Məhkəmə qərarları › İş №2(102)-1979/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1979/2019

01.04.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1979/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X14 oğlunun katibliyi, İddiaçıların vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülmə” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli 2(107)2401/2018 nömrəli qətnaməsindən iddiaçılar və onların vəkili Vəkil tərəfindən ve rilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onları ailəsi ilə birlikdə Yevlax şəhəri, M.Hadi küçəsi, mənzil 18-də yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının tanınmasına və həmin mənzilə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Vəzirxan Məlikov) 11 yanvar 2018-ci il tarixli 2(039)-144/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Elçin Hüseynov, hakimlər Rövşən Rəfiyev, Gündüz Abbasov) 30.10.2018-ci il tarixli 2(107)2401/2018 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Yevlax Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(039)-144/2018 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli 2(107)-2401/2018 nömrəli qətnaməsinin ləğv edilərək mülki işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi həqiqətə nail olmaq üçün bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 385.1.2-ci maddələrinin və digər normativ hüquqi aktlardan irəli gələn hüquqları pozulmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyası iclasında iddiaçıların vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı1 ilə Cavabdeh1 qardaşdırlar. X9, Yevlax şəhəri H.Hadi küçəsində 18-də yerləşən fərdi yaşayış evini 1982-ci ildə tikdirmişdir. İddiaçı1 və Cavabdeh1 həmin evdə böyüyüb boya-başa çatmışlar. İddiaçı1 1985-ci ildə ailə qurmuş və ailəsi ilə mübahisəli evdə 5 i l yaşamış, sonra uzun müddət Rusiya Federasiyasında yaşamış və sonra Azərbaycana qayıtmışdır. Hazırda mübahisəli evdə yaşamır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, yaşayış sahəsindən istifadə hüququ olmayan şəxsin həmin sahəyə köçürülmək hüququ yoxdur, iddiaçı uzun müddət 1990-cı illərdə həmin yaşayış sahəsindən daimi olaraq çıxaraq bir daha geri qayıtmadıqlarından onun mübahisəli evdən istifadə hüququ qalmamışdır. Digər tərəfdən, mübahisə predmeti olan yaşayış evi hal-hazırda Cavabdeh1 mülkiyyətinə keçmişdir. Bu isə onu deməyə əsas verir ki, İddiaçı1 həmin evə “gözlənilən” hüququ (vərəsəlik) qalmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 30.10.2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin 11.01.2 018-ci il tarixli qətnaməsini ləğv edib, iddia tələbini rədd edilməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Torpağa mülkiyyət hüququna dair Şəhadətnamənin surətinə əsasən Yevlax rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarı ilə Yevlax şəhər sakinləri Cavabdeh1, X6, Cavabdeh2, X5, X7, X2 və X3 mülkiyyətinə 0,05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31.01.2018-ci il tarixli Seriya RX № ******* Çıxarışın surətinə əsasən ünvan 2 ünvanda 0,05 ha torpaq sahəsində yerləşən yaşayış evi Cavabdeh1 tam mülkiyyətindədir. Həmin yaşayış evinin yerləşdiyi 0,05 ha torpaq sahəsinin 1/9 hissəsi C avabdeh2 Məhəmməd qızının, 1/9 hissəsi X1, 1/9 hissəsi X4, 6/9 hissəsi isə Cavabdeh1 mülkiyyətindədir. Göründüyü kimi, iddiaçıların mübahisəli evdə 1990-cı ildən sonra daimi əsaslarla yaşaması müəyyən edilməmişdir. 01.10.2009-cu ilə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsində göstərilmişdir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi 6 ay saxlanılır. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq qeyd edilmişdir ki, iddiaçının uzun müddət1990-cı illərdə mübahisəli yaşayış sahəsindən daimi olaraq çıxaraq bir daha geri qayıtmadığından onun mübahisəli evdən istifadə hüququ qalmamışdır. İddiaçı 2017-ci ilin dekabr ayınadək mübahisəli evdə yaşadığını qeyd etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını ob yektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçılarının mübahisəli ünvan 1 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının olmasını sübut edə bilməmələrinə dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə mali k olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Bundan başqa, evin üzərində mülkiyyət hüquqları artıq qeydiyyata alındığından və iddiaçılar həmin evin mülkiyyətçisinin ailə üzvü hesab edilmədiyindən onların həmin evə istifadə hüquqları tanına və onlar evə köçürülə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun «Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixli qərarında belə bir hüquqi mö vqe bildirmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, h əmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın (228.1-ci maddə) və yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilsin (228.2-ci maddə). Sadalanan normaların mahiyyətindən göründüyü kimi iddiaçıların mülkiyyətçinin qardaşı və onun arvadı olması nəzərə alınaraq, mübahisəli yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüquqlarının yaranması üçün həmin evin mülkiyyətçisi ilə aralarında razılaşma olmalı və həmin razılaşma notariat qaydasında təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınla şdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli 2(107)-2401/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar