Məhkəmə qərarları › İş №2(102)-197/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-197/2023

30.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-197/2023 30.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar Əskərov Fayiq Cəmil oğlu, İddiaçı1, X4 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-25/2022 nömrəli, 8 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı Əskərov Fayiq Cəmil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ şin halları

1. Yevlax rayon Aqrar İslahat Komissiyasının 25 aprel 1998-ci il tarixli 30 saylı qərarına əsasən, torpağın mükiyyətçiləri Əskərov Fayiq Cəmil oğlu, İddiaçı1, X5 və İddiaçı2 mülkiyyətinə 0,12 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə JN-314A Kod 90110018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir.

2. Yevlax rayon Aqrar İslahat Komissiyasının 25 aprel 1998-ci il tarixli 30 saylı qərarına əsasən Cavabdeh (bundan sonra cavabdeh) və onun ailə üzvlərinin mülkiyyətinə 0,16 ha həyətyanı sahəsi verilmiş, həmin torpaq sahəsinə JN-315A saylı Kod 90110018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların dövlət qeydiy yatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli RX seriyalı, ******* saylı Çıxarışa əsasən, 0,1556 ha torpaq sahəsi cavabdeh və onun ailə üzvlərinin mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar Əskərov Fayiq Cəmil oğlu, İddiaçı1, X8 və İddiaçı2 Faiq oğlu Cavabdeh qarşı Yevlax Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsindən çıxarılması və əmlaklarının cavabdehin qanunsuz sahibliyindən geri alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, onlara məxsus olan 0,12 ha torpaq sahəsinin 0,3 ha hissəsi hazırkı cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehə dəfələrlə mür aciət və xahiş etsələr də zəbt edilən mülkiyyətlərini, torpaq sahəsini onlara qaytarmır. Ona görə də onlar məcbur olaraq qanuni hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və X1 Mərkəzi 17 saylı LayihəTədqiqat idarəsinin 17-106, 13 oktyabr 2016-cı il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, X6 verilmiş JN 314A saylı şəhadətnaməyə əlavə edilmiş cizgidə həyətyanı sahənin eni 22.9 metr göstərilmişdir. Ölçmə zamanı həyətin eni 20.9 metr müəyyən olunmuş, cavabdehə JN 315A saylı şəhadətnaməyə əlavə edilmiş cizgidə həyətin eni 16.7 metr göstərilmişdir. Ölçmə zamanı həyətin eni 20.3 metr müəyyən olunmuşdur. X6 verilmiş JN 314A s aylı şəhadətnaməyə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsindən çatışmayan 2.00 metr hissənin cavabdehə JN 315 A saylı şəhadətnamə ilə verilmiş 0.15 ha həyətyanı sahənin sərhədləri daxilində olduğu müəyyən olunmuşdur.

7. Yevlax Rayon Məhkəməsinin (hakim Qələmdar Abbasov) 2(039)-1888/2016 nömrəli mülki iş üzrə 29 noyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiа təmin edilmiş, cavabdehin iddiaçılar Əskərov Fayiq Cəmil oğlu, İddiaçı1, X4 və İddiaçı2 JN-314A (KОD ********) sаylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 0,12 ha torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0,03 ha hissəsindən çıxаrılması, iş üzrə ödənilmiş 10 manat 20 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh aid edilməsi və həmin məbləğin ondan alınaraq İddiaçı2 ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 60 manat məbləğində pulun da Cavabdeh aid edilməsi və həmin məbləğin cavabdehdən alınaraq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin bank hesabına ödənilməsi qət edilmişdir.

8. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, cavabdehin iddiaçı X7 və onun ailə üzvlərinə JN-314A 90110018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 0.12 ha torpaq sahəsinin 0.03 ha hissəsindən istifadə etməsi məhkəmə icraatında müəyyən olunmuşdur. Bu səbəbdən iddia tələbi əsaslıdır.

9. Məhkəmə gəldiyi nəticəni “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 152.1, 157.2, 213.5, Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Bu hal Yevlax rayon Aqrar İslahat Komissiyasının 25 aprel 1998-ci il tarixli 30 saylı qərarına əsasən cavabdehə verilmiş JN-315A saylı Kod 90110018 saylı torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədən aydın görünür. Sübutlar apelyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada qiymətləndirilməmişdir.

12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)- 1333/2017 nömrəli mülki iş üzrə 24 iyul 2017-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4 noyabr 2019-cu il tarixli 23398 nömrəli ekspert rəyində göstərilmişdir ki, JN-314 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçılara məxsus torpaq sahəsinin şimal-qərb hissəsindəki 17 kv.m torpaq sahəsindən cavabdeh, JN 315 A torpağın mülkiyyətə verilməsinə dair torpaq sahəsindən cavabdeh, JN-315 A torpağın mülkiyyətə verilməsinə şəhadətnamə ilə cavabdehə məxsus torpaq sahəsinin cənub-şərq hissəsindəki 50 kv.m torpaq sahəsindən iddiaçılar istifadə edirlər (sxem sözügedən mütəxəssis rəyinə əlavə olunmuşdur).

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kol legiyasının 2(107)-16/2019 saylı mülki iş üzrə 11 dekabr 2019-cu il tarixlim qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə birinci instansiya məhkəməsinin 2(039)-1888/2016 saylı mülki iş 29 noyabr 2016-cı il tarixli qətnаməsi dəyişdirilmədən saxlanılmış, məhkəmə xərcləri həll edilmişdir.

15. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iş materiallarında olan 4 noyabr 2019-cu il tarixli ekspertiza rəyindən aydın olur ki, cavabdeh iddiaçıya məxsus 17 kv.m torpaq sahəsindən, iddiaçı isə cavabdehə məxsus 50 kv.m. torpaq sahəsindən istifadə edir. Göründüyü kimi cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi faktı ekspert rəyi ilə də öz təsdiqini tapmış dır. Bundan əlavə cavabdehin qarşılıqlı iddiası olmadığından, onun 50 kv.m. torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilməsinə münasibət bildirməyi məhkəmə kollegiyası məqsədəmüvafiq hesab etmir.

16. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci və 2ci bəndlərinə, Mülki Məcəllənin 152.1, 157.2, MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X9 (sədrlik edən və məruzəçi) X10 və X2) 22 sentyabr 2020-ci il tarixli, 2(102)-2769/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək apelyasiya instansiyası məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(107)-16/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

20. Kassasiya kollegiyası apelyas iya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etməyərək qeyd etmişdir ki, iş materialları və ekspert rəyi ilə cavabdehin zəbt etdiyi torpaq sahəsinin məhz “0.03 ha” olaraq dəqiq müəyyən olunması təsdiq olunmur. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi MPM-in 102.1-ci maddəsinin tələbləri baxımından əlavə ekspertiza təyin edilməsinin zəruriliyini müzakirə etməmiş və qeyri-müəyyən nəticəyə gəlmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Apellyasiya instansiyası məhkəməsinin 2(107)-265/2021 nömrəli mülki iş üzrə 10 fevral 2021-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2705 nömrəli 1 iyul 2022-c i il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, JN-314 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə iddiaçı Əskərov Fayiq Cəmil oğlunun mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi ilə faktiki naturada istifadə etdiyi 0.14 ha torpaq sahəsinin həmçinin cavabdehin faktiki naturada istifadə etdiyi 0.18 ha həyətyanı torpaq sahəsinin coğrafı yerləşməsi, həndəsi ölçüləri və konfiqurasiyası arasında uyğunsuzluq mövcud olduğundan iddiaçıların JN-314A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçı Əskərov Fayiq Cəmil oğlunun mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək mümkün olmadı. Ekspert rəyində həmçinin göstərilmişdir ki, ekspert rəyləri arasında zidiyyətlərin yaranmasına səbə b müvafiq qərardadlar üzrə verilmiş mütəxəssis rəylərinin arasında fərqlərin olmasıdır.

23. Apellyasiya instansiyası məhkəməsinin 2(107)-25/2022 nömrəli mülki iş üzrə 8 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və İmanverdi Şükürov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 2(03)-1888/2016 nömrəli mülki iş üzrə 29 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.

24. Məhkəmə kollegiyası öz mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş mütəxəssis rəyində cavabdehin iddiaçılara məxsus 0,03 ha torpaq sahəsini zəbt etməsi müəyyən edilməmişdir. Bundan əlavə istər işin əvvəlki apellyasi ya baxışı, istərsə də indiki apellyasiya baxışı zamanı alınmış məhkəmə texnikitikinti ekspert rəyləri ilə də cavabdehin iddiaçılara məxsus torpaq sahəsini zəbt etdiyi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası 1 iyul 2022-ci il tarixli, 10/2705 nömrəli ekspert rəyini mötəbər sübut növü kimi qəbul edir. Həmin ekspert rəyi ilə cavabdehin iddiaçılara məxsus torpaq sahəsini zəbt etmədiyi müəyyən edilir. Sözügedən ekspert rəyi iş üzrə alınmış 16 noyabr 2017-ci il tarixli, 23428 nömrəli ekspert rəyi ilə tam, 4 noyabr 2019-cu il tarixli, 23398 nömrəli ekspert rəyi ilə isə xırda kənarlaşmalarla üst-üstə düşür.

25. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Mülki işin apellyasiya baxışında apelly asiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb etmişdir ki, birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı Əskərov Fayiq Cəmil oğlu kassasiya şikayət i verərək (vəkil Nümayəndə) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 29.3, 29.4, Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinin tələbləri pozmuşdur. Belə ki, mülki işin materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 17-106 nömrəli, xx.xx.2016-cı il tarixli mütəxəssis rəyi ilə bildirilirki, iddiaçılara verilmiş JN-314A saylı şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətindəki 0,12 ha həyətyanı torpaq sahəsində olan çatışmayan iki metr hissəsi cavabdehə məxsus JN-315A s aylı şəhadətnamə ilə verilmiş 0,15 ha həyətyanı sahənin sərhədləri daxilindədir.

27. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Kadastr və Yerquruluşu Layihə, Tədqiqat Mərkəzinin 17 saylı layihə tədqiqat idarəsinin mütəxəssis rəyinə əsasən reyestrdə qeydiyyata alınmış, Yevlax rayonu Tanrıqullular kəndində yerləşən JN-314A kod 90110018 saylı şəhadətnamə ilə iddiaçılara verilmiş, 0,12 ha torpaq sahəsinin cavabdehə aid torpaq sahəsi ilə üst-üstə düşmədiyi qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli 23398 nömrəli ekspert rəyində bildirilmışdir ki, iddiaçılara aid torpaq sahəsinin şimal qərb hissəsindən 17 kv.m torpaq sahəsindən cavabdeh, ona məxsus torpaq sahəsinin cənub-şərq hissəsindəki 50 kv.m torpaq sahəsindən iddiaçılar istifadə edir. Bu rəydə iddiaçıl arın iddia etdiyi ərazinin 17 kv.m hissəsinin cavabdehin istifadəsində olduğu bildirilir. Bu rəydə iddiaçıların iddia etdiyi ərazinin 17 kv.m hissəsinin cavabdehin istifadəsində olduğu bildirilir.

28. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2705 nömrəli rəyində qeyd edilmişdir ki, Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC Mingəçevir LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, JN-314A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçı Əskərov Fayiq Cəmil oğlunun mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə faktiki naturada istifadə etdiyi 0,14 ha torpaq sahəsinin, həmçinin cavabdehin faktiki naturada istifadə etdiyi 0,18 ha həyətyanı torpaq sahəsinin coğrafi yerləşməsi, həndəsi ölçüləri və konfiqurasiyası arasında uyğunsuzluq mö vcud olduğundan iddiaçıların JN-3İ4A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçı X3 mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək mümkün olmadı. Qeyd olunur ki, ekspert rəyləri arasında ziddiyyətlərin yaranmasına səbəb, müvafiq qərardadlar üzrə verilmiş mütəxəssis rəylərinin arasında fərqlərin olmasıdır.

29. Birinci instansiya məhkəməsi öz qətnaməsini qəbul edərkən yəni, 0.03 ha hissənin zəbt edildiyini müəyyən edərkən mütəxəssis rəyinə əsaslanmışdır. Bundan başqa xx.xx.2019-cu il tarixli 23398 nömrəli ekspert rəyində də iddiaçılara məxsus torpaq sahəsinin şimal-qərb hissəsindəki 17kv.m torpaq sahəsinin cavabdehdə olduğu bildirilmişdir. Sonuncu ekspert rəyində isə qeyri mütləqlilik əks olunub. Eksp ert zəbtin edilib-edilməməsini müəyyən edə bilmir. Bundan əvvəlki ekspertiza isə torpağın zəbtinin tələb olunan hissəsinin 0,03 kv metrinin zəbt olunduğunu bildirir. Belə olan halda məhkəmənin nəyi müəyyənləşdirirək hazırkı qərarı qəbul etməsi aydın deyil.

30. Məhkəmə qətnamənin 47-ci bəndində qeyd etmişdir ki, xx.xx.2022- ci il tarixli 1/2705 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. Həm də qeyd etmişdir ki, cavabdehin iddiaçılara məxsus torpaq sahəsini zəbt etmədiyini bu rəy ilə müəyyən edilir. Ekspert rəyinə diqqət yetirdikdə həmin rəydə cavabdehin iddiaçılara məxsus torpaq sahəsini zəbt edib-etməməsini müəyyən etməyin mümkün olmadığı qeyd edilir. Məhkəmə bu qeyri-mütləq rəyi əsaslı hesab etmiş, digər rəyləri isə əsaslı hesab etməmişdir.

31. Apellyasiya instansiyası mə hkəməsi tərəfindən MPM-in 9, 14.2, 77.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə işdə olan 3 ekspert rəyinin və mütəxəssis rəyinin mövqeyini ədalətli şəkildə, bərabərlilik prinsipinə münasibətdə ədalətli həll etməmişdir. Birinci instansiya məhkəməsi torpaq sahəsinin zəbt edilməsi ilə bağlı rəyə önəm verməmiş, apelyasiya instansiyası məhkəməsinin 2-ci ekspertiza rəyində iddiaçıların mübahisələndirdiyi hissənin 17 kv.m cavabdehə aid torpaq sahəsində olmasına önəm verilməmiş, sonuncu xx.xx.2022-ci il tarixli qeyri-mütləq məzmunlu ekspert rəyinə əsaslı qiymət verilərək rəydə bu qeyd göstərilmədiyi halda məhkəmə bildirmişdir ki, həmin rəyə əsasən torpaq zəbt edilməmişdir. Cavabdeh tərəfindən iddiaçılara məxsus torpağı zəbt edilib-edilməməsini müəyyən etməyin mümkün olmaması sözügedən zəbtin olmaması demək deyildir. Məhkəmə sübutları tam araşdırmamış, işdə çoxluq təşkil edən rəylərlə zəbt müəyyən edildiyi halda sonuncu rəyi əsas götürmüşdür. Halbuki, bu rəydə hallar mütləq deyildir. Məhkəmə bu halların müəyyənləşdirilməsinə aydınlıq gətirməli olduğu halda bunu etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Cavabdehin vəkili Kərimli Ruhiyyə Neymət qızı kassasiya şikayətinə qarşı verdiyi etirazda işin hallarına, birinci və apellyasiya instansiyası məhkəmələrindəki icraatda aparılmış ekspertizalara müvafiq ekspert rəylərinə istinad edilərək əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı kassasiya şikayətində 17 metr torpaq sahəsinin şimal qərbdən zəbt olunması barədə verilmiş 4 noyabr 2019-cu il tarixli rəyə istinad olunmasının zəruriliyini əsaslandırarkən 1 iy ul 2022-ci il tarixli rəydə olan sxemi nəzərə almaq istəmiş və hasarın uzun illərdən bəri mövcudluğunu, uzun illər mübahisəsiz istifadə olunduğunu, iddiaçının özünün həmin küçədə sonradan yaşayış evi tikdirərək yeni mübahisə yaratmasını gizlətmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə:

33. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 3

5. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Mülki Prosessual Məcəllə:

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərə k işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Kollegiya onu da qeyd edir ki, torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir (§ 35). Odur ki, iddiaçının özünə məxsus torpaq sahəsinin döngə koordinatlarını və sərhədlərini daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirdikdən sonra mülkiyyətində olan sahəyə başqa şəxslərin qanunsuz müdaxiləsinin aradan qaldırılması barədə yeni əsasla iddia qaldırmaq imkanı istisna edilmir.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 v ə 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-25/2022 nömrəli mülki iş üzrə 8 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar