Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1963/2025 30.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, hərracdan alınan yaşayış sahəsindən ipoteka qoyanın ailə üzvünün istifadə hüququ, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2025-ci il tarixli, 2(107)205/2025 nömr əli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cabbarov Şahin Yusif oğlu mülkiyyətində olan Qəbələ şəhəri, 28 may küçəsində yerləşən fərdi yaşayış evini (0,07 ha torpaq sahəsi ilə birlikdə) "xxxx" KB ASC ilə bağlanılan kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq ipoteka ilə yüklü olunmuş, sonradan tutma həmin əmlaka yönəldilmiş və əmlak hərracda tələbkar "xxxx" KB ASC tərəfindən alınmaqla, ASC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən 27 sentyabr 2022-ci ildə qeydiyyata alınmışdır.
2. Cavabdeh1 həmin fərdi yaşayış evində yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məh kəməsində icraat
3. İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılmaqla həmin fərdi yaşayış evinin onun yerləşdiyi torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı hərrac vasitəsi ilə Qəbələ rayonu, Qəbələ şəhəri, 28 May küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evini almışdır. Azərbaycan Re spublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən iddiaçının mülkiyyətində olan həmin fərdi yaşayış evində cavabdehlər qeydiyyatdadırlar. Bu iddiaçının mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir.
5. Qəbələ Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e-2(025)-755/2024 nömrəli qətnaməsi ilə (hakim A.Əliyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən əmlak iddiaçıya məxsusdur. Həmçinin, cavabdehlər iddiaçıya məxsus mənzildə yaşayırlar, mübahisə predmeti olan fərdi yaşayış evi faktiki olaraq cavabdehlərin sahibliyindədir. Lakin həmin sahibliyin heç bir hüquqi əsası mövcud deyildir. Belə ki, cavabdehlər həmin fərdi yaşayış evində yaşasalar da, onların mübahisə predmeti olan yaşayış sahəsinə dair sahiblik və ya istifadə hüququnun olması halı müəyyən edilməmişdir. Başqa sözlə, mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı ilə cavabdehlər arasında həmin yaşayış sahəsindən istifadə hüqu quna dair hər hansı notarial təsdiq edilmiş yazılı razılaşmanın olması, bu hüququn qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınması və ya digər qanuni əsaslarla sahiblik və istifadə hüququnun yaranması halı aşkar edilməmişdir. Bu halda, mübahisə predmeti olan yaşayış sahəsinin mülkiyyətçisi qismində iddiaçı çıxış etdiyindən, həmin yaşayış sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olması halı aşkar olunduğundan, iddia tələbini təmin edilməlidir.
7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.2, 205.2, 228.1-ci, Mülki Prosessual Məcəllənin 2.1, 4.1, 14.2, 76.1, 77.1, 82.3, 88, 217.4, 218.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci in stansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2025-ci il tarixli, 2(107)-205/2025 nömrəli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e2(025)-755/2024 nömrəli qətnaməsi qismən, yəni cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılmaları, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi hissələrində ləğv edilmiş, iddia tələbinin cavabdehlər Cavabdeh3 və C avabdeh2 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılmaları, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi hissələrində mülki iş üzrə icraata xitam verilmişdir.
10. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2025-ci il tarixli, 2(107)-205/2025 nömrəli qətnaməsi ilə (hakim E.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Məcidov və E.İsayev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti iddia tələbinin Cavabdeh1 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin boşaldılar aq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi” hissəsində təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e-2(025)-755/2024 nömrəli qətnaməsi “Cavabdeh1 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.
11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəmə si qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulduğu, kredit öhdəliklərinin icrası üçün həmin əmlaka məhkəmə qaydasında tutma yönəldilərək iddiaçı bankın mülkiyyətinə rəsmiləşdirildiyi halda, Cavabdeh1 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən istifadə etməsi üçün hər hansı bir hüquqi əsasın olması müəyyən edilməmişdir.
12. Apellyasiya kollegiyası apellyasiya şikayətinin 2022-ci ilin dekabr ayında iddiaçının hesabına tərəflərindən vəsait ödənilməsi, lakin iddiaçının məhkəmə prosesində verdiyi izahatda bu məsələni qeyd etməməsi, fərdi yaşayış evinin əvvəllər onlara məxsus olub, iddiaçı ilə razılığa gəlinərək, iddiaçıya ola n borcunun ödənilməsi şərti ilə sözügedən fərdi yaşayış evindən istifadə etmələri, fərdi yaşayış evində olan bütün əşyaların onlara məxsus olması və mülkiyyətçisinin onlar olmasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin özünün apellyasiya şikayətində göstərdiyi kimi iddiaçı ilə aralarında buna dair notarial qaydada bağlanmış razılıq olmamışdır.
13. Apellyasiya kollegiyası qeyd etmişdir ki, daşınmaz əmlak iddiaçı bankın mülkiyyətində olmaqla Cavabdeh1 həmin ünvanda yaşamasına əsas verəcək hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin hər hansı bir müqavilə münasibətinin hazırkı mübahisənin predmetini təşkil etməməsi səbəbli Cavabdeh1 müqavilədən kənar qaydada ödənilmiş bir məbləği ayrıca icraatda mübahisələndirmək hüququ vardır.
14. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh1 məxsus əşyanın iddiaçı bankın mülkiyyətində olan evdə olması onun evdən çıxarılmasını istisna edən hal deyildir.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci, “İpoteka haqqında” Qanunun 59.3-cü, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
16. Cavabdeh1 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2025-ci il tarixli, 2(107)-205/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 27, 43-cü, Mülki Məcəllənin 27-ci, “Yaşayış yeri və aldığı yer üzrə qeydiyyat haqqında” Qanunun 2, 3-cü, Mülki Prosessual Məcəllənin 76, 217.1, 217.4, 218.1-ci maddələri pozulmuşdur.
18. Belə ki, kassatorun və ailə üzvlərinin qeydiyyatda olduqları fərdi yaşayış evində yaşamaq hüquqları vardır və onlara məxsus yaşayış üçün nəzərdə tutulan daşınar əşyalar həmin evdə yerləşir.
19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
20. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası mülki prosessual qanunvericil iyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. Apellyasiya instansiyası məhkəməsinin qətna məsi Cavabdeh1 tərəfindən bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarınd an ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. 25. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən məcburi qaydada çıxarılırlar.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflə rin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəmə sinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, həmin dəlillərə hüquq i qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə razılaşır.
29. Kassasiya şikayətinin dəlilləri üzrə kassasiya kollegiyası bir daha qeyd edir ki, mübahisələndirilən yaşayış sahəsinin hazırda iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Cavabdeh kassasiya şikayətində onun həmin yaşayış sahəsindən istifadə hüququnun olmasını göstərsə də, bunu əsaslandıran, mülkiyyətçi ilə qanunun tələblərinə əsasən bağlanılan müqaviləni işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
30. Halbuki, mübahisəli daşınmaz əmlak ipoteka predmeti olaraq, kredit müqaviləsi öhdəliklərin icrası məqsədi ilə üzərinə tutma yönəldiyindən və hərracdan iddiaçı tərəfindən alındığından, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin dispozisiya şərtlərinə əsasən cavabdeh tutduğu yaşayış sahəsin i tərk etməlidir.
31. Bu səbəbdən, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 20 25-ci il tarixli, 2(107)-205/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.