Məhkəmə qərarları › İş №2(102)-1971/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1971/2022

11.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1971/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı Aqil oğlunun cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (reyestrdən çıxarışın ləğv edilməsi, torpaq sahəsinə giriş-çıxışına yaranan maneələrə son qoyulması və özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı Aqil oğlunun cavabdehlər Cavabdeh1 və Azərbaycan Res publikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın ləğv edilməsi, torpaq sahəsinə giriş-çıxışına yaranan maneələrə son qoyulması və mülkiyyətində olan torpaq sahəsində aparılmış tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3159/2021 nömrəli iş üzrə 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları

1. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi İddiaçı Aqil oğlunun xüsusi mülkiyyətindədir, MA ******* nömrəli 25 dekabr 2009-cu il tarixli Çıxarış a əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reseytrində dövlət qeydiyyatına alınmışdır.

2. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0648 ha həyətyanı torpaq sahəsi cavabdeh Cavabdeh1 xüsusi mülkiyyətindədir, MA ******* nömrəli 02 aprel 2014-cü il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reseytrində dövlət qeydiyyatına alınmışdır.

3. Məhkəmə Ekspertizası Mərkəzinin 26.04.2021-ci il tarixli, 10/1229 saylı rəyinə görə tərəflərin torpaq sahələri qonşuluqda yerləşir, İddiaçı Aqil oğlunun mülkiyyətində olan 0,03 ha torpaq sahəsindən 0,026877 ha hissəsi onun istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür və 31,23 kv metr hissəsindən Cavabdeh1 tərəfindən istifadə edilir. Cavabdeh1 mülkiyyətində olan 0,0648 ha torpaq sahəsindən 0,0464 ha hissəsi onun istifadə etd iyi torpaq sahəsi ilə üst-üstə düşür, 99,74 kv metr hissəsindən İddiaçı Aqil oğlu tərəfindən istifadə edilir. Həmin torpaq sahələri sənəd üzrə yerləşməsində (torpaq sahələrinin koordinatlarına əsasən) üst-üstə düşmür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Aqil oğlu Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0,0648 ha torpaq sahəsinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və ona əlavə edilmiş torpaq sahəsinin planı və ölçü sənədlərinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini o nunla əsaslandırmışdır ki, torpaq sahəsini alarkən sahə hər tərəfdən daş hasarla əhatə olunmuş, üzərində yaşayış evi olmaqla qonşu torpaqlarla həmsərhəd olmuşdur və yalnız cənub-qərb tərəfdən gediş-gəliş yolu mövcuddur. Həmin yoldan digər qonşular da istifadə edirlər. Lakin bir müddət əvvəl, Cavabdeh1 ona və Nümayəndə qarşı mülkiyyətə qanunsuz müdaxiləyə son qoyulması, tikililərin cavabdehin hesabına sökülməsi və əmlakın sahibliyinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin torpaq sahəsinin 0,0648 ha hissəsini Cavabdeh1 14.09.2010-cu il tarixli, 4Ə-04-645 nömrəli alq-satqı müqaviləsi əsasasən mülkiyyətinə keçirmişdir. Lakin ƏMDK yanında DƏDRX tərəfindən həmin torpaq sahəsinə dair plan və ölçü sənədi işlənilərkən səhvə yol verilərək, həmin sənəd onun mü lkiyyətində olan torpaq sahəsinin bir hissəsi və evinə gələn gediş-gəliş yolunun üzərinə işlənmişdir. Abşeron Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli, 2(012)- 8447/2016 saylı qərardadı ilə həmin iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Qərardadın icrası ilə mütəxəssislər və ekspertlər tərəflərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirmiş, müvafiq ölçmə işləri aparılaraq araşdırma aparılmışıdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0648 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşmür, həmin torpaq sahəsinin 179 kv metr hissəsi kənara işlənmişdir. Cavabdeh1 xüsusi mülkiyyətində olan torpaq sahəsi onun və Nümayəndə faktiki istifadələrində olan torpaq sahələri ilə üst-üstə düşmür, bitişik olmaqla həmsərhəddir. Cavabdeh1 mülkiyyətində olan 0,0648 ha torpaq sahəsinin çıxarışına əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə onlar tərəfindən həyətyanı sahələrinin giriş yolu və bu yol üzərində quraşdırdıqları 20 kv.metrlik talvar da işlənmişdir. Göründüyü kimi, cavabdehin torpaq sahəsinin plan və ölçüsü sənədi hazırlanarkən onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinə və ümumi istifadədə olan gediş-gəliş yolunun üzərinə işlənilmişdir.

6. Sonradan İddiaçı Aqil oğlu iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adın a Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı, 016278 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv ediməsi və Cavabdeh1 tərəfindən torpaq sahəsinə giriş-çıxışına yaratdığı maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı Aqil oğlu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsinə dəqiqləşdirmə barədə ikinci dəfə əlavə verərək, Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi, X5 tərəfindən torpaq sahəsinə giriş-çıxışına yaratdığı m aneələrə son qoyulması və Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 31,23 kv metr hissəsində aparılmış tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Birinci instansiya məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, MA ******* nömrəli, 02.04.2011-ci il tarixli daşınmaz əmlakın dövlət resterindən çıxarışına əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0648 ha torpaq sahəsi onun mülkiyyətindədir, torpaq sahəsinin dəqiq kordinatları DƏDRX Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********79 saylı daşınmaz əmlakın pasportunda qeyd edilmişdir. İddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir, əksinə ona məxsus torpaq sahəsi İddiaçı Aqil oğlu və Nümayəndə tərəfindən zəbt olunmuş, orada özbaşına tikililər inşa etdirmişlər. Məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 məhkəmə iclasında izahatında göstərmişdir ki, İddiaçı Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0,0648 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş və bu barədə 25.12.2009-cu il tarixdə MA ******* seriyalı çıxarış verilmişdir. Həmçinin Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, 0.0648 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatd an keçmiş və bu barədə 02.04.2011-ci il tarixdə MA ******* seriyalı çıxarış verilmişdir. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxmışdır.

10. Bakı Şəhəri Abşeron Rayon Məhkəməsinin 2(012)-50/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qərardadına əsasən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 26.04.2021-ci il tarixli, 10/1229 saylı rəyinə görə İddiaçı Aqil oğlunun mülkiyyətində olan 0,03 ha torpaq sahəsindən 0,026877 ha hissəsi iddiaçının istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı Aqil oğlunun mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 31,23 kv metr hissəsindən Cavabdeh1 istifadə edilir. Cavabdeh1 adına 02.04.2011-ci il tarixdə **********779 reyestr nömrəsi, ********** q eydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,0648 ha torpaq sahəsindən 0,0464 ha hissəsi cavabdehin istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0648 ha torpaq sahəsinin 99,74 kv metr hissəsindən İddiaçı Aqil oğlu tərəfindən istifadə edilir. Yerində (naturada) Cavabdeh1 mülkiyyətinə verilən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0648 ha və İddiaçı Aqil oğlunun mülkiyyətinə verilən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahələrinin sənəd üzrə yerləşməsində (torpaq sahələrinin koordinatlarına əsasən) üst-üstə düşmə yoxdur.

11. Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-50/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi(hakim H.Əhmədo v) ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 tərəfindən İddiaçı Aqil oğlunun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 31,23 kv metr hissəsində aparılmış tikilinin cavabdehin hesabına sökülməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən tədqiq olunan sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçının mülkiyyət hüquqlarının bərpasını tələb etdiyi 0,03 ha həyətyanı torpaq sahəsi ƏMDK-nın yanında DƏDRX tərəfindən 25.12.2009cu il tarixdə verilmiş MA seriyalı ******* seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin torpaq sahəsinin 31,23 kv metr hissəsini faktiki olaraq Cavabdeh1 istifadə edir, bu istifadənin qanuni əsasları yoxdur, torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir və yarımçıq tikililər inşa edilmişdir.

13. Məhkmənin qənaətinə görə iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuşdur. Ona görə də iddia tələbinin Cavabdeh1 tərəfindən iddiaçının mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 31,23 kv metr hissəsində aparılmış tikilinin cavabdehin hesabına sökülməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

14. Məhkəmə iddia tələbinin cavabdeh “X5 tərəfindən torpaq sahəsinə giriş-çıxışına yaratdığı maneələrə son qoyulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, ƏMDK-nın yanında DƏDRX tərəfindən 02.04.2011-ci il tarixdə verilmiş MA seriyalı ******* seriyalı “Hü quqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən tələbdə göstərilən giriş-çıxış sahəsi mülkiyyət hüququ əsasında cavabdehə məxsus olduğundan və həmin hüquqa əsasən özünə dair torpaq sahəsindən sərbəst istifadə etmək hüququ olduğundan iddia tələbi həmin hissədə də təmin edilə bilməz.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 180.1, 180.2 və 180.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh1 apellyasiya şikayəti verilərək qətnamənin iddianın təmin edilməsi hissədə ləğv olunmasını, iddia tələbinin tamamilə rədd edilməsi barədə qət namə qəbul edilməsini xahiş etmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3159/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abbasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyi ilə, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi və orada özbaşına tikililərin inşa olunması faktı öz təsdiqini tapır, hazırki mübahisə qonşuluq münasibətləri zəminində mülkiyyətdən sərbəst istifadəyə maneələr və əsassız müdaxilə yaratmışdır ki, qanunvericiliyə görə hallar yolv erilməzdir.

19. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh1 daha əvvəllər mövcud olmuş yolu, əslində isə iddiaçının torpaq sahəsinin 31,23 kv metr hissəsində tikili inşa etməklə kəsmiş, bunun nəticəsində iddiaçıya məxsus torpaq sahəsinə zəruri yol bağlanmışdır. İş materialları ilə müəyyən olunur ki, cavabdehin inşa etdiyi tikili cavabdehin mülkiyyətindəki torpaq sahəsinin qeyd edilən hissəsinə düşür və belə olan halda, iddia məhz bu qaydada təmin olunmalıdır.

20. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, bütün hallarda cavabdehin iddiaçının torpaq sahəsinə gedən yolu müəyyən həcmdə bağlaması (əslində torpaq sahəsindən bir hissəsindən istifadə etməsi) fakti mövcuddur və torpaq sahələrindəki sürüşmələr cavabdehi zəbt etdiyi torpaq sahəsini boşaltmaq və zifəsindən azad etmir və iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolunun məlum ekspert rəyində və qətnamədə göstərilən qaydada bərpa edilməsi hər iki tərəfə münasibətdə ədalətlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh1 (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 26.04.2021-ci il tarixli, 10/1229 saylı ekspert rəyindəki ziddiyyətə aydınlıq gətirməmişdir. Ekspert rəyində İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin 31,23 kv metr hissəsində hər-hansı bir tikili olması ilə bağlı heç nə göstərilmədiyi halda, qətnamədə 31,23 kv metr hissəsində olan tikilinin cavabdehin hesabına sökülməsi qət edilmişdir. Məhkəmə həmçinin onun mülkiyyətində olan torpaq sahəsinin 99,74 kv metr hissəsinin iddiaçı tərəfindən zəbt edilməsinə diqqət yetirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Maddə

29. Hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququların dan ibarətdir. Mülki Məcəllə

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

29. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bi na və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallar da iddia tələblərindən kənara çıxa bilər.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kassasiya şikayətinin qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasının rəyinin ziddiyyətli olması, onun tərəfindən zəbt olunması göstərilən 31,23 kv metr torpaq sahəsində hər-hansı bir tikili olmaması bu hallar apellyasiya instansiyası məhkəməsində də irəli sürülmüş və məh kəmə tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmşidir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

41. Cavabdehin mülkiyyətində olan torpaq sahəsinin 99,74 kv metr hissəsinin iddiaçı tərəfindən zəbt edilməsinin nəzərə alınmaması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr haqlı olaraq həmin fakta, bu məsələ ilə bağlı iddiaçının hərəkətlərinə hüquqi qiymət verməmişdir, çünki bu barədə hər hansı iddia tələbi olmamışdır. Əks halda məhkəmə iddia tələblərindən kənara çıxmış olardı.

42. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərç ivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3159/2021 nömrəli iş üzrə 22 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar