Məhkəmə qərarları › İş №2(102)-1972/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1972/2025

25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1972/2025 25.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: saxlama müqaviləsindən irəli gələn mübahisə, öhdəliyin pozulması, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi, tutmanın mallara yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-413/2025 nömrəli 14 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 25 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qa ydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2023-cü il tarixli “Malların anbarda saxlama” müqaviləsinə əsasən “saxlayıcı” sifariş əsasında “tapşıran”ın ona verdiyi daşınar əşyaları (malları) özünə məxsus anbarda saxlamağı, “tapşıran” isə bunun müqabilində müqavilə ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (500 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər malların saxlayıcının Xırdalan şəhərində yerləşən ünvanda olan anbarında saxlamaq barədə razılığa gəlmişlər. Müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən malların anbarda saxlama haqqı aylıq 500 manat məbləğində müəyyən edilir və öncədən ödənilir. Müqavilənin 5.4-cü bəndinə əsasən “tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq sax lama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.5-ci maddəsinə əsasən, saxlama haqqının gecikdirildiyi gündən etibarən 3 (üç) ay ərzində tapşıran saxlama haqqını və cərimə məbləğini ödəməzsə saxlayıcı tapşıranı yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəltmək barədə müvafiq tədbirləri həyata keçirə bilər.

2. İşin mübahisəsiz halıdır ki, Cavabdeh məxsus əmlaklar müqavilə bağlanan tarixdən İddiaçınə məxsus anbara daşınaraq yığılmış və malları iddiaçının əməkdaşlarına cavabdeh özü akt əsasında təhvil vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixinə hesablanmış 7500 (yeddi min beş yüz) manat məbləğində əsas borcun, 2250 manat cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 500 manat məbləğində saxlama haqqının və ödənilmiş 117,5 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC bu günə qədər müqavilə və qanunvericilik üzrə öhdəliklərini tam, keyfiyyətli və vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilərək bu günədək anbarda saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünmüşdür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqqını ödəməməklə qanunsuz olaraq zəbt etmiş və beləliklə, iddiaçıya maddi zərər vurmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin saxlama haqqı üzrə bu günə olan qalıq borcu 7500 (yeddi min beş yüz) manat təşkil etməkdədir. Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi və xx.xx.2024-cü il tarixində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, cavabdeh bu günə qədər saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. xx.xx.2023-cü il tarixli müqavilənin 5.4-cü bəndinə əsasən “tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür.

5. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etməmişdir.

6. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 2959/2024 nömrəli mülki iş üzrə qətnaməsi ilə (hakim Babazadə Gülnar) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2024-cü il tarixinə hesablanmış 7500 (yeddi min beş yüz) manat məbləğində əsas borc, 750 (yeddi yüz əlli) manat cərimə, qətnamə icra olunan günə kimi hər ay 500 (beş yüz) manat məbləğində saxlama haqqı və ödənilmiş 117,50 (yüz on yeddi manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun 100 (yüz) manat hissəsinin tutu laraq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh ümumi qaydada tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi və ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Onun bağlanılmasının zəruri şərtləri qanunvericiliklə müəyyən edilmiş və onlardan biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını özündə ehtiva edir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında hazırkı mübahisənin yaranmasına əsas aralarında bağlanmış 06 yanvar 2023-cü il tarixli malların anbarda saxlanması müqaviləsi olmuşdur. Cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, malları iddiaçının saxlanc anbarında saxlamasına baxmayaraq müqavilə ilə aylıq ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntu suna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 442, 448.1, 462.1, 467, 822, 827, 830.1, 830.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 119.1 və 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı arasında belə bir müqavilə olmamışdır. Məhkəmə iş üzrə müvafiq ekspertizanın təyin olunmalı olduğu halda bunu etməmiş, öz mülahizəsi əsasında qətna məni əsassız olaraq qəbul etmiş və onun qanunla qorunan mülkiyyət hüquqlarını pozmaqla qanun pozuntusuna yol vermişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə icraatında olan zaman iş obyektiv tədqiq edilməmişdir. İşə onun iştirakı olmadan baxılmış, heç bir məlumatı olmayan müqavilə ona istinad edilmiş və qanuna zidd qətnamə qəbul edilmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh məhkəmə iclasında iştirak edə bil mədiyinə görə etiraz vermək imkanı belə olmamışdır, çünki məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamışdır. Necə ola bilər ki, ona məxsus olmayan imza ilə məhkəmə həqiqəti müəyyən etmədən qətnamə qəbul etsin. Elə bu baxımdan bu qətnamə kökündən yanlış, qanunazidd və prosessual pozuntulara yol verilməklə qəbul edilmiş, qərəzli bir məhkəmə aktıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsində prossesual hüquq normalarının pozuntusuna yol verilmiş, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verilməmiş, bununla da ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. İş üzrə tərəflər dindirilməli, hər bir tərəfin sübutları dərindən və müfəssəl araşdırlmalı və lazım gəldikdə ekspertiza keçirilməli idi. İşə baxan məhkəmə prosessual hüquq normasının tələblərini kobud surətdə pozaraq, işə onun iştirakı olmadan baxaraq, qətnamə qəbul etmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4/1959 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş xx.xx.2023-cü il tarixli 23 nömrəli malların anbarda saxlanılması müqaviləsinin 3cü vərəqinin aşağı sol hissəsində “Tapşıran” qrafasında “AZE ********, xxxxxxx, Nəsimi rayonu, N.Yusifbəyli Ev 34, 55-822-36-23, 55-641-91-23” yazılar- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 23 nömrəli malların anbarda saxlanılması müq aviləsinin 3-cü vərəqinin aşağı sol hissəsində (imza) qrafasında olan imzanın-Cavabdeh tərəfindən icra olunub-olunmaması haqqında tədqiq olunan prosesin təsviri hissəsində göstərilən səbəblərdən (tədqiq olunan imzanı Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzanın hərf tərkibi olmayıb yalnız sadə cizgilərdən ibarət olması qrafik materialın azlığı, imzada həm uyğunlaşdırıcı həmdə fərqləndirici əlamətlərin olması, müqayisəedici tədqiqat zamanı imkan vermir ki, qəti( müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun) müəyyən etmək mümkün olmadı.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-413/2025 nömrəli, 14 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Cəfərov-sədrlik edən və məruzəçi, F.Qasımov və X.Sarıyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən prosessual hüquqlarının pozulduğunu və məhkəmə iclasının keçirilmə yeri və tarixi barədə ona məlumat verilmədiyini bildirmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi bu hissədə araşdırma apararaq müəyyən etmişdir ki, iş materiallarında cavabdehin apellyasiya şikayəti təqdim edərkən qeyd etdiyi faktiki yaşayış ünvanına məhkəmə bildirişinin göndərilməsi və cavabdehin ailə üzvü tərəfindən xx.xx.2024-cü il tarixdə təhvil alınmasına dair xəbərnamə vard ır. Bu məqamda xüsusilə vurğulanmalıdır ki, MPM-in 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Sözügedən müddəaya uyğun olaraq müvafiq məhkəmə bildirişi cavabdehin ailə üzvünə təqdim olunmuş, beləliklə birinci instansiya məhkəməsi iş üzrə tərəfi məhkəmə iclasından xəbərdar etmək vəzifəsini icra etmişdir. Bu baxımdan, cavabdehin ailə üzvü tərəfindən məhkəmə bildirişinin təhvil alınması barədə xəbərnamənin mövcudluğu sözügedən dəlilin əsassız olduğunu sübut etmişdir.

16. Məhkəmə kollegiyası apellyatorun əsaslı dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, hazırkı mülki işdə iddiaçı cavabdehlə bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə öhdəliklərini icra etmədiyini iddia etmiş və mövqeyini belə əsaslandırmışdır ki, aralarında 06 yanvar 2023-cü il tarixli malların anbarda saxlanması müqaviləsi bağlanmış və cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, malları iddiaçının saxlanc anbarında saxlamasına baxmayaraq müqavi lə ilə aylıq ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə pulun tutulmasını tələb etmişdir. Bu tələbin əsassız olması ilə bağlı apellyatorun dəlili bundan ibarət olmuşdur ki, sözügedən müqavilə onun tərəfindən imza edilməmiş, birinci instansiya məhkəməsi isə iş üzrə müvafiq ekspertiza təyin etməyərək bu hala aydınlıq gətirməmiş və öz mülahizəsi əsasında əsassız qətnamə qəbul etmişdir.

17. Kollegiya sözügedən dəlillə bağlı bildirmişdir ki, cavabdehin bu dəlili tutarlıdır. Çünki birinci instansiya məhkəməsi müqavilənin həqiqətən də cavabdeh tərəfindən imzalanması halının şübhəli olmasına diqqət etməmiş və bu halı aydınlaşdırmaq üçün müvafiq ekspertiza təyin etməmişdir. Bu isə iş üzrə ədalətsiz qətnamə çıxarılması ilə nəticələnmişdir. Bəhs olunan şübhəli məqamların aydınlaşdırılması üçün apellyasiya icraatı zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi əldə olunmuşdur.

18. Belə olan halda, məhkəmə kollegiyası rəyi verən ekspertin xətşünaslıq sahəsində xüsusi biliyinin olduğunu diqqətə alaraq iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi sənədlərdə olan yazıların cavabdehə məxsus olmadığını, imzanın isə dəqiqləşdirilə bilmədiyini nəzərə almış, bununla da tərəflər arasında saxlama müqaviləsinin bağlanmadığına dair apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmişdir. Belə ki, müqavilə üzrə öhdəliyin yaranması üçün ilk növbədə həmin müqavilənin iştirakçılar tərəfindən təsdiq edilməsi zəruridir. Bu təsdiq etmə hallarından biri isə müqavilənin onun iştirakçıları tərəfindən imzalanmasıdır. Lakin məhkəmə araşdırması zamanı həm cavabdehin izahatından, həm də ekspertiza rəyindən müəyyən edilmişdir ki, bu hal şübhəli olmaqla tam sübuta yetirilmir. Belə şübhəli halın isə iddiaçının xeyrinə həll edilməsi ədaləti hesab oluna bilməz.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı müqavilənin cavabdeh tərəfindən imzalanması ilə bağlı əsaslı dəlil təqdim edə bilmədiyindən, habelə bu hal ekspert rəyi ilə də təsdiq olunmadığından müqavilənin mötəbərliyi şübhə altında qalır və hazırkı mərhələdə cavabdehə münasibətdə öhdəliklər yaratmır. Bununla yanaşı, hazırkı mübahisə üzrə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli maliyyə arayışı təqdim olunmuş və cavabdeh tərəfindən saxlama haqqı olaraq ümumilikdə 5 00 manat ödəniş həyata keçirildiyi bildirilmişdir. İş üzrə keçirilmiş məhkəmə iclasında ödənişlərin məhz Cavabdeh tərəfindən həyata keçirilməsinə dair araşdırma aparılmış, lakin bununla bağlı da iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim oluna bilməmişdir. Belə olan halda isə kollegiya ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməsinin formal mülahizədən ibarət olduğu qənaətinə gəlir. Bütün bunlar mübahisəli müqavilənin cavabdeh tərəfindən imzalandığına şübhələri daha da artırmışdır. Eyni zamanda cavabdeh həm apellyasiya şikayətində, həm də məhkəmə iclası zamanı sözügedən müqavilənin "xxxx" MTK tərəfindən imzalandığını qeyd etmişdir. Belə ki, cavabdeh ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 34 saylı evin xx.xx.2023-cü il tarixdə “Anima MTK” tərəfindən qəsdən məhv edildiyini və bununla bağlı “Anima MTK”-nın çoxsaylı işçilərinin Cinayət Məcəlləsinin 186.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə qərar mövcud olduğunu bildirmişdir.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 390.1, 407.2-ci və MPM-in 14.2, 77.1, 217.4, 384.0.2, 385.1 və 386-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti Mülki Məcəllənin 5.3, 385.1, 407.2-ci, MPM-in 88, 101 və 218.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, şirkət tərəfindən c avabdehə göstərilən xidmətlər tam və qüsursuz həyata keçirilmiş, onun əşyaları anbara yerləşdirilmiş və onlara heç bir zərər vurulmamışdır. Lakin Cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə şirkət zərərə uğramışdır. İddiaçı MMC hüquqi şəraitə güvənərək tapşıran xidmət göstərmiş, bu xidmətinin qarşılığının tapşıran tərəfindən ödəniləcəyini gözləmişdir. Lakin tapşıran tərəfindən öhdəliyinin icra edilməməsi saxlayıcının haqqı çatanlardan məhrum olması ilə nəticələnmişdir. Burada estoppel prinsipinin də pozulması əlamətləri mövcuddur. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İddiaçı MMC hüquqi şəraitə güvənə rək tapşıran xidmət göstərmiş, bu xidmətinin qarşılığının tapşıran tərəfindən ödəniləcəyini gözləmişdir. Lakin tapşıran tərəfindən öhdəliyinin icra edilməməsi saxlayıcının haqqı çatanlardan məhrum olması ilə nəticələnmişdir. Apellyasiya məhkəməsinin bu mövqeyi ona deməyə əsas verir ki, əgər təyin edilmiş ekspertiza nəticəsində imzanın qeyd edilən şəxsə məxsus olub-olmamasının konkret müəyyən olunması mümkün olmadıqda və qeyd edilən suala ekspertin cavabı “imzanın şəxsə məxsus olub-olmaması müəyyən edilə bilmədi” kimi olduqda nəticə belə olur ki, imza şəxsə məxsus deyil və iddiaçının ona qarşı tələb irəli sürmək hüququ yoxdur. Yəni bildirmək istədiyimiz budur ki, ekspertin rəyi “imza şəxsə məxsus deyil” nəticəsinə gəlməyə əsas vermir. Bu rəy eyni zamanda “imza şəxsə məxsusdur” mövqeyini də ifadə edir. Məhkəmə tərəfindən bu aspekt nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Hazırki maddənin dispozisiyasından göründüyü kimi müqavilə imzalandığı andan bağlanmış sayılır. Bakı Apellyasiya Məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertiza nəticəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 4/1959 nömrəli ekspert rəyinə əsasən, müqavilədə əl yazısı ilə yazılan məlumatlar Cavabdeh məxsus deyil. Tərəfimizdən müqavilənin həmin hissəsində yazıların şəxs tərəfindən yazılması heç vaxt iddia edilməmişdir. Belə ki, anbarda saxlama müqavilələrinin bağlanması zamanı İddiaçı MMC-nin əməkdaşı tərəfindən qarşı tərəfin məlumatları doldurulur, müştəri, yəni “tapşıran” tərəf isə müqaviləni imzalayaraq təsdiq edir. Müqavilədə olan müvafiq boşluqların (ilk səhifədə müştərinin adının və malların yerləşəcəyi anbarın yazılması) və son səhifədəki rekvizitlər hissəsininin doldurulması gün ərzində olan sifarişlərin çoxluğu ilə əlaqədar olaraq vaxt itkisinə yol verməmək məqsədilə birbaşa olaraq şirkət əməkdaşlarına həvalə edilir (əlbəttə ki, müştəri barədə məlumatlar - əlaqə nömrəsi, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi və s. şəxsin özü tərəfindən şirkətimizə təqdim edilir). Bu hal ekspert rəyində də öz təsdiqini tapmışdır. Ekspert tərəfindən rəydə göstərilən digər məsələ isə o olmuşdur ki, “imzada həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin olması müqayisəedici tədqiqat zamanı imkan vermir ki, qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun”. Göründüyü kimi ekspert tərəfindən imzanın Cavabdeh məxsus olmaması təsdiq olunmamışdır. Belə olan halda məhkəmə nəzərə almalı idi ki, ekspert tərəfindən imzanın şəxsə məxsus olması müəyyən olunmasa belə imzanın oxşadılması kifayət qədər çətindir və əksinə hər dəfə bir şəxsin çəkdiyi imzalarda müəyyən qədər fərq ola bilər. Buna görə də, imzanın şəxsə məxsus olması ehtimalı daha yüksəkdir. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə hazırkı maddəni nəzərə alaraq bütün sübutları birgə qiymətləndirməli və buna əsasən qətnamə qəbul etməli idi. Lakin Bakı Apellyasiya Məhkəməsi sadəcə ekspert rəyinə əsaslanmışdır və digər sübutları nəzərə almamışdır. Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya məhkəməsinin qətnaməsinə nəzər saldıqda görünür ki, hazırkı maddəyə tam şəkildə əməl olunmayıb. Belə ki, İddiaçı MMC tərəfindən malların anbarda saxlanması üçün heç bir əsası və subyektiv marağı olmamışdır. MMC illərlə malların anbarda saxlanması ilə məşğuldur və bir çox fiziki və hüquqi şəxslər öz əşyalarının anbarda saxlanmas ı üçün MMC-yə müraciət edir. Yəni, iddiaçı tərəfindən cavabdehə məxsus malların indiyədək öz anbarında saxlanması üçün heç bir səbəb olmamışdır. Əksinə, malların Cavabdeh məxsus olmadığını nəzərə alaraq iddiaçı asanlıqla həmin malları sataraq həm gəlir əldə edə bilərdi, həm də başqa müştərilərin mallarının saxlanması üçün əlavə əldə etmiş olardı. Lakin iddiaçı Cavabdeh mülkiyyət hüququnu pozmamaq üçün bunları etməmişdir və sadəcə olaraq anbarda saxlama xərcini ondan tələb etmişdir. Saxlama xərci ödənilmədikdə isə məcbur qalıb məhkəməyə müraciət etmiş və məhkəmə xərclərini də çəkməli olmuşdur. Bu da iddiaçının hüquqlarının pozulduğunu açıq-aydın göstərir. Beləliklə, hesab edirik ki, Bakı Apellyasiya Məhkəməsi qeyd olunanları nəzərə alaraq, sübutları tam araşdırmalı, onları obyektiv qiymət ləndirməli və buna əsasən qətnamə qəbul etməli idi. “Dövlət rüsumu” haqqında qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə həmin Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizinin ödənilməli olmasına baxmayaraq, Cavabdeh tərəfindən apelyasiya şikayətinin verilməsi üçün cəmi 49 manat (+1 manat komissiya) dövlət rüsumu ödənilmişdir. Halbuki, iddia qiyməti 9867,5 manat təşkil etdiyinə görə cavabdeh tərəfindən apelyasiya şikayəti üçün 59.34 manat dövlət rüsumu ödənilməli idi. Lakin bu hissəyə də məhkəmə diqqət yetirməmiş və prosessual pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı et iraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə

822. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.

25. Maddə

827. Anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir.

26. Maddə 823.1. Tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir.

27. Maddə 823.2. Tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şər tləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun.

28. Maddə 830.1. Əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir.

29. Maddə 830.3. Saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətlənd irir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

38. Maddə 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.

39. Maddə 154.3. İddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir.

40. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzr ə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutl ara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə aşağıdakılara əsasən ləğv edilməlidir.

47. MPM-nin 154.1-ci, 154.3-cü maddələrinin tələblərindən göründüyü kimi, prosessual qanunvericilik cavabdehin üzərinə iddiaya etirazını və bu etirazın əsasını təşkil edən sübutları yalnız hazırlıq mərhələsində (iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində) təqdim etmək vəzifəsi qoymuş və MPM-nin 372.2-ci ma ddəsinə əsasən apelyasiya mərhələsində birinci instansiya məhkəməsinə bildirilməmiş yeni dəlillərin (tələblərin) irəli sürülməsinə yalnız işdə iştirak edən şəxslərin həmin sübutları və tələbləri birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdıqları hallarda yol verilmişdir.

48. Apellyasiya instansiyası məhkəməsi cavabdehin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının keçirilmə yeri və tarixi barədə məlumatlandırılmadığına dair dəlilini araşdıraraq bu dəlilin əsassız olduğunu müəyyən etdiyi halda qətnamə qəbul edərkən MPM-nin 154.1, 154.3, 372.2-ci maddələrinin tələblərini nəzərə almadan cavabdehin yalnız yuxarı instansiyası məhkəməsində irəli sürdüyü dəlillər üzrə araşdırma aparmışdır.

49. Bundan əlavə apelyasiya məhkəməsi cavabdehin izahatı və ekspertiza rəyinə əsaslanaraq müəyyən etmişdir ki, tərəflər arasında müqavilə bağlandığı sübutlarla təsdiq edilmədiyindən iddia rədd edilməlidir.

50. Məhkəmə kollegiyası kassatorun bu dəlili ilə razılaşır ki, MPM-nin 101.7-ci maddəsinə əsasən məhkəmə ekspertin rəyini işdəki digər sübutlarla yanaşı qiymətləndirməlidir. Hazırkı halda iş üzrə verilmiş xx.xx.2025-ci il tarixli, 4/1959 nömrəli ekspert rəyində iddiaçı tərəfindən təqdim edilmiş müqavilədəki imzanın cavabdehə məxsus olduğu təsdiq edilməsə də, bu hal inkar da edilmədiyindən (uyğunlaşdırıcı əlamətlərin mövcudluğu nəzərə alınaraq) məhkəmə tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu təsdiq edən digər sübutların mövcud olub-olmadığına hüquqi qiymət verməli idi.

51. MPM-nin 106.3- cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İşə apelyasiya qaydasında baxılarkən cavabdeh məhkəmə iclasında verdiyi izahatda ona məxsus əşyaların iddiaçının əməkdaşlarına onun tərəfindən təhvil verildiyini, həmin əşyaların bir hissəsinin iddiaçıya məxsus konteynerdə olduğunu bildiyini, əşyaların saxlanması üçün ödəniş edilməli olduğunu təsdiq etdiyindən iddiaçı bu faktları sübut etmək vəzifəsindən azaddır.

52. Apellyasiya instansiyası məhkəməsi tərəflərin müqavilə münasibətində olmasının təsdiq edilmədiyinə dair qənaətə gələrkən cavabdehin izahatında bildirdiyi və işin mübahisəsiz halı kimi qiymətləndirilməli olan hallara hər hansı hüquqi qiymət verməmişdir. Nəzərə alınmalıdır ki, MM-nin 822 və 827-ci maddələrində anbar saxlama müqaviləsinin yazılı qaydada bağlanması ilə bağlı məcburi forma şərti nəzərdə tutulmadığından malın tapşıran tərəfindən saxlayıcıya təhvil verilməsi və saxlayıcı tərəfindən saxlanca qəbul edilməsi faktı tərəflər arasında saxlama müqaviləsi ilə bağlı öhdəlik münasibətlərinin yarandığını təsdiq edə bilər.

53. Cavabdeh apellyasiya mərhələsində məhkəmə iclasında izahat verərək ona məxsus əmlakların iddiaçıya məxsus anbarda saxlanılması üçün onun tərəfindən deyil, "xxxx" MTK adlı hüquqi şəxs tərəfindən sifariş verildiyini və ödənişlərin həmin MTK tərəfindən həyata keçirilməli olduğunu bildirsə də, etirazın əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən apellyasiya instansiyası məhkəməsi şikayə tin dəlillərinə hüquqi qiymət verərkən MPM-nin 77.1-ci maddəsinin tələbini nəzərə almalı idi.

54. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, qeyd edilən normaların tələblərinə uyğun yenidən araşdırılma aparılması üçün mübahisələndirilən qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, kassasiya şikayətində iş yeni qərar qəbul edilməsi xahiş edildiyindən kassasiya şikayəti qismən təmin edilməlidir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-413/2025 nömrəli 14 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya ins tansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar