Məhkəmə qərarları › İş №2(102)-198/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-198/2023

25.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-198/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-198/2023 (Açar sözlər: istifadə hüququnun tanınması və evə köçürülmə tələbi) Bakı şəhəri 25 yanvar 2023-cü il Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızının (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Mə hkəməsinin Mülki Kollegiyasının 26 iyul 2022-ci il tarixli 2(103)-4072/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 25 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehlər xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdirlər.

2. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh2 oğlanları, İddiaçı3 isə Ulduzun arvadıdır, onlar xx.xx.2006-cı il tarixdə nikaha daxil olublar.

3. Sabunçu Rayon Məhkəməsinin 2-1314 saylı, 19 may 2005-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 Bakı şəhəri, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi 20 A saylı evə pasport qeydiyyatına alınmışdır.

4. Sabunçu Rayon Məhkəməsinin 1-145 saylı, xx.xx.2001-ci il t arixli hökmünün surətindən müəyyən edilir ki, Sadiq Xıdırov özgəsinin əmlakını gizli olaraq talama məqsədi ilə təkrar tanışı X24 ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək xx.xx.2001 -ci il tarixdə saat 05:00 radələrində Bakı şəhəri, Balaxanı qəsəbəsi, 2-ci mədən, yeni yaşayış sahəsində yerləşən vətəndaş Cavabdeh2 yaşadığı evə daxil olmuş, oradan sonuncuya məxsus əmlakları oğurlayaraq, zərərçəkmiş Cavabdeh2 cəmi 3.876.000 manat məbləğində maddi ziyan vurmuşdur. 5. xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsinin (28 May küçəsi) sakinləri X14, X15, X9, X3, X16, X10, X4 və X21 təsdiq edirlər ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsinin (28 May küçəsi), ev 20 A 1994-cü ildən bəri İddiaçı1 və İddiaçı2 ailəsinə aid olmuşdur. İddiaçı1 və İddiaçı2 20 ildən artıq həmin evdə ailə üzvləri, yəni atası, anası və 2 qardaşı ilə birgə yaşamışlar. 2004-cü ildə Həsən və Ulduzun anası X17 həmin evdə vəfat etmişdir. 2005-ci ildə Cavabdeh2 Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq, onu yaşadığı həmin evə gətirmişdir. Cavabdeh1 həmin evin tikintisində ümumiyyətlə iştirak etməmiş, sadəcə olaraq Məhəmmədəlinin arvadı kimi ora köçmüşdür.

6. Ağstafa Rayon Qeydiyyat şöbəsinin 05/69-270/76 saylı, 26 fevral 2020-ci il tarixli arayışdan görünür ki, X17 01 iyun 2004- cü ildə vəfat etmişdir. Bu barədə 03 iyun 2004-cü il tarixdə Ağstafa rayon Aşağı Kəsəmən kənd İcra nümayəndəliyində 11 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində ic raat

7. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların və himayələrindəki azyaşlı uşaqların ünvan 1 ünvanında yerləşən evə köçürülməsi və həmin evə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

8. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.1992-ci ildə Ağstafa rayonunun A.Kəsəmən kəndində anadan olmuşdur. Onun 2 yaşı olanda, yəni 1994-cü ildə valideynləri Cavabdeh2 və Gülsüm Məmmədova Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, ev 20A-da yerləşən evi satın almış və həmin vaxtdan sonra valideynləri və 3 qardaşı ilə birlikdə həmin evdə yaşamışlar. Qeyd olunan Mədən küçəsi hal-hazırd a 28 May küçəsi adlandırılır. Valideyləri həmin evi qonşuluqda yaşayan Baxışəli Aslanov adlı şəxsdən alsa da, həmin ev neft torpaqlarında qanunsuz inşa olunduğundan mülkiyyətini təsdiq edən heç bir sənəd olmamışdır. O, həmin evdə böyümüş, 1999-cu ildən həmin evin yaxınlığında yerləşən M.Ə.Sabir adına 259 nömrəli orta məktəbin 1-ci sinfinə getmiş və 2009-cu ildə həmin məktəbi bitirmişdir. 2001-ci ilin yanvar ayında qardaşı X1 xəstəlikdən həmin evdə vəfat etmiş, onu Ağstafa rayonunun A.Kəsəmən kəndində dəfn etmişlər. Onlar dəfnlə əlaqədar rayonda olan zaman Bakı şəhərində yerləşən evlərində oğurluq hadisəsi baş vermiş və anasına aid olan qiymətli ziynət əşyaları və bir çox qiymətli əmlak oğurlanmışdır. Həmin hadisə xx.xx.2001-ci ildə baş vermişdir. Cinayəti törətmiş X28 və X24 cinayət məsu liyyətinə cəlb edilərək Sabunçu Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə müxtəlif cəzalara məhkum edilmişlər. Həmin hökmlə müəyyən olunur ki, 2001-ci ildə Bakı şəhəri, Balaxanı qəsəbəsi, 2-ci mədən küçəsi yeni yaşayış sahəsindəki evdə onlar öz ailə üzvlərilə yaşamış və həmin ev onun valideynlərinə məxsusdur. 2004-cü ildə anası Gülsüm Məmmədova xərçəng xəstəliyindən dünyasını dəyişmiş, onun yas mərasimi də həmin evdə təşkil olunmuşdur. 2005-ci ilin əvvəllərində atası 2-ci dəfə ailə həyatı quraraq Cavabdeh1 ilə nikaha daxil olmuş və onu yaşadıqları Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsindəki evlərinə gətirmişlər. İlk vaxtlar Cavabdeh1 ilə ailə münasibətləri mehriban olmuş, lakin bir müddət sonra Leyli evdə qəsdən dava-dalaş salaraq atası ilə aralarında soyuqluq yaratmışdır. 2006-c ı ildə qardaşı İddiaçı2 öz ailə üzvləri ilə birlikdə ata evini tərk edərək ünvan 2 ünvanına kirayə köçmüşlər. 2007-ci ilin əvvəllərində digər qardaşı Pərviz Məmmədov evdən qovulmuş yaşamaq üçün Ağstafa rayonunda olan evlərinə getmişlər. İddiaçı1 2017-ci ilin sonlarınadək mübahisəli evdə yaşamış, həmin vaxtlar Leyli tez-tez evdə İddiaçı1 ilə bağlı söz-söhbət yaradaraq onu evdən qovacağı ilə əlaqədar təhdid etmiş, habelə onu öz qardaşı qızı ilə evlənməyə məcbur etmişdir. O, bu tələbi yerinə yetirmədikdə atası ilə birləşərək onu söyərək döyüb evdən qovmuşlar. Bundan sonra İddiaçı1 məcbur olub işləmək üçün Rusiya Federasiyanı getmişdir. Rusiyada da işləri düz gətirmədiyinə görə bu yaxınlarda qayıtmışdır. Qayıtdıqdan sonra öz evlərinə getmiş, lakin Leyli ilə atası onu evə buraxmamış, Leyli həmi n vaxt 102 xidmətini yığaraq evin ona məxsus olduğunu, yəni həmin evi özünün tikdirdiyini və onun orada yaşamağına icazə vermədiyini bildirmişdir. Hazırda onun yaşamağa yeri yoxdur. Cavabdeh1 isə atasını yoldan çıxararaq onu öz evində yaşamağına icazə vermir. Həmçinin Cavabdeh1 onun- İddiaçı2 həyat yoldaşı İddiaçı3 və azyaşlı uşaqların da həmin evdə yaşamağına icazə vermir. Həmin ev 1994-cü ildə valideynləri tərəfindən alınmış və 23 il həmin evdə yaşamışlar. Cavabdeh1 həmin evi özünün tikdirməsinə dair dedikləri tam yalandır. Yuxarıda qeyd olunduğu kimi həmin ev 1994-cü ildə onların valideynləri tərəfindən vətəndaş Baxışəli Aslanovdan alınmış, Leyli isə həmin evə yalnız 2005-ci ildə gəlmişdir. Bunu qonşuluqda yaşayan şəxslər də təsdiq edə bilər. Bundan əlavə, 2001-ci ildə həmin evdə oğurlu q faktının olması anasına məxsus qızıl-zinyət və digər əşyalarının oğurlanması onu təsdiq edir ki, qeyd olunan evdə valideynləri ilə birlikdə yaşamışlar.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 onun övladları, digər İddiaçı3 isə gəlinidir. Hələ Ağstafa rayonunda yaşayarkən oğulları ilə arasında fikir ayrılığı olduğundan Ağstafa rayonundakı evini övladlarına verərək Bakı şəhərinə gəlib mübahisəli evi sənədsiz alıb, hazırkı vaxta kimi həmin ünvanda yaşayır. Ev alınarkən orada kiçik daxma olmuş, evin hasarı isə ümumiyyətlə mövcud olmamışdır. 2005- ci ildə iş üzrə digər Cavabdeh1 ilə ailə qurmuş və onun köməkliyi ilə evi genişləndirməyə və hasar çəkməyə başlamışdır. Övladlarının heç biri qeyd evin saxlanılmasında iştirak etməmişdir. İddiaçı2 Hökməli qəsəbəsində özünə məxsus evi var və 2005-ci ildən o, ailəsi ilə birlikdə mübahisəli evdə yaşamır. Digər İddiaçı1 isə orta məktəbi bitirdikdən sonra özü mübahisəli evi tərk edərək çıxıb getmişdir. Cavabdeh2 qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir

10. Məhkəmə iclasında şahid qismində dindirilən X14 bildirdi ki, o, tərəflərin hər birini tanıyır, onlarla qonşudur. 1997-ci ildə o həmin ünvana gələndə Cavabdeh2 ailəsi birlikdə həmin ünvanda yaşayırdı. İddiaçı2 2005-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki evdən köçmüş və ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. İddiaçı1 əvvəllər mütəmadi olaraq həmin ünvanda görsə də, son vaxtlar onunla qarşılaşmamışdır.

11. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirdi ki, 2001-ci ildən tərəflərlə qonşuluqda yaşayır. Onlar həmin ünvanda Cavabdeh2 və mərhum yoldaşı və uşaqları ilə birlikdə 2005-ci ilə qədər yaşamışlar. İddiaçı2 toyu olandan sonra Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki evdən köçmüş və ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. İddiaçı1in isə yaşayış ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən mübahisəli ev olsa da, o, iki ildir ki, həmin evə daxil ola bilmir.

12. Məhkəmə iclasında şahid qismində dindirilən X3, Reyhan Sonayeva ifadələrində digər şahidlər X14 və X2 ifadələrində göstərilən xüsusatları təsdiq etmişlər.

13. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, o, 16 ildir ki, cavabdeh olan Cav abdeh1 tanıyır və Sonradan o, Cavabdeh1 ilə quda olmuşdur. Onun yaxını kimi tez-tez Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən mübahisəli evdə olsa da, İddiaçı2 və İddiaçı3 həmin ünvanda görıməmişdir və onları ümumiyyətlə tanımır. İddiaçı1 qeyd olunan evdə görərkən isə o, kiçik uşaq olmuşdur. Uzun müddətdir ki, o, İddiaçı1 həmin ünvanda görməmişdir.

14. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, Cavabdeh2 onun qardaşı, iddiaçılar İddiaçı1 və İddiaçı2 qardaşı uşaqlarıdır. Onlar əvvəlcə Ağstafa rayonunda yaşamışlar. 1996-cı ildə qardaşı Cavabdeh2 Bakı şəhərinə gələrək 7 ay onların evində qalmışdır. Daha sonra isə qardaşı 1997-ci ildə Balaxanı qəsəbəsində kiçik bir yer alaraq oranı yaşayış yeri kimi istifadə etmişdir. Həmin v axt onun övladları rayonda yaşayırdılar. Övladları atalarını bəyənməsə də, ev düzələndən sonra onlar da həmin ünvana köçdülər. Lakin İddiaçı2 qısa müddətdən sonra ailə həyatı quraraq həmin evdən başqa ünvana köçdü. İddiaçı1 isə hərbi xidmətə gedənə qədər mübahisəli evdə yaşamışdır.

15. Məhkəmə iclasında şahid qismində dindirilən X25 və X22 ifadələrində digər şahid X5 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər.

16. Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 8 iyun 2020-ci il tarixli, 2(008)-2024/2020 nömrəli qətnaməsi ilə (hakim Anar Rzayev) iddia qismən - İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi (28 May küçəsi), 20A saylı evə köçürülməsi hissəsində təmin edilmiş, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 1

7. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı müəyyən edilən hallara istinadən iddiaçılar İddiaçı2 və İddiaçı3 ailə həyatı qurduqdan sonra mübahisəli evdən (qanunsuz tikilidən) köçmüş və 14 ildən artıq müddətdir ki, həmin ünvanda yaşamırlar. Qeyd olunan iddiaçıların bu qədər uzun müddət həmin evdə yaşamamaları ilə əlaqədar məhkəmə onların digər daimi yaşayış yerinin olması qənaətinə gəlir. Odur ki, iddia tələbi iddiaçılar İddiaçı2 və İddiaçı3 münasibətdə təmin edilməməlidir.

18. Digər cavabdeh İddiaçı1 isə mübahisəli evdə yaşamış, orta məktəbin İX sinfini həmin ünvanda yaşayarkən bitirmiş və qeyd olunan ünvandan hərbi xidmətə getmiş, lakin son iki il ərzində cavabdehlərin hərəkətləri nəticəsinə mübahisəli evə yerləşə bilməmişdir.

19. Məhkəmə hesab etmişdir ki, cav abdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların İddiaçı1 evə buraxmaması qanunsuzdur. Belə ki, çıxarılma o halda qanuni ola bilər ki, bunu tələb edən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun.

20. Məhkəmə hesab etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və işdə iştirak edən digər şəxslər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı1 istisna olmaqla cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, İddiaçı1 həmin evdə yaşamasını təmin etmək məqsədi ilə o, da bu evə köçürülməlidir. Lakin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmədiyindən iddia tələbi həmin tikiliyə istifadə hüququnun tanınması hissəsində təmin edilməməlidir.

21. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25, 43-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2-ci maddələrinə istin adla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçılar İddiaçı2 və İddiaçı3 qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni onlara aid hissədə ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişlər.

23. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin olunan hissəsində ləğv olunmasını, iddianın tam rədd olunmasını xahiş etmişdir.

24. Cavabdehlərdən Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra (02 oktyabr 2021-ci il) vəfat etdiyindən apellyasiya baxışı zamanı digər cavabdeh olan arvadı Cavabdeh1 onun prosessual hüquqi varisi kimi tanınmışdır (işdə iştirak edən şəxslərin buna hər hansı etirazı olmamışdır)

25. Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 26 iyul 2022-ci il tarixli, 2(103)-4072/2022 nömrəli qətnaməsi ilə (hakimlər – R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və F.F.Babayev) İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi (28 May küçəsi), 20A saylı evə köçürülməsi” hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin olunmamışdır.

26. Məhkəmə qeyd etmişdir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcu d olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Eyni zamanda, mənzilə köçürülmə özözlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, -iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa və s.

27. Mübahisəli yaşayış sahəsi özbaşına tikili olmaqla, daşınmaz əm lakın dövlət reyestrində qeydə alınmadığından, eləcə də tərəflər arasında münasibətlər 2009-cu il tarixdən əvvəl yarandığından məhkəmə kollegiyası həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrini əsas götürərək mübahisəni həll etmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşmış və bildirmişdir ki, birinci instansiya məhkəməsi iddianı iddiaçılar İddiaçı2 və İddiaçı3 münasibətdə rədd etməkdə haqlı olmuşdur. Belə ki, işin faktiki hallarından və tərəflərin izahatları, eləcə də şahid ifadələri ilə müəyyən olunur ki, İddiaçı2 və İddiaçı3 təqribən 2005-ci il tarixdən etibarən başqa ünvanda yaşayırlar və mübahisəli yaşay ış sahəsi ilə bağlılıqları yoxdur. Eyni zamanda işdə olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, Xırdalan şəhəri, Hökməli qəsəbəsi, ev 60, mənzil 1444 ünvanı üzrə İddiaçı2 adına abunə qeydiyyatı aparılmışdır. İddiaçılar da uzun müddətdir ki, qeyd edilən ünvanda yaşadıqlarını mübahisələndirmirlər (işdə həmin yaşayış sahəsinə dair fotoşəkillər də mövcuddur). Lakin, iddiaçılar apellyasiya şikayətində məcburiyyət qarşısında qalaraq mübahisəli evdə yaşamamalarını qeyd etsələr də bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, eyni zamanda keçən uzun müddət ərzində evdə yaşamağa cəhd etmələri, bununla bağlı məhkəməyə və s. orqanlara müraciət etmələrinə dair də sübut təqdim etməmişlər.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mənzil və mülki qanunverici liyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. İşin hallarından göründüyü kimi, iddiaçların uzun müddət ərzində mübahisəli yaşayış sahəsində yaşamaması və başqa yaşayış məntəqəsinə köçməsi, eyni zamanda hazırda da mübahisəli yaşayış sahəsinə zəruri ehtiyacın mövcudluğu müəyyən olunmadığından iddia tələbi təmin oluna bilməz. Məhkəmə kollegiyası, xüsusilə müddətin həddindən artıq olmasını və işin qeyd edilən digər faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçıların mübahisəli yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır (eyni zamanda iddiaçılar mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyata da alın mamışlar). İddiaçılar isə qeyd edilənlərin əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, dəlillərini formal mülahizələri ilə əsaslandırmağa çalışmışlar.

30. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı İddiaçı1 aid hissədə təmin etməkdə haqlı olmamışdır. Məhkəmə həmin hissədə ona əsaslanmışdır ki, İddiaçı1 mübahisəli evdə yaşamış, orata məktəbin İX sinfini həmin ünvanda yaşayarkən bitirmiş və qeyd olunan ünvandan hərbi xidmətə getmiş, lakin son iki il ərzində cavabdehlərin hərəkətləri nəticəsinə mübahisəli evə yerləşə bilməmişdir. Birinci instansiya məhkəməsi yalnız bəzi şahid ifadələrinə əsaslansa da, şahidlər böyük əksəriyyəti həmin cavabdehin hərbi xidmətə yollandıqdan sonra mübahisəli evdə yaşamamasını, başqa yaşayış sahəsinə köçməsini bildirmişlər. Cavabdeh İddiaçı1 izahatında 2010-cu ildə hərbi xidmətə getməsi təsdiq etmişdir. Eyni zamanda işdə olan digər sübutlardan görünür ki, həmin cavabdehin mülkiyyətində Abşeron rayonu, Hökməli qəsəbəsində 0,004 ha həyətyanı torpaq sahəsi, Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 0,12 ha torpaq sahəsi vardır. Bununla yanaşı, tərəflərin izahatları, işdə olan fotoşəkillərlə müəyyən olunmuşdur ki, cavabdehin mülkiyyətində Abşeron rayonu, Hökməli qəsəbəsində 0,004 ha həyətyanı torpaq sahəsi üzərində ikimərtəbəli ev inşa olunmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, Xırdalan şəhəri, Hökməli qəsəbəsi, ev 60, mənzil 4702 ünvanı üzrə İddiaçı1 adına abunə qeydiyyatı aparılmışdır. Cavabdeh İddiaçı1 da bu halı təkzib etməmiş, "xxxx" ASC tə rəfindən verilmiş abunə haqqında arayışının də mülkiyyətində olan torpaq sahəsində inşa olunmuş həmin daşınmaz əmlakla bağlı olmasını bildirmiş, lakin həmin evdə yaşamamasını bildirmişdir.

31. Məhkəmə kollegiyası yuxarıdakı hüquqi mövqeyini təkrarlayaraq qeyd etmişdir ki, cavabdeh İddiaçı1 da mübahisəli yaşayış sahəsinə köçürülməsinə qanuni əsas müəyyən edilmir. Bu hal cavabdehin uzun müddət orada yaşamaması, xüsusilə də mübahisəli yaşayış sahəsinə hər hansı əmlak hüquqlarının olmaması, mülkiyyətində müvafiq daşınmaz əmlakların olması və s. işin digər diqqətəlayiq halları ilə müəyyən olunur.

32. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25, 43-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2-ci maddələrinə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60, 87-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. İddiaçı2 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayətləri eyni məzmunlu olmaqla onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı İddiaçı1 həmin mənzilə 1994-cü ildə yəni 2 yaşı olandan valideynləri-atası Cavabdeh2, anası Gülsüm Məmmədova və digər üç qardaşı ilə bərabər Bakı şəhərində aldığı mübahisəli mənzilə köçüb yaşaması, 1999-cu ildə həmin evlərinin yaxınlığında yerləşən 259 saylı orta məktəbin İ-ci sinfinə getdiyi, 2009-cu ildə həmin məktəbin Xİ sinfini bitirdiyi, həmin ünvandan hərbi xidmətə getdiyi, 2001-ci ildə qardaşı Gündüz Məmmədovun, 2004-cüildə isə anası Gülsüm Məmmədovanın, xəstəlikdən həmin mənzildə rəhmətə getdiyi həm şahidlərin, eyni zamanda cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 dəvət etdikləri şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. İddiaçının həmin mənzildə uzun müddət yaşadığını təsdiq edən həmin mənzildə baş vermiş oğurluq hadisəsinə dair 2001-ci ildə Sabunçu rayon Polis İdarəsində Az. CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə başlanmış cinayət işinə dair materiallar, X6 və X18 Sabunçu rayon Məhkəməsində hazırki iş üzrə İddiaçı1 qarşı “evdən isti fadə qaydalarının müəyyən edilməsinə dair” Sabunçu rayon Məhkəməsinin icraatında olmuş 2(008)-2677/2021 saylı mülki iş üzrə iddia tələblərində də İddiaçı1 mübahisəli mənzildə yaşamaq hüququnun olduğunu qəbul edərək bir daha təsdiq etmişlər. Məhkəmə isə heç bir sübuta əsaslanmadan, bu cür düzgün olmayan qənaətə gəlməklə hazırkı maddi hüquq normasının tələbini pozmuşdur.

36. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi iş materiallarında iddiaçılar tərəfindən təqdim edilmiş Sabunçu rayon Məhkəməsinin 25 iyul 2021-ci il tarixli 2 (008)2677/2021 saylı qətnaməsi, Azərişıq ASC- nin Xırdalan ETSİ-nin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu, qonşular tərəfindən xx.xx.2019-cu il tarixli akta sübut olaraq qiymət verməmişdir. Mülki iş materiallarında olan Cavabdeh2 və Cavabdeh1 İddiaçı1 qarşı 2021-ci ildə Sabunçu rayon Məhkəməsinin icraatında “evdən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair 2(008)-2677 saylı mülki işi (hakim Zaur Hacıyev) olmuşdur. Həmin iş üzrə iddiçılar iddia ərizəsində İddiaçı1 orda uzun müddət yaşamasını kifayət qədər aşkar şəkildə ifadə etmişlər.

37. Məhkəmə protokollarında Cavabdeh1 mübahisəli mənzili 2005-ci ildə evləndikdən sonra aldığını və orda pasport qeydiyyatında olmasını dəfələrlə vurğulamışdır. İddiçılar məhkəməyə iddiaçının Sabunçu rayon Məhkəməsinə“vəzifəli şəxsin hərəkətlərindən şikayətə dair” ərizənin surətini və həmin işin icraat qəbul edərək 2-1347 saylı mülki iş olaraq barəsində çıxarılmış 19 may 2005-ci il tarixli qətnaməsini təqdim etmişlər. Həmin qətnamədə Cavabdeh1 mübahisəli mənzili 2001-ci ildə tikərək elə həmin vaxtdan d a orda yaşamağa başladığını göstərmişdir. Çox maraqlıdır 12 may 2005-ci ildə Sabunçu rayon Məhkəməsinə pasport qeydiyyatına alınmasına dair ərizə verilir. 7 gündən sonra qətnamə çıxır və iddia tələbi təmin edilir. Beləliklə, cavabdehin planlı şəkildə etdiyi qanunsuz hərəkətlər və məhkəmələrdə verdiyi yalan ifadələr dövlətin adından çıxarılmış qətnamələrlə təsdiq olunur.

38. Lakin bütün bu sübutlara kollegiya tərəfindən heç bir hüquqi qiymət verilməmiş və yalnız formal mülahizələrə əsalanmaqla belə bir ədalətsiz qətnamə çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində cavabdeh tərəfin apellyasiya şikayətində istinad etdiyi hansı hallara əsaslanaraq təmin etdiyini dair hər hansı dəlil gətirməyib. Həmçinin cavabdehlər bütün imkanlarından istifadə edərək Həsən və qardaşlarına ata evlərində yaşamağa imkan verməmişlər. Bunun sübutu olaraq cavabdehlər Məhəmmədəli və X13 baş nahiyəsindən yetirdikləri ağır xəsarətə görə barələrində Sabunçu rayon Polis İdarəsində başlanmış cinayət işini və məhkəmə isintaqı aparılan zaman təqsirləndirilən Cavabdeh2 vəfat etməsi ilə əlaqədar Az. Res. CM-nin 39.1.5-ci maddəsi ilə xitam verilməsinə dair Sabunçu rayon Məhkəməsinin 1(008)-560/2021 saylı, xx.xx.2021- ci il tarixli Qərarını göstərmək olar. Qərarda da Həsənin yaşadığı mənzilinə (hətta həmin vaxt artıq mənzilə köçürlməsinə dair icra hərəkətləri də keçirilmişdir) daxil olarkən cavabdehlər tərəfindən maneələrlə rastlaşdığı və hətta sağlamlığına zərər yetirildiyini də aşkar şəkildə görsənir. Beləliklə, məhkəmə işə obyektiv baxmaqla ədalətli qərar qəbul edərkən göstərilən bütün ha lları araşdırmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

41. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

42. Maddə 60. “Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”

43. Maddə 87. “Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1 Hər bir tərəf ö z tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikay ətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatorlar t ərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

53. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

54. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutların düzgün qiymətlən dirilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o c ümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

55. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

56. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail o lmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir.

57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi M ülki kollegiyasının 2(103)-4072/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar