahid2 8 gün işləyib 25 metr uzunluğunda divar üçün bünövrə qazıb və divar hörüblər – iddiaçı onlara 570 manat vermi ş, Şahid4, X3 torpağın bünövrəsinin qazılması və karkas tökülməsi işinə baxmış və onlara 5 gün işlədikləri müqabilində 350 manat vermiş, 800 ədəd kubik, 70 kisə (hər kisəsi 50 kq) sement işlənilmiş (525 manat), 1 Kamaz maşını qum işlənilmiş (150 manat), dəmir qapının hazırlanması, qapı üçün dəmir avadanlığın alınması və qapının qoyulmasına 1000 manat vermiş, həmin yerə su çəkdirmiş və bunun üçün 400 manat vermiş, usta və fəhlələrin yeməkləri üçün 300 manatlıq bazarlıq etmiş, torpağın sənədləşmə işləri üçün notariusa 500 manat xərcləmiş və torpağın satılması üçün Ağdaş rayon Notariusunda Cavabdeh1 5000 manat pul, torpağın satılması zamanı isə əmisinin yanında (şahid X4) 3000 manat pul vermişdir. Beləliklə, iddiaçının torpaq alqı-satqısı zamanı mülkiyyətində olan torpağın sənədləşməsinə, d ivar tikilməsinə ümumilikdə 12595 manat pul xərclənmiş və bu pul cavabdehlər tərəfindən ona qaytarılmalıdır.

5. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbinə etiraz edərək göstərmişdir ki, mübahisə yeri özünə məxsusdur, iddiaçılar tərəfindən ona heç bir ödəniş olunmamış, o, torpaq sahəsini satmamışdır. İddiaçının iddia tələbində göstərmiş olduğu təmir və tikinti işləri cavabdehin öz vəsaiti əsasında özü tərəfindən görülmüş, özü usta olduğundan divarı və barını özü çəkmişdir.

6. Birinci instansiya məhkəməsində Şahid1 Şəftər oğlu ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdə 1 sotu 1600 manat olmaqla 5 sot torpaq sahəsi almış, Cavabdeh1 onlara torpağın sənədlərinin hazırlanması üçün 3000 manat pul lazım olduğunu göstərmiş, rəsmiləşdirilən zaman Notariat ofisində o, 5000 manat pul u Ağaya vermiş, qalan 3000 manat pulu isə arvadı Əntiqə vermişdir.

7. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, usta işləyir. 6-7 il əvvəl Şahid1 ona torpaq sahəsinin ətrafına daş hasar çəkmək lazım olduğunu bildirmiş, təxminən 20 metr uzunluğunda divar üçün bünövrə qazılmış və divar hördürülmüşdür. İşləyən zaman orada Cavabdeh1 olmuş və sonuncunun ailəsi tərəfindən ona yemək verilmiş, lakin işlədiyi işə görə pulu onlara Şahid1 vermişdir. Tikinti gedən əraziyə Cavabdeh1 həyətindən daxil olmuşlar.

8. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, usta işləyir. Şahid1 ona torpaq sahəsinin ətrafına daş hasar çəkmək lazım olduğunu bildirmiş, təxminən 20 metr uzunluğunda divar üçün bünövrə qazılmış və divar hördürülmüşdür. İşləyən zam an orada Cavabdeh1 olmuş, sonuncunun ailəsi tərəfindən ona yemək verilmiş, lakin işlədiyi işə görə pulu Şahid1 vermişdir. Tikinti gedən əraziyə o, Cavabdeh1 həyətindən daxil olmuşdur.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, İddiaçı onun arvadının bacısıdır. Əntiqə ona torpaq aldığını, həmin yerə torpağın bünövrəsinin qazılması və karkas tökülməsi işlərinin görülməli olduğunu bildirmişdir. O, oğlu ilə həmin ərazidə işləmiş, işləyən zaman orada Cavabdeh1 görmüş, tikinti gedən əraziyə Ağanın həyətindən daxil olmuşdur.

10. Birinci instansiya məhkəməsinə təqdim edilən "xxxx" MMC-nin 29 iyun 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 3 ünvanda yerləşən həyətyanı torpaq sahəsinə gedən yolun kənarı ilə çəkilmiş Daş hasara və metal darvazanın sökül məsi zamanı dəymiş zərərin bərpa edilməsi xərcinin 1312,19 manat, söküntü səbəbindən dəymiş xərcin 446,27 manat, ümumi xərclərin 1758,47 manat olması müəyyən edilmişdir.

11. Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(014)-325/2023 nömrəli qətnaməsi ilə (hakim N.M.Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh1 5000 manatın və ünvan 4 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə gedən yolun kənarı ilə çəkilmiş daş hasara və metal darvazanın sökülməsinə görə dəymiş zərər kimi 1758,47 manat pulun tutularaq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 60 manatının iddiaçıya aid edilməsi, 68 manatının isə Cavabdeh1 İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Şəki Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının 01 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 500 kv.m olan (0,05 ha) torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, iddia qismən təmin edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 71-ci, Mülki Məcəlləsinin 21.1, 21.2, 157.7, 337.5, 1091.1, 1091.2, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 82.4, 101.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(014)-325/2023 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək, Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(014)-325/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2(107)-882/2023 nömrəli qətnaməsi ilə (hakim T.Ə.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər V.İ.Məlikovdan və E.M.Mehdiyevdən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(014)-325/2023 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə iddianın təmin edilməmiş və cavabdehin apellyasiya şikayətinə münasibətdə iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmışdır.

17. Biri nci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, hazırki iş üzrə iddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.7, 337.5, 1091 və 1097-ci maddələri təşkil edir. İddiaçı əmlak onun istifadəsində olduğu müddətdə mübahisəli həyətdə divar inşa etmiş və qapı qoymuş, beləliklə yaxşılaşdırmalar etmişdir. Həmin hasar və qapı hazırki iş üzrə cavabdehlər tərəfindən sökülməklə iddiaçıya zərər vurulmuşdur.

18. Mübahisəli torpaq sahəsi iddiaçıya satılmış, daha sonra həmin müqavilə məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir. Əqd etibarsız hesab edildikdən sonra torpaq sahəsi əvvəlki sahibinə qaytarılmış, lakin əqd əsasında verilmiş pul iddiaçıya qaytarılmamışdır.

19. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Şəki Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının qüvvədə olan 01 dekabr 2021-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində həmin iş üzrə cavabdeh İddiaçı etibarsız əqd nəticəsində həmin iş üzrə iddiaçılar cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 hər hansı məbləğdə pul ödəməsinin təsdiq edilmədiyi göstərilmişdir. Lakin, hazırki iş üzrə müəyyən edilmişdir ki, İddiaçı əri Şahid1 mübahisəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 təmsil etdiyindən həmin 5000 manat pul da Şahid1 vasitəsilə Cavabdeh1 verilmişdir. Həmin müqavilə üzrə isə Cavabdeh1 tərəf olmamışdır. Ona görə də, sonuncu bu cür varlanmaya haqq qazandıran qanuni əsas olmadan həmin pulu özündə saxlamaqla, nəticə etibarilə, əsassız varlanmışdır.

20. İddiaçı hazırki tələbində Cavabdeh1 5000 manatdan başqa, 3000 manat da pul verdiyini göstərsə də, bu hal işin halları ilə təsdiq edilməmişdir. Beləliklə, iddiaçı tələbində qismən haqlı olmuşdur.

21. Cavabdehin apellyasiya şikayəti ilə bağlı apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdeh şikayətində işin mahiyyəti ilə bağlı heç bir arqument gətirməmiş, hakimin məhkəmə iclasındakı davranışları ilə bağlı mülahizələr qeyd etməklə kifayətlənmişdir ki, nə həmin mülahizələrdə, nə də iş materiallarında hazırki işin nəticəsinə təsir göstərəcək heç bir prosessual pozuntu aşkar edilməmişdir.

22. İddiaçının apellyasiya şikayəti ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı iddiasının təmin edilməmiş hissəsində qətnaməni mübahisələndirir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən məhkəməyə bu qətnamənin 19-ci bəndində göstərilmiş "xxxx" MMC-nin İddiaçı ünvanlanmış 29 iyun 2021-ci il tarixli mütəxəss is rəyi təqdim edilmiş və həmin rəy məhkəmə tərəfindən sübut kimi qəbul edilmişdir. İddiaçı şikayətində özünün verdiyi həmin rəyi mübahisələndirmiş və “divar çəkilməsi və usta pulu, su çəkilməsi və usta pulu, qapı hazırlanması, qoyulması, material (kubik, qum, sement) usta pulu həmçinin həmin ustalara edilən yemək içmək üçün bazarlıq pulu”nun ekspertiza rəyində əks etdirilmədiyini iddia etmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mütəxəssis rəyini nəzərdən keçirərək qeyd etmişdir ki, rəyin tədqiqat prosesinin təsviri hissəsində əks olunmuş cədvəldə 20 mm qalınlıqda hasarın sökülməsinə, həmçinin bərpasına istifadə olunacaq mişar daşı, sement və qumun qiymətləri, darvazanın quraşdırılmasına və bunun üçün ehtiyac duyulacaq sement və qum-çınqıla xərclənəcək pullar, həmçinin, mühəndis xərcləri (yəni usta pulu) aydın şəkildə göstərilmişdir. İddiaçı ustaların yemək içmək pulunun nəzərə alınmadığını qeyd edir ki, mübahisəli ekspert rəyində yuxarıda göstərilən xərclərdən başqa nəqliyyat xərcləri və nəzərdə tutulmayan xərclər də hesablanmışdır. Göründüyü kimi, mütəxəssis rəyində göstərilənlərin şübhə ilə qarşılanması üçün heç bir əsas mövcud deyildir. İddiaçı şikayətində çəkdiyi xərcləri sadalasa da, həmin qiymətləri təsdiq edəcək heç bir sübut təqdim etməmişdir.

24. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol veril məmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2(107)-882/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci, Mülki Prosessual Məcəllənin 76, 87, 138, 167, 175, 380-ci maddələri pozulmuşdur.

27. Belə ki, iddia tələbi ilə əlaqədar zəruri sübut sayılan və iddia ərizəsinə əlavə edilən, həmçinin apellyasiya şikayətinin əsasını təşkil edən şahidlər nə birinci instansiya məhkəməsi tərəfindən, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən dinlənilmədən qətnamə qəbul edilmiş, apellyasiya şikayətində bu məsələnin zəruriliyi və vacibliyi qeyd edilməsinə baxmayaraq apellyasiya məhkəməsi bunları diqqətə almamışdır. Belə ki, cavabdehin əmisi X4, divarı tikən ustalar Şahid3, Şahid2, Şahid4, X3 iş üzrə şahid qismində dindirilməsi tələb edilsə də, birinci instansiya məhkəməsi həmin şahidlərin tamamını dinləmədən, dinlədiklərinin də ifadələrini də təhrif edərək mübahisəni cavabdehin xeyrinə həll etmiş, şahidlərdən Cavabdeh1 əmisi X2 və usta X1 şahid kimi göstərmələrinə, iddia ərizəsində qeyd edilməsinə və hər dəfəsində məhkəməyə gəlmələrinə baxmayaraq, onları dinləmədən qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində göstəri lən faktlar qeyd edilməsinə baxmayaraq apellyasiya məhkəməsi tərəfindən diqqətə alınmamış, birinci instansiyanın qəbul etdiyi qətnamə qüvvəsində saxlanılmışdır. Məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamış, şahidləri tam dinləməmiş, şahid ifadələri təhrif edilmişdir. İddia ərizəsində qeyd edilənlər hər iki instansiya məhkəməsi tərəfindən araşdırılmamış, zərərin həcminin daha dəqiq təsbit edilməsi üçün yerində baxış keçirilməmiş, şahid ifadələrinin doğruluğu aydınlaşdırılmamışdır.

28. Həmçinin Cavabdeh1 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2(107 )-882/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Həmin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı cavabdehə torpağın alqı-satqısı zamanı 5000 manat və ya digər məbləğdə pul ödəməmiş, iddiaçının torpaqdan istifadə zamanı divar çəkdirməsi və s. sübuta yetirilməmişdir.

30. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

31. Cavabdeh1 iddiaçının kassasiya şikayətinə etiraz verərək təmin e dilməməsini xahiş etmişdir. Etiraz iddiaçının tələblərinin sübut olunmaması ilə əsaslandırılmışdır. Kassasiya baxışının hədləri:

32. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilm ədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və Cavabdeh1 tərəfindən müvafiq olaraq iddianın təmin olunmayan və təmin olunan hissələrində mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəfləri n əvəzinin ödənilməsini tələb edə bilər. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, ha belə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yox lanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 36. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edili r. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli torpaq sahəsində edilmiş yaxşılaşdı rmaların dəyərinin cavabdehdən tutulması hissəsində maddi hüquq norması düzgün tətbiq edilsə də, etibarsız əqd üzrə ödənilmiş məbləğin tutulmasına dair tələb təmin edilməklə, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

38. Belə ki, yuxarıda qeyd olunduğu kimi, hazırki tələb iki hissədən ibarət olmuşdur: - iddiaçının cavabdehlərdən aldığı və sonradan alqı-satqı müqaviləsi etibarsız hesab olunduğu torpaq sahəsinə görə ödənilmiş pul vəsaitinin tutulması və - mübahisəli torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsində olduğu dövrdə orada edilmiş yaxşılaşdırmaların (hasarın sökülməsi və yenidən inşa edilməsi, yeni darvazanın qoyulması) dəyərinin tutulması.

39. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın ikinci hissəsini təmin edən məhkəmələr maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişlər.

40. Belə ki, bu tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil edir ki, apellyasiya məhkəməsi həmin maddənin dispozisiya şərtlərinə uyğun olaraq iddiaçının mübahisəli torpaq sahəsinin vicdanlı sahibi kimi qəbul etməklə, onun yaxşılaşdırılması üçün çəkdiyi məsrəflərin əvəzini cavabdehdən tutulmasını haqlı hesab etmişdir.

41. Həm iddiaçının, həm də cavabdehin kassasiya şikayətinin dəlilləri bu hissədə sübutetmə ilə bağlıdır. Belə ki, iddiaçı onun təqdim etdiyi sübutların tam nəzərə alınmamasını, cavabdeh isə iddianın bu hissədə sübut olunmamasını iddia edirlər.

42. Lakin, Konstit usiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 15 sentyabr 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. İddianın digər hissəsi üzrə isə apellyas iya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə aşağıdakı səbəblərə görə razılaşır.

44. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı əvvəllər məhkəmə mübahisələri olmuş və Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 birgə iddiaları təmin edilərək, 28 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir.

45. Həmin qətnamə nəzərdən keçirilərkən müəyyən olunur ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 337.5-ci maddəsini etibarsız hesab olunan əqdə tətbiq edərək, həmin müqavilə əsasında hazırki iddiaçının adına verilmiş hüquq müəyyənedici sənədlərin ləğv edilməsini, torpaq s ahəsinin hazırki iş üzrə cavabdehlərə qaytarılmasını qət etmişdir.

46. Apellyasiya məhkəməsi həmin qətnamədə həmçinin göstərmişdir ki, cavabdehin (hazırki işdə iddiaçının) etibarsız əqd nəticəsində iddiaçılara (hazırki işdə cavabdehlərə) hər hansı məbləğdə pul ödəməsi təsdiq edilməmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qətnaməsində qanuni qüvvədə olan həmin qətnamədə göstərilənlərə istinad etsə də, hesab etmişdir ki, hazırki iş üzrə İddiaçı əri Şahid1 vasitəsi ilə 5000 manat pulu Cavabdeh1 vermiş və sonuncu bu cür varlanmaya haqq qazandıran qanuni əsas olmadan həmin pulu özündə saxlamaqla, əsassız varlanmışdır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mövqeyini bu qaydada əsaslandırmaqla, Mülki Prosessual Məcəllənin 82.3 və 233.3-cü maddələrinin tələblərini pozmuşdur.

49. Belə ki, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, hazırki iş üzrə eyni tərəflər arasında əvvəllər baş vermiş məhkəmə mübahisəsi zamanı etibarsız hesab olunmuş alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdeh1 hər hansı məbləğdə pul ödənilməsinin təsdiq edilmədiyi halda, eyni tərəflər həmin faktlarla və hüquq münasibətləri ilə bağlı başqa prosesdə mübahisə edə bilməzlər.

50. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyu disiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. 51. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiy asının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

52. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələblərini pozaraq mübahisələndirilən həmin halı hansı sübutlarla müəyyən edilməsini də əsaslandırmamışdır.

53. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi: “İddiaçı əri Şahid1 mübahisəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 təmsil etdiyindən həmin 5000 manat pul da Şahid1 vasitəsilə Cavabdeh1 verilmişdir.” halı yalnız iddiaçının izahatında və birinci instansiyası məhkəməsində şahid qismində dindirilmiş onun əri Şahid1 ifadəsində əks olunmuşdur ki, həmin izahat və ifadələrə Mülki Prosessual Məcəllə nin 88 və 106.1-ci maddəsinə əsasən qiymətləndirilməlidir.

54. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniy aya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

56. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi iddianın 5000 manat məbləğində pulun tutulmasının təmin edildiyi hissə də yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

57. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

58. Odur ki, qətnamə qeyd olunan hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

59. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşd ırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

60. İddiaçının kassasiya şikayətinin dəlili birinci tələbin təmin olunmamış hissəsində yenidən sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan, hazırki qərarın 42-ci bəndində qeyd olunan səbəbə görə ona əlavə hüquqi qiymət verilməsinə prosessual qənaəti prinsipinə uyğun olaraq zərurət yoxdur.

61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2(107)-882/2023 nömrəli qətnaməsi qismən, y əni iddianın 5000 manat təmin olunması və məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2(107)-882/2023 nömrəli qətnaməsi İddiaçı və Cavabdeh1 tərəfindən mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar