Məhkəmə qərarları › İş №2(102)-1965/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1965/2022

15.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1965/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5972/2021 nömrəli iş üzrə 29 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Nikah haqqında şəhadətna mədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 14.07.2007-ci il tarixdə nikah bağlanılmış və bu barədə 2067 saylı akt qeydi icra edilmişdir. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş kserosurətlərindən görünür ki, iddiaçı ilə cavabdehin birgə nikahdan 09.06.2008-ci il təvəllüdlü X8, 09.03.2010-cu il təvəllüdlü X9 və 09.03.2017-ci il təvəllüdlü X10 adlı uşaqları var. Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən X2 ünvanlanmış 30.12.2014-cü il tarixli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* No-li, 14.01.2014-cü il tarixli çıxarışı ilə mülkiyyətində olan torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq ray on İcra Hakimiyyəti tərəfindən edilmiş tövsiyyələrə riayət edilməklə tikinti işlərinin aparılmasına etiraz etmirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən 14.01.2014-cü il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,025 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X1 mülkiyyətindədir. Əmək kitabçasının kserosurətindən belə məlum olur ki, X3 13.02.2002-ci ildə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. “Azər-Türk Bank” tərəfindən verilmiş məxaric qəbzindən belə məlum olur ki, Cavabdeh tərəfindən 127521 manat pul qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Bir inci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikah vaxtı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında inşa etdirdikdəri evə övladları Əliyev Kamil Tural oğlu, X13, X11 ilə birlikdə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 14.07.2007-ci il tarixdə dövlət tərəfindən qeydiyyata alınmış nikaha daxil olmuşdur və cavabdehin yaşadığı ünvan 1 ünvanına gəlin köçmüşdür. Bu nikahdan onların 09.06.2008-ci il tarixdə X8, 05.03.2010cu il tarixdə X9, 09.03.2017-ci il tarixdə X12 anadan olmuşdur. X8 və X9 ünvan 1 ünvanında qeydiyyata alınmışlar. 2014-cü ildə onlar ünvan 2kmək üçün torpaq sahəsi almışlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları nın X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* saylı, 14.01.2014-cü il tarixli çıxarışla qaynanası X1 adına alınmışdır. Torpaq sahəsini qaynanası - X1 adına alınması cavabdehin istəyi ilə olmuşdur. 2014-cü ilin dekabr ayında isə onlar bu torpaq sahəsində ev tikməyə başlamışlar. 2016-cı ildə ünvan 1 ünvanda yerləşən yaşadıqları mənzilin sökülməsi ilə əlaqədar kirayə evə köçmüşlər. Maddi durumu ilə əlaqədar olaraq ev kirayələmək çətin olduğu üçün o, uşaqları və qaynanası ilə birgə valideynlərinin mənzilinə köçmüş və hal-hazıra kimi o, və uşaqlar orada yaşayırlar. Cavabdeh isə onlardan ayrı yaşayır. Badamdardakı evin inşası tamamlanıb, lakin ora köçmələrinə cavabdeh icazə vermir. 5 ilə yaxındır ki, o, uşaqları ilə, xəstə qaynanası ilə məcbur olub valideynlərinin mənzilində ya şayır. Bu da valideynləri və qardaşı üçün çox böyük çətinliklər yaradır. Halhazırda evlərin inşası bitib və o, evsizlikdən çox əziyyət çəkdikləri halda cavabdeh onu evə buraxmır. Ailələrinə aid avadanlıq, mebel, paltarları və əşyaları - hamısı yeni inşa edilmiş evlərindədir. Dəfələrlə uşaqlar və o, cavabdehdən köçüb orada yaşamaq üçün imkan verməsi xahiş və tələb etmişdir, lakin cavabdeh icazə verməmişdir. Bu ev tikilən gündən o, xəstə qaynanasına və uşaqlara təkbaşına, cavabdehin köməkliyi olmadan baxmışdır. Maddi cəhətdən valideynləri köməklik ediblər. Cavabdeh isə həmişə bildirirdi ki, o, ev inşası ilə məşğuldur və onlar öz problemləri ilə onu narahat etməsinlər. Uşaqlar hazırda yetkinlik yaşına çatıblar, onlara rahat yaşayış şəraiti lazımdır. Bu illər ərzində o, uşaqlarla bütün çətinli klərə dözüb evin inşasının bitməsini gözləmişdir. Lakin cavabdeh heç bir cəhdlə onların bu evə köçmələrinə razılıq vermir. Onların bütün paltarları, ev və məişət əşyaları, mebelləri həmin evdədir. Ev tikməyə başlananda da o, cavabdehlə bir ailə olub, ümumi təsərrüfat aparmışlar. Əldə edilən ümumi gəlirlər hesabına tikilirdi bu ev. Belə ki, bu illər ərzində o, uşaqları və ağır xəstə olan qaynanası ilə birgə valideynlərinin mənzilində yaşamışlar və hal-hazırda da orada yaşayırlar. Qeyd olunanlara əsasən o, Cavabdeh ilə dövlət tərəfindən qeydə alınmış nikaha daxil olaraq 14.07.2007-ci il tarixdə ünvan 1 ünvana gəlin köçmüşdür. 2014-cü ildə isə ünvan 2kdirməyə başlamışlar, hal-hazırda bu evin inşası başa çatmışdır. Lakin cavabdeh tərəfindən onların həmin evdən istifadə hüquqları pozulduğundan, onun uşaqları ilə birlikdə məhkəmə qaydasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən evə istifadə hüquqlarını tanımaqla həmin evə köçürülməlidirlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev, iş № 2(009)-802/2021) iddia təmin edilərək, İddiaçı yetkinlik yaşına çatmamış uşaqları - 09.06.2008-ci il təvəllüdlü X8, 05.03.2010-cu il təvəllüdlü X9 və 09.03.2017-ci il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən, X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, 0,025 ha torpaq sahəsində inşa edilmiş evə köçürülmələri qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli yaşayış evi müvafiq icazələr alınmaqla inşa olunduğu üçün, həmin ev özbaşına sta tusu daşımır. Məhkəmə iddiaçının uşaqları ilə birlikdə həmin evə köçürülməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, həmin tələb tam əsaslı hesab edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ev cavabdehin anasının mülkiyyətindəki torpaq sahəsində inşa edilsə də, həmin ev tərəflərin birgə nikahda olduqları zaman tərəflərin birgə vəsaiti hesab edilən cavabdehin qazancı hesabına inşa edilmişdir. Qeyd olunduğu kimi mübahisəli evin tikintisi ilə bağlı müvafiq icra hakimiyyətinin razılıq ərizəsi 2014-cü ilin sonunda verilmişdir və bu hal onu göstərir ki, mübahisəli ev hələ tərəflər cavabdehin anasına məxus olan evdə yaşayarkən inşa olunmağa başlanılmışdır. Belə olan halda cavabdehin mübahisəli evin anasına məxsus vəsait hesabına inşa edilməsi ilə bağlı dəlilləri ə saslı hesab edilə bilməz. Digər tərəfdən qeyd olunmalıdır ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində cavabdehin anasının adına rəsmiləşdirilməmiş və bu səbəbdən həmin əmlak cavabdehin anasına məxsus olan əmlak kimi qəbul edlə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdeh mübahisəli torpaq sahəsinin anasının verdiyi pul vəsaiti hesabına alınmasını, mübahisəli evi əvvəl yaşadıqları və anasına məxsus evin sökülməsi nəticəsində verilən kompensasiya hesabına inşa edilməsini göstərsə də, məhkəmə iclasında bu hallar öz təsdiqini tapmamışdır. Əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının anası 2002-ci ildən təqaüdə çıxmış və torpağın alınmasına və onun üzərində evin tikilməsinə malik vəsaiti olmamışdır. Cavabdeh torpağın alınması və evin tikilməsinə görə anası tər əfindən borca pul götürülməsini bildirsə də, bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında cavabdehin kifayət qədər qazanca malik olması təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli ev tərəflərin birgə vəsaiti və birgə nikah dövründə inşa edildiyi üçün, həmin əmlak onların ümumi birgə əmlakı hesab edilir. Məhkəmə qeyd edir ki, mübahisəli ev hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin əmlak birgə əmlak hesab olunduğu üçün iddiaçının həmin evə gözlənilən mülkiyyət hüquqları var. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərd anova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2(103)-5972/2021) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-802/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli fərdi yaşayış evi cavabdehin anasına məxsus olan torpaq sahəsində tərəflərin birgə vəsaiti hesabına onların birgə nikahı dövründə inşa edilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mübahisəli yaşayış evi tərəflərin birgə nikahı zamanı inşa edilmiş və iddiaçının həmin evə köçüb yaşamasına törədilən məhdudiyyətlər iddiaçının hüquqlarını pozur. Kollegiya apellyas iya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh mübahisəli evin cavabdehin anasının mülkiyyəti olaraq, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququna malik olmamasına istinad etsə də, həmin yaşayış evinin cavabdehin anası tərəfindən tikilməsini təsdiq edən hər-hansı sübut təqdim etməmişdir. Cavabdehin anasına məxsus torpaq sahəsində fərdi yaşayış evinin tikməsi isə qanunvericiliklə məhdudlaşdırılmır. Bundan başqa mübahisəli fərdi yaşayış evi tikilərkən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əməl edilmiş və Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən X2 ünvanlanmış 30.12.2014-cü il tarixli məktubla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* No-li, 14.01.2014-cü il tarixli çıxarışı ilə mülkiyyətində olan torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayon İcra Hakimiyyəti tərəfindən edilmiş tövsiyyələrə riayət edilməklə tikinti işlərinin aparılmasına etiraz edilmədiyi bildirilmişdir. Belə olan halda isə mübahisəli fərdi yaşayış evi cavabdehin istinad etdiyi kimi özbaşına tikili hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli 2(103)-5972/2021 nömrəli qətnamə sinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətində n irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermiş, qətnamənin tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibətdə tam yoxlanması təşkil edir. Tətbiq edilən hü quq Azərbaycan Respublikası Konstitusiyası 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imt ina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilər in, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci madəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllən in 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3-cü madəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 37.1-ci maddəsinin tələblərinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir v ə yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci madəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnam ə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsas ən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5972/2021 nömrəli iş üzrə 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar