Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1978/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Müseyib qızının Cavabdeh qarşı ilk iddia (X10, X16, Bakı şəhəri İcra Hakimiyyəti və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti cavabdeh tərəfdən 3-cü şəxs qismində cəlb edilməklə) iddia tələbi və Cavabdeh İddiaçı Müseyb qızına qarşı qarşılıqlı iddia tələbi iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma və həmin mənzilə köçürülmə, yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı Müseyib qızının Cavabdeh qarşı (X10, X17, Bakı şəhəri İcra Hakimiyyəti və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 3-cü şəxs qismində cəlb edildiyi) mənzildən çıxarılma və onun həmin mənzilə köçürülməsi tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı Müseyb qızına qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qarşılıqlı iddiası üzrə mülki işlə bağlı Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-8333/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı Müseyib qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı 1988-ci ildə ailə üzvləri ilə birlikdə Ermənistandan qaçqın düşərək Bakı şəhərində məskunlaşmış, mübahisəli mənzil ona ilk əvvəl sığına caq kimi verilmişdir.
2. Səbail Rayon İcra Hakimiyyətinin 23 dekabr 1992-ci il tarixli, 5535 saylı sərəncamı ilə Vaplidə Aşimova 4 nəfər ailə üzvü ilə (özü və 3 oğlu) Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi (keçmiş Petrov), 12 saylı evin 31/32 saylı mənzilinə qeydiyyata alınması qərara alınmışdır.
3. Səbail Rayon İcra Hakimiyyətinin 25 mart 1998-ci il tarixli, 410 saylı sərəncamına əsasən verilmiş 14 aprel 1998-ci il tarixli 047907 saylı orderlə qeyd edilən mənzil 4 nəfər ailə üzvü ilə (özü və 3 oğlu) İddiaçı istifadəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı – Cavabdeh qarşı (X10, X16, Bakı şəhəri İcra Hakimiyyəti və Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti cavabdeh tərəfdən üçüncü şəxs kimi cəlb edilməklə) idd ia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilinə Cavabdeh istifadə hüququnun olmamasının müəyyən edilməsi, bunun cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması və X11, X14, X4, X3, X8 və qeyrilərinin mənzildən çıxarılmaları, İddiaçı Müseyib qızının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, İddiaçı 1988-ci ildə ailə üzvləri ilə birlikdə Ermənistandan qaçqın düşərək Bakı şəhərində məskunlaşmış, Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti Başçısının 23 dekabr 1992-ci il tarixli, 5535 nömrəli sərəncamı ilə o, uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə pasport qeydiyyatın a alınmışdır. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli sərəncamı ilə İddiaçı adına 3 nəfər ailə üzvləri ilə birlikdə Fərman Qurbanov küçəsi, 12 saylı evin, 31/32 saylı mənzilinə order verilmişdir. 2009-cu ilin sonlarında mənzilin yerləşdiyi Fərman Qurbanov küçəsi, 12 saylı evdə qəza baş verdiyi üçün Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən evə baxış keçirilmiş, mənzil sahiblərindən mənzillərin boşaldılması tələb olunmuş, mənzildə təmir-bərpa işləri görüləcəyi bildirilmişdir. Validə Aşumova oğlunun Yunanıstanda vəfat etməsi səbəbindən Yunanıstana getmişdir. İddiaçı Bakı şəhərində olmadığını bilən Cavabdeh qeydiyyat üçün əsas ola biləcək sənədlər olmadan mənzilə pasport qeydiyyatına alınmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh iddiaçıya məxsus olan Fərman Qurbanov küçəsi, ev 12, mənzil 31/32 ünvanında yerləşən mənzili daş mişarla iki hissəyə bölərək X5 və X12 yaşamağ üçün vermişdir. Məhkəmə iclasında izahat verən üçüncü şəxs X10 izahatında göstərdi ki, mənzili 2019-cu ilin oktyabr ayında rəfiqəsinin vasitəsi ilə Cavabdeh 30000 (otuz min) manata almış, əlavə xərclərə də 1-2 min manat xərcləmişdir. Məhkəmə iclasında izahat verən üçüncü şəxs X16 izahatında göstərmişdir ki, 28 noyabr 2019-cu il tarixdə Fuad adlı şəxsin vasitəsi ilə Cavabdeh 32000 (otuz iki min) manata alaraq kirayəyə vermişdir. Cavabdeh keçirilən 5 məhkəmə iclasında hər dəfə iştirak edərək izahat versə də izahatlarında nə də ki, 21 yanvar 2020-ci il tarixli qarşılıqlı iddia ərizəsində və 21 yanvar 2020-ci il tarixli etirazında mənzili X5 və X1 ilə bağlı heç bir məlumat verməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 14 fevral 2020-ci il tarixdə notarial qaydada təsdiqlənmiş ərizəni imzalayan X6 və X9 yalandan məlumat verərək bildirirlər ki, guya mənzilin tikilməsinə Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları evi tikmək üçün Cavabdeh icazə vermişlər, həmin mənzildə Cavabdeh, övladları X19, X21 və X11 övladı X15 ilə birlikdə yaşayır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 16 fevral 2020-ci il tarixdə notarial qaydada təsdiqlənmiş ərizəni imzalayan X2 yalandan məlumat verərək bildirir ki, Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları guya mənzilin tikilməsinə Cavabdeh icazə vermişlər və həmin mənzildə Cavabdeh, övladları X19, X21 və X11 övladı X15 ilə birlikdə yaşayır. Bundan başqa, cavabdeh tərəfindən məhkə məyə təqdim olunmuş 14 fevral 2020-ci il tarixdə tərtib olunmuş aktı imzalayan X2, X6 və X9 yalandan məlumat verərək bildirirlər ki, guya mənzilin tikilməsinə Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları icazə vermişdir və mənzildə Cavabdeh, övladları X19, X21 və X11 övladı X15 ilə birlikdə yaşayır. İddiaçı Müseyib qızı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı "qeydiyyatın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 503/2020 saylı iş üzrə 17 mart 2020-ci il tarixli qərarı ilə Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur.
6. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddia çı onun ünvan 5 ünvanına yerləşən mənzilinə yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 6 ünvanında yerləşən mənzil onun faktiki mülkiyyətindədir. Hazırkı mübahisələndirilən mənzilin altında olan mənzili 2007-ci il tarixində Viktor adlı şəxsdən etibarnamə əsasında satın almışdır. Həmin etibarnamədə də mənzilin ünvanı 31/32 kimi qeyd edilmişdir. Mənzili Viktordan alanda təmirsiz və baxımsız olmuşdur. Ona görə də, o, həmin mənzili 2007-2008-ci illərdə təmir etdirmişdir. Daha sonra, yuxarıda qeyd edilən mənzil Bakı şəhərində baş vermiş güclü zəlzələnin təsirindən uçaraq dağılmışdır. Bu səbəbdən həmin mənzili mənzil fondundan çıxarılmışdır. Bundan sonra da ğılmış mənzilin qalıqlarını Səbail Rayon İcra Hakimiyyəti, Bələdiyyə və ərazi üzrə MKİS sökərək təmizləmişlər. O, icra hakimiyyətinə müraciət edərək, səhhəti ilə əlaqədar Viktordan aldığı alt mənzildə yaşaya bilmədiyini göstərib üstdəkt mənzili tikimək üçün icazə istəmişdir. Həmin qurumunu əməkdaşları əraziyə baxış keçirmiş və bildirmişlər ki, bura zəlzələ vaxtı uçduğu üçün mənzil fondundan çıxarılmışdır, amma tikintiyə bir şərtlə icazə veriləcəkdir ki, tikintiişlərini öz vəsaiti hesabına aparmalıdır. İcra hakimiyyəti əməkdaşları ilə razılaşmış, 2008-2013-cü illərdə həmin yerdə mənzil tikmişdir. 2013-cü il tarixdə mənzildə qeydiyyata alınmışdır. Sahə müvəkkilinin dediklərindən bilmişdir ki, həmin yerdə olan hazırda Yunanıstan Respublikasında yaşayan Validə adlı bir qadının olub, həmin vaxt dan təxminən 3 il yarım sonra o, Vaildə Aşimova pasport qeydiyyatı şöbəsinə şikayət edərək onu mənzildə pasport qeydiyyatından çıxarmış, bir müddət sonra özü qeydiyyata düşmüşdür. Validə 21 ildən çox müddətə Azərbaycan Respublikasından çıxıb getmiş, adına olan mənzillə əlaqəsi olmamışdır. Hesab edir ki, cavabdeh İddiaçı Müseyib qızının ünvan 6 ünvanında yerləşən mənzilə olan yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Onun formal olaraq qeydiyyatda qalması tamamilə əsassız və qeyri-qanunidir, onun mənzilə hüquqları kobud surətdə pozulur, məhdudlaşdırılır.
8. İlk iddia üzrə cavabdehin vəkili və nümayəndəsi birinci instansiya məhkəməsindəki icraatda iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir.
9. Azərbaycan Respublikiası Ədliyyə Nazirliyi Məhkəmə Eksper tiza Mərkəzinin 08.02.2021-ci il tarixli, 10/3423 saylı ekspert rəyinə əsasən X7 adına Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 mart 1998-ci il tarixli 410 nömrəli sərəncamı ilə verilmiş Fərman Qurbanov küçəsi, 12 saylı evin 31/32 saylı mənzilinə dair orderdə nəzərdə tutulmuş 31,0 kv metr 2 yaşayış otağından ibarət mənzilin faktiki olaraq ünvan 6 ünvanda aid layihəyə və cizgiyə uyğun gəlmədiyini nəzərə alaraq həmin mənzilin mövcud olmadığı müəyyən edilmişdir.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim R.N.Qafarova) 29 aprel 2021-ci il tarixli, 2(009)-74/2021 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi araşdırılmış sübutlar əsasında hesab etmişdir ki, ilk iddiaçının orderlə ona verilmiş mənzildə uzun müddət yaşamaması, əvvəllər yaşadığı mənzilin 2000-ci ildə zəlzələ nəticəsində dağılmaya məruz qalmasının sübuta yetirilməsi, ilk iddiaçının adına orderdə qeyd edilən mənzilin faktiki mövcud olmaması, hazırda orada cavabdehin tikdiyi mənzil özbaşına tikili olması və iddiaçının adına olan orderdəki mənzilin texniki göstəricilərini əks etdirməməsi nəzərə alınmiaqla ilk iddia tələbləri əsaslı sayıla bilməz və buna görə də rədd edilməlidir.
12. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh ünvan 5 ünvanda yerləşən mənzildə qeydiyyatı olmasına baxmayaraq, faktiki yaşadığı mənzillə (yaşayış sahəsi) bağlı hüquqi əsaslar müəyyən edilmədiyindən onun İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbləri əsaslı sayıla bilməz.
13. Be lə ki, qeydiyyat yaşayış sahəsinə istifadə hüququnun tanınması kimi qiymətləndirilmir. Bundan başqa, İddiaçı hazırda mövcud olan mübahisəli yaşayış sahəsinə istifadə hüququnun olmamasına ilk iddia tələbləri üzrə hüquqi qiymət verilmişdir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, hüquqi sənədlər əsasında mövcud olmayan mənzilə (yaşayış sahəsinə) istifadə hüququndan, eləcə də olmayan hüququn itirilmiş hesab edilməsindən söhbət gedə bilməz.
15. Məhkəmə ilk və qarşılıqlı iddia tələblərini rədd edərkən Mülki Məcəllənin özbaşına tikinti və onun nəticələrinə dair 180-ci maddəsinin tətbiq etmişdir.
16. Məhkəmə ilkin iddia üzrə cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsi ilə bağlı Mülki Məcəllənin 372.1 və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə istina d etmişdir.
17. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, şikayətində qarşılılı iddianın rədd olunması hissədə qətnaməni mübahisələndirməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər: T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) 25 noyabr 2021-ci il tarixli, 2(103)-8333/21 nömrəli qətnaməsi ilə ilk iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın rədd olunması hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı Müseyib qızı kas sasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi ilk iddianın rədd olunması barədə qətnaməni dəyişdirmədən saxlayarkən rədd olunmasının heç mötəbər sübuta əsaslanmadığını, heç bir maddi hüquq normasına istinad olunmadığını nəzərə almamış, mənzilə “gözlənilən mülkiyyət hüququ”nun olduğunu diqqətdən qaçırmış, nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmələr heç bir möhtəbərliliyi olmayan, Səbail rayon MKTB-nin 45 saylı Mənzil-Kommunal İstismar Sahəsinin vəzifə və səlahiyyətlərinə aid olmayan məsələ barədə, yəni 2000-ci ildə Bakı şəhərində baş vermiş zəlzələnin təsiri nəticəsində mənzildə baş ve rmiş dağıntıya dair 10 ildən sonra, yəni 11 iyul 2011-ci il tarixdə verdiyi arayışa əsaslanmışdır. Məhkəmə baxışı zamanı Cavabdeh iddiaçının müvafiq dövlət orqanlarına və məhkəməyə müraciət etməsindən xəbər tutduqdan sonra mənzili 2 ayrı şəxsə müxtəlif məbləğdə pul qarşılığında satmasına da münasibət bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası:
23. Maddə 40 İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi:
24. Maddə
48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icrai yyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
25. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı iləistənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinə icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
26. Maddə
90. Vətəndaşlara başqa abad yaşayış sahəsi verilməklə dövlət və ya ictimai mənzil fondunun yaşayış sahəsindən aşağıdakı hallarda çıxarılırlar: yaşayış sahəsinin yerləşdiyi ev sökülməli olduqda; ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda; ev (yaşayış sahəsi) yenidən qurulub qeyri yaşayış evinə çevrilməli olduqda; Az ərbaycan Respublikasının Mülki Məcəlləsi:
27. Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
28. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
34. Maddə 417.1.3 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qəra rdadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi fa ktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir.
37. İddiaçı Müseyib qızı qətnaməsini tam mübahisələndirdiyindən (apellyasiya məhkəməsi qətnamənin qanuniliyi və əsaslılığını ilk iddiaya aid hissədə yoxlamışdır) apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-8333/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
39. Çünki apellyasiya instansiyası məhkəməs inin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.
40. İşdən görünür ki, İddiaçı Müseyib qızı iddia ərizəsi, iddia ərizəsinin dəqiqləşdirilməsi və iddianın həcminin artılrılması barədə ərizələrlə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilinə Cavabdeh istifadə hüququnun olmamasının müəyyən edilməsi, bunun cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması və X11, X14, X4, X3, X8 və qeyrilərinin mənzildən çıxarılmaları, İddiaçı Müseyib qızının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
41. İşə baxan aşağı instansiya məhkəmələrinin qənaətinə görə iddiaçının orderlə istifadəsinə verilmiş mənzildə uzun müddət yaşamaması və əvvəllər yaşadığı h əmin mənzilin 2000-ci ildə baş vermiş zəlzələ nəticəsində dağılmaya məruz qalması sübuta yetirilmiş, iddiaçının adına orderdə qeyd edilən mənzil məhv olduğundan faktiki olaraq mövcud deyildir, həmin ünvanda cavabdeh tərəfindən özbaşına mənzil inşa etdirmişdir. Göstərilən hallara görə Səbail Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən daimi istifadəsinə verilmiş mənzilə iddiaçının hər hansı hüququ qalmamış, hazırkı iddianı qaldırmaqda haqlı olmamışdır. 42.Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin mubhaisəsiz hallarına görə İddiaçı Müseyib qızı 1988-ci ildə ailə üzvləri ilə birlikdə Ermənistandan qaçqın düşərək Bakı şəhərində məskunlaşmış, mübahisənin predmeti olan Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi (keçmiş Petrov), 12 saylı evin 31/32 saylı mənzil o na ilk əvvəl sığınacaq kimi verilmiş, Səbail rayon İcra Hakimiyyəti başçısının 23 dekabr 1992-ci il tarixli, 5535 saylı sərəncamı ilə Vaplidə Aşimova və 3 nəfər ailə üzvü ilə (3 oğlu) mənzilə qeydiyyata alınmış, daha sonra Səbail rayon İcra Hakimiyyəti başçısının 25 mart 1998-ci il tarixli, 410 saylı sərəncamına əsasən verilmiş 14 aprel 1998-ci il tarixli 047907 saylı orderə əsasən qeyd edilən mənzil 4 nəfər ailə üzvü ilə (özü və 3 oğlu) Vailidə Aşimovanın daimi istifadəsinə verilmişdir. 2007-ci ilə kimi həmin mənzilin iddiaçının sahibliyində olmasını cavabdeh tərəf də mübahisələndirmir. 43.İşdən daha sonra görünür ki, İddiaçı 2004-cü ilin oktyabr ayından mütəmadi olaraq oğlanlarının yaşadığı Yunanıstan Respublikasına getmişdir. Onun Yunanıstan Respublikasına daimi yaşamaq üçün getməsi, orada daimi yaşayış yerinin olması, Azərbaycan Respublikası ilə əlaqələrini itirməsi, yaxud Azərbaycan Respublikasında daimi yaşamaq üçün Bakı şəhərində və ya digər yaşayış məntəqəsinə başqa yaşayış sahəsinə köçməsi, mülkiyyətində və ya daimi istifadəsində başqa yaşayış sahəsinin olması iş materialalrı ilə müəyyən edilmir.
44. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-503/2020 saylı iş üzrə 17 mart 2020-ci il tarixli qərarına görə İddiaçı 12 oktyabr 2017-ci il tarixdə mənzildə qeydiyyatdan çıxarılması, Cavabdeh həmin mənzilə qeydiyyata alınması qanunsuz olmuşdur.
45. Göründüyü kimi İddiaçı mübahisəli mənzildən istifadə hüququ 14 aprel 1998-ci il tarixdən həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq əmələ gəlmişdir. Lakin nə ilk iddianı rədd edən rayon məhkəməsi, nə də bu qənaətlə razılaşan apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün həmin Məcəllədə göstərilən şərtlərin olub-olmamasını müəyyən etməmişdir.
46. Məhkəmələr iddiaçının mənzildən istifadə hüququnun olmamasını mənzilin zəlzələ nəticəsində məhv olması ilə əsaslandırmış, bu zaman əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08.02.2021-ci il tarixli, 10/3423 saylı rəyə və 45 saylı MKİS tərəfindən verilmiş 11.07.2011-ci il tarixli 1537 nömrəli arayışa istinad etmişdir.
47. Lakin həmin rəydən həmçinin görünür ki, 25 mart 1998-ci il tarixdə İddiaçı Müseyib qızının istifadəsinə verilmiş mənzillə hazırda mübahisə olunan mənzil eyni ünvanda yerləşir, mülki iş materiallarına əlavə olunmuş plan-sxemlərə görə əsaslı dəyi şikliklər aparılmamışdır, mənzilin əvvəlki və sonrakı ümumi sahəsi arasında cəmi 6,2 kv metr fərq vardır. 48.2000-ci ilədə baş verimiş zəlzələdən sonra təmir-bərpa işlərinin aparıldığı nəzərə alındıqda həmin fərqin, mövcud tikililərin sayının və təyinatlarının cizgilərdə göstərilənlərə uyğun gəlməməsinin mümkünlüyü məhkəmələr tərəfindən nəzərə alınmamışdır. 49. saylı MKİS tərəfindən İddiaçı adına, Səbail rayon İcra Hakimiyyətinə təqdim edilməsi üçün (etibarnamə əsasında) verilmiş 11.07.2011-ci il tarixli 1537 nömrəli, 2 nömrəli forma üzrə arayışda göstərilənlər, yəni İddiaçı 3 nəfər ailə üzvü (oğulları) ilə birlikdə qeydiyyatda olduğu Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, 12 saylı evin 2-ci mərtəbəsində olan 2 otaqlı 31,0 kv metr yaşayış sahəsi olan 31/32 saylı mənzil sökülmə si, mənzilin 2000-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində uçmasının göstərilməsi isə iş materiallarında olan və məhkəmələr tərəfindən tədqiq edilmiş digər sübutlar, tərəflərin izahatları, hal-hazıra həmin ünvanda mənzilin olması, oradan yaşayış sahəsi kimi istifadə edilməsi, mənzilin zəlzələ nəticəsində uçması və ya sökülməsi barədə müvafiq dövlət orqanının aktı və ya rəyi mövcud olmaması ilə təkzib olunur. Məhkəmələr iddiaçının 2009-cu ilə kimi, cavabdehin isə 2007-ci ildən mənzildə yaşamaları qənaətinə gəlmişdir.
50. Göründüyü kimiişə baxan məhkəmələr tərəfindən işin müəyyən edilmiş hallarına düzgün qiymət verməmiş, iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməyərək iş üzrə səhv nəticəyə gəməlmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişlər. 5
1. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
53. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
54. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
55. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Müseyib qızının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-8333/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.