Məhkəmə qərarları › İş №2(102)-1973/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1973/2022

11.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1973/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ № 2(102)-1973/22 (Açar sözlər: iş vaxtından artıq işə görə ödənc tələbi) Bakı şəhəri, 11 may 2022-ci il Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2021/2021 nömrəli, 05.10.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 16.01.2017-ci il tarixli, 17/K nömrəli Əmrə əsasən, İddiaçı "xxxx" MMC-nin X2, Xammal hazırlanma sahəsinə xammal hazırlayan vəzifəsinə qəbul edilmiş, həmin tarixdə 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. 2. 22.01.2020-ci il tarixli, 20/K nömrəli Əmrə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) əmək müqaviləsinə xitam verilmişdir.

3. X3 əmək müqaviləsinə xitam verilməsini əsassız hesab edərək, hazırki mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı hazırki iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə - çörək islehsalat komp leksinin xammal hazırlanması sahəsinə xammal hazırlayan vəzifəsinə bərpa edilməsi və 25200 (iyirmi beş min iki yüz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək fəaliyyəti zamanı heç bir pozuntuya yol verməmiş, işinin öhdəsindən layiqincə gəlmişdir. O, işə müəyyən müddətə yox, daimi götürülmüşdür. Onunla hər hansı bir müddətli və ya müddətsiz əmək müqaviləsi bağlanmamışdır. Bu, işə qəbul haqqında əmrdə də öz təsdiqini tapır. Qanuna görə həftəlik iş normasının 40 saat olmasına baxmayaraq 3 il ərzində həftədə 72 saat işləmişdir. İş saatlarından artıq işləməyini sexdə olan kameralara baxış zamanı da müəyyən etmək olar. İşdən çıxarılması qərəzli münasibət nəticəsində baş vermişdir.

6. Bakı şəh əri Səbail Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(009)2021/2020 nömrəli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia rədd edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, işəgötürən qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçini əvvəlcədən xəbərdar etməklə onunla əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır.

8. İddia tələbinin “iş saatından əlavə işə cəlb edildiyinə görə pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbinin qeyd olunan hissəsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

9. Məhkəmə iş üzrə gəldiyi nəticəni AR Əmək Məcəlləsinin 2.3, 42.2, 45.1, 73.1-ci maddələrinə, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(103)2021/2021 saylı qərardadı ilə İddiaçı iddiadan qismən imtinası təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(009)-2021/2020 saylı qətnaməsi İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə - çörək islehsalat kompleksinin xammal hazırlanması sahəsinə xammal hazırlayan vəzifəsinə bə rpa edilməsi” hissəsində ləğv edilmiş və o hissədə iş üzrə icraata xitam verilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2021/2021 nömrəli, 24 fevral 2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2021-ci il tarixli, 1371 saylı rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC-də 16.01.2017-ci il tarixdən 22 yanvar 2020-ci ilədək işlədiyi müddətdə (36 ay) altıgünlük iş həftəsində, həftəlik norma 40 saatdan çox olmamışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər E.Kazımov sədrlik edən və məruzəçi, A.İsgəndərov və A.Hüseyn) 2(103)-2021/2021 nömrəli, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(009)-2021/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.

15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə mühasibatlıq ekspertizasının 05 iyul 2021-ci il tarixli 1371 saylı rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspert qarşısında qoyulmuş suallar üzrə iş materiallarında olan mövcud sənədlərə əsasən aşağıdakılar müəyyən edildi: İddiaçı "xxxx" MMC-də 16.01.2017-ci il tarixdən 22 yanvar 2020-ci ilədək işlədiyi müddətdə(36 ay) altıgünlük iş həftəsində, həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan çox olduğu halda, onun iş vaxtından artıq işlədiyi vaxt həftəlik 32 saat olduğu və ya 26 saat olduğu yaxud 23 saat olduğu hallarda, onda i ş vaxtından artıq işlənmiş bu saatlar üzrə iddiaçı ilə bağlanmış 16.01.2017-ci il tarixli əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqı məbləği əsas götürülüb ona mütənasib hesablanmaqla, qeyd olunan artıq işlənmiş saatlara uyğun əlavə əmək haqqı 16.01.2017-ci ildən 01.07.2017-ci ilədək aşağıdakı kimi ola bilərdi: iş vaxtından artıq işlədiyi vaxt həftəlik 32 saat olduqda 1870,90 manat, iş vaxtından artıq işlədiyi vaxt həftəlik 26 saat olduqda 1633,91 manat iş vaxtından artıq işlədiyi vaxt həftəlik 23 saat olduqda 1322,26 manat;

16. İddiaçı "xxxx" MMC-də 16.01.2017-ci il tarixdən 22 yanvar 2020-ci ilədək işlədiyi müddətdə(36 ay) altıgünlük iş həftəsində, həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan çox olduğu halda, onun iş vaxtından artıq işlədiyi vaxt həftəlik 32 saat olduğu və ya 26 saat olduğu yaxud 23 saat olduğu hallarda, onda iş vaxtından artıq işlənmiş bu saatlar üzrə iddiaçı ilə bağlanmış 16.01.2017-ci il tarixli əmək müqaviləsinə 01.07.2017-ci il tarixli əmək müqaviləsinə əlavədə nəzərdə tutulmuş əmək haqqı məbləği əsas götürülüb ona mütənasib hesablanmaqla, qeyd olunan artıq işlənmiş saatlara uyğun əlavə əmək haqqı 01.07.2017-ci ildən 24.05.2019-cu ilədək aşağıdakı kimi ola bilərdi: iş vaxtından artıq işlədiyi vaxt həftəlik 32 saat olduqda 20553,28 manat, iş vaxtından artıq işlədiyi vaxt həftəlik 26 saat olduqda 16572,26 manat, iş vaxtından artıq işlədiyi vaxt həftəlik 23 saat olduqda 14869,18 manat;

17. İddiaçı "xxxx" MMC-də 16.01.2017-ci il tarixdən 22 yanvar 2020-ci ilədək işlədiyi müddətdə (36 ay) altıgünlük iş həftəsində, həftəlik no rma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan çox olduğu halda, onun iş vaxtından artıq işlədiyi vaxt həftəlik 32 saat olduğu və ya 26 saat olduğu yaxud 23 saat olduğu hallarda, onda iş vaxtından artıq işlənmiş bu saatlar üzrə iddiaçı ilə bağlanmış 16.01.2017-ci il tarixli əmək müqaviləsinə 24.05.2019-cu il tarixli əmək müqaviləsinə əlavədə nəzərdə tutulmuş əmək haqqı məbləği əsas götürülüb mütənasib hesablanmaqla, qeyd olunan artıq işlənmiş saatlara uyğun əlavə əmək haqqı 24.05.2019-cu ildən 22.01.2020-ci ilədək aşağıdakı kimi ola bilərdi: iş vaxtından artıq işlədiyi vaxt həftəlik 32 saat olduqda 8302,75 manat iş vaxtından artıq işlədiyi vaxt həftəlik 26 saat olduqda 6891,06 manat iş vaxtından artıq işlədiyi vaxt həftəlik 23 saat olduqda 6095,94 manat;

18. Qeyd: təqdim olunan iş materiallarına əsasən İddiaçı "xxxx" MMC-də 16.01.2017-ci il tarixdən 22 yanvar 2020-ci ilədək işlədiyi müddətdə (36 ay) altıgünlük iş həftəsində, həftəlik norma 40 saatdan çox olmamışdır

19. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün olmuşdur.

20. Əvvəla, iddia tələbinin qanuni əsası kimi Əmək Məcəlləsinin 165-ci maddəsi nəzərdən keçirilə bilər. Lakin tələbin faktiki əsası(faktiki hallar) bu qanuni əsasın dizpozisiya şərtlərinə uyğun gəlməlidir. Başqa sözlə iddia tələbinin əsası kimi göstərilən hallar tələbin qanuni əsasının şərtlərinə uyğun olması üçün mütləq mötəbər sübutlarla təsdiq olunmalıdır. Apellyasiya baxışı zamanı da iddiaçının vəsatəti təmin olunaraq iş üzrə dörd şahid dindirildi. Həmin şahidlərin hər biri cavabdeh Cəmiyyətdə vaxtilə işləmiş şəxslər olmuşdur. Bu şahidlər özlərinin və iddiaçının da həftəlik 72 saat işlədiyini bildirdilər.Cavabdehin nümayəndəsi isə bu şəxslərin qərəzli olduqlarını, çünki onların hər birinə, o cümlədən iddiaçıya güzəşt edərək öz ərizələri ilə işdən çıxmalarına şərait və imkan yaratdıqlarını göstərmişdir. Başqa sözlə əmək funksiyalarının icrası zamanı ciddi qanun pozuntuları törətmələrini humanistlik edərək rəsmiləşdirərək hüquq mühafizə orqanlarına müraciət etməmişlər. Ona görə də şahid ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz.

21. İkincisi, apellyasiya baxışı zamanı tərəflərdən zəruri sənədlər tələb edilərək iş üzrə məhkəmə mühasibat lıq ekspertizası da keçirilmişdir. Əslində ekspert rəyinin məzmunundan da aydın olur ki, iddia tələbinin əsaslı olacağı təqdirdə belə bir rəyin olması zəruri olacaqdır. Belə ki, ekspertizadan İddiaçı "xxxx" MMC-də 16.01.2017-ci il tarixdən 22 yanvar 2020-ci ilədək işlədiyi müddətdə(36 ay) altıgünlük iş həftəsində, həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan çox olduğu halda, onun iş vaxtından artıq işlədiyi vaxt həftəlik 32 saat olduğu və ya 26 saat olduğu yaxud 23 saat olduğu hallarda, onda iş vaxtından artıq işlənmiş bu saatlar üzrə iddiaçı ilə bağlanmış 16.01.2017-ci il tarixli əmək müqaviləsində, 01.07.2017-ci il və 19.05.2019-cu il tarixli əmək müqaviləsinə əlavələrdə nəzərdə tutulmuş əmək haqqı məbləği əsas götürülüb ona mütənasib hesablanmaqla, qeyd olunan artıq işlənmiş saatlara uyğun əlavə əmək haqqının müvafiq dövrlər üzrə nə qədər təşkil etməli olduğu soruşulmuş və ekspert də sırf riyazi hesablama apararaq rəy vermişdir. Eyni zamanda rəydə təqdim olunan iş materiallarına əsasən İddiaçı "xxxx" MMC-də 16.01.2017-ci il tarixdən 22 yanvar 2020-ci ilədək işlədiyi müddətdə (36 ay) altıgünlük iş həftəsində, həftəlik normanın 40 saatdan çox olmadığı da qeyd edilmişdir.

22. Üçüncüsü, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan şahid ifadələri məhz hazırki mübahisə üzrə mötəbər sübutlar kimi qəbul edilə bilməz. Çünki, bu şahidlərin hər biri cavabdeh Cəmiyyətdə əvvəllər işləmiş və sonradan müxtəlif səbəblərdən işdən çıxmış şəxslər olmuşdur. Başqa sözlə cavabdeh müəssisə ilə hər hansı səbəbdən, o cümlədən cavabdehin nümayəndəsinin qeyd etdiyi səbəbdən xoş olmayan münasibətləri inkar olunmur. Bu cür vəziyyətdə bu şahidlərin ifadələrini iddia tələbinin əsası kimi istinad edilən halların mövcudluğunun təsdiq edilməsi üçün mötəbər və ziddiyyətsiz sübut kimi qəbul edilməsi mümkünsüz olur. Ona görə də, apellyasiya instansiyası məhkəməsi şahid ifadələrini mötəbər sübut kimi qəbul etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və dəymiş 25200 manat maddi ziyanın ödənilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə cavabdeh tərəfdən giriş-çıxış tabelini və kamera görüntülərini tələb etsə də, cavabdeh vəsatəti təmin etməkdən imtina etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, əgər hazırki iddia tələbi təmin edilərsə, bir saat belə artıq işləmiş hər kəs ayağa qalxıb məhkəməyə müraciət edəcəkdir. Hakim isə nümayəndəyə cavab olaraq bildirmişdir ki, siz də işçiləri artıq işlətməyin. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı cavabdehin nümayəndəsi X4 etirazı daxil olmuşdur. Etirazda bildirilir ki, kassator yalnız qanunvericiliyin bir sıra normalarının sadalamaqla kifayətlənərək, heç bir əlavə dəlil və sübut göstərməmişdir. İddiaçı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Tətbi q edilən hüquq. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

25. Maddə 9, bənd e). İşçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ vardır.

26. Maddə

102. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır.

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kollegiya bildirir k i, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən iddiaçının tələblərinə dair dəlilləri tam və hərtərəfli yoxlanılmış, işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

35. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəl illəri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

36. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2021/2021 nömrəli iş üzrə 05.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev İlqar Xələfov Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar