Məhkəmə qərarları › İş №2(102)-1975/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1975/2022

25.02.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1975/2022 25.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxx qızının cavabdehlər Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Daşınmaz Əmlakın Dövlət Reyestrin Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və A bbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(103)147/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(006)-4119/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı xxx qızına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilinə dair "xxxx" ASC-nin xeyrinə edilmiş ipoteka yüklülüyünə xitam verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində "xxxx" ASCnin xeyrinə edilmiş ipoteka yüklülüyünə dair qeydin ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(103)147/2021 nömrəli qətnaməsi ilə cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin apelyasiya şikayəti qismən təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(006)-4119/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(103)147/2021 nömrəli qərardadı ilə cavabdehin kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC 10 dekabr 2021-ci il tarixdə poçt vasitəsi ilə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il ta rixli, 2(103)-147/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qərardadı ilə cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(103)-147/2021 nömrəli qərardadından kassasiya şikayəti vermə müddəti ötürülməmiş hesab olunmuş və kassasiya şikayəti ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Cavabdehin kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, həmin kassasiya şikayətinin forması Azərbaycan Respublikası MPM-in 407-ci maddəsinə uyğun deyildir. Belə ki, iş materialları və “Elektron Məhkəmə” informasiya sistemi nəzərdən keçirilərkən müəyyən olunur ki, apellyasiy a instansiyası məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müdətin ötürülməmiş hesab olunmasına dair cavabdehin ərizəsi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə verilsə də, kassasiya şikayəti özü çap formasında poçt vasitəsi ilə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətinin MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilməməsini cavabdeh özü yuxarıda qeyd olunan ərizəsində göstərmişdir (kassasiya şikayətinin poçt vasitəsi ilə göndərilməsinin nəzərə alınması xahiş olunmuşdur). Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrin ə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Məcəllənin 408.1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, kassasiya şikayəti qaytarılır. MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya m übahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Beləliklə, cavabdehin kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyi, poçt vasitəsi ilə məhkəməyə göndərildiyi üçün icraata qəbul oluna bilməz. Odur ki, həmin kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanla ra əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(103)147/2021 nömrəli qərardadından cavabdeh Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar