Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-197/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma 25.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-877/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 1 il müddətinə, yəni xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək İddiaçı MMC-nin Satış təmsilçisi vəzifəsinə təyin edilmişdir. 2. xx xxxx 2019-cu il tarixli xx xxxx 2018-ci il tarixli əmək müqaviləsinə xitam verilinəsi barədə əmrin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin "e" bəndinə uyğun olaraq (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) işçi ilə xx xxxx 2018-ci il tarixli əmək müqaviləsinə xx xxxx 2019-cu il sonuncu iş günü hesab edilməklə həmin tarixdə xitam verilməsi əmr edilmişdir.
3. Cavabdeh tərəfindən yazılmış xx.xx.2019-cu, xx.xx.2019- cu il tarixli izahatların surətindən görünür ki, o, İddiaçı MMC-yə maddi zərər vurduğunu etiraf etmişdir 4. xx xxxx 2019-cu il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış “Saziş”in təsdiq edilmiş surətindən görünür ki, borclu Kreditora cəmi 53 342.17 (əlli üç min üç yüz qırx iki min on yeddi qəpik) manat məbləğində borcu olduğunu qəbul edir. Borclu əsas borcunu hissələrlə 2019-cu ilin iyul və avqust aylarının sonuncu iş gününədək 15 min manat miqdarında Kreditora ödəməyi öhdəsinə götürür Beləliklə, 2019-cu ili avqustun sonunda Borclu Kreditora cəmi 30000 min manat miqdarında borcu ödəyəcəkdir. 2019-cu ilin sentyabr ayının sonunadək Borclu Kreditora əsas borcun qalan hissəsini (18492.88 manat) ödəyəcək. Bu halda Kreditor Borcludan fa iz borcu ilə əlaqədar bütün tələbləri geri çağıracaq. Borclu tərəlindən ödənişin 1(bir) iş günü həyata keçirilməməsi Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal Kreditor tərəfindən borcun məcburi qaydada tələb etməsi üçün əsasdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 46351.17 (qırx altı min üç yüz əlli bir manat on yeddi qəpik) manat məbləğində əsas borcun, 110 (yüz on) manat faiz borcunun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 46491.17 məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, şirkət Fransa istehsalı olan müxtəlif növ bahalı xa rici spirtli içkilərin-araq, viski, çaxır, şampanların və s. satışı ilə məşğul olur. Cavabdeh xx xxxx 2018-ci il tarixdə İddiaçı MMC-nə işə qəbul edilmiş və xx xxxx 2019-cu il tarixinədək İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətdə x xxxx 2018-ci il tarixli əmək müqaviləsinə əsasında “Satış təmsilçisi” vəzifəsində işləmişdir. Həmçinin cavabdehlə iddiaçı arasında x xxxx 2018-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə də imzalanmışdır. İddiaçı qarşısında daşıdığı vəzifələrə baxmayaraq, cavabdeh iddiaçının müştərilərinin ona nəğd şəkildə verdikləri pul vəsaitlərini mövcud olan kassanəzarət qaydalarına əməl etməyərək (ciddi hesabat blankları sayılan kassa-mədaxil sənədlərini rəsmiləşdirməmiş nağd pullarının qəbul etmişdir) mənimsəyərək həmin pulları iddiaçıya qaytarmamışdır. İddiaçının mühasibatlığının apardığı araşdırma nəticəsində aşkar olunmuşdur ki, cavabdehin iddiaçıya 2018-ci ilin iyun ayından 2019-cu ilin may ayınadək 48492.88 (qırx səkkiz min dörd yüz doxsan iki manat səksən səkkiz qəpik) manat məbləğində əsas borcu və 4849.29 (dörd min səkkiz yüz qırx doqquz manat iyirmi doqquz qəpik) manat isə faiz borcu olmaqla cəmi 53 342.17 (əlli üç min üç yüz qırx iki manat on yeddi qəpik) manat ümumi borcu yaranmışdır. Əsas borcun yaranması hallarını cavabdeh iddiaçıya ünvanlanan 17 və xx xxx 2019-cu il tarixli izahatlarında açıqlamışdır. Həmin izahatlarda, cavabdeh əsas borcunun tam məbləğini etiraf etmişdir. Bundan başqa, cavabdeh iddiaçı ilə xx xxxx 2019- cu il tarixli Sazişi bağlamaqla 53 342.17 (əlli üç min üç yüz qırx iki manat on yeddi qəpik) manat miqdarında ümumi borcu etiraf etmişdir. Bu tarixdən sonra, iddiaçının daha bir müştərisi X1 xx xxxxxxxx 2019-cu il tarixli izahatına əsasən cavabdeh həmin müştəridən xx xxxx 2018-ci il tarixində 1009 (min doqquz) manat miqdarında mal təhvil alıb həmin malı iddiaçıya qaytarmamışdır. Cavabdehin əmək vəzifələrinin kobud şəkildə pozduğuna və iddiaçıya müəyyən miqdarda maddi ziyan vurduğuna görə xx xxxx 2019-cu il tarixində cavabdehlə olan Müqavilə iddiaçı tərəfindən ləğv edilmişdir. Cavabdeh xx xxxx 2018-ci il tarixindən etibarən xx xxxx 2019-cu il tarixinədək İddiaçı MMC-də x xxxx 2018-ci il tarixli əmək müqaviləsinə əsasında “Satış təmsilçisi” vəzifəsində işləmiş, cavabdehin tutduğu vəzifənin iddiaçı qarşısında olan yüksək məsuliyyət daşıması ehtimal olduğunu nəzərə alaraq, cavabdehlə iddiaçı arasında x xxxx 2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilə də imzalanmışdır. Cavabdehin mənimsədiyi və sonradan etiraf etdiyi borcu təxirə salınmadan qaytarmaq üçün verdiyi vədlərinə baxmayaraq cavabdeh cür-bəcür bəhanələr gətirməklə həmin borcu qaytarmaqdan bu günə qədər boyun qaçırmışdır. Bu günə qədər cavabdeh iddiaçıya cəmi 8 000 (səkkiz min) manat miqdarında borc qaytarmışdır, həmin məbləğdən 3150.71 manat (üç min yüz əlli manat yetmiş bir qəpik) əsas borc və 4849.29 (dörd min səkkiz yüz qırx doqquz manat iyirmi doqquz qəpik) faiz borcu silinmişdir. Cavabdeh işdən çıxarıldıqdan 21 gün sonra yəni, xx xxxx 2019-cu il tarixdə İddiaçı MMC ilə “Saziş” imzalamış və həmin sazişlə iddiaçıya cəmi 53 342.17 (əlli üç min üç yüz qırx iki min on yeddi qəpik) manat məbləğində borcunun olduğunu qəbu l etmişdir. Həmin Sazişə əsasən borclu əsas borcunu hissələrlə 2019-cu ilin iyul və avqust aylarının sonuncu iş gününədək 15 min manat miqdarında iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə də o, 2019-cu ili avqustun sonunda iddiaqçıya 30000 min manat, 2019-cu ilin sentyabr ayının sonunadək isə borcun qalan hissəsini, yəni 18492.88 manatı ödəməsini öhdəsinə götürmüşdür. Beləliklə, həm cavabdehlə iddiaçı arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlandığına, həm də iddiaçının əmlakı və digər sərvətləri birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında (qaimələr) iddiaçıya, yaxud pulları iddiaçıya hesabat vermək şərti ilə cavabdeh tərəfindən qəbul edildiyinə görə cavabdeh iddiaçı qarşısında ona məxsus olan bütün əmlakı ilə tam maddi məsuliyyət daşımışdır. Hesab edir ki, iddia əsasl ıdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir.
7. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 yanvar 2020-cu il tarixli 2(075)-123/2020 nömrəli qətnaməsi ilə (hakim C.İmanov) iddia qismən təmin edilərək, Cavabdeh 45342,17 (qırx beş min üç yüz qırx iki manat 17 qəpik) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçınə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh 45342,17 manat məbləğində pul vəsaitini bu cür varlanmaya haqq qazandıran qanuni və müqavilə əsası olmadan əldə etməklə varlanmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı iddiaçı ilə cavabdeh arasında danış ıqlar aparılmış və onlar arasında xx xxxx 2019-cu il tarixdə Cavabdeh iddiaçıya 53 342.17 (əlli üç min üç yüz qırx iki min on yeddi qəpik) manat məbləğində borcunun olmasını təsdiq edən “Saziş” bağlanmışdır. Cavabdeh aralarında bağlanmış həmin “Saziş”ə əsasən iddiaçiya 53 342.17 (əlli üç min üç yüz qırx iki min on yeddi qəpik) manat məbləğində borcunun olmasını qəbul etmişdir. Məhkəmə Cavabdeh iddiaçıya 53 342.17 (əlli üç min üç yüz qırx iki manat on yeddi qəpik) manat məbləğində borcunun olmasını qəbul edir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh xx xxxx 2019-cu il tarixli “Sazişi” imzaladıqdan təxminən 2 ay sonra iddiaçıya 8 000 manat pul ödəmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya (53 342,17–8000 = 45342,17)45 342,17 (qırx beş min üç yüz qırx iki manat 17 qəpik) manat borcu qalmışdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091,1, 1091.2, 1092.1, 1093.1, 1093.2-ci, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
11. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-877/2020 nömrəli iş üzrə xx xxxx 2020-cu il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətn aməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
17. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmama sına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
18. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
20. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. (maddə 1091.1)
21. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (maddə 1091.2)
22. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. (maddə 1092.1)
23. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. (maddə 1093.1)
24. Əgər məqsədə çatılması əvvəlcədən qeyrimümkün idisə və verən bunu bilirdisə, həmçinin əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. (maddə 1093.2)
25. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilm əsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (maddə 21.1)
26. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21.2) Əmək Məcəlləsi İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti nəzərdə tutulmuşdur. (maddə 191)
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Mülki Prossesual Məcəllə
27. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
28. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
29. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq o laraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
30. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bi lməz.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-877/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.