Məhkəmə qərarları › İş №2(102)-1962/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1962/2020

12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1962/2020 12.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı2 MMC-nin nümayəndəsi və eyni zamanda iddiaçı olan İddiaçı1, iddiaçıların vəkili Qəşəmov Fuad Azad oğlunun, Cavabdeh və vəkili Quliyev Vurğun Adil oğlunun iştirakları ilə, iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 Cavabdeh qarşı podrat müqaviləsi üzrə muzdun və işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi (qarşılıqlı iddia: maddi və mənəvi ziy anın əvəzinin ödənilməsi) tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-816/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 MMC, İddiaçı1 və onların vəkili Qəşəmov Fuad Azad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli 2(004)154/2018 saylı qətnaməsi ilə (hаkim A.S.Məmmədov) iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 Cavabdeh qarşı podrat müqaviləsi üzrə muzdun və işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı2 MMC və İddiaçı1 269.498 manat məbləğində pulun alınıb Cavabdeh verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məh kəməsinin 15 may 2018-ci il tarixli, 2(103)-5309/2018 saylı qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və İ.Ş.Vəliyev) iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 Faiq oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı2 MMC və İddiaçı1 269498 manat məbləğində pulun alınıb Cavabdeh verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2(102)5933/2018 saylı qərarı ilə (hakimlər G.A.Quliyev (sədrlik edən və məruzəçi), Ə.A.Mirzəliyev,T.A.Qoldman) iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 kassasiya şikay əti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-816/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev, A.Ə.Hüseyn) iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-154/2018 saylı mülki iş üzrə qəbul etdiyi 22 yanvar 2018-ci il tarixli qətnaməsinin qarşılıqlı iddiaya aid hissədə dəyişdirilməsi, tutulmalı olan məbləğin 263.225 manat məbləğində müəyyən edilməsi, qətnamənin digər mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması və iş üzrə keçirilmiş m əhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı2 MMC və İddiaçı1 podrat müqaviləsi üzrə ödənilməli olan muzdun və işgüzar nüfuza dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh ilə bağlanmış şifahi podrat müqaviləsinə əsasən sonuncuya məxsus Xaçmaz rayonu, 000ndə yerləşən 0,12 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisi barədə razılığa gəlmişlər. Tərəflər arasında şifahi müqavilə bağlanmışdır. Razılaşmaya əsasən İddiaçı2 MMC qeyd edilən fərdi yaşayış evinin tikinti-təmir işlərini həyata keçirməli, Cavabdeh isə bunun əvəzində razılaşdırılmış muzdu iddiaçıya ödəməli idi. Podrat müqaviləsi əsasında İddiaçı2 MMC tərəfindən fərdi yaşayış evinin tikinti təmiri üçün işlər görülmüş, cavabdeh podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini tam icra etməməklə verməli olduğu məbləğdən 65.000 manatını iddiaçıya ödəməkdən imtina etmişdir. Ona görə də Cavabdeh 65.000 manat və işgüzar nüfuza dəymiş mənəvi zərərin əvəzi kimi 20.000 manat məbləğində pul tutularaq onların xeyrinə ödənilməlidir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, görülmüş işlər barədə e-mail adresinə hər dəfə görüləcək işlərin siyahısı və hər bir materialın və xidmətin dəyəri göndərilmiş, YYY e-maillə tanış olduqdan və pulun bir qismini ödədikdən sonra təmir işləri həyata keçirilmiş, ödənilmiş pullara görə qəbzlər də verilmişdir. Şifahi podrat müqaviləsinə ə sasən İddiaçı2 MMC tərəfindən fərdi yaşayış evinin tikinti-təmiri üçün işlər görülmüş, lakin YYY üzərinə götürdüyü öhdəliyini tam icra etməyərək razılaşdırılmış məbləğdən 65.000 manatını ödəməkdən imtina etmiş, dəfələrlə şifahi şəkildə xəbərdarlıq edilsə də öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh iddianı qəbul etməyərək, eyni zamanda qarşılıqlı iddia ərizəsi verərək İddiaçı2 MMC və İddiaçı1 müştərək qaydada 269.498 manat pulun, həmçinin mənəvi zərərin əvəzi kimi 50.000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, onun İddiaçı1 və X1 törətdiyi dələduzluq əməllərinə dair şikayəti əsasında Bakı şəhəri BPİ-də 04 fevral 2017-ci il tarixdə ********* № ilə fakta görə cinayət işi başlanmış, adla rı qeyd olunan şəxslərin onunla yaratdıqları yaxın münasibətlərdən istifadə etməklə, Xaçmaz rayonunun 000 ərazisində bağ evi tikmək adı ilə aldatmaqla və etibardan sui-istifadə etməklə 269498 manat pulunu dələduzluqla ələ keçirdikləri müəyyən olunmuşdur. Cinayət işi üzrə iki dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, görülmüş işlərin dəyəri (mal-material və usta pulu daxil olmaqla) 211979 manat təşkil edir. Hətta ilk ekspertizanın rəyindən narazı qaldığından İddiaçı1 ikinci ekspertiza zamanı tərtib edilmiş akta da imza etmiş, tədqiq edilən tikintinin ölçülərinə dair məlumatları təsdiqləmiş, etiraz bildirməmişdir. İddiaçı1 özü də, əlavə dindirmə zamanı ona təqdim edilmiş bütün pul ödənişlərinə dair qəbzləri qəbul etmiş, onun tə rəfindən verilməsini etiraf etmişdir. Aralarında mübahisə başladıqdan sonra əlavə qiymətləndirmə də aparılmış, “xxxx” MMC tərəfindən bağ evinə baxış keçirilməklə, verilmiş rəydə də təxmini olaraq görülmüş işlərin dəyəri təxmini 206.000 manata qədər müəyyən edilmişdir. Şikayəti əsasında araşdırılan cinayət işinin icraatına 04 dekabr 2017-ci il tarixli qərarla xitam verilmişdir. Həmin qərardan Xətai Rayon Məhkəməsinə verilmiş şikayət də təmin edilməmiş və ona tələbinin mülki xarakterli olması səbəbi ilə mülki qaydada məhkəməyə iddia verməsi məsləhət bilinmişdir. Beləliklə, İddiaçı1 aralarında olan yaxın münasibətlərdən istifadə edərək, ondan görülmüş işlərin dəyərindən qat-qat artıq pul almış, lakin müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməyərək təmir işlərini yarımçıq saxlamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib ilkin iddianın təmin, qarşılıqlı iddianın isə təmin edilməməsinə dair yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı2 MMC, İddiaçı1 və onların vəkili Qəşəmov Fuad Azad oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası Ali Məhkəmənin məcburi göstərişlərinə əməl etməmiş, podrat müqaviləsinin hüquqi təbiətini, eləcə də biznes münasibətlə rinin xarakterini nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı2 MMC-nin nümayəndəsi və eyni zamanda iddiaçı olan İddiaçı1, iddiaçıların vəkili Qəşəmov Fuad Azad oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh və vəkili Quliyev Vurğun Adil oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməm əsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı1, iddiaçıların vəkili Qəşəmov Fuad Azad oğlunun, Cavabdeh və vəkili Quliyev Vurğun Adil oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçılar İddiaçı2 MMCnin və İddiaçı1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsi nə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 direktoru olduğu “xxxx” MMC ilə Cavabdeh arasında 28 sentyabr 2015-ci il tarixli, 01/09 saylı podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən “xxxx” MMC Xaçmaz rayonunun 000 ərazisi ndə Cavabdeh məxsus torpaq sahəsində tikinti-quraşdırma işlərini aparmağı, Cavabdeh da bunun qarşılığında 118.000 manatı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra İddiaçı1 ilə Cavabdeh arasında 2015-ci ilin oktyabr ayında həmin ərazidə təmir-tikinti işlərinin aparılması barədə şifahi razılaşma əldə edilmiş və razılaşmaya əsasən İddiaçı1 əvvəlcə özü, daha sonra isə özünün təsisçisi olduğu İddiaçı2 MMC-nin (07 yanvar 2016-cı il tarixdə qeydiyyata alınmışdır) adından fəaliyyət göstərək, Cavabdeh sifarişi əsasında 000ndə ona məxsus torpaq sahəsində fərdi yaşayış evinin təmir-tikinti işlərini öz üzərinə götürmüş, görülən işlərin əvəzi olaraq Cavabdeh tərəfindən İddiaçı1 hissə-hissə olmaqla, ümumilikdə 481477 manat pul ödənilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir k i, tərəflər arasında şifahi podrat müqaviləsinin bağlanması və podrat müqaviləsindən irəli gələn münasibətlərin olması mübahisəsiz olduğundan ilkin iddia əsassız, qarşılıqlı iddia isə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd olunan maddədən müəyyən olunur ki, podratçı yalnız razılaşdırılmış muzdun ödənilməsini tələb edə bilər. İş materiallarına əsasən iddiaçı bildirmişdir ki, o, e-mail adresinə hər dəfə görüləcək işlərin siyahısı və hər bir materialın və xidmətin dəyərini göndərmiş, YYY emaillə tanış olduqdan və pulun bir qismini ödədikdən sonra təmir işləri həyata keçirilmiş, ödənilmiş pullara görə qəbzlər də verilmişdir. Onlar arasında razılaşma yalnız bundan ibarət olmuşdur. Cavabdeh isə bildirmişdir ki, onlar arasında muzdla bağlı konkret heç bir razılaşma olmamışdır. İddiaçı1 hissə-hissə işləri gördükcə, o da ödənişləri etmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında əvvəlcədən muzdla bağlı razılaşma olmamışdır. İş materiallarında olan iddiaçının təqdim etdiyi onun tərəfindən cavabdehin elektron poçt ünvanına göndərilmiş məktubların (cild 3, i/v 18-63) surə tlərindən görünür ki, həmin məktublarda müxtəlif tikinti materialları və onların qiyməti, həmçinin hər məktubun sonunda “zəhmət haqqı” kimi məbləğlər göstərilmişdir. Lakin həmin tikinti materiallarının istifadə olunması nəzərdə tutulan sahələrin adları, görüləcək işlərin həcmi, “zəhmət haqqı” kimi tələb olunan məbləğlərin hansı işlərə aid olması konkret göstərilməmişdir. Müəyyən olunmuşdur ki, iddiaçının həmin məktublar əsasında tələb etdiyi məbləğin cəmi 274.116 manat təşkil edir. Halbuki işin mübahisəsiz halıdır ki, Cavabdeh tərəfindən İddiaçı1 ümumilikdə 481.477 manat pul ödənilmişdir. Bütün bunlar isə təsdiq edir ki, tərəflər arasında əvvəlcədən muzdla bağlı heç bir razılaşma olmamış və İddiaçı1 hissə-hissə işləri gördükcə Cavabdeh da ödənişləri etmişdir. Bu baxımdan apelyasiya instans iyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə Mülki Məcəllənin 753.1-ci maddəsinin 3-cü cümləsinə (Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur) uyğun həll olunmalıdır. Qeyd olunan normanın təfsirinə əsasən adi muzd dedikdə məsələn, podratçı tərəfindən dəfələrlə hazırlanmış eyni məlumatlar üçün alınmış muzd, standart qiymətlərə və ya hazırlandığı anda ümumi qəbul edilmiş qiymətlərə malik olan məlumatın hazırlanması üçün alınan muzd anlaşılır. İş materiallarından görünür ki, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 sentyabr 2019-cu il tarixli, 3306 saylı rəy verilmişdir. Həmin rəydə göstərilmişdir ki, 16 avqust 2017-ci il tarixli, 16167 saylı eksper t rəyində göstərilən işlərin həcmi (tədqiq olunan obyektlər üzrə ölçü aparılaraq, həmin ölçülərin iş üzrə keçirilmiş ekspertiza rəylərində göstərilən ölçülərlə üst-üstə düşdüyü müəyyən edilmişdir) nəzərə alınaraq, Cavabdeh mülkiyyətində olan Xaçmaz rayonu, 000ndə yerləşən 01,12 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə 2015-ci ilin oktyabr ayından 2016-cı ilin oktyabr ayına qədər olan müddətdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq, təqribən 218252,0 manat məbləğində vəsaitin sərf olunduğu müəyyən edilir. 2015-ci ilin oktyabr ayından 2016-ci ilin oktyabr ayına qədər olan müddətdə mövcud olmuş bazar qiymətləri ilə hazırkı dövrdə olan qiymətlər müqayisə edilərkən, müxtəlif növ işlər üzrə sərf olunan xidmət haqqının eyni olduğunu, bəzi tikinti materiallarının isə, o cümlədə n taxtanın, armaturun, «dikt» təbəqələrin bazar qiymətlərinin faiz nisbəti ilə təqribən 30% həcmində artmasını nəzərə alaraq, tədqiq olunan fərdi yaşayış evinin inşası zamanı sərf olunmuş vəsaitin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq, təqribən 283728 manat məbləğində olduğu müəyyən edilir. İddiaçı tərəf həmin ekspert rəyinə etiraz edərək ekspert tərəfindən ölçmələrin aparılmadığını bildirmiş, bununla bağlı cavabdeh tərəf isə bildirmişdir ki, tədqiqat zamanı ekspert hər görülmüş iş üzrə məlumatları dəqiqləşdirmiş və iddiaçının mübahisələndirdiyi hissələri yenidən ölçmüş, mübahisələndirmədiyi hissələri isə istintaq zamanı verilən ekspert rəyi və layihə üzrə hesablamalar aparmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qiymətlən dirilməlidir. Çünki rəydən də görünür ki, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Həmçinin rəyin qiymətləndirilməsi zamanı ekspertiza tədqiqatını aparan ekspertin təhsili, vəzifəsi və ekspert iş stajı da nəzərə alınır və həmin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş ümumi məbləğdən (481477 manat) ekspert rəyi ilə müəyyən edilmiş məbləği (218252 manat) çıxdıqda müəyyən edilmişdir ki, 263225 manat məbləğində pul vəsaiti artıq ödənilmişdir (481477 – 218252 = 263225). Bu baxımdan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilkin iddiada irəli sürülmüş muzdun ödənilməsi barədə iddia təmin edilməməlidir. Həmçinin cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkət etməsi və bunun nəticəs ində iddiaçı tərəfə zərər vurulması qənaətinə gəlmək üçün əsaslar mövcud olmadığına görə Mülki Məcəllə 21, 1097.1-ci maddələrinə əsasən işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia da təmin edilə bilməz. Qarşılıqlı iddiaya dair apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin podrat müqaviləsinə dair münasibətləri tənzimləyən 39-cu fəslində müqavilə üzrə artıq muzd ödənildiyi təqdirdə həmin muzdun geri qaytarılmasına dair hər hansı bir xüsusi norma nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. -1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məh rum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi cavabdeh tərəfindən İddiaçı1 podrat müqaviləsi üzrə 263.225 manat məbləğində pul vəsaiti öhdəlikdən kənar artıq ödənilmişdir. İşin mübahisəsiz halına görə cavabdehlə podrat müqaviləsi üzrə münasibətlər əvvəlcə 2015-ci ilin oktyabr ayında fiziki şəxs İddiaçı1lə başlamış, 07 yanvar 2016-cı il tarixdə İddiaçı2 MMC təsis edildikdən sonra isə həmin MMC tərəfindən davam etdirilmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, 263.225 manat məbləğində pul vəsaiti İddiaçı1 və İddiaçı2 MMC-dən müştərək qaydada tutularaq, Cavabdeh geri qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2(102)5933/2018 saylı qərarındakı göstərişlərlə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin göstərişlər nəzərə alınaraq hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə yuxarıda göstərilən rəy verilmişdir. Hazırkı iş üzrə əsassız varlanmaya dair müddəaların tətbiqi əsasları isə yuxarıda qeyd olunmuşdur. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin məcburi göstərişlərinə əməl olunmadığını, podrat müqaviləsinin hüquqi təbiətini, eləcə də biznes münasibətlərinin xarakterinin nəzərə alınmadığını, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəl i hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı2 MMC və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellya siya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-816/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar