Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1962/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Ağaəli oğlunun Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1962/2023 (Açar sözlər: pul tələbi, öhdəlik münasibətləri, öhdəliyin icra edilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Ağaəli oğlunun Cavabdehnə qarşı “pul və öhdəliyin icrası” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)553/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (vəkil Nümayəndə 2) tərəfindən verilmiş kassasiya şikayətinə 08 may 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə 126 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən yaşayış hüququ olan İddiaçı istifadəsində olan ünvan 1 ünvanda yerləşən, 41 saylı MKİS-nin mühəndisi tərəfindən çəkilən mənzilin sxeminə əsasən faktiki sahəsi 50,0 kv.m-dən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüş; Tikinti şirkəti ünvan 2 ünvanda yerlə şən yaşayış hüququ olanın istifadəsində olan yaşayış sahəsinin sökülməsini və söküləcək mənzilin 50,0 kv.m olan hissəsinə nəzərdə tutulmuş 20 % əlavə edilərək həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirəcək, inşa etdiyi binanın 10-cu blok, 9-cu mərtəbəsində 60,0 kv.m, təmirsiz mənzili yaşayış hüququ olan İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüş; tikinti şirkəti öhdəsinə götürmüşdür ki, binanın bünövrəsi qoyulandan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili yaşayış hüququ olana təhvil verəcək; binanın təməli qoyulan gündən etibarən 24 ayın tamamında yaşayış hüququ olanı təmirsiz mənzil ilə təmin etməzsə gecikdirilmiş hər ay üçün 400 manat məbləğində kirayə haqqını ödəməyi tikinti şirkəti öz üzərinə götürmüşdür.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4391/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə, iddiaçı X1 Cavabdehnə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzillə təmin olunma və daşınmaz əmlakın sökülməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qismən təmin olunması, Cavabdeh MMC ilə İddiaçı arasında Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində yerləşən 106 saylı fərdi yaşayış evinə dair bağlanmış 25 may 2018-ci il tarixli, 126 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 106 ünvanda inşa edilən yeni yaşayış binasından 2 otaqlı, sahəsi 60 kv.metrdən az olmayan təmirli mənzilin iddiaçı X3 təhvil verilmə si öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, Cavabdeh MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 106 ünvanda yerləşən mənzilin söküldüyü 29 may 2018-ci il tarixdən həmin ünvanda inşa edilən yaşayış binasından yeni mənzil tam təhvil verilənədək iddiaçı X3 hər ay üçün 400 (dörd yüz) manat kirayə haqqının verilməsinin həvalə edilməsi, iddia ərizəsi qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir.
3. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8698/2019 saylı, 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə üçüncü şəxs İddiaçı və X2 apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4391/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin “Malibo" MMC ilə İddiaçı arasında ba ğlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində rədd edilməsi qət olunmuşdur.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)7608/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qərarı ilə Cavabdeh MMC-nin direktoru Fərid Xəlilinin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8698/2019 saylı, 25 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirilərək qətnamənin “qət etdi” hissəsinə “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4391/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh MMC ilə İddiaçı Ağa oğlu arasında bağlanmış 25 may 2018-ci il tarixli, 126 saylı müqavilənin etibarsız hesab olunmasının təmin edilməsi hissədə ləğv edilsin” sözlərinin əlavə edilməsi, qətnamənin qalan hi ssədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2091/2020 saylı 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “25 may 2018-ci il tarixli 126 saylı müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7196/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh MMC-nin kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1098/2022 saylı, 15 mart 2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Ağaəli oğlu Cavabdehnə qarşı “pul və öhdəliyin icrası” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ona ünvan 3 ünvanda yerləşən mənzilin söküldüyü 29 may 2020-ci il tarixdən həmin ünvanda inşa edilən yaşayış binasından yeni mənzil tam təhvil verilənədək hər ay üçün 400 manat kirayə haqqı məbləğinin ödənilməsi və 10.000 manat mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Həmçinin, iddiaçı cavabdehə qarşı “öhdəliyin icrası” tələbinə dair digər iddia ərizəsi ilə də məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 126 saylı müqavilə üzrə öhdəliyin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və öhdəliyin vaxtında icra edilməməsinə görə dəymiş mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4963/2021 saylı, 22 iyul 2021-ci il tarixli qərardadı ilə yuxarıda göstərilən iddialar üzrə mülki işlər bir icraatda birləşdirilmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələblərini onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilənin bağlanma vaxtı 25 may 2018-ci il, icrasının son müddəti 2 il müəyyən edilmiş, müqavilənin icrasına müqavilənin bağlandığı andan başlanmışdır. Tərəflər arasında etibarlı müqavilə olmasına baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmir. Eyni zamanda cavabdehin uzun müddətdir ki, iddiaçını mənzillə təmin etməməsi mənəvi zərərin formalaşması üçün əsasdır.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3042/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 25 may 2018-ci il tarixli, 126 nömrəli müqavilədə qeyd edilən mənzilin iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, 08 avqust 2020-ci il tarixdən etibarən cavabdeh tərəfindən iddiaçıya ünvan 4 ünvanında yerləşən mənzilin yerində inşa edilən yaşayış binasından yeni mənzil təhvil verilənədək hər ay 400 manat kirayə haqqının tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmu şdur ki, İddiaçı Ağaəli oğlu 25 may 2018-ci il tarixli 126 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, yaşadığı yaşayış sahəsini cavabdehə təhvil vermişdir. İddiaçının cavabdeh qarşısında icra edilməmiş edilməmiş hər hansı öhdəliyi yoxdur. Cavabdeh MMC isə 25 may 2018-ci il tarixli 126 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Binanın bünövrəsi qoyulandan sonra, yəni xx.xx.2018-ci il tarixdən 24 ay ərzində mənzil iddiaçıya təhvil verilməmiş, həmçinin mənzilin vaxtında təhvil verilməməsinə baxmayaraq mənzil təhvil verilənə qədər iddiaçıya kirayə haqqının ödənilməsi təmin edilməmişdir. İddiaçı ona hər iki iddia tələbi üzrə mənəvi (real) zərərin vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
13. Qətnamədən cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. birinci
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin 2.1.1-ci bəndinə əsasən cavabdeh söküləcək ev ilə bağlı qeydiyyatda olan şəxslərlə bağlı arayışı təqdim etməli idi. Lakin iddiaçı evin mülkiyyətçisi barədə məlumatı cavabdehə verməkdən imtina etmiş, bu məlumatı gizlətməklə cavabdehi aldatmışdır. İddiaçı söküləcək fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin razılıq ərizələrini təqdim etmiş, özünün də həmin evdə 1947-ci ildən qeydiyyatda olmasına dair 41 saylı MKİS-in arayışını vermiş və yenə də əsl mülkiyyətçisinin kim olması barədə məlumatı gizlətmişdir. Bu səbəbdən onunla müqavilə bağlanmışdır. Məhkəmə iddiaçının yaşayış sahəsinin mülkiyyətçisi olmadığını nəzərə almamışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-553/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, apelyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmasını gizlətmiş, ona görə onunla müqa vilə bağlanmışdır. Həmin dəlilə qüvvədə olan məhkəmə qətnaməsi ilə qiymət verilmişdir. Belə ki, İddiaçı özünü mülkiyyətçi kimi deyil, “yaşayış hüququ olan” kimi təqdim etmiş, Cavabdeh MMC isə bununla razılaşaraq onunla müqavilə bağlamışdır. İddiaçı Cavabdeh MMC-yə mənzilin mülkiyyətçisinin kim olması barədə məlumat vermək vəzifəsi daşımır. Çünki qanunla və ya müqavilə ilə onun üzərinə belə vəzifə qoyulmamışdır. Göründüyü kimi müqavilənin aldatma nəticəsində bağlandığı sübut olunmur. Cavabdehin hazırki apelyasiya şikayətində mübahisələndirdiyi hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hal olduğundan, yenidən mübahisələndirilməsi və sübut edilməsi yolverilməzdir.
17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 425.1, 442-ci və Mülki Prosessual Məcəlləni n 14.2, 77.1, 82.3, 88, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
18. Qətnamədən cavabdeh (vəkili Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 422-ci maddəsinin müddəalarında təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur, yəni cavabdehə iddiaçı özünü həmin müqavilədə nəzərdə tutulan mənzilin mülkiyyətçisi kimi təqdim etdiyindən şirkət müqavilə bağlamışdır. Habelə şirkət əvvəlcədən iddiaçının mülkiyyətçi olmadığını bilsə idi həmin müqaviləni mənzilin əsl mülkiyy ətçisi ilə bağlayaraq, İddiaçı həmin mənzil üzrə istifadə hüququnu təmin edərdi.
20. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh MTK-nın əvvəlcədən İddiaçı həmin mənzildən istifadə hüququnun olması və mülkiyyətçisi olmadığı məlumatı olmuşdur. Lakin, bu tamamilə absurddur və həqiqəti əks etdirmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
21. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclud an vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
32. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübu tlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmaya n qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual no rmalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu sə bəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
47. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş k assasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-553/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.