Məhkəmə qərarları › İş №2(102)-1980/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1980/2020

24.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1980/2020 24.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X10, üçüncü şəxs X9, vəkili X11, üçüncü şəxs X4 və üçüncü şəxs X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx saylı qətnaməsindən üçüncü şəxslər X9 və X1 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli, 2(010)-5406/2018saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.Y.Həs ənov) iddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Cavabdeh, üçüncü şəxslər X6, X9 və X3 qarşı “birdəfəlik maddi yardım əvəzinə qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılması” barədə iddiası təmin edilərək, Cavabdeh və ailə üzvlərinin (arvadı, qızı, oğlu, 3 nəvəsi) təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların üzərinə 35.000 manat maddi yardım əvəzinə xxx ünvanda yerləşən yaşadıqları yataqxana binasındakı otağın boşaldılması öhdəliyinin qoyulması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli, 2(103)2360/2019 saylı qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov sədrlik edən, məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Suraxanı Ray on Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh aid hissədə dəyişdirilmədən saxlanılıb. Qətnamədən kasasiya şikayəti verilməyib. Üçüncü şəxs xxx xxxx qətnamədən apelyasiya şikayətləri, eyni zamanda üçüncü şəxs xxx xxxx prosessual müddətin bərpası barədə ərizə vermişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilərək, üçüncü şəxs xxx xxxxya münasibətdə qətnamədən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi, digər üçüncü şəxs xxxmünasibətdə qətnamədən apelyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmamış hesab edilməsi qərara alınıb və apelyasiya şikayətləri mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Bakı Ap elyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və E.C.Kazımov) üçüncü şəxslər xxx xxxxnın apelyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə onlara aid hissədə dəyişdirilmədən saxlanılıb. Üçüncü şəxslər xxx xxxx qətnamədən ayrı-ayrılıqda kasasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə və üçüncü şəxslərə qarşı iddia qaldıraraq, Cavabdeh və ailə üzvlərinin (arvadı, qızı, oğlu, 3 nəvəsi) təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların üzərinə 35.000 manat maddi yardım əvəzində xxx ünvanda yerləşən yaşadıqları yataqxana binasındakı otaqlarını boşaltmalarına da ir öhdəliyin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Üçüncü şəxslər xxx xxxx eyni məzmunlu kasasiya şikayətlərini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Üçüncü şəxs xxx xxxxun kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə, üçüncü şəxs xxx xxxxnın kasasiya şikayətində isə iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edilərək, iki ailə yə görə birdəfəlik maddi yardım kimi 70.000 manat pulun ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında üçüncü şəxs xxx xxxx və vəkili Hacı Cəlilzadə kasasiya şikayətlərində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Üçüncü şəxslər xxx xxxx və xxx məhkəmə iclasında iştirak etsələr də vəkillə birgə təmsil olunmadıqları üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti, üçüncü şəxs xxx xxxxnın vəkili Hikmət Nəsirov və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzr süz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayətləri təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə üçüncü şəxslərin apelyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlayarkən, iddianın üçüncü şəxslərə münasibətdə əsaslı olmasına, onlara münasibətdə iddianı təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mənzil Məcəlləsinin 28.5, 84.0.1, 84.0.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normaların ın tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, ünvan 1 ünvanda yerləşən yataqxana binasının texniki vəziyyətinə dair tərtib edilmiş 07 aprel 2017-ci il tarixli rəyə əsasən, yataqxana binasının mövcud texniki vəziyyəti qəzalı hesab edilir. Bununla bağlı sakinlərin təcili olaraq binadan köçürülməsi, binanın bütün kommunikasiya xətlərinin (su, kanalizasiya, qaz, elektrik) kəsilməsi, binaya girişin qadağan edilməsi, binanın ətrafının çəpərlənməsi və binanın qəzalı vəziyyətdə olmasına dair əlaqədar təşkilatların məlumatlandırılması zəruri hesab edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 oktyabr 2017-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı məktubdan görünür ki, ünvan 3 ünvanda yerləşən 4 mərtəbəli yataqxana və ünvan 4 ünvanda yerləşən yaşayış binalarının sakinlərinin köçürülməsi və həmin ərazilərin abadlaşdırılması məsələsinə yenidən baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyul 2017-ci il tarixli, 17/17/3266-12 saylı dərkənarı ilə 2017-ci il dövlət büdcəsinin yerli xərclərində Bakı şəhərinə “Mənzil və kommunal təsərrüfatı bölməsində” mənzil fondunun əsaslı təmiri üçün nəzərdə tutulmuş 10.000.000 manatdan Suraxanı və Sabunçu rayonlarında qəzalı vəziyyətdə olan binada yaşayan ailələrə birdəfəlik maddi yardım ö dənilməklə onların köçürülməsi, eləcə də binaların sökülərək ərazilərin abadlaşdırılması işlərinin həyata keçirilməsı barədə Bakı Şəhər İcra Hakimiyyətinin təklifləri razılaşdırılmışdır. Qeyd olunanlarla əlaqədar olaraq qaldırılan məsələ Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həll edilməlidir. Eyni zamanda, Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanlanmış 26 sentyabr 2017-ci il tarixli məktubla müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Suraxanı rayon İcra Hakimiyyətinin xəzinə hesabına 26.601.50 manat vəsaitin köçürülməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur. İşə əlavə edilmiş Suraxanı rayon 11 saylı MKİS 26 oktyabr 2018-ci il tarixli 2 sa ylı forma arayışından görünür ki, Cavabdeh və onun ailə üzvləri- arvadı xxx, oğlu xxx xxxx, qızı xxx xxxx, nəvələri xxx, xxx və xxx daimi qeydiyyatda olmaqla ünvan 1 ünvanda yerləşən yataqxananın 4mərtəbəsində, 1 otaqlı, sahəsi 14,5 kv.metr olan mənzildə yaşayırlar. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, Cavabdeh və ailə üzvləri arvadı xxx, oğlu xxx xxxx, qızı xxx xxxx, nəvələri xxx, xxx və xxxun daimi qeydiyyatda olmaqla yaşadıqları ünvan 1 ünvanda yerləşən yataqxananın 4-mərtəbəsində, 1 otaqlı, sahəsi 14,5 kv.metr olan mənzil qəzalı vəziyyətdə olduğundan və yaşayış üçün təhlükəli vəziyyətə düşdüyündən, həmin mənzilin yerlə şdiyi yaşayış binasının sökülməsi və bununla əlaqədar olaraq onlara yataqxana binasındakı otaqlarını boşaltmaları barədə yazılı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.1-ci maddəsinə əsasən yataqxanalar da xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra–xüsusi təyinatlı yaşayış sahələri) aiddir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Həmin Məcəllənin 84.0.1 və 84.0.3-cü maddələrinə əsasən yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda; yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə vətənda şlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılırlar. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kasasiya şikayətləri ilə eyni məzmunlu olan apelyasiya şikayətlərinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, üçüncü şəxslərin və onların ailə üzvlərinin dami qeydiyyatda olmaqla yaşadıqları yaşayış sahəsinin yerləşdiyi yataqxana binası qəzalı vəziyyətdə olmaqla sökülməli olduğundan və həmin yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildiyindən və bu hallar işə əlavə edilmiş çoxsaylı sübutlarla, o cümlədən mütəxəssis rəyi ilə tam təsdiq edildiyindən, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan madd ələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Üçüncü şəxslər kasasiya şikayətlərində sözügedən yaşayış otağında bir deyil, iki ailənin yaşadığını, yəni xxx xxxxun ayrı təsərrüfat olmaqla, həmin yataqxanada ayrıca mənzildə yaşadığını, həmin mənzilə dair onun adına kommunal ödənişlərə dair ayrıca hesab açıldığını və buna görə də onlara 35.000 manat deyil, 70.000 manat birdəfəlik maddi yardım verilməli olduğunu göstərsələr də, etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün nə birinci, nə də apelyasiya instansiyası məhkəmələrinə heç bir yazılı sübutlar təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1- ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Digər tərəfdən, qanuni qüvvəyə minmiş Bakı Ap elyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunur ki, 35.000 manat maddi yardım Cavabdeh ailə üzvləri, yəni arvadı xxx, oğlu xxx xxxx, qızı xxx xxxx, nəvələri xxx, xxx və xxx də nəzərə alınmaqla ödənilib və bu gün həmin qətnamə qanuni qüvvədə olmaqla üçüncü şəxslər xxx xxxx tərəfindən kasasiya qaydasında mübahisələndirilməmişdir. Bundan başqa, Mənzil Məcəlləsinin 98.1, 104.1 və 104.2-ci maddələrinin mənasına görə yataqxanalarda yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Hazırki halda xxx xxxxla hər hansı mənzilə və ya otağa dair belə bir kirayə müqaviləsinin bağlanması mülki iş materialları ilə təsdiq olunmur və bu gün də o, atası Cavabdeh məxsus olan ünvan 1 ünvanda yerləşən yataqxananın 4-mərtəbəsində, 1 otaqlı, sahəsi 14,5 kv.m etr olan mənzildə daimi qeydiyyatdıdır. Bu baxımdan kasasiya instansiyası məhkəməsi üçüncü şəxslərin kasasiya şikayətlərində göstərdikləri digər dəlillərlə də razılaşmır və apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də kasasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Şərh edi lənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Üçüncü şəxslər X9 və X1 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx saylı qətnaməsi kasasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar