Məhkəmə qərarları › İş №2(102)-1968/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1968/2020

08.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1968/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh və onun vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə”, Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-9913/2019 nömrəli qətnaməsindən İddi açı kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları X8 və X6 ilə birlikdə yaşayış sahəsindən istifadə hüquqları olan, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi (keçmiş Buynakski) 9 saylı evin 7 saylı mənzilinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı övladları 2001-ci il təvəllüdlü X8 və 2003-cü il təvəllüdlü X7 ilə birlikdə Səbail rayonu, Ş.Şamil küçəsi, 9 saylı evin, 7 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1027/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təl əbi təmin edilmiş, İddiaçı, onun övladları X8 və X4 Səbail rayonu, Şeyx Şamil küçəsi (keçmiş Buynakski küçəsi) 9 saylı evin 7 saylı mənzilinə köçürülmələri, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət edilmişdir. (hakim İlkin Rüstəmli) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9913/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1027/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.(hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi) Rəfail Eyvazov, Zaur Əliyev) İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13374/2019 saylı, xx xxxx xx 2019-cu il tarixli qətnaməsinin ləğv, iddia ərizəsinin təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili X1 şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İŞİN HALLARİ İddiaçı iddia tələbinin əsası kimi Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi (keçmiş Buynakski) 9 saylı evin 7 saylı mənzilinin mərhum anası Xoşqədəm Sadıqovaya 1971-ci ildə dəyişmə orderi əsasında verilməsinə, özünün və cavabdehin də həmin mənzildə qeydiyyatda olmasına, anasının vəfatından sonra cavabehin onu övladları ilə birgə mənzilə buraxmamasına istinad etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh da iddiasını onunla əsaslandırıb ki, mənzil mərhim bibisi Xoşqədəm Sadıqovaya ilə atası bu evi 1971-ci ildə alıblar. Mənzildə onun valideynləri ailə yaşayıblar. Bibisi və bibisi qızı olan cavabdeh mənzildə qeydiyyatda olsalar da mənzildə yaşamayıblar. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyasının qətnaməsindən yalnız ilk İddiaçı kassasiya şikayəti vermişdir. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni kassatorun şikayəti əsasında yalnız ilk iddianın təmin edilməyən hissəsində yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9913/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsinin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Barəsində kassasiya şikayəti verilən qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi mərhum icarədarın ailə üzvünün yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsinin icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilməsinə, icarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququnun olmasına, tərəflərin dövlətə məxsus mənzilə yeni icarə (kirayə) müqaviləsinin bağlanması üçün müraciət etməmələrinə, ilk olaraq mənzilə hüquqları ehtimal edilən şəxslərin dövlətə məxsus mənzildə hüquqlarının qeydiyyatı üçün müvafiq (səlahiyyət sahibi olan) icra orqanlarına müraciət etməli olmalarına, bu səbəbdən də subyektiv mənada hər iki tərəfin (mövcud münasibətlərə müvafiq) tələblərinin hüquqi əsaslarının olmamasına istinad edərək, İddiaç ı iddiasını təmin etməmiş, gəldiyi nəticəni də digər hüquq normaları ilə yanaşı, 2009-cu ilin oktyabrın 1-dək tətbiq edilən 1982-ci il tarixli Mənzil Məcəlləsinin 51-62 və 85-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin İddiaçı iddia tələbi üzrə gəldiyi hüquqi nəticəni əsaslı hesab etmir. Belə ki, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilən mübahisəsiz halı da ondan ibarətdir ki, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi (keçmiş Buynakski), 9 saylı evin 7 saylı mənzili xx xxxxxxx 1971-ci il tarixli dəyişmə orderinə əsasən X3 adına olmaqla hazırda da dövlət mənzil fonduna aiddir və iddiaçı həmin mənzildə qeydiyyatdadır. Mübahisəyə apelyasiya instansiyası məhkəməsinin özünün də tətbiq etdiyi 1982-ci il tarixli Mənzil Məcəlləsinin 5 3-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Göründüyü kimi, qeyd edilən norma mənzil icarədarı ilə birlikdə yaşayan ailə üzvlərinin də icarədarla bərabər hüquq və vəzifələrini müəyyən etmişdir. İddiaçı da dəyişmə orderi əsasında mərhum anasına məxsus olan və özünün qeydiyyatda olduğu dövlət fonduna aid mənzilə istifadə hüquqlarının olmasından çıxış edərək, uşaqları ilə birgə həmin mənzilə köçürülməsini xahiş etmiş və iddia ərizəsində ümumi şəkildə də olsa, tələbinin hüquqi əsası kimi 1982-ci il tarixli Mənzil Məcəlləsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəyə tətbiq etdiyi Mənzi l Məcəlləsinin 53-cü maddəsini tələbin subyektiv mənada hüquqi əsaslarının olmaması (başqa sözlə, subyektiv hüququn olmaması) baxımından düzgün təfsir etməmidşir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbinin təmin olunmaması nəticəsinə gələrkən maddi hüquq normalarını pozmuşdur. Bu da qətnamənin həmin hissədə ləğvi üçün əsas verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya ins tansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiyasının qətnaməsi İddiaçı iddiasının təmin edilməyən hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxan məhkəmə İddiaçı hazırki iddia ilə bağlı subyektiv hüququnun olub-olmaması məsələsini tələbin əsaslandığı maddihüquq normaları baxımından müəyyən etməli və bunun nəticəsi olaraq qanuni və əsaslı qərarı qəbul etməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyas ı QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-9913/2019 nömrəli qətnaməsi İddiaçı iddiasının rədd edilməsi hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar