Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1964/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: İstifadə hüququnun tanınması, mənzilə köçürmə, istifadə hüququnun itirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “evə köçürülmə” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-201/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Ümid Abdullayev (Vəki l) tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Cavabdeh1 ilə 12 sentyabr 2000-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2001-ci ildə X3 və xx.xx.2006-cı ildə Cavabdeh2 adında iki uşaqları doğulmuşdur.
2. Balakən Rayon Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında olan nikah pozulmuşdur. 3. 7 fevral 2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən, İddiaçı mülkiyyət hüququ üzrə ona məxsus olan, Balakən rayonu İtitala kəndində yerləşən 0,1179 ha torpaq sahəsini və ümumi sahəsi 47,80 kv.m. olan fərdi yaşayış evini hədiyyə olaraq oğlu Cavabdeh2 bağışlamışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, reyestr nömrəsi **********96-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu İtitala kəndində 0,1179 ha yaşayış məntəqələrinin torpaqları və fərdi yaşayış evi 26 №li reyestr kitabının 13 №li vərəqində xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra ca vabdeh, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, oğlu - Cavabdeh2 adına olan Balakən rayonu, İtitala kəndində 0,1179 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 47,80 kv.m. olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, ev və torpaq sahəsi Cavabdeh2 adına qeydə alındıqdan sonra Ümüd ona bildirmişdir ki, evdən çıxıb getsin. O, da evdən çıxmış və o vaxtdan atası evində yaşamışdır. Hazırda yaşamağa başqa yaşayış yeri yoxdur. Cavabdeh2 anasının himayəsində olduğuna görə Cavabdeh1 onu orada yaşamağa buraxmır. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini dəyişərək məhkəmədən Ümid Abdullayevin adına olan Balakən rayonu İtitala kəndində 0,1179 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 47,80 kv.m. olan fərdi yaşayış evinə iddiaçıya istifadə hüququ verilməklə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Balakən Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(019)-696/2024 nömrəli, 6 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia tələbinin təmin edilməməsi, 100 manat dövlət rüsumu xərcinin iddiaçının özünə aid edilməsi qət olunmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olan, Balakən rayonu İtitala kəndində yerləşən 0,1179 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində y erləşən, ümumi sahəsi 47,80 kv.m. olan fərdi yaşayış evini xx.xx.2020-ci il tarixdə, Balakən rayon Notariat ofisində 4Ə-63 nömrə ilə reyestrdə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Cavabdeh2 bağışlamış, bununla əlaqədar həmin ev və torpaq sahəsi 28 fevral 2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır. Sözügedən ev və torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yanaşı, həmin ev və torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ barədə qeydiyyat yazısı da ləğv olunmuşdur. Bununla da İddiaçı həmin evə və torpaq sahəsinə mülkiyyət hüququnu itirmişdir.
10. Məhkəmə hesab etmişdir ki, məhkəmələr tərəfindən müvafiq maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıd ır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı işdə mülkiyyətçi olaraq Cavabdeh2 ilə iddiaçı arasındakı münasibətlər 28 fevral 2020-ci ildə yarandığından onlar arasındakı mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının məhkəmə iclasında verdiyi ifadəsindən aydın oldu ki, sözügedən ev və torpaq sahəsi 28 fevral 2020-ci ildə Cavabdeh2 mülkiyyətinə keçdiyi gün Cavabdeh2 iddiaçıdan evdən çıxıb getməsini tələb etmiş, sonuncu da evdən köçüb getmiş və dörd ildən çoxdur ki, həmin evdə yaşamır, o vaxtdan atası evində yaşayır.
12. Məhkəmə həmçinin hesab etmişdir ki, 7 fevral 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsində iddiaçının həmin evdən istifadə hüququ nəzərdə tutulmadığından və o, adıçəkilən ev və torpaq sahəsindən daimi olaraq köçdüyündən, həmin evdən istifadə hüququnu da itirmişdir. İddaçının Cavabdeh2 mülkiyyətində olan Balakən rayonu İtitala kəndində 0,1179 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 47,80 kv.m. olan fərdi yaşayış evindən istifadə hüququ olmadığından o, həmin evə köçürülə bilməz.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, 82.3-cü maddələrinə, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyul 2014-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edilmişdir.
15. Apellyasiya şikayəti iddianın dəlillərinə oxşar qaydada əsaslandırılmış, əlavə o laraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv və qərəzli qətnamə qəbul etmişdir. Qətnamədə iddia tələbinin dəlillərinə tam hüquqi qiymət verilməmiş, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış və qətnamədə ifadə olunan nəticələr işin faktiki hallarına və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü, Ailə Məcəlləsinin 82.1-ci maddələrinə uyğun olmamışdır. Hesab edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olmuş, öz mülkiyyətini oğlu Cavabdeh2 bağışlamış, hazırda isə Cavabdeh2 atası İddiaçı yaşayış sahəsindən istifadə etməsinə imkan verm ir. Hazırda iddiaçının maddi vəziyyəti çox pisdir, başqa yaşayış sahəsi ilə təmin edilməmişdir. Belə olan halda isə məhkəmə keçmiş ailə üzvü hesab etdiyi iddiaçını göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnu saxlamalı idi. Eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsində də əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borclu olduğu qeyd edildiyindən mülkiyyətçi olan Cavabdeh2 atası İddiaçı ona bağışladığı evdə saxlamaq vəzifəsi vardır.
16. Birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etmədiyinə görə iddianı əsassız olaraq rədd etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfində n işin yuxarıda göstərilən halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. İşdən də göründüyü kimi, maddi hüquq normasını düzgün tətbiq etməməklə işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır.
17. İddiaçı məhkəmənin hazırlıq iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh2 adına olan Balakən rayonu İtitala kəndində 0,1179 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 47,80 kv.m. olan fərdi yaşayış evinə İddiaçı istifadə hüququ verilməklə köçürülməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmiş, lakin iş üzrə qətnamə çıxarılarkən həmin tələbin evə köçürülmə hissəsi üzrə araşdırma aparılmış, istifadə hüququnun verilməsi üzrə məhkəm ə araşdırma aparmamış və bu barədə qətnamədə hər hansı qeyd aparılmamışdır.
18. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(107)-201/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elman İsayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçının cavabdehlərə qarşı istifadə hüququ verilməklə fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçının Daşınmaz əmlakın dövlət reyestrindən 28 fevral 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində o lan, Balakən rayonu İtitala kəndində 0,1179 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 47,80 kvadratmetr olan fərdi yaşayış evinə köçürülməsi, iddiaçının iddiasının qalan hissəsinin təmin edilməməsi və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatının onun özünə aid edilməsi, 50 manatın isə cavabdehlərdən müştərək qaydada tutulub, iddiaçıya verilməsi qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin iddiaçının məhkəmənin hazırlıq iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh2 adına olan Balakən rayonu İtitala kəndində 0,1179 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 47,80 kv.m. olan fərdi yaşayış evinə iddiaçıya istifadə hüququ verilməklə köçürülməsini xahiş etməsi, ərizənin məhkəmənin ic raatına qəbul edilməsi, lakin iş üzrə qətnamə çıxarılarkən həmin tələbin istifadə hüququnun verilməsi üzrə məhkəmənin araşdırma aparmaması, bu barədə qətnamədə hər hansı qeydin aparılmamasına dair dəlili ilə razılaşaraq qeyd etmişdir ki, işdə olan (i.v.39) iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən 13 sentyabr 2024-cü il tarixdə elektron qaydada imzalanmış ərizədən görünür ki, iddiaçı iddia tələbini dəyişərək məhkəmədən Cavabdeh2 adına olan Balakən rayonu İtitala kəndində 0,1179 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 47,80 kv.m. olan fərdi yaşayış evinə iddiaçıya istifadə hüququ verilməklə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işdə olan birinci instansiya məhkəməsinin 13 sentyabr 2024-cü il tar ixdə keçirilmiş məhkəmə iclası üzrə iclas protokolundan görünür ki, iddiaçının iddia tələbinin dəyişdirilməsinə dair ərizəsi müzakirə edilmiş və məhkəmənin icraatına qəbul edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin məhkəmə tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulmasına dair dəlili ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin fərdi yaşayış evinə iddiaçıya istifadə hüququnun verilməsi hissəsinə hüquqi qiymət verməməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı iddiaçının fərdi yaşayış evinə köçürülməsi hissəsində rədd etməkdə haqlı olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydı nlaşdırılmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmamış, eyni zamanda maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, tərəflər arasındakı münasibətlərin xarakterini maddi hüquq normalarının tələbləri baxımından düzgün müəyyənləşdirə bilməmişdir.
23. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin həllində Azərbaycan Respublikasının 1 oktyabr 2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsinin normalarına istinad etsə də, mübahisəli hüquq münasibətlərinin daha əvvəldən, yəni, tərəflərin ailə qurmaları, iddiaçının bacısı tərəfindən ona fərdi yaşayış evinin bağışlanması ilə yaranmasını, beləliklə tərəflər arasında yaranmış mübahisənin həllində məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə istinad edilməli olmasını nəzərə almamışdır. Belə ki, iddiaçı ilə Cavabdeh1 12 sentyabr 2000-ci ildə ailə qurmaqla, mübahisəli fərdi yaşayış evi də bacısı tərəfindən iddiaçıya 2004-cü ilin avqust ayının 26-da bağışlanmışdır. Birinci instansiya məhkəməsi isə iddiaçının mübahisəli fərdi yaşayış evini oğlu, digər Cavabdeh2 bağışladığı dövrü mübahisəli hüquq münasibətinin yaranma tarixi kimi qəbul etməkdə səhvə yol vermişdir.
24. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakı cavabdeh oğluna bağışlaması, bağışlama müqaviləsində evdən istifadə hüququnun nəzərdə tutulmaması, adına olan qeydiyyat yazısının ləğv olunması ilə əsaslandırmaqla həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3 və 228.4-cü maddələrinin tələ blərini diqqətə almamışdır. Belə ki, əmlakı bağışlayan iddiaçının bağışlama müqaviləsində buna dair hər hansı bir qeyd şərt nəzərdə tutmaması deyil, əksinə buna dair ayrıca ərizə verməsi, yaxud da müqavilədə buna dair qeyd-şərtin nəzərdə tutulması onun fərdi yaşayış evindən istifadə hüququnu aradan qaldıran hal kimi qəbul edilə bilərdi.
25. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin evə köçürülmə hissəsi üzrə öz mövqeyini həmçinin sonuncunun evdən köçüb getməsi, dörd ildən çoxdur ki, həmin evdə yaşamaması, həmin vaxtdan atası evində yaşaması ilə əsaslandırsa da, iş materiallarından iddiaçının mübahisəli fərdi yaşayış evini könüllü əsaslarla tərk etməsi, mübahisəli fərdi yaşayış evindən istifadəyə ehtiyacının aradan qalxması halları müəyy ən edilməmiş, əksinə xeyrinə bağışlama aparılmış cavabdehin ona hədiyyə etmiş atasına münasibətdə ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələrin daşıyıcısı olmasını nəzərə almamışdır.
26. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun olmasının müəyyən edildiyi halda birinci instansiya məhkəməsi həmin hüququn itirilməsi qənaətinə gəlməklə, iddia tələbinin istifadə hüququnun verilməsi hissəsi üzrə heç bir dəyərləndirmə aparmamaqla maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.
27. Məhkəmə kollegiyası iddia tələbi üzrə dəyərləndirmə apararaq qeyd etmişdir ki, məhkəmə kollegiyasının araşdırması ilə hazırda cavabdeh Ümi d Abdullayevin mülkiyyətində olan Balakən rayonu İtitala kəndində 0,1179 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 47,80 kv.m. olan fərdi yaşayış evindən iddiaçının istifadə hüququnun olması müəyyən edildiyindən iddiaçı cavabdehlərdən həmin evə köçürülməsini tələb etməkdə haqlıdır. Hüququn verilməsi olmayan bir hüququn verilməsini ehtiva etdiyindən, iddiaçının isə mübahisəli fərdi yaşayış evində istifadə hüququnun olması müəyyən edildiyindən, ona bu hüququn yenidən verilməli olması hissəsində iddia tələbi əsassızdır.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni ası Mülki Məcəllənin 158.3, 158.4, 228.2, 228.3, 228.4, 228.5-ci maddələrinə, Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 372, 384, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
29. Qətnamədən cavabdehlər Cavabdeh1 və Ümid Abdullayev (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli fərdi yaşayış evini 2020-ci ildə könüllü tərk edib, ata evinə köçüb yaşaması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı qeyd edilən halı inkar etmir. İddiaçının Cavabdeh1 ilə nikahları pozulmuşdur və onlar ailə üzvü hesab edilmirlər. İddiaçı qeyd edir ki, hal-hazırda başqa yaşayış yeri olmadığından mövcud iddia tələbi irəli sürülmüşdür. Halbuki, onun ata evində yaşamaq hüququ vardır. Ata evinin mövcud olmaması və ya oradan onu çıxarılması barədə hər hansı sübut mövcud deyil. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, mübahisəli fərdi yaşayış evi 1 (bir) yaşayış otağından və mətbəxdən ibarətdir. Həmin bir otaqda 3 (üç) nəfər yaşayır. İddiaçının onlarla birgə yaşaması, birgə təsərrüfat aparması mümkün deyil. İşə baxan məhkəmə kollegiyası göstərilənləri yanlış qiymətləndirmiş bu zaman Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə zidd mövqe tutmuşdur. Birincisi, mübahisəli fərdi yaşayış evinin 1 (bir) yaşayış otağından və mətbəxdən ibarət olması, həmin bir otaqda 3 (üç) nəfər yaşaması, iddiaçının onlarla birgə yaşaması, birgə təsərrü fat aparmasının mümkün olub-olmaması məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmadığından düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı ata evinin mövcud olmaması və ya oradan onu çıxarılması barədə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
31. Maddə
13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
32. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüqu qu qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
33. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək ü zrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
35. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
36. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
37. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
38. Maddə 203.2. Daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir.
39. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
40. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
41. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
42. Maddə
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
43. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikə n bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
44. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.
45. Maddə 30.1. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə o nun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
46. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
47. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmi ş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
48. Maddə 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddə ti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.
49. Maddə 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düz gün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
52. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.1. Məhkəmənin qətnamə si qanuni və əsaslı olmalıdır.
56. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
59. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
60. Maddə 40 7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
63. Maddə 417.1.4. K assasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri:
64. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırki kassa siya şikayətində cavabdehlər tərəfindən qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarına obyektiv hüquqi qiymətin verilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
67. Bu səbəbdən də məhkəmə kollegiyası mübahisələndirilən qətnamənin ləğv edilməsi və apelly asiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul olunmasını məqsədəuyğun hesab edir.
68. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə o laraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
69. Hazırkı işin hallarından aydın olur ki, iddiaçı mülkiyyətində olmuş torpaq sahəsini və fərdi yaşayış evini xx.xx.2020-ci il tarixdə oğlu Cavabdeh2 bağışladığını, bağışlamadan dərhal sonra oğlunun ondan evdən çıxıb getməsini tələb etdiyini, həmin vaxtdan evdən çıxmasını və atasının evində yaşamasını qeyd edərək, oğlu - Cavabdeh2 adına olan Balakən rayonu, İtitala kəndində 0,1179 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 47,80 kv.m. olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
70. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halından görünür ki, iddiaçı Cavabdeh1 ilə 12 sentyabr 2000-ci ildə rəsmi nikah bağlamaqla evlənmişdir. Tərə flərin birgə nikahından xx.xx.2001-ci ildə Oruc Abdullayev və xx.xx.2006-cı ildə Cavabdeh2 adında iki uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə Cavabdeh1 arasında olan nikah pozulmuşdur. İddiaçı Balakən rayonu İtitala kəndində yerləşən 0,1179 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 47,80 kv.m. olan fərdi yaşayış evini xx.xx.2020ci il tarixdə, Balakən rayon Notariat ofisində 4Ə-63 nömrə ilə reyestrdə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında oğlu - Cavabdeh2 bağışlamışdır. Ev və torpaq sahəsi 28 fevral 2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Cavabdeh2 iddiaçının həmin evdə yaşamasını istəmədiyində n sonuncu həmin vaxtdan o, evdən çıxaraq atası evində yaşamışdır. Dörd ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının mübahisəli evə istifadə hüququnun tanınması hissəsində tələbi apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilsə də, iddiaçı qətnamənin həmin hissəsi ilə razılaşaraq mübahisələndirməmişdir.
71. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının araşdırması ilə hazırda cavabdeh Ümid Abdullayevin mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evindən iddiaçının istifadə hüququnun olması müəyyən edildiyindən iddiaçı cavabdehlərdən həmin evə köçürülməsini tələb etməkdə haqlıdır. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı Mülki Məcəllənin 158.3, 158.4, 228.2, 228.3, 228.4, 228.5-ci maddələrinə əsaslanmışdır.
72. Apellyasiya məhkəməsi həmçinin, hüququn verilməsi olmayan bir hüququn verilməsini ehtiva etdiyindən, iddiaçının isə mübahisəli fərdi yaşayış evində istifadə hüququnun olması müəyyən edildiyini qeyd edərək, ona bu hüququn yenidən verilməli olması hissəsində iddia tələbinin əsassız olması barədə qənaətə gəlmişdir.
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi qənaət qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmadığına görə bununla bağlı aşağıdakıları qeyd edir:
74. Belə ki, hazırkı halda, iddiaçı ilə Cavabdeh2 arasında hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədən, torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinin bağışlanmasına dair müqavilə bağlandıqdan sonra bağışlamadan irəli gələn hüquq münasibətləri mövcud olduğuna görə Mülki Məcəllənin 666.1-ci maddəsində nəzərdə tutulmuş bağışlama qaydaları ilə bağlı münasibətlər yaranmış, bağışlama müqaviləsində iddiaçının istifadə hüququnun saxlanılması ilə bağlı hər hansı bağışlanma şərti nəzərdə tutulmadığına, həmçinin bağışlama belə şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilmədiyinə görə Mülki Məcəllənin 670.1-ci maddəsindən irəli gələn münasibətlər formalaşmışdır. Odur ki, bu halda iddia tələbinin hüquqi əsası kimi iddiaçının mülkiyyət hüququnun itirilməsi ilə bağlı Mülki Məcəllənin 203.2-ci maddəsi tətbiq edilməlidir.
75. Belə ki, Mülki Məcəllənin 203.2-ci maddəsinə əsasən daşın ar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itibitməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir.
76. Göründüyü kimi iddiaçı mülkiyyətində olan torpaq sahəsini və onun üzərində olan fərdi yaşayış evini hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı etmədən Cavabdeh2 bağışlamaqla, sonuncunun həmin əmlakı qəbul etdiyi vaxtdan əmlaka dair mülkiyyət hüququnu, o cümlədən həmin hüququn məzmununu təşkil edən digər hüquqlarını - istifadə, sahiblik və sərəncam vermək hüququnu da itirmişdir. İddiaçı mübahisəli evdən istifadə hüququnun aradan keçən dörd ildən artıq müddət ərzində itdiyini bildiyinə görə iddia tələbinin dəqiqləşdirilmə si barədə ərizəsində evə yenidən istifadə hüququnun tanınmasını xahiş etdiyi halda, həmin hissəsində tələbi apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilsə də, iddiaçı qətnamənin qeyd olunan hissəsi ilə razılaşaraq mübahisələndirməmişdir.
77. Məhkəmə kollegiyası bu halda onu da qeyd edir ki, iddiaçının 2020-ci ilin mart ayından mübahisəsi gedən evdən çıxdığı işin mübahisə olunmayan halıdır. Məhkəməyə müraciət etməzdən təxminən dörd il dörd ay öncə iddiaçı cavabdeh oğlu Cavabdeh2 mülkiyyətində olan evi tərk etmiş, atasına məxsus başqa ünvanda yerləşən evdə daimi olaraq yaşamağa getmişdir. Artıq dörd ildən çox müddətdir ki, iddiaçı cavabdehə Cavabdeh2 məxsus evdə yaşamır. Həm də iddiaçı mübahisəli evlə davamlı əlaqələrinin olduğuna dair sübutları araşdırmaq hüququ olan məhkəmələrə təqdim etməmişdir.
78. Mənzil Məcəlləsinin 30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.
79. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsini n sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir.
80. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi “O.X4rşı” iş üzrə ərizənin qəbul edilənliyi haqqında və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir.
81. Beləliklə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslıdır. Ona görə də cavabdehlərin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin edilərkən maddi və prosessual hüquq normaları pozulduğu üç ün həmin qətnamə ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmalıdır.
82. Məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri məsələsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir.
83. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-201/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçı cavabdehl ər Cavabdeh1 və X2 qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.