Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1960/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh 5 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 qarşı “mirasın qəbulu müddətinin üzrlü hesab edilərək uzadılması, miras payına məcburi payın müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbulu müddətinin uzadılması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apelly asiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2(103)550/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. X6 Bariyeviç və İddiaçı 05 avqust 2014-cü il tarixdə nikaha daxil olmuşlar. 2. ünvan 1 ev X6 Bariyeviçin mülkiyyətində olmuşdur.
3. X6 Bariyeviç 09 mart 2021-ci il tarixdə vəfat etmişdir. 4. 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən X6 Bariyeviçin vəsiyyət üzrə vərəsəsi X2 miras əmlakdan tam hissədə paya dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh 5 sayl ı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbulu üçün buraxılmış müddətin üzrlü sayılaraq uzadılması, mərhum əri X6 Bariyeviçin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən miras əmlakına onun məcburi payının tanınması və buna dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının əri X6 Bariyeviç vəfat etdiyi ərəfədə iddiaçı COVİD-19 virusuna yoluxduğundan və vəziyyəti ağır olduğundan oğlunun yanında qalmışdır. İddiaçının yoluxduğu xəstəlik onu çox zəiflətmiş və sağalmağı uzun vaxt aparmışdır. Bakı şəhəri, Pirallahı rayonu (əvvəlki Xəzər rayonu), 2-ci Prod olnaya küçəsi, 34 saylı ev mərhum X6 Bariyeviçin mülkiyyətində olmuşdur. İddiaçı sözügedən əmlakla bağlı 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisində vərəsəlik işi açılması və iddiaçının mərhum ərindən qalan mirasa dair vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etmişdir. Ərizəyə 06 fevral 2022-ci il tarixli, 210 saylı məktubla cavab verilmiş və həmin məktubda bildirilmişdir ki, Mülki Məcəllənin 1273.1-ci maddəsinə əsasən vərəsə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya onda imtina etmədikdə susmuş vərəsə hesab edildiyi üçün qanun üzrə vərəsə kimi vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Həmçinin, cavabdeh tərəfə vəkil sorğusu göndərilmiş və 20 may 2022-ci il tarixli, 1041 saylı cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının mərhum əri X6 Bariyeviç tərəfindən X2 vəsiyyətnamə verilmiş və İntiqam Şoşanov miras payına tam hissədə paya dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Belə ki, iddiaçı mərhum ərinin yeganə vərəsəsi olmuşdur. Lakin vərəsəlik işinin açıldığı cavabdeh idarə iddiaçının qanunla qorunan hüququnun həyata keçirilməsinə imkan verməmişdir.
7. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(094)277/2022 nömrəli qətnaməsi ilə (hakim T.X.Əkbərov) iddia təmin edilmiş, İddiaçı tərəfindən mirasın qəbulu üçün buraxılmış müddətin üzrlü sayılaraq uzadılması, İddiaçı əri X6 Bariyeviçin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən miras əmlaka məcburi payının tanınması və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qət edilmişdir.
8. Birinci instansiya mə hkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1, 1193, 1194, 1243.2, 1246, 1248.1, 1321.2, 1321.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 06 sentyabr 2022ci il tarixli, 2(094)-277/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2023-cü il tarixli qətnaməsi, 2(103)-550/2023 nömrəli ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər F.V.Abdıyevin və F.H.Qasımovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayo n Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(094)-277/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə və iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 1146, 1193, 1202.2, 1246, 1248.1-ci maddələrinə əsasən məcburi payın qəbul edilməsi mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddiaçı, mirasın açıldığı-miras qoyanın öldüyü gündən 11 ay keçdikdən sonra mirası qəbul etmək üçün müraciət etmişdir. İddiaçı miras qoyanın öldüyü vaxt COVİD-19 vi rusuna yoluxduğuna görə müddəti ötürdüyünü bildirsə də, bununla bağlı heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı məcburi payın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən və bu gecikmənin üzrlü səbəblərdən baş verdiyini təsdiq edən heç bir mötəbər sübut təqdim etmədiyindən, Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadıla bilməz. Eyni zamanda mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması tələbi təmin edilmədiyindən, iddiaçının məcburi payının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə qiymət verilməsinə lüzum yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
13. İddiaçı kassasiy a şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2(103)-550/2023 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1193, 1202.2, 1246-cı, “Notariat haqqında” Qanunun 60-cı, Mülki Prosessual Məcəllənin 77.1, 88, 217.4, 220.4-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı ərinin birinci növbə vərəsə olduğundan, qanunla onun məcburi pay hüququ müəyyən olunmuşdur. İddiaçı yaşlı adamdır, səhhətində olan pozuntularla bağlı oğlunun evində qalmağa məcbur olmuşdur. Ərinin ölümündən yalnız səhhəti normallaşandan sonra xəbər tuta bilmişdir. Notarius vərəsəli k haqqında şəhadətnamə verərkən vəzifələrini yerinə yetirməmiş, məcburi pay hüququ olan şəxslərin dairəsini müəyyən etməmişdir.
15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
16. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri
17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüquq u vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şə xslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1166-cü maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 120 2.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1 248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlu matlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kas sasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Qeyd edilməlidir ki, hazırki mübahisənin həlli sübut etmədən asılı olmuş və apellyasiya instansiyası məhkəməsi sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarını pozmamışdır.
24. Belə ki, iddiaçının ərinin ölməsi halı üçün əmlakına dair vəsiyyətnamə saxlaması, həmin vəsiyyətnaməyə ə sasən üçüncü şəxsin mirası notariat orqanına müraciət etməklə qəbul etməsi, iddiaçının isə Mülki Məcəllənin 1243.1 və 1246-cı maddələri ilə müəyyən olunmuş müddətlərdə və qaydada mirası qəbul etməməsi işin mübahisə edilməyən hallarıdır.
25. İddiaçı mirası qəbul etmə müddətinin buraxılmasını etiraf etməklə, bu müddətin uzadılması tələbini irəli sürmüşdür. Belə olan halda hazırki tələbin hüquqi əsasını Mülki Məcəllənin 1248.1-ci maddəsi təşkil edir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinə hüquqi qiymət verərkən düzgün olaraq hesab etmişdir ki, iddiaçı mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddəti üzrlü səbəbdən baş verdiyini təsdiq edən heç bir mötəbər sübutu təqdim etməmişdir.
26. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mir as qoyanın arvadı olmaqla, miras əmlakda məcburi payının olması onu Mülki Məcəllənin 1248.1-ci maddəsinə uyğun mirasın qəbul etmə müddətinin buraxılmasının üzrlü səbəblərdən baş verməsini sübutetmə vəzifəsindən azad etmir. Belə ki, məcburi paya malik olan vərəsə də, Mülki Məcəllənin 1202.2-ci maddəsinə əsasən mirası həmin Məcəllənin 1246-cı maddəsində müəyyən edilən müddətdə qəbul etməlidir. Həmçinin, notariusun məcburi pay hüququna malik olan şəxslərin dairəsini müəyyən etməməsi, iddiaçı tərəfindən müddəti ötürülməsinin üzrlü səbəbi kimi qiymətləndirilə bilməz.
27. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırki tələbi özü özlüyündə uğurlu olmamışdır. Belə ki, üçüncü şəxsin miras əmlakı qəbul etməsi və onu öz mülkiyyətinə keçirməsi işin mübahisəsiz halıdır. Lakin, iddiaç ı, X2 verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ şəhadətnaməni və sonuncunun mülkiyyət hüququnu mübahisələndirmədən, sonuncunun haqqında iş üzrə cavabdeh qismində göstərmədən, miras əmlaka payının müəyyən edilməsini və ona da vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
28. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin ləğvi üçün qanuni əsas deyildir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2(103)-550/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.