Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1965/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “bağışlanma müqaviləsinin və adına verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-212/2025 nömrəli iş üzrə 04 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh iddiaçının doğma qızıdır. İddiaçının əri X3 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Ondan miras qalmış əmlakları iddiaçı qanun üzrə birinci növbəli vərəsə kimi qəbul etmiş, digər vərəsələri, o cümlədən cavabdeh də öz miras payından iddiaçının xeyrinə imtina etmişdir.
2. Həmin əmlaklardan biri olan mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən 18 saylı mənzilin üzərində həm iddiaçının, həm də oğlu X1 da ½ hissədə paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Həmin mənzilin ½ hissəsi iddiaçı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri DNK (şəhadətnamə №116) tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-501 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə ə sasən sonuncuya bağışlanmışdır. 4. ünvan 2 ünvanında yerləşən mənzil ½ hissə Cavabdeh, ½ hissə isə X2 paylı mülkiyyətindədir. Daşınmaz əmlak dövlət reyestrində 1949 nömrəli reyestr kitabının 179888 nömrəli vərəqində qeydiyyata alınmışdır.
5. İşə əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(051)-2127/2023 nömrəli qətnaməsi ləğv edilmişdir. İş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı Cavabdeh qarşı əqdlərin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazıları və Çıxarışların ləğv edilməsi tələbinə dair iddiası qismən Cavabdeh adına verilm iş 20 iyul 2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********54-05101-093013 reyestr nömrəli və ********** qeydiyyat nömrəli **********54-05101-093014 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışların və reyestrdə qeydiyyat yazılarının ləğv edilməsi hissəsində təmin edilmişdir. Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 16 saylı mənzilinin Cavabdeh adına qeydiyyata alınması ilə bağlı 20 iyul 2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********54-05101-093013 reyestr nömrəli Çıxarış və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmişdir. Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin və 17 saylı mənzilinin Cavabdeh adına qeydiyyata alınması ilə bağlı 20 iyul 2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********54-05101-093014 reyestr nömrəli Çıxarış və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2978/2024 saylı qərar ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-411/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
7. Bakı şəhəri, Səbail rayon Məhkəməsinə X4 və onun vəkili qismində Vəkil1 tərəfindən xx.xx.2024-cü il tarixdə göndərilmiş əlavə iddia ərizəsindən görünür ki, Bakı şəhəri, Səbail, Fikrət Əmirov küçəsi ev 1, 18 saylı mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi (Cavabdeh ½ pay, X6 ½ p ay) barədə iddia qaldırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat 8.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 9 saylı Notariat Kontorunda onunla Cavabdeh arasında bağlanmış 30 iyul 2015-ci il tarixli, 4Ə-501 reyestr nömrəli Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı, 18 saylı mənzilindəki ½ hissədə olan əmlak payının bağışlanmasına dair müqavilənin ləğv edilməsi və Cavabdeh adına qeydə alınmış 18 avqust 2015-ci il tarixli, ********** nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1943-cü ildə anadan olmuş və hazırda 81 yaşı vardır. X12 vəfat etdikdən sonra birgə nikah müddətində əldə etd ikləri əmlaklar vərəsəlik qaydasında, övladlarının yazılı razılığı əsasında onun adına qeydə alınmışdır. Qeyd edir ki, onun Yaqub Rüstəmovla olan evliliyindən 3 övladı – Vaqif, Rüstəm, Gülnarə adlı uşaqları doğulmuşdur. Oğlu Rüstəm 01 iyul 2023-cü il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. ünvan 2 ünvanında yerləşən mənzil onunla oğlu Vaqif Rüsəmovun paylı mülkiyyətində olmuşdur. 2015-ci ildə qızı Gülnarə ona bildirmişdir ki, oğlu Vaqif mənzili satmaq istəyir. Ancaq həmin mənzil atadan qalan əmlak olduğundan, həmin mənzili onların ailəyə məhz mərhum Heydər Əliyevin göstərişi ilə verildiyindən satılmasını istəmir. O da həmin vaxt bir az xəstə olduğundan, hesab etdi ki, o öldükdən sonra ailəyə X13 Əliyev tərəfindən əri, Sosialist Əməyi Qəhrəmanı Yaqub Rüstəmova bağışlanmış həmin mənzi li oğlu satsa, bunun qarşısını yeganə alacaq şəxs qızı Gülnarə ola bilər. Həmin vaxt qızına məhz bu səbəbdən öz payının yarısını bağışlamağa razılaşdı. Bu zaman onların arasında 30 iyul 2015-ci il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontorunda daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Həmin vaxt o, mənzildə olan payının yarısını bağışladığını güman edirdi. Ancaq sonradan ona məlum olmuşdur ki, mənzildə olan tam payını, yəni mənzilin ½ hissəsini qızı Cavabdeh bağışlamışdır. Qeyd edir ki, həmin əmlakdan başqa Mingəçevir şəhərində Puşkin küçəsi 14/1 saylı evin 17 və 18 saylı 2 və 3 otaqlı mənzilləri, Yevlax rayonunda 25 ha torpaq sahəsi və ərindən qalma avtomobili olmuşdur. Həmin avtomobilin satılması tələb olunarkən ona “əziyyət verməmək” adı ilə Cavabdeh ondan bir neçə dəfə et ibarnamə almışdır. Hərçənd həmin etibarnamə əsasında avtomobili satsa da, pulunu ona verməsə də, övladı olduğundan onunla münaqişə etməmişdir. X10 vəfat etdikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh onun ona vermiş olduğu həmin etibarnamədən istifadə edərək onun iradəsinə zidd olaraq, razılığı və xəbəri olmadan Mingəçevir şəhəri, Puşkin küçəsi 14/1 saylı evin 16 və 17 saylı mənzillərini əvvəlcə X10a bağışlamış, bu barədə ona heç bir məlumat verməmişdir. Daha sonra isə X10 vəfat etdikdən 1 gün sonra, 02 iyul 2023-cü ildə həmin mənzillərini Rüstəm Rüstəmovdan aldığı etibarnamə ilə adına keçirməklə ələ keçirmişdir. Həmçinin Yevlax rayonunda 25 ha torpaq sahəsinin sənədlərinin əsllərini sənədlərin arasından götürərək həmin sahəni icarəyə verərək qazanc əldə etmişdir. Ona Mingəçevir şəhərində olan 2 və 3 otaqlı mənzillərini geri qaytarmağı təklif etsə də, razılaşmamış, həmin mənzillərin bağışlanmasına dair əqdlərin etibarsız sayılması ilə bağlı çıxarılmış məhkəmə qətnaməsindən apelyasiya şikayəti verməklə işin uzanmasına, artıq 81 yaşı olduğundan onun tezliklə öləcəyini güman etməklə hərəkətlərini davam etdirmişdir. O, Bakı şəhəri Səbail rayonu F.Əmirov küçəsi 1 saylı evin, 18 saylı mənzilini qızı Gülnarəyə bağışlayarkən güman etmirdi ki, qızı onu, ümumiyyətlə, əmlaksız qoyar. Eyni zamanda Cavabdeh onun da qeydiyyatda olduğu və artıq yeganə yaşayış yeri olan həmin mənzilin satılması üçün oğlu Vaqifə təkliflər göndərmiş, məhz o, razı olmadığından oğlu Vaqif də mənzilin satılmasına razılıq verməmişdir. Bundan sonra Cavabdeh onun da qeydiyyatda olduğu və onun ona bağışladığı həmin mənzilin satılması üçün hüquqi zəmin yaratmaq məqsədilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən mənzilin naturada bölünməsinə dair iddia qaldırmışdır. Həmin ərizəsində də mənzildən sərbəst istifadəsinə dair dəlillər irəli sürmüşdür. Hazırda o, Cavabdeh əməlləri nəticəsində əmlaklarından, həmçinin yaşayış yerindən məhrum olmuşdur. Odur məhkəmədən Bakı şəhəri 9 saylı Notariat Kontorunda onunla Cavabdeh arasında bağlanmış 30 iyul 2015-ci il tarixli, 4Ə-501 reyestr nömrəli Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı, 18 saylı mənzilindəki ½ hissə əmlak payının bağışlanmasına dair müqavilənin ləğv edilməsi və Cavabdeh adına qeydə alınmış 18 avqust 2015ci il tarixli, ********** nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı qəbul etməmiş və göstərmişdirlər ki, hazırda mübahisəsi gedən mənzildən ½ hissə anası tərəfindən qızına bağışlanmışdır. Hazırda həmin mənzil ½ hissə Vaqifin və ½ hissə Gülnarənin mülkiyyətindədir. Xanım öz iradəsi ilə həmin mənzilə sərəncam vermiş və öz işini həmin mənzillə bağlı bitirmişdir. Lakin Cavabdeh həmin evə mülkiyyət hüququndan istifadə edə bilmir. Onun mülkiyyət hüquqları qardaşı tərəfindən pozulmaqdadır. Verilmiş iddia isə ana ilə deyil, qardaş ilə bağlı verilmiş bir iddiadır. Məktub göndərilib ki, bir damın altında yaşamaları və birgə təsərrüfat idarə etmələri mümkün deyildir. Ona görə də qarşı tərəfə bildirmişdir ki, ev qiymətləndirilsin və onun payı hər nə qədər edirsə, ona verilsin. O da çıxıb getsin. Əgər onun almağa imkanı yoxdursa, onda müvəkkili onun payını alsın. Ev də ona məxsus olsun. İddia həcminin artırılmasının səbəbi bu olmuşdur ki, naturada bölgüyə dair ekspertiza rəyi gəlmişdir. Ekspertiza rəyinə əsasən mənzilin naturada bölünməsi tikinti normaları uyğun hesab edilməmişdir. Ona görə qarşı tərəflə də razılaşa bilmədiklərindən hərracda satışa çıxarılmasına dair iddia vermişlər. Lakin o işin də sonu hələ bilinmir. Məhkəmənin icraatındadır. Yekun qərar yoxdur. Burada söhbət bağışlanmanın imtinasından yox, ləğvindən gedir. Qarşı tərəf həmin vaxt özündə olmadığını və oxuya bilmədiyi latın qrafikalı sənədə qol çəkdiyini bildirmişdir. Bütün bunlar bağışlanma müqaviləsinin ləğvi deyil, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasdır. Lakin bununla bağlı bütün müddətlər ötürülmüşdür. Onlar həmin mənzili satmaqda maraqlı deyillər. Sadəcə qanun çərçivəsində mümkün olan proseduraları edirlər. Ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrin müvəkkili tərəfindən poulmasından söhbət belə gedə bilməz. 2015-dən bu yana kimi ana-bala kimi yaxşı münasibətləri olub. Anasının bütün müalicə xərclərini Gülnarə öz öhdəsinə götürüb və çəkib. Müvəkkilinin öz əmlakı üzərində sərəncam vermək hüquqları vardır. Bağışlanma müqaviləsinin ləğvi üçün heç bir əsas yoxdur. Müqavilə Notarial qaydada tam qanuna uyğun şəkildə bağlanıb və üzərindən 9 ildən artıq bir müddət ötmüşdür. Qardaşla bacı ana ilə bala arasında heç bir problem olmayıb. Onlar bu qaydada əmlakları idarə etmişlər. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş ed ir.
10. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-1072/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.Hüseynov), iddia tələbinin təmin olunması, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzildə olan ½ hissədə payını Cavabdeh bağışlamaqdan imtinasının qəbul edilməsi, İddiaçı ilə Cavabdeh arasında 30 iyul 2015-ci il tarixdə Bakı şəhərin 9 saylı Notariat Kontorunda bağlanmış, 4Ə-501 reyestr nömrəli reyestrdə qeydə alınmış ünvan 2 ünvanında yerləşən mənzildə olan ½ hissədə payının bağışlanmasına dair müqavilənin ləğv edilməsi, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildə olan ½ hissədə payının xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********* nömrə ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışın (reyestr qeydinin) ləğv edilməsi qət edilmişdir. 1
1. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 30 iyul 2015-ci il tarixdə bağışlanma müqaviləsi ilə ünvan 2 ünvanında yerləşən mənzildə olan ½ hissədə payını bağışlamışdır. İddiaçı və cavabdeh ana və qızı olduqlarından və ailə münasibətlərində olduqlarından iddiaçı hesab etmiş ki, qızı ilə olan münasibətləri həmişə belə yaxın olacaq və qızı heç vaxt onun mənzilini satmaz. Buna baxmayaraq, işə əlavə olunmuş digər məhkəmə sənədlərindən aydın olur ki, tərəflər arasında bundan başqa bir mübahisə daha vardır. Hazırda isə həmin mübahisə üzrə işə Kassasiya qaydasında baxılır. Həmin mübahisəinin mahaiyyətindən məlum olur ki, iddiaçının qızı olan cavabdeh avtomobil idarə etmək üçün aldığı etibarnamə vasitəsilə anasına, yəni iddiaçıya məxsus əmlakları özgəninkiləşdirərək özünün m ülkiyyətinə götürmüşdür. Hazırda isə iddiaçının mülkiyyətində heç bir əmlak yoxdur. İddiaçının doğma qızı olan cavabdeh həm onun adına olan ünvan 2 ünvanında yerləşən mənzildə ½ hissəni bağışlama yolu ilə əldə etmiş, sonra isə aldığı etibarnamə ilə anasının qalan bütün əmlaklarını öz mülkiyyətinə götürmüşdür. Bununla belə yenə də anası ilə 1 ilə yaxındır ki, maraqlanmır və Konstitusiya və Ailə Məcəlləsinin müvafiq normalarının tələbinə uyğun olaraq borcunu yerinə yetirmir. İddiaçının isə yaşamaq üçün sadəcə hazırda qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mübahisəli mənzil qalmışdır. Hazırda isə cavabdeh həmin mənzili hərrac yolu ilə satışa çıxartmaq üçün məhkəməyə müraciət etmişdir.
12. Məhkəmə hesab etmişdir ki, cavabdeh həmin hərəkəti ilə Azərbaycan Respublikasının Konstitusiyası nın 34-cü maddəsinin V hissəsində və Ailə Məcəlləsinin 82.1-ci maddəsində göstərilən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borclu olmasına dair tələbi pozmuşdur. Çünki cavabdeh keçmişdə iddiaçıya məxsus olan bütün əmlakları özgəninkişləşdirdiyindən, qeyd olunur ki, bir hissəsini öz mülkiyyətinə götürmüşdür. İddiaçının yaşaya biləcəyi yeganə yaşayış sahəsi ünvan 2 ünvanında yerləşən mənzildir və həmin mənzili cavabdeh hərrac yolu ilə satmaq üçün məhkəməyə müraciət etmişdir. Bütün bunlar isə son nəticədə qızına etimad edib evdə olan payını ona bağışlayan 81 yaşlı ananın yaşayış yerindən məhrum edilməsi ilə nəticələnə bilər. Lakin buna baxmayaraq, cavabdeh tərəf həmin evin satılmasında israrlıdır. Bununla da cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri iddiaçı, yəni hədiyyə verən barəsində kobudcasına pozmuşdur. Bu isə bağışlamanın motivini aradan qaldıran haldır. Bundan əlavə iddiaçının xx.xx.1943-cü il tarixdə doğulması və 81-dən çox yaşının olması, buna baxmayaraq, məhkəmə iclası zamanı cavabdehin doğma anası olan iddiaçıya “xanım” olaraq müraciət etməsi və hətta onunla kobud rəftar etməsi və həmin halın məhkəmə tərəfindən cavabdehə irad tutulması nəzər alınmalıdır.
13. Məhkəmə ilk növbədə iddia tələbinə və iddia ərizəsinin məzmununa qiymət verərək qeyd etmişdir ki, iddiaçı tərəf iddia ərizəsinidə iddi tələbini yalnız bağışlanma müqaviləsinin ləğvi kimi göstərsə də, əslində o, iddia ərizəsində həm də bağışlamaqdan imt inanın əsaslarına istinad etmişdir. Ona görə də məhkəmə iddia tələbində yalnız bağışlama müqaviləsinin ləğv edilməsinin qeyd edilməsini iddiaçının ifadə tərzində mövcud olan qeyri-dəqiqlik kimi qəbul edir və iddia tələbinə bağışlamaqdan imtina kimi baxılıb qiymət verildikdən sonra bağışlanma müqaviləsinə qiymət verilməsi, iddia tələbindən kənara çıxma kimi deyil, qanunda göstərilən müstəsna hallardır.
14. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, cavabdehin qoca və xəstə anası olan iddiaçının səhhəti və yaxud həyat şəraiti ilə maraqlanmaması, ona baxmaması, həmçinin onunla aqressiv davranması, ən başlıcası isə mübahisəli mənzilin açıq hərracdan satılmasını tələb etməsi və bununlada iddiaçını yaşayış sahəsindən məhrum edilməsinə rəvac verməsi, bağışlamaqdan imtinaya ə sas verən hallardır. Ona görə də iddiaçının bağışlamaqdan imtinası, Mülki Məcəllənin 673.1.2ci maddəsinin tələbləri baxımından qəbul ediləndir.
15. Məhkəmə qeyd etmişdir ki, hazırkı vəziyyətdə cavabdeh iddiaçıya münasibətdə ailə münasibətlərindən irəli gələn vəzifələrini kobudcasına pozmuş, yəni iddiaçı üçün mənəvi dəyəri yüksək olan mübahisəli mənzilin açıq hərracdan satılmasına nail olmaq üçün iddia qaldırmaqla, iddiaçının mənəvi-psixoloji sarsıntı keçirməsinə və ailə bağlarını sarsırlmasına səbəb olan hərəkətlər etmiş, həmçinin əmək qabiliyyətli övlad kmi əmək qabuiliyyətli olmayan valideyninin-iddiaçının səhhəti və yaşayış tərzi ilə maraqlanmamaqla, ona qayğı göstərməməklə öz övladlıq borcunu yerinə yetirməmişdir. Bununla da cavabdeh qoca və yaşlı anasına münasibətdə ailə hüquq münasib ətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri həm hərəkət, həm də hərəkətsizliklə pozmuşdur.
16. Məhkəmə, həmçinin iddia tələbinə münasibətdə müddətin ötməsi ilə bağlı cavabdeh tərəfin vəsatətinə münasibədtə qeyd etmişdir ki, kəsici müddət kimi nəzərdə tutulmuş bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət iddiaçıya münasibətdə ötürülməmişdir. Belə ki, iddiaçı tərəfin imtinaya əsas verən halların ona məlum olduğu ilkin vaxt Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2127/2023 saylı qərarının çıxdığı xx.xx.2023-cü il tarixidir. Eləcə də cavabdehin 2024-cü ilin fevral ayında mübahisəli mənzilin açıq hərracdan satılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi də bağışlamaqdan imtinaya əsas olan hal olmuşdur. Bundan sonra bir il ərzində imti na haqqında bildirişi iddiaçı tərəf cavabdeh tərəfə göndərməli idi. İş materiallarında olan poçt qəbzindən aydın olur ki, xx.xx.2024-cü il tarixində ərizə, yəni bildiriş iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 673.3-cü maddəsində göstərilən müddət ötürülməmişdir.
17. Odur ki, məhkəmə bu normaların tələbindən çıxış edərək belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin olunmalı və Bakı şəhərin 9 saylı Notariat Kontorunda İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2015-ci il tarixli, 4Ə-501 reyestr nömrəli ünvan 2 ünvanında yerləşən mənzildəki ½ hissə əmlak payının bağışlamaqdan imtinası qəbul edilməli və həmin müqavilə ləğv edilməlidir. Cavabdeh adına qeydə alınmış 18 avqust 2015-ci il tarixli, ********** nömrəli Çıxarış ləğv edilməlidir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 34-cü maddəsinin V hissəsi, 38-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 666.1, 673.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun xx.xx.2024-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3, 12.0.1, 82.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli 2(051)1072/2024 saylı qətnaməsini tamamilə ləğv edib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə o, anası İddiaçı Türkiyənin paytaxtı Ankara şəhərinə “X11 X5”ndə professor Fatih Ertaşın müayinə və müalicəsinə aparmış və onun müayinə və müalicəsi üçün 2000 (iki min) ABŞ dolları öz vəsaiti ilə pul xərcləmişdir, eləcə də nəqliyyat xərclərini, gündəlik qidalanma və otel xərclərini ödəmişdir. 2015-ci ildə “Bakı Medikal Plaza”da həmin türk professor Fatix Ertaş anamın ürək əməliyyatını həyata keçirmiş və bunun üçün 3000 (üç min) manat ödəmişdir. 2019-cu ildə anasında birinci dərəcəli mədə onkoloji xəstəliyi aşkar ediləndən sonra anasının bütün müalicə xərclərini, o cümlədən anali zlər, MRT, KT müayinə xərclərini davamlı olaraq ödəmiş və özü ilə aparıb-gətirmişdir. Belə ödənişli müayinə və müalicələr üçün anası İddiaçı həmçinin Bakı şəhərində fəaliyyət göstərərn “Həyat Klinikası”na (275 manat), “Avropa Klinikası”na (1000 manat), “Medikal Hospital”a (əməliyyat üçün 4000 manat, həkim İlkin Həşimov), “Bakı Patologiya Mərkəzi”nə (150 manat) aparmışdır və qeyd etdiyi bütün xərcləri öz pulu ilə ödəmişdir. Bütün bunları o, bir övlad borcu kimi, övlad vəzifəsi kimi qəbul edir.
21. Lakin ədalətli məhkəmə araşdırması aparmayan məhkəmə qətnamədə heç bir əsas olmadan ümumi sözlərlə yazır ki, o, xəstə anasının səhhəti və həyat şəraiti ilə maraqlanmamış, ona baxmamış və tez-tez qətnamədə vurğulayır ki, Cavabdeh anasına ana kimi yox, xanım kimi müraciət edir, hansı ki, o, yuxarıda qeyd etdiyi kimi anasına həmişə belə müraciətlər eləmişdir. Yəni onun anasına münasibətdə Mülki Məcəllənin 673.1.2-ci maddəsinin təsiri altına düşən hər hansı pozuntu, eləcə də kobud pozuntu yoxdur və belə pozuntu olmuşsa onun ailə hüquq münasibətlərinə uyğun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olmasını məhkəmə hər hansı konkret, mötəbər sübutla müəyyən etməmişdir.
22. Bundan başqa, İddiaçı iddia ərizəsində, izahatında və ona verilmiş suallara cavablarında bildirir ki, Bakı şəhəri F.Əmirov küçəsindəki 1 saylı evin 18 saylı mənzilinin onun paylı mülkiyyətində olan ½ hissəsinin yarısını Cavabdeh bağışlanmasını güman etmişdir, yalnız sonradan ona bəlli olmuşdur ki, özünə məxsus olan payın bütövlükdə bağışlanması həyata keçirilmişdir. Belə olan halda iddiaçının iddia tələbi bağışlama müqaviləsinin ləğv edilməsindən yox, bağışlama müqaviləsinin etibarsızlığından ibarət ola bilər, yəni iddia ərizəsində iddia tələbi bağışlama müqaviləsinin etibarsızlığı kimi qoyulmalı olduğu halda ləğvi kimi qoyulmuşdur. Həmin tələb məhkəmə prosesində hazırlıq iclasında dəqiqləşmə aparmaqla da mümkün idi. Lakin məhkəmə iddia tələbinin hüquqi əsasına əhəmiyyət vermədən etibarsızlıq mübahisəsinə iddiada göstərildiyi kimi ləğv mübahisəsi kimi baxıb sonda qanunsuz qətnamə çıxarmışdır.
23. İddiaçının iddia ərizəsindən, məhkəmədə verdiyi izahatdan və ona verilmiş suallara alınmış cavablardan görünür ki, İddiaçı öz iradə ifadəsini həyata keçirərkən səhvə yol verdiyini (güman etdiyini) bildirmişdir. Belə ki, iddiaçı qeyd edir ki: 1. “Bu zaman onların arasında 30 iyul 2015-ci il tarix də Bakı şəhəri 9 saylı Notariat Kontorunda daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Həmin vaxt o, mənzildə olan payının yarısını bağışladığını güman edirdi. Ancaq sonradan ona məlum olmuşdur ki, mənzildə olan tam payını, yəni mənzilin ½ hissəsini qızı Cavabdeh bağışlamışdır”. 2. “Nəhayət qızı tərəfindən təkidlərdən sonra notariusa etməyə, mənzildəki payının yarısını qızına verməyə razılıq vermişdir. Notariusda Gülnarənin tanışları olmuş, hansı ki, Gülnarənin notariusla əlaqəsi olduğunu bilirdi. Onlar getmiş, notariusda o koridorda tək qalmışdır. Bundan sonra latın əlifbası ilə yazılmış sənədi ona imzalatdırdılar. Halbuki, o, latın qrafikasını bilmir. Nələr baş verdiyini anlamamışdır”. 3. “Güman etmiş ki, evin 1/3 və ya 1/4 hissəsini qızına verir. Amma belə olmamışdır”. Göründ üyü kimi onun iddia ərizəsində və izahatında qeyd etdiyi məsələlər bağışlanma müqaviləsinin ləğvi üçün deyil, əgər sübuta yetirilərsə, onun etibarsız olması üçün əsasdır. İşin materiallarından da göründüyü kimi məhkəmə işin faktiki hallarını düzgün müəyyən etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
24. Hazırkı mülki işə baxılarkən Konvensiyanın 6-cı maddəsinin tələbləri qərəzli olaraq pozulmuş və o, ədalətli məhkəmə araşdırılması hüququndan məhrum olmuşdur. Belə ki, məhkəmə işə baxarkən və qətnamə çıxararkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, iş hərtərəfli, tam və obyektiv araşdırılmamış, sübutlara düzgün qiymət verilməmiş, məhkəmə qanunu səhv təfsir etmiş və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və göstərilən nəticəyə gələrkən yalnız iddiaçının adından yazılmış iddia ərizəsinə, izahatına, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan və Mingəçevir Şəhər Məhkəməsində bu işə baxılarkən və qətnamə çıxarılarkən baxılmamış olan, qüvvəyə minməmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-411/2024 saylı qətnaməsinə və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan və hazırkı mülki iş yekunlaşana qədər icraatı dayandırılmış mülki işə istinad etmişdir.
25. İddiaçı iddia ərizəsində yalnız bağışlama müqaviləsinin ləğvini tələb etsə də, məhkəmə hər hansı müstəsna hal olmadan və bu müstəsna hala dair hər hansı mötəbər sübut olmadan mülki prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla iddia tələbindən kənara çıxaraq iddia tələbinə bağışlamaqdan imtina ki mi baxmış və “bağışlamaqdan imtinanın qəbul edilməsi”, eyni zamanda “bağışlama müqaviləsinin ləğv edilməsi” barədə qərar qəbul etmişdir.
26. Məhkəmə işin halları ilə əlaqədar “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli Qərarına istinad etsə də, bu qərarın müddəalarının iddiaçının xeyrinə səhv təfsir etmiş, öz mülahizələrini əsas tutmuşdur.
27. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-212/2025 nömrəli iş üzrə 04 mart 2025-ci il tarixli qətnaməsi ilə (E.Mehdiyev (sədrliyi və məruzəsi ilə), hakimlər Ə.Məcidov və E.İsayev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin ed ilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-1072/2024 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.
28. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin apardığı əsaslandırma və gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin cavabdehin onun anasına münasibətdə Mülki Məcəllənin 673.1.2-ci maddəsinin təsiri altına düşən hər hansı pozuntu, eləcə də kobud pozuntunun olmaması, belə pozuntu olmuşsa onun ailə hüquq münasibətlərinə uyğun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olmasını məhkəmənin hər hansı konkret, mötəbər sübutla müəyyən etməməsi, “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsini n 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli Qərarının müddəalarının səhv təfsir edilməsinə dair dəlilini əsaslı hesab edir.
29. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsinə əsasən, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
30. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab etmişdir ki, Mingəçevir şəhəri, Puşkin küçəsi 14/1 saylı evin 16 və 17 saylı mənzilləri ilə bağlı bağışlama müqavilələrinin etibarsızlığı və çıxarışın ləğvi tələbinə dair mübahisəyə Şəki Apellyasiya Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(107)-411/2024 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2(102)2978/2024 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsin Mülki Kollegiyasının 01 may 2024-cü il tarixli, 2(107)-411/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
31. Cavabdeh iddiaçının da qeydiyyatda olduğu və artıq yeganə yaşayış yeri olan həmin mənzilin satılması üçün oğlu Vaqifə təkliflər göndərməsi, həmin mənzilin satılması üçün hüquqi zəmin yaratmaq məqsədilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən mənzilin naturada bölünməsinə dair iddia qaldırması, həmin ərizəsində mənzildən sərbəst istifadəsinə dair dəlillər irəli sürməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 18 avqust 2015-cü il tarixdə verilmiş **********02-05101-093036 reyestr, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı evin 18 saylı mənzili ½ hissə paylarla Cavabdeh və X2 paylı mülkiyyətlərindədir.
32. Kollegiya qeyd etmişdir ki, paylı mülkiyyətçilər arasında paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə üzrə, ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılıq əldə ed ilmədikdə paylı mülkiyyətin mülkiyyətçisinin məhkəməyə müraciət etməsi ona qanunvericiliklə verilmiş hüquqdur.
33. İş materiallarından müəyyən edildiyi kimi Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı evin 18 saylı mənzilindən payın ayrılması ilə bağlı mübahisə Cavabdeh ilə X6 arasında olan mübahisədir. Cavabdeh həmin məsələni İddiaçı qarşı mübahisələndirilməmişdir.
34. Həmçinin mənzilin ½ hissəsinin bağışlama qaydasında əldə edilməsi, əldə etmiş mülkiyyətçinin digər mülkiyyətçidən əmlakdan payın ayrılması, öz payının dəyərinin digər mülkiyyətçi tərəfindən ona ödənilməsini, bunlar bir nəticə vermədiyi halda isə mənzilin hərracdan satılmasını tələb etmək imkanlarını aradan qaldırmır.
35. Beləliklə iş materiallarından Cavabdeh tərəfindən İddiaçı barəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsində nəzərdə tutulmuş, yəni İddiaçı bağışlamadan imtina etməsinə əsas verə biləcək hər hansı bir hala yol verməsi, bağışlama müqaviləsinin, onun əsasında verilmiş çıxarışın ləğvi üçün əsaslar müəyyən edilməmişdir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının Bakı şəhəri F.Əmirov küçəsindəki 1 saylı evin 18 saylı mənzilinin onun paylı mülkiyyətində olan ½ hissəsinin yarısını Cavabdeh bağışlanmasını güman etdiyi, sonradan isə özünə məxsus olan payın bütövlükdə bağışlanmasının həyata keçirildiyinin ona bəlli olduğu halda iddiaçının iddia tələbinin bağışlama müqaviləsinin ləğv edilməsi deyil, bağışlama müqaviləsinin etibarsızlığı şəklində formalaşdırılmalı olmasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, həqiqətən də iddiaçı iddia tələbini ə saslandıran hallardan biri kimi bağışlama əməliyyatının aparıldığı vaxt onun mənzildə olan payının yarısını bağışladığını güman etməsi, ancaq sonradan mənzildə olan tam payının, yəni mənzilin ½ hissəsini qızı Cavabdeh bağışlamasının ona məlum olmasına istinad etmişdir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı iddia ərizəsində yalnız bağışlama müqaviləsinin ləğvini tələb etsə də, birinci instansiya məhkəməsinin mülki prosessual qanunvericiliyin tələblərini pozaraq iddia tələbindən kənara çıxmasına dair dəlili ilə də razılaşaraq qeyd edir ki, iddiaçı iddia tələbində yalnız bağışlama müqaviləsinin, onun əsasında verilmiş çıxarışın ləğvini tələb etdiyi, iddiaçının bağışlamaqdan imtinasının qəbul edilməsi kimi bir iddia tələbi olmadığı halda, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmaqla, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzildə olan ½ hissədə payını Cavabdeh bağışlamaqdan imtinasının qəbul edilməsi nəticəsinə də gəlmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin məhkəməyə qədər mediasiya qaydasında həll edilməsi imkanları nəzərdə tutulsa belə, bu tələbə riayət edilməməsi mübahisəyə apellyasiya instansiyası mərhələsində baxılarkən iddianın baxılmamış saxlanılması üçün əsas təşkil etmir.
39. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 324.4, 389.1, 390.1, 405.1, 421.2, 421.3, 422.1, 666.1, 673.1, 673.1.1, 673.1.2, 673.1.3, 673.3, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plen umunun 19 dekabr 2012-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarına, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0, 8.0.3, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
41. Kassasiya şikayəti belə əsaslandır ılmışdır ki, o məhkəmədə göstərmişdir ki, Cavabdeh onun iradəsi və razılığı olmadan mülkiyyətində olan Mingəçevir şəhəri Puşkin küçəsi 14/1 saylı evin 2 və 3 otaqlı 16 və 17 sylı mənzillərini əvvəlcə qardaşı Rüstəm Rüstəmovun adına keçirmiş, Rüstəm vəfat etdikdən sonra isə artıq qüvvədən düşmüş adına verilən etibarnamədən istifadə etməklə oğlundan ona miras payı belə çatmamasına nail olmaq üçün həmin mənzillərin öz adına bağışlanma müqaviləsinin bağlanılmasının qanunsuzluğunu tanıyan Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(102)-2978/2024 saylı qərarı vardır. Bundan başqa, Cavabdeh onun qeydiyyatda olmaqla yeganə yaşayış yeri olan Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi 1 saylı evin 18 saylı mənzilinin hərracdan satılmasına dair iddia qaldırmış, nəticədə onu yeganə yaşayış yerindən məhrum edilməsinə yönələn hərəkətlərlə ona qarşı ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrini kobudcasına pozmuşdur. Məhkəmə kollegiyası formal mülahizə irəli sürmüş, “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli Qərarın tələblərini səhv təfsir etmişdir. Mənzili Cavabdeh bağışlanmasına dair müqavilə bağlanmış olmasına baxmayaraq mənzili ona təhvil verməmişdi. Bu halı Cavabdeh həmin mənzilin satılmasına dair qaldırdığı iddia ərizəsində də göstərmişdir. Nə qədər ki, o, ona bağışladığı mənzili ona təhvil verməmişdir, müqavilənin konsensual müqavilə olması özünü təsdiq edir. Bununla da o, o halı təsdiq etmiş olur ki, onun başqa yaşayış yeri olmadığından mənzili bağışlayarkən mənzildə yaşayacağı da mübahisə olunmamalı idi. 42. 04 mart 2025-ci il tarili iclasın video-audio yazısının 10-16-cı dəqiqə arasındakı Lyubov Yevdokimovnanın izahatı məhkəmə iclas protokolunda ümumiyyətlə qeydə alınmamışdır. Həmin vaxt İddiaçı izahatında göstərmişdir ki, «Müalicələrə 2000 manat pulu mən xərcləmişəm. Türk həkimə pulu mən xərcləmişəm, Əməliyyat olaraq 40 dəqiqə anju olmuşam. 500 manat pul ödəmişəm. Gülnarəni köçürmüşük, ona ev almışıq, cehiz almışıq. 800 manat bank borcunu vermişəm. Gülya doğru demirəm? Bu mənzil mənim üçün dəyərsizdir. Gülnarə hazırda həmin evin satılmasını istəyir. Pul, pul deyir, ondan ötrü işləmək lazımdır. Oğlum Rüst əm infarkt olub, Gülnarə isə sabahı günü gedib Asan xidmətə, Mingəçevirdəki evi keçirib öz adına. Bəlkə oğlumun adına qalmış olsaydı mənə nə isə düşərdi. Gülnarənin Mingəçevirdəki evi qanunsuz öz adına keçirtməsi ilə bağlı deyiləcək heç bir söz yoxdur. Hazırda evi satır. Mən 3 uşaqla ev qazanmışam. Mən evimi geri qaytarmaq istəyirəm. Əvvəlki 2 evi satıb verdim Rüstəmə, mən küçədə qalmalıyammı?. Məhkəmə yollarında qalmışam. Mən yaşlı qadın nə etməliyəm, mən evimi istəyirəm. Mingəçevir şəhərindəki 1 otaqlı mənzili qaynanam Vaqifin arvadı Afətin adına keçirib». Məhz bu məzmun iddia tələbinin faktiki əsasını təşkil edirdi. Məhkəmə kollegiyasının 01 aprel 2025-ci il tarixli qərardadı ilə məhkəmə iclas protokoluna verdikləri qeydlər rədd edilmişdir. Məhkəmə kollegiyasının bu hərəkəti də qanunsuz və əsassızdır.
43. Məhkəmə kollegiyasının «iddiaçının bağışlamaqdan imtinasının qəbul edilməsi kimi bir iddia tələbi olmadığı halda» iddia tələbindən kənara çıxmasına dair dəlili əsassızdır və çünki o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsinə istinad etməklə bu iddianı qaldırarkən nail olmaq istədiyi bağışlama müqaviləsinin ləğvi olmuşdur. Oxşar münasibətlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)3583/2024 saylı qərarında da iddia tələbi bağışlama müqaviləsinin ləğvi olmuş, iddianın hüquqi əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi təşkil etmişdir.
44. Məhkəmə kollegiyası göstərmişdir ki, «65. Yevlax rayonunda 25 ha torpaq sahəsinin sənədlərinin əsillərini sənədlərin arasından götürərək həmin sahəni icarəyə verərək qazanc əldə etm əsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bununla bağlı cavabdehlə aralarında hər hansı bir məhkəmə mübahisəsinin olmasına istinad etməmiş, beləliklə 25 ha torpaq sahəsinə münasibətdə hüquqlarının cavabdeh tərəfindən pozulması əsaslandırılmamışdır». Cavabdeh 28 fevral 2025-ci il tarixlə məhkəməyə Yevlax rayonunda 25 ha torpaq sahəsinin sənədlərinin əsillərinin pdf şəklini elektron məhkəmə informasiya sisteminə daxil etməklə həmin sənədlərin onda olmasını təsdiq etsədə, məhkəmə kollegiyası məhz bu hissəyə məhkəmə mübahisəsi olmaması kimi qiymət verməklə Azərbaycan Respublikası MPM-nin 9, 14-cü maddəsində nəzərdə tutulmuş ədalət mühakiməsini həyata keçirərkən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, tərəflərin təqdim etdikləri sübutları araşdırmamış, çəkişmə, tərəflərin bərabərliyi prinsiplərini pozmuşdur.
45. Cavabdeh məhz həmin qərardan verdiyi apellyasiya şikayətində iddiaçı öz mülkiyyət hüquqlarından əvəz almadan onun xeyrinə imtina etməsinə istinad edir. Bundan sonra isə cavabdeh yenidən anasının istifadə hüquqlarına xitam verilməsi ilə bağlı iddia qaldırır. Cavabdeh onun ona mübahisəli mənzildəki payını əvəz almadan bağışlamağına istinad edərək həmin mənzili hərraca çıxartmaya dair iddia qaldırmışdır. Məhkəmə isə bunun qanuni əsas olduğunu bildirmişdir. Halbuki, payını bağışlasa da mənzili Cavabdeh təhvil verməməklə bərabər həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaqla müəyyən zamanlarda yaşamışdır. Cavabdeh isə onun ona bağışlama müqaviləsi bağladığı mənzilin satılmasına qanuni «don geyd irmək məqsədilə onun Mingəçevir şəhəri, Puşkin küçəsi, 14/1 saylı evin 18 saylı mənzilində yaşamağına dair arayış gətirməklə bir daha təsdiq edir ki, o ailə hüquq münasibətlərindən doğan vəzifəsini yerinə yetirmir, bunu kobudca pozaraq onu bu mənzildən heç bir əvəz almadan çıxarmağa çalışır. Hansı ki, Mingəçevir şəhəri, Puşkin küçəsi, 14/1 saylı evin 18 saylı mənzili də məhz Cavabdeh onun mülkiyyətindən çıxarmışdır. Məhkəmə nəzərə almamışdır ki, onun heç bir əmlakı yoxdur və bağışlama müqaviləsi bağladığı mənzil onun yeganə yaşayış yeridir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək onun təmin edilməməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
49. Maddə 16.1.5 Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.
50. Maddə 324.4 Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
51. Maddə 389.1 Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
52. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
53. Maddə 405.1 Tərəflər müqavilənin bütün mühüm şərtləri barəs ində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
54. Maddə 421.2 Tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur.
55. Maddə 421.3 Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəf li imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
56. Maddə 422.1 Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
57. Maddə 666.1 Bağışlama müqaviləsi sağ i kən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur;
58. Maddə 673.1 Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsa ssız olaraq icra etmədikdə.
59. Maddə 673.3 İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
60. Maddə 8.0 və 8.0.3 Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələ r, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
61. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
63. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
64. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş pro sessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırıl ma ilə razılaşır.
70. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
71. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəs inin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
72. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İd diaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-212/2025 nömrəli iş üzrə 04 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.