Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1974/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MTK-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pulun tutulması tələbinə dair ilkin iddiası və Cavabdeh2 İddiaçı MTK-ya qarşı qərarın, təhvil-təslim aktının və təmirə başlanması barədə bildirişin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi, bu əsasla iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nin cavabdehlər Cavabdeh2 və Cava bdeh1 qarşı “pulun tutulması” tələbinə dair ilkin iddiası və Cavabdeh2 İddiaçı MTK qarşı “qərarın, təhvil-təslim aktının və təmirə başlanması barədə bildirişin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7754/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. İddiaçı MMC şirkəti ilə Cavabdeh2 arasında bağlanmış PBR041 saylı, 14 oktyabr 2010-cu il tarixli müqaviləyə əsasən İddiaçı MMC Bakı şəhəri, Neftçilər pr. 151 ünvanda yerləşən binanın 405C saylı 149.90 kv.m olan mənzil i 315000 manata və bir avtomobil dayanacaq sahəsini 30000 manata Cavabdeh2 təhvil verməyi, Cavabdeh2 isə razılaşdırılmış qiyməti ödəniş cədvəlində müəyyən edilmiş tarixlərdə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı MMC şirkəti ilə Cavabdeh1 arasında bağlanmış PBR042 saylı, 14 oktyabr 2010-cu il tarixli müqaviləyə əsasən İddiaçı MMC Bakı şəhəri, Neftçilər pr. 151 ünvanda yerləşən binanın 305C saylı 149.90 kv.m olan mənzili 315000 manata və bir avtomobil dayanacağı sahəsini 30000 manata Cavabdeh1 təhvil verməyi, Cavabdeh1 isə razılaşdırılmış qiyməti ödəniş cədvəlində müəyyən edilmiş tarixlərdə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.
3. PBR042 və PBR042 saylı müqavilələrə əlavə olunan 4-cü əlavəyə görə investor göstərilən xidmətlərə görə şirkətə hər ay hər kvadrat metrə üçün 2 m anat ödəyəcəkdir (hər ay 5 iş günü ərzində). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MTK cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 305C mənzili üzrə Cavabdeh1 25429.4 manat borcun, 405C mənzili üzrə Cavabdeh2 25528,95 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı MTK-nın iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəh., Neftçilər pr. 151 ünvanda yerləşən binanın 305C və 405C saylı mənzillərə dair bağlanmış 14 oktyabr 2010-cu il tarixli, PBR041 və PBR042 saylı müqavilələrin 1-ci maddəsinin 1.5-ci bəndinə əsasən cavabdehlər binanin idarə olunmasının idarəetmə şirk əti vasitəsilə həyata keçirilməsini seçir və iddiaçıya binanın idarə olunması, nəzarətdə saxlanması və ona texniki xidmət göstərilməsinə görə məsuliyyət daşımaq səlahiyyəti verir. Həmin müqavilələrin 5-ci maddəsinin 5.2-ci bəndinin “g” bəndinə əsasən cavabdehlər əmlak ilə əlaqədar su, elektrik enerjisi, kanalizasiya sistemi, telefon və digər kommunal xidmət birləşmələrinin istifadə olunması xərclərinin hansının gec başlanmasından asılı olaraq əsaslı tamamlama tarixindən və ya iddiaçı tərəfindən məlumat verilmiş hər hansı digər tarixdən etibarən müvafiq kommunal xidmət və (və ya) xidmət şirkətlərinə və (və ya) qurumlarına birbaşa ödənilməsinə görə məsuliyyət daşıyuır. Su, elektrik enerjisi və xidmətlər əsasən cavabdehlərə İddiaçı MTK vasitəsilə təmin edildiyi halda əmlaka tətbiq olunan müva fiq xərclər İddiaçı MTK tərəfindən burada müəyyənləşdirilmiş xidmət haqları kimi tətbiq olunmalı və cavabdehlər bütün bu cür xərcləri tələb olunduğu təqdirdə dərhal ödəməlidir. Həmin müqavilələrin 5-ci maddəsinin 5.2-ci bəndinin “h” bəndinə əsasən cavabdehlər əsaslı tamamlama tarixindən başlayaraq iddiaçı tərəfindən göstərilən texniki xidmət, idarəetmə, təhlükəsizlik, inzibati və digər xidmətlərlə bağlı xidmət haqqlarının bu sənədə qoşulmuş 4-cü Əlavədə nəzərdə tutulduğu kimi aylıq əsasda iddiaçıya ödənilməsinə görə məsuliyyət daşıyır. Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əlavə 2-ə əsasən 305C saylı mənzil “Tower C” Binasının 3-cu mərtəbəsində, 405C saylı mənzil “Tower C” Binasının 4cu mərtəbəsində yerləşirlər. İddiaçı qeyd olunan mənzilləri 11.06.2013-cü il tarixində cavabdehlərə təhvil vermiş və cavabdehlər tərəfindən təhvil-təslim aktları və təlimatlar imzalanmışdır. Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əlavə 4-ə əsasən iddiaçı tərəfindən göstərən xidmətlər öz əksini tapmışıdır. Həmin xidmətlərə gətirilən malların toplanması, təhlükəsizlik sistemlərinin idarə olunması, qonaqların qarşılanması və yola salınması, 24 saat ərzində mehmanxana üslublu qəbul və qapıçı otağı və ümumi qapıçı avadanlıqları aiddir. Bundan əlavə binanın nəzarətdə saxlanması və qorunması üçün təhlükəsizlik xidmətinin və (və ya) təhlükəsizlik avadanlıqlarının təmin olunması, podiumun üstündə 15000 kv.m landşaft bağlarına texniki xidmətin göstərilməsi və s. bu cür xidmətlər öz əksini tapmışdır. Həmin Əlavə 4-ün 5-ci bəndinə əsasən isə cavabdehlər yuxarıda göstərilən xidmətlərin müqabilind ə iddiaçıya əmlakların hər kvadrat metri üçün hər ay 2 manat məbləğində xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşlər. Göründüyü kimi müqavilənin mühüm şərtlərini cavabdehlər qəbul edərək müqaviləyə imza atmışdır. İddiaçı üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir, lakin cavabdehlər israrla bu günə qədər göstərilən xidmətlərə görə xidmət haqqı ödəməkdən boyun qaçırır.
6. Cavabdeh2 İddiaçı MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi verərək, Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanda yerləşən 405 “C” saylı mənzilin təhvil-təsliminə dair 11.06.2013-cü il tarixli təhvil-təslim aktı və həmin mənzilin təmirinə başlanılması barədə 10.10.2013-cü il tarixli bildirişin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh2 qarşılıqlı iddia tə ləbini onunla əsaslandırmışdır ki, “Abşeron" MTK məhkəməyə təqdim etdiyi mənzilə dair 11.06.2013-cü il tarixli təhvil-təslim aktı və onun mənzili təmirə başlamağı haqqında İddiaçı MTK-ya ünvanladığı 10.10.2013-cü il tarixli bildiriş onun tərəfindən imzalanmamışdır, onun həmin sənədlərdən məlumatı yoxdur. Onun aldığı 405 “C” saylı mənzilin təhvil-təslim aktına baxdıqda da görünür ki, həmin təhvil-təslim aktında “təhvil alan” qrafasında Cavabdeh1 adı göstərilmişdir. Həmçinin bu təhvil-təslim aktı qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. İddiaçı MTK-dan aldığı bu mənzil hal-hazırda da yaşayış üçün yararlı vəziyyətdə deyildir. Belə ki, bu mənzil bu günə kimi təmir edilməmiş və heç bir avadanlıq quraşdırılmamışdır. Onunla cavabdeh arasında bağlanmış müqaviləyə əsasən bu mənzilin dəyəri onun tərəfindən tam ödəndikdən sonra qısa müddət ərzində mənzilə dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış ona təqdim edilməli olduğu halda, bu günə kimi təqdim edilməmişdir. Bu binanın saxlanması, qonaqların qarşılanması, lift xidməti, təhlükəsizlik sistemlərinin idarə olunması, 24 saat ərzində mehmanxana üsulu ilə qəbulu və qapıçı otağı, podiumun üstündə 15.000 kv.m landşaft bağlarına texniki xidmət göstərilməsi və s. kimi xidmətlərə görə pul tələb edilmişdir. Yuxarıda qeyd etdiyi kimi həmin mənzil yaşayış sahəsi kimi onun tərəfindən istifadə olunmadığı üçün təbii ki, o da İddiaçı MTK-nın iddia ərizəsində göstərdiyi həmin xidmətlərin heç birindən istifadə etmir. Həmçinin qeyd edir ki, İddiaçı MTK qanunvericiliyin tələbinə görə ləğv edilərək mülkiyyətçilərin m üştərək cəmiyyətinə çevrilməli olduğu üçün hal-hazırki vəziyyətdə onun heç bir iddia vermək səlahiyyəti yoxdur. Bundan başqa İddiaçı MTK tərəfindən iddia müddəti ötürülməklə məhkəməyə müraciət olunmuşdur.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova) ilkin iddia üzrə İddiaçı MTK-nin iddiası təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddiası təmin edilərək, Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanda yerləşən 405 “C” saylı mənzilin təhvil-təsliminə dair 11.06.2013-cü il tarixli təhviltəslim aktı və həmin mənzilin təmirinə başlanması barədə 10.10.2013-cü il tarixli bildirişin etibarsız hesab edilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı MTK mənzil mülkiyyətçilərinin mütləq ödə nişlərinin və haqlarının miqdarını müəyyən etmək səlahiyyətinə malik deyil. Həmin səlahiyyət mənzil mülkiyyətçilərinin müstəsna səlahiyyətidir və bu səbəbdən mütləq ödənişlərin və haqların miqdarı yalnız onların (mənzil mülkiyyətçilərinin) ümumi yığıncağının qərarı ilə qəbul edilə və dəyişdirilə bilər.
10. Mənzil Məcəlləsinin tələblərinə əsasən çoxmənzilli yaşayış binasında yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək məhz onların səlahiyyətlərinə aid olan məsələdir. Qanunvericiliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
11. Məhkəmə nəticə olaraq qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçının subyektiv hüquqa malik olan şəxs kimi hazırkı iddia tələbini irəli sürməklə bağlı hüquq ixtiyara malik deyildir.
12. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə hesab etmişdir ki, 11.06.2013-cü il tarixli təhvil-təslim aktı və bildiriş Mülki Məcəllənin 337-ci maddəsinin tələblərinin pozulması ilə tərtib edildiyindən və səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından etibarsız hesab edilməlidir. (səlahiyyətin təsdiq edilməsi ilə bağlı sübut təqdim edilməyib).
13. İlkin iddia üzrə iddiaçı 2013-cü ildən Cavabdeh2 tərəfindən həmin mənzilin təhvil alındığı və ona görə də həmin vaxtdan kommunal xidmətlərə görə və digər əlavə xidmətlərə görə borcun hesablandığı bildirilsə də iş materiallarında olan təhvil-təslim aktından görünür ki, Cavabdeh2 tərəfindən imzalanmamışdır. H əmçinin iş materiallarında olan 032 nömrəli, 11.06.2013-cü il tarixli Bakı şəhəri, Neftçilər pr. 151 ünvanda yerləşən binanın 405C saylı mənzilində təmir işlərinin başlanılmasına dair bildirişdən görünür ki, həmin mənzilə dair bağlanan müqavilədəki imza ilə bildirişdəki imza fərqli şəxslərə məxsusdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Qətnamədən İddiaçı MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, qarşılıqlı iddianın tamamilə rədd edilməsi, İddiaçı MTK-nın iddiasının təmin edilərək 305C mənzil üzrə Cavabdeh1 25429.4 manat borc və 405C mənzil üzrə Cavabdeh2 25528.95 manat borc olmaqla, ümumilikdə 50958,38 manat pulun və İddiaçı MTK tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MTK-nın hesabına köçürülməsi barədə yeni qətnamə çıxarılmasını x ahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7754/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı MTK-nin nümayəndəsi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 noyabr 2 021-ci il tarixli qətnaməsndən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması, qarşılıqlı iddianın tamamilə rədd edilməsi, İddiaçı MTK-nın iddiasının təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, sübutlara düzgün qiymət verilməmişdir. Xidmət haqlarının ödənilməsi vəzifəsi onlarla bağlanmış müqavilənin şərtlərindən irəli gəlir. Məhkəmələr təhvil aktını yanlış olaraq müqavilə kimi qiymətləndirib onu etibarsız saymışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Lakin tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, həmin barışıq sazişinin təsdiq olun masını xahiş etmişdir. Prosessual məsələlər
20. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
21. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.2. İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlarda n çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Maddə
52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı fo rmada ifadə edilməlidir. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə
191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin id dianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdi q edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Maddə
262. İcraata xitam verilmə qaydası və nətic ələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri
23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olu nmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
24. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (madd ə 418.3).
25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini ehtiva etdiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakim in məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən tərəflərin təqdim etdiyi barışıq sazişi təsdiq olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
28. Belə ki, İddiaçı MTK ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 arasında 12 aprel 2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişində göstərilir ki: «İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MTK-nın direktoru X2, ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 adından etibarnamə üzrə nümayəndə (vəkil) Vəkil1, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(102)1974/2022 saylı mülki işlə əlaqədar olaraq, Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 881-ci maddəsinə uyğun aralarında mübahisəyə son qoymaq, eyni zamanda hüquqlar və iddialar barədə mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək məqsədi ilə aşağıda göstərilən şərtlərlə barışıq sazişi bağlayırlar: 29.
1. İlkin iddia üzrə cavabdehlərdən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanda yerləşən yaşayış binasının 305C saylı mənzilin 25.01.2018-ci il tarixindən 25.12.2020-ci il tarixinədək xidmət haqqı üzrə yığılmış 11.152,85 AZN məbləğində borcunu, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Neftçilər prospekti. 151 ünvanda yerləşən yaşayış binasının 405 C saylı mənzilin 25.01.2018-ci il tarixindən 25.12.2020-ci il tarixinədək xidmət haqqı üzrə yığılmış 11.152,88 AZN məbləğində borcunu Saziş təsdiq edildikdən və yekun məhkəmə qərarı çıxarıldıqdan dərhal sonra birdəfəlik qaydada ödəməyi üzərinə götürürlər. 30.
2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MTK-ya qarşı qaldırdığı «405 C saylı mənzilin təhvil-təslim aktının və mənzilin təmirinə başlanılması barədə bildirişin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia tələblərindən tamamilə imtina edir. 31.
3. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Əsədli X4 1-ci bəndində qeyd edilmiş ümumilikdə 22.305,76 AZN məbləği tam və birdəfəlik ödəmək öhdəliyini üzərlərinə götürdüklərindən, İddiaçı MTK həmin cavabdehlərə qarşı «pul tutulması» barədə ilkin iddia tələbinin qalan hissəsindən imtina edir. 33.
4. Tərəflər qeyd olunan şərtlərlə barışıq sazişinin qəbul edirlər, Sazişin müddəalarının pozulması halında Sazişin tələblərini n, bu Sazişin təsdiqlənməsi barədə məhkəmə qərardadının məcburi icraya yönəldilməsi qaydasında həyata keçirilməsi barədə məlumatlı olduqlarını bəyan edir və razılaşırlar.
34. Barışıq Sazişinin tərəfləri Azərbaycan Respublikası MPM-in 191, 261 və 262-ci maddələrinin tələblərinə uyğun olaraq sazişin bağlanması və işin icraatına xitam verilməsinin nəticələrinin onlara məlum olduğunu qəbul edirlər.
35. Barışıq sazişinin tərəfləri Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasından xahiş edirlər ki, icraatında olan 2(102)-1974/2022 saylı mülki iş üzrə aralarında bağladıqları bu Barışıq Sazişini təsdiq etsin və mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul etsin».
36. Məhkəmə kollegiyası barışıq sazişinin məzmununu tərəflər arasında yaranmış hüquq münasibətləri və işin fakti ki halları əsasında təhlil edərək hesab edir ki, sazişin müddəaları qanuna zidd deyil, üçüncü şəxslərin mənafelərinə toxunmur.
37. İş materiallarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 01.02.2021-ci il tarixdə verdikləri müvafiq olaraq ARİİ№221656 və AR-İİ№221657 saylı etibarnamələrdə nümayəndəyə başqa səlahiyyətlərlə yanaşı, iddiadan imtina etmək və barışıq sazişi bağlamaq səlahiyyətləri verilmişdir. Həmçinin barışıq sazişi İddiaçı MTK-nin sədri X2 tərəfindən imzalanmış, İddiaçı MTK-nin möhürü ilə təsdiqlənmişdir (X1 İddiaçı MTK-nin qanuni təmsilçisi olması hüquqi şəxslərin dövlət qeydiyyatı reyestrindən çıxarışla təsdiqlənir).
38. Barışıq sazişini imzalayan şəxslər, barışıq sazişinin təsdiqlənməsi ilə bağlı prosessual hərəkətlərin MPM-nin 191, 261 və 262-ci maddələrində nəzərdə tutulmuş hüquqi nəticələrinin onlara aydın olduğunu sazişdə yazılı şəkildə ifadə etmişlər.
39. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, kassasiya məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tamamilə ləğv edib iş üzrə icraata xitam vermək səlahiyyəti vardır (MPM-nin 261.0.5 və 417.1.5-ci maddələri).
40. Tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi əsası ilə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq qərara a ldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7754/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin. Tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin: «1. İlkin iddia üzrə cavabdehlərdən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanda yerləşən yaşayış binasının 305C saylı mənzilin 25.01.2018-ci il tarixindən 25.12.2020-ci il tarixinədək xidmət haqqı üzrə yığılmış 11.152,85 AZN məbləğində borcunu, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Neftçilər prospekti. 151 ünvanda yerləşən yaşayış binasının 405 C saylı mənzilin 25.01.2018-ci il tarixindən 25.12.2020-ci il tarixinədək xidmət haqqı üzrə yığılmış 11.152,88 AZN məbləğində borcunu Saziş təsdiq edildikdən və yekun məhkəmə qərarı çıxarıldıqdan dər hal sonra birdəfəlik qaydada ödəməyi üzərinə götürürlər.
2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MTK-ya qarşı qaldırdığı “405 C saylı mənzilin təhvil-təslim aktının və mənzilin təmirinə başlanılması barədə bildirişin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələblərindən tamamilə imtina edir.
3. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Əsədli X4 1-ci bəndində qeyd edilmiş ümumilikdə 22.305,76 AZN məbləği tam və birdəfəlik ödəmək öhdəliyini üzərlərinə götürdüklərindən, İddiaçı MTK həmin cavabdehlərə qarşı “pul tutulması” barədə ilkin iddia tələbinin qalan hissəsindən imtina edirlər.
4. Tərəflər qeyd olunan şərtlərlə barışıq sazişinin qəbul edirlər, Sazişin müddəalarının pozulması halında Sazişin tələblərinin, bu Sazişin təsdiqlənməsi barədə məhkəmə qərar dadının məcburi icraya yönəldilməsi qaydasında həyata keçirilməsi barədə məlumatlı olduqlarını bəyan edir və razılaşırlar.» İddiaçı MTK-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «305C mənzili üzrə Cavabdeh1 25429.4 manat borcun, 405C mənzili üzrə Cavabdeh2 25528,95 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması» tələbinə dair ilkin iddia və Cavabdeh2 İddiaçı MTK-ya qarşı «Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanda yerləşən 405 “C” saylı mənzilin təhvil-təsliminə dair 11.06.2013-cü il tarixli təhvil-təslim aktı və həmin mənzilin təmirinə başlanılması barədə 10.10.2013-cü il tarixli bildirişin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsas ən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.