Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1977/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmanət müqaviləsi üzrə pul tələbi, müddətin uzadılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank əmanəti müqaviləsi üzrə pul vəsaitinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apel lyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1649/2025 nömrəli, 8 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 01 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2018-ci il tarixli “Güvən” əmanət müqaviləsinə əsasən İddiaçı (bundan sonra “iddiaçı”) tərəfindən Cavabdeh1 ASC-yə illik istifadə dərəcəsi 13 faiz olmaqla, 36 ay müddətinə 5050 manat məbləğində əmanət yerləşdirilmişdir. Əmanət yerləşdirilərkən qorunan əmanət olmuşdur.
2. Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurasının xx.xx.2019-cu il tarixli qərarı ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xx.xx.2019-cu il tarixindən etibarən milli valyutada 10 % müəyyən edilmişdir. Həmin Şuranın xx.xx.2020- ci il tarixli qərarı əsasən xx.xx.2020-ci il tarixindən etibarən milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12% müəyyən edilmişdir.
3. Əmanət müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və müqavilənin 6.1-ci bəndinə uyğun olaraq müqavilə eyni tarixə, eyni şərtlərlə uzadılmış hesab edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli qərarı ilə Bank müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir.
5. İddiaçının xx.xx.2021-ci il tarixdən ikinci qrup əlillik dərəcəsi vardır, diaqnoz: xroniki limfa leykoz, İV mərhələ sonrakı vəziyyət. QDÇ İİ dərəcə. Xroniki xolesistit. Astenonevrotik sindrom. NSD-kardial tipli.
6. Mübahisə əmanətin alınması barədədir. İş üzrə qəbul edilm iş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin Sumqayıt filialı ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Güvən” əmanət müqaviləsinə əsasən banka yerləşdirilmiş əmanət məbləğindən hazırki vaxta kimi ödənilməyən 19000 (on doqquz min) manat məbləğində vəsaitin və iddia tələbi ilə bağlı ödədiyi dövlət rüsumunun Cavabdeh1 ASC-dən (bundan sonra “Bank”) alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək digər iddia tələblərində qalmaqla, Cavabdeh1 ASC-nin əsl cavabdeh olan bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “cavabdeh” və ya “Fond” yaxud “Ə SF”) ilə əvəz edilməsini və kompensasiya alınması üçün ötürülmüş müddətin üzrlü hesab olunmasını xahiş etmişdir.
9. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixli “Güvən” əmanət müqaviləsinə əsasən Banka ümumi sığortalı depozit faizi 13 faiz olan zaman 5050 manat məbləğində vəsait qoymuş və illər üzrə həmin məbləğə əlavələr edilməklə sonuncu vəsait məbləği 32000 manat təşkil etmişdir. İddiaçı sonrakı illərdə müqavilə bağlamamış və ümid etmişdir ki, sığortalanan əmanətlərin faiz dəyişikliyi Bank tərəfindən tənzimlənir. Bundan başqa bu Bank ƏSF-nun üzvü olduğu üçün iddiaçı həmin vəsaitin hər bir halda qaytarılacağına ümid etmişdir. Lakin gözlənilmədən xx.xx.2020-ci ildə Milli Bank tərəfindən verilmiş qərara əsasən Bankın lisenziyası ləğv olunmuş və bundan sonra idd iaçının məşəqqətli günləri başlamışdır. Belə ki, iddiaçı da Bankın minlərlə müştərisi kimi həmin vəsaitin geri qaytarılması ilə bağlı Banka müraciət etmiş, iddiaçıya həmin vəsaitdən yalnız 13312 manat geri qaytarılmış və bildirilmişdir ki, qoyulan yığım əmanəti üzrə vəsait tam həcmdə ona qaytarılacaq, hətta adına bankda həmin vəsaitin köçürülməsi məqsədi ilə hesab da açaraq ona kart verilmişdir. Lakin artıq 4 ilə yaxın müddətin keçməsinə baxmayaraq, həmin vəsait iddiaçıya qaytarılmamışdır. İddiaçı bu illər ərzində vəsaitin qaytarılması ilə bağlı dəfələrlə Milli Banka, Əmanətlərin Sığortalanması Fonduna ərizələrlə müraciət etmiş və həmin müraciətlərə verilmiş cavab məktublarında bildirilmişdir ki, iddiaçı həmin vəsaiti ala bilər, lakin nə vaxt alacaq, bu suala cavab verilməmişdir. Belə ol muşdur ki, iddiaçının səhhətində ciddi problemlər yaranmış və təcili ürək əməliyyatına girməlidir, lakin həmin vəsaitlərini geri ala bilmədiyi üçün bu əməliyyat baş tutmamışdır. Bu da iddiaçının səhhətinin getdikcə daha da ağırlaşmasına və kritik hədd almasına səbəb olmuşdur. İddiaçı həmin vəsaiti illərlə toplamış və bu gün ondan yararlana bilmir.
10. Cavabdeh iddiaya etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, məlum olduğu kimi, Bank Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarı ilə müflis elan edilmiş və ƏSF Banka ləğvedici təyin edilmişdir. “Əmanətlərin Sığortalanması haqqında” Qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi günd ən başlayaraq bir il ərzində qəbul edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu Qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Müvəqqəti inzibatçı tərəfindən Fonda təqdim edilən bankın əmanətçiləri qarşısında öhdəliklərin reyestrinə əsasən əmanətçi olan iddiaçının Bankda əmanət və cari hesabları mövcuddur ki, həmin hesablara görə əmanətçiyə ümumilikdə 32312 manat kompensasiya məbləği hesablanmışdır. Bu məbləğdən 13312 manat məbləğində vəsait xx.xx.2020-ci il tarixində müştəriyə (iddiaçıya) ödənilmişdir. Kompensasiya məbləğinin qalıq hissəsi isə xx.xx.2019cu il tarixindən sonra yatırım edilməsi səbəbindən kompensasiya edilməmişdir. “Banklar h aqqında” Qanununa uyğun olaraq ləğv prosesində olan banka qarşı kreditor tələbləri “Banklar haqqında” Qanununun 76 və 77-ci maddələrinə əsasən qeydə alınaraq, həmin Qanunun 82-ci maddəsinə uyğun olaraq növbəlik qaydasında ödənilir. Sözügedən Qanunun 87.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. İddiaçının 19.023,93 manat məbləğində kreditor tələbi “Banklar haqqında” Qanunun 77.1-ci maddəsinə uyğun olaraq qeydə alınaraq ləğv prosesində olan Bankın kreditorlar reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n 10 avqust 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsi nəzərə alınaraq, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı, “Banklar haqqında” Qanunun 47 və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir. Lakin iddiaçi tərəfindən 01 yanvar 2024-cü il tarixdə fonda müraciət edilmişdir və heç bir üzrlü səbəb təqdim edilməmişdir. Ləğv prosesində olan Bankın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün müəyyən edilmiş müddət 01 may 2021-ci il tarixində başa çatmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən, "Banklar haqqında” Qanunun 72.1.2-ci maddəsinin “d ayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Mülki Prosessual Məcəllənin 153.2.1 -ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsini n 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli qərarı bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini və tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsinin izah olunmasını nəzərdə tutur. Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. “Banklar haqqında” Qanunun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Qeyd edilənlərdən görünür ki, kreditor tələbinə dair sözügedən iddia müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialara aiddir və bu iddiaya iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Buna görə də iş üzrə icraata xitam verilməlidir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3863/2024 nömrəli iş üzrə 25 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, İddiaçı cava bdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddət üzrlü səbəblərdən ötürülmüş hesab edilərək bərpa edilmiş, 01 oktyabr 2018-ci il tarixli PTD.132621.006 saylı əmanət müqaviləsi üzrə 19000 (on doqquz min) manat məbləğində pul vəsaiti və 149 (yüz qırx doqquz) manat dövlət rüsumunun əvəzinin cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicsi Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə tutulması qət edilmişdir. (hakim Həbibə Miriyeva)
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2018-ci il tarixli “Güvən” əmanət müqaviləsinə əsasən iddiaçı tərəfindən Banka illik istifadə dərəcəsi 13 faiz olmaqla, 36 ay müddətinə 5050 manat məbləğində əma nət yerləşdirilmişdir. Əmanət yerləşdirilərkən qorunan əmanət olmuşdur. Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurasının xx.xx.2019-cu il tarixli qərarı ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xx.xx.2019-cu il tarixindən etibarən milli valyutada 10% müəyyən edilmişdir. Həmin Şuranın xx.xx.2020-ci il tarixli qərarı əsasən xx.xx.2020-ci il tarixindən etibarən milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12% müəyyən edilmişdir. Əmanət müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və müqavilənin 6.1-ci bəndinə uyğun olaraq müqavilə eyni tarixə, eyni şərtlərlə uzadılmış hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli qərarı ilə Bank müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Hazırda iddiaçı bank əmanəti müqaviləsi üzrə kompensasiyanın ödənilməsini tələb edir və iddiasını onunla əsaslandırır ki, sonrakı illərdə müqavilə bağlamamış və ümid etmişdir ki, sığortalanan əmanətlərin faiz dəyişikliyi bank tərəfindən tənzimlənir, bundan başqa Bank ƏSF-nin üzvü olduğu üçün həmin vəsaitin hər bir halda qaytarılacağına ümid etmişdir. Cavabdeh isə ləğv prosesində olan Bankın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün müəyyən edilmiş müddətin 01 may 2021-ci il tarixində başa çatdığını, iddiaçı tərəfindən isə ƏSF-yə 01 yanvar 2024-cü il tarixdə müraciət edildiyini və heç bir üzrlü səbəb təqdim edilmədiyini, iddiaçının 19.023,93 (on doqquz min iyirmi üç manat, 93 qəpik) manat məbləğində kreditor tələbinin ləğv prosesində olan Bankın kreditorlar reyestrinə daxil edildiyini göstərmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə xx.xx.2018-ci il tarixli əmanət müqaviləsində illik faiz dərəcəsi 13% razılaşdırılmışdır. Həmin vaxt qüvvədə olan normalara və müqavilənin şərtlərinə əsasən qorunan əmanətlərin milli valyutada yuxarı faiz dərəcəsi 15% olmuşdur. Buna görə də müqavilə bağlanan vaxt həmin əmanət qorunan əmanət hesab olunurdu.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 1, 2 və 3-cü hissələrinə, 149-cu maddəsinin 1 və 3-cü hissələrinə uyğunluğunun yoxlanılmasına dair 6 iyul 2017 -ci il tarixli qərarında qeyd olunmuşdur ki,... sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2019-cu il tarixli protokolunda da xx.xx.2019-cu il tarixədək yerləşdirilən əmanətlərin müqavilə müddəti bitənədək milli valyutada gəlirliyi 15 faizədək olduğu təqdirdə sığortalı olması göstərilmişdir.
15. Birinci instansiya məhkəməsi cavabdehin etirazının “Əmanətlərin Sığortalanması Fondunun ləğv prosesində olan Bankın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün müəyyən edilmiş müddətin 01 may 2021-ci il tarixində başa çatdığını, iddiaçı tərəfindən isə həmin müddətdə fonda müraciət edilmədiyi” barədə dəlilinə münasibətdə göstərmişdir ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 28.3-cü maddəsində Fondun əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul etdi yi göstərilsə də, 28.4-cü maddədə əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu Qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadılmasının mümkün olduğu, lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanıldığı təsbit olunmuşdur.
16. Birinci instansiya məhkəməsi Milli Hematologiya Mərkəzi tərəfindən verilmiş iddiaçının ambulator kitabçasından (xəstəlik tarixindən) çıxarışlara əsasən diqqətə çatdırmışdır ki, iddiaçı xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə xəstəliyi ilə əlaqədar ambulator və stasionar müalicələr qəbul etmişdir və bu səbəbdən də, iddiaçının kompensasiya almaq üçün müraciət etmə müddətinin ötürülməsi üzrlü hesab edilməlidir.
17. Birinci instansiya məhkəməsi qeyd etdiklərinə əsasən belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, iddiaçının cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddət üzrlü səbəblərdən ötürülmüş hesab edilərək bərpa edilməli, 01 oktyabr 2018-ci il tarixli “Güvən əmanət müqaviləsi”nə əsasən ləğvetmə prosesində olan Bankda iddiaçının qalan 19000 manat məbləğində əmanət məbləği cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməlidir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 405.1, 425.1, 425.2, 944.1, 946.1, 953.1-ci, “Əmanətlərin sığortalanması haqqında” Qanununun 2.1.2, 2.1.3, 2.1.11, 2.1.2.6, 8.1.20, 25.1.4, 26.2, 28.3, 28.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 771.-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən bir il ərzində müraciət etməmiş, müraciəti qeyri-mümkün edən hallarla bağlı sənəd təqdim etməmişdir. Bundan başqa, iddiaçının hesabında vəsait yoxdur, daxil olan vəsait bankın aralıq hesabında olduğu üçün o, qorunan əmanət hesab oluna bilməz, qorunan hesab edilməyən əmanətlər kreditor tələbi kimi qeydə alınır, iddiaçının kreditor tələbi də kreditorun reyestrində qeydə alınmışdır. Bundan başqa, rayon məhkəməsi kompensasiyanın Əmanətlərin Sığortalanması Fondundan yox, Cavabdeh1 ASC-nin ləğvedicisi kimi Əmanətlərin Sığortalanması Fondundan tutulmasını qeyd etmişdir. Bu da qeyri-müəyyəndir, Fond və Bank ayrı-ayrı hüquqi şəxslərdir, rayon məhkəməsində Fonda yox, Banka qarşı tələbə baxılmış, qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1649/2025 nömrəli mülki iş üzrə 8 aprel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3863/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov, Elşən Kazımov)
22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, iddiaçının kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən bir il ərzində müraciət etməməsi, müraciəti qeyri-mümkün edən hallarla bağlı sənəd verməməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, iş materiallarında olan Milli Hematologiya Mərkəzi tərəfindən verilmiş iddiaçının ambulator kitabçasından (xəstəlik tarixindən) çıxar ışlara əsasən iddiaçı xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə xəstəliyi ilə əlaqədar ambulator və stasionar müalicələr qəbul etmişdir. Bu səbəbdən də, rayon məhkəməsi iddiaçının kompensasiya almaq üçün müraciət etmə müddətinin ötürülməsini üzrlü saymışdır.
23. Əmanətlərin Sığortalanması haqqında Qanunun 28.3-cü maddəsində Fondun əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul etdiyi göstərilsə də, 28.4-cü maddədə əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadılmasının mümkün olduğu, lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanıldığı təsbit olunmuşdur.
24. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə qanunda əmanətçinin kompensasiya almaq hüququnun bütün hallarda bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanıldığı təsbit edildiyindən cavabdehin həmin dəlili əsassızdır.
25. Cavabdehin apellyasiya şikayətinin digər dəlili – iddiaçının əmanətinin qorunan əmanət sayılmaması – barədə apelyasiya instansiyas məhkəməsi göstərmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2-ci maddəsinə görə qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Həmin m addədə qorunan əmanətlərə aid edilməyən əmanətlər göstərilmişdir. Qorunmayan əmanətlərdən biri də cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən (qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir) yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər sayılır.
26. Hazırkı iş üzrə işin müəyyən edilən hallarına görə xx.xx.2018-ci il tarixli əmanət müqaviləsində illik faiz dərəcəsi 13% razılaşdırılmışdır. Həmin vaxt qüvvədə olan normalara və müqavilənin şərtlərinə əsasən qorunan əmanətlərin milli valyutada yuxarı faiz dərəcəsi 15% olmuşdur. Belə ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2019-cu il tarixli protokolunda da xx.xx.2019-cu il tarixədək yerləşdirilən əmanətlərin müqavilə müddəti bitənədək milli valyutada gəlirliyi 15 faizədək olduğu təqdirdə sığortalı olması göstərilmişdir.
27. Göründüyü kimi, cəlb edildiyi günə əmanətin faiz dərəcəsi 13 faiz razılaşdırılmış, həmin vaxt qüvvədə olan normalarla qorunan əmanətlərin milli valyutada yuxarı faiz dərəcəsi 15% olduğundan, iddiaçının əmanəti üçün razılaşdırılan faiz həmin dövr üçün müəyyən edilmiş yuxarı həddən az olduğundan “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının əmanəti qorunan əmanət olmuşdur, cavabdehin həmin dəlili əsassızdır.
28. Cavabdehin apellyasiya şikayətinin digər dəlili olan rayon məhkəməsinin qətnaməsində kompensasiyanın “Əmanətlərin Sığortalanması Fondu”ndan yox, Cavabdeh1 ASC-nin ləğvedicisi kimi “Əmanətlərin Sığortalanması Fondu”ndan tutulmasının qeyd edilməsi, bunun da qeyri-müəyyən olması ilə bağlı dəlilin də əsassız sayan apellyasiya instansiyası məhkəməsi göstəmişdir kİ, Cavabdeh1 ASC (hazırda ləğv prosesindədir) ilə iddiaçı arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli PTD.132621,006 saylı «Güvən» əmanət müqaviləsinin 5.3-cü bəndinə əsasən, Bankın müflis elan olunması sığorta hadisəsi sayılmışdır. Göründüyü kimi, hazırkı iş üzrə sığorta hadisəsi baş vermişdir, iddia tələbi də sığorta hadisəsi baş verdiyi üçün Bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi üçün məhz Fonda yönəlmiş, həmin kompensasiyanın da məhz Fond tərəfindən ödənilməli olması şəksizdir. Bu baxımdan, cavabdehin istinad etdiyi kompensasiyanın fonddan, yoxsa bankın ləğvedicisi kimi fonddan tutul masının qeyri-müəyyən olması barədə mövqeyi əsassızdır.
29. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 390.1, 405.1, 944.1, 946.1, 953.1-ci, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 1, 2.1.2, 2.1.2.2, 2.1.2.3, 2.1.2.4, 2.1.2.5, 2.1.2.6, 2.1.2.7, 2.1.2.8, 8.1, 28.1, 28.2, 28.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 1, 2 və 3-cü hissələrinə, 149-cu maddəsinin 1 və 3-cü hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 6 iyul 2017-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona q arşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz vermişdir.
33. Etirazda şikayətin dəlilləri qeyd edilməklə onların əsassız olması və bu səbəbdən şikayətin təmin edilməməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tut ulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Maddə 946.1. Bank əmanəti müqaviləsi yazılı formada bağla nır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin. Maddə 953.1. Əgər tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, fiziki şəxslə bank əmanəti müqaviləsinin bağlanması və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulması bank kitabçası ilə təsdiq olunur. Bank əmanəti müqaviləsində adlı bank kitabçasının və ya adsız bank kitabçasının verilməsi nəzərdə tutula bilər. Bank kitabçasında bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə hə m də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və bank kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı göstərilməli və bank tərəfindən təsdiq edilməlidir. Əgər ayrı hal sübuta yetirilməyibsə, bank kitabçasında göstərilmiş əmanət haqqında məlumatlar bankla əmanətçi arasında əmanət üzrə hesablaşmalar üçün əsasdır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sis teminin sabitliyini və inkişafını təmin etməkdir. Maddə 2.1.2. qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: -2.1.2.2. bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər; -2.1.2.3. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər; -2.1.2.4. cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər; -2.1.2.5. üzərinə həbs qoyulmuş əmanətlər; -2.1.2.6. cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsi nə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər; -2.1.2.7. fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manatdan yuxarı pul vəsaitləri; -2.1.2.8. fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri; Maddə 8.1. X1: -8.1.20. qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Maddə 28.1. Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqanından bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə da ha iki dəfə təkrar edir. Maddə 28.2. Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. Maddə 28.3. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Maddə 28.4. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu Qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçin in ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin halların ın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansi yası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
38. İşin müəyyən edilmiş hallarına görə iddiaçı ilə Bank arasında xx.xx.2018-ci il tarixli “Güvən” əmanət müqaviləsi bağlanmış, iddiaçı tərəfindən Banka illik istifadə dərəcəsi 13 faiz olmaqla, 36 ay müddətinə 5050 manat məbləğində əmanət yerləşdirilmişdir. Əmanət yerləşdirilərkən qorunan əmanət olmuşdur. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli qərarı ilə Bank müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir.
39. Həmçinin işdən görünür ki, iddiaçı əmanəti n alınması üçün ƏSF-yə 09 yanvar 2024-cü il tarixdə müraciət etmişdir.(iş v. 26, 60)
40. Cavabdeh iddia tələbinə etiraz olaraq, digər dəlillərlə yanaşı, ləğv prosesində olan Bankın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün müəyyən edilmiş müddətin 01 may 2021-ci il tarixində başa çatdığını, iddiaçı tərəfindən isə ƏSF-yə 01 yanvar 2024-cü il tarixdə müraciət edildiyini, heç bir üzrlü səbəb göstərilmədiyini, bununla da iddiaçının müddəti ötürməsini bildirmişdir.
42. İddiaçı da tələbini dəqiqləşdirməklə ötürülmüş müddətin bərpası barədə ərizə vermişdir. (iş v.76) 41. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.3-cü maddəsinə görə Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Həmin Qanunun 28.4-cü maddəsinə görə əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu Qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər.
42. Birinci instansiya məhkəməsi Milli Hematologiya Mərkəzi tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlara əsasən iddiaçının xx.xx.2020xx.xx.2020, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə xəstəliyi ilə əlaqədar ambulator və stasionar müalicələr qəbul etməsini nəzərə alaraq, bunu onun kompensasiya almaq üçün müraciət etmə müddətini ötürməsinin üzrlü halı saymış və həmin müddəti bərpa etmişdir.
43. Birinci instansiya məhkəməsi “Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.3 və 28.4-cü maddələrində göstərilən müddəti bərpa etməklə həmin m üddətin iddia müddəti olmasını qəbul etmişdir.
44. Məhkəmə kollegiyası da bununla razılaşır. Qeyd edilən normalarda müddətin “uzadılması” sözündən istifadə olunsa da, normaların məzmunu ona deməyə əsas verir ki, kompensasiya tələb hüququdur. İddia müddəti də tələb hüququ üçün xarakterik müddətdir və bu müddət bərpa edilə bilər.
45. İddia müddətinin bərpası ilə bağlı məsələni nizama salan Mülki Məcəllənin 382-ci maddəsinə görə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddi a müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
46. Birinci instansiya məhkəməsi Milli Hematologiya Mərkəzi tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlara əsasən müddətin ötürülməsini üzrlü saysa da, gəldiyi nəticəni Mülki Məcəllənin 382-ci, habelə “Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.3 və 28.4-cü maddələrinin dispozitiv şərtlərinə uyğun qiymətləndirməyib və həmin normaların tələblərinə cavab verən sübutlarla əsaslandırmayıb.
47. İddiaçının və məhkəmənin müddətin ötürülməsinin üzrlü halı kimi istinad etdiyi ambulator və stasionar müalicələr xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə olmuşdur. Bankın müflis elan edilməsi 30 aprel 2020-ci il tarixində baş vermişdir. İddiaçı kompensasiya üçün 09 yanvar 2024-cü il tarixdə müraciət e tmişdir.
48. Göründüyü kimi, Bankın müflis elan edilməsi, iddiaçının xəstəliyinə görə ambulator və stasionar müalicələr alması və kompensasiya üçün müraciət tarixləri təxminən 4 ilə yaxın müddəti əhatə etmişdir. Eyni zamanda kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gün də müəyyən edilməmişdir.
49. Cavabdehin ləğv prosesində olan Bankın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün müəyyən edilmiş müddətin 01 may 2021-ci il tarixində başa çatması (Bankın müflis elan edilməsi tarixi) barədə dəlilləri üzrə isə qeyd edilməlidir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.3-cü maddəsinə görə bir illik müddətin axımı Bankın müflis elan edilməsi barədə məhkəmə qərarının tarixindən deyil, kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi g ündən başlayır.
50. Buna görə də iddiaçının son müalicə tarixinin 01 iyun 2020-ci ilə təsadüf etməsi nəzərə alınarsa, kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə nə vaxt dərc edilməsi və bundan hesablanaraq müddətin nə vaxtdan başlaması, iddiaçının xəstəliyinin müddətin bərpasına əsas verib-verməməsinə Mülki Məcəllənin 382-ci maddəsinin 2-ci cümləsinə uyğun olaraq qiymət verilməli idi.
51. Lakin işdən görünür ki, qiymətləndirmə istinad edilən maddi hüquq normalarının tələblərinə uyğun aparılmayıb. İddiaçının xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020-ci il ambulator və stasionar müalicələr almasını hansı səbəbdən üzrlü hal olmasına həmin normaların kontekstində aydınlıq gətirilməyib.
52. Cavabdeh apellyasiya şikayətində digər dəlillərlə yanaşı, iddiaçının kompensasiya ödənişi haqqı nda bildirişin ilk dəfə dərc edildiyi gündən bir il ərzində müraciət etməsini qeyri-mümkün edən hallarla bağlı sənəd verməməsi barədə dəlil irəli sürsə də, apellyasiya instansiyası məhkəməsi də bu dəlilə əhəmiyyət verməyərək, birinci instansiya məhkəməsinin yol verdiyi səhvi təkrarlamışdır.
53. Halbuki qeyd edilən dəlillərə aydınlıq gətirilməklə onlara qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
54. Cavabdehin apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsənzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kol legiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
55. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bunun nəticəsi olaraq tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
56. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəra ra aldı: Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1649/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.