Məhkəmə qərarları › İş №2(102)-1964/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1964/2023

16.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1964/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin qaytarılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-124/2023 nömrəli, 17 yanvar 2023-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və X1 tərəfindən verilmiş kassasiya ş ikayətinə 16 may 2023-cü il tarixdə Ali Məhkəmənin İnzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin qərarından və ilkin torpaqayırma cizgisindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən İddiaçı (bundan sonra iddiaçı) istifadəsinə “Bəhrəmtəpə-Biləsuvar” magistral yolunun cənub-qərb, kanalın cənub-şərq tərəfində iaşə obyekti üçün 120 kv.m., torpaq sahəsi ayrılmışdır.

2. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin qərarından və ilkin torpaqayırma cizgisindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən Cavabdeh2 (bundan sonra cavabdeh ) istifadəsinə “BəhrəmtəpəBiləsuvar” magistral yolunun cənub-qərb, kanalın cənub-şərq tərəfində yeməkxana binası üçün 1800 kv.m., (0.18 ha.) torpaq sahəsi ayrılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən onun istifadəsinə “Bəhrəmtəpə-Biləsuvar” magistral yolunun cənub-qərb, kanalın cənub-şərq tərəfində iaşə obyekti üçün 120 kv.m., torpaq s ahəsi ayrılmışdır. O, həmin torpaq sahəsində iaşə obyekti inşa etmiş və bir müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Uzun müddət keçdikdən sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının istifadəsində verilmiş həmin torpaq sahəsinə qeyriqanuni daxil olaraq, iaşə obyekti inşa etmişlər. Bütün bunların nəticəsində iddiaçı istifadəsinə verilmiş torpaq sahəsindən istifadə edə bilmir. Məhz bu səbəbdən də, iddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin geri qaytarılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Cəlilabad Layihə Tədqiqat İdarəsinin C-244 saylı, 15 dekabr 2021- ci il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə tikintitexniki ekspertizası”nın keçirilməsinə dair 10/645 saylı, 12 may 2022-ci il tarixli ekspert rəyindən məlum olmuşdur ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən İddiaçı ilkin torpaqayırma cizgisinə və “Bəhrəmtəpə-Biləsuvar” magistral yolunun əvvəlki yerləşmə vəziyyətinə görə yolun cənubqərb, kanalın cənub-şərq tərəfindəki iaşə obyekti üçün ayrılmış 120 kv.m., torpaq sahəsinin cənub-qərb istiqamətində 14.5 kv.m.,-dək (sökülmüş tikilinin uzununa sınıq xətt perimetri boyunca 15.5 m-dək mişar daşından hörülmüş divarın) hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsindədir. Bütün bunlar ı nəzərə alaraq, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən iddiaçıya ilkin torpaqayırma cizgisinə və “Bəhrəmtəpə-Biləsuvar” magistral yolunun əvvəlki yerləşmə vəziyyətinə görə yolun cənub-qərb, kanalın cənubşərq tərəfindəki iaşə obyekti üçün ayrılmış 120 kv.m., torpaq sahəsinin cənub-qərb istiqamətində 14.5 kv.m.,-dək (sökülmüş tikilinin uzununa sınıq xətt perimetri boyunca 15.5 m.,-dək mişar daşından hörülmüş divarın) hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və həmin hissədə sökülmüş tikilinin uzununa sınıq xətt perimetri boyunca 15.5 m.,-dək mişar daşından hörülmüş divarın cavabdehlərin hesabına sökülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada mülki iş üzrə mütəxəssis rəyinin əldə edilməsi üçü n aparılmış tədqiqatın dəyəri olan 312 (üç yüz on iki) AZN məbləğində pul vəsaitinin tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbin etiraz edərək, bildirmişlər ki, ünvan 2 ünvanda yaşayırlar. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən Cavabdeh2 istifadəsinə “Bəhrəmtəpə-Biləsuvar” magistral yolunun cənub-qərb, kanalın cənub-şərq tərəfində yeməkxana binası üçün 1800 kv.m., (0.18 ha.) torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində iaşə obyekti inşa etmiş və bir müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Bir müddət keçdikdən sonra onlar həmin torpaq sahəsində tikinti işləri aparmışlar. Onlar iddiaçının istifadəsində verilmiş h əmin torpaq sahəsinə qeyri-qanuni daxil olmamış və iaşə obyekti inşa etməmişlər. Bütün bunları nəzərə alaraq, iddiaçının onlara qarşı “torpaq sahəsinin geri qaytarılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Üçüncü şəxs Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndəsi bildirmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən iddiaçının istifadəsinə “Bəhrəmtəpə-Biləsuvar” magistral yolunun cənub-qərb, kanalın cənub-şərq tərəfində iaşə obyekti üçün 120 kv.m., torpaq sahəsi və Cavabdeh2 istifadəsinə “Bəhrəmtəpə-Biləsuvar” magistral yolunun cənub-qərb, kanalın cənub-şərq tərəfində yeməkxana binası üçün 1800 kv.m., (0.18 ha.) torpaq sahəsi ayrılmışdır. Həm iddiaçı, həm də cavabdeh tərəf onlara verilmiş həmin torpaq sahəsində iaşə obyekti inşa edərək, bir müddət istifadə etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Cəlilabad Layihə Tədqiqat İdarəsinin C-244 saylı, 15 dekabr 2021-ci il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə tikinti-texniki ekspertizası”nın keçirilməsinə dair 10/645 saylı, 12 may 2022-ci il tarixli ekspert rəyindən məlum olmuşdur ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən İddiaçı ilkin torpaqayırma cizgisinə və “Bəhrəmtəpə-Biləsuvar” magistral yolunun əvvəlki yerləşmə vəziyyətinə görə yolun cənub-qərb, kanalın cənubşərq tərəfindəki iaşə obyekti üçün ayrılmış 120 kv.m., torpaq sahəsinin cənub-qərb istiqamətində 14.5 kv.m.,-dək (sökülmüş tikilinin uzununa sınıq xətt perimetri boyunca 15.5 m.,-dək mişar daşından hörülmüş divarın) hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsindədir. Bütün bunları nəzərə alaraq, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin geri qaytarılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə tikinti-texniki ekspertizası”nın keçirilməsinə dair 10/645 saylı, 12 may 2022-ci il tarixli ekspert rəy inə əsasən:

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Cəlilabad Layihə Tədqiqat İdarəsinin C-244 saylı, 15 dekabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən

1. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilmiş iddiaçıya ilkin torpaqayırma cizgisinə və “BəhrəmtəpəBiləsuvar” magistral yolunun cənub-qərb, kanalın cənub-şərq tərəfində iaşə obyekti üçün 120 kv.m., torpaq sahəsinin hüdudlarının (sərhədlərinin ) naturada yerləşmə vəziyyəti, ölçüləri, döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş yerquruluşu planında və Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış torpaq sahəsinin yerquruluşu layihəsindən çıxarışda öz əksini tapmışdır.

9. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilmiş Cavabdeh2 ilkin torpaqayırma cizgisinə və “Bəhrəmtəpə-Biləsuvar” magistral yolunun cənub-qərb, kanalın cənub-şərq tərəfində yeməkxana binası üçün 0.18 ha. (1800 kv.m.,) torpaq sahəsinin hüdudlarının (sərhədlərinin ) naturada yerləşmə vəziyyəti, ölçüləri, döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş yerquruluşu planında və Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış torpaq sahəsinin yerquruluşu layihəsindən çıxarışda öz əksini tapmışdır.

10. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mə nzil İstismar Departamenti tərəfindən verilmiş sözügedən torpaq sahələri ilkin torpaqayırma cizgisinə və “Bəhrəmtəpə-Biləsuvar” magistral yolunun əvvəlki yerləşmə vəziyyətinə görə İddiaçı ayrılmış torpaq sahəsinin naturada Cavabdeh2 istifadə etdiyi ərazi kimi plana alınmış torpaq sahəsinin müəyyən edilmiş hissəsi ilə üst-üstə düşür.

11. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilmiş torpaq sahəsinin ilkin torpaqayırma cizgisinə və “Bəhrəmtəpə-Biləsuvar” magistral yolunun əvvəlki yerləşmə vəziyyətinə görə ayrılmış torpaq sahəsinin naturada Cavabdeh2 istifadə etdiyi ərazi kimi plana alınmış torpaq sahəsinin hüdudları (sərhədləri) daxilində, şimal-qərb istiqamətində sökülmüş tikilinin sınıq xətti perimetri boyunca 37.6 m.,-də k mişar daşından hörülmüş divarın mövcud olduğu müəyyən edilmişdir.

12. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən iddiaçıya ilkin torpaqayırma cizgisinə və “BəhrəmtəpəBiləsuvar” magistral yolunun əvvəlki yerləşmə vəziyyətinə görə yolun cənub-qərb, kanalın cənub-şərq tərəfindəki iaşə obyekti üçün ayrılmış 120 kv.m., torpaq sahəsinin cənub-qərb istiqamətində 14.5 kv.m.,-dək (sökülmüş tikilinin uzununa sınıq xətt perimetri boyunca 15.5 m.,-dək mişar daşından hörülmüş divarın) hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsində olduğu müəyyən edilmişdir.

13. Cəbrayıl Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(072)-007/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Tərlan Nüsrət ov) iddia təmin edilmiş.

14. Məhkəmə qeyd etmişdir ki,Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddi anı təmin edəcək.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki,cavabdehlər iddianın rədd edilməsinə əsas verə biləsi hallarla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir.

16. Məhkəmə hesab etmişdir ki, İddiaçı sahiblik hüququnun müdafiəsi məqsədi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin geri qaytarılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu;

2. İddiaçının qanuni sahibliyində olan daşınmaz əmlakı (“Bəhrəmtəpə-Biləsuvar” magistral yolunun cənubqərb, kanalın cənub-şərq tərəfində iaşə obyekti üçün 120 kv.m., torpaq sahəsi) özgənin qanunsuz sahibliyində olduğu;

3. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin ə sası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etdiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən iddiaçıya ayrılmış ilkin torpaqayırma cizgisinə və “Bəhrəmtəpə-Biləsuvar” magistral yolunun əvvəlki yerləşmə vəziyyətinə görə yolun cənub-qərb, kanalın cənub-şərq tərəfindəki iaşə obyekti üçün ayrılmış 120 kv.m., torpaq sahəsinin cənub-qərb istiqamətində 14.5 kv.m.,-dək (sökülmüş tikilinin uzununa sınıq xətt perimetri boyunca 15.5 m.,-dək mişar daşından hörülmüş divarın) hissəsindən çıxarılmalı və hə min hissədə sökülmüş tikilinin uzununa sınıq xətti perimetri boyunca 15.5 m.,-dək mişar daşından hörülmüş divar cavabdehlərin hesabına sökülməlidir. Eyni zamanda, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada mülki iş üzrə mütəxəssis rəyinin əldə edilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 312 (üç yüz on iki) AZN məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir.

17. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyanın 13.1,24.3,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4,158.1.2,158.2,158.4,159,164.1,165.1-ci,Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1,66.2,67.1,67.4,68-ci il, Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Q anununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarı, “İnsan hüquqları və əsas azadlıqları müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rəd d edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin kadastrı yoxdur. Şikayətə əsasən iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin sərhədləri (naturada) və xəritədə müəyyən edilməmişdir.

20. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

22. Şirvan Apellyasiya Məhkə məsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-124/2023 nömrəli, 17 yanvar 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Pərviz Əhmədov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdu r.

24. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiya 13.1,24.3, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1,66.2,67.1,67.4,68-ci, Azərbaycan Respublikası MM-in 6.1.4, 158.1.2, 158.2, 158.4, 159, 164.1, 165.1-ci, maddələrinə əsaslandırmışdır. 25.. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (vəkil X2) birlikdə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə yenidən araşdırılması üçün Şirvan Apellyasiya məhkəməsinə qaytarılması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Şikayət belə əsaslandırılmışdır ki, mübahisəli torpaq sahələri AR Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar departamenti tərəfindən iddiaçı və kassator Cavabdeh2 ilə torpağın ayrılması barədə müqavilə bağlanmamışdır. İddiaçı və kassatorların mübahisəli torpaq sahəsinə hər hansı bir istifadə hüquqları olmadığı üçün iş üzrə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar mövcud deyil. Eyni zamanda, iddiaçının tələb etdiyi mübahisəli torpaq sahəsi onun xüsusi mülkiyyətində, nədəki qanuni istifadəsində deyil.

28. Ona görə də iddianın mübahisəli torpaq sahəsində qanunsuz tikilinin sökülməsini tələb etmək hüququ yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

30. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

31. Maddə 24.3. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsı

32. Maddə 66.1 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsin in əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

33. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

34. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

35. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

36. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sah ələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 6.1.4. Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir.

38. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır..

39. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

40. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

41. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir..

42. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayıl ır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

43. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fak tiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsa slar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

56. İşin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının süb ut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

57. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 2 18, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdehlər Cavabdeh1 və X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-124/2023 nömrəli, 17 yanvar 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar