Məhkəmə qərarları › İş №2(102)-1979/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1979/2020

16.06.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1979/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.Əsədova) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən E.Həsənov, hakimlər X.Mərdanova və F.Babayev) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin iddiaçıya aid olunması qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mü lki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi, DNŞ-nin təklif etdiyi müəssisə ilə əmək müqaviləsi bağlayaraq xx xxxxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək, yəni 3 il 4 ay müddətində işləməsi faktının təsdiq olunması, magistr təhsili üzrə çəkilən xərclərin ümumi məbləğinin 40 faizini, yəni 15 400 (on beş min dörd yüz) funt sterlinq və 878 (səkkiz yüz yetmiş səkkiz) manat ödəməklə X5 çıxmaq hüququnun təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin aşağıda göstərilən halları ilə əsaslandırmışdır. İşin mübahisələndirilməyən hallarına görə, cavabdeh ilə iddiaçı arasında xx xxxxxxxx 2010-cu il tarixində “Təqaüdçünün təhsilinin təşkili haqqında” 267 nömrəli müqav ilə bağlanmış, müqavilənin predmetini cavabdehin Təqaüd Proqramı çərçivəsində iddiaçının (təqaüdçünün) təhsilinin təşkili və maliyyələşdirilməsi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən irəli gələn tərəflərin qarşılıqlı münasibətləri təşkil etmiş, iddiaçının xaricdə təhsil alması ilə bağlı münasibətlərin müqavilə ilə yanaşı, cavabdeh Təqaüd Proqramı ilə tənzimlənəcəyi təsbit olunmuş, iddiaçı həmin müqavilə əsasında X6 İmperial Kollecində “Yaşıl kimya: enerji və ətraf mühit” ixtisası üzrə 2010-2011-ci tədris illərində təhsil almış, təhsili cavabdeh tərəfindən maliyyələşdirilmişdir. Həmçinin işin hallarından görünür ki, iddiaçı təhsil aldığı müddətdə cavabdeh xx xxxxxx 2010-cu il tarixli 108 nömrəli əmri ilə təsdiq edilmiş “cavabdeh Xaricdə Təhsil üzrə Təqaüd Proqramı haqqında Əsas namə” qüvvədə olmuş, həmin Əsasnamənin 6.2-ci bəndində, təhsili başa vuran təqaüdçünün cavabdeh beş il işləmək öhdəliyi daşıdığı, 6.3cü bəndində isə, təhsili dövründə və ya təhsilini başa vurduqdan sonra təqaüdçü Azərbaycan Silahlı Qüvvələrinə müddəti hərbi xidmətə çağırılarsa, cavabdeh razılığı ilə xarici ölkələrdə xüsusi təcrübə proqramlarında və ya ixtisasartma kurslarında iştirak edərsə, səhhəti ilə bağlı və ya digər üzrlü səbəblərdən akademik məzuniyyət götürərsə, öhdəlik müddətinin təqaüdçünün hərbi xidmətdə, qeyd olunan təcrübədə, kursda və ya məzuniyyətdə olduğu müddət qədər artırılacağı nəzərdə tutulmuşdur. İş materiallarından aydın olur ki, iddiaçı sözügedən müqavilə əsasında təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmış, cavabdeh xx xxxxxxxx 2015-ci il tarixli əmri ilə Ali Neft Məktəbinin Kimya mühəndisliyi kafedrasında 13-cü dərəcəli baş müəllim vəzifəsinə, cavabdeh xx xxxxxx 2016-cı il tarixli əmri ilə “Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi”nə 17-ci dərəcəli müdir vəzifəsinə təyin edilmiş, xx xxxxxx 2019-cu il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Beləliklə iddiaçının, müqavilə öhdəliyinə uyğun olaraq xx xxxxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək cavabdeh təklif etdiyi müəssisələrdə işlədiyi işin mübahisələndirilməyən halıdır. Bununla yanaşı işin hallarından aydın olur ki, iddiaçı xx xxxxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixinədək DNŞ-də ümumilikdə 2 il 8 ay işdə olmuş, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qeyd edilən dövrdə 185 təqvim günü və ya 138 iş günü işləm əmişdir (xx xxxx 2016-cı il tarixindən xx xxxxx 2016-cı il tarixinədək 3 təqvim günü; xx xxxx 2016-cı il tarixindən xx xxxx 2016-cı il tarixinədək 3 təqvim günü; xx xxxxxxxx 2016-cı il tarixindən xx xxxxxxxx 2016-cı il tarixinədək 4 təqvim günü; xx xxxxx 2017-ci il tarixindən xx xxxxx 2017-ci il tarixinədək 6 təqvim günü; xx xxx 2017-ci il tarixindən xx xxxx 2017-ci il tarixinədək 11 təqvim günü; xx xxxxxxx 2017-ci il tarixindən xx xxxxxx 2017-ci il tarixinədək 20 təqvim günü; xx xxxxxx 2017-ci il tarixindən xx xxxxxx 2017-ci il tarixinədək 6 təqvim günü; xx xxxxxx 2018-ci il tarixindən xx xxxxxx 2018-ci il tarixinədək 3 təqvim günü; xx xxxxx 2018-ci il tarixindən xx xxxxx 2018-ci il tarixinədək 23 təqvim günü; xx xxxxxx 2018-ci il tarixindən xx xxxxxxxx 2018-ci il tarixinədək 33 təqvim gü nü; xx xxxxxxxx 2018-ci il tarixindən xx xxxxxx 2018-ci il tarixinədək 57 təqvim günü; xx xxxxxx 2018-ci il tarixindən xx xxxxxx 2018-ci il tarixinədək 4 təqvim günü; xx xxxxxx 2018ci il tarixindən xx xxxxxx 2018-ci il tarixinədək 6 təqvim günü; xx xxxxxx 2019-cu il tarixindən xx xxxxxx 2019-cu il tarixinədək 6 təqvim günü). İş materiallarından həmçinin aydın olur ki, iddiaçı 92 təqvim günü və ya 63 iş günü ödənişsiz məzuniyyətdə (xx xxxxxx 2017-ci il tarixindən xx xxxxxxx 2017-ci il tarixinədək 60 təqvim günü; xx xxxxxx 2018-ci il tarixindən xx xxxxxx 2019-cu il tarixinədək 32 təqvim günü), xx xxxxxx 2015-ci il tarixindən xx xxxxxx 2015-ci il tarixinədək 7 təqvim günü və 5 iş günü ezamiyyətdə olmuş, xx xxxxxxx 2017-ci il tarixində isə işə çıxmamışdır. Tərəflər arasında mübahisə DNŞ-nin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse prezidenti X-nın xx xxxx 2019-cu il tarixli məktubla iddiaçıya xəbərdarlıq etməsi nəticəsində yaranmışdır; belə ki, həmin məktubda iddiaçının DNŞ-də 2 il 8 ay işlədiyi qeyd olunaraq onun 2 il 4 ay ödənilməmiş öhdəliyinin qaldığı vurğulanmış, iddiaçı isə bununla razılaşmayaraq hazırkı apelyasiya baxışının predmeti olan iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının qənaətinə görə o, DNŞ-nin təklif etdiyi müəssisədə xx xxxxxxxx 2015ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək, yəni 3 il 4 ay müddətində işlədiyinə görə DNŞnin qüvvədə olan xx xxxxx 2018-ci il tarixli əmri ilə təsdiq edilmiş cavabdeh X8 haqqında Əsasnamə”nin 5.10-cu bəndində göstərilən müddəalar tətbiq edilməli,öhdəlik müddətinin 60%-ni tamamladığı üçün təhsilinə çəkilmi ş xərcin qalan müddət üzrə məbləğini cavabdeh geri qaytararaq proqramdan çıxmaq hüququ təmin olunmalıdır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, İddiaçı ilə DNŞ arasında müqavilə bağlandığı və onun təhsil aldığı dövrdə cavabdeh xx xxxxxx 2010-cu il tarixli 108 nömrəli əmri ilə təsdiq edilmiş cavabdeh Xaricdə Təhsil üzrə Təqaüd Proqramı haqqında Əsasnamə” qüvvədə olmuş, həmin Əsasnamənin 6.3-cü bəndində təqaüdçünün öhdəlik müddətinin müvafiq hallarda artırılacağı təsbit olunmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarına görə iddiaçının DNŞ-də faktiki işlədiyi müddət 2 il 8 ay təşkil edir; bu isə o deməkdir ki, iddiaçı, DNŞ qarşısındakı öhdəlik müddətinin 60%-ni tamamlamamaqla DNŞ Prezidentinin xx xxxxx 2018-ci il tarixli əmri ilə təsdiq edilmiş yeni Əsasnamənin 5.10-cu bəndinin ona tətbiqi mümkün deyildir. Mülki Mə cəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır Həmin Məcəllənin 404.2-ci maddəsinə əsa sən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar