Məhkəmə qərarları › İş №2(102)-1976/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1976/2020

03.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1976/2020 03.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), X3 və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və onların vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 cavabdeh “xxxx” ASC-nə (üçüncü şəxs X2 Xidməti 3 saylı Region üzrə X2) qarşı “əmək haqqının, istifadə edilməmiş məzuniyyətə görə təzminatın, gecikdirilmiş əmək haqqına görə ödəncin və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Koll egiyasının X5 nömrəli, 30 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçılar və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 xeyrinə 2017-ci ilin yanvar, fevral, mart aylarına görə hər ay üçün ödənilməmiş 310 manat, aprel, may və 19 iyun tarixinədək ayda 550 manat olmaqla 1.500 manat, istifadə edilməmiş məzuniyyətə görə 12.000 manat, əmək haqqının gecikdirilməsinə görə 1 % ödənc qismində 46.340,5 manat, inflyasiya və qanuna görə dəymiş zərər qismində 3268,4 manat, mənəvi zərərə görə 10.000 manat, cəmi 74.038,9 manat məbləğində, İddiaçı2 xeyrinə 2017-ci ilin ya nvar, fevral, mart aylarına görə hər ay üçün ödənilməmiş 310 manat, aprel, may və 19 iyun tarixinədək ayda 550 manat olmaqla, 1.500 manat, istifadə edilməmiş məzuniyyətə görə 12.400 manat, əmək haqqının gecikdirilməsinə görə 1% ödənc qismində 46 340,5 manat, inflyasiya və qanuna görə dəymiş zərər qismində 3.268,4 manat, mənəvi zərərə görə 10.000 manat, cəmi 74.438,9 manat, İddiaçı3 xeyrinə 2017-ci ilin yanvar, fevral, mart aylarına görə hər ay üçün ödənilməmiş 310 manat, aprel, may və 19 iyun tarixinədək ayda 550 manat olmaqla 1.500 manat, istifadə edilməmiş məzuniyyətə görə 6.900 manat, əmək haqqının gecikdirilməsinə görə 1% ödənc qismində 46.340,5 manat, inflyasiya və qanuna görə dəymiş zərər qismində 3.268,4 manat, mənəvi zərərə görə 10.000 manat, cəmi 68.938,9 manat məbləğində, İddiaçı 4 xeyrinə 2017-ci ilin yanvar, fevral, mart, aprel, may aylarına və 19 iyun tarixinədək ayda 550 manat olmaqla 3.150 manat ödənilməmiş əmək haqqının, istifadə edilməmiş məzuniyyətə görə 10.500 manat, əmək haqqının gecikdirilməsinə görə 1% ödənc qismində 46.340,5 manat, inflyasiya və qanuna görə dəymiş zərər qismində 3.268,4 manat, mənəvi zərərə görə 10.000 manat, cəmi 73.258,9 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılara ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Rəşad Həsənov) X5 saylı iş üzrə 13 may 2019-cu il tarixli qətnaməsi iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Azad İmanov-sədrlik edən və məruzəçi, Abiddin Hüseynov və Vahid Sadıqov) 30.10.2019-cu il tarixli X5 nömrəli qətnaməsi ilə iddiaçılar iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 və onların vəkili Vəkil tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin X5 saylı iş üzrə 13 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar və onların vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 30.10.2019-cu il tarixli X5 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbini tam təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiyası məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Belə ki, iddiaçıların əmək hüquqları cavabdeh “xxxx” ASC tərəfindən kobud şəkildə pozulmasına baxmayaraq, məhkəmə buna heç bir əhəmiyyət verməmiş, yalnız iddia müddətinin keçməsini əsas kimi götürərək iddianı rədd etmişdir. Məhkəmə iddia müddətinin ötürülməsi hissəsində ona əsaslanmışdır ki, İddiaçı1 09.02.2018-ci il tarixdə, İddiaçı4 29.06.2017-ci ildə, İddiaçı3 13.12.2017-ci ildə və İddiaçı2 04.11.2017-ci ildə əmək kitabçalarını almışlar. İddiaçılara əmək kitabçaları 2017-ci ildə deyil, 2018-ci ilin iyun ayında verilmişdir və bununla əlaqədar onlar hər-hansı sənədə imza etməmişlər. Onlara yalnız son haqqhesabın bir hissəsi müəssisə tərəfindən verilərkən 2018- cil ilin iyun ayında pul vəsaitinin bir hissəsinin al ınması üçün mühasibatlıqda olan sənədlərə imza edib əmək haqlarını yarımçıq almışlar. Cavabdehin məhkəmə iclası vaxtı verdiyi izahatına əsasən hal-hazıradək “xxxx” ASC-nin iddiaçılara əmək haqqı borcu qalmışdır. Belə ki, cavabdeh əmək müqaviləsinin şərtlərinin pozulmasını, müqavilə şərtlərini işəgötürən tərəfindən sənədləşdirilməsinin bilə-bilə qəsdən pozmasını hal-hazıradək davam etdirir. Çunki, cavabdehin məhkəməyə verdiyi etirafedici izahatlarından da məlum olur ki, hal-hazıradək iddiaçılara müxtəlif məbləğlərdə əmək haqqı borcunu ödəməmişdir. Məhkəmə qeyd edilən xüsusatları nəzərə almamış, yalnız müəssisə tərəfindən əmək kitabçasının qeydiyyatını əsas götürüb iddianı rədd etmişdir. Cavabdeh iddiaçılarla bağladığı əmək müqaviləsinin şərtlərini sənədləşdirməkdən hal-hazıradək imtina edir və onu pozmaqda davam edir. Belə ki, işəgötürən cavabdeh onların əmək haqqı qalığını və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzini hal-hazıradək sənədləşdirməmişdir. Qalıq əmək haqqı və məzuniyyət pulunun hazıradək ödənilmədiyini cavab apelyasiyası məhkəməsində işə baxılarkən etiraf etmiş və Nizami rayon məhkəməsinin qətnaməsində həmin hal təsdiqini tapmışdır. İddia müddətinin axımı həmin pul vəsaitlərinin sənədləşdirilməsinin icra edilmədiyi gündən hesablanır. Əmək kitabçaları isə müəssisə tərəfindən 2018-ci ilin iyun ayında verilmişdir. İddiaçılar tərəflərindən qanunla müəyyən edilmiş 1 illik iddia müddəti buraxılmamış, işçi kimi uzun müddət ərzində “xxxx” ASC-də işləməklərinə baxmayaraq, onların əmək hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulmuş, məhkəmə isə bu halları araş dırmadan iddianı rədd etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və onların vəkili Vəkil tərəflərindən verilmiş kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yox layır. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı4 11.12.1963-cü ildən «xxxx» Dəmir-Beton Konstruksiyaları zavodunda iş fəaliyyətinə başlamış, İddiaçı1 10.05.1978-ci il tarixdən «xxxx» Dəmir-Beton Konstruksiyaları zavodunda iş fəaliyyətinə başlamış, İddiaçı2 1999-cu ildən «xxxx» ASC-də işə qəbul edilmiş, İddiaçı3 isə 01.04.2006-ci il tarixdən «xxxx» ATSC-nə Qəlib sexinə sex ustası kimi işə qəbul edilmişlər. 10.08.1999-cu ildə «xxxx» Dəmir-Beton Konstruksiyaları zavodu «xxxx» X6 Cəmiyyətinə çevrilmişdir. «xxxx» X6 Cəmiyyəti üzrə 19.06.2017-ci il tarixli 24, 26, 28 və 20.06.2017-ci il tarix 33 №-li əmrlərin və ərizələrin surətlərindən görünür ki, müvafiq olaraq iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3 və İddiaçı2 Azərbaycan Respublikasının ƏM-nin 6 8-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə (tərəflərdən birinin təşəbbüsünə) əsasən işdən azad edilmişlər. «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Əmək kitabçalarının qeydiyyatı kitabının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı4 əmək kitabçası 29.06.2017-ci il tarixdə, İddiaçı1 əmək kitabçası 09.02.2018-ci il tarixdə, İddiaçı3 əmək kitabçası 13.12.2017-ci il tarixdə və İddiaçı2 əmək kitabçası 04.11.2017-ci il tarixdə onlara təqdim olunmuşdur. Hazırda iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı əmək haqqının, istifadə edilməmiş məzuniyyətə görə təzminatın, gecikdirilmiş əmək haqqına görə ödəncin və dəymiş ziyanın ödənilməsinə dair iddia qaldırmışlar. Cavabeh tərəf iddiaya etiraz edərək iddiaçıların məhkəməyə müraciət edərkən iddia müdd ətini buraxmalarına istinad etmişdir. Məhkəmələr hesab etmişdirlər ki, iddiaçılar öz ərizələri əsasında 2017-ci ilin iyun ayının 19 və 20-si tarixlərində işdən azad edildikdən sonra İddiaçı4 29.06.2017-ci il tarixdə, İddiaçı1 09.02.2018-ci il tarixdə, İddiaçı3 13.12.2017-ci il tarixdə, İddiaçı2 isə 04.11.2017-ci il tarixdə əmək kitabçalarını qəbul etməsinə baxmayaraq, qanunla bunun üçün müəyyən edilmiş bir illik müddəti ötürdükdən sonra, yəni 22.02.2019-cu il tarixdə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddia müddətinin üzrlü səbəblərdən buraxılması ilə bağlı halları izahatlarında bildirməmiş və müvafiq qaydada əsaslı və mötəbər sübutları təqdim etməmişdir. İddiaçılar iddia tələbi üzrə iddia müddətini üzrsüz səbəblərdən ötürmüşlər, həmçinin iş üzrə cavabdeh tərəf bu tələb üzrə iddia müd dətinin tətbiq edilməsini xahiş etmişdir. Kollegiyanın qənaətinə görə iddia müddətinin ötürülməsi əsası ilə iddiaçıların iddia tələbini rədd etməkdə apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsipinə əsaslanır. - 296.2-ci maddəsində göstərilir ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. - 296.3-cü maddəsində göstərilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. - 296.4-cü maddəsində göstərilir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Göründüyü kimi, əmək qanunvericiliyində yuxarıda qeyd edilən tələblərlə əlaqədar məhkəməyə müraciət etmə müddətini tənzimləyən xüsusi norma mövcuddur. İddia müddətinin tətbiqi məsələləri isə əmək qanunvericiliyində tənzimlənmədiyi üçün, bu məsələ Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları hüdudlarında öz həllini tapır. Belə ki, həmin Məcəllənin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında iddia müddətinin əhəmiyyəti barədə aşağıdakılar qeyd edilmişdir: birincisi, iddia müddəti hüquq münasibətlərı iştirakçılarını intızamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçü ncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçıların əmək kitabçalarını 2017-ci ildə deyil, 2018-ci ilin iyun ayında verildiyini və bununla əlaqədar onlar hər-hansı sənədə imza etmədikləri barədə dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılmış halları ilə təkzib edilir. Belə ki, işin materiallarında iddia ərizəsindən, həm də məhkəmə icraatları zamanı keçirilmiş iclaslarda iddiaçıların izahatından müəyyən olunur ki, 19 iyun 2017-ci il tarixdə müəssisənin mülkiyyətçisinin dəyişmə si əsası ilə müəssisənin rəhbərliyi tərəfindən müəyyən miqdarda pul verilməklə işdən azad olunmuşlar. Eyni zamanda iddiaçılardan İddiaçı3 və İddiaçı4 apellyasiya icraatı zamanı vermiş olduqları izahatlarında əmək kitabçalarının qeydiyyatı jurnalında əmək kitabçasının götürülməsi barədə onların ad qrafasının qarşısındakı imzaların da özlərinə məxsus olmasını qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia üzrə iddiaçılar məhz 19 iyun 2017-ci il tarixində almış olduqları sonuncu hesablaşmadan sonra işdən azad olunmaları barədə məlumatlı olmalarına baxmayaraq hazırki iddia üzrə qanunla müəyyən edilmiş müddəti ötürməklə tələb irəli sürmələrinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır. Kollegiya həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzg ün olaraq vurğulamışdır ki, əgər iddiaçıların qeyd etdiyi kimi, hətta onlara əmək kitabçaları 2017-ci ildə deyil, 2018-ci ilin iyun ayında verilmiş olsa belə, iddiaçılar işdən azad olunmalarından məhz 19 iyun 2017-ci il tarixdən məlumatlı olmaqla sonuncu haqq-hesabı almışlar. Hazırki tələbi isə əmək haqqının və sonuncu haqq-hesabın düzgün hesablanmaması ilə bağlıdır. Məhkəmə kollegiyası həmçinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 əmək haqqının, istifadə edilməmiş məzuniyyətə görə təzminatın, gecikdirilmiş əmək haqqına görə ödəncin və dəymiş ziyanın ödənilməsinə dair tələblərinin iddia müddətinin keçməsi ilə əlaqədar rədd edildiyindən, onların mənəvi ziyanın əvəzinin tutulmasına dair əlavə tələbin də rədd edilməli olmasına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə də razılaşır. Beləliklə də, kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qər ardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 və onların vəkili Vəkil və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 nömrəli, 30 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar