Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1970/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: xüsusi təyinatlı yaşayış sahəsindən istifadə etmək hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X2 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1052/25 nömrəli 05 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmi şlər: 2. 2013-cü il, 19/20 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad məcburi köçkün şəhərciyində yerləşən 19 saylı evin 20 saylı mənzili Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Qaradağ rayon MKİS-in rəisi tərəfindən 2 nəfər ailə tərkibində (özü və oğlu X6) İddiaçı verilmiş, İddiaçı qeyd olunan mənzildə Füzuli rayonundan məcburi köçkün kimi müvəqqəti qeydiyyata alınmışdır. Cavabdeh İddiaçı keçmiş gəlinidir;
3. Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(048)-181/2024 nömrəli qətnaməsinə əsasən, Cavabdeh X3 qarşı “nikahın pozulması, uşaqların onun yanında qalması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, X6 ilə Cavabdeh arasında xx.xx.2016-cı i l tarixdə 2 saylı Bakı «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsində 1708 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017ci il təvəllüdlü X8 anaları Cavabdeh yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən X1 hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, 50 manat dövlət rüsumunun və 60 manat mediasiya xərcinin X1 tutularaq Cavabdeh verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ona verilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad məcburi köçkün şəhərciyində yerləşən 19 saylı evin 20 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Füzuli rayonundan məcburi köçkün olduqlarına görə 2013-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad məcburi köçkün şəhərciyində 2 otaqlı mənzil verilmiş və onunla xüsusi təyinatlı yaşayış sahəsinə dair kirayə müqaviləsi bağlanmışdır. Kirayəçi kimi mənzilə o və oğlu qeyd edilmişlər. Cavabdeh də oğlu ilə ailə həyatı qurduqdan sonra onlarla birlikdə həmin evdə yaşamışdır. Hal-hazırda cavabdeh onların ailə üzvü deyil, lakin həmin mənzildə yaşamaqla onları evə qoymaq istəmir. Onlara məcburi köçkün kimi mənzil verilərkən cavabdeh onla rın ailə üzvü olmamış və müqaviləyə ailə üzvü kimi daxil olmamışdır. Cavabdehin ona kirayə müqaviləsi ilə verilmiş mənzildə yaşaması onun üçün bir sıra problemlər yaratmışdır. Belə ki, bu, onun mənzildən istifadə hüququnun pozulmasına səbəb olmuş, həmçinin əlavə kommunal xərc ödəmək məcburiyyətində qalmışdır.
6. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad məcburi köçkün şəhərciyində yerləşən 19 saylı evin 20 saylı mənzilinə əri ilə nikaha daxil olandan sonra köçüb. Orada əri ilə birgə yaşayıblar, birgə təsərrüfat aparıblar. Həmin ünvanda yaşayarkən iki övladları doğulmuşdur. Mənzil xüsusi təyinatlı yaşayış sahəsi kimi qayınanasına verilmişdir. İddiaçının oğlu ilə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Uşaqlar onun himayəsində saxlanılmışlar. Övladları ilə birlikdə yaşamağa ayrıca evləri, mənzilləri, otaqları yoxdur.
7. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2571/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, İddiaçı verilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad məcburi köçkün şəhərciyində yerləşən 19 saylı evin 20 saylı mənzilindən çıxarılması, həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iş üzrə ödənilməli olan 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Təqdim olunmuş sübutlardan görünmüşdür ki, dövlətçilik ənənəsi olan Azərbaycan Respublikası beynəlxalq münasibətlərin subyekti kimi iddiaçının və digər məcburi köçkünlərin sosial vəziyyətini mümkün qədər yaxşılaşdırmaq üçün hüququ çatan şəxslə rə məcburi köçkün şəhərcikləri inşa edərək, xüsusi yaşayış sahələri ilə təmin etmişdir. Hazırda iddiaçıya verilmiş xüsusi təyinatlı yaşayış sahəsində cavabdeh yaşayır. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Mənzil kirayə müqaviləsində adı göstərilməmişdir. Belə ki, həmin mənzilə yalnız iddiaçının oğlu ilə ailə qurandan sonra köçmüşdür. Sonradan cavabdehin iddia tələbinə əsasən iddiaçının oğlu ilə aralarında olan nikahları pozulmuşdur. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının ailə üzvü olmayan cavabdeh mənzil kirayəçisi olan iddiaçını və iddiaçının oğlunu məhz sonunculara verilmiş xüsusi təyinatlı yaşayış sahəsinə buraxmır, onların hüquqlarını kobud şəkildə və davamlı olaraq pozur. Bu səbəbdən, iddia əsaslı olmaqla təmin edilməlidir.
9. Birinci instansiya məhkəməsi həmçinin qeyd e tmişdir ki, cavabdehin mənzildən çıxmamasına səbəb kimi başqa yaşayış yerinin olmamasını göstərməsi də əsassızdır. Çünki, o, iddiaçı qismində nikahın pozulması və s. tələbinə dair iddia ərizəsi ilə faktiki olaraq yaşadığı ərazi üzrə Lerik Rayon Məhkəməsinə müraciət etmiş, mülki işə həmin məhkəmədə baxılaraq müvafiq hüquqi qiymət verilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh Lerik rayonu Çayrud ərazi dairəsi Anzolu kəndində qeydiyyatdadır, xx.xx.1987-ci il tarixdə həmin kənddə doğulmuşdur, sonuncu dəfə qeydiyyatda olduğu ərazi üzrə müraciət edərək xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi almışdır. Göründüyü kimi, cavabdehin digər yaşayış yeri mövcuddur. Həmin yaşayış yeri ilə etibarlı əlaqələri vardır, həmin ünvanı yaşadığı yer kimi göstərməklə "nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət etmişdir.
10. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən İddiaçı verilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad məcburi köçkün şəhərciyində yerləşən 19 saylı evin 20 saylı mənzilindən çıxarılmalı, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 33cü Mülki Məcəlləsinin 152.1, 157.2-ci, Mənzil Məcəlləsinin 68.1, 68.2, 68.3, 91.1, 91.1.5, 96-cı, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx.xx.1999-cu il tarixli Azərbayc an Respublikası Qanununa və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baxılan iş üzrə məhkəmə araşdırması və yekun məhkəmə aktının qəbulu Azərbaycan Respublikasının Konstitusiyasının və mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Halbuki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühak iməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Belə ki, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ona verilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfqabad məcburi köçkün şəhərciyində yerləşən 19 saylı evin 20 saylı mənzilindən çıxarılmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə isə işin hallarını tam araşdırmadan onun uzun müddətdir yaşadığı mənzildən çıxarılmağı haqqında qətnamə qəbul etmiş, belə qətnaməni qəbul edərkən onun ayrıca yaşayış yerinin olmamasını nəzərə almamışdır. Sırf qeydiyyatda olduğu yaşayış sahəsini əsas tutmaqla onu sözügedən yaşayış sahəsindən istifadə hüququn u onun həmin mənzildən çıxarılmağını qət edən məhkəmə aktı ilə aradan qaldırmaq məqsədini güdmüşdür. O, övladları ilə bərabər həmin mənzildə yaşamışdır. Elə həmin mənzildə yaşadığı dövrdə də övladları dünyaya gəlmişdir. Nikahın pozulması əsası ilə onun sözgedən yaşayış sahəsindən istifadə etmək hüququ aradan qaldırıla bilməz. Odur ki, başlıca olaraq məhz yuxarıda sadaladığı dəlilərə görə, iş üzrə çıxarılmış qərar hüquqa uyğun olmayan məhkəmə aktı qüvvəsində saxlanıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi formal xarakterli sübutları əsas götürməklə kifayətlənmiş, onun irəl i sürdüyü dəlilərə isə ümumiyyətlə heç bir büquqi qiymət verməmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1052/2025 nömrəli, 05 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski - sədrlik edən və məruzəçi, A.N.İmanov və M.A.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmamışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişd irilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən məhkəmə ünvanlanmış 28 fevral 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbədi bina 19-da yerləşən 20 nömrəli iki otaqlı mənzil 21 noyabr 2013-cü il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” əsasənda İddiaçı və X3 verilmişdir. İddia tələbi ilə məhkəməyə yalnız İddiaçı müraciət etmişdir. X6 məhkəmənin çağırışına cavab verməmiş və cavabdehin Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbədi bina 19-da yerləşən 20 nömrəli iki otaqlı mənzildə yaşamasına etiraz etdiyinə dair hər hansı mövqe sərgiləməmişdir. Məhkəmənin “ cavabdehin digər yaşayış yeri mövcuddur” kimi nəticəyə gəlməsi belə sübuta yetirilmir. Halbuki, iddiaçı və oğlu xüsusi statusa malik olan şəxslər kimi dövlətin və beynəlxalq aktlarla (BMT və sair) xüsusi sosial imtiyazlara malikdirlər. Məcburi köçkünün övladı da qeyd edilən statusa aid edilərək müəyyən sosial təminatlara malikdir. Qeyd edilənlərdən əlavə, cavabdehin ailə üzvü kimi köçüb yaşaması artıq yaşayış sahəsində istifadə etmək hüquqlarını ona vermişdir və onun həmin mənzildən məcburi çıxarılması barədə tələb irəli sürmək hüququ kirayəyə verənə mənsubdur. Belə ki, Müqavilənin 2.3. bəndində qeyd edilmişdir ki, 2.3. Kirayəçi öz ailə üzvlərini (Kirayəçi jlə birgə yaşayan arvadı (əri), uşaqlan və valideynləri; habelə Kirayəçi tərəfindən yaşayış sahəsihə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumiür və əm|k qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar; müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə Üzvləri hesabedilən digər şəxslər) yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir; 2.4. Bu müqavilə üzrə Kirayəçinin aşağıdakı vəzifələri vardır: 2.4.9.yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə on iş günündən gec olmayaraq, Kirayəyə verəni məlumatlandırmaq; 2.5. Kirayəçinin ailə üzvləri bu müqavilə üzrə Kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər; 4.3. Kirayəçinin mülki-hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri bu Müqavilədən irəli gələn öhdəliklər üzrə Kirayəçi ilə birgə məsuliyyət daşıyırlar; 5.7. Kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.7.1. Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2. Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olan lar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; 5.7.3. Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.2, 68.3, 96, 107-ci, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanununa və MPM-in 76, 77, 80, 82.1, 106.2, 217, 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (Vəkil) kassasiya şikay əti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 158-ci, Mənzil Məcəlləsinin 96-cı, MPM-in 88 və 418.1-ci maddəsinə istinad edilməklə onun əsaslandırılmışdır ki, apellyasiyası instansiya məhkəməsi hazırkı işə AR Mənzil Məcəlləsinin 68-ci maddəsini tətbiq etmişdir. Mənzil Məcəlləsinin 68-ci maddəsi “sosial kirayə müqaviləsi” ilə bağlı məsələləri tənzimləyir. Hazırkı iş üzrə tərəflər arasında olan münasibətlər isə “xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi” ilə tənzimlənir. Bu səbəbdən hazırkı işə AR Mənzil Məcəlləsinin 68-ci maddəsinin müddəaları deyil, İX fəsildə qeyd olunmuş müvafiq maddələr tətbiq olu nmalı idi. Müqavilədən göründüyü kimi, kirayəçi – İddiaçıdır. Ailə üzvü qismində yalnız iddiaçının oğlu X6 qeyd olunmuşdur. Göründüyü kimi cavabdehə müqavilə üzrə həmin yaşayış sahəsində istifadə hüququ verilməmişdir. Sadəcə cavabdeh iddiaçının oğlu ilə nikah münasibətlərinə girdiyindən onun həmin mənzildə yaşamasına etiraz etməmişdir. Lakin Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(048)-181/2024 saylı qətnaməsi ilə onlar arasında nikah münasibətlərinə xitam verilmişdir. Dolayısı ilə onun həmin mənzildən istifadə hüququ da aradan qalxmışdır. Çünki həmin mənzil müqavilə üzrə onun keçmiş ərinə yox qaynanası olan iddiaçıya məxsusdur. Hazırda cavabdeh iddiaçının ailə üzvü deyil. Lakin nikah münasibətlərinə xitam verildikdən sonra cavabdeh mənzilə yiyələnmiş, iddiaçını ona ayrılmış mənzilə buraxmamışdır. şin hallarından da göründüyü kimi cavabdeh heç bir istifadə hüququ olmadan qanunsuz olaraq həmin mənzilə yiyələnmiş, iddiaçını və onun ailə üzvünü dövlət tərəfindən onlara ayrılmış mənzilə buraxmamış, həmin mənzili qanunsuz olaraq zəbt etmişdir. Məlumdur ki mənzil iddiaçıya ayrıldıqdan sonra onun müqavilədən irəli gələn hüquq və öhdəlikləri yaranır. Həmin müqavilə qüvvədə olduğu müddətdə iddiaçı həmin müqavilə üzrə hüquq və öhdəliklərin daşıyıcısıdır. Cavabdehin hazırkı qanunsuz hərəkətləri ilə iddiaçı həmin hüquqlarından məhrum edilmiş və vəzifələrinin icrası mümkünsüz olmuşdur. Apellyasiya instansiyası məhkəməsi də hazırkı qətnaməsi ilə cavabdehin bu əməllərinə qanuni don geyindirmiş və iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Apellyasiya instansiyası məh kəməsi nəzərə almamışdır ki, mübahisəli mənzil müddətsiz olaraq iddiaçıya və müqavilədə adı qeyd olunan şəxslərə ayrılmış və müqavilə bağlanılmışdır. Bu da artıq kirayəçi üçün hüquq və vəzifələr yaratmaqla onun üçün hüquqi nəticələr doğurur. Belə olan halda cavabdehin qanunazidd əməllərindən mənzilin mülkiyyətçisi deyil, iddiaçı həm maddi həm də mənəvi zərər görmüş və bununla da artıq onun məhkəməyə müraciət etmə hüququ yaranmışdır. Cavabdehin mənzildən çıxarılmasının tələb edilməsi hüququnun iddiaçıya deyil mənzilin mülkiyyətçisinə məxsus olması hissəsində məhkəmə yanlış qənaətə gəlmişdir. Qətnamədə qeyd olunmuşdur ki, “iddia tələbi ilə məhkəməyə yalnız İddiaçımüraciət etmişdir. X6 məhkəmənin çağırışına cavab verməmiş və cavabdehin Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbədi bina 19- da yerləşən 20 nömrəli iki otaqlı mənzildə yaşamasına etiraz etdiyinə dair hər hansı mövqe sərgiləməmişdir”. Bildirir ki, müqavilə üzrə kirayəçi yalnız iddiaçıdır. Məmmədov Akif müqavilədə ailə üzvü kimi qeyd edilmişdir. O, iddiaçının ailə üzvü (oğlu) olduğundan həmin mənzildən istifadə hüququ əldə etmişdir. Hazırkı iddia üzrə subyektiv hüquq iddiaçıya məxsusdur və Məmmədov Akif tərəf deyil. Qətnamədə qeyd olunmuşdur ki, “məhkəmənin “cavabdehin digər yaşayış yeri mövcuddur” kimi nəticəyə gəlməsi belə sübuta yetirilmir. Halbuki, iddiaçı və oğlu xüsusi statusa malik olan şəxslər kimi dövlətin və beynəlxalq aktlarla (BMT və sair) xüsusi sosial imtiyazlara malikdirlər. Məcburi köçkünün övladı da qeyd edilən statusa aid edilərək müəyyən sosial təminatlara malikdir. Qeyd edilənlərdən əlavə, cava bdehin ailə üzvü kimi köçüb yaşaması artıq yaşayış sahəsində istifadə etmək hüquqlarını ona vermişdir və onun həmin mənzildən məcburi çıxarılması barədə tələb irəli sürmək hüququ kirayəyə verənə mənsubdur”. Bildirir ki, “cavabdehin digər yaşayış yeri mövcuddur” kimi nəticəyə gəlməsi sübuta yetirilmişdir. Belə ki, cavabdeh Lerik rayonunda qeydiyyatdadır. Lakin hər bir halda cavabdehin digər yaşayış yerinin olmaması ona iddiaçıya ayrılmış mənzili zəbt etmək, iddiaçını həmin mənzildən yaşayış, istifadə hüququndan məhrum etmək hüququ vermir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
20. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
21. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi il ə birgə məsuliyyət daşıyırlar.
22. Maddə 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarını n sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkə mələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olu nması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Mənzil Məcəlləsinə 99.5-ci maddəsinə əsasən, kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
32. Həmin Məcəllənin 68-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqavilə si üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər.
33. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh ailə üzvü kimi mübahisəli mənzildə köçüb yaşamaqla yaşayış sahəsindən istifadə etmək hüququ qazanmışdır. Bu hüququn itirilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir.
34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdı r. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
35. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, xüsusi təyinatlı yaşayış sahəsindən digər qohumların istifadə hüququ Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normaları əsasında meydana gəlir, nikahın pozulması bu hüququn itirilməsinin əsası kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçının özünün həmin mənzildən istifadə hüquqları pozulursa, həmin pozuntuya son qoyulması barədə ayrıca iddia qaldırmaq hüququ istisna edilmir.
36. O da qeyd edilməlidir ki, işin faktiki kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən m ülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1052/25 nömrəli 05 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.