Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1974/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi) qarşı çatışmayan mənzil sahəsinin dəyərinin qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-494/2022 nömrəli, 26 dekabr 2022- ci il tarixli qətnaməsindən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayətinə 2 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MTK-ya (bundan sonra – cavabdeh və ya MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12,25 kv.m çatmayan mənzil sahəsinin bu gün ki bazar qiyməti (hal-hazırda onların binasında 1 kv.m qiyməti 1800 manat təşkil etmişdir) ilə hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3638/2021 nömrəli iş üzrə 1 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəmə sinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-494/2022 nömrəli mülki iş üzrə 26 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Azad İmanov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin olunması, Bakı şəhəri, Xətai prospekti 38-də inşa edilmiş yaşayış kompleksinin C2 blokunun 12-ci mərtəbəsində yerləşən 307 saylı mənzilə görə 3,75 kv.m çatışmayan mənzil sahəsinə görə 2700 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublika sı Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1974/2023 sayı, 10 aprel 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Kassasiya şikayəti öyrənilən zaman müəyyən edilmişdir ki, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “Bakı şəhəri, Xətai prospekti 38-də inşa edilmiş yaşayış kompleksinin C2 blokunun 12-ci mərtəbəsində yerləşən 307 saylı mənzilə görə 3,75 kv.m çatışmayan mənzil sahəsinə görə 2700 manat məbləğində pul vəsaitinin ondan alınaraq iddiaçının xeyrinə ödənilməsi” hissəsini mübahisələndirmiş və həmin məbləğ 5000 manatdan az olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya m übahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilə rsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanlara əsasən və MPM-in 402 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-494/2022 nömrəli, 26 dekabr 2022-ci qətnaməsindən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1974/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-1974/2023
02.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver