Məhkəmə qərarları › İş №2(102)-1974/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1974/2025

31.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1974/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qaz sərfiyyatına görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 fevral 2025-ci il tarixli, 2(103)450/2025 saylı qətnaməsindən cavabdeh birlik tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında b axaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Xəzər rayonu S.Vurğun küçəsi 59 saylı evdə təbii qazdan istifadə edən abonentdir.

2. İddiaçı sayğacdan kənar təbii qazdan istifadə etməsi barədə Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2016-ci il tarixli, ******* saylı akt tərtib olunmuş, akta əsasən itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən hesabat aparılmış, 1881 m3 qaz itkisi müəyyən edilməklə 188,10 manat məbləğində zərər hesablanıb cavabdehdən tələb edilmişdir.

3. Bundan başqa, Cavabdeh İB-nin əməkdaşları 31 yanvar 2023-cü il tarixdə də İddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə etməsi barədə akt tərtib etmiş, akta əsasən itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən hesabat aparılmış,12960 m3 qaz itkisi müəy yən edilməklə, cavabdehdən zərərin ödənilməsi tələb edilmişdir.

4. İddiaçı aid saldoda əksini tapmış məlumatlara əsasən, abonentin 2023-cü ilin birinci ayı üzrə borcu 8812.80 manat, 2024-cü ilin aprel ayı üzrə isə ayın sonuna borcu 9124.60 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana dair hesablanmış 9124.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı yaşadığı ünvanda qazdan istifadəyə görə ödənişlər edərkən məlum olmuşdur ki, etdiyi ödəmələrdən tutmalar aparılır. Cavabdehə müraciət etdikdə iddiaçıya bildirilmişdir ki, ona 91 24,60 manat məbləğində borc hesablanmışdır. "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən xəbəri olmadan qaz sayğacına 9124,60 manat cərimə yazılmışdır. Tərtib edilmiş aktdan iddiaçının xəbəri olmayıb, ona borcu yarandığı barədə məlumat verilməyib. İddiaçı hər ay vaxtında ödənişlər edib. İddiaçı yaşadığı ünvanda 4 gözlü qaz plitəsindən, “İran sobasından” və “Aristondan” istifadə edir. İddiaçı təbii qazdan sayğacdan kənar cəmi bir həftə 2023-cü ilin qış ayında istifadə etmişdir, bununla belə hazırda akta əsasən hesablanmış borc reallığı əks etdirmir.

7. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji X1 Bakı filialı tərəfindən verilmiş 15 iyul 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, İB tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 2016-ci il in oktyabr və 2023-cü ilin yanvar aylarında sayğacdan kənar qazdan istifadəyə görə 9000,9 manat əlavə borc hesablanaraq onun abonent hesabına daxil edilmişdir.

8. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilərək qeyd edilmişdir ki, iddiaçı uzun müddət təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsi ilə istifadə etməklə Cavabdeh İB-yə 9124,60 manat həcmində borcu yaranmışdır. Təqdim edilmiş mütəxəssis rəyi isə düzgün deyil.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Şeyda Məhərrəmova) 22 avqust 2024-cü il tarixli, 2(003)-2585/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvana dair (fərdi yaşayış evi) İddiaçı hesablanmış 8556 manat borc silinməsi, Cavabdehndən 105 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət ed ilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırıb ki, göründüyü kimi iddiaçıya məxsus ünvanda yerləşən qaz sayğacına baxış keçirilmiş və “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müxtəlif vaxtlarda iki akt tərtib edilmişdir. Abonentin saldosunda isə həmin aktlara münasibətdə 188.10 manat və 8812.8 manat borc hesablanmışdır. Lakin 2024-cü ilin aprel ayı üzrə ayın sonuna 9124.60 manat borc olması müəyyən edilmişdir. Halbuki, tərtib edilmiş aktlara uyğun olaraq hesablanmış borc cəmi (188.1+8812.8) 9000.9 manat təşkil etmişdir.

11. Bununla yanaşı məhkəmə iclasında iddiaçı tərəf təbii qazdan qısa müddət ərzində sayğacdan kənar əlavə xətt vasitəsi ilə istifadə etməsini qəbul etmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı tərəf təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsi ilə istifadə etmişdir, lakin abonentin saldosunda qeyd edilən borcun məbləği tərtib edilmiş aktlara münasibətdə reallığı əks etdirmir.

12. İş üzrə təqdim edilmiş Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji X1 Bakı filialı tərəfindən verilmiş 15 iyul 2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçının sayğacdan kənar qazdan istifadə etməsini nəzərə alaraq, analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-3-cü bəndlərinə əsaslanmaqla iddiaçının fərdi yaşayış evində istifadə olunan 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m³, 1 ədəd İran sobasının maksimal qaz sərfinin 1,5 m³, 1 ədəd qənaətli su qızdırıcısının maksimal qaz sərfiyyatının 2,2 m3 olduğunu və istifadə dövrünü nəzərə almaqla qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1,2 m3 x 12 saat x 30 gün = 432 m3; 1 ədəd İran sobası üçün 1 x 1,5 m³ x 12 saat x 30 gün= 540 m3; 1 ədəd qənaətli su qızdırıcı üçün - 1 x 2,2 m³ x 12 saat x 30 gün= 792 m³; cəmi 432 + 540 + 792 = 1764 m3 təşkil edə bilər. Yay ayları üzrə aylıq qaz sərfiyyatı: yay aylarında İran sobasından istifadə edilmədiyini nəzərə alınsa, aylıq qaz sərfiyyatı 432 m3 + 792 m3 = 1224 m3 təşkil edə bilər. Bu qayda ilə hər bir akt üzrə qazın miqdarı aşağıdakı kimi ola bilər: 2016-ci il üzrə 3ay x 1224 m3 = 3672 m3 və 2023-cü il üzrə - 7ay x 1224 m3 + 5 ay x 1764 m3 = 17388 m

3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii q azın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" göstərilən illər üzrə müvafiq Qərarını nəzərə alınaraq qaz xəttinə qeyri-qanuni qoşulma halında hesablanan zərərin məbləği aşağıda göstərildiyi kimi hesablana bilər: 2016-ci il üzrə hər 1 m³-i 0,10 manat qiymət nəzərə alınmaqla 3672 m3 x 0,10 manat = 367,2 manat; 2023-cü il üzrə 1200 m³ - 0,12 manat, 1200 m²-dən 2500 m³-dək hissəsi üçün hər 1 m³-i 0,20 manat, 2500 m³-dən çox olan hissəsi üçün hər 1 m³-i isə 0,25 manat qiymət nəzərə alınaraq, 1200 m³ x 0,12 manat + 1300 m³ x 0,20 manat + 14888 m³ x 0,25 manat = 4126 manat, cəmi 367,2 manat + 4126 manat = 4493,2 manat təşkil edə bilər. Qeyd edilən ünvanda qazdan istifadəyə görə abonent tərəfindən ödənilən məbləğdən 522,8 manat borca görə tutulma olduğunu nəzərə alınsa, sayğacdan kənar qoşulm a halında ondan 4493,2 manat - 522,8 manat = 3970,4 manat borc tələb edilə bilər. 13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

14. Həmin Qanunun 13-cü maddəsinə əsasən (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini day andırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarix li qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

16. Məhkəmə 28 oktyabr 2016-cı il tarixli, ******* nömrəli akta münasibətdə qeyd edib ki, həmin akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış cəmi 1881 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır və abonent saldosunda həmin dövrə münasibə tdə 188.1 manat borc hesablanmışdır,

17. Məhkəmə hesab edib ki, həmin borcun silinməsi hissəsində iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan abonentin saldosundan müəyyən edilir ki, iddiaçı tərəfindən qazdan istifadə ilə bağlı 2016-cı il oktyabr ayı üzrə 1 manat, noyabr ayı üzrə 2 manat və dekabr ayı üzrə 4 manat ödənişlər edilmişdir.

18. Halbuki təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1,2 m3 x 12 saat x 30 gün = 432 m3; 1 ədəd İran sobası üçün 1 x 1,5 m³ x 12 saat x 30 gün= 540 m3; 1 ədəd qənaətli su qızdırıcı üçün - 1 x 2,2 m³ x 12 saat x 30 gün= 792 m³; cəmi 432 + 540 + 792 = 1764 m3 təşkil edə bilər. Göründüyü kimi iddiaçı tərəfindən istifadə edilən qaz sərfiyyatı ilə aparılmış ö dənişlər arasında kəskin fərqlər mövcud olmuşdur. Belə olan halda iddiaçı tərəfindən qaz xəttinə qeyri - qanuni qoşulma halı olduğundan Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 oktyabr 2016-cı il tarixli, ******* nömrəli akt əsaslı olmuşdur və iddia tələbi - həmin akta əsasən hesablanmış 188.1 manat borcun silinməsi hissəsində əsassız olmaqla təmin edilə bilməz.

19. Məhkəmə “31 yanvar 2023-cü il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta münasibətdə “Qaz təchizatı haqqında” Qanunun xx.xx.2022-ci il tarixdə əlavə edilmiş 13-cü maddəsinin 8-1-ci hissəsinə istinadən qeyd edib ki, cavabdehin iddiaçıdan qazdan istifadə qaydalarının pozulmasına görə birbaşa qazdan istifadə qaydalarının pozulmasına gör ə dəymiş zərəri tələb etməsi qanuna uyğun deyil. İddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməmişdir və 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən abonentin hesabına hesablanmış borc əsaslı hesab edilə bilməz.

20. Bununla belə məhkəmə iddiaçının 2023-cü ilin qış ayında 7 gün müddətinə təbii qazdan qeyri-qanuni istifadə etməsi barədə etirafını nəzərə alaraq hesab edib ki, 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış borc tam olaraq silinməməlidir.

21. Məhkəmə qeyd edib ki, 2023-cü ilin yanvarı ayına münasibətdə - əvvəlki 12 ay üzrə müəyyən ödənişlər kartla ödənildiyi ndən sərfiyyat olub və akta əsasən 12 ay üzrə hesablama qanunsuz olmuşdur. Yalnız iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsini etiraf etdiyi 7 gün 1 aya yuvarlaqlaşdırılıb borc hesablanmalıdır. Belə olan halda iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsini etiraf etdiyi günlərə münasibətdə 256.8 manat borc onun tərəfindən ödənilməlidir. (1764 m3 - 1200 m3 x 0.12= 144 manat; 1764 m3 - 1200 m3 = 564 m3 x 0.20 = 112.8 manat. 144 manat + 112.8 manat = 256.8 manat). Beləliklə Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 oktyabr 2016-cı il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 188.1 manat, 2023-cü ilin yanvar ayı üçün 256.8 manat eləcə də debitor borc 123.7 manat ümumilikdə 568.6 manat saldoya əsasən müəyyən edilmiş 9124.6 manat borcdan çıxılmaqla (9124.6-568.6 = 8556) iddiaçıya hesablanmış 8556 manat borc silinməlidir.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2,4.6, 4.7, 4.8, 4.9, 6.5, 6.5-1, 6.5-3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 9124,60 manat məbləğində İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur.

25. Əlavə olaraq qeyd edilmişdir ki, Energetika Nazirliyinin Enerji X1 Bakı filialının mütəxəssisi izahatında göstərmişdir ki, apardığı hesablama zamanı abonentin əvvəlki dövr üzrə təbii qazdan istifadə qaydasını, 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin eyni anda 4 gözünündə yandırılaraq istifadə edilmədiyini, evdə olan qaz cihazlarının eyni zamanda 12 saat istifadə edilməsin in mümkün olmamasını, yay fəslində İran sobasından istifadə edilmədiyini nəzərə almışdır.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 fevral 2025-ci il tarixli, 2(103)450/2025 saylı qətnaməsi ilə (hakimlər Səadət Səlimova (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və Məhəmməd Rüstəmli) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, iddiaçıya hesablanmış 6.527,3 manat məbləğində borcun Cavabdeh İB tərəfindən silinməsi, cavabdehdən dövlət rüsumuna görə 85,27 manat pulun dövlət nəfinə tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilmişdir.

27. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində verdiyi iza hatında iddiaçı təbii qazdan sayğacdan kənar cəmi bir həftə 2023-cü ilin qış ayında istifadə etməsini etiraf etmiş, bununla belə hazırda akta əsasən hesablanmış borcun reallığı əks etdirmədiyini bildirmişdir.

28. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçıya məxsus ünvana baxış keçirilərək müxtəlif vaxtlarda tərtib olunan iki akta görə abonentin saldosunda 188.10 manat və 8812.8 manat borc hesablanması qeyd edilmiş, 2024-cü ilin aprel ayının sonuna isə iddiaçının 9124.60 manat borcunun olması müəyyən edilmişdir.

29. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji X1 Bakı filialının 07 yanvar 2025-ci il tarixli mütəxəssis rəyi ilə iddiaçıya məxsus ünvanda qazdan istifadəyə görə abonent tərəfindən ödənilən məbləğdən 522,8 manat borca görə tutulma old uğu nəzərə alınsa, sayğacdan kənar qoşulma halında ondan 2473,6 manat - 522,8 manat = 1950,8 manat borcun tələb edilməsinin mümkün olduğu müəyyən edilmişdir.

30. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, təbii qazdan iddiaçı tərəfindən sayğacdan kənar istifadə edilməsi faktı etiraf olunduğundan, mütəxəssis rəyi ilə sayğacdan kənar qoşulma halında iddiaçıdan (2473,6 manat - 522,8 manat = 1950,8 manat) 1950,8 manat borcun tələb edilməsinin mümkün olması müəyyən edildiyindən, (9124.60 manat - 2473,6 manat -123,7 manat = 6527,3 manat) İddiaçı (abonent kodu **********00000) hesablanmış 6527,3 manat məbləğində borc Cavabdeh İB tərəfindən silinməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin və ona etirazın dəlilləri

31. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 4 fevral 2025-ci il tarixli 2(103)-450/2025 saylı qətnaməsini ləğv edərək iddianın rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə oxşar əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr saldo aktları və fotoşəkillərə laqeyd yanaşaraq düzgün hüquqi nəticəyə gəlməmişlər. Məhkəmələr faktiki vəziyyəti və hüquqi əsasları nəzərə almadan əsassız qətnamələr qəbul etmişdilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

34. Maddə

60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, o nun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

36. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması.

37. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilmə sini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

38. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

39. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

40. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyət i daşıyır. Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

41. Maddə

6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

42. Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz payl ayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (2022-ci il mayın 1-dən qüvvəyə minmişdir). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

43. Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyə ti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

44. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

45. Maddə 3.4.1. Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır.

46. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

47. Maddə 4.6. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

48. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qor unmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

49. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

50. Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

51. Maddə 6.5-6.7. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etm əlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzs iz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə

416. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

61. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. İş üzrə cavabdeh Birlik tərəfindən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsini mübahisələndiyindən qətnamə həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İ ş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

65. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyas iya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

66. Kassasiya şikayətinin bəzi dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnaməd ə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

67. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyas iya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

69. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 fevral 2025-ci il tarixli, 22(103)450/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar