Məhkəmə qərarları › İş №2(102)-1973/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1973/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1973/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X5 və iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-168/2018, hakim A.Ş.Mirzəzadə) “xxxx” ASC-nin ləğvedicisi XXX Cavabdeh3, Cavabdeh1 və X2 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh3 131.349 ABŞ dolları məbləğində əsas borc, 23.181 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 155.030 ABŞ dolları məbləğində borcun ödəniş gününə manata olan məzənnə ilə tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan ilkin satış qiyməti 420.000 manat müəyyən edilmiş mənzillərə, ilkin satış qiymət 100.000 manat müəyyən edilmiş qeyri-yaşayış sahəsinə və X2 məxsus ilkin satış qiyməti 220.000 manat müəyyən edilmiş mənzilə yönəldilməsi və həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, həmin daşınmaz əmlaklar satıldıqdan bir ay sonra orada yaşayan şəxslər tərəfindən boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məh kəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-973/2019, hakimlər V.T.Həsənov, Ş.A.Məmmədova, X.Ə.Sarıyev) Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh3verdiyi kassasiya şikayətində qətnamənin faiz borcu və ipoteka predmetlərinə tutma yönəldilməsi hissələrində ləğv edilib, işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: “xxxx” ASC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik faiz dərəcəsi 20% olmaqla, 24 ay müddətinə 222.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 məxsus olan mə nzillər və qeyri-yaşayış sahəsi, o cümlədən, X2 məxsus mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx xxxxxx 2017-ci il tarixdə “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh3, Cavabdeh1 və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar araşdırılmamış, iş üzrə təqdim edilmiş sübutlara tam, hərtəfəli, obyekt iv qiymət verilməmiş, tutma yönəldilməsi qət edilən ipoteka predmetlərinin ilkin satış qiymətləri düzgün müəyyən edilməməklə, onların real bazar dəyərinə uyğun olmamış, faiz borcu isə artıq hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi təşkil edir. Apellyasiya məhkəməsinin qətnaməsi cavabdehlərdən Cavabdeh3 tərəfindən mübahisələndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni n övlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən, borclu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilə üzrə əsas borcunu və müqavilə ilə müəyyən edilmiş müddətdə ödənilməli olan faizləri ödəməmişdir. İddiaçı bank 23.181 ABŞ dolları məbləğində faiz borcunun tutulması tələbini irəli sürmüşdür. Apellyasiya məhkəməsi tərəfindən alınmış xx xxxxxxxx 2019-cu il tarixli xx xxxxxxxx 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh3 banka olan faiz borcunun 23.209 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh ekspert rəyi ilə razılaşmadığını və borc məbləğinin düzgün müəyyən edilmədiyini bildirsə də, həmin rəyi şübhə altına alan və dəlillərinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş arayışlarda isə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə edilmiş hər bir ödəniş, eləcə də həmin ödənişlərin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit borcuna hansı qaydada hesablandığı göstərilmişdir. Bununla bərabər, apellyasiya məhkəməsi tərəfindən yenidən məhkəmə mühasibatlıq ekspetizası təyin edilərək, mövcud faiz borcunun tələb edilən faiz borcundan daha yüksək olması müəyyən edilmişdir. Bu halda, apellyasiya məhkəməsi tərəfindən faiz borcu hissəsində iş üzrə gəlinən nəticə qanuni və əsaslıdır. Eyni zamanda tərəflər arasındakı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ipoteka müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddə si ilə ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları müəyyən edilmişdir. Həmin Qanunun 39-cu maddəsinin tələblərinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında bağlanmış ipoteka müqavilələrinə əsasən, Cavabdeh1 məxsus olan mənzilin bazar dəyəri 220.000 manat, likvid dəyəri 187.000 manat, qeyri-yaşayış sahəsinin bazar dəyəri 90.000 manat, likvid dəyəri 76.000 manat, X2 məxsus mənzilin bazar dəyəri 160.000 manat, likvid dəyəri isə 136.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış qiymətləndirici rəyinə əsasən, ipoteka predmeti olan Cavabdeh1 məxsus olan mənzillərin bazar dəyəri 170.000 manat (qeyri-yaşayış sahəsi kimi 420.000 manat), qeyri-yaşayış sahəsinin bazar dəyəri 100.000 manat, X2 məxsus mənzilin bazar dəyəri isə 220.000 manat müəyyən edilmişdir. Apellyasiya məhkəməsi həmin hissədə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, cavabdeh ipoteka predmetlərinin dəyərinin daha aşağı müəyyən edildiyini göstərsə də, bununla bağlı hər hansı mötəbər sübuta əsaslanmır. Göründüyü kimi, cavabdehin dəlilləri formal mülahizələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar