Məhkəmə qərarları › İş №2(102)-1967/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1967/2022

06.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1967/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3 Dünyamin oğluna və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: torpaq sahəsinin boşaldılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1931/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı q ərarı qəbul etdi, İşin halları: Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə Qəbələ rayonunun Mıxlıqovaq kəndində yerləşən 1,23 hektar ölçüdə torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı, X2, X6, X7, X8 və X4 istifadəsinə verilmiş və 2006-cı ildə onların adlarına torpağa mülkiyyət hüququna dair JN-0777 kod 40614018 saylı dövlət aktı verilmişdir. 2015-ci ildə İddiaçı cavabdehlər X3, X9 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan torpaq sahəsinin 0,30 hektar hissəsinin istifadəsinə X3, X9 tərəfindən, 0,14 ha hissəsindən isə istifadəsinə Cavabdeh1 tərəfindən maneə törədilməsini əsas göstərməklə həmin maneələrə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ rayon Mə hkəməsinin 2(025)-31/2016 saylı, 25 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadəyə cavabdeh X3 tərəfindən törədilən maneələrə son qoyulması, cavabdehlər Cavabdeh1, V.R.Rüstəmova münasibətdə iddianın rədd olunması qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-31/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh4, X1 İddiaçı və qeyrisinə məxsus 1,23 ha ölçüdə torpaq sahəsinin 0,04 ha hissəsindən çıxarılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyul ayında İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ailə üzvlərinin ümumi mülkiyyətində olan 1,23 he ktar torpaq sahəsinin 0,10 ha hissəsinin Cavabdeh1 tərəfindən, 0,025 ha hissəsinin Cavabdeh2 tərəfindən və 0,10 hissəsinin X5 tərəfindən zəbt edilməsini və eyni zamanda cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsinin 60 metr uzunluğunda və 4 metr enində olan hissəsini çəpərləyərək gediş-gəliş yolu kimi istifadə olunmaqla onun həmin torpaq sahəsindən istifadəsinə maneələrin yaradılmasını əsas göstərməklə zəbt olunmuş torpaq sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən alınaraq onlara qaytarılması və çəpərin cavabdehlər Cavabdeh4 və Cavabdeh1 hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-30/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim: A.B.Əliyev) iddia qismən təmin edilərək 1,23 ha torpaq sahəsinin JN-777E cizgisi ndə göstərilmiş 0,14 ha torpaq sahəsinin 0,072 ha hissəsindən Cavabdeh4, həmin cizgidə göstərilmiş 0,14 ha torpaq sahəsinin 0,068 ha hissəsindən Cavabdeh1 və həmin cizgidə göstərilmiş 0,09 ha torpaq sahəsindən Cavabdeh3 Dünyamin oğlunun çıxarılmaları və həmin torpaq sahələrinin cavabdehlərin qeyri-qanuni sahibliyindən alınaraq İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin ziddiyyətli sübutlar əsasında çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1931/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) apellyasiya şikayəti qismən təmin edilərək Qəbələ Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(025)-30/2021 saylı qətnaməsi Cavabdeh4 münasibətdə ləğv edilmiş və iddianın ona münasibətdə rədd olunmasına dair qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin zəruri olduğu halda təkrar və ya əlavə ekspertiza keçirmədən və sübutlara düzgün qiymət vermədən nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikay ətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülk iyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını də yişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsindən yalnız Cavabdeh4 apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi ona aid hissədə yoxlanılmışdır. İş materiallarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh4 qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh4 İddiaçı və onun 5 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətində olan 1,23 hektar torpaq sahəsinin 0,04 hektar hissəsindən çıxarılması qət edilmişdir. Belə olduqda, apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh4 iddiaçı tərəfindən mübahisə edilən torpaq sahəsindən çıxarılması məsələsi artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həll olunduğundan həmin qətnamənin icrası ilə tərəflər arasında yaranmış mübahisəyə son qoyulmuş olar və bunun üçün məhkəmədə yenidən iddianın qaldırılmasına ehtiyac yoxdur. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi Cavabdeh4 qarşı qaldırılmış iddianı əsassız sayaraq rədd etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1931/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar